İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı

    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı
    2012-05-01, 4:42 PM
    Şiələrə qarşı iqtisadi çətinlik
    Mütəvəkkil şiələri zəiflədib onların mübariz qüvvələrini aradan götürmək üçün onlara qarşı iqtisadi təzyiq siyasətini işə salır. Şiələr o vaxta qədər hələ bu cür iqtisadi çətinliklə üzləşməmişdilər. Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra şiələr daima iqtisadi çətinlik içərisində olmuşlar. Bu sahədə siyasi məqsəd daşıyan və əsas məqsədi Əli əleyhissəlamın və Bəni-Haşimin iqtisadi mövqeyini zəiflətmək olan, Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox hallara da təsadüf olunur. Bunlardan biri də, Müaviyənin şiələrə, xüsusən də, Bəni-Haşimə qarşı işlətdiyi siyasət olmuşdur. Müaviyənin İmam Hüseyn əleyhissəlamdan Yezid üçün beyət alması məqsədilə irəli sürdüyü siyasətlərdən biri, özünün Mədinəyə səfəri zamanı (başqalarından fərqli olaraq) beytül-maldan Bəni-Haşimdən olanlara heç bir hədiyyə verməməsi olmuşdur. Onun bu işdən məqsədi o olmuşdur ki, bəlkə İmam Hüseyn əleyhissəlamı maddi çətinliyə salıb beyət etməyə məcbur edə.(Əl-Kamilu fit-tarix, c.3, səh.511.) Başqa bir nümunə isə (ikinci Abbasi xəlifəsi) Mənsur Dəvaniqinin iqtisadi təzyiqi olmuşdur. Mənsur camaatı acından qırmaq, cəmiyyəti müflisləşdirmək proqramını çox geniş miqyasda icra edirdi. Onun isə bu işdən məqsədi, camaatın ac qalaraq ona tabe olması, ona göz dikməsi, bunun da nəticəsində, həmişə öz qarınlarını doyuzdurmaq fikrində olub böyük ictimai məsələlər haqqında düşünməyə macal tapmaması olmuşdur. O, bir dəfə saray adamlarının toplaşdığı məclisdə yürütdüyü bu siyasətə işarə edərək demişdir: "Öz itini ac saxla, qoy həmişə çörək üçün sənin ardınca düşsün.”(İmam Kazim əleyhissəlamın həyatı, c.1, səh.369.) Bu ifadə eyni zamanda müsəlman millətinin Bəni-Abbasın gözündə nə qədər aşağı səviyyədə olduğunu göstərir. Bu iqtisadi çətinlikdə şiə və Ələvilər daha çox təzyiqə məruz qalmışlar. Çünki onlar zalım xəlifələrə qarşı yönəldilmiş hərəkatın önündə dururdular. Harun ər-Rəşidin hakimiyyəti dövrü də, bu işdə istisna edilmir. Çünki o da müsəlmanların beytül-malını qəsb edərək onu kef, əyləncə və eyş-işrət məclislərinə sərf etməklə şiələri öz hüquqlarından məhrum edir və bu vasitə ilə onların mübariz qüvvələrini zəiflədirdi. Deməli, şiələr bu cür çətinliklərlə əvvəldən tanış olmuş, ancaq bundan əvvəl qeyd etdiyimiz kimi, Mütəvəkkilin dövründəki iqtisadi çətinlik daha geniş olmuş və aşağıdakı cəhətlərinə görə digər dövrlərdən fərqlənmişdir:
    1) Mütəvəkkil şiələrə qarşı o qədər maddi təzyiq göstərir ki, deyilənlərə görə Mədinə şəhərindəki Ələvi qadınların namaz qılmağa bir yaxşı paltarları olmamış, əyinlərindəki bir ədəd köhnə paltarı növbə ilə geyib namaz qılardılar. Onlar Mütəvəkkil ölənə qədər bu cür çətinlik içərisində olmuşlar.(Tətimmətül-müntəhil-amal, səh.238.)
    2) Mütəvəkkil Ömər ibn Fərəc Rüxxəcini Məkkə və Mədinə şəhərlərinə hakim təyin edir. O, camaatı Əli əleyhissəlamın nəslindən olanlara (Ələvilərə) kömək etməkdən, əl tutmaqdan çəkindirərək bu işə elə diqqət yetirirdi ki, camaat canlarının qorxusundan onlara kömək etməkdən əl çəkir və nəticədə onların vəziyyəti çox acınacaqlı hala düşürdü.(Yenə orada, səh.239.)
    3) Mütəvəkkil Ələvilərin mülkü olan Fədəyi(Fədəkdə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz əli ilə əkdiyi on bir xurma ağacı var idi. Həzrət Fatimənin (səlamullahi əleyha) övladları bu xurmalardan hacılara hədiyyə verir və bunun bərəkəti nəticəsində də, onlara çoxlu sərvət və mənfəət nəsib olurdu. Əbdullah ibn Ömər Bazyar, Bəşran ibn Əbu Üməyyə Səqəfini xurma ağaclarını kəssin deyə, Mədinəyə göndərir. O, tapşırığı yerinə yetirib Bəsrəyə qayıdır. Bu işi gördüyünə görə o, sonradan iflic olur. (Fədək, səh.195).) müsadirə edir. Rəvayətdə qeyd olunmuşdur ki, o vaxt Fədəyin gəliri iyirmi dörd min dinara çatırmış. Mütəvəkkil onu öz dostlarından olan Abdullah ibn Ömər Bazyara bağışlayır(On ikinci İmamın qeybə çəkilməsinin siyasi tarixi, səh.84.).
