İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Məhdi əleyhissəlamın həyatı

    İmam Məhdi əleyhissəlamın həyatı
    2012-04-14, 7:22 AM
    İslam dünyası əlaqələri təşkilatının bəyanatı
    Bu bölməni, Məkkədə yerləşən böyük vəhhabi təşkilatı – "İslam dünyası əlaqələri” təşkilatının yaydığı və bütün İslam aləminin Həzrət Məhdi (əleyhissəlam) məsələsinə inanmasına bir sübut olan rəsmi bəyanatı ilə başa çatdırırıq. Bu bəyanatın mühüm cəhətlərindən biri də odur ki, onda şiə məzhəbi ilə ziddiyyətdə ifrat dərəcəsinə varmış vəhhabilərin də, bu məsələni qəbul etməsi göstərilir. Onlar nə təkcə bu məsələni qəbul edir, hələ üstəlik bu məsələni ciddi müdafiə edərək onu qəti İslami əqidələrdən biri sayırlar. Təbii ki, bu da, bu məsələ haqqındakı hədis və sənədlərin çoxluğundan irəli gəlmişdir. Özü də bu qurum beynəlxalq İslami bir təşkilat kimi fəaliyyət göstərir.
    Min doqquz yüz yetmiş altıncı ildə Kenuyadan Əbu Məhəmməd adlı bir şəxs "İslam dünyası əlaqələri” təşkilatına müraciət edərək oradan "Gözlənilən Məhdi əleyhissəlamın zühuru” haqqında bir sual soruşmuşdur. Təşkilatın baş katibi ona yazdığı cavabda vəhhabi məzhəbinin banisi İbn Teymiyyənin də Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədisləri qəbul etdiyini vurğulamış və hazırda Hicazın görkəmli alimlərindən olan beş nəfərin bu barədə hazırladığı kitabçanı ona göndərmişdir. Bu kitabçada Həzrət Məhdi (əleyhissəlam) və onun zühur edəcəyi yerin, yəni, Məkkə şəhərinin adı çəkildikdən sonra deyilir:
    ... Dünyada fəsad, pozğunluq, zülm və haqsızlıq baş alıb getdikdən sonra Allah-taala onun (Məhdi) vasitəsilə dünyanı haqq-ədalətlə dolduracaq. O, Peyğəmbərin (səlləllahu əleyhi və alih) "Səhih” kitablarında haqqında xəbər verdiyi on iki raşidi xəlifələrinin sonuncusudur. Peyğəmbərin (səlləllahu əleyhi və alih) Məhdi (əleyhissəlam) barədə buyurduğu hədisləri səhabələrin bir çoxu, o cümlədən Osman ibn Əffan, Əli ibn Əbutalib, Təlhə ibn Übeydullah, Əbdürrəhman ibn Ovf, Abdullah ibn Abbas, Əmmar ibn Yasir, Abdullah ibn Məsud, Əbu Sədr Xudəri, Sovban, Qürrə ibn Əyas Məzəni, Abdullah ibn Haris, Əbu Hüreyrə, Hüzeyfə ibn Yəman, Cabir ibn Abdullah, Əbu Əmamə, Cabir ibn Macid, Abdullah ibn Ömər, Ənəs ibn Malik, İmran ibn Hüseyn, Ümmü Sələmə və başqaları rəvayət etmişlər.
    Daha sonra əlavə olunur:
    İstər Peyğəmbərdən (səlləllahu əleyhi və alih) yuxarıda qeyd etdiyimiz hədislər, istərsə də burada səhabələrin buna dair hədis hökmünü daşıyan şəhadətləri bir çox məşhur İslami kitablarda və Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərinin orijinalının qeyd olunduğu sünən, möcəm və müsnədlərdə qələmə alınmışdır. O cümlədən, "Sünəni-Əbi Davud”, "Sünəni-Tirmizi”, "Sünəni-ibn Macə”, "Sünəni-ibn Ömər əd-Dani”, "Müsnədi-Əhməd”, "Müsnədi-Əbu Yəla”, "Müsnədi-Bəzzaz”, "Səhihi-Hakim”, "Möcəmi-Təbrani”, "Möcəmi-Ruyani”, "Möcəmi-Dari-Qutni”, Əbu Nüeymin "Əxbarül-Məhdi”, Xətib Bağdadinin "Tarixi-Bağdad”, İbn Əsakirin "Tarixi-Dəməşq” və bir çox başqa kitablarda bu barədə məlumatlar verilmişdir. Bəzi İslam alimləri bu barədə ayrıca kitablar da yazmışlar. Əbu Nüeymin "Əxbarül-Məhdi”, İbn Həcər Heytəminin "Əl-Qəvlül-muxtəsər fi-əlamatil-Məhdil muntəzər”, Şövkaninin "Ət-Tozihu fi-təvaturi ma caə fil-müntəzəri vəd-Dəccali vəl-Məsih”, İdris İraqi Məğribinin "Əl-Məhdi” və Əbulabbas ibn Əbdülmömin Məğribinin "Əl-Vəhmül-məknun fir-rəddi əla ibn Xəldun” kitablarını buna misal göstərmək olar. Bu barədə geniş məlumat vermiş sonuncu şəxs Mədinə İslam Universitetinin rektoru olmuşdur. O, universitetin buraxdığı jurnalın bir neçə sayında bu barədə ətraflı söhbət etmişdir.
