İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Məhdi (ə) barəsində təhqiqat

    İmam Məhdi (ə) barəsində təhqiqat
    2012-02-09, 8:37 PM
    ŞARƏLƏR VƏ KİNAYƏLƏR
    Allah-təala buyurur:
    Peyğəmbər heç vaxt nəfsani istəklər üzündən danışmır. Onun sözləri ilahi vəhydən başqa bir şey deyildir.(Nəcm surəsi, ayə:4 )
    Rəsulumuzun sizin üçün gətirdiyi hər bir şeyi qəbul edin; və qadağan etdiyi bütün şeylərdən uzaq olun.("Həşr" 7)
    Peyğəmbər (s) buyurmuşdur:
    Mən sizin aranızda iki ağır əmanət (səqəleyn) qoyub gedirəm. Onlara arxalanıb diqqət mərkəzində saxlasanız, heç vaxt yolunuzu azmayıb zəlalətə düşməyəcəksiniz. Bu iki şey Kövsər hovuzunun kənarında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaqdır. Bu iki şey Allahın kitabı və mənim Əhli-beytim, itrətimdir.(Bu hədis (Səqəleyn hədisi) 24 nəfər səhabə tərə-findən nəql olunmuş, əhli sünnə kitablarında hədis mənbələrində, təfsir, tarix və sair kitablarda müxtəlif təbirlərlə gətirilmişdir. O cümlədən Səhihi Müslüm, 8-ci cild, səh.122; Müstədrəki Haşim Nişapuri, 3-cü cild, səh.109, 148, 533; Sünəni Termezi, 2-ci cild, səh.307 )
    Mənim canişinim və vəsilərim–məndən sonra Allahın insanlara olan höccəti–12 nəfərdən ibarətdir ki, birincisi qardaşım, axırıncısı isə oğlumdur.
    Sual olundu:–Ya Rəsuləllah, qardaşın kimdir?
    Buyurdu:–Əli İbni Əbi Talib.
    Soruşdular:–Oğlun kimdir?
    Buyurdu:–Məhdi. O, yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Məni haqq olaraq peyğəmbərliyə seçən şəxsə and olsun, əgər dünyanın ömründən hətta bir gün də qalmış olsa belə, Allah o günü o qədər uzun edəcəkdir ki, oğlum Məhdi qiyam etsin. (O zühur etdikdən sonra) İsa ibni Məryəm Ruhulllah onun arxasında namaz qılacaq, yer üzü Pərvərdigarın nuru ilə işıqlanacaq. Məhdinin rəhbərlik və səltənətinin həddi-hüdudu məşriqlə-məğribin arasını dolduracaqdır.(Mühəddis Bəhrani: Ğayətul-Məram, səh.196 Fəraidus Səmtindən nəqlən.)
    Hər kəs öz zəmanəsinin İmamını tanımadan ölsə, cahiliyyət dövründə ölmüş kimidir.(Məhəmməd ibni Yəqub Kuleyni: Üsuli-Kafi, 2-ci cild, səh.308; Qeybəti Nömani, səh.130 )
    Hər kəs Məhdi (əleyhissalam)-ın qiyamını inkar etsə, həqiqətən kafirdir.(Yənabiul-Məvəddət, səh. 447; Əlburhan fi əlamatil Məhdi axirəzzəman, 12-ci bab, Əl ülfülvərdi fi əxbaril Məhdi, 2-ci cild, səh.83. )
    Bu günkü ağır şəraitdə əllərimizi Allah dərgahına qaldırıb deyirik: Pərvərdigara, həqiqətən biz Peyğəmbərin aramızdan getməsindən, İmamımızın qeybə çəkilməsindən, düşmənlərimizin çoxluğundan, dostlarımızın azlığından, fitnələrin bizə və dövrümüzə hakim kəsildiyindən Sənə şikayət edirik.(İftitah duası. )
    Biz Quran ayələrinin və Peyğəmbər sünnət-inin təlimləri əsasında bütün varlığımızla etiqad bəsləyirik:
    Bəşərin ruhi xəstəliklərinin dərmanı yalnız elə bir İslama üz gətirməkdədir ki, onda İmam Zaman (əleyhissalam) aşkar şəkildə bəyan olunsun və bütün dəvətlər, səylər və hərəkatlar Allah kitabının və Peyğəmbər itrətinin təlimlərinin dirçəldilməsi istiqamə-tində olsun.