    4) Mütəvəkkil Misir hakiminə Ələvilərlə aşağıdakı şərtlər əsasında davranmağı əmr edir:
    a) Ələvilərdən heç birinə mülk verilməsin, həmçinin, onlara ata minmək və Fustat şəhərindən digər şəhərlərə getmək qadağan edilsin.
    b) Ələvilərdən heç birinə bir nəfərdən artıq qul saxlamaq icazəsi verilməsin.
    v) Bir Ələvi ilə qeyri-Ələvi mübahisə edərsə, hakim ilk növbədə qeyri-Ələvinin şikayətinə qulaq assın və Ələvinin şikayətini isə heç dinləmədən onun əleyhinə hökm versin.(Həmin mənbə.)
    Zinətli saray və məclislər
    Şiələrə qarşı yönəldilmiş bu çətinliklərlə yanaşı, Mütəvəkkil beytül-malı qəsb edərək zinətli və əzəmətli saraylar tikdirməkdə, kef məclisləri təşkil etməkdə həddini aşmışdı. O, çoxlu saraylar tikdirir və onların tikintisinə külli miqdarda pul sərf edirdi. Buna misal olaraq, Şah, Gəlin, Şəbdaz, Bədi, Qərib və Bürc saraylarını nümunə göstərmək olar. Təkcə Bürc sarayının tikilməsi üçün o, bir milyon yeddi yüz min dinar pul xərcləmişdi.(Tarixi-Yəqubi, c.3, səh.223.) Həmçinin sarayların ən böyük və qəşənglərindən biri olan, Burkuva adı ilə məşhur olmuş sarayın tikilməsi üçün iyirmi milyon dirhəm pul xərcləmişdi.(Ali-Bəviyyə, səh.415.)Eləcə də, əyləncə məqsədi ilə tikdirilmiş Cəfəri, Məlih, Qərv, Muxtar və Heyr saraylarının da hər biri milyonlarla dirhəmə başa gəlmişdi. Tarixçilər bunların hamısını qələmə almışlar.(İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı, səh.309, 315.)
    Mütəvəkkil, oğlu Abdullah əl-Mötəzzi sünnət etdirmək istəyərkən, həddən artıq çox və ağılasığmaz miqdarda pul xərcləyir. Tarixçilər bu barədə çox geniş məlumat vermişlər. Nümunə üçün indi bu məqamlardan bəzilərinə nəzər salaq.
    Uzunluğu yüz dirsək, eni isə əlli dirsək(Ölçü vahididir.)olan eyvan üçün həmin ölçüdə bir xalça hazırlanmış, qonaqlar üçün qızıldan hazırlanıb ləl-cəvahirlə bəzədilmiş dörd min stul düzülür. Mütəvəkkilin əmrilə camaatın başına səpmək üçün ayrılmış iyirmi milyon dirhəm pulu qadın, xadim və kənarda oturanların, üzərində şənlik və sünnət məclisinin şəkli döyülmüş bir milyon dirhəm isə bərbər, dəllək və xüsusi xidmətçilərin başına səpilir. Həmin gün Mötəzzi sünnət edən dəlləkdən soruşurlar ki, nahara qədər nə qədər pul yığmısan? O cavab verir ki, zinətli əşya, ləl-cavahir və üzükdən əlavə, səksən neçə min dinar pul qazanmışam.
    Sünnət məclisinin bütün hesabatını Mütəvəkkilə verdikdə, səksən altı milyon dirhəmə çatmışdı.(Ali-Bəviyyə, səh.417.)
    Bunlar Mütəvəkkilin beytül-maldan boş yerə və kef məclislərinə xərclədiyi pullardan bir qismidir. Onun bütün kef məclislərini şərh etmək isə bu qısa bəhsimizə sığmaz. Əlavə olaraq bir məqama da işarə edək. Süyuti yazır: "Mütəvəkkilin sarayda dörd min kənizi olmuş və o, onların hamısı ilə əlaqədə olmuşdur.”(Tarixül-xüləfa, səh.350.) Görkəmli tarixçi Məsudi isə belə yazır: "Mütəvəkkilin hakimiyyəti dövründəki kimi heç vaxt pul xərclənməmişdi.”(Murucuz-zəhəb, c.4, səh.40.)
    Tarixi bir sənəd
    Ali-Bəviyyənin müasiri olmuş görkəmli yazıçı Əbu Bəkr Xarəzmi (vəfatı 383 ya da 393 h.q) Abbasilərin şiələrə qarşı təzyiqləri və şiələrin məzlumluğuna dair yazdığı bir məktubda Mütəvəkkilin törətdiyi cinayətlərə toxunaraq bu biabırçı şənlik barəsində də, qeyd etmişdir. O deyir: "Hidayət rəhbərlərindən biri, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən olan bir şəxs vəfat etdikdə, heç kəs onun dəfninə gəlmir və qəbri də (bir dəfə də olsun) ağardılmır. Ancaq Bəni-Abbasın bir təlxəyi öldükdə, bütün qazılar, hakimlər onun dəfninə gəlir, onun üçün əza məclisləri qururlar. Dəhrilər(Ancaq bu dünyaya etiqad bəsləyib deyirlər ki, bizim həyatımız ancaq bu dünyadadır.) (dünyaya inanlar) və yunan filosofları onların şərrindən uzaqdırlar. Onlar (Bəni-Abbas) şiə bildikləri hər hansı bir şəxsi qətlə yetirir və oğlunun adını Əli qoymuş adamın qanını tökürlər. Şiə şairi Peyğəmbər (səlləllahu əleyhi və alih) canişini barədə şer dedikdə dilini kəsir, şerlər divanını cırıb tullayırlar. Harun və Cəfər Mütəvəkkil, Əli əleyhissəlamın övladlarını söyən Abdullah ibn Müsəb Zübeyr, Vəhəb ibn Vəhəb Buxturi, Mərvan ibn Həfsə Əməvi, Əbdülməlik ibn Qüreyb Əsməi və Bukkar ibn Abdullah kimi adamlara mükafat verirdi. Min ay (Bəni-Abbasın hakimiyyətdə olduğu müddətdə) Həzrət Əli əleyhissəlama nalayiq sözlər dedilər, ancaq biz bir an olsun belə, onun nəsihətinə şəkk etmədik.
