İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı

    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı
    2012-05-11, 5:44 PM
    Siyasi məqsəd
    Əldə olan faktlar sübut edir ki bu bəyannaməni nəşr etdirmək siyasi məqsəd daşımışdır. O da bundan ibarət idi ki bunun simasında o günlər Həzrət Əli əleyhissəlama nəsib olmuş böyük bir üstünlük aradan aparılsın. Çünki Həzrət Əli (əleyhissəlam) Peyğəmbərin sağlığında bəzi kitablar yazaraq orada Peyğəmbərin hədislərini və o Həzrətdən müxtəlif sahələr üzrə eşitdiyi həqiqətləri qeyd etmişdi.
    Əvəzi çıxılmaz bir ziyan
    Bu məhdudiyyətlər bais oldu ki Peyğəmbərin (səlləllahu əleyhi və alih) şərəfli hədisləri hədis əzbərləmiş adamların sinələrində qalsın. Beləliklə də, müsəlmanlar bu böyük İslami mədəniyyət mənbəyindən uzun müddət mərhum oldular. İş o yerə çatmışdı ki Şəbi deyirdi: "Bir il Ömərin oğlu ilə bir yerdə oldum ondan nümunə üçün də olsa, bir Peyğəmbər hədisi eşitmədim.”(Sünəni-ibn Macə, c.1, səh.11.)
    Saib ibn Yezid deyir: "Mədinədən Məkkəyədək Səd ibn Maliklə yol yoldaşı oldum o səfər boyunca Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir dənə də olsun, hədis söyləmədi.”(Sünəni-ibn Macə, c.1, səh.12.) Deməsək də, məlumdur ki bu qadağa nəticəsində İslama dəyən zərbə aradan qaldırıla bilməz. Çünki Peyğəmbər hədislərinin yazılması yüz ilə yaxın müddətə kimi tərk olunmuş o mənalı sözlər müsəlmanlar arasında müzakirə olunmamışdır. Bunların hamısından pisi isə bəzi yalançı şəxslərin bu fürsətdən istifadə edib öz dövrlərinin xəlifələrinin xeyrinə yalançı hədislər qoşmaları olmuşdur. Çünki hədisin sənədi təkcə əzbərləmək və adamlardan eşitməyə inhisarlaşırsa təbii ki hər bir insan hər cür iddia edə bilər. (Öz iddiasını hədis şəklində söyləyə bilər.) Ona görə ki nə bir kitab var idi nə bir dəftər nə də bir hesabat. Məlumdur ki belə bir şəraitdə də onlarla Əbu Hüreyrələr(Əbu Hüreyrə yalançı hədis söyləmək üzrə məşhur olmuş bir şəxsdir.) meydana gəlib qeyri-şəri məqsədlər üçün özlərini doğru hədisçi kimi qələmə verəcəklər. Bu vəziyyət hicrətin birinci yüzilliyinə kimi yəni Ömər ibn Əbdüləzizin hakimiyyəti (99-101 h.q) dövrünədək davam etmişdir. Ömər ibn Əbdüləziz təqdirəlayiq bir addım ataraq bu acınacaqlı bidəti aradan götürməklə camaatı hədis söyləmək yazmaq və toplamağa şövqləndirdi. O alim və hədisçiləri bu işə cəlb etmək məqsədilə bir bəyannamə dərc etdirdi. Bəyannamədə deyilirdi: "Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərini toplayaraq onları yazın. Çünki mən qorxuram alim və hədisçilərin dünyadan getməsi ilə o Həzrətin elm çırağı sönə.”(Əs-Sünnətu qəblət-tədvin, səh.309.)Buxarinin dediyinə görə, Ömər ibn Əbdüləziz yuxarıda qeyd etdiyimiz məzmunda digər bir bəyannamə də Mədinədəki nümayəndəsi Əbu Bəkr ibn Həzəmə yazdı.(Səhihi-Buxari, c.2, səh.6.) Ancaq bu hələ işin əvvəli idi və bir əsr geri qalmağın əvəzini çıxmaq Peyğəmbər hədislərini dirçəltmək yaddaşlarda qalıb böyük ya kiçik təhriflərlə qarışan hədisləri yazmaq üçün çox vaxt lazım idi. Ömər ibn Əbdüləzizin hakimiyyəti uzun sürmədiyindən bu iş çox da sürətlə irəliləmədi. Çünki ondan sonra Yezid ibn Əbdülməlik və Hişam ibn Əbdülməlik ardıcıl olaraq hakimiyyətə gəlmiş və onların hökumətində olmayan təkcə şey İslam və müsəlmanların qayğısına qalmaq idi.
    Bəziləri yazırlar: Ömər ibn Əbdüləzizin əmri ilə hədisləri toplayan ilk şəxs Məhəmməd ibn Müslim ibn Şəhab Zühri (Zührinin nəvəsi) olmuşdur.(Elmül-hədis və dirayətül-hədis, səh.30.) Nəzərə almaq lazımdır ki düzdür Ömər ibn Əbdüləzizin dövründən etibarən hədis söyləyib yazmaq azad buraxılmışdı ancaq bir tərəfdən hədis yazılmasının qadağan olduğu dövrdə qoşulmuş yalançı hədislər, (doğru) hədis topluları sırasına qoşulmuş digər tərəfdən də, rəsmi hədisçilər (dövlət hədisçiləri) və hakimiyyət tərəfdarları Əhli-beytin və onun şiələrinin xeyrinə nəticələnən hədisləri deməkdən boyun qaçırıb onları gizli saxlayırdılar.