    Məhdi (əleyhissalam)-a inam, bu etiqada dəvət, adının hər yerdə çəkilməsi, onun varlıq aləmində və İslam dünyasında ifa etdiyi rolun və təsirin araşdırılması sadəcə bir fərdin və ya xüsusi qrupun vəzifəsi deyildir. Çünki İslamın əsaslarından olan Məhdəviyyət dərin köklərə və dolğun məzmuna malik olan əqidələrdən sayılır.
    Əgər Allahın kitabı və Peyğəmbərin itrəti həmişəlik olaraq ayrılmaq kimi elan olunubsa, onda nə üçün bu gün o iki əmanətin arasına ayrılıq salınıb?! Məgər bunların bir-birindən ayrılması İslam ümmətinin azğınlığa, zəlalətə düşməsi deyilmi?!
    Məgər Peyğəmbər (s) insanların zəlalətə düşməməsinin əsas rəmzini Allahın kitabı və İmam Zaman (ə) məsələsinin bir yerdə olmasıyla əlaqələndirməmişdirmi?
    Doğrudan da, görəsən qeyri-islami əqidələrdə, həmin qrupların həqiqi rəhbərlərinə də bu qədər etinasızlıq rəva görülürmü? İmam Zaman əleyhissalama diqqət yetirməmək, ona biganə yanaşmaq İslam barəsində inanc və əndişələrin müxtəlifliyi deyilmi?!
    Əli əleyhissalam sanki həyəcanlı fəryadlarla bizim dövrümüzün qarışıq və hərc-mərclik vəziyyətinə xitab edərək buyurur:
    Necə də qəribədir bu həqiqətlər!! Əcaba, bu camaatın öz aralarında, bir-biri ilə bu barədə icad etdikləri əyrilikdən, iki tirəlikdən heyrətdə olmayım?! Nə Rəsuli-əkrəmin (s) ayininə itaət edirlər, nə də ondan sonra onun canişinin tövsiyələrinə qulaq asırlar! Nə qeyb aləminə etiqadları var, nə də çirkinliklərdən uzaq olurlar! Qəlblərini şübhəli və naməlum şeylərə bağlayıb, nəfsani istəklərinin yerinə yetirilməsi yolunda başlarından-canlarından keçir-lər.
    Hər nəyi çox istəyirlərsə nəzərlərində yaxşı cilvələndirir və hansı şey xoşlarına gəlməsə, onu inkar edib xoşagəlməz bilirlər.
    Çətinliklərdə və müşküllər tufa-nında öz xəstə ruhlarının sığınacağına pənah aparırlar. Məchul və qarışıq məsələlərdə öz gümanlarına arxalanırlar. Sanki onlardan hər biri təklikdə özünə İmamdır. Zahiri gözləri ilə gördüklərinə iman gətirir, öz puç xəyallarına əsasən dəlillər düzəldib onlara istinad edirlər və beləliklə özlərini asudə edirlər.(Nəhcül-Bəlağə (Feyzül İslam) 87-ci xütbə. )
    Həqiqətdə əqidəvi ixtilafların əsaslı dəlillərindən biri dini məfhumları öz gümanlarımız əsasında araşdırmamız və bunları öz istədiyimiz kimi həll etməyimizdir.
    İlahi dinin sərhədlərinin həqiqi keşikçilərindən danışmırıq; onları elə haqqı öz həqiqi yolundan sapındırdığı yerdə və ən alçaq, rəzil insanları paklıqların məzhəri kimi kürsüyə oturtduğu faciənin əvvəlindəcə unuduruq.
