İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Məhdi əleyhissəlamın həyatı

    İmam Məhdi əleyhissəlamın həyatı
    2012-04-14, 7:23 AM
    2. Vəkillərə (nümayəndələrə) rəhbərlik etmək
    Qeyd etdiyimiz kimi İmam Məhdi əleyhissəlamın qeyb dövründə müxtəlif yerlərdəki nümayəndələri şiə mərkəzlərində fəaliyyət göstərirdilər. Bu nümayəndələrin onuncu və on birinci İmamın dövründə əsasən, birinci (əsas) nümayəndənin vasitəsilə İmamlarla əlaqə saxlamasına baxmayaraq, onlar İmamın özü ilə də bilavasitə əlaqə saxlaya bilirdilər. Kiçik qeyb dövründə isə bu nümayəndələrin on ikinci İmamla adi surətdə əlaqəsi kəsilir, onlar da məcbur olub İmamın xüsusi nümayəndəsinin nəzarəti altında fəaliyyət göstərməli olurlar. Belə ki, onlar İmam Məhdi əleyhissəlama çatacaq məktub, sual və şəri vergiləri İmamın xüsusi nümayəndəsinin vasitəsilə ona çatdırırdılar. Bundan öncə də qeyd etdiyimiz kimi Əbu Cəfər Məhəmməd ibn Osmanın nümayəndə olduğu müddət ərzində Bağdad şəhərində onun xüsusi nəzarəti altında on nəfər nümayəndə fəaliyyət göstərirdi.(Əl-Qeybət, səh.225.)
    İmamın xüsusi nümayəndələri şəri vergiləri təhvil aldıqda qəbz vermir, lakin şiələr digər nümayəndələrdən qəbz tələb edirdilər. Şeyx Tusinin qeyd etdiyinə görə (ikinci nümayəndə) Məhəmməd ibn Osmanın ömrünün son günlərində onun göstərişi ilə bir nəfər İmama məxsus olan şəri vergisini (üçüncü nümayəndə) Hüseyn ibn Ruha verib ondan qəbz tələb edirmiş. Hüseyn ibn Ruh onun bu hərəkətindən şikayətləndikdə Məhəmməd ibn Osman Hüseyndən qəbz tələb edilməməsi barədə əmr edərək buyurmuşdur: "Əbülqasimə nə verirsinizsə, (yəqin bilin ki,) mənə çatır (və bu barədə şəkk etməyə dəyməz.)”(Əl-Qeybət, səh. 225–226.)
    3. İmama məxsus olan şəri vergilərin toplanıb paylanması
    İmam Məhdi əleyhissəlamın xüsusi naiblərinin hər biri öz növbəsində şiələrdən İmama məxsus olan (İmama çatacaq) şəri vergiləri bilavasitə, yaxud da yerli nümayəndələrin vasitəsilə təhvil alıb bir yolla İmamın özünə çatdırır, ya da İmamın göstərişi ilə lazımi yerlərə xərcləyirdilər.
    İmam Həsən Əskəri əleyhissəlamın şəhid olduğu ilk günlərdə Qum və İranın başqa şəhərlərindən bir neçə şiə Samirra şəhərinə gəlib İmamın şəhid olduğunu eşidirlər. Onlar öz yaşadıqları məntəqənin şiələrinin şəri vergilərini yığıb İmam üçün gətirmişdilər. İmam şəhid olduğu üçün onlar İmamın canişinini xəbər aldılar. Bəziləri İmam Əskəri əleyhissəlamın qardaşı Cəfər Kəzzabı göstərib deyirlər ki, İmamın canişini budur. Qumdan gəlmiş şiələr onun həqiqətən İmam olub-olmamasını öyrənmək üçün həmişəki kimi ondan gətirilmiş pulların nişanələrini soruşurlar. Cəfər onların sualına cavab verə bilmədikdə, onlar da pullarını ona verməkdən imtina edərək məcbur olub öz ölkələrinə qayıtmaq məqsədilə Samirradan çıxırlar. Samirradan kənarda İmam Məhdi əleyhissəlamın gizli qasidi yetişib onları İmamın hüzuruna aparır. İmam pulların bütün nişanələrini deyib onları təhvil aldıqdan sonra buyurdu: "Bundan sonra Samirraya heç nə gətirməyin. Mən Bağdadda bir nəfər təyin edərəm, siz də pulları ona verərsiniz. Bütün məktubları da ona çatdıraram.”(Kəmalüddin, səh. 476-479.)