    Bir sıra keçmiş və müasir İslam alimləri, o cümlədən Səxavi "Fəthül-məğis”, Məhəmməd ibn Səfavini "Şərhül-əqidə”, Əbülhəsən Əbri "Mənaqibüş-Şafei”, İbn Teymiyyə öz fətvalarında, Süyuti "Əl-Havi”, İdris İraqi Məğribi "Əl-Məhdi”, Şövkani "Ət-Tozihu fi-təvaturi ma caə fil-muntəzəri vəd-Dəccali vəl-Məsih”, Məhəmməd ibn Cəfər Kətani "Nəzmül-mütənasir fil-hədisil mütəvatir” və Əbülabbas ibn Əbdülmömin "Əl-Vəhmül-məknun fir-rəddi əla ibn Xəldun” kitablarında Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislərin təvatür həddinə çatmasını (və danılmasının heç cür mümkün olmadığını) qeyd etmişlər.
    Bəyanatın sonunda deyilir: "Təkcə İbn Xəldun Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri qəbul etmir və "Məhdi elə Həzrət İsa əleyhissəlamın özüdür” məzmunlu əsassız bir hədislə qeyd etdiyimiz hədislərə irad tutur. Lakin dini rəhbərlər onun bu iddiasını rədd etmiş və İbn Əbdülmömin onun rəddinə dair ayrıca bir kitab yazmışdır. Həmin kitab otuz il bundan əvvəl bütün Şərq və Qərbdə nəşr edilmişdir. Hədis əzbərləyən və hədisyazarlar da qeyd etmişlər ki, Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislər arasında həm səhih hədis, həm də həsən (yaxşı) hədislər vardır. Təbii ki, bunları da üst-üstə gəldikdə təvatür həddinə çatır. Beləliklə, Həzrət Məhdi əleyhissəlama inanmaq (hər bir müsəlmana) vacib olub həm sünni, həm də şiə məzhəbinin əqidələrindən biri hesab olunur və nadan, cahil, ya da bidətçi şəxsdən başqa heç kim bu məsələni dana bilməz.”
    (İslam hökmlər şurasının sədri Məhəmməd Müntəsəri Kənani).
    Oxucuların nəzərinə çatdırdığımız bu bölmə həmin kitabçanın əsas hissələrinin tərcüməsi idi.
    Məhdi əleyhissəlamın atası kimdir?
    Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bəzi sünni mənbələrində Həzrət Məhdi əleyhissəlamın atasının adı Abdullah qeyd edilmişdir.(Qeyd etdiyimiz bəyanatda məhz bu mənbələrə istinad edilmişdir.) Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o Həzrətin atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın mənşəyi o olmuşdur ki, bəzi sünni mənbələrində o Həzrətin nişanələri sırasında Peyğəmbərin (səlləllahu əleyhi və alih) aşağıdakı ifadəsi qeyd olunmuşdur: "Onun (Məhdinin) adı mənim adımdan, atasının da adı mənim atamın adından olacaq...”(Sünəni-Əbu Davud, c.1, səh.106) Əldə olan faktlar göstərir ki, "atasının adı da mənim atamın adından olacaqdır” ifadəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözündə olmamış və hədis söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (səlləllahu əleyhi və alih) cümləsinə əlavə etmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) isə yalnız "onun adı mənim adımdan olacaqdır” - deyə buyurmuşdur.
    Hafiz Gənci Şafei bu barədə deyir: "Tirmizi(Məhəmməd ibn İsa ibn Surə Tirmizi sünnilərin altı məşhur kitabından birinin müllifidir.) bu hədisi rəvayət etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.(Sünəni-Tirmizi, c.4, səh.505.) Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz "Müsnəd”ində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.”(Müsnədi-Hənbəl, c.1, səh.448.) Sonra Gənci əlavə edib deyir: "Sünnilərin mötəbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bəzi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə etibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym "Mənaqibül-Məhdi” kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində etibarlı sayıla bilməz.”(Müntəxəbül-əsər, səh. 231–235.)
    İbn Xəldun və Məhdi (əleyhissəlam) haqqında nəql olunmuş rəvayətlər
    Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq...
    Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər. Bu hədisləri inkar edib onların sənədində mübahisə edənlər də çoxdur. Hədis elminin mütəxəssisləri arasında belə bir qayda var ki, cərh tədildən(Cərh və tədil hədis elminin terminlərindəndir.) irəlidir. Belə olduğu halda əgər biz bu hədisləri söyləmiş ravilərin bəzilərində unutqanlıq, əqidə çatışmamazlığı və ya pozğunluğu kimi zəif cəhətlər müşahidə etsək, həmin hədislər etibardan düşür...”(Əl-Müqəddimə,” səh. 311–312.)
    Sonra o, (İbn Xəldun) bu hədislərdən bir neçəsini qeyd etmiş, onları söyləmiş ravilərin avtobioqrafiyasını araşdıraraq bəzilərini etibar oluna bilməyən hesab etdikdən sonra deyir: "Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun qiyamı barədə söylədikləri rəvayətlər. Özünüz də gördünüz ki, onların bir neçəsi istisna olmaqla hamısı mübahisəlidir.”("Əl-Müqəddimə,” səh. 322.)
