İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Hüseyn əleyhissalamın həyatı

    İmam Hüseyn əleyhissalamın həyatı
    2012-06-28, 8:28 AM

    İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI

    * Müaviyənin dövründə qiyamın maneələri

    * İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə mübarizələri

    * Aşura inqilabının səbəbləri və mahiyyəti

    * Xanım Zeynəb (səlamullahi əleyha) ibn Ziyad sarayında

    * İmam Səccad əleyhissəlamın Şam məscidində buyurduğu xütbə

    * Aşura inqilabının nəticə və sonucları

    İmam Hüseyn əleyhissəlamın həyatı barədə qısa mə’lumat

    Üçüncü mə’sum İmamımız Həzrət Hüseyn (əleyhissəlam) hicrətin dördüncü ili Şə’ban ayının üçü (ya dördü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli (əleyhissəlam) və Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) ikinci övladı idi.

    Hüseyn ibn Əli (əleyhissəlam) öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.[1]
    İmam Hüseyn əleyhissəlamın həyat mərhələləri

    Hüseyn ibn Əli (əleyhissəlam) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında keçirmişdir. Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra otuz il atası Əli əleyhissəlamla birgə yaşamış və Əli əleyhissəlamın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli əleyhissəlamın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli əleyhissəlamla çiyin-çiyinə çalışmışdır. İmam Həsən əleyhissəlamın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn əleyhissəlamın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin altımış birinci ili məhərrəm ayının onunda Kərbəla çölündə şəhid olmuşdur.

    İmam Hüseyn əleyhissəlamın həyat mərhələlərinin sonuncusu, yə’ni, o Həzrətin İmamət dövrü onun həyatının ən əsas hissəsi hesab olunur. Elə bu kitabda da, əsasən, bu hissədən söhbət edəcəyik.
    Hüseyn ibn Əli əleyhissəlamın İmamətdən qabaqkı mübarizələri

    Hüsyen ibn Əli (əleyhissəlam) gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (əleyhissəlam) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki, Ömər minbərdə oturmuşdur. Bunu görcək, tez minbərin başına qalxıb Ömərə dedi: «Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur.» Ömər özünü itirmiş halda dedi: «Mənim atamın minbəri olmayıb.» Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra İmam Hüseyn əleyhissəlamı öz evinə aparıb ondan soruşdu: «Bu sözü sənə kim öyrədib?» İmam Hüseyn (əleyhissəlam): «Heç kim» –deyə cavab verdi.
    İmam Hüseyn (əleyhissəlam) Cəməl və Siffeyn döyüşlərində


    İmam Hüseyn (əleyhissəlam) atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.[2]

    Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseyn əleyhissəlamın öhdəsində idi.[3] Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır.[4] Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn (əleyhissəlam) Əli (əleyhissəlam) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.[5]

    İmam Hüseyn (əleyhissəlam) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsən əleyhissəlamla birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında İmam Hüseyn (əleyhissəlam) İmam Həsən əleyhissəlamla çiyin-çiyinə olmuşdur. Müaviyə İmam Həsən əleyhissəlama sülh təklif etdikdə, İmam Həsən (əleyhissəlam) İmam Hüseyn (əleyhissəlam) və Abdullah ibn Cə’fəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi.[6] Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.[7]


    İmam Hüseyn əleyhissəlamın İmaməti dövründəki siyasi-ictimai vəziyyət

    Səqifədən[8] başlayaraq İslamın əsl yolundan, həqiqi xəttindən uzaqlaşmağa başlayan və Osmanın hakimiyyəti dövründə öz yolunu İslamdan uzaqlaşdıran hakimiyyət İmam Hüseyn əleyhissəlamın dövründə artıq həddini aşıb daşmışdı.