    Əsassız bəhanələr
    Burada belə bir sual irəli çıxır ki hədis yazıb söyləməyin qadağan edilməsinin səbəbi nə olmuş və ikinci xəlifə hansı əsasa görə belə bir bəyannamə nəşr etdirmişdir? Halbuki hamıya məlumdur ki hədislər (Peyğəmbər hədisləri) Quran ayələri kimi hüccət (sənəd) olub ona əməl etmək bütün müsəlmanların borcudur. Quran Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğu bütün məsələlər (istər Allahın buyurduğu olan Quran ayələri istərsə də o Həzrətin sözlərindən ibarət olan, lakin məfhumu vəhy aləminə aid olan buyurduğu hədislər olsun) barədə buyurur: "O Məhəmməd Peyğəmbər kefi istəyəni danışmır. Bu ancaq Allah dərgahından nazil olan bir vəhydir.” (Nəcm” surəsi, ayə 3-4.)Bundan da əlavə, Allah-taala Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyruq və əmrlərini müsəlmanlara açıq-aşkar hüccət edərək buyurmuşdur: "Peyğəmbər sizə nə verirsə və nə əmr edirsə onu götürün və ona itaət edin nəyi qadağan edirsə ondan əl çəkin.” ("Həşr” surəsi, ayə 7.)
    Abdullah ibn Əmr Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət edir ki o Həzrət öz dodaqlarına işarə edərək buyurur: "Ey Əmrin oğlu! And olsun canım əlində olan Allaha bu iki (dodağın) arasından haqdan başqa bir şey (söz) çıxmaz nə deyirəm yaz.”(Əl-Mustədrəku ələs-səhiheyn, c.1, səh.104.)
    Abdullah ibn Əmr deyir ki, Peyğəmbərdən (s) soruşdum: "Ey Allahın Rəsulu, hər nə sizdən eşitsəm yazımmı? Həzrət (s) buyurdu: Bəli. Dedim: İstər xoşhal, istər qəzəbli halda olsan da? Buyurdu: Bəli. Mən hər iki halda da haqdan başqa bir şey demirəm.”("Tədribür-ravi”, Siyuti, c. 2, səh. 62.)
    Peyğəmbər hədislərinin bu qədər əhəmiyyət kəsb etdiyi mühüm və arxayın yollarla camaatın İslam həqiqəti ilə əlaqəsi sayıldığı bir halda, ikinci xəlifənin Peyğəmbər hədislərinin yazılmasının qadağan edilməsi məqsədilə "Kim Peyğəmbərdən (səlləllahu əleyhi və alih) bir dənə də olsun hədis yazıbsa onu məhv etsin” məzmunlu bəyannamə nəşr etdirib bütün İslami məntəqələrə göndərməsi düzgündürmü? Bu bəyannamə elm öyrənməyin daima tərəfdarı olan İslam ruhiyyəsi ilə uyğun gəlirmi?
    Bu sualın cavabında hökumət tərəfdarları əl-ayağa düşərək xəlifənin bu fərmanına özlərindən bir hikmət qoşmuş və iddia etmişlər ki Əbu-Bəkr demişdir: "Peyğəmbər hədislərinin söylənilməsinin qarşısını almaqdan məqsəd budur ki hədislər Quran ayələri ilə qarışmasın.”(Əzvaun ələs-sünnətil-Mühəmmədiyyə, səh.43.)Bu bəhanə o qədər əsassızdır ki heç ona cavab verməyə dəyməz. Çünki Peyğəmbər vəfat edən zaman artıq Quranın bütün surə və ayələri yazılmış vəhy yazanlar və Quran əzbərləyənlər öz möhkəm yaddaşları ilə onu əzbərləmiş Quran ayələri elə müəyyən edilmişdi ki bir nəfər ondan nə bir hərf azalda bilər nə də bir hərf ona əlavə edə bilərdi. Belə olduğu halda, hədis yazmaq Qurana bir xələl yetirərdimi? Bundan da əlavə, Quran fəsahət-bəlağət cazibədarlıq cümlələrin (ayələrin) bir-birinə bağlanması cəhətindən o qədər yüksək səviyyədədir ki heç bir söz və ya yazı ona çata bilməz. Hər hansı bir söz fəsahət və bəlağət cəhətdən nə qədər yüksək səviyyədə olursa olsun yenə də Quran ayələrilə qarışdırıla bilməz. Əmirəl-möminin Həzrət Əli əleyhissəlamın Nəhcül-bəlağədəki və eləcə də, Peyğəmbərin öz xütbələri fəsahət və bəlağətin kulminasiya nöqtəsindədir ancaq bununla belə, heç vaxt Quranla qarışdırıla bilməz. Həzrət Əli əleyhissəlamın öz xütbələri əsnasında qeyd etdiyi ayələr o Həzrətin sözlərinin içində mirvari kimi parlayır və ərəb dili ilə tanış olan şəxs ilk baxışdan bu iki söz (Allahın sözü ilə Əli əleyhissəlamın sözü) arasında fərq qoyur.
    Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis yazmağı qadağan etmişdimi?
    Çox təəssüfləndirici haldır ki bəzi hədisçilər hədis yazmağın qadağan edilməsini Peyğəmbərə (səlləllahu əleyhi və alih) nisbət verərək demişlər: Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: "Mənim dediklərimin arasından Qurandan başqa heç nə yazmayın kim də Qurandan başqa bir şey yazıbsa onu məhv etsin.”(Müsnədi-Əhməd ibn Hənbəl, c.3, səh.12.)
    Bəzi faktlar bu məsələnin düzgün olmadığını sübut edir. Çünki əvvəla Peyğəmbər məktəbinin seçilmiş şagirdi Həzrət Əli (əleyhissəlam) o Həzrətdən çoxlu sayda hədislər yazmış onun əlyazmaları bir-bir İmamlara yetişmişdir. Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis yazmağı qadağan etsəydi Əli (əleyhissəlam) əsla onun əmrinə qarşı çıxıb belə iş görməzdi. İkincisi də, müxtəlif məsələlər – əhkam vacib-haram mürafiə və siyasi məsələlər barədə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz dövründə bir çox yazılar yazılmış hədisçi və tarix yazanlar da onların mətnini düzgün və qəti sənədlərlə qələmə almışlar. Bu yazıların (məktubların) çox hissəsi əsl İslama dəvət barədə yazılmış əksəri isə İslami hökmlər - hədlər mübahisələr əhkam və vacibi məsələlər barədə qələmə alınmışdır. Buna əsasən, necə inana bilərik ki Peyğəmbər (səlləllahu əleyhi və alih) bir tərəfdən Qurandan başqa şeylərin yazılmasını qadağan edir digər tərəfdən isə hal-hazırda iki yüz on altısı bütün xırdalıqlarına qədər bizim əlimizdə olan üç yüzə yaxın məktub (yazılı) gözü qarşısında yazılır ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) onu qadağan etmir?
