İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Məhdi (ə) barəsində təhqiqat

    İmam Məhdi (ə) barəsində təhqiqat
    2012-02-09, 8:36 PM
    1 HƏZRƏT MƏHDİ (əleyhissalam)-IN UZUN ÖMRÜ
    Belə bir sual yaranır: görəsən mümkün ola bilərmi ki, bir insan uzun əsrlər boyu yaşasın? Başqa sözlə, vədə verilən rəhbərin belə bir ömür yaşamasını qəbul eməklə deyə bilərikmi ki, o, hal-hazırda 1140 ildən artıq ömür sürmüşdür, adi bir insan həyatından təqribən 14 dəfə artıq yaşamışdır?!
    Bu sualın cavabında qeyd etməliyik ki, mümkünlük dedikdə, aşağıdakı üç mənadan birini başa düşürük:
    1-Əməli cəhətdən mümkünlük;
    2-Elmi cəhətdən mümkünlük;
    3-Məntiqi və ya fəlsəfi cəhətdən mümkünlük;
    Əməli mümkünlük dedikdə, məqsəd hər hansı bir işin həyata keçməsini elə bir şəkildə mümkün sanmaqdır ki, hamı tərəfindən qəbul edilə bilsin. Məsələn, okeanlara səfər edib onun dərinliklərinə daxil olmaq, aya səfər etmək və bu kimi digər işlər hal-hazırda əmələn mümkün olan işlər sırasındadır.
    Elmi mümkünlük dedikdə, məqsəd budur ki, müəyyən bir iş əməli cəhətdən mümkünlük mərhələsinə çatmayıbdır və müasir elmi texniki tərəqqi onun həyata keçrilməsinə səy göstərir. Eyni zamanda elmi nailiyyətlər və elmi texniki-tərəqqi onun mümkünlüyünü inkar etmir və ya bunun inkarına bir dəlil tapa bilmir.
    Misal üçün, insanın Marsa gedib çatması elmi nöqteyi-nəzərdən qeyri-mümkün sayılmır. Onun baş verməsinin inkar edilməsi üçün də heç bir məqsəd güdülmür, əksinə, elmin hazırkı naliyyətləri göstərir ki, qeyd olunan kosmik səfər bu vaxta qədər həyata keçməyibsə də, onun nə vaxtsa baş verəcəyinin mümkünlüyündə heç bir şəkk-şübhə yoxdur. Çünki insanın Marsa və ya Aya çatması astronomik və elmi kosmoloqi baxımdan çox az fərqlənir. Yolun uzaqlığı kimi çətinlikləri nəzərə almasaq, Marsa çatmağı elmi nöqteyi-nəzərdən tam mümkün hesab etmək olar. Amma bunun əksinə olaraq, Günəşə getmək əməli cəhətdən əlavə elmi nəzərdən də qeyri-mümkündür. Çünki elm və təcrübə onun təsəvvür olunmasına heç bir ehtimal vermir. Hətta hərarətə qarşı davamlı olan maddələrin kəşf olunmasını mümkün hesab etsək də belə, bu səfərin nə vaxtsa baş tutacağını təsəvvür etmək mümkün deyildir.
    Fəlsəfi və ya məntiqi mümkünlük dedikdə, əql, yaxud təcrübi sınaqlar və qanunlar nəzərindən müəyyən bir işin təsəvvür olunması və baş verməsi üçün hər hansı bir maneənin mövcud olmaması, nəticədə əql tərəfindən onun baş verməsinin qeyri-mümkünlüyünə hökm edilməməsi nəzərdə tutulur.
    Misal üçün, üç ədəd portağalı heç biri kəsilmədən iki bərabər hissəyə bölmək mümkün deyildir. Çünki əql, əməl və təcrübi baxımdan hökm edir ki, üç tək ədəddir və təkliklərə toxunmadan cüt sayda bölünməz. Üç portağalı iki bərabər hissəyə ayırmaq əqlən mümkün deyildir. Çünki üçün iki bərabər hissəyə ayrılmasının şərti budur ki, üç eyni zamanda həm tək olsun, həm də cüt. Bu da paradoks adlanır və məntiq cəhətindən qeyri-mümkün sayılır.
    Amma insanın yanmadan od kürəsinin içərisinə getməsi, həmçinin yüksək hərarətə davam gətirməklə günəşə daxil olması məntiqi cəhətdən qeyri-mümkün sayılmır. Çünki burada heç bir ziddiyyət və paradoks irəli gəlmir.
    Əgər hərarəti çox olan bir cismin istiliyi az olan cisimdə təsir qoymadığını fərz etsək, onda artıq ziddiyət də aradan getmiş olur. Baxmayaraq ki, bu fərziyyə bizim keçmiş təcrübələrimizin əksinədir. Çünki məlum təcrübələr əsasında tempraturaları müxtəlif olan iki cisim bir-birinin yanında yerləşdirilsə, onların arasında enerqi mübadiləsi başlayar və nəhayət hər ikisi eyni temperatura gəlib çatar.
    Buna əsasən, başa düşürük ki, məntiqi mümkünlüyün dairə və miqyası elmi mümkünlükdən, elmi mümkünlüyün sahəsi də əməli mümkünlükdən daha genişdir.
    Şübhə yoxdur ki, məntiqi nəzərdən bir insanın min illərlə yaşaması mümkündür. Çünki bu məsələ əqli nəzərdən qeyri-mümkün sayılmır və belə fərziyyələrdə paradoks da gözə dəymir. Çünki ölümün tez və ya geç gəlib çatması həyatın məna və məfhumunda yerləşməmişdir və belə bir işdə şəkk-şübhə yoxdur. Məlum məsələdir ki, həddən artıq uzun ömürlülük hal-hazırda əməli olaraq mümkün deyildir. Habelə bu, aya, yaxud okeanların dərinliklərinə getmək məsələsi kimi də deyildir ki, insanların ixtiyarında olan vasitələrlə yerinə yetirilsin; habelə elmi təcrübələr və sınaqlar nəticəsində hasil olan məsələ kimi də deyildir ki, insanın ömrünü yüz illərlə artırsın. Amma elmi nəzərdən bu məsələ ayrı şəkildə aydınlaşdırılır. Qeyd etməliyik ki, bəşərin hazırkı elmi uzun ömürlülüyün mümkün olmasını nəzəri cəhətdən inkar etmir.
    Uzun ömür barəsindəki elmi araşdırmalar həqiqətdə fiziologiyanın qocalıq və zəiflik (insan bədənində olan toxuma və hüceyrələrə aid olan təbii qanunun nəticəsi kimi qocalıq və əldən düşmək) barədə təqdim etdiyi anlayışdan asılıdır. Şəkk yoxdur ki, insan bədəni inkişafın son mərhələsinə çatdıqdan sonra yavaş-yavaş geriləməyə başlayır və həyatın davam etdirilməsi üçün daha az qüdrətə malik olur. Tədricən başlayan zəifləmə prosesi getdikcə dərinləşir və nəhayət bədən öz fəaliyyətini dayandırır. Görəsən bu qanun hətta hər növ xarici təsirlərdən uzaqda qalan bir bədən barəsində də doğrudurmu? Yoxsa qocalıq və bədən qüvvələrinin işdən düşməsi bədənin xarici amillərlə mübarizəsinin nəticəsidirmi ki, onlar insanın bədəninə yol tapırlar? Bu sual barəsində müasir elm dərindən maraqlanır və ona cavab verməyə çalışır.
