İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı

    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı
    2012-05-02, 6:41 PM
    Baş qazı heyran qalır
    (İmam Cavad əleyhissəlamın bu sözündən sonra) Məmun deyir: "Afərin ey Cavad! Allah sənə xeyir versin! İndi yaxşı olar ki Yəhya ibn Əksəm sənə sual verdiyi kimi sən də ona bir sual verəsən.” İmam Cavad (əleyhissəlam) Yəhyaya buyurur: "Soruşum?” Yəhya deyir: "Başına dönüm ixtiyar sahibi sizsiniz əgər bilsəm cavabını verərəm bilməsəm də sizdən öyrənərəm.” İmam Cavad (əleyhissəlam) buyurur: "Mənə de görüm, necə olur ki bir kişi sübh tezdən bir qadına baxır və bu baxmağı haram olur ancaq elə ki, günəş çıxır həmin qadın o kişiyə halal olur. Günorta olduqda yenə qadın kişiyə haram olur günortadan keçcək yenə halal olur. Günəş batdıqda qadın kişiyə haram olur amma axşam olduqda isə yenə halal olur. Gecə yarısı olcaq qadın kişiyə haram olur dan yeri söküləndə, yenə qadın halal olur? Bu hansı qadındır və nəyə görə kişiyə halal və haram olur?” Yəhya ibn Əksəm deyir: "Allaha and olsun ki mən bu sualın cavabını bilmirəm. Əgər məsləhət bilirsinizsə onun cavabından bizi xəbərdar edin.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu qadın bir kişinin kənizi olub sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur elə ki günəş çıxır həmin kişi kənizi sahibindən alır beləliklə də, kəniz ona halal olur. Günorta olduqda kənizi azad edir o da artıq, kişiyə haram olur. Günortadan keçdikdə onunla evlənir və qadın halal olur. Günəş batarkən öz qadını ilə zihar (qanuni nikahlarını özlərinə haram) edir buna görə də, qadın ona haram olur axşam vaxtı isə ziharın kəffarəsini verərək qadını yenidən özünə halal edir. Gecə yarısı olcaq ona təlaq verir (onu boşayır) və qadın ona haram olur dan yeri söküldükdə isə təlaqını geri götürür və beləliklə də, qadın ona halal olur.”(Biharül-ənvar, c.50, səh.78)
    İmam Cavad əleyhissəlamın tükənməz elmindən nümunələr
    1. İmam Cavad əleyhissəlamın fətva verməsi və saray fəqihlərinin rüsvay olması
    İmam Cavad (əleyhissəlam) qeyd etdiyimiz iki elmi mübahisədən əlavə, bəzi vaxtlar öz İmamət elmi sayəsində müxtəlif yollarla saray alim və fəqihlərinin savadsızlığını və özünün onlardan üstün olduğunu sübut edərək İmamətə əqidə bəsləmək fikrini camaatın fikrində canlandırırdı. Bu baxımdan o Həzrətin, bir oğrunun barmaqlarının haradan kəsilməsi barədə verdiyi fətvanı nümunə göstərmək lazımdır. Hadisə bu cür baş verir. Bağdad şəhərinin qazısı İbn Əbu Duadla dostluq etmiş Zurqan( Onun ləqəbi Əbu Cəfər olmuş və hədis söyləyən idi.) deyir: "Bir gün İbn Əbu Duad xəlifə Mötəsimin məclisindən çox narahat halda geri dönür. Narahatçılığının səbəbini soruşduqda, deyir: Bu gün Allahdan istədim ki kaş iyirmi il bundan qabaq öləydim. Dedim: Nəyə görə?
    — Xəlifə Mötəsimin məclisində İmam Cavad (əleyhissəlam) tərəfindən başıma gələn hadisəyə görə.
    — Məgər nə baş vermişdir?