    Bu hadisədən sonra İmam Məhdi (əleyhissəlam) Osman ibn Səidi xüsusi nümayəndə təyin edir, o da Bağdadda öz vəzifəsini yerinə yetirməyə başlayır.
    4. Fiqhi sual və əqidəvi müşkülata cavab vermək
    İmam Məhdi əleyhissəlamın xüsusi nümayəndələrinin fəaliyyəti təkcə qeyd etdiyimiz bəndlərlə qurtarmır. Onlar eyni zamanda müxtəlif şəri və fiqhi sullara cavab verir, əqidəvi müşkülatı həll edir və müxaliflərin irəli sürdüyü şübhələri aradan qaldırırdılar. Beləliklə də, onlar şiə əqidəsinin zəifləməsinin qaşısını alırdılar. İmamın xüsusi nümayəndələri bu vəzifələri o Həzrətin təlimindən istifadə edərək öz yüksək elmləri sayəsində layiqincəsinə yerinə yetirirdilər. Bu nümayəndələrin həyatına qısa bir baxış onların bu sahədəki səy və uğurlarını çox yaxşı şəkildə oxucuya çatdırır. Onlar bir tərəfdən İmamın olmamasına dair yürüdülmüş iddiaları dəf edir, bu yolda bəzi vaxtlar məcbur olub İmamla gizli əlaqələrinin üstünü açır,(Kəmalüddin, səh. 440–441.) bəzi vaxtlar isə bu barədə İmamdan məktub gələrək o Həzrətin özü onların köməyinə gəlirdi.(Əl-Qeybət, səh. 176–177.) Digər tərəfdən də, şiələrin müxtəlif şəri və fiqhi suallarını İmama göndərib onların cavabını öyrənir, sonra da camaata çatdırırdılar. Nümunə olaraq İmamın Məhəmməd ibn Osmana yazdığı və onda İshaq ibn Yəqubun suallarına cavab verdiyi məktubu qeyd etmək olar.(Əlamül-vəra, səh. 452–453.) Həmçinin, İmamın Qum camaatının nümayəndəsi Məhəmməd ibn Abdullah ibn Cəfər Himyərinin suallarına verdiyi geniş məktubu da qeyd etmək olar.(Əl-Qeybət, səh.229–236.)
    Qeyd etdiklərimizdən əlavə, bəzi vaxtlar xüsusi nümayəndələr müxaliflərlə elmi mübahisələr edib onları məhkum edir və verdikləri cavabların İmamdan öyrəndiklərini təkid edirdilər. Məsələn, Hüseyn ibn Ruh bir mübahisə zamanı İmam Hüseyn əleyhissəlamın şəhadətinə dair şübhə irəli sürmüş bir müxalifə çox gözəl cavab verir. Onun səhərisi gün isə bu cavabın onu öz şəxsi fikrinə əsasən, verilməsini güman edən bir şiəyə deyir: "Göydən yerə düşərək quşlara yem olmağım, yaxud şiddətli bir küləyin məni uzaqlara aparıb atması mənim üçün Allahın dinində şəxsi nəzərimi söyləməkdən daha yaxşıdır. Dünən eşitdiklərinin hamısı Allahın hüccətinin (İmam Məhdi əleyhissəlamın) buyurduqlarıdır.” Həmçinin, o, əqaid elmində öz dövrünün görkəmli şəxslərindən birinin İmam Museyi-Kazim əleyhissəlamın şəhadətinin səbəbi, məsum İmamların qılıncla, yoxsa zəhərlə öldürülməsi və eləcə də, xanım Zəhranın (səlamullahi əleyha) Peyğəmbərin (səlləllahu əleyhi və alih) digər qızlarından üstün olmasının səbəbini soruşduqda, ona aydın və qaneedici cavab vermişdir. Belə ki, onun bu cavabı həmin şəxsi heyran qoymuş, nəticədə o, "bu barədə bundan gözəl və qısa cavab eşitməmişəm” demişdir.(Əl-Qeybət, səh. 238–239)