    Müasir elmi nailiyyətlər çərçivəsində bu sual dərindən araşdırılmış və ona müxtəlif cavablar verilmişdir. Qeyd olunur ki, əgər qocalıq və zəiflik bədənin xarici amillərlə mübarizəsindən yaranırsa, onda nəzəri cəhətdən mümkündür ki, insan bədənini təşkil edən toxumalar onda təsir qoyan amillərdən uzaqda qalsın, nəticədə insanın ömrü uzun olsun. Amma əgər başqa bir cəhətdən araşdırsaq, bu nəticəyə çatarıq ki, qocalıq bir təbii qanundur və hər bir toxuma və hüceyrənin öz daxilində labüd və qaçılmaz yoxluq amili gizlənmişdir ki, zamanın keçməsi ilə canlı varlığı istər-istəməz qocalıq və ölümə çatdırır. Məsələni bu baxımdan da araşdırsaq zəruri deyildir ki, bu təbii qanunda heç bir istisna olmasın; əgər belə bir qanun danılmaz və həqiqi surətdə mövcud olarsa, yenə də onda istisna xarakteri daşıyan hal ola bilər. Çünki həm biz öz adi həyatımızda, həm də mütəxəssislər öz elmi təcrübələrində müşahidə edirlər ki, qocalıq bir fizioloqi varlıq və fenomendir və zamanla heç bir rabitəsi yoxdur. Bəzən yaxın, bəzən də uzaq zaman fasiləsi ilə aşkar olur. Bəzi şəxslər yaşlarının ötməsinə baxmayaraq gec qocalır və onlarda qocalıq əlamətləri çox gec müşahidə olunur. Bəziləridə isə bunun tamam əksi aşkar olur. Həkimlər və mütəxəssislər də bu qanunun müstəsna hallara malik olmasını təsdiq edirlər. Hətta alimlərdən bəziləri bir sıra mütəxəssislərin iddiasının xilafını sübuta yetirmiş və dəyişməz hesab olunan bu qanuna istisnalar gətirərək heyvanlardan bəzilərinin ömrünü təbii ömürlərindən bir neçə yüz qat artıra bilmişlər.(Min illər boyu bəşər arzu etmişdir ki, ölümün, müqəddər olunmuş bu hadisənin gəlib çatmasını təxirə salsın. Keçmiş əsirlərdə kimyagərlərin əbədi həyata çatması üçün apardıqları səylər heç bir nəticə verməmişdir. 19-cu əsrin axırlarında elmi müvəffəqiyyətlər daha artıq ömür sürməyə olan ümidlərin yenidən rövnəqlənməsinə və bəlkə də yaxın gələcəkdə bu xyalın reallaşacağına ümidləri artırmışdır. Bu barədə alimlər əvvəlcə heyvanların üzərində sınaqlar keçirmişlər. Misal üçün Kornel unversitetinin görkəmli mütəxəssisi Mek Kay və London unversitetindən Aleks Kam Furet insanın qidalanması ilə onun qocalığı arasında tənasübü araşdırmışdır. Aleks Kam Furet öz sınaqlarında siçanlardan bəzilərinin ömrünü 50 faiz artıra bilmişdir. Başqa bir Amerikalı mütəxəssis Riçard Ruçeşledin apardığı dörd illik araşdırmalardan və Beymitel aminu-Atanov adlı kimyəvi dərmandan istifadə edərək siçanın ömrünü artıra bilmişdir. Bu alim və Vakib adlı həmkarı bu nəticəyə çatmışlar ki, Deymitelamini-Ataminoldan istifadə edilməsi siçanların ömrünü sınaq müddətində 6-49 faiz artırmışdır. Milçəklərin üzərində aparılan təcrübələr isə onların ömürlərinin hətta 300 dəfə artırılması ilə nəticələnmişdir.  )
    Onlar gözə çarpacaq müvəffəqiyyətlər əldə etməklə təbii qocalmaq qanununu pozdular və sübut etdilər ki, qocalığın təxirə salınması müəyyən amil və şəraitlərin yaradılması ilə elmi cəhətdən mümkün olan bir işdir. Müasir elmin bu kimi təcrübələri insan üzərində aparmaqda aciz olması yalnız insanın heyvanla müqayisədə daha mürəkkəb quruluşa malik olması ilə əlaqədardır.
    Buna əsasən, elm özünün mütərəqqi fəaliyyətləri ilə göstərir ki, nəzəri baxımdan insan ömrünün uzun olmasının mümkünlüyünü inkar etmək üçün heç bir dəlil mövcud deyildir. İstər qocalığı bədənin xarici amillərlə mübarizə aparıb onlardan təsirlənməsinin nəticəsi, istərsə də canlı varlıqlara hakim kəsilən və onları ölümə doğru sürükləyən təbii bir qanunun nəticəsi hesab edək.
    Qeyd olunanların nəticəsi kimi Həzrət Məhdi əleyhissalamın uzun ömrü barəsində araşdırma aparırıq və bu barədə yaranan suallara cavab veririk. Uzun ömürlülüyün məntiqi və elmi mümkünlüyü aydın olduqdan sonra, habelə elmin bu nəzəriyyəni əməli olaraq həyata keçirmək barədə səy apardığını nəzərə alsaq, təəccüb üçün heç bir yer və dəlil qalmaz. Yeganə bəhanə yeri bu ola bilər ki, Məhdi əleyhissalamın elmində şəkk edək və onun elminin bəşər elmindən irəlidə olmasını qəbul etməyək!
    Əgər İslam bu rəhbərin həyat və sağlamlığının qorunub saxlanmasında bəşər elmindən necə qabağa keçə bildi? - deyə soruşsalar, cavabında demək lazımdır:
    Bu yeganə hal deyildir ki, İslam bəşər elminin inkişafından qabağa düşmüş olsun; əksinə çoxlu hallar vardır ki, İslam bəşəriyyətin çata bilmədiyi elmi zirvələri uzun illər bundan öncə fəth etmişdir.
    Məgər İslamın şəriət məcmuəsi öz elmi hərəkətində və insani əndişələrin təbii inkişafında misilsiz nailiyyətlər əldə etməmişdirmi?
    Məgər bu müqəddəs amal insana düzgün rəhbərlik barəsində möhkəm və tutarlı proqramlar təqdim etməmişdirmi ki, bəşər övladı öz müstəqil hərəkətində yüz illər addımladıqdan sonra o proqramlara çatmağa ləyaqət tapmışdır.
    Məgər İslam düzgün və möhkəm qanunlar gətirməmişdirmi ki, son əsrlərdə o qanunların fəlsəfə və sirlərinin yalnız müəyyən bir hissəsini dərk edə bilsin?
    Məgər İslam Peyğəmbəri yaradılış sirlərini bəyan etmirdimi? Hansı ki, o sirlər heç bir insanın xatirindən silinməmiş və yalnız elmi təkamül yolunu qət etdikdən sonra bunlar isbat olunmuşdur.?
    Əgər bütün bunlara inanırıqsa, onda İslam şəriətini göndərən qadir Allahın Məhdi əleyhissalamın elmini zamandan qabağa salmasını necə çətin hesab edə bilərik?!
    Biz burada İslamın elmdən qabağa düşməsinin yalnız bir hissəsini özümüz üçün istinad nöqtəsi seçirik ki, birbaşa onları dərk edə bilək. Mümkündür ki, İslamın qabaqcadan xəbər verdiyi başqa nümunələri də ona əlavə edək ki, hələ bəşər elmi təkamüldə ona çatmamışdır.
    Misal üçün, Allah-təala bizi agah etmişdir ki, öz Peyğəmbərini (bir gecədə) Məkkə evindən Məscidul-əqsaya doğru aparmışdır. Bu aparılmanın necəliyini əgər təbii qanunlar sərhədlərində araşdırsaq, onun təbiət qanunlarına hakim olan qanunlardan bəhrələndiyini görəcəyik. Belə ki, elm hələ də onun xüsusiyyətlərini araşdıra bilməmişdir. Hətta onun keyfiyyəti və necəliyinin bəyan olunması üçün yüz illərlə vaxt lazımdır.
    Allah-təala Peyğəmbəri işıq sürəti ilə hərəkət etdirmək qüdrətini xəbər vermişdi. Allah-təala əməldə mümkün olmayan belə arzuları Peyğəmbərin axırıncı canişininə müqəddər etmiş və bəşər elmi belə arzulara çatmamışdan əvvəl ona uzun ömür bəxş etmişdir.
    Böyük Allah tərəfindən insanların xilaskarına, intizarı çəkilən belə bir şəxsə uzun ömür əta edilməsi bəzi insanlar üçün onun varlığında qəti elm hasil etdikləri sərhədlərdə təəccüblü bir iş kimi görünür. Amma bu rəhbərin dünyanı dəyişdirib yenidən quracağı camaatın qəbul edəcəyi sərhədlər daxilində, həmçinin keçmiş tarixi dəyişikliklərin baş verməsi zamanı təəccüblü deyildimi? Məgər dünyanın dəyişdirilməsi və onun bünövrəsinin yeni mədəniyyət əsasında yenidən qurulması onun öhdəsinə qoyulduğu halda həyatının qeyri-adiliyi böyük bir qəribəlik sayılıb təəccüb doğurma-lıdır?!