    — Bir nəfər gəlib oğurluq etməsi barədə etiraf edərək xəlifədən ona İlahi hədd icra etməklə günahını yumaq istədi. Xəlifə bütün fəqihləri və İmam Cavad əleyhissəlamı da çağırtdıraraq bizdən soruşdu: "Oğrunun əli haradan kəsilməlidir?”
    Mən dedim ki biləkdən kəsilməlidir. Xəlifə dedi: "Hansı əsasa görə deyirsən?” Mən dedim: "Çünki təyəmmüm barədə olan ayədə "ondan torpaqdan üzünüz və əllərinizə sürtün”(Maidə” surəsi, ayə 6.) deyildikdə, "əlləriniz” sözündən "biləklərə qədər” mənası başa düşülür.” Bu barədə bəziləri mənimlə həmfikir olub mən deyəni dedilər bəziləri isə mən deyənlə razılaşmayıb bildirdilər ki oğrunun əli dirsəkdən kəsilməlidir. Xəlifə onlardan bunu hansı əsasa görə demələrini soruşduqda, cavab verdilər ki dəstamaza aid olan ayədə "üzünüzü və əllərinizi dirsəklərinizə qədər yuyun” (Maidə” surəsi, ayə 6.) deyildikdə, "əlləriniz” sözündən məqsəd "dirsəyə qədər” mənasıdır. Sonra xəlifə Mötəsim üzünü İmam Cavad əleyhissəlama tutub dedi: "Bu barədə sənin fikrin nədir?” O dedi: "Bunlar fətva verdilər məni üzürlü say.” Mötəsim israr edib onun da öz fikrini bildirməsi üçün ona and verir. Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam) ) dedi: "İndi ki, and verirsən onda öz fikrimi deyərəm. Bunlar hamısı səhv deyirlər. Çünki oğrunun yalnız barmaqları kəsilməlidir.” Mötəsim dedi: "Hansı əsasa görə?” O cavab verdi: "Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki səcdə bədənin yeddi üzvü vasitəsi ilə yerinə yetirilir: alın əllərin iki ovucu iki dizlər ayaqların iki baş barmaqları. Buna əsasən, oğrunun əli bilək yaxud dirsəkdən kəsilərsə onda namazın səcdəsini yerinə yetirmək üçün onun əli qalmır. Həmçinin, Allah-taala buyurmuşdur: "Şübhəsiz ki bütün səcdəgahlar səcdə üçün lazım olan yeddi bədən üzvü Allaha məxsusdur. Heç kəsi Allaha şərik qoşmayın.” ("Əl-Cinn” surəsi, ayə 18; Məcməül-bəyan, c.10, səh.440.) Elə isə Allaha məxsus olan şeyi kəsmək olmaz.” Mötəsim onun cavabını bəyənib oğrunun barmaqlarını kəsdirir. (Biz məclisdəkilərin hüzurunda rüsvay olduq.) Mən elə oradaca (son dərəcə narahatçılıq və rüsvayçılıq nəticəsində) Allahdan özümə ölüm arzuladım.”(Doqquzuncu İmam Həzrət Cavad (əleyhissəlam), səh.26-29; Məcməül-bəyan, c. 10, səh. 372; Təfsiri-Əyyaşi (təshih və təliq), c. 1, səh. 320; Əl-bürhan fi təfsiril-Quran, c. 1, səh. 471; Vəsailüş-şiə, c. 18, səh. 490 (oğurluq babları, 4). Şəriət baxımından əlin kəsilmə həddinin təyini ilə bağlı sünnü və şiə alimlərinin nəzər və fətvalarını bilmək üçün "Əs-səhih min siyrətin-Nəbiyyil-əzəm” kitabının c. 4, səh. 103-ə müraciət edin.)
