İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı

    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı
    2012-05-02, 6:42 PM
    İmam Məhəmməd Təqi əleyhissəlamin həyati
    Xeyir-bərəkətli bir təvəllüd
    Azyaşlı İmam
    Baş qazı məəttəl qalır
    Hədis düzəldənlər rüsvay olurlar
    Vəkillik əlaqə vasitəsi kimi
    İmam Məhəmməd Təqi əleyhissəlamın elmi məktəbi
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı barədə qısa məlumat
    Doqquzuncu İmamın adı Məhəmməd künyəsi Əbu Cəfər ləqəbi Təqi və Cavad olmuş hicrətin yüz doxsan beşinci ilində Mədinə şəhərində anadan olmuşdur(Üsuli-kafi, c.1, səh.492.) Peyğəmbərin həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan(Üsuli-kafi, c.1, səh.315, 492.) Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu.(İsbatül-vəsiyyət, səh.209.)Belə ki İmam Riza (əleyhissəlam) o xanımı pak nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.(Biharül-ənvar, c.50, səh.15.)
    İmam Cavad əleyhissəlamın atası vəfat edərkən təxminən səkkiz yaşı olmuş iyirmi beş yaşında olarkən şəhadətə yetişmiş(Üsuli-kafi, c.1, səh.492.) və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazim əleyhissəlamın məzarının yanında dəfn olunmuşdur.
    İmam Cavad əleyhissəlamın müasiri olmuş xəlifələr
    İmam Məhəmməd Təqi (ə) (İmam Cavad) imamət dövrü iki Abbasi xəlifəsi Məmun (193-218 h.q) və Mötəsimin (218-227 h.q) zamanına təsadüf edir. Adı çəkilən xəlifələrin hər ikisi o Həzrəti məcburi şəkildə Mədinədən Bağdada gətizdirmiş və Məmunun İmam Riza (əleyhissəlam) barədə icra etdiyi siyasəti davam etdirərək onu paytaxtda saxlamaqla nəzarət altına almışlar.
    Xeyir-bərəkətli bir təvəllüd
    İmam Riza əleyhissəlamın ailəsində və eləcə də, şiələr arasında İmam Cavad (əleyhissəlam) xeyir-bərəkətli bir uşaq kimi adlandırılmışdır. Bu barədə Əbu Yəhya Sənani deyir: "Bir gün İmam Riza əleyhissəlamın yanında idim. Bu vaxt o Həzrətin azyaşlı uşağı Cavad (əleyhissəlam) bizim yanımıza gəldi. İmam Riza (əleyhissəlam) buyurdu ki şiələrimiz üçün ondan xeyir-bərəkətli bir uşaq dünyaya gəlməmişdir.”(Əl-İrşad, səh. 319.)
    Deyilənlərə görə İmam Riza (əleyhissəlam) müxtəlif münasibətlərdə yeri gəldikcə öz əziz oğlunu bu cür yad edirdi. Belə ki bu məsələ artıq şiələrin hamısına bəlli idi. İbn Əsbat və Əbbad ibn İsmayıl adlı iki şiənin dediyinə görə bir dəfə onlar İmam Riza əleyhissəlamın hüzurunda olarkən Həzrət Cavad əleyhissəlamı onların yanına gətirirlər. Onlar İmam Riza əleyhissəlamdan soruşurlar ki bu həmin dediyiniz xeyir-bərəkətli uşaqdır? İmam Riza (əleyhissəlam) onların cavabında buyurur: "Bəli bu İslamda ondan xeyir-bərəkətlisi doğulmayan həmin uşaqdır.”(Biharül-ənvar, c.50, səh.20.)
    Əbu Yəhya Sənani deyir: "Məkkədə olarkən İmam Riza əleyhissəlamın hüzuruna getdim. Gördüm ki o Həzrət banan soyub oğlu Cavad əleyhissəlama verir. O Həzrətə dedim: "Bu həmin xeyir-bərəkətli uşaqdır?” O Həzrət cavab verdi ki bəli bu həmin uşaqdır ki İslamda onun kimisi və şiələrimiz üçün ondan xeyirlisi doğulmamışdır.”(Fürui-kafi, c.6, səh.361.)