    Bəs nə üçün böyük tapşırığın başlanğıc işləri bizim qəbul edə biləcəyimiz çərçivədən xaricdə olan varlıqlarla qarşılaşdıqda (İmam Zaman əleyhissalamın uzun ömrü kimi) təəccüb edirik? Çünki bu işlərin xüsusiyyətlərindən yaranan təəccüblər o böyük vəzifənin vədə verilən Məhdi tərəfindən yerinə yetirməsindəki təəccübdən heç də böyük deyildir.
    İndi əgər bəşər tarixində belə bir yeganə işin baş verəcəyini qəbul etsək (halbuki keçmiş insanların tarixində belə bir şey görməmişik) onda nə üçün tarixdə buna oxşar bir şeyi görmədiyimizi bəhanə edərək onun uzun ömrünü qəbul etməyək?
    Bəlkə də bu yalnız bir təsadüfi iş ola bilər ki, insan tarixində baş vermiş olsun. Yalnız iki nəfər insan mədəniyyətini və tarixini paklaşdırmaq, fəsad və tüğyançılığın kökünü kəsmək, insan cəmiyyətini yenidən qurmaq üçün əmr olunmuşdu. Onların hər ikisi adi bir insanın ömründən on dəfələrlə artıq ömür sürmüşdülər. Birincisi həzrəti Nuh idi ki, öz vəzifəsini keçmişdə yerinə yetirərək başa çatdırmış və Quranın aşkar buyurduğu kimi 950 il öz ümməti arasında təbliğ etmişdir. Nəticədə Nuhun tufanının ardınca dünya mədəniyyəti yenidən quruldu.
    Digəri isə Məhdi əleyhissalamdır ki, öz rolunu gələcəkdə ifa edəcəkdir və indiyə qədər öz qövmünün arasında 1000 ildən artıq ömür sürməkdədir. Allahın təqdiri belə olmuşdur ki, o, vədə verilən gündə zühur edib dünyanı yenidən qursun. Bəs necə ola bilər ki, Nuhun uzun ömürlülüyünü qəbul edək, amma eyni şeyin Həzrəti Məhdiyə aid olunmasında şübhəyə düşək?!
    2 UZUN ÖMÜRLÜLÜK VƏ MÖCÜZƏ
    Məlum oldu ki, uzun ömürlülük elmi cəhətdən mümkün bir işdir. Amma burada, gətirdiyimiz dəlil-sübutları nəzərə almırıq və elmi nöqteyi-nəzərdən isə uzun ömürlülük məsələsini qeyri-mümkün, qocalığı isə elə bir qətiyyətli qanun hesab edirik ki, bəşər nə müasir dövrdə, nə də gələcəkdə bu təbii qanuna üstün gəlmək bacarığına malik deyildir. Amma həmin fərzdən alınan nəticə yalnız bu ola bilər ki, yüz illərlə ömür sürmək təbii qanunlarla uyğun gəlmir və bu məsələni elm, müasir texnoloqi təcrübələr və statistka təsdiq etmir. Görəsən bundan başqa bir nəticə almaq olmazmı?
    Belə olan halda uzun ömürlük möcüzə hesab olunmalıdır, yəni Allah-təala belə bir təbii qanunu müəyyən şəraitlərdə təsirdən salır ki, səmavi dəvətin keşikçisini məhv olmaq təhlükəsindən qoruyub saxlasın. Və bu, Quran ayələri və Peyğəmbər sünnətinin aşkar bəyan etdiyi kimi, müsəlmanların möcüzəyə olan etiqadıdır. Bu isə öz növbəsində təbii qanunlardan istisna xarakteri daşıyır və burada təəccübə səbəb olacaq heç bir şey yoxdur. Çünki qocalıq qanunu isti cisimdən soyuq cismə istiliyin nəql olunması və onların hərarətinin bərabərləşməsi qanunundan heç də üstün deyildir. Halbuki bu qanun İbrahim əleyhissalamın həyatını qoruyub saxlamaq üçün təsirdən düşdü. İbrahimi oda atdıqda onun məhv olunmamasının yeganə yolu yalnız bu qanunun qüvvədən, təsirdən düşməsi idi. Allah-təala tərəfindən oda əmr olundu ki, İbrahim üçün sərin və sağlamlıq vasitəsi ol!
    Odun içərisinə sağlam şəkildə atıldığı kimi, sağlam halda da qırağa çıxdı və ona heç bir zərər və xəsarət dəymədi. Bundan əlavə çoxlu təbii qanunlar peyğəmbərlərə və yer üzündəki ilahi höccətlərə kömək olsun deyə, qüvvədən və təsirdən düşmüşdü. O cümlədən:
    Böyük Nil çayı Musa əleyhissalam üçün yarıldı. Romalıların casusu oxşar qiyafəyə düşdü, səhv salındı və İsanın tutulması təsəvvür olundu, halbuki onu tutmamışdılar. Həzrət Muhəmməd (s) Qureyş kafirlərinin mühasirəsində olan zaman kafirlər pusquda durmuşdular ki, onu tutsunlar, lakin o çıxıb getdi və onu heç kəs görmədi. Çünki Allah istəyirdi ki, öz Peyğəmbərini onların gözündən gizli saxlasın.
    Bunların hər biri təbii qanunlardan hansı birininsə təsirdən düşməsini göstərir ki, bununla Allahın hikməti onların sağ qalmasını və onlar üçün dayaq olmasını göstərir. İndi bu məsələnin, qocalıq qanununun pozulmasının həmin nümunələrdən olmasının nə kimi iradı vardır?
    Keçən bəhslərdən ümumi bir nəticə alaraq demək olar: hərgah Allahın höccətlərindən birinin həyatının qorunub saxlanması, onun işinin davam etdirilməsi və islahatçılıq vəzifəsinin sona çatdırılması zəruri olarsa Allahın lütfü məsələyə müdaxilə edir və onu qoruyub saxlamaq üçün təbii qanunlardan birini təsirdən salır. Bunun əksinə olaraq, onun risaləti və müəyyən olunmuş ilahi vəzifələr sona çatdırılmış olsa, onda həyatın təbii qanunlarına müvafiq olaraq ya təbii ölümlə, ya da şəhadət vasitəsi ilə həyatını başa çatdırır. Burada bir sual qarşıya çıxır ki, görəsən hər hansı bir təbii qanunun təsirdən düşməsi necə mümkün ola bilər? Və təbiət varlıqlarının və hadisələrin arasında olan sabit qanunauyğunluqlar necə pozula bilər?