    2. Hədis uyduranlar rüsvay olurlar
    Nəql olunur ki Məmun öz qızını İmam Cavad əleyhissəlama verdikdən sonra özünün İmam Cavad əleyhissəlamın Yəhya ibn Əksəmin və bir çoxlarının iştirakı ilə bir məclis təşkil edir. Həmin məclisdə Yəhya, İmam Cavad əleyhissəlama deyir: "Belə nəql edirlər ki Cəbrail (əleyhissəlam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib deyir: "Ey Məhəmməd! Allah sənə salam göndərərək buyurur ki Mən Əbu Bəkrdən razıyam ondan soruş, gör o da məndən razıdır? Bu hədis barədə sizin fikriniz nədir?(Əllamə Əmini "Əl-Qədir” kitabının 5-ci cildinin 321-ci səhifəsində yazır: Bu hədis yalan və saxtadır. Onu Məhəmməd ibn Babşaz özündən uydurmuşdur.) ” İmam Cavad (əleyhissəlam) onun cavabında Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu hədisini buyurur: "Mənim adımdan yalan danışanlar çoxalmış və məndən sonra daha da çoxalacaqlar. Kim mənim adımdan yalan danışırsa yeri Cəhənnəmdə olacaqdır. Sizin üçün mənim dilimdən bir hədis söylənildikdə, onu Allahın kitabı (Quran) və sünnəmlə tutuşdurun (bu vaxt) Quran və sünnəmə müvafiq olanı qəbul edin (ancaq) Quran və sünnəmə müvafiq olmayanı isə qəbul etməyin.” Sonra İmam Cavad (əleyhissəlam) əlavə edib buyurur: "(Əbu Bəkr) barədə söylədiyin bu rəvayət Allahın kitabı (Quran) ilə uyğun gəlmir. Çünki Allah buyurmuşdur ki "And olsun ki insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq.” (Qaf” surəsi, ayə 16.) Məgər Əbu Bəkrin Allahdan razı qalıb-qalmaması Allahın Özünə məlum deyildi ki onu Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşurdu? Bu əqli nöqteyi-nəzərdən qeyri-mümkündür!” Yəhya deyir: "Rəvayət edilmişdir ki Əbu Bəkrlə Ömərin yerdə olmaları Cəbrail (əleyhissəlam) ilə Mikailin asimanda olması kimidir.” İmam Cavad (əleyhissəlam) buyurur: "Bu hədis də, həqiqətlə uyğun gəlmir. Çünki Cəbrail (əleyhissəlam) və Mikail (əleyhissəlam) Allah dərgahında ən üstün mələklər olub əsla günah etməz və bir an da olsa belə, Allahın itaət çərçivəsindən kənara çıxmazlar. Əbu Bəkrlə Ömər isə vaxtilə müşrik olmuş, İslam dini meydana çıxdıqdan sonra müsəlman olmalarına baxmayaraq, ömürlərinin çoxunu müşriklik və bütpərəstliklə keçirmişlər. Deməli Allahın Əbu Bəkrlə Öməri Cəbrail ilə Mikailə bənzətməsi qeyri-mümkündür!” Yəhya dedi: "Həmçinin, rəvayət edilmişdir ki Əbu-Bəkrlə Ömər Cənnət qocalarının ağalarıdır. Bu hədis barədə nə deyirsən?” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu hədisin də doğru olması qeyri-mümkündür! Çünki Cənnət əhlinin hamısı cavan olacaq və onların arasında bir dənə də, qoca olmayacaq. Bu hədisi Bəni-Üməyyə Peyğəmbərin (səlləllahu əleyhi və alih) "Həsənlə Hüseyn (əleyhimassəlam) Cənnət gənclərinin ağalarıdır” hədisinin qarşısına çıxarmaq üçün uydurmuşlar.” Yəhya dedi: "Rəvayət edilmişdir ki Ömər ibn Xəttab Cənnət əhlinin çırağıdır.