    Şiə - hədis toplamağın banisi
    Sevindirici haldır ki şiələr elə Peyğəmbərin (səlləllahu əleyhi və alih) sağlığından bu sahədə çoxlu səylər etmiş Əli əleyhissəlamın yolunu davam etdirərək hədis yazıb söyləməkdə qabaqcıl olmuş hədis sahəsində qiymətli və dəyərli əsərlər yazıb qoymuşlar. Əli (əleyhissəlam) Peyğəmbər (səlləllahu əleyhi və alih) hədislərini toplayan ilk şəxs olmuşdur. Peyğəmbər (səlləllahu əleyhi və alih) hədis buyurur Əli (əleyhissəlam) da onları yazaraq kamil bir kitab halına salırdı. Bu kitab bir-bir İmamlara yetişərək İmam Baqir əleyhissəlamın əlinə çatdı. Bir gün Həkəm ibn Üteybə həmin kitabı İmam Baqir əleyhissəlamın yanında gördü. O İmam Baqir (əleyhissəlam) ilə bir məsələ barədə mübahisə etmişdi. İmam Baqir (əleyhissəlam) o kitabdan həmin məsələyə aid olan hədisi tapıb ona göstərərək buyurdu: "Bu Əli əleyhissəlamın xətti Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğudur.”(Ricali-Kəşşi, səh.288.)
    Süyuti Həzrət Əli (əleyhissəlam) və oğlu İmam Həsən əleyhissəlamı hədis yazılmasının tərəfdarlarından hesab edir.(Tədribür-ravi fi-şərhi-təqribin-nəvav, c.2, səh.61.) Əgər sünni məzhəbi hədis yazılmasının qadağan olması bidətinin nəticəsində yüz il ya bir az da çox İslami hədisləri yazmayıblarsa sevindirici haldır ki şiələr bu sahədə qabaqcıl olmuşlar. Çünki elə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz dövründə Əli əleyhissəlamdan başqa o Həzrətin dostlarından və Əli əleyhissəlamın tərəfdarlarından biri olan Əbu Rafi "Əs-Sünənü vəl-əhkamu vəl-qəzaya” adlı bir kitab yazmış İslamın müxtəlif sahələrinə – namaz oruc zəkat həcc və mürafiəyə aid əhkam və şəri məsələləri qeyd etmişdir. Əgər biz bu kitabı səhabələr tərəfindən yazılmış ilk hədis kitabı kimi qəbul etsək onda onu eyni zamanda bu sahədə olan ilk fiqh kitabı kimi də qəbul edə bilərik.(Bühusun fil-miləli vən-nihəl, c.1, səh.58-73.)
    Əbu Rafi bu kitabı o vaxt yazmışdır ki, Peyğəmbərdən (s) hədis nəql edib-yazmaq xilafət tərəfindən böyük cinayət sayılırdı. Amma şiələr isə qorxu və təhlükələrə əhəmiyyət verməyib Əhli-beyti (ə) örnək tutaraq hədislərin qeydi və toplanmasını davam etdirirdilər.
    Əbu Rafidən sonra şiə yazıçıları elə hədis yazmağın qadağan olduğu ilk çağlarda da, hədis yazmağa başladılar və bu yolla öz rəhbərlərinin sözlərini təhriflərdən qorudular. Bu iş Həzrət Əli əleyhissəlamın dövründən İmam Baqir əleyhissəlamın dövrünədək davam etmiş İmam Baqir əleyhissəlamın dövründə Ömər ibn Əbdüləziz tərəfindən hədislərin yazılması barədə bəyannamə nəşr edilən ərəfədə İmam Baqir əleyhissəlamın qabaqcıl şagirdləri minlərlə hədis əzbər bilirdilər. Məhəmməd ibn Müslim şiə məzhəbinin böyük şəxsiyyətlərindən yüksək dərəcəli və fəzilətli hədisçilərdən İmam Baqir əleyhissəlamın fiqh və hədis sahəsində ən qabaqcıl şagirdlərindən biri olmuşdur. O Kufə şəhərində anadan olmuş dörd il Mədinədə qaldığı müddətdə daima İmam Baqir əleyhissəlamla ondan sonra da, İmam Sadiq əleyhissəlamla daima əlaqə saxlamış və bu iki böyük İmamın hüzurundan istifadə etmişdi. O deyir: "İstədiyim məsələni İmam Baqir əleyhissəlamdan soruşub cavab alırdım. Belə ki otuz min hədis İmam Baqir əleyhissəlamdan on altı min hədis isə İmam Sadiq əleyhissəlamdan hədis öyrəndim.”(Əl-İxtisas, səh.201.)
    Məhəmməd ibn Müslim "Ərbəəmiətu məsələtin” (Dörd yüz məsələ) adlı bir kitab yazmışdı. Bu kitabdakı məsələlər onun İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamdan eşitdiyi məsələlərin cavabları idi.(Müəllifüş-şiə fi sədril islam, səh.64.)
    İmam Baqir əleyhissəlamın məktəbinin yetişdirmələrindən biri də Cabir ibn Yezid Cufidir. O da Kufə şəhərində anadan olmuş İmam Baqir əleyhissəlamın elmindən faydalanmaq məqsədilə Mədinəyə köçmüşdür. İmam Baqir əleyhissəlamın gözəl məktəbindən istifadə etməsi sayəsində böyük elmi rütbələrə yüksəlmişdir. Cabir İmam Baqir əleyhissəlamın coşub-daşan elm və bilik bulağından istifadə edərək çoxlu sayda kitab və əsərlər yazıb qoymuşdur ki bu da şiələrin hədis və maarifi yazmağa olan diqqətinə daha bir sübutdur. Cabirin yazdığı kitablar aşağıdakılardır:
    1. Təfsir kitabı;
    2. Nadir məsələlər kitabı;
    3. Fəzilətlər kitabı;
    4. Cəməl (döyüşü) kitabı;
    5. Siffeyn (döyüşü) kitabı;
    6. Nəhrəvan (döyüşü) kitabı;
    7. Əmirəl-möminin Həzrət Əli əleyhissəlamın məqtəl kitabı;
    8. İmam Hüseyn əleyhissəlamın məqtəl kitabı.(Müəllifüş-şiə fi sədril-İslam, səh.36.)