    Bu, İbn Xəldunun Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətlərə münasibətinin qısa məzmunu idi.
    Hədis elminin mütəxəssisləri, istər şiə olsun, istərsə də sünni hamı bir nəfər kimi onun iddialarını qəti sübutlarla inkar edərək sözlərini əsassız hesab etmişlər.(Ədalət carçısı, səh. 30–49.) İndi nümunə üçün Mədinə Universitetinin ustadı Şeyx Əbdülmöhsün İbadın bu barədə dediklərinin qısa məzmununu oxucuların nəzərinə çatdırırıq.
    O, "Sünnə əhlinin gözlənilən Məhdi haqqında əqidəsi” mövzusuna dair keçirilmiş konfransda İbn Xəldunun nəzəriyyəsini rədd edərək demişdir:
    a) Əgər Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədisləri hədis mütəxəssisi olan bir şəxs inkar etsəydi, bu barədə şəkk etməyə dəyərdi. Ancaq bu barədə mütəxəssis olmayan tarixçilərin şübhəsi yersizdir. Şeyx Əhməd Şakir yaxşı deyib ki, İbn Xəldun bilmədiyi bir işə baş qoşmuş, əhli olmadığı bir meydana girmişdir. O, öz yazdığı "Əl-Müqəddimə” kitabında Məhdiyə ixtisas verdiyi fəsildə təəccüb ediləsi sözlər demiş və açıq-aşkar səhvlərə yol vermişdir. O, hədisçilərin hədis elmində "cərh tədildən üstündür” demələrindən məqsədin nə olduğunu heç anlamamışdır.
    b) İbn Xəldun "Əl-Müqəddimə”də Məhdi əleyhissəlama ixtisas verdiyi fəsildə etiraf edir ki, tarix boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın axır vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən mütləq, bir nəfər zühur edəcək...
    Tarix boyu bütün müsəlmanlarda belə bir inamın olmasına etiraf etdiyi halda, İbn Xəldunun özünün də hamının qəbul etdiyi bu əqidəni qəbul etməsi daha məqsədəuyğun olmazdımı? Bütün müsəlmanların əqidəsinin onun şəxsi əqidəsilə zidd olduğu bir halda bu, necə deyərlər özünü kənaraçəkmə demək deyilmi? Deməli, bütün müsəlmanlar səhv başa düşmüş, təkcə İbn Xəldun doğru anlamışdır? Ümumiyyətlə, bu, araşdırılası, əqli yolla başa düşüləsi bir məsələ deyil. Əksinə, bu, nəqli və qeybi bir məsələdir. Kiminsə onu Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsindən başqa bir sübutla isbat etməsi düzgün deyil. Bu isə bütün müsəlmanların nəzəriyyəsini təsdiqləyir və onlar bu nəqli məsələdə mütəxəssislərdir.
    v) İbn Xəldun bu hədisləri araşdırıb öz etirazını bildirməzdən qabaq deyir: "İndi bu barədə deyilmiş hədisləri qeyd edəcəyik.”(Əl-Müqəddimə,” səh.311.) Hədisləri qeyd etdikdən sonra deyir: "Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun dünyanın sonunda qiyam edəcəyi barədə rəvayət etdiyi hədislər.” Başqa bir yerdə isə deyir: "Hədisçilərin Məhdi (əleyhissəlam) haqqında rəvayət etdiyi hədislərin hamısını bacardığımız qədər qeyd etdik.”("Əl-Müqəddimə,” səh.327.) Halbuki, o, Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislərin çoxunu qeyd etməmişdir. Bunu Süyutinin "Əl-Ürfül-virdi fi-əxbaril Məhdi” kitabından da əldə etmək olar. İbn Xəldun, İbn Qəyyimin "Əl-Minarül-münəyyif” adlı kitabında mötəbər sənədlə qeyd etdiyi hədisdən də xəbərsiz qalmışdır.
    q) İbn Xəldun bu hədislərin bəzisini qeyd etmiş, onların bəzilərinin sənədini ravilərinə görə etibarsız saymışdır. Halbuki, Buxari və Müslim, ya heç olmasa onların biri öz səhihlərində həmin ravilərdən hədislər rəvayət etmiş və alimlər onların sənədlərində heç bir irad tutmamışlar.
    d) İbn Xəldun özü etiraf edir ki, Məhdi barədə deyilmiş hədislərin az bir qismi sənəd cəhətdən mötəbər və iradsızdır. Elə isə qeyd etməliyik ki, İbn Xəldunun özünün qəbul etdiyi həmin hədislər də bu məsələnin isbata yetməsi üçün kifayət edir və başqa hədislər də onları təsdiqləyir.(1388 hicri, № 3, Camiətül-İslamiyyə jurnalı, Mədinə.)