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu da mümkün olan şey deyil! Çünki Allahın yaxın mələkləri Həzrət Adəm (əleyhissəlam) Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) və bütün peyğəmbərləri Cənnətdə olacaqlar. Necə ola bilər ki, mələklər peyğəmbərlər qala-qala Cənnət Ömərin nuru ilə işıqlansın?” Yəhya dedi: "Rəvayətdir ki Ömər nə deyirsə mələyin dilindən deyir.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Mən Ömərin fəzilətini inkar etmirəm lakin Əbu Bəkrin Ömərdən daha fəzilətli olmasına baxmayaraq, o minbərdə olarkən deyirdi ki mənim, məni düz yoldan çıxaran bir şeytanım var. Düz yoldan çıxdığımı gördükdə, məni düz yola tərəf cəlb edin.” Yəhya dedi: "Rəvayət edilmişdir ki Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: Əgər mən Peyğəmbər seçilməzdimsə onda mütləq Ömər Peyğəmbər seçiləcəkdi.”(Əllamə Əmini bu hədisin yalan olmasını "Əl-Qədir”də qeyd etmişdir. c.5, səh.319.) İmam Cavad (əleyhissəlam) buyurdu: "Daha doğrusunu Quran buyurur. Allah Quranda buyurur ki "Ya Rəsulum! Xatırla ki Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: Səndən də Nuhdan da İbrahimdən də Musadan da Məryəm oğlu İsadan da...” ("Əhzab” surəsi, ayə 7.) Bu ayədən açıq-aşkar başa düşülür ki Allah peyğəmbərlərdən əhd almışdır. Belə olduğu halda, necə ola bilər ki, Allah Öz əhdinə vəfa etməsin (əhdini dəyişdirsin)? Peyğəmbərlərin heç biri bir göz qırpımı qədər də Allaha şərik qoşmadıqları halda, necə ola bilər ki Allah ömrünün çoxunu bütpərəstliklə keçirmiş bir şəxsi Peyğəmbər seçsin? Bundan da əlavə, Peyğəmbərin (səlləllahu əleyhi və alih) özü buyurmuşdur ki Adəm (əleyhissəlam) hələ yaranmamışdan qabaq mən Peyğəmbər idim.” Yəhya dedi: "Rəvayət edilmişdir ki Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: Vəhy məndən kəsildikdə mən belə güman etdim ki vəhy (Ömərin atası) Xəttabın ailəsinə nazil olur. Yəni nübüvvət (peyğəmbərlik) məndən onlara keçmişdir.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu da qeyri-mümkündür! Ona görə ki Peyğəmbərin öz peyğəmbərliyində şəkk etməsi mümkün olası iş deyildi. Çünki Allah buyurmuşdur: "Allah mələklərdən də Peyğəmbər seçər insanlardan da...” ("Həcc” surəsi, ayə 75.) (Deməli Allahın Öz seçimi ilə artıq Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz peyğəmbərliyində şəkk etməsinə heç bir lüzum qalmır). Yəhya dedi: "Rəvayət edilmişdir ki Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurub: "Əgər (yer üzünə) bəla gəlsəydi Ömərdən başqa heç kəs canını qurtara bilməzdi.” İmam Cavad (əleyhissəlam) buyurdu: "Bu da qeyri-mümkündür! Çünki Allah-taala Peyğəmbərə (səlləllahu əleyhi və alih) buyurmuşdur ki sən onların arasında ola-ola Allah sənə hörmət əlaməti olaraq onlara əzab verən deyildir. Tövbə edib bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz. ("Ənfal” surəsi, ayə 33.) Deməli nə qədər ki Peyğəmbər (səlləllahu əleyhi və alih) camaatın arasındadır və nə qədər ki müsəlmanlar Allahdan bağışlanmalarını diləyirlərsə Allah onlara əzab verməz.”(Ehticac, c.2, səh.247–248; Biharül-ənvar, c.50, səh.80.)