    5. İmamın naibi olmaq haqda iddia edənlərlə mübarizə
    Qulat və İmamın nümayəndəsi olub onunla camaat arasında bir vasitə olmaq haqda iddia edənlərə qarşı mübarizəni də, xüsusi nümayəndələrin fəaliyyəti sırasına daxil etmək lazımdır. İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən qeyd etdik ki, yolunu azmış və bir sıra məqampərəst şəxslər İmamları Allah səviyyəsinə çatdırmaq kimi əsassız məsələləri irəli sürməklə özlərini onların nümayəndəsi, onların bəndələr arasındakı vasitəçisi adlandıraraq İmamın adı ilə camaatdan xüms və bu kimi şəri vergiləri təhvil alırdılar. Təbii ki, bu məsələ də, şiənin adını ləkələyərək İmamlar üçün bir sıra çətinliklər yaradırdı. Kiçik qeyb dövründə bunlardan əlavə, özlərini yalandan İmamın xüsusi nümayəndəsi adlandıran şəxslər də meydana çıxır. Onlar İmama məxsus olan əmlakda yersiz təsərrüf edir, fiqhi və əqidəvi məsələlərdə azdırıcı və həqiqətdənkənar sözlər deyirdilər. Belə olduqda İmamın xüsusi nümayəndələri İmamın öz göstərişi ilə onlarla mübarizə etməyə başladılar. Bəzi vaxtlar onların qeyri-məqbul və lənətlənmələrinə dair İmamdan məktublar da gəlirdi. Əbu Məhəmməd Şərii, Məhəmməd ibn Nəsir Nümeyri, Əhməd ibn Hilal Kərxi, Əbu Tahir Məhəmməd ibn Əli ibn Bilal, Hüseyn ibn Mənsur Həllac və Məhəmməd ibn Şəlməğani bu cür şəxslərdən olmuşlar.(Əl-Qeybət, səh.244.) Adını sonda qeyd etdiyimiz Şəlməğani əvvəllər şiə fəqihlərindən olmuş və hətta "Təklif” adlı bir kitab da yazmışdı. Lakin sonradan yolunu azıb ifrat dərəcəsinə vararaq küframiz iddialar irəli sürmüşdür. O cümlədən "Ruhun başqa bədənə keçməsi” nəzəriyyəsinə təkid edərək deyirdi ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhu (ikinci nümayəndə) Məhəmməd ibn Osmanın, Əli əleyhissəlamın ruhu (üçüncü nümayəndə) Hüseyn ibn Ruhun, xanım Fatimeyi-Zəhranın (səlamullahi əleyha) ruhu isə Məhəmməd ibn Osmanın qızı Ümmü-Külsümün bədəninə keçmişdir. Hüseyn ibn Ruh onun bu fikrini kafirlik əqidəsi hesab etmiş, onu məsihilərin əqidələrindən sayaraq Şəlməğaninin batil fikirlərini öz tayfası arasında ifşa edərək onu rüsvay edir. Şəlməğaninin ziyankar təbliğatı nəticəsində hicrətin üç yüz on ikinci ilinin zilhiccə ayında İmam Məhdi əleyhissəlamdan onun kafir və mürtədd (dindən çıxmış) olması haqqında Hüseyn ibn Ruha bir məktub gəlir. Nəhayət hicrətin üç yüz iyirmi üçüncü ilində Şəlməğani öldürülür.(Əl-Qeybət, səh. 248–254.)