    Məhdi əleyhissəlamı gözləmək və Məhdilik iddiası edənlər
    İslam tarixinə nəzər saldıqda, məlum olur ki, tarix boyu bir sıra məqam və mənfəət ardınca olan şəxslər Məhdilik iddiası edərək özlərini Məhdi adlandırmış, ya da bir dəstə avam insan kimlərisə Məhdi hesab etmişlər. Bu hərəkət göstərir ki, "Məhdi” məsələsi və qeybi bir nicat verənin zühuruna inam müsəlmanlar arasında qəti məsələlərdən biri olmuşdur.(Məqatilüt-talibin (təhqiq), səh. 138, 184, 154, 440. İbad ibn Yaqub Əsədi Rəvacini Kufi (təv. 255 hicri), görkəmli tarixçi Zəhəbinin yazdığına görə əhli sünnənin böyük mühəddislərindən çoxu ondan hədis və rəvayət nəql ediblər ki, Həzrətə yardım etmək üçün qabaqcadan özünə bir qılınc hazırlayıb saxlayırmış. Hədis öyrənmək üçün onun yanına getmiş Qasim ibn Zəkəriya Mitrəz adlı bir şəxs deyir: Mən onun yanına gedəndə artıq gözləri görmürdü. Kənarında bir qılınc var idi. Soruşdum ki, bu qılınc kimindir? Dedi: Onu Mehdinin kənarında döyüşmək üçün hazırlamışam (Mizanül-e`tidal, c. 2, səh. 379). Mə`lum oludğu kimi onun vəfatı "kiçik qeybət”in başlanğıc dövrlərinə təsadüf edir. Belə çıxır ki, elə o zamanlardan Mehdinin qiyamının intizarı və bu qiyamda iştirakın zəruriliyi məsələsi müsəlmanlar arasında mövcud imiş.) Məhdilik iddiası etmiş şəxslərin də adı, ya bəzi xüsusiyyətləri o Həzrətlə uyğun gəldiyindən onlar bu məsələdən istifadə edib özlərini Məhdi adlandırmışlar. Əlbəttə, onlardan bəziləri heç də özləri belə bir iddia etməmiş, lakin bir dəstə avam insan ya nadanlıq üzündən, ya hakim dairələrin son dərəcə zülmü nəticəsində, ya Məhdi əleyhissəlamın zühurunda tələsmələrinə görə, ya da başqa səbəblər üzündən Həzrət Məhdi əleyhissəlamın nişanələrinin hamısına fikir vermədən səhvə yol verərək onları Məhdi hesab etmişdir. Məsələn, müsəlmanlardan bir dəstəsi Məhəmməd ibn Hənəfiyyəni Peyğəmbərlə (səlləllahu əleyhi və alih) eyniadlı və eynikünyəli olduğuna görə Məhdi hesab etmiş və belə fikirləşiblər ki, o ölməyib qeybə çəkilmiş, sonradan zühur edərək dünyanın hakimi olacaqdır.(Firəqüş-şiə, səh.27.) İsmailiyyə firqəsinin bir dəstəsi bu əqidədə olmuşdur ki, İmam Sadiq əleyhissəlamın oğlu İsmayıl ölməmiş, onun ölümü məsləhət üzündən e`lan olmuş, o, elə vəd olunmuş Məhdidir və ölümündən qabaq qiyam edərək bütün dünyaya hakim olacaq.(Firəqüş-şiə, səh. 67–68.)
    Necə ki, "İmam Sadiqin (ə) həyatı” fəslində keçdiyi kimi Abdullah ibn Həsənin oğlu ""Nəfsi-Zəkiyyə”” ləqəbi ilə məşhur olmuş Məhəmməd, Abbasi xəlifəsi Mənsur Dəvaniqinin hakimiyyəti dövründə qiyam etmiş, adının Məhəmməd olmasına görə atası onun Məhdi olduğunu iddia etmiş və bu yolla oğlu üçün çoxlu tərəfdar toplamışdı.(Əl-Fəxri, səh. 165–166.) "Nəfsi-Zəkiyyə”nin qiyamı zamanı Mədinənin fəqih və abidlərindən olan Məhəmməd ibn Əclan onu himayə edirdi. "Nəfsi-Zəkiyyə” məğlub olaraq öldürüldükdən sonra Mədinə hakimi Cəfər ibn Süleyman Məhəmməd ibn Əclanı çağırtdırıb ona deyir: "Nəyə görə o yalançını himayə edirdin?” Sonra da onun əlini kəsdirmişdir. Məclisdə hazır olan Mədinə əyan-əşrafı Cəfər ibn Süleymandan Məhəmməd ibn Əclanın əfv olunmasını istəyərək deyir: "Ya Əmirəl-möminin! Məhəmməd ibn Əclan Mədinənin fəqih və abidlərindəndir, bu işdə səhvə yol vermiş və "Nəfsi-Zəkiyyə”ni rəvayətlərdə gəlmiş Məhdi ilə oxşadıb qarışıq salmışdır.(Məqatilüt-talibin, səh.193.)
    Bu hadisədən eynilə Mədinənin böyük hədisçi və alimlərindən olmuş Abdullah ibn Cəfərin də başına gəlmiş və o da Mədinə hakiminin cavabında demişdi: "Mənim Məhəmməd ibn Abdullah ("Nəfsi-Zəkiyyə”) ilə həmkarlıq etməyimin səbəbi onun rəvayətlərdə vəd olunmuş Məhdi olduğuna inamım olmuşdur. O ölənə qədər bu məsələ barədə heç bir şübhə etmirdim, lakin o öldükdən sonra bildim ki, o, Məhdi deyil. Bundan sonra heç kimin hiyləsinə aldanmaram.(Məqatilüt-talibin, səh.195.)