    Ələviləri yeməkdən məhrum edir, ancaq Misir, Əhvaz, Hicaz, Məkkə və Mədinənin bütün gəlirləri İbn Əbu Məryəm Mədəni, İbrahim Museli, İbn Cami Səhmi, Zəlzəl Zarib və Bərsuma Zamir(Axırıncı şəxs zurnaçı və ney çalan olmuşdur.) kimi çalıb-oxuyanlara sərf olunurdu. Mütəvəkkilin on iki min kənizi, ancaq Əhli-beyt seyyidlərinin yalnız bircə zənci kənizi olmuşdur. Bütün xərac vergiləri təlxəklərə, sünnət məclislərinə, it və meymun oynadanlara, Məxariq və Ələviyyə kimi xanəndələrə, Zərzər və Əmr ibn Banə kimi aktyorlara xərclənirdi. Fatimə (səlamullahi əleyha) övladlarına bir tikə çörək və bir içim suyu çox bilirdilər. Hansı ki, onlara xüms halal, sədəqə isə haram edilmiş və onları sevib hörmətlərini saxlamaq vacib buyurulmuşdur. Onlar kasıblığın şiddətindən az qala ölsünlər. Biri qılıncını girov qoyur, digəri isə paltarını satırdı. Onların günahı babalarının Peyğəmbər (səlləllahu əleyhi və alih), atalarının Peyğəmbər (səlləllahu əleyhi və alih) canişini, analarının Fatimə (səlamullahi əleyha), analarının anasının Xədicə (səlamullahi əleyha), əqidələrinin Allaha imanlı və yol göstəricilərinin Quran olmasıdır. İmam Hüseyn əleyhissəlamın məqbərəsini yerlə yeksan edib şumlayanlar, o Həzrətin qəbrini ziyarət edənləri (ucqar) şəhərlərə sürgün edənlər barədə mən nə deyim?...”(Rəsail, səh.76-83; Zühəl-İslam, c. 3, səh. 297-298.)
    Mütəvəkkilin öldürülməsi və Müntəsirin hakimiyyətə gəlişi
    Nəhayət, Mütəvəkkil bir gecə sarayda əyləncə məclisində məst olub qaldığı halda, oğlu Müntəsirin çoxdankı planı əsasında türklərin həmkarlığı ilə vəziri Fəth ibn Xəqanla birlikdə (hicrətin iki yüz qırx yeddinci ili şəvval ayında) qətlə yetirildikdən sonra Müntəsir hakimiyyətə gəlir(Murucuz-zəhəb, c.4, səh.38.)
    Mütəvəkkilin qətlə yetirilməsi aşağıdakı plan əsasında qurulmuşdu. Onun Übbadə Müxənnəs adlı bir şərab dostu var idi. Saçı tökülüb keçəl qalmış Übbadə, Mütəvəkkilin məclisində paltarının altında qarnına balış bağlayıb onun qarşısında rəqs edərdi. Xanəndələr isə hamı bir səslə "bu keçəl kişi gəlib müsəlmanların xəlifəsi olmaq istəyir” - deyə səs-səsə verirdilər. Bu işlə onlar Həzrət Əli əleyhissəlama işarə edərək onu təhqir edirdilər.(Həzrət Əli (əleyhissəlam) kök olduğundan Übbadə özünü ona oxşadaraq o Həzrətə rişxənd edirdi.) Mütəvəkkil isə şərab içərək sərxoş halda gülürdü. Günlərin birində Übbadə yenə də həmişəki kimi təlxəklik ilə məşğul olarkən, Müntəsir də orada idi. O, bu hadisəni görüb narahat oldu və işarə ilə Übbadəni təhdid etdi. Übbadə qorxusundan sakit oldu. Mütəvəkkil soruşdu: "Nə olub?” Übbadə qalxıb hadisəni olduğu kimi danışdı. Bu vaxt Müntəsir ayağa qalxıb dedi: "Ey Əmirəl-möminin! Übbadə oynunu çıxardığı və camaatı ona güldürdüyü şəxs sənin əmioğlun, sənin nəslinin böyüyü və sənin fəxrindir. Özün onun qanını içirsənsə, iç, ancaq bunun kimi itlərə onun qanını içməyə icazə vermə!” Mütəvəkkil istehza ilə xanəndələrə deyir ki, hamı birlikdə aşağıdakı məzmundakı şeri oxusunlar: "Bu gənc əmioğlusundan ötrü qeyrətə gəlmişdir. Bu gəncin başı anasının ... olsun.”(Əl-Kamilu fit-tarix, c.7, səh. 5–6;) Bu hadisədən sonra Müntəsir çoxdan hazırladığı planı türklərin köməkliyi ilə həyata keçirərək atasını qətlə yetirir.
    Müntəsir atasından fərqli olaraq Əli (əleyhissəlam) və onun övladlarına olan məhəbbətini aşkar edərək camaata İmam Hüseyn əleyhissəlamın qəbrinin ziyarətinə getməyə icazə verir və atasının hakimiyyəti dövründə qorxu içərisində yaşayan Ələvilərə aman verir.(Məasirül-ənafət fi məalimil-xilafət, c.1, səh.230-237) Üstəlik o, daha üç gözəl addım atır:
    1) Fədəyi Ələvilərə qaytarır.
    2) Ələvilərə vəqf olunmuşları özlərinə qaytarır.
    3) Mədinə valisi Saleh ibn Əlini Bəni-Haşim tayfasından olanlarla pis rəftar etdiyinə görə işdən çıxardır, onun yerinə Əli ibn Hüseyni bu vəzifəyə təyin edərək ona Bəni-Haşimə qarşı hörmətlə rəftar etməyi tövsiyə edir.(Əl-Kamilu fit-tarix, c.7, səh.116) Lakin Müntəsirin hakimiyyət dövrü qısa müddətli olduğu üçün ondan sonra yenə də çətinliklər başlayır.
