İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı

    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı
    2012-05-01, 4:45 PM
    Mütəvəkkilin şiələrə qarşı təzyiq və cinayətləri
    Mütəvəkkil Abbasi xəlifələri arasında ən çox cinayət törədənlərdən biri olmuşdur. O, Həzrət Əli (əleyhissəlam), onun ailə və şiələrinə qarşı ürəyində həddən artıq kin-küdurət bəsləyirdi. Onun hakimiyyət dövrü şiə və Ələvilər üçün ən pis dövrlərdən biri sayılır. Mütəvəkkilin törətdiyi bütün cinayətləri qeyd edə bilməyəcəyimizi nəzərə alaraq məcbur olub bəzi cinayətlərinə qısaca da olsa, işarə edirik.
    1)–Mütəvəkkilin hakimiyyəti dövründə Ələvilərdən bəzisi ya həbs edildi, ya da axtarışda oldu. Buna misal olaraq (İmam Həsən əleyhissəlamın nəvələrindən olmuş) Məhəmməd ibn Saleh və (Təbəristanda qiyam qaldırmış Həsən ibn Zeydin təbliğçilərindən olan) Məhəmməd ibn Cəfərin adını qeyd etmək olar.(Məqatilüt-talibin, səh.397, 418)
    2)–Mütəvəkkil hicrətin iki yüz otuz altıncı ilində əmr verir ki, şəhidlər ağası İmam Hüseyn əleyhissəlamın məqbərəsi və onun ətrafında olan binalar (tikililər) sökülərək əkin sahəsinə çevrilsin.(Məasirül-anifə fi məalimil-xilafə, c. 1, səh. 231.) Eyni zamanda o Həzrətin ziyarətinin qarşısını almaq məqsədilə, o yaxınlıqda gözətçilər saxlanılsın.
    İmam Hüseyn əleyhissəlamın qəbrini heç bir müsəlman sökməyə hazır olmadığı üçün bu işi əsli yəhudi olan Dizəc adlı bir şəxs yerinə yetirir. Mütəvəkkil İmam Hüseyn əleyhissəlamın qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq.(Məqatilüt-talibin, səh.395; Mürucuz-zəhəb, c. 4, səh. 51; Tarixül-xüləfa, səh. 347; Əmali (Şeyx Tusi), səh. 326-328.)O qorxurdu ki, İmam Hüseyn əleyhissəlamın məqbərəsi hökumət əleyhinə bir qərargaha çevrilib o Həzrətin şəhadəti xilafətin zülmlərinə qarşı yönəldilmiş qiyamlara ilham bağışlasın. Ancaq o Həzrətin şiə və dostları (o Həzrəti sevənlər) bir an olsun belə, o müqəddəs qəbrin ziyarətindən qalmır və min bir müsibətə, əzab-əziyyətə qatlaşaraq yenə oranı ziyarət etməyə gedirdilər. Mütəvəkkilin ölümündən sonra şiələr yenə əl-ələ verib İmam Hüseyn əleyhissəlamın məqbərəsini yenidən bərpa etdilər.(Məqatilüt-talibin, səh.396.)
    İmam Hüseyn əleyhissəlamın məqbərəsinin sökülməsi müsəlmanları bərk qəzəbləndirdi. Bağdad əhalisi bütün küçələrə, divarlara, məscidlərə Mütəvəkkilin əleyhinə şüarlar yazmağa, mübariz şairlər isə onun əleyhinə şerlər yazaraq onu tənqid etməyə başlayırlar. Bu şerlərdən birinin məzmununu sizin nəzərinizə çatdırırıq: "And olsun Allaha ki, əgər Bəni-Üməyyə öz Peyğəmbərinin (səlləllahu əleyhi və alih) qızının oğlunu (yəni nəvəsi İmam Hüseyn əleyhissəlamı) zülm nəticəsində şəhid etmişsə, indi onun atasının nəslindən olanlar (Bəni-Abbas) Bəni-Üməyyənin cinayəti kimi bir cinayət törətmişlər. Bu, öz canıma and olsun ki, Bəni-Abbas tərəfindən uçurulmuş Hüseyn əleyhissəlamın qəbridir. Onlar İmam Hüseyn əleyhissəlamın qətlində iştirak etmədikləri üçün təəssüflənir, ona görə də, indi onun qəbrinə təcavüz etməklə onun sümüklərinə daraşmışlar.”(Tarixül-xüləfa, səh.347; Əmali, səh, 329.)