    Sualın cavabında deməliyik ki, təbiət qanunlarının sabit və zəruri olmasını bəyan edən elmin özü bu qanundan bir addım geridədir və məhz bu məsələ yuxarıdakı suallara cavab verir. Təcrübə və müşahidələr bir təbii bağlılığı kəşf edib iki müxtəlif hadisə və varlıq arasında bir növ qanunauyğunluq olduğunu göstərir və bu vəziyyəti təbii qanun adlandıraraq bildirir ki, istənilən vaxt və şəraitdə bu hadisə meydana gəlsə, həmin qanun yenidən təkrarlanacaqdır. Amma heç vaxt bir təbii qanun hadisələrin zatından və dərinliklərindən nəşət tapan zəruri və labüd peyvəndlə bağlanmamışdır, çünki labüd və zəruri olmaq aşkar bir şey deyildir, elmi və təcrübi araşdırmalarla onu zəruri saymaq olmaz. Buna görə də müasir elm və məntiq etiraf edir ki, hər hansı təbii qanunun elm üçün müəyyən bir formada məlum olması heç də labüd bir bağlılığın göstəricisi deyil, sadəcə olaraq iki hadisənin müdavim olaraq bir-birinin ardınca gəlməsini və bir-birinin yanında olmasının təzahürüdür.(Bir hadisə və ya varlığın başqa bir varlıq üçün səbəb olması (günəşin çıxması ilə yerin qızması) birbaşa dərk olunası deyil. Biz yalnız bu məsələni idrak edirik ki, bir hadisə (günəşin çıxması) müntəzəm olaraq yerin səthini qızdırmaq hadisəsini öz ardınca gətirir. Həmçinin müşahidə olunur ki, bəzi hadisələrin başqa hadisələrdən sonra sabit olaraq gəlməsi hadisə və varlıqların xüsusi bağlılığı ilə məhdudlanmır. Əksinə bu, təbiətin xüsusi təzahürüdür. Amma bir səbəb ilə vahid bir nəticənin arasındakı rabitə, habelə təbiəting gbaşdan-başa bu rabitənin ümumi bir qayda olması birbaşa müşahidə olunmur və bizim təfəkkürümüzün zəruri hissəsini təşkil etmir. (Devid Hiyum) Sixolastika ideologiyasının ardıcıllarına mədrəsə səhabələri deyilir. Çünki renosans dövründən qabaq elm və hikmət məsələləri təqribən dini mədrəsələrdə və kilsələrdə tədris olunan şeylərlə xülasələnirdi. Yəni məsihiyyət dininin göstərişi ilə mədrəsələr də sixolas dilində tədris olunurdu. Buna görə də o dövrün bütün elm və hikməti ona mənsub edilərək sixolastika adlandırılmışdır. Sixolastika ideyasının ən mühüm aşağıdakılardan ibarətdir: 1-Elmi təhqiqatlar, həqiqətlərin kəşf olunması naminə deyil, yalnız üsulidini isbat etmək üçündür. Çünki imanı əqldən irəli bilib deyirdilər ki, iman üçün idrak heç də zəruri deyildir. 2-Təfəkkür və rəy azadlığına əsla əhəmiyyət vermirdilər. Hər kəs müqəddəs kitabın təlimlərindən kənara çıxsaydı kafir hesab olunaraq əzab-əziyyətlərə düçar olurdu və tövbə etməli idi. 3-Yuxrıdakı dəlilə əsasən əqli qüvvə yalnız bəhslərin, münazirə və mücadilələrin məntiqi bəhslərin bazarınıg g qızışdırmaq üçün idi ki, onunla da söz yığımı ilə öz ürəklərini sakitləşdirirdilər. (Məhəmməd Füruği, Seyri hikmət dər Avropa))
    Deməli, əgər möcüzə baş verərsə və iki hadisənin arasında olan təbii bağlılıq qırılarsa, deməli bu rabitənin qırılmaması labüd deyildir.
    Doğrudan da möcüzənin dini mənası yeni elm və məntiq sayəsində keçmişdəkilərdən daha böyük məna kəsb etmişdir və mədrəsə səhabələrinin səbəb-nəticə arasındakı bağlılıqdan dərk etdiklərindən daha geniş səviyyədə irəli çəkilir.(Qan Şak Roso (1712-1778)  )
    Qədim alimlərin nəzəriyyələrindən məlum olur ki, əgər iki hadisə biri digərindən sonra baş verirsə, onların arasında labüd və qaçılmaz bir bağlılıq mövcuddur. Labüd dedikdə məqsəd budur ki, o iki hadisə bir-birindən ayrı təsəvvür oluna bilməz. Amma müasir elm məntiqində bu labüd bağlılıq prinsipi öz yerini iki hadisənin bağlılığı, bir-birinin ardınca gəlməsi və yanaşı olması kimi ifadələrlə dəyişmişdir. Amma bu iki hadisənin arasında lübüd və qaçılmaz bağlılıq zəruri hesab olunmur. Bununla belə, möcüzə o iki hadisənin həmişə yanaşı gəlməsi zərurətindən istisna xarakteri daşıyır və heç də məntiqdə deyilən labüd proseslərlə qarşılaşmır ki, qeyri-mümkün hesab olunsun.
    Müasir elm nəzərindən baxdıqda, habelə istiqranın məntiqi əsaslarını araşdırdıqda anlayırıq ki: İstiqra iki hadisənin arasında labüd zəruri bir bağlılıq üçün dəlil ola bilməz, əksinə bu yalnız o iki hadisənin arasındakı müdavim rabitənin dəlili ola bilər. Halbuki bu müdavim hadisə və bağlılıq ilahi hikmət əsasında iki şeyin arasında yaranmışdır. Başqa sözlə desək, kainatı Yaradanın nəzm hikməti tələb edirdi ki, hadisələr arasında müəyyən bağlılıq müdavim şəkildə olsun və bir-birinin ardınca, yanaşı baş versin. Məhz hikmət əsasında bəzən bu bağlılıq pozulur və Allah hikmət əsasında təbii bir qanunu təşkil edən hadisələrin arasındakı bağlılığı qırmaqla istisna şəraiti yaradır və möcüzə göstərir.
    3 HƏZRƏT MƏHDİ (Ə)-IN UZUN ÖMÜRLÜ OLMASININ SİRRİ
    İkinci sualda soruşulurdu ki, nə üçün Allah həzrət Məhdi əleyhissalam barəsində bu qədər maraqlıdır və ona uzun ömür bağışlamaq üçün hətta təbiət qanunlarını təsirdən salır? Nə üçün vədə verilmiş zamanın rəhbərliyini gələcəkdə doğulacaq bir şəxsə vermir ki, cəmiyyətdə mövcud olan mühit və zəminələr onu yetişdirib səhnəyə gətirsin və o, da öz ədalət və islahatçılıq işinə başlasın? Bir sözlə, görəsən Həzrət Məhdi əleyhissalamın uzun ömürlülüyü və qeybə çəkilməsinin nə kimi faydası vardır?
    Uzun ömürlülük və qeyb dövrü fəlsəfəsi çoxlarının verdiyi sualdır. Əlbəttə, onlar qeybə iman gətirmək əsasında verilən cavabları qəbul etmirlər və istəyirlər ki, cəmiyyətə hakim olan mövcud dəyərlər əsasında cavablar alsınlar. Nəticədə Həzrəti Məhdi əleyhissalamın inqilabının və vədə verilən günün necəliyini qeybət dövrünün fəlsəfəsi və səbəbləri baxı-mından dərk edə bilsinlər. Buna görə də hal-hazırda imanımızda mövcud olan əqidə yönlərini nəzərə almadan aşağıdakı üslubda lazımı cavabı təqdim edirik:
    Uzun ömürlülük və qeybət gələcək üçün ehtiyatda saxlanılan bir rəhbərin vədə verilən gündə intizarını çəkdiyimiz inqilabı gözəl və layiqli şəkildə yaratması, öz rəhbərliyini, fəaliyyət və hədəflərini sona çatdırması üçündür?
    Belə bir dərin və əsaslı inqilab xüsusi ruhi hazırlıq tələb edir ki, dünyanı tamamilə dəyişdirə biləcək bir rəhbər ona malik olmalı, bütün vücudu ilə öz ideologiyasının üstünlüyünü, habelə məhv etmək üçün qiyam etdiyi müxtəlif sistemlərin kiçik və əhəmiyyətsiz olduğunu hiss etməlidir. İnqilab rəhbəri fəsad baş vermiş cəmiyyətin puçluğu ilə nə qədər çox ünsiyyətdə olsa, həmçinin öz zəmanəsində mövcud olan mədəniyyətlərin təkamülü yolunda çox zəif və kiçik olmasından akah olsa, o mədəniyyətlərlə qarşılaşıb onunla mübarizə aparmaqda və qələbə çalmaqda bir o qədər də ruhi cəhətdən qüdrətli olacaqdır. Aydındır ki, bu ruhi qüdrətin səviyyəsi o rəhbərin rastlaşdığı müxtəlif eniş-yoxuşlar və dəyişikliklərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, həddindən artıq nəhəng və eyni zamanda yaramaz olan mədəniyyəti məhv etmək böyük bir qüvvə, ruhi və mənəvi bacarıq tələb edir. İndi belə bir nəticəyə çatırıq ki, Həzrəti Məhdi əleyhissalamın vəzifəsi vədə verilən gündə zülm ilə dolmuş dünyanı dəyişdirmək olduğundan və bu dəyişiklik bütün yönlərə aid edildiyindən, habelə bütün ictimai sistemləri, dəyərləri əhatə edəcəyindən, təbiidir ki, o bu dünyaya hakim olan ruhi duyğulardan böyük bir sərmayə almalı və özü də məhv etmək üçün qiyam etdiyi dünyanın yetirmələrindən olmamalıdır. Çünki hər kəsin təfəkkürü müəyyən bir mədəniyyətin əsasında möhkəmlənib tərbiyə alarsa və o mədəniyyət bu cəmiyyətin bütün yönlərinə hakim olarsa, həmin şəxsin qəlbinə qorxu hissi düşür. Çünki o, doğulduğu zamanda və uşaqlıq dövrlərində mühiti və mədəniyyəti qalib, amansız və inadkar tanımış, dünyaya göz açdığı zamandan etibarən o mədəniyyətin müxtəlif təzahürlərindən başqa bir şey görməmişdir. Amma o, bir tarixin qəlbinə nüfuz edərsə və mövcud mədəniyyətin formalaşmasından qabaq o dünyada yaşayıb və ondan başqa böyük mədəniyyətləri görmüş olsa, bundan da əlavə, bütün bu mədəniyyətlərin aqibətini tarixin səhifələrində oxumaqla deyil, öz gözləri ilə müşahidə edərək bu mədəniyyətin yaranması, inkişafı və genişlənməsini görmüşsə, gərək vədə verilmiş gündən əvvəl bəşər dastanının son hissəsi olsun.