    Yezid ibn Əbdülməlik
    Ömər ibn Əbdüləzizin ölümündən sonra Yezid ibn Əbdülməlik hakimiyyətə gəlir. O çox əyyaş kefcil laqeyd bir adam olub əxlaqi və dini qayda-qanunlara əsla riayət etmirdi. Buna görə də, onun hakimiyyət dövrü Bəni-Üməyyənin hakimiyyətdə olduğu ən pis və azğınlıq dövrü hesab olunur. Onun hakimiyyəti dövründə İslam tarixində heç bir fəth zəfər və parlaq bir hadisə baş verməmişdir.
    Yezid ibn Əbdülməlik Ömər ibn Əbdüləzizin hakimiyyəti dövründə vəliəhd olduğundan əsl simasını dəyişib adi şəkil almış və bu yolla camaatın fikrini özünə cəlb etmişdi. Bu baxımdan da, onun hakimiyyətinin ilkin çağları xüsusilə də, onun keçmiş xəlifənin yolunu davam etdirəcəyi vədəsini verdikdən sonra camaat onu razılıqla qarşılamışdır. Bu vədə (keçmiş xəlifənin yolunun davam etdiriləcəyi vədəsi) Ömər ibn Əbdüləzizin dövründə (az da olsa) haqq-ədalət ləzzətini dadanlar üçün bir ümid müjdəsi idi. Ancaq çox çəkmədi ki bu intizar ümidsizliyə çevrildi. Çünki onun hakimiyyətə gəldiyi bir neçə gündən sonra proqram dəyişdi və bütün vədələr boşa çıxdı.
    Yalan şəhadət
    Yezid ibn Əbdülməlik öz qanunsuz əməllərinin üstünü örtmək və gördüyü günahlardan özünə bəraət qazandırmaq üçün planlı şəkildə qırx nəfər adlı-sanlı qoca kişiləri məcbur etdi ki onun günahsız olması barədə şəhadət versinlər. Onlar da şəhadət verdilər ki xəlifələr üçün heç bir hesab-kitab və cəza yoxdur.(Tarixül-xüləfa, səh.246.) Onların şəhadəti elə də kiçik iş olmayıb Bəni–Üməyyənin öz hökumətini möhkəmlətməsi üçün aldadıcı siyasətin bir hissəsi hesab edilirdi. Çünki Bəni-Üməyyə sülaləsi öz siyasi məqsədinə nail olmaq üçün Mürciə(Mürciə bir məzhəb adıdır. Bu məzhəbin əqidəsinə görə qeyri-İslami işlər və günahlar imanla zidd deyil.) dəstəsi kimi ideoloji bir təriqət yaratmış həmin təriqətin ideoloji fəaliyyəti Bəni-Üməyyənin din pərdəsi altında hökumət dayaqlarının möhkəmlənməsi üçün bir vasitə olmuşdur. Bəni-Üməyyə hakimiyyətinə qulluq edən bu cür təriqətlər bir sıra təfsir və dini bəhanələrlə Əməvi xəlifələrinin qeyri-İslami işlərinə pərdə çəkirdilər. İbn Qüteybə Dinəvəri yazır: "Yezid ibn Əbdülməlik əvvəllər aldadıcı əxlaqına görə Qüreyş qəbiləsinin məhəbbətini qazanmışdı. Əgər hakimiyyətə gəldikdən sonra Ömər ibn Əbdüləzizin yolunu davam etdirsəydi camaat ondan şikayətlənməzdi. Ancaq o hamının gözlədiyinin əksinə olaraq hakimiyyətə gəldikdən sonra iş metodunu tamamilə dəyişib eynilə qardaşı Vəlidin getdiyi yolla getməyə başladı. Onun bu rəftarı müsəlmanların qəzəbi ilə üzləşməli oldu. Belə ki camaat onu hakimiyyətdən salmaq qərarına gəldi. Yezid camaatın hüquq və tələblərinə o qədər etinasızlıqla yanaşırdı ki hətta Qüreyş və Bəni-Üməyyədən də bir dəstə adam onun hakimiyyətinin əleyhinə çıxdı. Yezid ibn Əbdülməlik camaatın etirazlarına qulaq asıb öz hakimiyyət metodunu dəyişmək əvəzinə təzyiq və çətinliklərini daha da artırdı. O, Qüreyş və Bəni-Üməyyə tayfalarının bir neçə böyük şəxsiyyətini ictimaiyyətdə nizam-intizamı pozmaq və qiyam qaldırmaqda ittiham edib əmisi Məhəmməd ibn Mərvana əmr verdi ki onları tutub həbs etsin. Tutulanlar iki ilə yaxın həbsdə qaldıqdan sonra Məhəmməd onları zəhərləyərək hamısını qətlə yetirdi. Yezid bundan əlavə, Qüreyşin digər otuz nəfər adlı-sanlı adamlarını tutub onları külli miqdarda cərimə edərək bütün mal-dövlətlərini müsadirə edib iflasa uğratdı. Belə ki onlar Şam və sair yerlərin ətrafına çəkilib kasıbçılıq içərisində yaşamağa başladılar. Yezid bununla da, kifayətlənməyib onlarla əlaqə saxlamış bütün adamları qiyam və hökumətlə müxalifətdə töhmətləndirib dara çəkdirdi.”(Əl-İmamətu vəs-siyasət, c.2, səh.125.)