    İlk baxışda bu hədisdən belə başa düşülə bilər ki İmam Cavad (əleyhissəlam) şiələr üçün bütün İmamlardan daha xeyirlidir. Xeyr, bu belə deyildir. Çünki əldə olan sübutlar göstərir ki bu hədisdən məqsəd İmam Cavad əleyhissəlamın doğularkən şiələrə xüsusi xeyir-bərəkət ərməğan etməsidir. Belə ki İmam Riza əleyhissəlamın dövrü xüsusi bir mərhələ olmuş və o Həzrət özündən sonrakı İmamı təyin etməkdə keçmiş İmamların heç birinin üzləşmədiyi bir sıra çətinliklərlə üzləşmişdir. Çünki bir tərəfdən İmam Kazim əleyhissəlamın şəhadətindən sonra Vaqifilər adlanan bir dəstə şiə, maddi məqsədə görə İmam Riza əleyhissəlamın İmamətini qəbul etməmiş digər tərəfdən də, o Həzrətin (İmam Riza əleyhissəlamın) təxminən qırx yeddi yaşına qədər uşağı olmaması Peyğəmbərdən (səlləllahu əleyhi və alih) olan hədisdə şiə İmamlarının sayının on iki nəfər olub onların doqquzunun İmam Hüseyn əleyhissəlamın nəslindən olacağı fikrinə əsasən, həm o Həzrətin öz İmamətini həm də İmamətin davam edəcəyini sual altına alırdı. Vaqifilər də, məhz bu məsələni bəhanə gətirib İmam Riza əleyhissəlamın İmamətini qəbul etməkdən imtina edirdilər. Hüseyn ibn Qiyama Vasitinin bu barədə İmam Riza əleyhissəlama etdiyi etiraz və o Həzrətin ona verdiyi cavab bu məsələyə tam bir sübutdur. Vaqifilərin başçılarından olan Hüseyn ibn Qiyamə(Əl-İrşad, səh.318.)İmam Riza əleyhissəlamı sonsuz qələmə verib ona yazdığı məktubda deyir: "Sənin uşağın olmadığı bir halda necə İmam ola bilərsən?” İmam Riza (əleyhissəlam) onun cavabında yazır: "Sən haradan bilirsən ki mənim uşağım olmayacaq? And olsun Allaha bir neçə gün keçməz Allah mənə haqqı batildən ayıran bir övlad verər.”(Üsuli-kafi, c.1, səh.320.)Hüseyn ibn Qiyamənin (və eləcə də digər vaqifilərin) bu təbliğ metodu təkcə bununla kifayətlənmir və bu məsələyə müxtəlif münasibətlərdə dəfələrlə işarə edilirdi. İmam Riza (əleyhissəlam) da öz növbəsində onların bu sözlərini bu "sübutlarını” cavabsız qoymurdu.(Kəşfül-ğümmə, c.3, səh.316.) Nəhayət İmam Cavad əleyhissəlamın doğulması bu ixtilafa son qoyur. Beləliklə də, İmam Riza (əleyhissəlam) və şiələrin bu sahədəki mövqeyi möhkəmlənir nəticədə şiəliyin etibarı artır.(Əl-İmamül-Cavad minəl-məhdi iləl-ləhd, səh.337.)