    O, dərinliklərində üzmək istədiyi bütün mədəniyyətlərin içərisində çox ayıqlıq və huşyarlıqla yaşamış, onlarla birgə irəliləmiş, tarixin səhifələrində yazılan sətrlərin arasında deyil, əksinə tarix boyu və tarixlə eyni zamanda bu hadisələrə baxmış və tanımışdır. Məhz bu dəlilə əsasən cəmiyyətdə mövcud olan hakim mədəniyyətin qələbəsini və onun labüd olmasını qəbul etməyəcək. Və ona Rosonun nəzərindən baxmayacaq. O (Roso) Fransada səltənət və padşahlığı labüd bir məsələ kimi qeyd edirdi.(O, məşhur fransız alimi və İctimai münasibətlər kitabının müəllifidir. Təfəkkür və fəlsəfə dünyasında ən böyük inqilabçı çağırışlarından və islahatçılardan olmasına baxmayaraq Fransanı padşahsız görməyi təsəvvür edərkən vəhşət hissi keçirirdi. Çünki o, padşah səltənəti dövründə böyüyüb boya-başa çatmış və onun ab-havası ilə nəfəs almışdı.)
    Məgər Kəhf surəsini oxuyaraq ondakı cavanların sərgüzəştini mütaliə etmədinmi?
    ...Onlar öz Pərvərdigarına sığındılar və Allah onları hidayət etdi. Onlar böyük bir bütpərəstlik sistemi ilə üzbəüz idilər. O sistem rəhmsizliklə cəmiyyətə hökmranlıq edir və yeganəpərəstləri öldürüb məhv etməkdə, müşriklik uçurumundan xilas olmaq təfəkkürünün kökünü kəsməkdə heç nəyi əsirgəmirdi. Onların ruhları qəm-qüssəyə düçar oldu və bu qəm-qüssə xora xəstəliyi kimi ruhlarını tutdu. Ümid qapıları gözlərinin önündə bağlandı.
    Müxtəlif çıxış yollarını sınaqdan keçirdikdən sonra orada qalmaqdan cana doydular. Batilin həmişə hökmranlıq və zülm etməsinə, haqqa qalib gəlməsinə, mühiti qəlbləri haqq yolunda döyünən kəslərin hamısından təmizləmək istədiyinə görə heç vaxt, heç bir vəchlə dözə bilmirdilər.
    Bu zaman Allahın onlarla nə etdiyini gördünmü?
    Onlara sığındıqları mağarada 309 il şirin yuxu verdi və sonra həyat səhnələrini göstərmək üçün ayıltdı.
    Onlar yuxudan ayıldıqda, yaşadıqları dövrdə cəmiyyətə hakim olan zorakılıq və zülm artıq məhv olub aradan getmişdi. Həmin hadisələr yalnız tarix kitablarında bir tarixi hadisə kimi qeyd olunurdu, heç kəs onu eşitdikdə qorxmur, bədəni lərzəyə düşmür və qəlbi qorxudan döyünmürdü.
    Bütün bunlar bu məqsədlə edilmişdi ki, pak təfəkkürlü mağara cavanları zülmün, batilin uzun müddət bacarıqlı və qüdrətli halda qaldıqdan, onlar üçün böyük cilvələndikdən sonra məhv olmasını görsünlər. Nəhayət bunu öz gözləri ilə gördülər və batilin heybəti onların qəblərində daha da kiçildi.
    Əshabi kəhf üçün baş verən bu hadisə intizarı çəkilən rəhbər üçün də baş verəcəkdir ki, onun üçün təyin olunmuş uzun ömür əsnasında:
    dərin okeanlara sadəcə kiçik bir çala olduğu bir vaxt;
    böyük bir ağaca toxum halda, dənə olduğu bir vaxt;
    uzun müddətli ruzigara yalnız canlıların yaşadığı bir şey kimi baxsın.
    Məhdi əleyhissalam şəxsən tarix boyunca yaşamış, onun dərinliklərinə nüfuz etmiş və öz heybəti ilə tarixə nur saçıb qüvvə vermişdir. Buna görə də onun qəlbi aşağıda gətirilən hissilə doludur: Ətrafda olan sistemlər və mədəniyyətlər tarixin müəyyən dövründə baş vermiş hadisələrdən irəli gəlmişdir; Bunlar onu quran şəxsin məqsədi əsasında vücuda gəlmiş, onu məhv etmək fikrində olan şəxsin məqsədi ilə də aradan getmişdir; Mədəniyyət-lərin davam gətirmə müddəti nə qədər uzun olsa da tarixlə müqayisədə çox qısa bir prosesdən başqa bir şey deyildir.
    Digər tərəfdən, müxtəlif mədəniyyət və hərəkatlarla qarşılaşmaq, onları görmək nəticəsində yaranan təcrübələr və sınaqdan keçməsi həzrəti Məhdi əleyhissalama nəsib olmuşdur və bu onun vədə verilmiş gündə rəhbərlik üçün ruhi hazırlığı deməkdir. Belə təcrübələr Həzrət Məhdi əleyhissalamı tarixin müxtəlif mərhələlərində qərar verir, onu ictimai hadisələri qiymətləndirməkdə, tarixin rəng və hiylələrini, amillərini və səbəblərini düzgün dərk etməkdə hazırlayır.
    Bunlardan əlavə, zülm ilə dolmuş dünyanı tamamilə, büsbütün dəyişdirmək həmin islami-asimani risalət əsasında qurulmuşdur. Aydındır ki, bu ilahi vəzifənin yerinə yetirilməsi islami vəhy qaynağına yaxın olan bir İmamın varlığını tələb edir ki, o yetkin, kamil və müstəqil şəxsiyyətdən bəhrələnsin və vədə verilmiş gündə mübarizə aparmalı olduğu mədəniyyətlərin təsirindən amanda qala bilsin. Amma həmin mühitlərdə doğularaq böyüyüb boya-başa çatan, habelə düşüncə və təfəkkürü o mühitlərin çərçivəsində formalaşan şəxslər kimi olmamalıdır.
    Belə bir şəxs adətən, cəmiyyətə hakim olan qayda-qanunlardan, dəyər və meyarlardan uzaqda qalır. Deməli, intizarı çəkilən rəhbər bir tərəfdən kökündən dəyişdirməli olduğu həmin mövcud mədəniyyətlərin təsirindən amanda qalmalı, digər tərəfdən də vücud və şəxsiyyəti kamil şəkildə, əvvəlki mədəniyyətlərin bütün mərhələlərində elə qurulmalıdır ki, istər əsli yöndən, istərsə də ruhi cəhətdən öz rəhbərlik edəcəyi və gerçəkləşməsi üçün qiyam edəcəyi bir mədəniyyətə daha yaxın olmuş olsun.
    4 HƏZRƏT MƏHDİ (əleyhissalam) RƏHBƏRLİYİ ÖHDƏSİNƏ ALMAĞA NECƏ HAZIRLANIR?
    Üçüncü sualda qeyd olundu ki, Həzrət Məhdi əleyhissalam tam rəhbərlik üçün necə hazırlıqlı ola bilər? Halbuki o, atası ilə yalnız 5 il yaşamışdır və təbiidir ki, beş yaş bir rəhbərin şəxsiyyətinin formalaşması üçün heç də kifayət deyildir.