    Böyük qeyb dövrü
    Dördüncü naibin ölməsi ilə İmam Məhdi əleyhissəlamın böyük qeyb dövrü başlayır. Bu dövrdə müctehidlik səlahiyyətinə malik olan alimlər İmamın ümumi nümayəndələri hesab olunur. Ötən səhifələrdə qeyd etdik ki, xüsusi nümayəndəlik o idi ki, İmam Məhdi (əleyhissəlam) özü müəyyən bir şəxsi nümayəndə təyin edir, ancaq ümumi nümayəndə odur ki, İmam nümayəndə üçün lazım olan ümumi şəraiti deyir və bütün dövrlər boyu həmin şəraitə malik olan şəxslər (alimlər) də, İmamın nümayəndəsi olaraq şiələrin dini və dünyəvi işlərdə müraciət obyektinə çevrilir. Məsum İmamlar, xüsusən də, İmam Məhdi əleyhissəlamın özü bir çox rəvayətlərdə bu şəraiti müəyyənləşdirmiş və müsəlmanları böyük qeyb dövründə həmin şəraitə malik olan alimlərə müraciət edərək onlara tabe olmağı əmr etmişdir. İndi həmin rəvayətlərdən ikisini oxucuların nəzərinə çatdırırıq:
    1) Ömər ibn Hənzələ deyir: "İmam Sadiq əleyhissəlamdan soruşdum ki, əgər iki nəfər şiənin borc, yaxud irs məsələsində mübahisələri olsa, bu məsələni aydınlaşdırmaq üçün dövlət qazısına müraciət edə bilərlərmi? İmam buyurdu: "Haqla batili ayırd etmək üçün onlara (dövlət qazılarına) müraciət edən şəxs həqiqətdə zalıma müraciət etmiş olur. Onun hökmü ilə əlinə gələn bütün şeylər hətta onun öz haqqı da olsa belə, haramdır. Çünki onu zalımın hökmü ilə ələ gətirmişdir. Halbuki, Allah-taala zalıma müraciət etməyi qadağan edərək buyurmuşdur: "Onlar zalım məhkəməsinə müraciət etmək istəyirlər. Halbuki, onlara zalıma müraciət etməmələri əmr olunmuşdur.” ("Nisa” surəsi, ayə 60.)Soruşdum ki, bəs onda nə etsinlər? İmam buyurdu: "Fikir verməlidilər ki, bizim rəvayətlərimizi kim söyləmişsə, halal-haramımıza nəzər salıb hökmləri tanımışsa, onu hakim təyin etməlidirlər. Çünki mən onu sizin üçün hakim təyin etmişəm. Əgər o, bizim buyurduğumuza əsasən hökm versə, lakin kimsə onun hökmünü qəbul etməsə, Allahın hökmünü yüngül tutmuş və bizi inkar etmişdir. Bizi inkar edən isə Allahı inkar etmişdir. Bu isə eynilə Allaha şərik qoşmağa bənzər...”(Üsusli-kafi, c.1, səh.67.)
    İmam Sadiq əleyhissəlamın bu əmri ümumi bir əmr olub bütün müctehidlik səlahiyytinə malik olan alimlərə şamil olur. Əgər İmam Sadiq (əleyhissəlam) kiçik bir məsələdə mübahisə yaranarkən onun həllində zalım hakimə müraciət etməyə razı deyilsə, şübhəsiz ki, müsəlmanların digər işlərinə də zalımların nəzarət etməsinə razı olmaz. Buna görə də, o Həzrət bu kimi işləri ədalətli şiə müctehidlərinin öhdəsinə buraxmışdır.
    2) İshaq ibn Yəqub deyir: "(İkinci nümayəndə) Məhəmməd ibn Osmandan məktubumu İmam Məhdi əleyhissəlama çatdırmasını istədim. Məktubda qarşılaşdığım çətin məsələləri yazmışdım. İmam məktuba öz xətti ilə cavab yazmışdı. Yazdığım məsələlərdən biri də bu idi ki, (böyük) qeyb dövründə mübahisəli məsələlərdə kimə müraciət edək? İmam sualımın cavabında belə yazmışdı: "Qarşılaşdığınız məsələlərdə bizim hədisləri söyləyənlərə müraciət edin. Onlar mənim sizə olan hüccətim, mən isə Allahın (sizə olan) hüccətiyəm.”(Əl-Qeybət, səh.177.)