    İmam Əliyyən-Nəqi (əleyhissəlam) saray fəqihləri ilə üz-üzə
    Abbasi xəlifələrinin əsas siyasəti camaatın diqqətini saray fəqihlərinə (alimlərinə) cəlb etmək və onların verdiyi fətvaları rəsmi fətva elan etmək olsa da, lakin İmam Əliyyən-Nəqi (əleyhissəlam) Samirrada olduğu müddət ərzində neçə dəfə saray fəqihləri arasında fətva müxtəlifliyi baş verməsi nəticəsində onlar məcbur olub İmama müraciət etmiş, o Həzrət isə öz İmamət elmi sayəsində aydın sübutlarla məsələnin həqiqətini üzə çıxarmış və nəticədə saray fəqih və alimləri o Həzrətin elmi qarşısında baş əyməli olmuşlar. İndi bu cür məqamlardan ikisini oxucuların diqqətinə çatdırırıq.
    1. Zina etmiş məsihinin cəzası
    Bir gün müsəlman qadınla zina etmiş məsihi bir kişini Mütəvəkkilin hüzuruna gətirirlər. Mütəvəkkil onun üzərində şəri hədd icra etmək istəyir. Lakin məsihi dönüb müsəlman olur. Baş qazı Yəhya ibn Əksəm deyir: "Onun müsəlman olması, onun bütün günahını aradan apardı və ona heç bir hədd icra edilməməlidir.” Fəqih və alimlərdən bəziləri dedilər ki, onun haqqında şəri hədd üç dəfə icra olunmalı, bəziləri isə başqa cür hökm verdilər. Verilən hökm və fətvaların müxtəlif olması Mütəvəkkili İmam Əliyyən-Nəqi əleyhissəlama müraciət etməyə məcbur edir. Məsələni İmama dedikdə, o Həzrət buyurur ki, ona ölənə qədər şallaq vurulmalıdır. İmam Əliyyən-Nəqi əleyhissəlamın verdiyi bu fətva Yəhya ibn Əksəm və digər fəqih və alimlərin ciddi narazılığına səbəb oldu. Onlar dedilər: "Heç bir ayə və hədisdə bu cür fətva yoxdur.” Sonra da Mütəvəkkilə dedilər ki, İmama bir məktub yazıb bu fətvanın istifadə edildiyi əsası öyrənsin. Mütəvəkkil də onların dediyi kimi edir. İmam Əliyyən-Nəqi (əleyhissəlam) məktubun cavabında yazır:"Onlar əzabımızı gördükdə dedilər: "Biz yalnız Allaha iman gətirdik, Rəbbimizə qoşduğumuz şərikləri bütləri isə inkar etdik.” Amma əzabımızı gördükləri zaman iman gətirmələri Allahın Öz bəndələri barəsində öncə olub keçmiş (tətbiq edilmiş) adətinə, qayda-qanununa müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Onlar elə oradaca ziyana uğradılar (məhv oldular).” (Qafir” ("Mumin”) surəsi, 84–85.)
    Mütəvəkkil İmamın verdiyi fətvanı qəbul edərək zina etmiş məsihinin həddinin o Həzrətin verdiyi fətvaya uyğun olaraq icra edilməsini tələb etdi.(Vəsailuş-şiə, c.18, səh.408.)
    İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu ayəni qeyd etməklə onlara başa salmaq istəyirdi ki, kafirlərin (müşriklərin əzabı görərkən) iman gətirmələri Allahın əzabını onlardan götürmədiyi kimi bu məsihinin də müsəlman olması şəri həddi onun boynundan götürmür.
    2. Mütəvəkkilin nəzri
    Bir dəfə Mütəvəkkil bərk xəstələnir. O nəzir edir ki, əgər sağalsa, Allah yolunda çoxlu qızıl sikkə paylayacaq. Sağaldıqdan sonra fəqih və alimləri yığıb soruşur ki, "çoxlu” hesab olmaq üçün neçə qızıl sikkə verməliyəm? Onlar müxtəlif fətvalar verirlər. Mütəvəkkil yenə məcbur olub İmam Əliyyən-Nəqi əleyhissəlama müraciət etməli olur. O Həzrət buyurur ki, "çoxlu” hesab olmaq üçün səksən üç qızıl sikkə verməlisən.
    Fəqih və alimlər İmamın bu fətvasından təəccüblənib deyirlər ki, ondan soruşun, görək bu fətvanı hansı əsasa görə deyir?
    Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamdan verdiyi fətvanın əsası barədə soruşduqda, o Həzrət buyurur: "Allah-taala Quranda buyurmuşdur: "Allah sizə müsləmanlara bir çox yerlərdə kömək etmişdir.” ("Tövbə” surəsi, ayə 25.)Bütün Əhli-beytimiz də buyurur ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) dövründə səksən üç döyüş olmuşdur.”(Təzkirətül-xəvass, səh.360; Əl-ənsab (Əbu Səd Əbdülkərim Təmimi Səmani) c. 4, səh. 196 (Əskəri ləfzinin şərhi).)
    İmam Əliyyən-Nəqi (əleyhİssəlam) və müxtəlif firqələr
    İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə Mötəzilə və Əşairə kimi müxtəlif məzhəb və firqələr yayılmış, İslam cəmiyyəti arasında əqaid elminin çoxsaylı nəzəriyyələri yaranmış, "məcburiyyət” ("cəbr”), "ixtiyar”, "Allahın görünməsinin mümkün olub-olmaması”, "Allahın cisim olması” və bu kimi elmi mübahisələr getməkdə idi. Buna görə də, o Həzrət bəzi vaxtlar elə suallarla üzləşməli olurdu ki, o sualların bu kimi məzhəblərdən meydana gəlməsi açıq-aşkar bəlli idi. Şiə məclislərinə bu cür batil əqidələrin yol tapması ehtimalı şiələrin o Həzrətin başçılığı ilə hidayət edilməsi və onların İmam kimi bir rəhbərə ehtiyac duyduqları zərurətini daha da artırırdı. Bu baxımdan İmam Əliyyən-Nəqi (əleyhissəlam) öz məktub və elmi mübahisələrində "cəbriyyə”, "Allahın cisim olmasına inam” və bu kimi məzhəblərin əqidə və nəzəriyyələrinin əsassız olduğunu qəti və aşkar dəlillərlə isbat edir və əsl İslam əqaidini heç bir təhrif olmadan cəmiyyətə təqdim edirdi. Təbii ki, bu da o Həzrətin elmi məqamının yüksək olduğuna dair bir nümunədir.(İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı, səh.130.)