    Cavabda qeyd edirik ki, həzrəti Məhdi əleyhissalam atasının vəfatından sonra dərhal müsəlmanların rəhbəri oldu. Yəni həyatının ilk çağlarında, beş yaşında ikən rəhbər oldu və rəhbərlik üçün lazım olan fikri və ideoloqi sərmayələr onun üçün hazırlandı. Uşaqlıq yaşlarına xas olan rəhbərlik o həzrətin babalarından ikisi üçün də təsadüf etmişdir.(İmam Məhəmməd Əli ibni Cavad və onun oğlu İmam Hadi əleyhissalam hər ikisi 8 yaşlarında müsəlmanların imamı olmuşdular. ) Amma ən kiçik yaşında rəhbərlik hadisəsi Həzrəti Məhdi əleyhissalamın zamanında özünün ən yüksək mərhələsinə çatır. Biz rəhbərlik məsələsini bir hadisə kimi qiymətləndirməkdə aşağıdakı səbəbləri nəzərdə tuturuq:
    1-Əhli-beyt İmamlarının rəhbərliyi Abbasi, Fatimi və sair xəlifələrin üslubu kimi deyildir ki, şahlıq üsul-idarəsi əsasında olsun, atala-rından onlara irsən keçsin və varislik məsələsi onun arxasında dursun; əksinə imamətin yüksək səviyyədə qəbul olunması təkcə camaatın qəlblərində onların nüfuz yolu ilə olmuşdur. (Əlbəttə, yalnız Əhli-beyt İmamlarının imamətə ləyaqətlərini isbat etdikdən sonra.)
    2-Bu insani bünövrələr elə islamın əvvəllə-rindən etibarən ümumxalq kütlələri arasında kök atmış, İmam Baqir və İmam Sadiq əleyhiməssəlamın dövranlarında özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Bu iki imamın, əsasını təşkil edərək idarəçiliyini öhdəsinə aldıqları elm mərkəzləri İslam dünyasında geniş səviyyəli ideoloqi dalğa yaratdı, yüzlərlə fəqih, mütəfəkkir, müfəssir, həmçinin dini və dünyəvi sahələrdə çoxlu alimlər yetişdirdi. Həsən ibni Əli Hişam deyir: Kufə məscidinə gəldiyim zaman orada 900 ustadın Cəfər ibni Məhəmməddən hədis nəql etdiyini gördüm.
    3-Bu şərtlə ki, həmin elm mərkəzlərində, onun insani dayaqlarında, nümayəndəliklərində və İslam cəmiyyətlərində İmamın tanınması və onun rəhbərlikdəki ləyaqətlərini tanımaqda lazım olan şərtlər çox ağır idi. Çünki belə bir etiqad vardır ki, İmam o vaxt rəhbər ola bilər ki, öz dövrünün bütün insanlarından daha alim, daha bacarıqlı olsun.
    4-Bu elmi mərkəzlərin və onun dayaqlarının yolunda çoxlu insanlar canlarını imamətə əqidə bəsləmək xatirinə əldən vermişdilər. Çünki onlarla müasir olan xilafət üsul-idarəsi ona hətta nəzəri cəhətdən də olsa belə, özləri ilə müxalif olan ideologiya kimi baxırdılar və bu işin nəticəsi də təqiblər və işgəncələr idi: o dövrün hakimləri ardıcıl olaraq öz yolları üzərində maneələri götürmək üçün bunlardan istifadə edirdilər.
    Bir çoxları xilafət üsul-idarəsinin əli ilə öldürülmüş, yaxud qaranlıq quyularda, zindan-larda ömürlük olaraq işkəncələrə məruz qalmışdılar. Əhli-beyt imamlarının rəhbərli-yinə etiqad bəsləmək insanlar üçün çox ağır başa gəldi. Bu işə təşviq etməyin faydası yalnız bu oldu ki, inamlı şəxslər öz ruhlarında xüsusi aramlıq hiss etdilər, yaxud bu işi Allah təalanın dərgahına yaxınlaşmaq səbəbi ilə vacib bildilər.
    5-Belə bir dayaqlar əsasında rəhbərliklərini möhkəmlədən imamlar cəmiyyətdən ayrı deyildilər və dövrün zalım hakimləri kimi göydələn qəsrlərdə yaşayaraq özlərini camaatın gözündən məxfi saxlamırdılar.
    İmamlarla camaat arasında heç bir pərdə, ayrılıq yox idi. Amma bəzi hallarda hakim qüvvələr təhqir etməklə, təzyiq göstərməklə, sürgün etmək və didərgin salmaqla imamlarla camaatın arasında maneə icad edirdilər. Bu məsələlər imamlardan hədis nəql edən çoxlu mənbələrdə, habelə onlarla imamların arasında olan məktublarda gəlib çatmışdır və hal-hazırda kitablarda da mövcuddur. Həmçinin imamlarla ayrı-ayrı şəxslərin görüşləri, səfərləri, onlarla şəhərlərdəki nümayəndələrin rabitələri bu məsələni tam aydınlaşdırır. İmamlarla xalq kütlələrinin müxtəlif sinif-lərindən olan şəxslərin, alimlərin rabitə və rəftarları aşkardır.
    6-İmamlarla müasir olan xəlifələr onların insanlara ruhi və mənəvi rəhbərliyini həm özləri, həm də hökumətləri üçün böyük bir təhlükə mənşəyi hesab edirdilər. Buna görə də var qüvvələri ilə çalışırdılar ki, bu rəhbərləri aradan aparsınlar və bu yolda heç bir şeydən çəkinmirdilər. Hətta öz varlıqlarını qoruyub saxlamaq üçün müntəzəm olaraq daşürəklilik və qəddarlıq göstərir, əsirlik, sürgü və bu kimi digər işlərlə müsəlmanların, imamların və onların dostlarının qəlblərini ağrıdırdılar.
    Qeyd olunan tarixi incəliklərə nəzər saldıqda, belə nəticə alırıq ki, kiçik yaşlarında imamətə çatmaq həqiqi və real bir hadisə sayılır. Çünki öz uşaqlıq yaşlarında müsəlmanların ruhi-mənəvi və fikri rəhbərliyinə çatan İmam, müsəlmanların bütün dağıdıcı hadisələr zamanı yenə də özlərini onlara tabe olmaqda vacib bildikləri halda, şübhəsiz, elm, bilik, uzaqgörənlik, fiqh, təfsir, əqaid və sair kimi məsələlərin yüksək dərəcələrindən bəhrələnməli idi. Çünki əks halda camaatı özünə tabe edə bilməzdi.
    Gördüyümüz kimi İmamlar elə şəraitdə yaşayırdılar ki, onların ardıcılları böyük-kiçikliyindən asılı olmayaraq onlarla qaynayıb-qarışır və onların nurlu vücudlarından bəhrələnirdilər. İndi belə bir sual yaranır: necə mümkün ola bilər ki, bir uşaq camaatı öz imamətini qəbul etməyə çağırsın və onu islami dəvət kimi təqdim etsin. Eyni zamanda ardıcıl olaraq hamının gözləri önündə öz rissalətini müdafiə etsin, camaat da aşkarda və ya gizlində ona inansınlar və öz inamları yolunda öz mallarından, canlarından keçməyə hazır olsunlar. Bütün bunlarla yanaşı, imamın vəziyyətindən agah olmasınlar və hadisənin həqiqətində axtarış aparmaq, uşaq yaşlarında olan imamın qədrini bilmək istəməsinlər və onun barəsində sorğu-sual aparmasınlar?
    Məgər mümkün ola bilərdimi ki, imamın rəhbərlikdə seçdiyi mövqeyi və onun camaatla olan həmişəlik əlaqəsindən illər ötsün, amma yenə də onun həqiqi siması, elm və biliyinin necəliyi istər böyük, istərsə də kiçiklər üçün aşkar olmasın? Qeyri bir mümkün fərzə əsasən deyirik ki, camaat bu işin həqiqətini və reallığını dərk edə bilmədilər. Onda imamlarla açıq-aşkar düşmənçilik edən qüvvətli və güclü hakimlər nə üçün etiraz etməyərək onların həqiqi simalarını aşkar etmədilər?