    Peyğəmbərin əziz qızı fəryad edib buyurur:
    Pərvərdigar... biz Peyğəmbər xanəda-nına itaət etməyi ictimai işlərin nizama salınması, imamətimizi isə ümmətin ixtilaflardan saxlanması üçün bir vasitə qərar verdi.(Əhməd İbni Əli Təbərsi: Ehticac, 1-ci cild, səh.134 )
    Düzdür ki, həzrəti Məhdi (əleyhissalam) barəsində nəinki səthi bir səviyyəyə, hətta istidlali görüşlərə qane olmaq bizim razılığımıza səbəb ola bilməz. Təkcə, Həzrətin adını və ləqəbini bilməklə, bəzən öz islami risalətimizi hal-hazırkı ağır şəraitdə yerinə yetirməyimiz və İmam Zamanın həqiqi adıcıl-lardan olduğumuzu deməyimiz sadəcə özümüzü aldatmaq və qəlbimizə təskinlik verməkdir!!!
    Amma bundan xəbərsizik ki, yeganə məsum, ilahi rəhbər, qeyb aləminin vasitəsi, bütün peyğəmbərlər və ilahi övliyaların şəriksiz varisi, bütün asimani kitabların bəyan edicisi olan o həzrəti əsaslı şəkildə, elmi və məntiqi şəkildə müdafiə etmirik. İslami ideologiya-mızın müdafiəsi sayılan bu işi lazımı şəkildə yerinə yetirməməyimiz bağışlanmaz səhvdir.
    İmam Əli ibni Məhəmməd (əleyhissalam) sanki belə bir vəziyyəti nəzərdə tutub buyurur:
    Əgər sizin Qaiminiz qeybə çəkildikdən sonra alimlər arasında camaatı İmam Zaman əleyhissalama tərəf dəvət və hidayət edən, ilahi bürhanlarla dinin keşiyində dayanan, Allahın zəif bəndələrini İblis və onun dostlarının hiylələrindən Əhli-beyt düşmənlərinin tələlələrindən xilas edib qurtara bilən adamlar olmasa, onda heç kəs bir yerə çata bilməz və hamı Allahın dinindən dönər.
    Belə alimlər Allahın yanında ən yaxşı insanlar sırasındadır.(

    Şəhidi Sani Münyətül-Murid (Cəfəri çapı, Məşhəd) səh.25.)
    İmanlı, pak əndişəli insanlar bilirlər ki, hər qövm üçün bir hidayət edən vardır(Rəd surəsi, ayə:7) Hər əsrin bir İmamı vardır. İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Sadiq, İmami-əsr Həzrət Höccət İbnil-Həsən və ümumiyyətlə on iki imamın hər biri bizim ilahi rəhbərimizdir. Qeyd etdiyimiz kimi, hər bir imanlı müsəlman bu haqq İmamı tanımaqda, tanıtdırmaqda, onun həqiqi və müqəddəs yolunda addımlamaqda vəzifə və məsuliyyət daşıyır.
    ÖN SÖZ
    Zülmətli bir gecəninı öz qara pərdələrini bir neçə əsr islam ümmətinin üzərinə saldığı və müsəlman millətlərini tarix boyu gerilikdə, tənəzzüldə və donuşluqda saxladığı uzun bir dövrdən sonra, iyirminci əsrin ortalarında yavaş-yavaş islam ümmətinin səmasında yeni həyat zümzümələri eşidilməyə və islam ümmətinin uzun illər boyu zalımların, istismarçıların və inadkarların qandalları altında inləyən heysiyyəti yavaş-yavaş bərpa olunmağa başladı. İranda İmam Xomeyninin rəhbərliyi altında baş verən İslam İnqilabının qələbəsi ilə bu oyanış daha qüdrətli və yenilməz oldu, istismarçı qara qüvvələrin asayişini əllərindən aldı və onların xam xəyallarını puça çıxartdı.