    İmam Əliyyən-Nəqi əleyhissəlamın elmi həyatını mütaliə etdikdə məlum olur ki, o Həzrətin elmi mübahisələrinin əksəriyyəti bu kimi əqaid bölməsinə aid olan mövzular barədə olmuş, həmçinin, o Həzrətdən bu sahədə söylənilmiş hədislər şiə məzhəbinin əsaslarının açıq-aşkar üstün olduğunu göstərir. Misal üçün o Həzrətin Əhvaz camaatının "məcburiyyət” və "ixtiyar” nəzəriyyələri haqqında olan sualına yazdığı və orada aydın və qəti dəlillərlə nə məcburiyyət, nə də ixtiyar olan düzgün (şiə) nəzəriyyəsini sübut etdiyi məktubu qeyd etmək olar.(Tühəfül-üqul, səh. 458–475.) Əsasən tarixi mahiyyət daşıyan bu elmi mübahisələr bu kitabın mövzusundan kənar olduğu üçün bu barədə məlumat vermirik, əlavə məlumat almaq istəyənlər isə buna dair yazılmış kitablara müraciət edə bilərlər.
    Qulatlarla(Qulat batil və yanlış məzhəblərdən biridir. Bu məzhəbə xidmət edənlər İmamların məqamını həddən artıq şişirdərək, ifrat dərəcəsinə varıb onları Allah, Peyğəmbər, yaxud da mələk hesab edirlər. Xüsusən də, Əli əleyhissəlamı Allah hesab edirlər.) mübarİzə
    İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə fəaliyyət göstərən azğın, batil və yanlış firqə və məzhəblərdən biri də Qulat məzhəbi olmuşdur. Onlar əsassız və boş əqidələrə malik olub özlərini şiə kimi qələmə verirdilər. Onlar İmam barədə ifrat dərəcəsinə vararaq, onu Allah kimi qələmə verir və bəzi vaxtlar özlərini İmamın nümayəndəsi adlandırıb bu yolla şiə məzhəbini digər məzhəblər yanında ləkələyirdilər. İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu firqəyə qarşı öz etirazını bildirib onlarla mübarizə aparır, onları rədd etməklə şiə məzhəbinin ləkələnməsinin qarşısını almağa çalışırdı. Bu məzhəbin puç və əsassız əqidəsinin yaranmasına bəlkə də, aşağıdakı məsələlər şərait yaratmışdır:
    1) İmamdan müşahidə olunmuş kəramət, qeybdən xəbər vermə və bəşər qüdrətindən xaric olan işləri düzgün anlamaq qüdrətində olmayan bu məzhəb nümayəndələri onları (bu hadisələri) bidət, mövhumat və İslama zidd olan hərəkətlərinə bəhanə qərar verirdilər.
    2) Bu məzhəbə xidmət edən şəxslər İslam qayda-qanunlarını, şəriəti, İslami hökmlərini ayaq altına alıb öz istədikləri kimi hərəkət etmək istəyirdilər. Buna görə də, İslamın (şəriətin) haram buyurduğu bütün şeyləri halal sanırdılar.
    3) Onlar camaatın malına tamah salaraq şiələrin İmama verdikləri şəri vergiləri birtəhər ələ keçirmək istəyirdilər.
    Qulat məzhəbi sözün əsl mənasında çox təhlükəli və adamı yoldan çıxaran bir məzhəb olmuşdur. Bu məzhəbin başçıları sırasında aşağıda adları çəkilmiş şəxsləri göstərmək olar:
    1) Əli ibn Həsəkə Qummi;
    2) Qasim Yəqtini;
    3) Həsən ibn Məhəmməd ibn Baba Qummi;
    4) Məhəmməd ibn Nüseyr Fəhri;
    5) Faris ibn Hatəm.
    Misal üçün qeyd edək ki, Əli ibn Həsəkənin əqidəsi belə olmuşdur:
    a) İmam Əliyyən-Nəqi (əleyhissəlam) Allah, yaradan və dünyanı idarə edəndir.
    b) İbn Həsəkə (özü) İmam tərəfindən camaatın hidayət olunması üçün göndərilmiş peyğəmbərdir.
    v) Zəkat, həcc, oruc və bu kimi İslami hökmlərin heç biri vacib deyil.
    Məhəmməd ibn Nüseyr Fəhri isə deyirdi:
    a) İmam Əliyyən-Nəqi (əleyhissəlam) Allah və dünyanın yaradanıdır.
    b) Ana, bacı, insanın öz qızı və insana məhrəm sayılan bu kimi şəxslərlə evlənmək olar.
    v) Ləvat caizdir və Allah heç də, onu haram etməmişdir.
    q) Ölülərin ruhu sonrakı insanlara keçir.(İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı, səh.335.)