    Əsl adı Abdullah və oğlunun adı Məhəmməd olan xəlifə Mənsur isə öz oğluna Məhdi ləqəbi qoyub iddia edirdi ki, vəd olunmuş Məhdi "Nəfsi-Zəkiyyə” deyil, məhz mənim oğlumdur.(Məqatilüt-talibin, səh.162.)
    Tarixə nəzər saldıqda bəzi firqələrin keçmiş İmamlardan bəzilərinin Məhdi olması haqda əqidəsini də müşahidə edirik. Məsələn, Navusiyyə firqəsi İmam Sadiq əleyhissəlamı Məhdi, sağ və qeybə çəkilmiş İmam kimi tanıyırdı.(Əl-Miləlü vən-nihəl, c.1. səh.148.)Vaqifiyyə məzhəbi isə eynilə bu əqidəni İmam Museyi-Kazim əleyhissəlama aid edirdi.(Əl-Miləlü vən-nihəl, c.1. səh.150.) Onlar belə güman edirdilər ki, İmam Kazim (əleyhissəlam) dünyanın Şərq və Qərbini tutmayınca, dünya zülmlə dolduğu kimi ədaləti bərpa etməyincə ölməyəcək. Onların fikrincə vəd edilmş Məhdi elə İmam Kazim (əleyhissəlam) olmuşdur.(Firəqüş-şiə, səh.80, 83.)Nəhayət, bəziləri də İmam Həsən Əskəri əleyhissəlamın vəfatından sonra onun ölməsini inkar edərək demişlər ki, o, diridir və qeybə çəkilmişdir. Məhdi onun özüdür.(Firəqüş-şiə, səh.96.)
    Bunlar Həzrət Məhdi əleyhissəlama inamın həm Peyğəmbər (səlləllahu əleyhi və alih) dövründə, həm də ondan sonra olmasını təsdiqləyən nümunələrdir. Bu hadisələr göstərir ki, İslam ümməti daima qiyam edərək zülmə qarşı mübarizə edəcək və dünyada ədalət bayrağı dalğalandıracaq bir şəxsin intizarında olmuşdur. Təbii məsələdir ki, tarix boyu bəzi şəxslərin məhdilik mövzusundan istifadə edərək özlərini Məhdi adlandırması bu məsələnin əsl mahiyyətini inkar edə bilməz. Çünki əsrlər boyu bir çox həqiqətlərdən kimlərsə mənfi istifadə etmişdir. Dünyada Allahlıq, peyğəmbərlik, yaxud başqa mənəvi məqamlar iddiasında olanlar da az olmamışdır. Yalançı dinlərin də sayı az deyil. Ancaq bunlar heç vaxt Allahı, yaxud peyğəmbərliyi inkar etmək üçün kiməsə sübut ola bilməz. Hal-hazırda bəziləri elm, texnika və sənayedən bəşəriyyətə zidd olan işlər məqsədilə istifadə edirlər, ancaq bu, heç də bizə elm, texnika və sənayenin əsl mahiyyətini inkar etməyə əsas vermir.
    Quranda Məhdi (əleyhissəlam) hökumətinin siması
    Qurani-Kərim Həzrət Məhdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yəni, Quran ümumdünya ədalətli hökumət qurulacağından, əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama, onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri(Günbatan günəşi, səh. 140–151.) ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü oxucuların nəzərinə çatdırırıq.
    1) "Biz kitabdan Tövratdan, yaxud lövhi-məhfuzdan sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.” ("Ənbiya” surəsi, ayə 106.)
    Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki, ayədə gəlmiş "zikr” (kitab) sözü əslində "nəyisə xatırlamaq” mənasınadır, ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki "zikr” (kitab) sözü Qurana işarədir. Çünki Quranın özündə bir neçə yerdə Quran "zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, "Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: "O, Quran aləmlər bütün insanlar və cinlər üçün ancaq bir zikrdir öyüd-nəsihətdir.” Belə olduqda isə ayənin mənası "Biz kitabdan Tövratdan sonra Zəburda da...” yox, "Biz kitabdan Qurandan əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq” (Məhdi – böyük bir inqilab, səh. 121–122.) olur.
    Mərhum Şeyx Müfid ("Əl-İrşad” kitabında) Həzrət Məhdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir.(Əl-İrşad, səh.346.) Bu ayənin təfsiri barədə İmam Baqir əleyhissəlamdan rəvayət olunmuşdur ki, ayədə deyilmiş "saleh bəndələr”dən məqsəd Həzrət Məhdi əleyhissəlamın dünyanın axırında olacaq tərəfdarlarıdır.(Məcməül-bəyan, c.7, səh.66.)