    Vaqifilər və İmamət nəslinin düşmənlərinin bu barədə olan vəsvəsələri o dərəcəyə yetişmişdi ki hətta İmam Cavad əleyhissəlamın anadan olması ilə vaqifilərin bəhanəsinin kəsilməsinə baxmayaraq, İmam Riza əleyhissəlamın bəzi qohumları (həsəd paxıllıq və düşmənçilikləri nəticəsində) Həzrət Cavad əleyhissəlamın o Həzrətin oğlu olmamasını iddia etdilər. Onlar insanlığa yaraşmayan və İslamdan uzaq olan bu töhmətlərində öz gizli fikirlərini üzə çıxarmaq üçün ata ilə oğul arasında sifət rənginin oxşarlığının olmamasından başqa heç bir bəhanə tapmadılar. İmam Cavad əleyhissəlamın rənginin qarabuğdayı olmasını bəhanə gətirib dedilər: "Bizim aramızda rəngi qarabuğdayı olan bir İmam olmamışdır!” İmam Riza (əleyhissəlam) onların cavabında buyurur: "O mənim oğlumdur.” Onlar dedilər: "Peyğəmbər (səlləllahu əleyhi və alih) fizionomika (insanın əhvalını üzünün ifadəsi və bədənin hərəkətləri ilə təyin etmə üsulu) ilə mühakimə edərdi. Bizimlə sənin aranda da (bu uşağın səndən olub-olmamısı barədə) fizionomiklər hökm verməlidirlər.” İmam Riza (əleyhissəlam) (məcbur olub) buyurdu: "Siz onların (fizionomiklərin) ardınca adam göndərin ancaq onlara nə üçün dəvət etdiyinizi deməyin. Mənə qalsa, bu işə əsla əl atmaram.” Bir gün qərar qoyulduğu kimi İmam Riza əleyhissəlamın əmi qardaş və bacıları bir bağda oturur o Həzrət özü isə geniş və yun paltar geyərək başına papaq qoymuş və bağı belləməklə məşğul idi. Sanki o Həzrət bağban olub oradakılara heç bir qarışacağı yox idi. Bu vaxt İmam Cavad əleyhissəlamı gətirib fizionomiklərdən oturanların arasından onun atasını təyin etmələrini istəyirlər. Fizionomiklərin hamısı bir nəfər kimi dedi ki onun atası burada yoxdur ancaq bu oturan onun atasının əmisi bu öz əmisi bu da bibisidir. Əgər atası da buradadırsa onda mütləq (İmam Riza əleyhissəlama işarə edərək) çiynində bel tutub bağın ortasında dayanan o kişi olmalıdır. Çünki onların ikisinin də, baldırı eyni cürdür. Bu vaxt İmam Riza (əleyhissəlam) gəlib onların yanında oturur. Fizionomiklərin hamısı deyirlər ki onun atası bu kişidir. Bunun ardınca İmam Riza əleyhissəlamın əmisi Əli ibn Cəfər yerindən qalxıb İmam Cavad əleyhissəlamın dodaqlarından öpərək dedi: "Şəhadət verirəm ki sən Allah dərgahında mənim İmamımsan.”(Üsuli-kafi, c.1, səh.322.)
    Beləliklə, İmamətlə düşmən olanların Allah nurunu söndürmək üçün qurduqları planlar bir daha boşa çıxır və Allah-taala yenidən onları rüsvay edir.
    Azyaşlı İmam
    İmam Cavad (əleyhissəlam) uşaq yaşlarında İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrətin həyatını mütaliə edərkən irəli çıxan ilk sual bu olur ki kiçik bir uşaq müsəlmanların rəhbərlik və İmamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu?
    Bu sallara cavab vermək üçün nəzərə almaq lazımdır ki düzdür insanın əqli və cismi cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü vardır və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşəriyyət tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarındaykən İmamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı izah etmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək.
    Qurani-Kərim Həzrət Yəhya əleyhissəlamın peyğəmbərliyi və onun uşaq yaşlarından Peyğəmbər seçilməsi barədə buyurur: "Biz uşaq ikən ona hikmət Allah kəlamının incəliklərini anlamaq peyğəmbərlik verdik.”("Məryəm” surəsi, ayə12.)