    Alimlərin nəzərində İmam Cavad əleyhissəlamın şəxsiyyəti
    İmam Cavad əleyhissəlamın söhbətləri elmi mübahisələri böyük elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərini istər şiə olsun istərsə də sünni, heyran qoymuş onlar İmam əleyhissəlamın şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o Həzrəti bir vasitə ilə tərifləmişdir. Nümunə üçün Səbt ibn Əl-Cuzinin dediyini qeyd etmək olar: "O elm təqva zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi.”(Təzkirətül-xəvass, səh.359.)
    İbn Həcər Heytəmi yazır: "O, yaşının az olmasına baxmayaraq, elm bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi.”(Əs-səvaiqül-mühriqə, səh.205.)
    Şəbəlnəci deyir: "Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi.”(Nurul-əbsar, səh.161.)
    Şiə məzhəbinin böyük ustadı Şeyx Müfid və həmçinin, Fəttah Nişaburi İmam Cavad əleyhissəlamı bu cür yad etmişlər: "Məmun onun vurğunu olmuşdu. Çünki o görürdü ki, o Həzrət yaşının azlığına baxmayaraq elm hikmət ədəb və əqli kamillik baxımından elə yüksək mərtəbəyə yetişmişdir ki o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yetişməmişdi.”(Əl-İrşad, səh.319.)
    Əli əleyhissəlamın ailəsinin düşmənlərindən olan mötəzilə Cahiz Osmani İmam Cavad əleyhissəlamı camaatın sevimli şəxsləri olan on nəfərin sırasına daxil edərək onların barəsində demişdir: "Onlar alim zahid ibadətlə məşğul olan şücaətli səxavətli və pak insanlar olmuşlar. Onlardan bəziləri xəlifə bəziləri də xəlifəliyə namizəd olmuşlar. Bu on nəfər biri digərinin oğlu olmuşdur. Onlar aşağıdakılardır: Həsən ibn Əli (İmam Həsən Əsgəri (əleyhissəlam)) Əli ibn Məhəmməd (İmam Əliyyən Nəqi (əleyhissəlam)) Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam)) Əli ibn Musa (İmam Riza (əleyhissəlam)) Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)) Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) Əli ibn Hüseyn (İmam Səccad (əleyhissəlam)) Hüseyn ibn Əli (İmam Hüseyn (əleyhissəlam)) və Əli ibn Əbutalib (Həzrət Əli (əleyhissəlam)). Ərəb və əcəm (qeyri-ərəb) nəsillərinin heç biri bu cür şərafətə malik olmamışdır.”(İmam Cavad əleyhissəlamın siyasi həyatına bir baxış, səh.106.)
    Hiylə əsasında qurulmuş nikah
    İmam Riza əleyhissəlamın həyatından bəhs edərkən qeyd etdik ki, Məmun bir sıra siyasi çətinliklərlə üzləşdiyindən Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi ilə aranı düzəltmək qərarına gəlir. Elə buna görə də, İmam Riza əleyhissəlama güclə vəliəhdliyi qəbul etdirməklə öz çoxcəhətli siyasətini həyata keçirmək istəyirdi. Digər tərəfdən isə Abbasilər Məmunun bu hərəkətindən hakimiyyəti Abbasilərdən alıb Ələvilərə verəcəyi ehtimalından çox narahat olduqlarından, ona qarşı çıxmağa başlayırlar. Ancaq İmam Riza (əleyhissəlam) Məmun tərəfindən zəhərlənərək şəhid olduqdan sonra onlar sakitləşib razı