    O dövrlərdə Müaviyə ikinci və üçüncü xəlifə tərəfindən Şama vali seçilmişdi. Müaviyə vali olduğu bu müddətdə öz mövqeyini daha da möhkəmlətmiş və İslam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ keçirmişdi. Beləliklə də, o, İslamın qatı düşməni olan Əməvilər sülaləsini müsəlmanların başı üstündə rəhbər etmiş və Ziyad Əmr ibn As, Səmürə ibn Cündüb kimi zalım şəxslərin köməyi ilə zor gücünə hökumət təşkil verərək İslamı alt-üst etmişdi. Müaviyə bir tərəfdən həqiqi müsəlmanlara qarşı siyasi və iqtisadi çətinlik siyasətini yeridərək, qırğın, qətl, əzab-əziyyət, onları aclıqda saxlamaqla hər hansı bir müxalifət hərəkatının qarşısını alır, digər tərəfdən də millət və qəbilələrarası rəqabəti ortaya ataraq qəbilələri bir-birinin canına salırdı. Onun hökumətinə bir təhlükə yetişməsin deyə, bu yolla onların gücünü zəiflədirdi. Başqa bir tərəfdən isə onun hökuməti üçün işləyən nökər və muzdurların vasitəsilə yalançı hədislər söyləmək, Qur’anı öz xeyrinə təfsir etməklə camaatın hökumətin əleyhinə yönəlmiş fikrini dağıdır və öz hökumətinə şər’i və İslami ad verirdi. İslamın tam ziddinə olan bu siyasət həmçinin, Müaviyənin siyasəti ilə əqidə cəhətdən üst-üstə düşən «Murciə» və «Cəbriyyə» kimi batil firqələrin yayılmasına şərait yaratmaq cəmiyyətdə pis və acınacaqlı tə’sirlər yaradaraq cəmiyyəti zillətlə dolu olan bir sükut (mə’nəvi ölüm) meydanına çıxartdı. Bu acınacaqlı siyasət nəticəsində İslam cəmiyyətinin əsl mahiyyəti itib batdı və İslami dəyərlər bir-birinə dəydi. Belə ki, müsəlmanların İslamın onlara din adı ilə rəhbərlik edən zalım xəlifələri dəstəkləmək icazəsini vermədiyini bildikləri halda, yenə də onlar qorxudan, xəbərsizlik və zəiflik ucbatından həmin xəlifələri dəstəkləyirdilər. Bu siyasət nəticəsində müsəlmanlar Qur’an məntiqi və Peyğəmbər (səlləllahu əleyhi və alih) tə’liminin əksinə olaraq qorxaq, zahirbaz və saziş qəbul edən şəxslərə çevrilmişdilər.

    Müsəlmanların həyatının bu mərhələsi tarixi azğınlığın bütün cəmiyyətə yayılması və cəmiyyəti özünə tərəf çəkməsi nümunələri ilə doludur.

    Müsəlmanların Osman və onun tərəfdarlarının yeritdiyi siyasətin müqabilindəki əks tədbirlərini Müaviyənin tutduğu siyasətə qarşı seçdikləri yol ilə müqayisə etdikdə, bu şeytani siyasətin cəmiyyətdə yaranan acınacaqlı nəticələri açıq-aşkar göz qabağında durur. Çünki müsəlmanlar Osmanın siyasətinə qarşı ümumi qiyama qalxmaqla onun bu siyasətinə cavab verdilər. Bu qiyam İslam ölkəsinin böyük şəhərlərinə, yə’ni, Mədinə, Məkkə, Kufə, Bəsrə, Misir və digər şəhər və kəndlərə yayılmış və əhali qiyamda iştirak etmişdi. Ancaq Müaviyənin dövründə zülmün qat-qat artmasına, qətl və hədələmələrin sayının çoxalmasına, müsəlmanların öz hüquqlarından, gəlirlərindən açıq-aşkar məhrum olmalarına baxmayaraq, onun İslama zidd olan hökumətinə qarşı belə bir ümumi qiyam baş vermədi. Əksinə, camaat kor-korana Müaviyəyə itaət edirdi. Düzdür, arabir Hicr ibn Ədiyy, Əmr ibn Həmiqi Xüzai və bu kimi şəxslərin pərakəndə e’tirazları olurdu. Bu da göstərir ki, camaat Müaviyənin zülmü altında əl-qol atırdı. Ancaq pərakəndə olan bu e’tirazlar lazımi nəticəni vermir və ümumxalq hərəkatına çevrilmirdi. Buna görə də, bu e’tirazların qarşısı tezliklə alınırdı. Çünki dövrün hökuməti qiyam başçılarını öldürür, məntəqədəki hərəkatı boğur, camaat isə heç bir əks tədbir göstərə bilmirdi.