    Məgər onlar üçün bu iş mümkün deyildimi? Yaxud İmam sair uşaqlar kimi bir uşaq olsaydı və çox dərin səviyyəli təfəkkür və əndişəyə malik olmasaydı, bu, onun rəhbərlik üçün layiq olmadığını və dəyərsiz olduğunu bildirmək üçün xəlifələrin əlinə bəhanə verməzdimi ki, onlar bu bəhanəni imamların ardıcıllarına təqdim edərək o parlaq ulduzları tənqid etsinlər və belə şəxslərin camaatın ruhi, mənəvi və fikri rəhbərliyinə layiq olmadığını desinlər? Çünki əgər öz zəmanəsinin elm və biliyindən son dərəcədə bəhrələnən 40-50 yaşlı insanın rəhbərlik üçün layiq olmadığını sübuta yetirmək adi camaat üçün müşkül olsa da belə, bir uşağın rəhbərlik üçün layiq olmadığını isbat etmək heç də çətin deyildi. İmamı məhv edib aradan aparmaq və yaxud onun yüksək şəxsiyyətini sındırmaq üçün onun rəhbərliyə layiq olmamasını isbat etmək xəlifələrin bu yolda istifadə etdikləri qeyri-insani üslublardan daha qənaətbəxş olardı. Xüsusilə diqqət yetirmək lazımdır ki, şiələr İmamət məqamı üçün çox böyük xüsusiyyətlər nəzərə almışdılar.
    Əgər kiçik yaşlı İmam yüksək səviyyəli təfəkkür və bilikdən faydalanmasaydı, onunla müasir olan xəlifələr çox asan yolla təxbirat yarada bilərdilər. Amma həm onların, həm də tarixin bu barədə sükut etməsi göstərir ki, kiçik yaşlarında İmamətə çatmaq həqiqi, real bir hadisə idi və bu işdə heç bir anlaşılmamazlıq mövcud deyildi. Xəlifələr də onların imamətinin həqiqi bir məsələ olduğunu həm əməl, həm də fikir məqamında dərk etmişdilər və görürdülər ki, imamın az yaşlı olduğunu bəhanə edərək onun camaata dini və fikri rəhbərliyini aradan qaldırmaq istəsələr yenə də mübarizədə uduzacaqlar.
    Tarix bəzən xəlifələrin şiə rəhbərlərinin az yaşlı olmasını bəhanə edərək müəyyən qərara gəlmələrini və bu işin heç bir nəticə verməməsi və səmərəsiz qalması barəsində söz açmışdır. Amma hətta elə bir hal tapmaq mümkün deyildir ki, bu məsələ imamların ardıcıllarının ruhiyyəsinə zərbə vurub sarsıda bilsin. Yaxud onların tarixində elə bir sənəd tapmaq olmaz ki, imamlar uşaq yaşlarında müşkül bir məsələ, yaxud sualla qarşılaşıb onun qarşısında çətinliyə düşsünlər və nəticədə onların imamətinin həqiqi olmasına qarşı ruh düşgünlüyü yaratsın.
    Nəticə alırıq ki, kiçik yaşlarında imamətə çatmaq Əhli-beytin həyatında real bir hadisə olmuşdur və bu heç də puç və ya xam xəyal deyildir. Az yaşlarında rəhbərlik hadisəsi üçün ilahi elçilərin miraslarında başqa nümunələr də tapmaq olar.
    Həzrəti Yəhyanı misal göstərmək olar ki, Allah təala onun barəsində belə buyurur:
    Ey Yəhya, tam qüdrətlə bu yazını (peyğəmbərlik fərmanını) al; və Biz uşaqlıqda ona hikmət və parlaqlıq əta etdik.(Məryəm surəsi, 12-ci ayə. )
    İndi ki, uşaqlıq yaşlarında İmamət məsələsi sübuta yetir, aydın olur ki, İmam Məhdi əleyhissalamın az yaşlarında imamlığına etiraz üçün heç bir əsas yoxdur.
    5 HƏZRƏT MƏHDİ (ƏLEYHISSALAM)-IN REAL HƏYATDA YAŞAYAN İNSAN OLMASINA İMAN
    Dördüncü sualda bu məsələ irəli çəkilirdi ki, İmam Məhdi (əleyhissalam)-ın uzun ömrünü və sair xüsusiyyətlərinin mümkünlüyünü qəbul etdiyimizi fərz etsək də belə, onda bu işlərin sadəcə mümkünlüyü heç də kafi dəlil və qənaətbəxş deyildir. Biz Həzrət Məhdi (əleyhissalam)-ın hazırkı dövrümüzdə varlığına necə iman gətirə bilərik? Məgər Peyğəmbərdən müəyyən kitablarda nəql olunan bir sıra rəvayətlər bizim 12-ci İmamın varlığını etiraf etməyimiz üçün kifayətdirmi? Həzrət Məhdi (əleyhissalam)-a olan məsələlərdə bütün qəribə xüsusiyyətlər və qeyri-adi hallarla yanaşı, necə isbat edə bilərik ki, Məhdi (əleyhissalam) mövcuddur və heç də fərz oluna bilməz ki, bir sıra ruhi şəraitlər üst-üstə yığılaraq onu camaatdan çoxunun qəlbinə nüfuz etdirmiş ola.
    Cavabda deyirik ki, Məhdi (əleyhissalam)-ın intizarı çəkilən rəhbər olması və zühur edərək dünyanı daha yüksək səviyyədə dəyişdirmək təbiri böyük Peyğəmbər və Əhli-beyt İmamlarından bu barədə çoxlu rəvayətlər gəlib çatmışdır. Hədislərdə o qədər təkid olunmuşdur ki, onun düzgünlüyündə, əsilliyində heç bir şübhəyə yol vermək olmaz. Hətta sünnü qardaşların təriqi ilə Peyğəmbərdən də dörd yüzdən artıq hədis rəvayət olunmuşdur.(Seyyid Sədrin (müəllifin əmisidir) Əl-Məhdi adlı kitabına baxa bilərsiniz.) Əgər sünnü və şiə təriqi ilə Məhdi (əleyhissalam) barəsində nəql olunan hədisləri hesablamaq istəsək, onun sayının altı mindən artıq olduğunu görərik.(Şeyx Lütfüllah Safinin Müntəxəbul-əsər fil-imamis-sani əşər kitabına baxa bilərsiniz.) Hətta müsəlmanların heç bir şəkk-şübhədə olmadığı islamın ən elementar məsələlərində də bu qədər rəvayət gəlib çatmamışdır. 12-ci İmam barəsində bu təfəkkürün zahir olması və bu məsələnin qəbul edilməsi üçün kifayət qədər aşkar dəlillər mövcuddur ki, hamısını iki dəlildə xülasələndirmək olar: Birincisi islami, digəri isə elmi dəlil;
    İslami dəlil ilə intizarı çəkilən rəhbərin varlığı isbat olunur, elmi dəlil ilə isə Məhdi əleyhissalamın heç də sırf təsəvvür və əfsanə olmaması, əksinə varlığı tarixi təcrübələrlə subuta yetirilən həqiqət olması çatdırılır.
    İslami dəlil: İslam Peyğəmbərindən və şiə İmamlarından gəlib çatan yüzlərlə rəvayətdə Həzrəti Məhdi əleyhissalamın xüsusiyyətləri sadalanmışdır. Bu hədislərdən məlum olur ki, o, Əhli-beytdən, həzrəti Fatimə əleyha salamın övladlarından, İmam Hüseyn əleyhissalamın doqquzuncu övladı və on iki İmam şiələrinin on ikinci imamıdır.
    Şiə imamları Məhdi əleyhissalam məsələsini ümumxalq nəzərində gizli saxlamağa səy göstərirdilər ki, bunun vasitəsi ilə onun qəfil öldürülməsinin qarşısını alsınlar. Bu barədə nəql olunan rəvayətlər nəinki az deyildir, həm də onlarda bir sıra səciyyəvi xüsusiyyətləri və nişanələri də görmək olar ki, onların Peyğəməbərdən nəql olunmasının düzgünlüyünü aydınlaşdırır.