olaraq Məmuna üz tuturlar. Məmun İmam Riza əleyhissəlama zəhəri çox gizli şəkildə vermiş və çalışırdı ki camaat onun bu cinayətindən xəbər tutmasın. O, öz cinayətinin üstünü örtmək məqsədilə əzadarlıq edib özünü narahat qələmə verirdi. Ancaq bu qədər səylərə baxmayaraq, nəhayət bütün Ələvilərə məlum olur ki İmam əleyhissəlamın qatili məhz Məmunun özüdür. Onlar bu hadisədən çox narahat olaraq qəzəblənirlər. Hakimiyyətini bir daha təhlükə qarşısında görən Məmun bu dəfə yeni bir hiyləyə əl atır. İmam Cavad əleyhissəlamla dostluq əlaqəsi bərpa etmiş Məmun qərara gəlir ki öz qızını o Həzrətə ərə verməklə İmam Riza əleyhissəlama zorla qəbul edilmiş vəliəhdlikdən istifadə etdiyi kimi İmam Cavad əleyhissəlamla olan bu qohumluqdan da istifadə etsin. Bu məqsədlə o hicrətin iki yüz dördüncü ili yəni İmam Riza əleyhissəlamın şəhadətindən düz bir il sonra İmam Cavad əleyhissəlamı Mədinədən Bağdada gətizdirir. İmam Cavadla Yəhya ibn Əksəm arasındakı elmi mübahisə məclisində (əlbəttə bu məclis o Həzrətin Bağdada gəlməsindən bir neçə il sonra olmuşdur) öz qızı Ümmul-Fəzli o Həzrətə nişanlayır. Qeyd edirlər ki, bu hadisə İraqın Təkrit şəhərində 215-ci hicri ilində baş vermişdir.(Bağdad”, Əbülfəzl Əhməd ibn Əbu Tahir Katib, səh. 142-143.)
    Məmunun məqsədi
    Məmunun israrı nəticəsində həyata keçmiş bu nikah tamamilə siyasi məqsəd daşıyırdı. Bir az diqqət etsək, Məmunun bu nikahdan aşağıdakı məqsədləri güdməsini çox aydın şəkildə başa düşərik:
    1. Öz qızını İmamın evinə göndərməklə o Həzrətin bütün işlərindən xəbərdar olmaq istəyirdi. (Məmunun qızı üzərinə düşən "xəbərçilik” vəzifəsini layiqincəsinə yerinə yetirirdi. Tarix də buna şahiddir.)
    2. Bu nikah Məmunun xam fikrincə, guya İmam Cavad əleyhissəlamı onun eyş-işrət mərkəzinə çevrilmiş sarayı ilə əlaqədə saxlayaraq, o Həzrəti eyş-işrətə kef-əyləncəyə cəlb edəcək, beləliklə, İmam Cavad əleyhissəlamın müqəddəsliyi aradan gedər və Məmun də, o Həzrətin ismət və İmamət məqamını camaatın gözündə aşağı salaraq onu xar edər.
    3. Bu nikahla Məmun Ələvilərin onun əleyhinə qaldırdıqları qiyamların qarşısını alar və onlarda özünə qarşı məhəbbət yaradar.(Doqquzuncu İmam Həzrət Cavad (əleyhissəlam), səh.38.)
    4. Məmunun dördüncü məqsədi avam camaatı aldatmaq idi. Bəzi vaxtlar onun özü deyirdi: "Mən qızımı ona görə (İmam) Cavad əleyhissəlama ərə verdim ki qoy qızımın ondan uşağı olsun və mən Peyğəmbərlə (səlləllahu əleyhi və alih) Əli əleyhissəlamın nəslindən olan bir uşağın babası olum. Ancaq xoşbəxtlikdən Məmunun bu hiyləsi baş tutmur. Çünki onun qızının heç vaxt uşağı olmur.(Tarixi-Yəqubi, c.3, səh.189.) İmam Cavad əleyhissəlamın isə bütün uşaqları başqa arvaddan olmuşdur.
    Bunlar Məmunun bu nikahdan güddüyü məqsədlər olmuşdur. İndi gəlin görək, nəyə görə İmam Cavad (əleyhissəlam) bu nikaha razılıq verir?