    Bu gün islam ümməti, özünün yeni həyatında İmam Xomeyninin əməli proqramlarına borclu olduğu kimi, şübhəsiz, Şəhid Sədrin əndişə və təfəkkürünə də borcludur. Çünki Şəhid Sədr, yeni islam hərəkatının rəqibsiz bayraqdarı və dahi mütəfəkkiri idi. Onun hərtərəfli, yeni, eləcə də hər bir yönə əhatəli və dərin məfhumlu olan ideyaları islam ümmətinin irəliləməsi üçün lazımi şəraiti hazırlaya bilmiş və onun hərəkət yolunu, xarici məktəb və ideologiyalar arasında ən əhatəli və zəngin olan islam mədəni hərəkatına yönəltmişdi. Hansı ki, həmin xarici ideyalar islam cəmiyyətlərinin mədəni-ideoloqi mərkəzlərini ələ alaraq islam mütəfəkkirləri və onların mədəni övladlarının düşünən beyinlərini istila altına almaq istəyirdi. Şəhid İmam Seyyid Məhəmmədbaqir Sədr (rəhmətullahi əleyh) özünün misilsiz ləyaqəti və islam barəsində olan yeni ideya və təfəkkürləri ilə, yeni materialist mədəniyyətinin mütəfəkkir və alimləri ilə mübarizəyə qalxdı, dinsizlik ideyasının cəmiyyəti idarə etməkdə son dərəcə bacarıqsız olduğunu, eləcə də materializmin ideoloqi bünövrələrinin dağılacağını kor-koranə təqlid etmək fikrində olmayanlar üçün aşkar etdi. Həmçinin, dini təfəkkürün, müasir dünyamızda cəmiyyətin qarşılaşdığı problemlərin həll olunmasını öhdəsinə almaqdakı və yeni həyatı idarə edərək cəmiyyətin rifah, firavanlıq və səadətini təmin etməkdəki misilsiz və qüdrətli təsirini isbat etdi. Şəhid Sədrin məktəbindəki yeniliklər sadəcə bir mehvərdə və bir istiqamətdə bitmirdi. Əksinə, onun ciddi səyləri nəticəsində islami təfəkkür və ideologiya həyatın bütün sahələrində, xüsusilə islam iqtisadiyyatı, müqarin fəlsəfə və müasir məntiq kimi yeni səhnələrdə özünün yüksək zirvəsinə çatdı, hətta fiqh, üsul, fəlsəfə, məntiq, kəlam, təfsir və tarix kimi klassik elmlərə də nüfuz etdi. Nəticədə bu elmlərin hər bir şaxəsində inqilabi dəyişikliklər yaratdı, bu ideoloqi inqilab hər bir şaxənin elmi məsələlərini, üslub və məzmun baxımından keçmiş mərhələlər ilə müəyyən əsaslı fərqlərə malik olan yeni bir mərhələyə çatdırdı. İmam Şəhid Sədrin şəhid olmasından təxminən iyirmi il keçməsinə baxmayaraq, hələ də elmi-təhqiqat mərkəzləri onun ideyalarından və elmindən ilham alır. Biz, müxtəlif elmi məsələlərdə onun elmi əsərləri və yaratdığı yeniliklər barədə axtarış aparmağa ehtiyac duyuruq. Buna görə də Ayətullah Sədrin şəhid olmasının iyirmi illiyi münasibəti ilə ümumdünya səviyyəsində keçirilən konfrans onun elmi-mədəni mirasını, elə onun dəyərli elm əsərlərinə münasib olan bir səviyyədə dirçəltməyi öhdəsinə almışdır. Nəzərə almaq lazımdır ki, bu elmi mirasın böyük bir hissəsi ərəb və fars dillərində çap olunmuşdur. Buna görə də bu konfransın böyük vəzifəsi iki istiqamətdə izlənilir:
    1) Şəhid Sədrin əsərlərinin külliyyatını, diqqətli olub əmanətdarlığa mümkün qədər riayət etmək şərti ilə, dünyanın müxtəlif dillərinə tərcümə etmək;
    2) Şəhid Sədrin əlyazmalarını bir yerə toplamaq məqsədi ilə əsərlərinə yenidən nəzər salmaq. Bu iş də ona görə icra olunur ki, bəzən təkrar çaplar nəticəsində, onun əsərlərində (çap işini öhdələrinə alanların diqqətsizliyi ucbatından) yaranmış bütün səhvlərə düzəliş verilsin və məhz bundan sonra daha yüksək keyfiyyətdə çap olunsun.