    Həzrət Məhdi (əleyhissəlam) şiə mənbələrində
    İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və həmçinin, digər məsum İmamlar Həzrət Məhdinin (səlləllahu əleyhi və alih) anadan olması, qeybə çəkilməsi, zühur edərək cahanşümul qiyamı və sair xüsusiyyətləri barədə çoxlu hədislər buyurmuşlar. Hələ İmam Məhdi (əleyhissəlam) dünyaya gəlməzdən neçə il əvvəl onun Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən, Fatimə (səlamullahi əleyha) övladlarından və İmam Hüseyn əleyhissəlamın nəslindən olacağı, öz cahanşümul qiyamı ilə bütün dünyada haqq-ədalət bərpa edəcəyi barədə xəbər verilmişdir. Bu barədə Peyğəmbər (səlləllahu əleyhi və alih) və İmamlardan söylənilmiş rəvayətlərin sayı həddən artıq çoxdur. Belə ki, İslami mövzular sahəsində çox az məsələ barədə bu qədər rəvayət söylənilmişdir. İndi isə biz ilk növbədə Həzrət Məhdi (əleyhissəlam) barədə İmamların buyurduğu hədisləri və eləcə də, şiə alimlərinin bu sahədə yazdığı kitabların adını qeyd edəcək, sonra isə sünni məzhəbinin bu barədə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) söylədikləri hədislərə və bu sahədə yazdığı kitablara nəzər yetirəcəyik.
    Bir məsələni də qeyd etmək yerinə düşər ki, İmamların hər birinin dövrünün özünəməxsus xüsusiyyətləri olmasına və İmamların diqqətinin əsasən, həmin xüsusiyyətlərə cəlb olunmasına baxmayaraq Həzrət Məhdi əleyhissəlamın məsələsi daima onların nəzərində olmuş və onlar yeri gəldikcə bu məsələyə toxunmuşlar. İndi İmamların bu məsələ barədə buyurduğu hədislərin qısaca siyahısını oxucuların diqqətinə çatdırırıq:
    1) Əmirəl-möminin Əli (əleyhissəlam) – 51 hədis;
    2) İmam Həsən (əleyhissəlam) – 5 hədis;
    3) İmam Hüseyn (əleyhissəlam) – 14 hədis;
    4) İmam Zeynül-abidin (əleyhissəlam) – 11 hədis;
    5) İmam Baqir (əleyhissəlam) – 63 hədis;
    6) İmam Sadiq (əleyhissəlam) – 124 hədis;
    7) İmam Museyi-Kazim (əleyhissəlam) – 6 hədis;
    8) İmam Riza (əleyhissəlam) – 19 hədis;
    9) İmam Cavad (əleyhissəlam) – 6 hədis;
    10) İmam Əliyyən-Nəqi (əleyhissəlam) – 6 hədis;
    11) İmam Həsən Əskəri (əleyhissəlam) – 22 hədis.(Dünya ədalətçisi, səh. 74–82. Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu barədə buyurduğu hədisləri sünnilərin Həzrət Məhdi (əleyhissəlam) barədə nəql etdikləri hədislər bölməsində danışacağıq.)
    İndi isə nümunə olaraq bir neçə hədisi nəzərdan keçirək:
    1) Əmirəl-möminin Əli (əleyhissəlam) buyurmuşdur: "Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, dünyada zülm və haqsızlıq baş alıb getdiyi zaman Hüseyn əleyhissəlamın nəslindən bir nəfər ümmətimə rəhbərlik edib haqq-ədaləti barpa etməyənə qədər dünyanın axırı gəlib çatmaz.” (Dəlailül-imamət, səh.240.)
    Əli (əleyhissəlam) "Nəhcül-bəlağə” kitabında bu barədə çox söhbət etmişdir. O cümlədən: "Dünya eynilə südünü sağmağa imkan verməyən (və balasına tərəf qaçan), yalnız sakitləşdikdən sonra bizə tərəf üz çevirən gic dəvəyə bənzəyir.(Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.19, səh.29.)
    Allah-taala Quranda buyurmuşdur ki, Biz yer üzündə zəif düşüb əzilənlərə bol nemət vermək, onları yer üzünün (rəhbər və) varisi etmək istəyirik.” ("Qəsəs” surəsi, ayə 6.)