    Çalıb-oxumaq və qumar
    Bəni-Üməyyə sülaləsinin əvvəlki xəlifələri öz boş vaxtlarını qədim ərəb qəhrəmanlarının döyüş və qəhrəmanlıq epopeyalarına dair şairlərin qəsidələrinə qulaq asmaqla keçirirdilərsə sonrakı xəlifələrin dövründə çalıb-oxumaq qəsidə və şerlərin yerini tutdu xilafət sarayının gecə məclislərində şairlərin qəhrəmanlıq şerləri və döyüş dastanları əvəzinə çalıb-oxumaq adət oldu.
    Hişam ibn Əbdülməlik
    Hişam çox paxıl qəzəbli cəsur zalım rəhmsiz və natiq bir şəxs idi.(Tarixi-Yə’qubi, c.3, səh.70.) O mal-dövlət yığmağa abadlıq işləri görməyə çalışırdı. Hakimiyyəti dövründə bəzi iş yerləri təsis etdirdi və əl sənayesi daha da rövnəqləndi. Ancaq rəhmsiz və zalım olduğundan onun dövründə camaatın vəziyyəti çox ağırlaşdı insani hisslər demək olar ki aradan getdi xeyirxahlıq işləri yoxa çıxdı daha heç kəsin heç kəsə ürəyi yanmadı.(Mürucuz-zəhəb, c.3, səh.205.)
    Azğın ünsürlərin nüfuzu
    Görkəmli alim və tarixçi Seyyid Əmir Əli İslam cəmiyyətinin o dövrdəki siyasi-ictimai vəziyyətini çox gözəl şəkildə bəyan etmiş Hişamın əxlaq və rəftarını geniş şəkildə şərh etmişdir:
    "İkinci Yezidin ölümü ilə hakimiyyət onun qardaşı Hişama çatdı. O hakimiyyətini yalnız daxildəki çəkişmələri və xarici döyüş alovlarını söndürdükdən sonra möhkəmlətdi. Çünki o dövrdə Şimal istiqamətindən türkmən tayfaları və Xəzər xaqanlığı mərkəzi hökumətə hücumlar edirdilər Şərqdə isə Abbasi sülaləsinin rəhbərləri Əməvi sülaləsini hakimiyyətdən salmaq üçün gizlicə öz işlərini görürdülər. Ölkə daxilində də, çox şücaətli və döyüşkən olan xaricilər (xəvaric) çaxnaşma yaratmışdılar. Bu çəkişmələrdə ərəblərin ən gözəl igidləri ya daxildə gedən vuruşmalarda öldürüldülər ya da xilafət sarayının bədməramlı siyasətinin qurbanı olurdular. Çünki keçmiş xəlifənin öz vəzir və ətrafındakı işçilərinə olan kor-korana arxayınçılığı nəticəsində hakimiyyət özünüsevər və ləyaqətsiz adamların əlinə keçmişdi. Onlar da öz növbələrində bacarıqsız olduqlarından və hakimiyyəti pis idarə etdiklərindən, camaatda hökumətə qarşı nifrət hissi oyatmışdılar. Düzdür öz ağır və çətin vəzifələrinə layiqincəsinə əməl edən azsaylı adamlar da qalmışdılar. Ancaq camaat arasında dinə qarşı rəğbət azalmış saray adamları və onlara bağlı olanlar arasında isə demək olar ki itib batmışdı. Axı onlar öz maddi mənfəətlərini təmin etməkdən başqa bir məqsəd güdmürdülər.
    O çətin dövrdə İslam cəmiyyəti hakimiyyət gəmisini batmaqdan xilas edə biləcək qüvvətli bir şəxsə ehtiyac duyurdu. Buna görə də, Hişamın bir sıra xüsusiyyət və üstünlüklərə ehtiyacı var idi ki onun nəticəsində İslam cəmiyyətini hər tərəfdən əhatə etmiş çətinlikləri aradan qaldıra bilsin. Hişamın ötən xəlifədən (Yezid ibn Əbdülməlikdən) bacarıqlı olmasında şübhə yoxdur. Çünki Hişamın dövründə xilafət sarayı çirkin ünsürlərdən təmizlənmiş vüqar və mətanət laqeydsizliyi əvəz etmiş və cəmiyyət millətə xələl gətirən tüfeyli adamlardan təmizlənmişdi. Ancaq Hişamın yaratdığı həddən artıq çətinliklər camaatı boğaza yığmış onun qənaəti get-gedə xəsisliyə çevrilmiş bəzi çatışmayan əxlaqi və insani cəhətləri vəziyyəti daha da pisləşdirmişdi. O dardüşüncəli özbaşına çox şəkk edən və nankor adam idi. Buna görə də, heç kimə etimad etmir onun əleyhinə qurulmuş planları boşa çıxartmaq üçün hiyləgər əməliyyatlar və casusluqlardan istifadə edirdi. Hər şeyə tez inandığından, kiçik bir bədgümanlıq nəticəsində ölkənin seçilən şəxsiyyətlərini aradan götürürdü. Onun ifrat dərəcəsində olan bu nankorluğu şəhərin vali hakim və başçılarının tez-tez çıxarıb dəyişdirməsi çox acı nəticələrə səbəb oldu.”(Seyyid Əmir Əli, səh.129.)
    İmam Baqir (əleyhissəlam) Şamda
    İmam Baqir əleyhissəlamın şərəfli həyatının mühüm hadisələrindən biri də, o Həzrətin Şama səfəridir.
    İmam Baqir əleyhissəlamın müasiri olmuş Hişam ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın camaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş o Həzrətin ardıcıllarının (şiələrinin) onu "İmam” kimi tanımasını bildiyi üçün həmişə onun mənəvi nüfuzunun və eləcə də, şiələrinin artmasının qarşısını almağa çalışmışdır.
    İmam Baqir (əleyhissəlam) bir dəfə öz əziz oğlu Cəfər ibn Məhəmməd (əleyhissəlam) (İmam Sadiq (əleyhissəlam)) ilə həcc ziyarətinə getdiyi il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadiq (əleyhissəlam) bir dəstə müsəlman arasında Əhli-beytin (əleyhimussəlam) fəzilət və İmaməti barədə söhbət etmiş bu söhbət dövlət məmurları tərəfindən dərhal Hişama çatdırılmışdı. İmam Baqir əleyhissəlamı öz hökuməti üçün daima təhlükəli hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi ancaq (bəlkə də, məsləhət belə olmuşdur) həcc mövsümü zamanı ona və həmçinin, oğlu İmam Sadiq əleyhissəlama heç bir zərər yetirmədi. Lakin paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra Mədinənin valisinə əmr etdi ki İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı Şama (Dəməşqə) göndərsin.