    Bəzi təfsirçilər qeyd etdiyimiz ayədə "hikmət” sözünü istedad və bilik mənasına bəziləri isə onu peyğəmbərlik mənasına təfsir etmişlər. İkinci versiyanı "Üsuli-kafi” kitabında olan hədislər də təsdiq edir. O hədislərdən biri də, İmam Baqir əleyhissəlamın qeyd etdiyimiz ayədəki "hikmət” sözünü Həzrət Yəhya əleyhissəlamın uşaq ikən peyğəbmər seçilməsinə aid edərək bu cür buyurmasıdır: "Həzrət Zəkəriyya əleyhissəlamın vəfatından sonra oğlu Yəhya (əleyhissəlam) onun kitab və hikmətini ondan irs aparır. Bu isə məhz Allah-taalanın Quranda "Ey Yəhya! Kitabdan bərk yapış! Tövratı möhkəm tutub onun hökmlərinə ciddi əməl et! Biz uşaq ikən ona hikmət Allah kəlamının incəliklərini anlamaq peyğəmbərlik verdik” - deyərək buyurmasıdır.”(Üsuli-kafi, c.1, səh.382.)
    Uşağın dil açıb danışması üçün bilirik ki təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki Həzrət İsa (əleyhissəlam) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə olarkən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan aparmışdır. Halbuki, bu cür danışmaq özü də belə bir məfhuma malik söz demək yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsa əleyhissəlamın sözlərini bu cür açıqlamışdır:"Allahdan bir möcüzə olaraq körpə İsa (əleyhissəlam) dilə gəlib dedi: "Mən həqiqətən Allahın quluyam bəndəsiyəm. O mənə kitab İncil verdi özümü də Peyğəmbər etdi. O harada oluramsa olum məni mübarək həmişə hamıya xeyir verən dini hökmləri öyrədən etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi heç kəsə qarşı zülmkar asi dikbaş eləmədi.”("Məryəm” surəsi, ayə 30-32.)
    Qeyd olunanlardan belə nəticəyə gəlirik ki İmamlardan qabaq da, digər mömin insanlar bu İlahi nemətdən bəhrələnmiş və bu təkcə İmamlara xas bir şey olmamışdır.
    Bu barədə İmamların buyuruqları
    İmamların həyatını mütaliə etdikdə məlum olur ki bu məsələ İmamların xüsusən, İmam Cavad əleyhissəlamın öz dövründə də, daima müzakirə mərkəzinə çevrilmiş onlar da eynilə bu sübutla irad tutanlara cavab vermişlər. İndi nümunə üçün oxucuların diqqətini bu barədə olan üç rəvayətə cəlb edirik:
    1. İmam Riza (əleyhissəlam) və İmam Cavad əleyhissəlamın səhabələrindən olmuş Əli ibn Əsbat deyir: "Bir gün İmam Cavad əleyhissəlamın hüzuruna getdim. Görüş zamanı o Həzrətin üzünə diqqətlə baxaraq sifətini yadımda saxlamaq istəyirdim ki, Misirə getdikdən sonra onun tərəfdarlarına simasını təsvir edim. Elə bu vaxt İmam Cavad (əleyhissəlam) mənimlə üz-üzə əyləşib buyurdu: "Ey Əli ibn Əsbat! Allah-taalanın imamət məsələsində gördüyü iş eynilə peyğəmbərlik məsələsində gördüyü iş kimidir. Allah-taala Həzrət Yusif (əleyhissəlam) barədə buyurur ki Yusif gəncliyinin ən yetkin dövrünə çatdıqda, ona hikmət peyğəmbərlik və elm verdik(Yusif” surəsi, ayə 22.)Həzrət Yəhya (əleyhissəlam) barədə buyurur ki Biz uşaq ikən ona hikmət Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik verdik.” ("Miratül Üqul”, Məclisi, c. 4, səh. 250.)
    İmam Riza əleyhissəlamın səhabələrindən biri deyir: "Bir dəfə Xorasanda İmam Riza əleyhissəlamın hüzurunda idik. Orada olanlardan biri İmam əleyhissəlama dedi ki ey mənim ağam (Allah eləməsin) birdən sizin başınıza bir iş gəlsə biz sizdən sonra kimə müraciət edək? O Həzrət buyurdu: "Oğlum Cavada.” Bunu deyəndə həmin şəxs İmam Cavad əleyhissəlamın yaşının az olduğunu bildirdi. İmam Riza (əleyhissəlam) buyurdu: "Allah-taala Həzrət İsa əleyhissəlamı Cavaddan da kiçik yaşlarında Peyğəmbər və yeni şəriət sahibi qərar vermişdi.”(Üsuli-kafi, c.1, səh.322, 384.)