    2) İmam Hüseyn (əleyhissəlam) buyurmuşdur: "Əgər dünyanın sonuna təkcə bir gün qalsa, Allah-taala həmin günü, mənim nəslimdən bir kişinin qiyam edib zülmlə dolu olan dünyanı haqq-ədalətlə dolduracağına qədər uzadar. Mən Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu cür buyurduğunu eşitmişəm.” (Kəmalüddin, c.1, səh.318.)
    3) İmam Cavad (əleyhissəlam) Əbdüləzim Həsəniyə buyurmuşdur: "Bizim qiyam edəcək şəxsimiz elə gözlənilən Məhdi əleyhissəlamın özüdür. Onun qeybdə olduğu müddət ərzində zühurunu gözləməli, zühur etdikdən sonra isə əmrinə tabe olmaq lazımdır. And olsun Məhəmmədi (səlləllahu əleyhi və alih) peyğəmbərliyə seçmiş və İmaməti bizim ailəyə məxsus etmiş Allaha ki, əgər dünyanın sonuna təkcə bir gün də qalsa, Allah həmin günü Məhdi əleyhissəlamın zühur edib zülmlə dolu olan dünyanı ədalətlə dolduracağına qədər uzadar. Allah Musa peyğəmbərin işini bir gecədə həll etdiyi kimi onun da işini bir gecədə həll edər. Musa (əleyhissəlam) həyat yoldaşı üçün od gətirməyə getmiş, lakin Peyğəmbər olaraq geri qayıtmışdır.”
    Sonra İmam Cavad (əleyhissəlam) əlavə edib buyurdu: "Şiələrimiz üçün ən gözəl iş onun (Məhdi əleyhissəlamın) zühur və qiyamını gözləməkdir.”(Kəmalüddin, c.2, səh.377.)
    İmam Məhdi (əleyhissəlam) doğulmazdan qabaq onun haqqında yazılmış kitablar
    Həzrət Məhdi əleyhissəlamın qeybə çəkilməsi, daha sonra isə qiyam edəcəyi İslam aləmində o qədər qəti olmuşdur ki, onun haqqında çoxlu sayda kitablar yazılmış, hətta bu kitabların bəzilərinin yazılma tarixi o Həzrətin doğulmasından qabaqkı tarixə aiddir. Məsələn, şiə məzhəbinin görkəmli hədisçilərindən biri olmuş Həsən ibn Məhbub Zərrad (vəfatı hicri 224-cü ildə) böyük qeyb dövründən yüz il qabaq "Əl-Məşixə” kitabını yazmış və həmin kitabda İmam Məhdi əleyhissəlamın qeybə çəkiləcəyi haqqında olan hədisləri qeyd etmişdir(Əlamül-vəra, səh. 443–444.)
    Mərhum Təbərsi yazır ki, şiə hədis söyləyənləri İmam Baqirlə (əleyhissəlam) İmam Sadiq əleyhissəlamın zamanında qeyb dövrünü vurğulayan hədisləri öz əsərlərində qeyd etmişlər.(Əlamül-vəra, səh.443.)
    Həmçinin, İmamların bəzi səhabələri İmam Məhdi (əleyhissəlam) və onun qiyamı barədə kitab yazmışlar. O cümlədən İbrahim ibn Saleh Ənmati(Fihrist, səh.14.) (İmam Baqir əleyhissəlamın səhabəsi), Həsən ibn Məhəmməd ibn Səmaə(Fihristi-əsmai-müsənnifiş-şiə, səh.11.)(İmam Kazim əleyhissəlamın səhabəsi), Məhəmməd ibn Həsən ibn Cümhur(Əl-Qeybət, səh.284.) (İmam Riza əleyhissəlamın səhabəsi), Əli ibn Məhziyar(Fihristi-əsmai-müsənnifiş-şiə, səh.178.) (İmam Cavad əleyhissəlamın səhabəsi) və Fəzl ibn Şazan Nişaburini(Fihristi-əsmai-müsənnifiş-şiə, səh.17.) (İmam Riza (əleyhissəlam), İmam Cavad (əleyhissəlam) və İmam Əliyyən-Nəqi əleyhissəlamın səhabəsi) qeyd etmək olar.