    Əlinizdəki kitab Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədrin yazdığı Bəhsun hovləl-Məhdi kitabının tərcüməsidir. Şəhid Sədr onu, Seyyid Məhəmməd Sədrin yazdığı Məvsuətul-İmam əl-Məhdi kitabına bir müqəddimə kimi yazmışdı. Bu müqəddimədə irəli çəkilib araşdırılan məsələlərin əhəmiyyətinə görə ayrıca kitab şəklində çap olunmuş və indiyə qədər müxtəlif dillərə tərcümə edilmişdir. Müəllif bu kitabda şiə aləmində Məhdəviyyət ilə əlaqədar olan əqidə barəsində yaranan suallara elmi yolla cavab vermişdir. Mütəal Allahdan acizanə şəkildə istəyirik ki, bu işi, özünün razılığı olan işlər sırasında qəbul etsin. Amin!
    Ayətullah Seyyid Məhəmmədbaqir Sədrin
    konfransının elmi heyətinin dəftərxanası
    Kafirlər Allah nurunu öz batil sözləri ilə söndürmək istəyirlər... Əlbəttə, Allah öz nurunu kafirlərin xoşuna gəlməsə də tamamlayacaqdır.
    Səff surəsi, ayə:8
    MÜƏLLİFİN MÜQƏDDİMƏSİ
    Həzrət Məhdi (əleyhissalam)-a etiqad bəsləmək təkcə dini xüsusiyyətlərə malik olan islami bir inanc deyil, həm də bütün insanların istək və arzuları üçün bir ünvan və simvoldur. Mövcud din və məzhəb fərqlərinə baxmayaraq, insanların fitri ilhamlarının təzahürü olan bu əqidə müxtəlif fərqlərlə insaniyyət üçün vədə verilmiş bir günün gəlib çatacağını, həmin gündə böyük asimani-ilahi risalətlərin son məqsəd və hədəflərinin gerçəkləşəcəyini xəbər verir. Həmin gün tarix boyunda çoxlu enişli-yoxuşlu olan yol müxtəlif əzab-əziyyətlərdən sonra lazımi dərcədə hamarlaşacaq və maneələr aradan qalxacaqdır.
    Belə bir gələcəyin intizarını çəkmək yalnız dinlərə iman gətirməklə qeyb aləmini qəbul edən şəxslər üçün deyil, həm də başqalarına sirayət etmişdir. Belə ki, bu inancın inikaslarını etiqadi əsaslara inanmayan, qeybi varlıqları qətiyyətlə inkar edən və bunlara qarşı ciddi mübarizə aparan ideologiyalarda da görmək olar.
    Misal üçün, tarixi sinfi təzadlar əsasında şərh və təfsir edən dialektik materializmdə bütün təzad və ziddiyyətlərin aradan qalxacağı, insanlar arasında qarşılıqlı anlaşma və əmniyyətin hökm sürəcəyi bir gündən söz açılır.
    Beləliklə görürük ki, bəşəriyyət tarixində bu hisslər barəsində daxili bir təcrübə mövcud olmuşdur və burada sair ruhi təcrübələr arasında daha artıq ümumiyyət və geniş miqyaslılıqdan istifadə olunur. Din də bu hərtərəfli və ümumbəşəri hisslərə möhkəmlik bəxş etməklə yanaşı yer üzünün zülm və haqsızlığa boyandığı kimi ədalətlə dolacağını bəyan edən bu əqidəyə təbii bir dəyər bağışlamış və bu etiqada inananların təfəkkür yolunu iman tərəfinə istiqamətlən-dirmişdir.
    Belə bir iman təkcə təskinlik və dözüm amili deyil, həm də böyük bir ruhi sərmayənin yaradıcısıdır. Bu da böyük və əbədi bir müdafiə qüvvəsinin yaranmasına səbəb olur, dünyanın hər yerində olursa olsun, zülm və zülmkarlığa qarşı mübarizəni, həmişə mümkün hesab edir. Çünki bu, ümid çırağının işıqlarını qəlblərə elə saçır ki, insanın ruhunda ümidsizlik zülmətini daim məhv edir və belə bir etiqadı elan edir:
    Əgər acınacaqlı, dəhşətli hadisələr bir-birinin üzərinə toplansa, dünya qaranlıqların, zülmətlərin içərisində itib-batsa, yenə də ümid məşəlini qəlblərdə yanar saxlamaq, ədalət tərəfinə getmək lazımdır. Çünki vədəsi verilən günün varlığı göstərir ki, ədalət zülm və haqsızlıqla dolu olan bir dünya ilə qarşılaşmaq qüdrətinə malikdir. Ədalət dərinliklərə kök atmış nəhəng və qorxunc zülümləri lərzəyə gətirə bilər və dünyanın hər yerində baş alıb gedən haqsızlığa son qoyar. Sanki bu bir həqiqətdir ki, zülm labüd olaraq məğlub edilməli, hətta özünün ən yüksək zirvəsinə çatsa belə aradan getməlidir.