    İmam Baqir (əleyhissəlam) məcbur olub əziz oğlu İmam Sadiq əleyhissəlamla birgə Şama getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də, öz xəyalına əsasən, İmam Baqir əleyhissəlamın məqamını azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. Bəlkə də, bu üç gün ərzində o, İmam əleyhissəlamla necə üz-üzə gəlmək və o Həzrətin məqamını camaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü.
    Ox atma yarışı
    Əgər Hişamın hökumət sarayı elm mərkəzi olsaydı bəlkə də, o seçilmiş alimləri yığıb elmi müzakirələr təşkil edərdi. Ancaq Əməvi xəlifələrinin o cümlədən də, Hişamın sarayı bu cür alimlərdən məhrum olduğundan şair dastan söyləyən və məddahların alimlərin yerini tutduğundan Hişam belə bir məclis təşkil etmək qərarına gəlmədi. O çox yaxşı bilirdi ki əgər elmi müzakirə yolu ilə İmam Baqir əleyhissəlamla mübarizə etsə onun sarayındakılardan heç kəs İmamın öhdəsindən gələ bilməyəcək. Buna görə də, belə qərara gəldi ki (öz fikrində qələbə qazanacağını yəqin edib) başqa bir yolla mübarizə etsin.
    Bəli təəccüblü də olsa, Hişam ox atma yarışı təşkil edib İmam Baqir əleyhissəlamı da ora dəvət etmək qərarına gəldi. O bu yolla İmam əleyhissəlamı məğlub edib camaatın gözündə kiçiltmək istəyirdi. Bu məqsədlə İmam Baqir (əleyhissəlam) hökumət sarayına daxil olmazdan qabaq Hişam sarayın bir neçə işçisinə əmr etdi ki nişangah qoyub ox atmaqla məşğul olsunlar. İmam Baqir (əleyhissəlam) məclisə daxil olub bir qədər əyləşdi. Birdən Hişam üzünü İmam əleyhissəlama tutub dedi: "Ox atma yarışında iştirak etmək istəyirsinizmi?” İmam Baqir (əleyhissəlam) buyurdu: "Mən artıq qocalmışam ox atmaq vaxtım ötüb keçib məni üzürlü sayın.” Yaxşı fürsət tapıb İmam Baqir əleyhissəlamı məğlubiyyətin iki addımlığında durduğunu güman edən Hişam israr edib ona and verdi. Eyni zamanda Bəni-Üməyyə böyüklərindən birinə işarə etdi ki öz ox-kamanını İmam Baqir əleyhissəlama versin. İmam əlini uzadıb kamanı tutdu bir ox qoyub yayı dartdı. Ox düz nişangahın ortasına sancıldı. Sonra ikinci oxu qoyub atdı ox birinci oxun ortasına batıb onu sındıraraq hədəfə sancıldı. Üçüncü ox da ikinci oxu sındırıb nişangaha sancıldı. Beləliklə, doqquz ox atdı və oxların hər biri özündən qabaqkı oxu sındırıb düz nişangahın ortasına sancıldı. Bu heyranedici hadisə hamını mat-məəttəl qoyub hamını o Həzrəti alqışlamağa məcbur etdi. Gümanı yanlış çıxan və planı puç olan Hişam bərk narahat olub özündən ixtiyarsız olaraq dedi: "Afərin sənə, ey Cəfərin atası! Sən ərəb və əcəmin (qeyri-ərəbin) ox atanlarının ən üstünüsən. Bəs deyirdin qocalmışam?” Bu vaxt Hişam başını aşağı salıb bir qədər fikrə getdi. Sonra İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı öz yanında xüsusi yerdə otuzdurub onlarla çox hörmətlə davrandı. Daha sonra üzünü İmam əleyhissəlama tutub soruşdu: "Qüreyş sənin sayəndə bütün ərəb və əcəmə ağalıq etməyə layiqdir. Belə ox atmağı kim sənə öyrətmiş və bunu nə vaxta öyrənmisən?” İmam Baqir (əleyhissəlam) buyurdu: "Özün bilirsən ki Mədinə camaatı bu işə adət edib mən də cavanlıqda bir müddət bu işlə məşğul olmuş sonra isə tərk etmişəm. Bu gün sən israr etdiyin üçün qəbul etdim.” Hişam dedi: "Cəfər (İmam Sadiq (əleyhissəlam)) də ox atmaqda sənin kimi məharətlidir?” İmam Baqir (əleyhissəlam) buyurdu: "Bu gün dininizi sizin üçün kamil etdim sizə olan nemətimi Məkkənin fəthi İslamın mövqeyinin möhkəmlənməsi cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a tamamladım” ("Maidə” surəsi, ayə 3.)ayəsində buyurulmuş kamil din və tamamlanmış nemət bizik. Biz Peyğəmbər ailəsi (İmamət və rəhbərliyi) bir-birimizdən irs aparırıq və əsla yer üzü bu cür bir şəxsiyyətdən (İlahi hüccətdən) boş olmaz.”(Dəlailül-imamət, səh.105.)