    İmam Riza (əleyhissəlam) Müəmmər ibn Xəllad adlı səhabəsinə buyurur: "Mən Cavadı öz yerimdə əyləşdirib onu öz canişinim təyin etmişəm. Biz elə bir nəsildənik ki kiçiklərimiz hər şeyi böyüklərimizdən irs aparır.”(Əl-İrşad, səh.318.)
    Əqidə çaşqınlığı
    Kiçik yaşında ikən İmamət məqamına nail olmağın mümkünlüyü haqqında kifayət qədər danışılsa da, İmam Cavad əleyhissəlamın yaşının az olması məsələsinin söz-söhbəti səngimək bilmirdi. Bu söz-söhbətdə nə təkcə bir çox adi şiələrin eləcə də, bəzi şiə alimlərinin payı var idi. Buna görə də, İmam Riza əleyhissəlamın şəhadətindən sonra İmamətin İmam Cavad əleyhissəlamın öhdəsinə düşdüyü bir dövrdə şiələr (xüsusilə, adi şiələr) çox təhlükəli o vaxta qədər misli görünməmiş bir əqidə çaşqınlığı ilə üzləşir və İmam Cavad əleyhissəlamın yaşının az olması böyük bir müşkülə çevrilmişdi. Hicri tarixi ilə dördüncü əsr alimi ibn Rüstəm Təbəri yazır: "O (İmam Cavad (əleyhissəlam)) altı yaş bir neçə aylıq olarkən, Məmun onun atasını şəhid edir və nəticədə şiələr çaş-baş qaldığı üçün camaat arasında fikir müxtəlifliyi yaranmağa başlayır.”(Dəlailül-imamət, səh.204.) Bu məsələni həll etmək məqsədilə şiələr yığıncaqlar təşkil edib İmam Cavad (əleyhissəlam) ilə görüşlər keçirərək o Həzrətin İmamət üçün lazım olan elmə malik olub-olmaması baxımından arxayın olmaq üçün ona suallar verir və o Həzrətdən qəti və qaneedici cavablar aldıqda arxayınlaşırdılar. Tarixçilər bu barədə yazırlar: "Hicrətin iki yüz ikinci ili İmam Riza (əleyhissəlam) vəfat edərkən, İmam Cavad əleyhissəlamın təxminən yeddi yaşı var idi. Buna görə də, Bağdad və digər şəhərlərdə camaat arasında müxtəlif fikirlər yaranmağa başlayır. Rəyyan ibn Silət Səfvan ibn Yəhya Məhəmməd ibn Həkim Əbdürrəhman ibn Həccac və Yunis ibn Əbdürrəhman bəzi şiə başçıları ilə birlikdə Bağdadın "Zəlzəl gölməçəsi” adlı məhəlləsində Əbdürrəhman ibn Həccacın evində toplaşaraq İmam Riza əleyhissəlama əzadarlıq etdilər. Yunis məclisdəkilərə dedi: "Əzadarlıq etməyimiz yetər gəlin, görək indi İmamət kimin öhdəsinə düşür? Bu uşaq (İmam Cavad (əleyhissəlam)) böyüyənə qədər qarşımıza çıxan məsələlərdə kimə müraciət edək?” Bu vaxt Rəyyan ibn Silət ayağa qalxıb onun boğazından tutaraq möhkəm sıxır və onun baş-gözünə vuraraq qəzəblə deyir: "Sən bizim yanımızda özünü imanlı göstərir həqiqətdə isə kafir olduğunu gizlədirsən? Əgər onun (İmam Cavad əleyhissəlamın) İmaməti Allah tərəfindəndirsə onda, bir günlük uşaq olsa belə, yüz yaşlı kişi sayılar yox əgər İmaməti Allah tərəfindən deyilsə yüz yaşlı olsa da, adi adam kimi hesab olunar. Bu haqda yaxşı fikirləşin!” Rəyyan ibn Silətin çıxışından sonra məclisdəkilər Yunisi möhkəmcə danladılar.”