    Şiələrin bu barədə olan suallarına cavab verən məktublar göndərən İmam Əliyyən-Nəqi (əleyhissəlam) bu məzhəbdə olanları azğın və kafir tanıtdırıb şiələri onlardan uzaq olmağa dəvət edirdi. O Həzrət, İbn Həsəkə və onun azğın fikirləri haqqında sual etmiş şiələrdən birinə belə yazır: "(Allahın lənətinə gəlmiş) İbn Həsəkə yalan deyir. Mən onu öz dostlarımdan hesab etmirəm, o nə danışır? Allah ona lənət etsin! And olsun Allaha ki, Allah-taala Məhəmmədi (səlləllahu əleyhi və alih) və eləcə də, ondan qabaqkı peyğəmbərləri ancaq təkallahlığa, namaz qılıb zəkat verməyə, həccə getməyə və camaata rəhbərlik etməyə göndərmişdir. Məhəmməd (səlləllahu əleyhi və alih) camaatı yalnız şəriksiz olan tək Allaha etiqad bəsləməyə dəvət etmişdir. Biz də onun canişini olub Allahın bəndələriyik və Allaha şərik qoşmuruq. Əgər Ona itaət etsək, Onun mərhəmətinə nail olacağıq, ancaq Onun əmrlərindən çıxsaq, onda Onun əzabına düçar olacağıq. Bizim yox, əksinə, Allahın bizim və bütün məxluqatın boynunda haqqı və hüccəti var. Mən bu cür sözlər deyən şəxsə (İbn Həsəkəyə) nifrət edir və bu cür sözlərdən Allaha pənah aparıram! Siz də onlardan uzaq olun, onları çətinliklərə, təzyiqlərə məruz qoyun və onların biri əlinizə düşəndə, daşla vurub başını yarın.”(İtxiyari-mərifətir-rical, səh.519.)
    Həmçinin, İmam Əliyyən-Nəqi (əleyhissəlam) Übeydiyə yazdığı məktubda Fəhri və İbn Babaya nifrət etdiyini bildirmiş və onlar barədə belə yazmışdır: "Mən (Məhəmməd ibn Nüseyr) Fəhri və Həsən ibn Məhəmməd ibn Baba Qummiyə nifrət edirəm! Səni və bütün şiələrini də onun fitnə-fəsadından uzaq olmağa çağırır, onlara lənət edirəm! Bu iki nəfər camaatın malını bizim adımızla yeyir və fitnə-fəsad törədib camaata mane olurlar. Allah onlara bəla verib müsibətə düçar etsin!
    İbn Baba belə güman edir ki, guya mən onu Peyğəmbər seçmişəm və o, camaatla mənim aramda bir vasitədir. Allah ona lənət etsin! Şeytan onu yoldan çıxarıb. Bacarsan, onun başını daşla yar. O, məni əziyyətə salıb. Allah onu dünya və Axirətdə əzaba salsın!”(İxtiyari-mərifətir-rical, səh.520.)
    Qulatların rəhbərlərindən biri olduğunu dediyimiz Faris ibn Hatəm də İmam Əliyyən-Nəqi (əleyhissəlam) tərəfindən lənətlənmiş, onunla Əli ibn Cəfər( 
    Əli ibn Cəfər İmam Əliyyən-Nəqi əleyhissəlamın ən əsas nümayəndələrindən biri olmuşdur.
     arasında yaranmış ixtilafda İmam (əleyhissəlam) onu təkzib edərək Əli ibn Cəfəri haqlı hesab etmişdir. Farisin azğınçılıq və fitnə-fəsadı o dərəcəyə çatmışdı ki, İmam onun öldürülməsi barədə hökm vermiş və onun qatilini Cənnətlə müjdələyərək yazmışdır: "Faris mənim adımdan istifadə edib camaatı aldadır, onları dində bidətə çağırır. Onun qanı halaldır (öldürənə günah yoxdur). Onu öldürməklə kim məni rahat edər? Mən isə bunun müqabilində ona Cənnəti müjdə verirəm.” İmamın dostlarından olan Cüneyd adlı şəxs İmamın əmrini yerinə yetirərək onu öldürməklə İslam cəmiyyətini onun şərrindən xilas etdi.(İxtiyari-mərifətir-rical, səh.524.)
    Quranın məxluq olması fitnəsi
    İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə haqqında möhkəm söz-söhbət gedən, elmi məclislərdə hökm sürən əqidəvi məsələlərdən biri də Quranın məxluq olub-olmaması məsələsi haqqında mübahisə olmuşdur. Yalnız ağıla arxalanan və bütün əqidəvi məsələlərdə ağıla həddən artıq müraciət edən mötəzilə məzhəbindən olanlar Quranın məxluq olması(Bu, o deməkdir ki, guya Quran Peyğəmbərə (səlləllahu əleyhi və alih) Allah tərəfindən nazil olmamış və yalnız sonradan meydana çıxmışdır) məsələsini Allahın sifətləri ilə əlaqələndirib əşairə məzhəbinin irəli sürdüyü "Quranın əzəli olması” (məxluq olmaması) nəzəriyyəsinə qarşı çıxış edirlər. Beləliklə də, bu iki dəstə arasında mübahisə başlayır. Tədqiqatçıların dediyinə görə Quranın məxluq olması haqqında söz-söhbət Bəni-Üməyyə hakimiyyətinin sonlarında (hicrətin ikinci əsrinin əvvəllərində) meydana çıxmışdır.(Əl-kamilu fit-tarix, c. 7, səh. 75) Bu barədə ilk dəfə İslami məclislərdə söhbət açmış şəxs sonuncu Əməvi xəlifəsi Mərvan ibn Məhəmmədin müəllimi Cəd ibn Dirhəm olmuşdur. O, bu məsələni Əban ibn Səmandan, Əban isə Talut ibn Əsəm adlı yəhudi bir şəxsdən öyrənmişdir. Cəd bu fikri irəli sürdükdən sonra təqib edilmiş və bunun nəticəsində Kufəyə qaçaraq bu nəzəriyyəni Cəhm ibn Səfvan Tirmiziyə öyrətmişdir. Bəziləri belə fikirləşirlər ki, Quranın əzəli və qeyri-məxluq olması fikri İslam cəmiyyətinə məsihiyyətdən keçmişdir. Çünki onlar (məsihilər) Həzrət Məsihi (İsa əleyhissəlamı) "Allah kəlməsi” bilir, nəticədə onların fikrincə bu "Allah kəlməsi” əzəli hesab olunur. Bu məsələni Məmunun Bağdad hakimi İshaq ibn İbrahimə yazdığı məktub da təsdiq edir. Məktubda Məmun əşairə məzhəbini (Quranı əzəli hesab edənləri) Quran barədə eynilə məsihilərin İsa (əleyhissəlam) barədə dedikləri sözləri demələrində töhmətləndirmişdi. Harunun hakimiyyəti dövründə isə deyilənlərə görə yəhudi Bişr Mərisi bu məsələni davam etdirmiş və qırx il Quranın məxluq olması fikrini təbliğ etmişdir. Harunun onun sözlərini eşitməsini və onu ölümlə hədələməsini bildikdə, qaçıb aradan çıxmışdır. İki məzhəb arasında bu mübahisənin davam etdiyi bir halda Məmun da məsələyə qoşularaq ixtilafı daha da gücləndirdi. O, alim, fəlsəfə, fiqh, ərəb ədəbiyyatından xəbərdar və elmi mübahisə tərəfdarı olduğundan, gənc yaşlarında ikən mötəzilə məzhəbinə üz tutmuş və Quranın məxluq olması fikrini müdafiə etmişdir. Fəqih və alimlər onun gələcəkdə xəlifə olub bu fikri təbliğ edəcəyindən bərk narahat idilər. Hətta Füzeyl ibn Əyaz aşkar şəkildə deyirdi ki, mən Məmunun xəlifəlik şərrindən uzaq olum deyə, Haruna Allahdan uzun ömür diləyirəm.(İslam mədəniyyətinin tarixi, c.3, səh.214.)