    Quranın görkəmli təfsirçisi mərhum Təbərsi "Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: "Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: "Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq-ədalətlə dolduracağına qədər uzadar.”(Məcməül-bəyan, c.7. səh.67)
    Quranın Allahın saleh bəndələrinin yer üzünün hakimi olacağı məsələsinin Tövrat və Zəburda da yazılmasına işarə etməsi bu mövzunun əhəmiyyətini göstərir. Belə ki, bu məsələ ilkin peyğəmbərlərin də kitablarında vurğulanmışdır. Diqqəti cəlb edən məsələ budur ki, bu mövzu Davud peyğəmbərin dua, münacat və nəsihətlərini əhatə etmiş və hal-hazırda Tövratın "Əhdi-qədim” hissəsində yer tapmış "Davudun nəğmələri” kitabında da müxtəlif ifadələrlə gözə dəyir. Məsələn, otuz yeddinci nəğmədə deyilir: "...Zalımların kökü kəsiləcək, Allaha arxalananlar isə yer üzünün hakimi (varisi) olacaqlar. İndi isə zalımların olmaması çox çətin məsələdir. (Yəni, indi zalımlar çoxdur). Yer üzünün hakimi (varisi) olacaq təvazökarlar son dərəcə əmin-amanlıqdan ləzzət alacaqlar” Həmin nəğmənin başqa bir hissəsində deyilir: "...Allaha təbərrük edənlər (üz tutanlar) yer üzünün hakimi olacaq, məlunların (Allahdan üz döndərmişlərin) isə kökü kəsiləcək.”(Tövrat. "BRİTSH FAİN BABLE SWİSTS” kompaniyası. Londan çapı 1856, səh.1030.)
    2) "Yer üzündə zəif düşüb əzilənlərə nemət verib mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri hakimi etmək istəyirik.” ("Qəsəs” surəsi ayə 6)
    "Məhdi (əleyhissəlam) şiə mənbələrində” adlı başlıqda danışarkən qeyd etdik ki, Həzrət Əli (əleyhissəlam) Məhdi əleyhissəlamın qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd etdiyimiz ayəni oxumuşdu.(Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.19, səh.29.)
    Ələvilərdən olub Abbasi xəlifəsi Məmuna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cəfər deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün açıqladım. O, mənə dedi ki, səbr et, qoy "Yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri etmək istəyirik” ayəsi çin çıxsın.(Məqatilüt-talibin, səh.359)
    3) "Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur.” ("Nur” surəsi, ayə 55.)
    Mərhum Təbərsi bu ayənin təfsirində deyir: "Peyğəmbər ailəsindən rəvayət olunmuşdur ki, bu ayə Həzrət Məhdi (əleyhissəlam) barədə nazil olmuşdur. Əyyaşi İmam Zeynül-abidin əleyhissəlamdan rəvayət etmişdir ki, o Həzrət bu ayəni oxuyaraq buyurmuşdur: "And olsun Allaha ki, onlar (ayədə deyilmiş şəxslər) biz əhli-beytin şiələridir. Allah bu işi bizim nəslimizdən olan bir şəxs vasitəsilə həyata keçirəcək. Həmin şəxs bu ümmətin Məhdisidir. O, həmin şəxsdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) onun barəsində "Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən olan bir şəxsin (zühur edib) dünyaya hakim olacağı vaxta qədər uzadar. Onun adı mənim adımdandır. Dünyada zülm və haqsızlıq baş alıb getdiyi bir halda o, dünyada haqq-ədaləti bərpa edəcək” - deyə buyurmuşdur.”
    Təbərsi daha sonra əlavə edib deyir: "Bu məna qeyd etdiyimiz ayənin təfsirində İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan da rəvayət olunmuşdur.”(Məcməül-bəyan, c.7, səh.152.)
    İmamın qeyb dövründə olmasının faydaları
    İndi ki, Həzrət Məhdi (əleyhissəlam) haqqında söhbətimiz bura yetişdi, onda ona aid olan əsas suallardan birinə cavab verməyimiz lap yerinə düşər. Sual budur ki, İmamın qeyb dövründə olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın qeyb dövründə yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil, xüsusi yaşayışdır. Belə olduğu halda, onun müqəddəs vücudunun ümumi müsəlmanlar üçün nə kimi xeyri ola bilər və camaat ondan nə kimi istifadələr edə bilər?
    Nəzərə almaq lazımdır ki, İmamın qeybdə olması heç də o demək deyildir ki, o Həzrətin vücudu görünməz bir ruha, yaxud görünməz bir dalğaya və bu kimi şeylərə çevrilmişdir. Əksinə, o da təbii həyat sürür, sadəcə olaraq onun ömrü uzundur. O Həzrət camaat arasında, cəmiyyət içərisindədir, müxtəlif yerlərdə yaşayır, lakin naməlum şəkildə. Naməlum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır.(Məhdi (əleyhissəlam) – böyük bir inqilab, səh.250.) İmam Sadiq (əleyhissəlam) buyurardı: "Bizim Qaimimizin iki dəfə qeybəti olacaq. Onlardan birində o, həcc mərasimində hazır olacaqdır. O, insanları görür, insanlar isə onu görmürlər.(Üsuli-kafi, c.1, səh.339.)
    Həzrətin həcc mərasimində iştirakı onun təbii, adi ömür sürməyinə dəlalət edir. Belə düşünülür ki, İmam Sadiqin (ə) sözündəki xalqın onu görə bilməməsindəki məqsədi onu tanıya, təbii baxışla ayırd və seçə bilməmələri nəzərdə tutulmuşdur.