    O vaxt qarşıdan həcc mövsümü gəlirdi. Bağdad fəqih və alimlərindən səksən nəfəri həcc ziyarətinə çıxıb İmam Cavad (əleyhissəlam) ilə görüşmək məqsədilə Mədinə şəhərinə yola düşürlər. Mədinəyə çatdıqda, İmam Sadiq əleyhissəlamın evinə gedirlər. Bu vaxt İmam Cavad əleyhissəlamın əmisi Abdullah ibn Musa içəri girib yuxarı başda oturur. Bir nəfər ayağa qalxıb deyir: "Bu Peyğəmbər (səlləllahu əleyhi və alih) övladıdır kimin sualı varsa soruşsun.” Bir neçə nəfər ona suallar verir o isə onlara düzgün cavab verə bilmədiyi üçün şiələr narahat olur və fəqihlər nigaran halda ayağa qalxaraq deyirlər: "Əgər Əbu Cəfər bizim suallarımıza düzgün cavab verə bilsəydi Abdullah ibn Musa bura gəlib bizə səhv cavablar verməzdi.” Bu vaxt məclisin yuxarı başındakı qapı açılır və Müvəffəq adlı bir xadim içəri girib deyir: "Əbu Cəfər (İmam Cavad (əleyhissəlam)) gəlir.” Hamı ayağa qalxıb onu qarşılayaraq salam verirlər. İmam daxil olub əyləşdi. Camaat hamısı sakit oturmuşdu. Sonra isə bir-bir hərə öz sualını o Həzrətə verir. İmam Cavad (əleyhissəlam) onlara qəti və qaneedici cavablar verdikdə, onlar sevinib o Həzrətə dua edərək dedilər: "Sizin əminiz Abdullah bizə filan-filan cavabları verdi.” İmam Cavad (əleyhissəlam) (üzünü əmisinə tutub) buyurdu: "Əmi sabah Allahın hüzurunda dayanıb O sənə "Ümmətin arasında səndən savadlısı ola-ola, nə üçün bilmədiyin şeylər haqqında camaata hökm verirdin?” – deyə buyurduqda, nə cavab verəcəksən?”(Biharül-ənvar, c.50, səh.98-100.)
    Həmin il bu dəstənin arasında olmuş İshaq ibn İsmayıl deyir: "Mən də o Həzrətdən sual soruşmaq üçün on məsələ hazırlamışdım. Həmin vaxt həyat yoldaşım hamilə idi. Öz-özlüyümdə dedim: Əgər suallarıma cavab verə bilsə onda, ondan xahiş edərəm ki Allah-taaladan həyat yoldaşımın bətnindəki uşağın oğlan olmasını istəsin. Camaat öz suallarını verib qurtardıqdan sonra mən də suallarımı demək üçün ayağa qalxdım. O Həzrət məni görcək buyurdu: "İshaq onun adını Əhməd qoyarsan!” Bu hadisədən sonra həyat yoldaşım bir oğlan uşağı doğdu. Mən də onun adını Əhməd qoydum.”(İmam Cavad (əleyhissəlam), səh.27-29.)
    Beləliklə, İmam Cavad (əleyhissəlam) ilə olmuş bu cür görüş bəhs və müzakirələr şiələrə o Həzrətin İmam olduğuna dair arxayınlıq gətirərək onların fikrindəki şəkk-şübhələri aradan qaldırır.