    Buna əsasən, bu əqidə hər bir məzluma, habelə zülm altında inləyən xalq kütlələrinə böyük bir ümid verərək bildirir ki, özlərini cəmiyyətin bünövrəsini dəyişdirməkdə və onu yenidən qurmaqda qüdrətli hiss etsinlər.
    Məhdi (əleyhissalam)-a etiqad bəsləmək daha uzaq keçmişlərə gedib çatdığına və hətta İslamdan da geniş səviyyəli bir etiqada malik olduğuna körə təbiidir ki, onun İslami hədd-hüdudları tarixin əvvəlindən bu etiqada göz tikilən bütün arzu və ümidlərə özündə yer vermişdir. Ona elə güclü və qüdrətli mədəniyyət bağışlamışdır ki, məzlum kütlələr üçün böyük ruhi sərmayə ola bilmiş, zülm altında inləyən bütün insanların hisslərini coşdurmaq, təhrik etmək və onların haqq-ədalətə istiqamətlən-dirilməsində daha artıq qüdrətə yiyələnmişdir. Çünki islam bu etiqadın mövzusunu təsəvvür aləminin hüdudlarından reallığa, gerçəkliyə gətirmiş, onu gələcəkdən hal-hazırkı dövrə nəql etdirmişdir. Gələcəkdə naməlum bir qüvvəyə ümid bəsləmək yerinə elə bir xilaskara iman bəsləsinlər ki, hal-hazırda mövcuddur və vədəsi verilən günün gəlib çatmasını, o gün üçün lazım olan şəraitləri gözləyən insanların böyük hədəflərini əməli olaraq həyata keçirməyə imkan versin.
    Buna əsasən, Məhdi (əleyhissalam) məsələsi hələ doğulmamış və ya doğulması gözlənilən şəxsin intizarını çəkmək demək deyildir. Bu sadəcə bir uzaqgörənlik də deyildir ki, onun konkret nümunəsinin intizarında olaq; əksinə o mövcud reallıq və konkrekt bir şəxsdir ki, onun özü də fəaliyyətlərinin başlanmasının intizarını çəkməkdədir və bizim aramızda öz fiziki bədəni ilə yaşayır, bizi görür, biz də onu görürük; o, bəşəriyyətin dərdləri, əzabları, arzuları fəzasındadır, qəm-qüssələrimizdə bizimlə şərikdir. Əzab çəkənlərin işgəncələrini, yer üzü zülmkarlarının törət-dikləri bədbəxtlikləri, zalımların tüğyanlarını uzaqdan-yaxından görür və vədəsi verilən günün gəlib çatmasını gözləməkdədir. Və o zaman özünün qüdrətli əllərini məhrumlara, zülm altında inləyənlərə, bədbəxt günlərə qalanlara tərəf uzadacaq, zalımların kökünü yer üzündən kəsəcəkdir.
    Əlbəttə, intizarı çəkilən bu rəhbər üçün ilahi təqdir belə olmuşdur; o, hələlik özünü aşkar etməməli və başqaları ilə birlikdə vədəsi verilən günün intizarını çəkməli, eyni zamanda özünü onlara göstərməməlidir.