    3) Mütəvəkkil öz hakimiyyəti dövründə İbn Səkkit(Onun əsl adı Yəqub, atasının adı isə İshaq olmuşdur.) kimi İslam aləminin böyük şəxsiyyətini və Əhli-beytə (əleyhimussəlam) sadiq olan bir sıra şəxsləri qətlə yetirmişdir. İbn Səkkit İmam Cavad əleyhissəlamla İmam Əliyyən-Nəqi əleyhissəlamın vəfalı dostlarından, tanınmış şiə ədib və şairlərindən biri olmuş, lakin Mütəvəkkil onu, Əli əleyhissəlamın tərəfdarı olduğu üçün qətlə yetirmişdir. Bir gün Mütəvəkkil öz iki oğluna işarə edərək İbn Səkkitdən soruşur: "Sənin üçün mənim bu iki oğlum daha sevimlidir, yoxsa Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam)?” Bu yersiz müqayisədən bərk əsəbləşən və qanı cuşa gələn ibn Səkkit dayanmadan deyir: "Allaha and olsun ki, mənim nəzdimdə Əli əleyhissəlamın nökəri Qənbər də, səndən və bu iki oğlundan üstündür.” Öz qüdrət və imakanatına, öz nəfsinə uymuş Mütəvəkkil əmr edib onun dilini çıxartdırır.(Tarixül-xüləfa, səh.348.)
    4) Xətib Bağdadi Mütəvəkkilin Əhli-beyt (əleyhimussəlam) tərəfdarlarına verdiyi işkəncələrə işarə edərək yazır: "Mütəvəkkil Nəsr ibn Əli Cəhzəmiyə Həzrət Əli (əleyhissəlam), xanım Zəhra (səlamullahi əleyha), İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn əleyhissəlamın fəzilətinə dair bir hədis dediyinə görə min şallaq vurdurur. Bununla da, ondan əl çəkmir, axırda onun sünni olduğu barədə şəhadət verib Mütəvəkkilin əlindən qurtarırlar.(Bağdad tarixi, c.13, səh.289.)
    5) Mütəvəkkil öz mənliyini satmış şairlərə külli miqdarda pul verib onları Abbasi hökumətinin qanuni hökumət olması barədə və eləcə də, Əhli-beyt (əleyhimussəlam) əleyhinə şerlər yazmağa məcbur edirdi.(İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı, səh.292.)
    6) Mütəvəkkil Şakiriyyə adlı yerdə yeni ordu təşkil edərkən əsasən Suriya, Əlcəzair, Cəbəl, Hicaz və Ənbada Ələvilərin ziddinə ad çıxarmış şəxslərdən istifadə edir.(On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh.82.)
    7) Mütəvəkkil Misir hakiminə əmr edir ki, Misirdə olan bütün Ələviləri İraqa sürgün etsin. Misir hakimi də onun əmrini yerinə yetirir. Sonra isə Mütəvəkkil onların hamısını hicrətin 236-cı ilində Mədinəyə köçürür.(On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh.84.)
    8)–Mütəvəkkil idarələrdə işləyən bütün şiələri işdən çıxartmaqla onların camaatın yanındakı mövqeyini zəiflədirdi. Misal üçün İshaq ibn İbrahimin işdən çıxarılmasını qeyd etmək olar. Mütəvəkkil onu şiə olmasına görə Cəbəl vilayətindəki Samirra və Seyrəvan şəhərlərinin hakimliyindən çıxarır. Bir çox başqa şəxslər də, bu səbəbə görə öz mövqelərini itirməli oldular.(On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh.84.) Mütəvəkkil bu cür hərəkətləri ilə öz hökumətinə qarşı şiələr tərəfindən ehtimal verilən hər hansı bir hərəkatın qarşısını alsa da, ancaq onların gizli fəaliyyətlərini dayandıra bilmədi. Bundan öncə də qeyd etdiyimiz kimi, tarix göstərir ki, İmam Əliyyən-Nəqi (əleyhissəlam) öz şiələri ilə gizli əlaqə saxlayırmış.
    Category: İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 584 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024