    Onların ehtimalı tamamilə doğru idi. Məmun hakimiyyətə gəldikdən sonra rəsmi surətdə mötəzilə məzhəbini və bunun da nəticəsi olaraq Quranın məxluq olması fikrini himayə etməyə başlayaraq mötəzilə məzhəbini rəsmi məzhəb elan edir. Bu məzhəbin əleyhinə olanlara qarşı isə ciddi tədbir görməyə başlayır. Bu məzhəbin sünnə əhli olan müxalifləri ona qarşı ciddi mübarizəyə qalxdığı üçün böhran kulminasiya mərhələsinə çatır və bu məsələ öz elmiliyindən kənara çıxaraq böyük cəncəl və siyasi bir məsələyə çevrilir. Artıq hər yerdə, hətta savadsız kütlələr arasında da bu məsələ barədə söz-söhbət başlayır və əsas diqqət mərkəzinə çevrilir.
    Məmun hicrətin iki yüz on səkkizinci ilində Bağdad hakimi İshaq ibn İbrahimə məktub yazaraq əmr edir ki, bütün hakimlər çağırılıb yoxlanılmalıdır. Quranın məxluq olması fikrində olanlar öz işlərində saxlanılmalı, bu fikirdə olmayanlar isə vəzifəsindən azad edilməlidir.(Əl-Kamilu fit-tarix, c.6, səh.423.)Əslində bir növ əqidə təftişi sayılan bu hərəkət tarixdə "Quran yoxlanışı” kimi tanınmışdır.
    Məmunu (eləcə də, ondan sonra ardıcıl olaraq xəlifə olmuş Mötəsim və Vasiqi) bu işə cəlb edən şəxs sarayın məşhur qazısı İbn Əbu Duad olmuşdur. O, baş qazı Yəhya ibn Əksəm vəzifəsindən azad edildikdən sonra sarayın baş qazısı vəzifəsinə təyin edilmişdi. Onun elmi məqamı hər tərəfə səs salmış və Abbasilər sarayındakı nüfuzuna, mərhəmət və səxavətinə görə Bərməkilər nəsli ilə müqayisə olunurdu. "Quranın yoxlanılması” məsələsində onun böyük rolu olmuş, bəzilərinin dediyinə görə hətta bu nəzəriyyənin banisi məhz o olmuşdur. (Əlbəttə, bu heç də belə deyil.)
    Abbasi hökumətinin müxaliflərə qarşı təzyiqi o dərəcəyə çatır ki, artıq bu fikrə qarşı çıxanlar döyülərək həbs edilirdi. Öz əqidəsindən dönməyən Əhməd ibn Hənbələ şallaq vurdurulur.(Mürucuz-zəhəb, c.3, səh.464.) Vasiqin hakimiyyəti zamanı Əhməd ibn Nəsr Xəzai qətlə yetirilir, Şafeinin şagirdi Yusif ibn Yəhya Büreyti ciddi təzyiqlərə məruz qalaraq Misir zindanında həlak olur.
    Görkəmli tarixçi Yəqubi bu barədə maraqlı bir əhvalat qeyd etmişdir. O yazır: "Roma imperatoru Abbasi xəlifəsi Vasiqə məktub yazaraq bildirir ki, çoxlu sayda müsəlman əsir tutmuşam. Əgər xəlifə onları azad etmək üçün fidyə verərsə, mən onları buraxmağa hazıram. Vasiq bu təklifi qəbul edib sərhədə bir neçə nümayəndə göndərir. Xəlifənin nümayəndələri əsirləri bir-bir təhvil alaraq onlardan Quranın məxluq olub-olmaması barədə fikirlərini soruşurdular. Müsbət cavab verənləri azad edib onlara pul və geyim verirdilər. (Müsbət cavab verməyənləri isə azad etmirdilər).”(Tarixi-Yəqubi, c.3, səh.215.)
    Bu kimi təzyiqlər camaatda Mötəzilə məzhəbinə qarşı nifrət hissi yaradırdı. Buna görə də, Mütəvəkkil hakimiyyətə gəldikdən sonra hədis yolunu tutub Quranın yoxlanılmasına son qoyur. Ancaq bu məsələ elə bu tezlikdə yaddaşlardan silinmir və bir müddət İslam cəmiyyəti arasında öz mövqeyini qoruyub saxlayır.(Tarixül-xüləfa, səh. 306–312.)