    Gizli Günəş
    Qeyd etdiyimiz sualın cavabında xatırlamaq lazımdır ki, bu sual heç də yeni və təkcə müasir dövrümüzə aid bir sual deyil. İslami rəvayətlərdən belə başa düşülür ki, hətta Həzrət Məhdi (əleyhissəlam) anadan olmazdan qabaq da, bu sual irəli sürülmüş və istər Peyğəmbər (səlləllahu əleyhi və alih), istərsə də İmamlar Həzrət Məhdi (əleyhissəlam) və onun uzun sürəcək qeybindən söhbət açdıqda bu sualla üzləşib ona cavab vermişlər. Məsələn:
    1) İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) "Şiələr Həzrət Məhdi əleyhissəlamın qeybdə olduğu müddət ərzində ondan istifadə edə biləcəklərmi?” sualının cavabında buyurmuşdur: "Bəli, and olsun məni Peyğəmbər seçmiş Allaha ki, günəş bulud arxasında olarkən insanlar onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq, şiələr ondan istifadə edəcək, İmamətinin nurundan bəhrələnəcəklər.”(Biharül-ənvar, c.52, səh.93, c.36. səh.250.)
    2) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: "Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və gizlində olan hüccət. Əgər yer üzündə İlahi bir hüccət olmasa, Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki, camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (əleyhissəlam) buyurur: "Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.”(Biharül-ənvar, c.52, səh.92.)
    3) Həzrət Məhdi əleyhissəlamın özü də bu məsələ üzərində çox təkid etmişdir. O Həzrət İshaq ibn Yəqubun(Məktubu İshaqa Məhəmməd ibn Osman təhvil vermişdir.) yazdığı suala cavab verərək buyurmuşdur: "Camaatın məndən istifadə etməsi eynilə bulud arxasında gizlənmiş günəşdən istifadə etmələri kimidir.”(Əl-Qeybət, səh.177.) Bu bənzətmənin açıqlamasında qeyd etmək lazımdır ki, günəşin işıq verməsi iki növdür. Biri bilavasitə, digəri isə vasitəli yolla işıq vermədir. Günəş bilavasitə işıq verəndə onun şüaları görünür, vasitəli işıqvermədə isə bulud günəşin qarşısını alır və onun nurunu cəzb edərək ətrafa paylayır.
    Günəşin canlı aləmin inkişafında misilsiz xidməti onun bilavasitə təbiətə işıq verdiyi vaxta aiddir. Lakin onun istilik vermə, bitkilərin açılması və yetişməsi, həyat üçün lazım olan enerji istehsalı, ağacların bəhrə verməsi, güllərin açılması kimi işlərdə təsiri bulud arxasında olarkən də özünü göstərir. İmamın qeyb pərdəsi arxasında olarkən mənəvi şüasının da bir sıra təsirləri vardır ki, təlim-tərbiyənin və bilavasitə rəhbərlik etməsinin dayanması onun vücudunun fəlsəfəsini aşkar edir. İndi həmin təsirlərdən bir neçəsini qısaca olaraq oxucuların nəzərinə çatdırırıq.
    1. Dünyanın döyünən ürəyi
    İmamət mövzusuna dair rəvayət olunmuş hədislərə və eləcə də, alimlərin gətirdiyi sübutlara əsasən, İmam dünyanın ürəyidir. Dünya bütün əzəmətilə ona bağlıdır. İmam varlıq aləminin qəlbi, dünyanın mərkəzi və Allahla məxluqat arasında bir vasitədir. Buna görə də, onun açıqda olması ilə qeybdə olmasının heç bir fərqi yoxdur. Lakin o, dünyada olmazsa bütün aləm bir-birinə dəyər. İmam Sadiq əleyhissəlamın dili ilə desək "Əgər yer üzü (bir an) İmamsız qalsa, öz sakinlərini kamına çəkər.”(Üsuli-kafi, c.1, səh.179.) İmam Zeynül-abidin (əleyhissəlam) buyurmuşdur: "Bizə görə Allah-taala asimanı yerə gəlməkdən, yerin lərzəyə gəlib sakinlərini məhv etməkdən saxlamışdır. Bizə görə Allah-taala yağış yağdıraraq Öz rəhmətini yayır və yerdə olan nemətləri üzə çıxarır. Ancaq yer üzündə bizim nəsildən olan bir şəxs olmasa, yer öz sakinlərini kamına çəkər.”(Əmaliyi-Səduq, səh.112.)
    2. Allah dinini qorumaq
    Əmirəl-möminin Həzrət Əli (əleyhissəlam) hər vaxt İlahi bir rəhbərin olmasının zərurətini vurğuladığı çıxışlarından birində buyurur: "İlahi, həqiqətən də belədir, yer üzü heç vaxt zühur edəcək və Allahın hüccəti olan bir şəxssiz olmamışdır. İstər həmin şəxs aşkarda olsun, istərsə də qeybdə. Bu, ona görədir ki, açıq-aşkar İlahi sübutlar itib batmasın...”(Şərhi-Nəhcül-bəlağə (İbn Əbil-Hədid), c.18, səh.347.)