    İmam Cavad (əleyhissəlam) heç bir şəkk-şübhə olmadan Məmunun bu kimi işlərdən güddüyü əsl məqsədindən xəbərdar olduğu halda digər tərəfdən də, o Həzrət, əziz atası İmam Riza əleyhissəlamı şəhid etməklə böyük cinayət törətmiş şəxsin məhz Məmun olduğunu bildiyi halda, belə başa düşürük ki o Həzrət bu nikaha Məmunun təzyiqləri nəticəsində razılıq vermişdir. Çünki bu nikah İmam Cavad əleyhissəlamın məsləhəti ilə deyil yalnız Məmunun məsləhəti ilə həyata keçirilmişdir. Belə də düşünmək olar ki İmamın sarayla əlaqədə olmasında məqsədi, o Həzrətin Mötəsim tərəfindən qətlə yetirilməsinə mane olmaq və İmam əleyhissəlamın dostlarının və eləcə də, şiə başçılarının aradan götürülməsinin qarşısını almaq olmuşdur. Bu da eynilə Əli ibn Yəqtinin şiələrin mənafeyini qorumaq məqsədilə Harun ər-Rəşidin vəzirliyini qəbul edərək saraya yol tapmasına bənzəyir. İmam Cavad əleyhissəlamın dostlarından olan Hüseyn Məkkari deyir: "Bir gün Bağdadda İmam Cavad əleyhissəlamın hüzuruna gedib güzəranı ilə tanış oldum. Fikirləşdim ki artıq İmam (əleyhissəlam) rifahlı həyata nail olduğu üçün daha o Həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O Həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: "Hüseyn Peyğəmbər (səlləllahu əleyhi və alih) şəhərində (Mədinədə) bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır.”(Əl-Xəracu vəl-cəraih, c.1, səh.344.)
    Buna görə də, İmam Cavad (əleyhissəlam) Bağdadda qalmayıb həyat yoldaşı Ümmul-Fəzllə birlikdə Mədinəyə qayıdır və hicrətin iki yüz iyirminci ilinə qədər orada yaşamışdır.
    Vəkillik əlaqə vasitəsi kimi
    İmam Cavad (əleyhissəlam) imkanlarının məhdud olmasına baxmayaraq, vəkil və nümayəndələr təyin etməklə şiələrlə əlaqəsini qoruyub saxlayırdı. O Həzrət bütün xilafət ərazisinə nümayəndə göndərir və onların fəaliyyəti nəticəsində də şiə qüvvələrinin zəiflədilməsinin qarşısı alınırdı. İmam əleyhissəlamın nümayəndələri bir çox şəhərlərdə o cümlədən, Əhvaz Həmədan Sistan Bost(Bost Sistan vilayətinin şəhərlərindən biri olmuşdur) Rey Bəsrə, Vasit Bağdad və əzəldən şiələrin mərkəzi olmuş Kufə və Qum şəhərlərində fəaliyyət göstərirdilər. İmam Cavad (əleyhissəlam) şiələrə hökumət sarayına yol tapıb mühüm vəzifələr tutmasına icazə vermişdi. Buna görə də, Məhəmməd ibn İsmayıl ibn Bəzi və Əhməd ibn Həmzeyi-Qummi böyük vəzifələrdə işləmiş Nuh ibn Dərrac isə bir müddət Bağdadın sonra da Kufənin qazısı olmuşdur. Həmçinin, Hüseyn ibn Abdullah Nişaburi Bost və Sistan şəhərlərinin Həmək ibn Ülya Əsədi isə Bəhreynin hakimi olmuşdur. Axırda adı çəkilən hər iki nəfər İmam Cavad əleyhissəlama xüms ödəyirdi ki, bu da onların o Həzrətə olan gizli bağlılıqlarından xəbər verir.(On ikinci imamın qeybə çəkilməsinin siyasi tarixi, səh.79.)