    Müaviyə dövründə qiyamın maneələri


    Müaviyənin qüdrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə bir çox şeyləri nəzərə almaqla, o vaxtda qiyam etməyə nə imkan var idi, nə də qiyamın bir faydası olacaqdı. Aşağıdakı iki səbəbi Müaviyənin dövründə İmam Hüseyn əleyhissəlamın inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar.
    1. İmam Həsən əleyhissəlamin Müaviyə ilə sülh müqaviləsi

    Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi, Müaviyə İmam Həsən əleyhissəlamın onunla bağladığı və İmam Hüseyn əleyhissəlamın da təsdiqlədiyi sülh müqaviləsini bəhanə gətirib İmam Hüseyn əleyhissəlamı sülh müqaviləsini pozmaqda ittihamlandıracaqdı. Çünki hamı bilirdi ki, İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn (əleyhissəlam) nə qədər ki, Müaviyə sağdır, onun hökuməti qarşısında sükut edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına söz veriblər. Əgər belə bir vaxtda İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi, Müaviyə İmamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Düzdür, İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu müqavilə azad, könüllü və ixtiyari şəkildə deyil, məcburiyyət qarşısında və danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə idi. Bundan əlavə, artıq Müaviyənin özü müqaviləni pozmuş və daha müqavilənin şərtlərinə riayət etmirdi. Deməli, belə bir müqaviləyə (baxmayaraq ki, əslində düzgün müqavilədir) İmam Hüseyn (əleyhissəlam) əhəmiyyət verməzdi. Çünki Müaviyə özü onu pozmuş və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi, Müaviyə onunla İmam Hüseyn əleyhissəlamın qiyamına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də baxmalıyıq ki, görək camaatın İmam Hüseyn əleyhissəlamın qiyamı barədə fikri necədir?

    Mə’lumdur ki, İmam Hüseyn əleyhissəlamın dövründəki camaatda qiyam həvəsi yox idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Salamatçılıq ardınca olan bu camaatın beynində təbii ki, İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub), indi də ona əməl etməlidir fikirləri dolanırdı. Deməli, belə bir vaxtda əgər İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi, Müaviyə onun qiyamını qeyri-qanuni və sülh müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki, o dövrün camaatında qiyam həvəsi olmadığına görə onlar da Müaviyənin sözlərini təsdiqləyəcəkdilər.
    2. Müaviyənin dini jesti

    İmam Hüseyn əleyhissəlamın Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi ki, camaatın qəlbində əbədi qalmışdır. Müşahidə etdiyimiz kimi üstündən neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri üçün örnək, nümunə qərar verərək fədakarlıq, qəhrəmanlıq meydanlarında onlardan ilham alırlar. Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi, çox ehtimal ki, onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Müaviyənin nüfuzu, hoqqabazlığı, hiyləsi və dini jestində və onun müşkülatı həll etməkdə seçdiyi xüsusi yolda axtarmaq lazımdır. Düzdür, Müaviyə hökumətində İslamı tamamilə təhrif etmiş, Bəni–Üməyyəni İslamın sadə hökumətinin əvəzinə hökumətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Ancaq o, bunu da yaxşı bilirdi ki, camaata İslam adı altında rəhbərlik etdiyi üçün dinə zidd olan işlər görməməlidir. Əksinə o, həmişə çalışırdı ki, öz işlərinə dini ad qoysun. Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şər’i görülməsi mümkün olmayan işləri isə gizlində görürdü. Bə’zi tarixi sənədlər göstərir ki, Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki, özü elə də əməlli və düzgün adam olmayan Müğeyrə ibn Şü’bə Müaviyənin xüsusi məclislərində onun özündən eşitdiyi sözlər barədə fikirləşərək narahat olub deyirdi: «Müaviyə camaat arasında ən pis adamdır.» Ancaq bununla belə, Müaviyənin dinin bə’zi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaat üçün çox çətin olmuşdu. Müaviyə öz hökumətini dini hökumət kimi göstərmək üçün vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O, bir tərəfdən Osmanın qisasını bəhanə edir, digər tərəfdən də, Əbu Musa Əş’əri ilə Əmr ibn As arasında gedən danışıqlardan, İmam Həsən əleyhissəlamla sülh bağladıqdan və camaatın onunla bey’ət etməsindən sonra özünü camaatın gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər İmam Hüseyn (əleyhissəlam) onun dövründə qiyam etsəydi, Müaviyə asanlıqla İmam əleyhissəlamın qiyamını haqqın batilə qarşı qiyamı kimi yox, hökumət və vəzifə üstündə siyasi mübarizə kimi qələmə verəcəkdi.
    Category: İmam Hüseyn əleyhissalamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 1146 | Downloads: 0 | Rating: 5.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024