    Aydındır ki, bu təfəkkürün islami xüsusiyyətləri məxluqlarla onlara nicat verəcək intizarı çəkilən rəhbərin arasındakı fasiləni azaldır. Bu müştərək ruhi duyğular zülmə məruz qalanlarla onlara nicat verən şəxsin arasında sanki bir körpüyə bənzəyir ki, vüsal duyğusu hicranın uzun körpüsünü qısaldacaq. Əgər bizdən Məhdi (əleyhissalam)-in hal-hazırda mövcud olan gerçək bir insan kimi təqdim etməyimizi istəsələr və onun bizim kimi yaşamağına etiqadımız və vədəsi verilən günün intizarını çəkməyimiz barədə bir şey soruşsalar, bu inanc həqiqətdə bizi bu hədsiz əndişə və bütün sitəmlərin sərhəddinə sövq etdirir ki, Məhdi (əleyhissalam) onun bir rəmzidir və hal-hazırda da zülmün kökünü kəsəcək bir rəhbər kimi təcəssüm tapmışdır. O, hədislərdə qeyd olunduğu kimi, hal-hazırda həmin günün intizarını çəkir və həmin gündə aşkar olacaqdır. O (Allahdan başqa) heç kəsin fərmanını qəbul etmir. Ona iman gətirmək həm zülmün kökünün kəsilməsinə iman, həm də onunla eyni təfəkkürdə olmaq deməkdir.
    Hədislərdə də Həzrəti Məhdi (əleyhissalam)-ın zühurunun intizarını çəkmək, zühurun tezləşməsini istəmək məsələsinə çoxlu təşviq və tövsiyə edilmişdir ki, möminlər həmişə onun yolunu gözləsinlər. Bu təşviq, zühuru gözləyənlərlə onların rəhbərləri arasında ruhi və mənəvi bağlılıqdır. Bu bağlılıq Həzrəti Məhdi (əleyhissalam)-ı hal-hazırda mövcud bir insan kimi təcəssüm etdirmədən mümkün deyildir.
    Biz görürük ki, Məhdi (əleyhissalam)-ın mövcudluğu o həzrətin intizarını çəkmək fikrinə təzə bir ruh bağışlayır, ona daha artıq yaradıcılıq və qüdrət bəxş edir. Bundan əlavə, zülmün kökünü kəsmək istəyən və intizarı çəkilən rəhbəri özünə həmfikir və həmdərd hesab edən insanda, ona məhrumiyyət nəticəsində dəyən dərdlərin və bəlaların qarşısında bir növ müqavimət və dözümlülük yaradır.
    Əlbəttə, Məhdi (əleyhissalam)-ın fiziki cəhətdən mövcud olması, eyni halda camaatdan bir qrupunda bu məsələyə qarşı mənfi xüsusiyyətlər yaratmışdır. Çünki onlar bu işi çox çətin fərziyyə kimi təsəvvür edir və soruşurlar:
    Əgər Məhdi (əleyhissalam) diridirsə və on əsr bundan qabaq yaşamış insanlarla müasir olubsa, həmçinin onun diri olması zühur vaxtına qədər davam edəcəksə, onda bir insan üçün belə bir uzun həyatı necə təsəvvür və qəbul etmək olar; o, hər bir insana qocalmağı və təbii hadisələr qarşısında təslim olmağı müqəddər edən təbii qanunların təsirindən necə amanda qalmışdır? Əgər real fikirləşsək belə bir fərz qeyri-mümkün deyildirmi?
    Soruşurlar:
    Hansı maraq pak və uca məqamlı Allahı bu xüsusi insana görə təbiət qanunlarını pozmağa, həyatını uzatmaq və vədə verilən zamana qədər saxlamaq kimi qeyri-mümkün bir işə əl atmağa vadar etmişdir? Məgər analar (lazım olan dövrdə) layiqli rəhbər doğmaqda acizdirlərmi? Nə üçün Allah-taala vədə verdiyi bir rəhbərin öz zamanında doğulmasını adi insanlar kimi öz dövründə böyüyüb boya-başa çatmasını və nəticədə zülm və haqsızlıqla dolu olan dünyanı haqq-ədalətlə doldurmasını müəyyən etməmişdir?
    Soruşurlar:
    Mötəbər tarixlərə əsasən Həzrəti Məhdi Əhli-beyt imamların on birincisi olaraq 255-ci hicri ilində doğulmuş və atası da 260-cı ildə vəfat etmişdir. O Həzrət atası vəfat edərkən 5 yaşlı uşaq idi və təbiidir ki, ata 5 yaşlı övladını ideoloqi və dini cəhətdən tam hazırlaya bilməzdi . Bəs onda o, belə bir ləyaqətə necə yiyələnmiş və özünün dini və elmi vəzifələrini necə ifa edəcəkdir?