    Məsihi yepiskopu ilə münazirə
    Hişamın sarayının İmam Baqir əleyhissəlamın elmi əzəmətini nümayiş etdirmək üçün münasib yer olmadığına baxmayaraq, xoşbəxtlikdən o Həzrət üçün Şam şəhərini tərk etməzdən qabaq camaatın fikrini oyadıb öz elmi məqamını onlara göstərmək üçün çox yaxşı bir fürsət düşdü. İmam Baqir (əleyhissəlam) bu fürsətdən istifadə edib Şam əhalisinin fikrini tamamilə dəyişdi. Hadisə belə baş vermişdi: Hişamın İmam Baqir əleyhissəlama qarşı hörmətsizlik etməyə əlində bir bəhanəsi yox idi. Çarəsiz qalıb o Həzrətin Mədinəyə qayıtmasına razılıq verdi. Elə ki İmam Baqir (əleyhissəlam) öz əziz oğlu ilə saraydan çıxdı sarayla üzbəüz olan meydanın axırında yerə oturmuş böyük bir insan dəstəsi gördü. İmam onların nə üçün yığıldığını soruşduqda, ona dedilər ki bunlar xristian keşiş və rahibləridir. Öz adət-ənənələrinə uyğun olaraq ildə bir dəfə keçirilən böyük elmi məclislərinin başlanmasını elmi çətinliklərini həll etmək məqsədilə böyük yepiskopun gəlməsini gözləyirlər. İmam Baqir (əleyhissəlam) naməlum şəxs şəklində camaatın arasına girib orada iştirak etdi. Bu xəbər dərhal Hişama çatdırıldı. Hişam bir neçə nəfər təyin edib onlara tapşırdı ki gedib yaxından o məclisdə iştirak etsinlər. Çox çəkmədi ki həddən artıq qocalıb əldən düşmüş yepiskop gəlib çox hörmət və ədəblə məclisin yuxarı başında oturdu. Sonra camaatı nəzərdən keçirdi. İmam Baqir əleyhissəlamın siması onu özünə cəlb etdiyi üçün üzünü İmam əleyhissəlama tutub soruşdu: "Biz xristianlardansan yoxsa müsəlmanlardansan?”
    İmam Baqir (əleyhissəlam): "Müsəlmanlardanam.”
    — Onların alimlərindənsən yoxsa nadanlarından?
    — Nadanlardan deyiləm.
    — Əvvəl mən sual edim yoxsa sən soruşursan?
    — İstəyirsinizsə siz soruşun.
    — Hansı əsasa görə siz müsəlmanlar iddia edirsiniz ki Cənnət əhli yeyib-içəcək ancaq onlardan ifrazat xaric olmayacaq? Bu məsələyə dair bu dünyada aşkar bir nümunə varmı?
    — Bəli bu məsələnin aşkar nümunəsi ana bətnində olan uşaqdır. O anasının qarnında qidalanır ancaq ondan ifrazat xaric olmur.
    — Təəccüblüdür! Bəs siz dediniz ki alimlərdən deyilsiniz?
    — Mən belə demədim mən dedim ki nadanlardan deyiləm.
    — Başqa bir sualım var.
    — Buyurun!
    — Hansı əsasa görə deyirsiniz ki Cənnət meyvələri azalmır və nə qədər istifadə etsən, yenə də olduğu kimi qalıb əskilmir? Dünyada olan şeylərdən buna dair bir nümunə qeyd edə bilərsinizmi?
    — Bəli onun bu dünyada aşkar nümunəsi alovdur. Siz bir məşəlin alovundan bir neçə məşəl yandırsanız da, birinci məşəlin alovu yenə də olduğu kimi qalacaq və ondan əsla əskilməyəcək.
    Yepiskopun fikrinə gələn hər nə çətin sual var idisə, hamısını soruşdu və hamısı haqqında qaneedici cavab eşitdi. Özünü aciz görüb bərk hirsləndi və dedi: "Camaat dini məlumatı məndən çox olan bir adamı bura gətirmisiniz ki məni rüsvay edəsiniz? Müsəlmanlar bilsinlər ki onların rəhbərləri bizdən üstün və biliklidirlər. And olsun Allaha daha sizinlə söhbət etməyəcəyəm. Əgər gələn ilədək sağ qalsam məni daha öz aranızda görməyəcəksiniz.” Bunu deyib yerindən qalxaraq kənara çıxdı.
    Nalayiq bir töhmət
    Bu hadisə qısa bir zamanda bütün Dəməşqə yayıldı Şam ərazisində şadlıq sevinc dalğası yarandı. Hişam İmam Baqir əleyhissəlamın xristianlarla elmi mübarizədə qalib gəlməsindən sevinmək əvəzinə o Həzrətin mənəvi nüfuzundan daha çox qorxuya düşdü. O Həzrətlə zahirdə dostluq edib ona hədiyyə çatdıraraq xəbər göndərdi ki elə həmin gün Dəməşqdən çıxsın. Eyni zamanda o Həzrətin ona elmi mübarizədə qalib gəlməsindən hirslənib çalışırdı ki ona xristian olmaq töhmətini atmaqla onun elmi və ictimai nüfuzunu aşağı salsın. Buna görə də, son dərəcə hörmətsizliklə özünün bəzi valilərinə (o cümlədən Mədinə şəhərinin valisinə) yazdı: "Əbu Turabın oğlu Məhəmməd ibn Əli (əleyhissəlam) (İmam Baqir) öz oğlu ilə birlikdə mənim yanıma gəlmişdi. Onları Mədinəyə qaytararkən keşişlərin yanına gedib xristianlığı qəbul edərək məsihilərə qoşuldular. Onların mənə olan qohumluqlarına görə bu günahlarından keçdim. Elə ki onlar sizin şəhərə çatdılar camaata bildir ki mən onlara nifrət edirəm.” Ancaq Hişamın puça çevrilmiş səyləri həqiqəti örtmək üçün bir nəticə vermədi. Əvvəllər Hişamın təbliğatına uymuş yuxarıda adını qeyd etdiyimiz şəhərin (Mədinənin) əhalisi İmam Baqir əleyhissəlamdan İmamət sahəsində gördüyü nişanələr nəticəsində o Həzrətin həqiqi və əsl məqamından xəbərdar oldu. Beləliklə məcburiyyət və hədə-qorxu nəticəsində başlanmış səfər axırda səmərəli və parlaq səfərlərdən birinə çevrildi.(Dəlailül-imamət, səh.105-107.)