    İmam Məhdi (əleyhissəlam) sünni mənbələrində
    Qeyd etdiyimiz kimi Həzrət Məhdi əleyhissəlama və onun zühuruna əqidə bəsləmək təkcə şiə məzhəbinə aid deyil, eyni zamanda sünni məzhəbinin görkəmli hədisçiləri də, o Həzrətə aid olan hədisləri səhabə və tabeinlər vasitəsilə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etmiş və öz kitablarında qeydə almışlar. Belə ki, şiə kitabları bir yana, İslamın digər məzhəblərində (Hənəfi, Şafei, Maliki və Hənbəli məzhəblərində) yazılmış kitablar da, Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) və onun zühuru barədə buyurduğu hədislərlə doludur. Bir sıra böyük tədqiqatçıların araşdırmalarına əsasən, sünni məzhəbinin hədisçiləri Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri Peyğəmbərdən (səlləllahu əleyhi və alih) otuz üç səhabə vasitəsilə öz kitablarında qeyd etmişlər.(Əmin-amanlıq müjdəsi, səh. 91–92.)Sünni məzhəbinin böyük alimlərindən yüz altısı Həzrət Məhdi əleyhissəlamın zühuruna aid olan hədisləri öz kitablarında qeyd etmiş,(Əmin-amanlıq müjdəsi, səh. 92–95.) onlardan otuz iki nəfəri isə bu barədə ayrıca kitab yazmışdır.(Əmin-amanlıq müjdəsi, səh. 95–99.) Əhməd ibn Hənbəlin "Əl-Müsnəd” (vəfatı – hicri 241-ci ildə) və Buxarinin (vəfatı – hicri 256-cı ildə) "Səhih” kitabları sünni məzhəbinin ən mötəbər kitablarından olub Həzrət Məhdi əleyhissəlamın doğulmasından qabaq yazılmış və həmin kitablarda o Həzrətə aid olan hədislər qeyd edilmişdir.(Səhihi-Buxari, c.4, səh.633; Əhməd ibn Hənbəl, Əl-Müsnəd, c.1, səh. 84, 99, 448.) Əhməd ibn Hənbəlin qeyd etdiyi hədislər sırasında aşağıdakı hədis də vardır: "Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Əgər dünyanın sonuna bircə gün də qalsa, Allah-taala həmin gün mütləq bizim nəsildən bir nəfəri üzə çıxarar, o da dünyanı zülmlə dolduğu kimi haqq-ədalətlə doldurar.”(Əl-Müsnəd, c.1, səh.99.)
    Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam), onun xüsusiyyət və nişanələrinə dair buyurduğu hədislər qədim sünni mənbələrində o qədər çoxdur ki, sünni hədisyazar və hədis əzbərləyənləri bu hədislərin təvatür həddində olduğunu bildirmişlər.(Hədisin təvatür həddinə çatması o deməkdir ki, həmin hədisi çoxlu sayda hədisçi eyni məzmunla rəvayət etmişdir.) Qısa bir araşdırmaya əsasən, sünni məzhəbinin on yeddi görkəmli alimi Həzrət Məhdi əleyhissəlama aid olan hədislərin təvatür həddinə yetişməsini öz kitablarında qeyd etmişlər.(Əmin-amanlıq müjdəsi, səh. 90–91.) Əllamə Şövkani bu hədislərin təvatür həddində olmasını sübut etmək məqsədilə "Ət-Tozihu fi-təvaturi ma caə fil-Müntəzəri vəd-Dəccali vəl-Məsih” adlı ayrıca bir kitab yazmışdır.(Əmin-amanlıq müjdəsi, səh. 91) Yaxşı olar ki, indi nümunə üçün sünni məzhəbinin bir neçə görkəmli aliminin bu barədə buyurduqlarını oxucuların nəzərinə çatdıraq:
    1) Şövkani yuxarıda adını çəkdiyimiz kitabda Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri qeyd etdikdən sonra deyir: "Bununla məşğul olanlar bilirlər ki, qeyd etdiyimiz bütün hədislər təvatür həddinə çatmışdır. Deməli, bu hədislərin təvatür həddində olmasına yəqin etdik... Bütün bu dediklərimiz bir zərrə iman və düşüncəsi olan şəxslər üçün mənə elə gəlir ki, kifayət edər.”(Qayətül-məmul fi-şərhit-tacil camii-lil-üsul, c.5, səh.327.)