    İmam Əliyyən-Nəqi əleyhissəlamın mövqeyi
    Əsl İslami əqidəyə rəhbərlik edən məsum İmamlar bu cür fikri mübahisələr qarşısında sükut etməyib bu kimi azğın fikirlərin üstündən qırmızı xətt çəkərək həqiqəti olduğu kimi təyin edir, öz həqiqi və hidayətedici əqidəsini bəyan etməklə müsəlmanları bu cür boş və faydasız mübahisələrdən uzaq olmağa çağırırdılar. Rəyyan ibn Silət İmam Riza əleyhissəlama deyir: "Quran barədə sizin fikriniz nədir?” O Həzrət buyurur: "Quran Allah kəlamıdır, vəssəlam. Bu barədə bundan artıq bəhs etməyin, yoxsa yolunuzu azarsınız!”
    İmam Əliyyən-Nəqi əleyhissəlamın bu barədə buyurduğu ifadə daha geniş və aydın məfhuma malikdir. O Həzrət Bağdad şiələrindən birinin sualına cavab olaraq yazır: "Bismillahir-rəhmanir-rəhim. Allah bizi və səni bu fitnəyə düçar olmaqdan qorusun! Belə olarsa, onda O, (Allah) bizə ən böyük nemət bəxş etmiş olar. Əks təqdirdə azğınlaşıb həlak olarıq. Bizim fikrimizcə Quran barədə (onun məxluq, yoxsa əzəli olması barədə) sual etmək bir bidətdir. Bu günahda həm sual verən, həm də cavab verən şərikdir. Çünki sual verən səlahiyyəti çatmadığı bir şey haqqında soruşur, cavab verən isə heç özünün başa düşmədiyi əbəs bir şey haqqında düşünür.
    Yaradan məhz Allahdır və Ondan başqa hamı məxluqdur (yaranmışdır). Quran da Allah kəlamıdır. Özündən onun üçün başqa bir ad çıxarma, yoxsa yolunu azarsan. Allah bizi və səni "O kəslərdən ötrü ki, onlar öz Rəbbindən Onu görmədikləri halda qorxar və Qiyamətdən lərzəyə gələrlər” ("Ənbiya” surəsi, ayə 49.) - deyə buyurduğu şəxslərin sırasına qatsın.”
    İmamların belə bir mövqedə durması şiələrin bu cür boş və mənasız mübahisələrdən uzaq olub bidətə və azğınçılığa düşməməsinə səbəb olur.( 
    İmam Sadiq (ə)-ın Əməşə buyurduğu hədis bu mövzu ilə münasibdir: "Quran Allahın kəlamıdır, nə xaliqdir, nə də məxluq (Xisal, c. 2, səh. 609; Bihar, c. 10, səh. 228).  
    )
    İmam Əliyyən-Nəqi əleyhissəlamın şagirdləri
    İmam Əliyyən-Nəqi əleyhissəlamın dövrünün çox sıxıcı və pis dövrə təsadüf etməsinə, o Həzrətin maarif təbliğ etməsi üçün geniş şəkildə azad olmamasına və o Həzrətin yaşadığı dövrün İmam Baqir (əleyhissəlam), xüsüsən də, İmam Sadiq əleyhissəlamın dövrü ilə müqayisədə böyük təfavütə malik olmasına baxmayaraq, o Həzrət, belə bir pis şəraitdə İslam maarif və mədəniyyətini elmi müzakirə və bəhslər, məktublar, müşkülatı həll etmək, suallara cavab vermək və azğın məzhəblər qarşısında düzgün fikri aşkar etməklə yanaşı, bir sıra şiə rəvayətçi, alim və ziyalılar yetişdirərək onlara İslam maarifini öyrətmişdir. Onlar da öz növbəsində bu böyük maarif mirasını sonrakı nəsillərə ötürmüşlər. İslam dünyasının tanınmış alimi Şeyx Tusi o Həzrətin müxtəlif İslami elmlər sahəsindəki şagirdlərinin sayının yüz səksən beş nəfər olduğunu qeyd etmişdir.(Ricali-Tusi, səh. 409–429.)Bu şagirdlər arasında Fəzl ibn Şazan, Hüseyn ibn Səid Əhvazi, Əyyub ibn Nuh, Əbu Əli (Həsən ibn Əli), Həsən ibn Əli Nasir Kəbir, Əbdüləzim Həsəni və Osman ibn Səid Əhvazi kimi parlaq elmi və mənəvi simalar olmuşdur. Bunlardan bəziləri müxtəlif İslami elmlər sahəsində bir sıra əsərlər yazmış, onların yazdığı əsərlər, göstərdiyi xidmətlər tarix səhifələrində qeydə alınmışdır.
    İmam Əliyyən-Nəqi əleyhissəlamın şəhadəti
    İmam Əliyyən-Nəqi əleyhissəlamın Samirra şəhərində ciddi nəzarət altında olmasına baxmayaraq, çətinliklər nəticəsində bir an olsun belə, zalımlarla saziş etmir. Məlum məsələdir ki, İmamın İlahi bir şəxsiyyət olması, onun ictimai mövqeyi və eləcə də, xəlifələrlə həmkarlıq etməyib onlara qarşı apardığı mənfi mübarizə o dövrün hökuməti üçün təhlükəli olub dözüləsi deyildi. Onlar daima bu məsələdən narahat idilər. Axırda yeganə çıxış yolunu Allah nurunu söndürməkdə görüb İmam Əliyyən-Nəqi əleyhissəlamı öldürmək fikrinə düşdülər. Beləliklə, o Həzrət də özündən qabaqkı İmamlar kimi təbii ölümlə deyil, xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək(Nurul-əbsar, səh.166.) hicrətin iki yüz əlli dördüncü ili rəcəb ayında şəhid olur və Samirra şəhərində öz evində dəfn edilir.(Əl-İrşad. səh.334)
    Category: İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 308 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019