    İmam Cavad əleyhissəlamın elmi müzakirələri
    Qeyd etdiyimiz kimi İmam Cavad (əleyhissəlam) uşaq ikən İmamət məqamına yetişmiş ilk İmam olduğundan, o Həzrət bir sıra elmi müzakirələr təşkil etmiş və bəzi vaxtlar da həmin müzakirələr çox təntənəli şəkildə keçirilmişdir. Bu müzakirələrin təşkil edilməsinin əsas səbəbi o idi ki bir tərəfdən o Həzrətin yaşının az olmasına görə onun İmam olması bir çox şiələr üçün hələ tam sübuta yetməmiş (baxmayaraq ki şiələrin əsas alim və başbilənlərinin şiə əqidələrinə dair bu barədə heç bir şəkk-şübhəsi olmamışdır) buna görə də, arxayınlıq əldə etmək məqsədilə o Həzrətə çoxlu sayda suallar verirdilər. Digər tərəfdən də, İmam Cavad əleyhissəlamın yaşadığı dövr Mötəzilə məzhəbinin qol-budaq atıb genişlənərək nüfuz tapdığı bir dövr olmuş yerli hökumət də, onları himayə edir və bu məzhəbin əqidələrini möhkəmlətmək digər məzhəbləri isə nüfuzdan salmaq üçün əlində olan bütün maddi və mənəvi imkanlardan istifadə edirdi. Mötəzilə məzhəbinin əqidələri bəşərin naqis və səhv edən ağlına arxalanır. Mötəzilə məzhəbində olanlar dini hökmləri ilk növbədə öz ağılları ilə ölçərək ağılları qəbul edənə əməl edir və ağıllarının qəbul etmədiklərini isə inkar edirdilər. Bir uşağın kiçik yaşlarından ümmətə rəhbər və İmam seçilməsi onların ağlına sığmadığı üçün öz fikirlərində İmam Cavad əleyhissəlamı elmi mübarizə meydanında məğlub edəcəklərini düşünüb, o Həzrətə çətin və dolaşıq suallar verirdilər. Ancaq bu müzakirələrin hər birində İmam Cavad (əleyhissəlam) (İmamət elmi sayəsində) öz qəti və aydın cavabları ilə özünün İmam olması məsələsi üzərindən bütün şəkk-şübhəni qaldıraraq İmam olduğunu və ümumiyyətlə, İmamət məsələsini isbat edirdi. Buna görə də, daha İmam Hadi əleyhissəlamın İmaməti dövründə (o Həzrət də kiçik yaşlarında ikən İmamət məqamına yetişmişdi) bu məsələ heç bir müşkül doğurmurdu. Çünki artıq hamıya məlum olmuşdu ki yaşın az olması Allah tərəfindən verilmiş bu məqama heç bir təsir göstərə bilməz.
    YƏHYA İBN ƏKSƏMLƏ(Məmunun dövründə adlı-sanlı alim olmuşdur.) ELMI MÜBAHISƏ
    Məmun Tus şəhərindən Bağdada köçdükdən sonra İmam Cavad əleyhissəlama bir məktub yazıb onu Bağdada dəvət edir. Bu dəvət də, İmam Riza əleyhissəlamın Tus (Mərv) şəhərinə dəvət olunması kimi zahirdə könüllü həqiqətdə isə məcburi bir səfər olmuşdur. İmam Cavad (əleyhissəlam) Məmunun dəvətini qəbul edib Bağdada gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini edir. İmam Cavad (əleyhissəlam) Məmunun bu təklifi qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O təntənəli şəkildə bir məclis qurmaq istəyirdi. Lakin bu xəbərin Bəni-Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni-Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib dedilər: "Bu nə işdir görürsən? Əli ibn Musa ər-Rizanın vəfat etdiyi və hakimiyyətin Bəni-Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də, Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?” Məmun soruşur: "Bəs sizin fikriniz nədir?” Onlar dedilər: "O uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur.” Məmun dedi: "Siz bu ailəni yaxşı tanımırsınız onların kiçiyi də böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin onda mənim dediklərimə inanarsınız.”
    Abbasilər alimlərin arasında (öz elmi ilə aləmə səs salmış) Yəhya ibn Əksəmi seçirlər. Məmun İmam Cavad əleyhissəlamın elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir. Həmin məclisdə Yəhya ibn Əksəm üzünü Məmuna tutub deyir: "İcazə verirsən, bu gəncə bir sual verim?” Məmun deyir: "Onun özündən icazə al!” Yəhya İmam əleyhissəlamdan icazə istədikdə, o Həzrət buyurur ki nə istəyirsən soruş!” Yəhya deyir: "Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?” İmam Cavad (əleyhissəlam) buyurur: "Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib yoxsa yox? Heyvanı bilərəkdən ovlamışdır yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub yoxsa qul? Uşaq olmuşdur yoxsa böyük? Birinci dəfədir bü cür iş görür yoxsa bir neçə dəfə (bundan qabaq da) belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir yoxsa quş deyil? Böyük heyvan olub yoxsa kiçik? Gördüyü bu işdən peşman olub yoxsa yox? Heyvanı gecə ovlayıb yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub yoxsa təməttö(Ümrə və təməttö həccin növləridir.)həccinin?”