    İmam Baqir (ə) və sıradan çıxmaqda olan dini mədəniyyətin təhlili
    İmam Baqirin (ə) bütün həyatı əməvi sülaləsinin hökmranlıq dövrlərinə təsadüf etdiyindən onların siyasi hoqqa və şeytani kələkbazlıqlarından tamamilə agah idi. İmam (ə) yaxşı bilirdi ki, onların din və İslama heç bir etiqadı yoxdur və yalnız öz məqsədlərinə nail olmaq üçün din arxasında pərdələnirlər. Dinin rəhbərliyini üzərinə götürənlərin əksəriyyəti yaramaz, nadan adamlar idi ki, özlərini dinin nümayəndəsi kimi qələmə verirdilər. Həzrət bu məsələ ilə əlaqədar əməvilərə mənsub tanınmış Sədül Xeyirə (Səd ibn Əbdülməlik əməvi. Deyilənlərə görə guya İmamla rabitəsi yaxşı imiş) yazdığı geniş məktubunda din və İslamın məruz qaldığı indiki vəziyyəti keçmiş ümmətlərlə müqayisəli şəkildə irəli çəkərək buyurur: "Allah-taala hər ümmətin başı üzərindən o vaxt öz asimani kitabının sayəsini çəkdi ki, onların özləri həmin kitaba arxa çevirdilər, düşmənlərini o vaxt onların üzərinə qaldırdı ki, özləri onlara tabe oldular. Belə ki, öz müqəddəs kitablarının zahiri kəlamını qorudular, onun qanun və hüdudlarını təhrif etdilər. Onlar İlahi hökmləri rəvayət edir, lakin onlara riayət etmirdilər. Aldanmış nadanlar isə dini ehkamların deyilməsini alqışlasalar da, həyatda onlara riayət olunmamasından təəssüflənirdilər...
    Agah ol ki, o vaxt Allahın müqəddəs kitablarının əsil həqiqətlərini gizlədib onun ehkamlarını təhrif edən rahib, keşiş və onların bənzərləri bizim ümmətimizdə də peyda olublar. Belələrini yaxşı tanı ki, onlar Allahın kitabının kəlamını qoruyur, qayda-qanunlarını isə təhrif edirlər.”(Üsuli-kafi”, c. 2, səh. 615; "Rövzətül kafi”, səh. 53-55.)
    Bəni Üməyyə sülaləsinin son dövrlərini yaşamış İmam Sadiq (ə) da sonralar bu məsələyə qayıdaraq deyirdi: "Onlar xalqın üzünə din və imanın təlimini açıq qoydular, tağut və şirkin mahiyyətini onlardan gizlətdilər...”
    İmam Baqir əleyhissəlamın münazirələri
    İmam Baqir əleyhissəlamın İmaməti dövründə Mötəzilə Xəvaric və Mürciə kimi siyasi və məzhəbi qurumlar fəaliyyət göstərirdilər. İmam Baqir (əleyhissəlam) bu firqə və qurumların batil əqidələri qarşısında yenilməz bir sədd olaraq onların başçıları ilə apardığı münazirələrdə onların əqidə və ideologiyasını "söküb-dağıdır” əqidələrinin batil olduğunu aşkar dəlillərlə sübut edirdi. İndi, nümunə üçün o Həzrətin Xəvaric firqəsinin başçılarından olan Nafis ibn Əzrəqlə söhbətini oxucuların nəzərinə çatdırırıq.
    Bir gün Nafis İmam Baqir əleyhissəlamın hüzuruna gəlib halal-haram barədə bir neçə məsələ soruşdu. İmam (əleyhissəlam) onun suallarına cavab verib söhbəti əsnasında buyurdu: "Bu xaricilərə (dindən çıxmışlara) de ki nə üçün Əmirəl-möminindən ayrılmağı halal bildiniz? Halbuki, o vaxtadək onunla birlikdə vuruşur ona itaət etmək yolunda canınızı qurban verirdiniz və ona kömək etməyi Allaha yaxınlaşmaq üçün bir vasitə bilirdiniz.” İmam (əleyhissəlam) əlavə edib buyurdu: "Onlar deyəcəklər ki o Allahın dinində münsif təyin etdi. Onlara de ki Allah Öz Peyğəmbərinin şəriətində iki yerdə iki nəfəri mühakiməçi təyin etmişdir. Biri ərlə-arvad arasında olan ixtilaf zamanıdır ki buyurur: "Ey möminlər! Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif vasitəçi təyin edib onların yanına göndərin. Əgər onlar bu iki vasitəçi ər-arvadı barışdırmaq istəsə Allah da onların köməyi olar. Həqiqətən Allah hər şeyi biləndir hər şeydən xəbərdardır.” ("Nisa” surəsi, ayə 35.)
    İkincisi isə Səd ibn Məazın münsif (vasitəçi) olmasıdır. Peyğəmbər (səlləllahu əleyhi və alih) onu özü ilə (müsəlmanlarla) Bəni-Qüreyzə tayfası arasında münsif təyin etdi o da Allahın hökmü əsasında hökm verdi.” İmam Baqir (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: "Bilmirsiniz ki Həzrət Əli (əleyhissəlam) münsiflər seçilməsini bu şərtlə qəbul etdi ki onlar Quran hökmünə əsasən hökm verib Quran hökmlərindən kənara çıxmasınlar? Üstəlik Əli (əleyhissəlam) şərt kəsdi ki əgər münsiflər Quran hökmünün əksinə hökm versələr bu hökm qəbul olunmayacaq. Camaat Əli əleyhissəlama deyəndə ki seçdiyin münsif sənin əleyhinə hökm verib buyurur: "Mən onu yox Allahın kitabını (Quranı) münsif seçmişdim. Necə olur ki xaricilər (dindən çıxmışlar) Quranın münsifliyini və Quranın əksinə verilən hökmün qəbul olunmadığını azğınlıq sayırlar ancaq öz bidət və böhtanlarını azğınlıq hesab etmirlər?” Nafis ibn Əzrəq bu sözləri eşitcək dedi: "And olsun Allaha ki bu sözləri nə eşitmişdim nə də fikrimə gəlmişdi haqq elə budur. İnşaallah.”(Ehticac, c.2,səh.176. )
    Category: İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 854 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024