    2) Hafiz(Hafiz o şəxsə deyilir ki, Peyğəmbər sünnəsinə dərindən yiyələnib bu barədə ixtilaflı və müvafiq məsələləri bilsin və hədis söyləyənlərin avtobioqrafiyasından xəbərdar olsun. (Elmül-hədis, c.2, səh.22.)) Əbu Abdullah Gənci Şafei (vəfatı hicri 658-ci ildə) "Əl-Bəyan fi-əxbari Sahibəzzaman” kitabının on birinci fəslində deyir: "Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) barədə buyurduğu hədislər çoxlu ravilər tərəfindən söylənildiyinə görə təvatür həddinə çatmışdır.”(Müntəxəbül-asar, səh.5.)
    3) Görkəmli alim İbn Həcər Əsqəlani Şafei (vəfatı – hicri 852-ci ildə) "Səhihi-Buxari” kitabına yazdığı "Fəth əl-bari” adlı şərh kitabında deyir: "Məhdi əleyhissəlamın bu ümmətdən olması və İsa peyğəmbərin göydən enərək onun arxasında namaz qılacağına dair təvatür həddinə çatmış hədislər vardır.”(Fəthəl-bari bişərhi-Səhihi-Burxari, c.6, səh. 493–494.)
    4) Mömin Şəbəlnəci yazır: "Peyğəmbərdən (səlləllahu əleyhi və alih) söylənilmiş və təvatür həddinə çatmış hədislər göstərir ki, Məhdi (əleyhissəlam) onun nəslindən olub yer üzündə ədaləti bərpa edəcək.”(Nurul əbsar, səh.171.)
    5) Şeyx Məhəmməd Səbban yazır: "Məhdi əleyhissəlamın Peyğəmbər (səlləllahu əleyhi və alih) nəslindən olması və onun qiyam edərək yer üzündə haqq-ədaləti bərpa edəcəyi barədə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) söylənilmiş hədislər təvatür həddindədir.”(Nurul-əbsar, səh.140.)
    6) "Əl-Əzhər” universitetinin professoru və "Ət-Tacül-camii lil-üsul” kitabının müəllifi Şeyx Mənsur Əli Nasir yazır: "Keçmiş və müasir alimlər arasında yayılmışdır ki, dünyanın axırında mütləq, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən Məhdi (əleyhissəlam) adlı bir şəxs zühur edəcək. O, bütün İslami ölkələrə hakim olacaq. Müsəlmanların hamısı ona tabe olacaq, o da müsəlmanlarla ədalətlə rəftar edib dini (İslam dinini) möhkəmlədəcək. Sonra Dəccal peyda olacaq. Həzrət İsa (əleyhissəlam) göydən enərək Dəccalı öldürəcək, ya da Dəccalı öldürməkdə Həzrət Məhdi əleyhissəlama kömək edəcək.
    Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) barədə buyurduğu hədisləri Peyğəmbərin (səlləllahu əleyhi və alih) bir sıra fəzilətli səhabəsi rəvayət etmişdir. Əbu Davud, Tirmizi, İbn Macə, Təbrani, Əbu Yəla, Bəzzar, İmam Əhməd ibn Hənbəl və Hakim Nişaburi kimi böyük hədisçilər həmin hədisləri öz kitablarında qeyd etmişlər.”(Ət-Tacul-camii lil-üsul, c.5, səh.310.)
    Sünni məzhəbinin ən görkəmli alimlərindən olan İbn Əbil-Hədid bu barədə yazır: "Bütün İslami firqələr bu əqidədədirlər ki, dünyanın və bəşərin İlahi hökmləri icra etmə təklifinin sonu Məhdi (əleyhissəlam) zühur etdikdən sonra yetişəcək.”(Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.10, səh.96.)
    Category: İmam Məhdi əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 722 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024