    İmam Cavad əleyhissəlamın yaşının az olmasından danışarkən qeyd etmişdik ki Əli ibn Əsbat o Həzrətlə görüşü zamanı İmamın simasını yaxşı yadda saxlayıb Misirə qayıtdıqdan sonra onu şiələr üçün təsəvvür etsin deyə, diqqətlə ona baxırdı. Bundan belə başa düşülür ki o Həzrətin Misirdə də, şiə və tərəfdarları olmuşdur. Deyilənlərə görə o vaxt Misirdə şiələrin geniş təşəkkül tapması Məhəmməd ibn Məhəmməd ibn Əşəs Əhməd ibn Səhl Hüseyn ibn Əli Misri və İsmayıl ibn Musa əl-Kazim kimi Kufə hədisçilərinin Misirə köçərək orada fəaliyyət göstərmələri nəticəsində olmuşdur.(Yenə orada, səh.78.) Mərhum Kuleyni qeyd edir ki İmam Cavad (əleyhissəlam) Bost və Sistan şəhərlərinin şiələrindən birinin xahişinə əsasən, bu şəhərlərin valisinə məktub yazıb ona tapşırır ki maliyyə vergilərini almaqda onun üçün çətinlik yaratmasın. İmam Cavad əleyhissəlamın dostlarından olan həmin şəhər valisi İmam əleyhissəlamın bu sifarişindən sonra daha o şəxsdən xərac vergisinin borcunu almır üstəlik vali olduğu müddət ərzində onu xərac vergisindən azad edərək onun üçün beytül-maldan maaş təyin edir.(Fürui-kafi, c.5, səh.111.)
    İmam Cavad əleyhissəlamın elmi məktəbi
    Bildiyimiz kimi İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların (İmamların) dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamın dövründə şərait çox yaxşı olmuş buna görə də, İmam Sadiq əleyhissəlamın şagirdlərinin sayı dörd minə çatmışdı. İmam Cavad əleyhissəlamdan başlayaraq İmam Həsən Əsgəri əleyhissəlamın dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu İmamların fəaliyyəti çox məhdud olmuş buna görə də, onların şagirdlərinin sayı İmam Sadiq əleyhissəlamın şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur. Deməli "İmam Cavad əleyhissəlamın yüz on nəfərə yaxın şagirdi olmuş(Rical (Şeyx Tusi), səh.397-409.) və o Həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə heç də təəccüblənməməliyik. Çünki o Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki İmam Cavad əleyhissəlamın bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti Zəkəriyya ibn Adəm Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən özünəməxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki İmam Cavad əleyhissəlamdan hədis söyləyən şəxslər təkcə şiələr olmamış eləcə də sünni məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o Həzrətdən rəvayət etmişlər. Misal üçün qeyd etmək olar ki Xətib Bağdadi o Həzrətdən çoxlu hədis rəvayət etmişdir.(Tarixi-Bağdad, c.3, səh.54-55.)Həmçinin, Hafiz Əbdüləziz ibn Əxzər Cənabəzi "Məalimül-itrətit-tahir”(Əyanuş-şiə, c.2, səh.35.) adlı kitabında eləcə də, Əbu Bəkr Əhməd ibn Sabit Əbu İshaq Sələbi və Məhəmməd ibn Mindət ibn Mehrbaz kimi müəlliflər öz tarix və təfsir kitablarında İmam Cavad əleyhissəlamdan çoxlu hədislər rəvayət etmişlər.(İbn Şəhraşub, c.4, səh.384.)
    İmam Cavad əleyhissəlamın şəhadəti
    Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O İmam Cavad əleyhissəlamı öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (əleyhissəlam) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: "Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavad əleyhissəlamın verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur.”
    Qəlbində İmam Cavad əleyhissəlama qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmam əleyhissəlamı öldürmək fikrinə düşdü. Nəhayət, o öz çirkin məqsədini həyata keçirib İmam Cavad əleyhissəlamı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir.(Təfsiri-Əyyaşi, c.1, səh.320.) İmam Cavad (əleyhissəlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.(Əl-İrşad, səh.326. )
    Category: İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 1001 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024