    Bu məsələ barədə İmam Cavad əleyhissəlamın müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhya ibn Əksəmin üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başlayır. Belə ki bütün məclisdəkilər onun İmam Cavad əleyhissəlamın qarşısında aciz olduğunu açıq-aşkar hiss edirlər. Bu vaxt Məmun deyir: "Şükr olsun Allaha ki mənim fikirləşdiyim düz çıxdı.” Sonra isə üzünü öz qohum-əqrəbasına tutub deyir: "Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?”(Biharül-ənvar, c.50, səh.75-76)
    Ehram bağlamış şəxsin heyvan ovlamasının müxtəlif hallarının hökmü
    Məclisdə gedən müzakirədən sonra camaat çıxıb gedir və təkcə xəlifənin yaxın qohum-əqrəbası qalır. Məmun İmam Cavad əleyhissəlama üzünü tutub deyir: "Başına dönüm yaxşı olar ki ehram bağlamış şəxsin heyvan ovlaması üçün qeyd etdiyiniz müxtəlif halların hökmlərini bəyan edəsiniz biz də öyrənək.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bəli əgər ehram bağlamış şəxs hərəmdən kənarda heyvan ovlayarsa və ovladığı heyvan böyük quşlardan olarsa bir qoyun kəffarə verməlidir yox əgər hərəmin daxilində ovlamışdırsa kəffarəsi iki bərabərdir. Əgər hərəmdən kənarda quşun balasını öldürmüşdürsə süddən təzəcə ayrılmış bir quzu kəffarə verməlidir əgər həmin quş balasını hərəmin daxilində öldürmüşsə onda həm süddən təzəcə ayrılmış bir quzu həm də həmin heyvanın pulunu kəffarə verməlidir. Əgər ovladığı çöl heyvanlarındandırsa bunun müxtəlif halları ola bilər. Vəhşi ulağı öldürmüşdürsə bir inək dəvəquşu öldürmüşsə bir dəvə ceyran öldürmüşsə, bir qoyun kəffarə verməlidir. Ancaq bu şərtlə ki bunları hərəmdən kənarda öldürmüş olsun. Əgər bunları hərəm daxilində öldürərsə onda qeyd etdiklərimizin iki bərabərini kəffarə verməlidir. Ehram bağlamış şəxs elə bir iş görə ki qurbanlıq (bu qurbanlıq kəffarə ünvanındadır) ona vacib ola əgər bu vaxt o təməttö həccindədirsə qurbanı Minada kəsməlidir yox əgər ümrə həccindədirsə onda qurbanı Məkkənin özündə kəsməlidir. Ehram halında heyvan ovlamağın haram olmasını bilənlə bilməyənin heç bir fərqi yoxdur ancaq bilərəkdən öldürmüşsə (kəffarədən əlavə) günah da etmişdir bilmədən öldürmüşsə heç bir günahı yoxdur (və sadəcə olaraq yalnız kəffarə verməlidir). Ehram halında heyvan ovlamış (öldürmüş) şəxs azaddırsa kəffarəsi öz boynuna quldursa, kəffarəsi sahibinin boynundadır. Ehram halında heyvan öldürmüş şəxs uşaqdırsa ona heç bir kəffarə düşmür əgər böyükdürsə, kəffarəsini verməlidir. Gördüyü bu işdən peşiman olan şəxsə (bu işinə görə) Axirət əzabı yoxdur ancaq işindən peşiman olmayan şəxsə isə bu işinə görə Axirət əzabı var.”(Biharül-ənvar, c.50, səh.77.)
    Category: İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 1065 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024