    O cümlədən, Peyğəmbər öz canişinləri və ondan sonrakı rəhbələr barəsində buyurmuşdur: Onlar on iki nəfərdən ibarətdirlər. Bu hədis sənədi eyni mənanı çatdıran müxtəlif sözlərlə rəvayət edilmişdir. Bu barədə nəql olunan rəvyaətlərin sayı 270-dən çoxdur və hamısı da şiə və sünnülərin mötəbər və məşhur kitablarında nəql olunmuşdur. Buxari, Müslüm Səhih kitablarında, Termezi, Əbu Davud və Əhməd öz Müsnəd kitablarında, Hakim Səhiheynə yazdığı Müstədrək kitabında bu hədisləri qeyd etmişlər.
    Bu hədisləri sayan adamlardan biri də Buxaridir. O, İmam Cavad, İmam Hadi və İmam Əskəri əleyhimussalamın müasiri olmuşdur. Onun məhz bu xüsusiyyəti böyük əhmiyyətli məsələləri aydınlaşdırır. Çünki o isbat edir ki, hökmən belə bir hədis Peyğəmbərdən nəql olunmuşdur. Amma hal-hazırda o hədisin bəyan etdiyi şey gerçəkləşməmişdir və 12-ci İmam din səhnəsində zahir olmamışdır. Deməli şübhəsiz, hədisin nəql olunması (on iki İmam şiələrinin) xarici həqiqətlərin əks reaksiyası deyildir. Qeyd olunan hədis on iki İmam tarixində gerçəkləşməmişdən əvvəl, həmçinin on iki İmam şiəsi məzhəbinin xarici vücudu kamil şəkildə təqdim olunmamışdan qabaq hədis kitablarında qeyd olunmasına dair əsaslı və əyani dəlil tapsaq, şübhəsiz qəbul etməliyik ki, bu, Peyğəmbərin dilindən eşidilən ilahi bir həqiqəti aydınlaşdırır.
    Həzrət Peyğəmbər dəfələrlə buyurmuşdur: Məndən sonra canişinlərim 12 nəfərdirlər. Bunu buyurduqdan sonra isə 12 İmam rəhbərlərinin məzhəbini bir real həqiqət kimi zahir etmiş və İmam Əlini özündən sonra canişini, İmam Məhdi əleyhissalamı isə onların sonuncusu kimi təqdim etmişdi. Çünki Peyğəmbərin hədisi yalnız bu hadisə ilə xaricdə reallaşır.
    Elmi dəlil: Bizim elmi dəlilimizin əsası kiçik qeybət dövrünün 70 illik təcrübələrini aydınlaşdırmaqdır. Kiçik qeybət dövrü (qeybəti-suğra) İmam Məhdi əleyhissalamın həyatının ilk dövrlərini göstərir. Çünki İmamın mütləq baş verməli olan müqəddəratı camaatın gözlərindən gizlində, qəlbi isə camaatla birlikdə idi. Amma əgər qeybə çəkilmə birdən-birə baş versəydi, imamətin cəmiyyətdəki dayaqlarına böyük xəsarət dəyə bilərdi. Çünki camaat öz zamanlarının rəhbəri ilə qırılmaz rabitə və ünsiyyət bağlamışdılar. Əgər İmam birdən-birə qeybə çəkilsəydi hiss edəcəkdilər ki, onların öz əqli və fikri rəhbərləri ilə olan rabitələri qırılmışdır. Bu hisslər ağır boşluq yaradaraq islamın mövcudiyyətini xətərə salıb müsəlman cəmiyyətlərini pərişanlığa və pərakəndəliyə çəkə bilərdi. Deməli, kiçik qeybət əslində insan kütlələrinin qeybət məsələsi ilə ünsiyyət tapmalarına, qeybət əsaslarında özlərini formalaşdırmalarına bir növ müqəddimə idi.
    Camaat bu dövrdə həzrətin etibarlı və xüsusi köməkçilərinin vasitəsi ilə o həzrətlə rabitə saxlayırdılar. Kiçik qeybət dövründə İmam Məhdi əleyhissalamla onun ardıcılları arasında dörd nəfər naibliyə təyin olunmuşdular. O dörd nəfər mötəbərlikdə və dindarlıqda şöhrət qazanmışdılar. Onlar aşağıdakılardan ibarət idi:
    1-Osman ibni Səid Əmri
    2-Məhəmməd ibni Osman ibni Səid Əmri
    3-Əbul Qasim Hüseyn ibni Ruh
    4-Əbul Həsən Əli ibni Səmri
    Bu dörd nəfər hər biri öz növbəsində ardıcıllıqla biri digərinin vəfat etməsindən sonra imamın nümayəndəliyi və nayibliyi məqamına keçmiş və şiələrin sual və ehtiyaclarını öz ardıcıl və möhkəm rabitələri ilə imama təqdim edərək onun cavabını bəzən şifahi, bəzən isə yazılı halda möminlərə çatdırırdılar.
    Beləliklə öz İmamlarının görüşündən məhrum olanlar bir-başa olmayan yazışma vasitəsi ilə özlərinə təskinlik verirdilər. Görürük ki, İmamdan insanlara gəlib çatan bütün məktublar vahid bir üslub əsasında olmuşdur. İmamın naibləri 70 ilə yaxın o həzrətlə rabitə vasitəsi olmuşdur. Onların axırıncısı Səmrinin dövrü sona çatdıqda kiçik qeybət dövrünün axırı böyük qeybətin isə başlandığı elan oldu. Kiçik qeybətdən böyük qeybətə keçid bu həqiqəti göstərir ki, qeybəti-suğrada mövcud olan hədəflər yerinə yetirilmiş, bununla da şiəliyin tədrici proqramları imamın birdən-birə yoxa çıxmasından yaranacaq xəsarətlərdən amanda qalmış, yavaş-yavaş camaatı İmamın ümumi nümayəndələrini qəbul etmək üçün hazırlamışdır.
    Kiçik qeybətdən böyük qeybətə nəql olunma ilə İmamın naib və nümayəndəliyi müəyyən şəxslərin əlindən aqil və bəsirətli müctehidlərin ixtiyarına keçdi. Müsəlmanlar din və dünya işlərində onlara tabe olmalıdırlar. Şübhəsiz hər kəs bu kimi məsələləri bilsə və onları qiymətləndirsə, başa düşəcəkdir ki, Məhdi əleyhissalam camaatla bir müddət birgə yaşamış həqiqətdir. O həzrətin xüsusi nümayəndələri və elçilərinin yetmiş il müddətində şiələrlə bu cür rabitə saxlamaları bu həqiqəti çatdırır ki, bu məsələ barəsində heç bir hiyləgərlik yoxdur, onların sözlərində və əməllərində heç bir ziddiyyət görünməmişdir.
    Doğrudan da əgər bunlar yalan olsaydı, onda necə qəbul etmək olardı ki, bir yalan 70 il müddətində ayaq tutub yerisin və dörd nəfər elə bir şəkildə əlbir olsunlar ki, sanki böyük bir həqiqəti öz gözləri ilə görüb onunla yaşayıblar və bu müddətdə onlardan heç bir zəiflik büruzə gəlməmiş, şəkk-şübhəyə səbəb olacaq bir şey zahir olmamışdır.
    Keçmiş zamanlardan işıqsız yanan çıraq məsələsi mövcuddur. Həyati məntiq sübut edir ki, ehtimali hesablamalar hər hansı bir yalanın (bu kimi xüsusi şəraitdə) həzrəti Məhdi (əleyhis-salam)-ın yaşadığı bütün müddətdə davam gətirə bilməsini və bütün bağlılıqları əhatə edərək öz tərəfdlarlarının etimadını cəlb edə bilməsini qəbul edə bilmir. Deməli, kiçik qeybət bir elmi təcrübə sayılır ki, xarici aləmdə real varlıq olan bir şeyi sübuta yetirməyi və İmam Məhdi (əleyhissalam)-ın rəhbərliyinin həqiqətini qəbul etməyi, onun doğum və həyatını böyük qeybət dövrünün xüsusiyyətləri ilə mümkün edir.
    Category: İmam Məhdi (ə) barəsində təhqiqat | Added by: Islam_Kitabxanasi
    Views: 778 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024