    Həmçinin soruşurlar:
    Əgər bu rəhbər insanların nicatı üçün lazımi ləyaqətə malikdirsə, onda bu qədər uzun intizar nə üçündür?
    Məgər dünyada baş verən bütün bu zülmlər və faciəli hadisələr onun ədaləti bərqərar etməsi üçün zuhur etməsinə kifayət deyildirmi?
    Həmçinin deyirlər:
    Fərz edək ki, belə bir işin baş verməsinin mümkünlüyünü qəbul etdik, onda yenə də sual yaranır ki, Məhdi (əleyhissalam)-ın varlığının gerçəkləşməsini necə qəbul edə bilərik? Məgər insan tutarlı elmi və dini dəlil olmadan belə bir fərziyyələrin düzlüyünə inana bilərmi? Sadəcə bir neçə hədis və rəvayətin nəql olunması bizi bu fərziyyəni qəbul etməyə vadar edə bilərmi?
    Həmçinin, vədə verilən gündə Məhdi (əleyhissalam)-ın rolu barəsində belə sual verirlər: necə ola bilər ki, bir fərd dünyanın hər bir yerini dəyişdirə biləcək belə böyük və qətiyyətli rolu öhdəsinə ala bilsin? Bir nəfər nə qədər böyük olsa belə, təklikdə tarixi qura və ya onu yeni, təzə mərhələyə daxil edə bilməz. Çünki hər hansı bir tarixi hərəkatın əsas qüvvələri tənha o cəmiyyətdə yeni zəminələr və mövcud təzadların səbəbi ilə inkişaf edir və həmin şəxsin əzəməti də o zəminələrdən qaynaqlanır.
    Soruşurlar:
    O hansı təfəkkür üslubudur ki, onun möhtəvasında böyük və əsaslı dəyişikliklər, ədalətin yenilməz qələbəsi, zülm və sitəmin varlığı ilə birgə bir fərdin əli ilə həll edilməsi mümkün hesab edilsin. Halbuki zalımların nüfuz və qüdrətləri həddindən artıq çoxdur və onların ixtiyarında dünyanı məhv etmək üçün son dərəcə qüdrətli bir texnologiya vardır. Habelə, hərbi və siyasi qüdrət səhnələrində çox vəhşətli mövqelərə çatmışlar.
    Qeyd olunan məsələlər Məhdi (əleyhissalam) barəsində insanların zehnində yaranan suallardır ki, müxtəlif şəkillərdə bəyan olunur. Bu suallardan həqiqi məqsəd təkcə ideoloqi yön deyildir. Ruhi bir mənbədən qaynaqlanan bu məsələləri dünyaya hakim olan gerçəkliklərdən doğan hisslər, yaxud əsaslı dəyişikliklər yaranması üçün fürsətlərin yararsız olduğu adlandırmaq olar.
    Təbii olaraq mövcud vəziyyətlərdən yaranan bu hisslər zamanın keçməsi ilə bir-birinin ardınca gəlməkdə və bu əqidə barəsində olan şəkk-şübhəni daha da artırmaqdadır. Hətta məğlubiyyət və bacarıqsızlıq ruhiyyəsi işi o yerə çatdırmışdır ki, insanlar dünyada əsaslı islahatın yaranacağını onun tarix boyu baş verən bütün zülmlərdən boşalacağını, ona yeni qüvvə bəxş edəiləcəyini ondan sonra haqq-ədalət və düzlük bünövrələrinin qurulacağını çox çətin təsəvvür edirlər. Bu işin təsəvvür olunmasının çətinliyi insanın öz şəkk-şübhələrini təkrar suallar şəkildə aşkar etməsinə və bu məsələni inkar etmək qərarına gəlməsinə səbəb olur.
    İndi biz qeyd olunan sualları araşdırırıq və onların hər birinin üzərində bir qədər fikirləşməyi qarşıya məqsəd qoyuruq.
    Category: İmam Məhdi (ə) barəsində təhqiqat | Added by: Islam_Kitabxanasi
    Views: 876 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024