    Zaman keçdikcə şəxsi fikirlərin məzhəbi (dini) məsələlərə qarışması və xəyanətkar əllərin səmavi təlimlərə tərəf uzadılması nəticəsində bir sıra İlahi qanunlar öz həqiqətini itirir və din bəzi təhriflərə məruz qalır. Allahın göndərdiyi səmavi dinin həqiqətinin qorunub saxlanılması və təhriflərin qarşısının alınması məqsədilə bu vəzifə (dini qorumaq vəzifəsi) Allah tərəfindən seçilmiş bir İmam vasitəsilə davam etdirilməlidir. Hər hansı bir mühüm müəssisədə həmin idarənin sənədlərini oğrudan, yanğından və bu kimi hadisələrdən qorumaq məqsədilə seyflər qoyulur. İmamın qəlbi və böyük ruhu da səmavi təlimləri ilk nazil olduğu gün kimi gözləmək məqsədilə İlahi qayda-qanunları qoruyub saxlamaq üçün bir seyfdir.(Məhdi (əleyhissəlam) – böyük bir inqilab.)Hafiz ibn Həcər Əsqəlani "Səhihi-Buxari” kitabına yazdığı şərhdə Həzrət Məhdi əleyhissəlamın zühuru zamanı Həzrət İsa əleyhissəlamın göydən enərək onun arxasında namaz qılacağı barədə rəvayət olunmuş hədisləri qeyd etdikdən sonra yazır: "Həzrət İsa əleyhissəlamın dünyanın sonunda və Qiyamətə yaxın vaxtda göydən enərək bu ümmətdən olan bir nəfərin arxasında namaz qılması İslam alimləri arasında tamamilə düzgün olan bu nəzəriyyəni təsdiq edir ki, yer üzü heç vaxt aşkar sübutlarla Allaha görə qiyam edəcək bir hüccətsiz olmamışdır.”(Fəth əl-bari bişərhi-Səhihi-Buxari, c.6, səh.494.)
    3. Ümid vermək
    Döyüş meydanlarında fədakar döyüşçülərin bütün diqqəti düşmən qarşısında öz bayraqlarının dalğalanmasında olur. Bunun əksinə olaraq düşmən ordusunun da yeganə məqsədi onların bayrağını aşağı endirməkdir. Bunun səbəbi də odur ki, bayrağın dalğalanması döyüşçüləri həvəsləndirərək onlara ümid verir və daha artıq səy göstərmələrinə səbəb olur. Həmçinin, ordu başçısının da öz yerində olması döyüşçülərdə ruh yüksəkliyi yaradır. Ordu başçısı nə qədər sakit dursa da, yenə döyüşçüləri həvəsləndirir və daha artıq qəhrəmanlıq göstərməyə cəlb edir. Ancaq ordu başçısının öldürülməsi xəbəri yayıldıqda, böyük bir ordu bütün ruhiyyəsini itirir, hazırlığını əldən verərək başsız qalır. Nə qədər ki, bir ordu, yaxud bir cəmiyyətin başçısı sağdır, bu onların ruhiyyəsinin artmasına səbəb olur. Hətta başçı səfərdə, yaxud ölüm yatağında olsa belə, yenə də ordu, ya cəmiyyətin fəaliyyətdə olmasına gətirib çıxarır. Lakin onun ölüm xəbəri bütün ordunu, cəmiyyəti ruhiyyədən salır. Şiə məzhəbi sağ qalmış İmama olan əqidəsinə görə onu öz aralarında görməsə də, özünü başçısız hiss etmir. Təbii ki, bu əqidə qəlblərdə ümid işığını saxlamaqda və camaatı özlərinə yetişib böyük bir ümumdünya qiyamına hazırlaşmaqda öz təsirini göstərir. Fransanın Sarbon universitetində fəlsəfə dərsi deyən görkəmli fransız şərqşünası, professor Hanri Kerben deyir: "Mənim fikrimcə şiə məzhəbi Allahla bəndələr arasında əlaqəni həmişə qoruyub saxlamış və İmamətə əbədiyyət qazandırmış yeganə məzhəbdir. Yəhudilər Allahla insanlar arasında əsl vasitə olan nübüvvəti (peyğəmbərliyi) Həzrət Musa əleyhissəlamla qırılmış hesab edərək ondan sonra gəlmiş Həzrət İsa (əleyhissəlam) və Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) Peyğəmbər kimi qəbul etməmişlər. Eləcə də, məsihilər. (Onlar da bu vasitəni Həzrət İsa əleyhissəlamla sona çatmış bilirlər.) Müsəlmanların sünni məzhəbi də, Həzrət Məhəmməddən (səlləllahu əleyhi və alih) o tərəfə getməmiş və nübüvvətin Məhəmmədlə (səlləllahu əleyhi və alih) sona çatdığından sonra Allahla məxluqat arasında heç bir vasitə olduğuna inanmamışdır. Lakin şiə məzhəbi Həzrət Məhəmmədlə (səlləllahu əleyhi və alih) nübüvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət vasitəsi olan "İmamət”i həmişə qoruyub saxlayan yeganə məzhəbdir.”("Şiə məktəbi” jurnalının 2-ci nömrəsi. Tehran çapı 1960-cı il. səh.20. (Əllamə Təbatəbainin professor Hanri Kerbenlə söhbəti.))
    Category: İmam Məhdi əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 791 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024