İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » İmam Hüseyn əleyhissalamın həyatı

    İmam Hüseyn əleyhissalamın həyatı
    2012-06-28, 8:12 AM

    Əsirlərin səfər sovqatı

    Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox yaxşı şəkildə aydın olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər. Həmçinin, Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki, onlar Mədinəyə qayıdanda öz borcunu lazımıncasına yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.

    İndi Kərbəla inqilabının təbliğinin göstərdiyi fəaliyyət və risalətin nə dərəcədə böyük olduğunu tam şəkildə başa düşmək üçün iki tarixi nümunəyə işarə edək.
    1. İmamət ailəsinin «Hirrə» faciəsində qorunması

    Lakin bu böyük faciədə İmam Zeynül-abidin (əleyhissəlam) və Bəni–Haşimdən olanların evi hər hansı bir zorrakılıqdan toxunulmaz qalmışdı. Məhz buna görə də, Mədinə şəhəri mühasirədə olan zaman onlarla müsəlman ailəsi o Həzrətin evinə gəlməklə təcavüzdən qorunmuşdu. Təbəri yazır:

    Yezid Müslim ibn Üqbəni Mədinəyə göndərəndə, ona dedi: «Əli ibn Hüseynin (İmam Zeynül-abidin əleyhissəlamın) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!»[48]

    Şeyx Müfid yazır: «Müslim ibn Üqbə Mədinəyə daxil olduqda İmam Zeynül-abidin əleyhissəlamı yanına də’vət etdi. İmam Zeynül-abidin (əleyhissəlam) gəldikdə, Müslim ona çox hörmət edib yanında əyləşdirdi və dedi: «Əmirəl-mö’minin (Yezid) mənə tapşırıb ki, sənə yaxşılıq edəm və səni başqalarından fərqləndirəm.» İmam Zeynül-abidin (əleyhissəlam) ona öz təşəkkürünü bildirdi. Sonra Müslim ətrafında olanlara dedi: «Mənim qatırımı onun üçün yəhərləyin.» Sonra isə İmam Zeynül-Abidin əleyhissəlama dedi: «Ailənin yanına qayıt. Bəlkə də, biz onları qorxutduq və səni bura gəlməyinlə zəhmətə saldıq. Əgər bizim ixtiyarımızda bir şey olsaydı, sənə əta edərdik. Həqiqətən sən buna layiqsən.»[49]

    Dördüncü İmamın həyatından bəhs edərkən deyəcəyimiz səbəblərə görə şübhə yoxdur ki, Müslimin İmamla yaxşı rəftar etməsinin əsas səbəblərindən biri bu idi ki, İmam Zeynül-abidin (əleyhissəlam) qiyamın əvvəlindən kənara çəkildi və qiyamçılarla əlbir olmadı. Ancaq bu da mə’lumdur ki, İmam Hüseyn əleyhissəlamın şəhadəti Yezidə baha başa gəlmişdi və hələ o, törətdiyi bu böyük cinayətə görə ümumi camaatın fikir təzyiqinə mə’ruz qalmışdı. Buna görə də, Yezid İmamət ailəsinə yenidən əziyyət verməklə öz adını daha da pisləşdirmək istəmirdi.
    2. Əbdülməlik ibn Mərvanın Həccaca əmri

    Yə’qubi yazır:

    «Əbdülməlik ibn Mərvan Hicaza vali tə’yin etdiyi Həccaca yazır: «Məni Əbu Talibin balalarının qanına bulaşdırma. Çünki mən özüm gördüm ki, Əbu Süfyanın ailəsi onlarla mübarizə apardı, axırda özləri məhv oldu.»[50]

    Əbdülməlik ibn Mərvanın Bəni–Üməyyənin siyasətçi və fərasətli[51] bir xəlifəsi olduğunu bildiyimiz halda və onun Kərbəla hadisəsindən beş il sonra hakimiyyət başına gəldiyini nəzərə aldıqda, bu e’tirafın hansı dəyərə malik olduğunu hiss edirik. Bu əmr göstərir ki, Əbu Süfyanın ailəsi Əbu Talibin ailəsinə qarşı göstərdikləri bu qədər təcavüz və zorakılıqlara baxmayaraq, onlar yenə də öz çirkin məqsədlərinə nail ola bilmədilər. Onlara qalan isə təkcə üzüqaralıq və lə’nət oldu.


    Əməvilərin ideoloji təbliğatı

    Bəşəriyyət aləmində zalım və mürtəce hökumətlər nə qədər güclü olsalar da, yenə onlara dayaq olan ideologiyaya ehtiyac duyurlar. Yə’ni, onların yaratdıqları ideologiya iqtisadi–siyasi durumlarına arxa olur. Başqa sözlə desək, zalım hökumətlər nizami qüvvədən əlavə camaatı asanlıqla özlərinə tabe etmək üçün güclü ideologiyaya da malik olmalıdırlar. Əgər xalq sağlam fikirli olub hökuməti qeyri-qanuni hökumət bilərsə, heç vaxt onun hakimiyyətini qəbul etməz. Bu baxımdan belə hökumətlərin ideologiyaya olan ehtiyacı daha aydın şəkildə büruzə çıxır. Əlbəttə, ideologiya cəmiyyətlərin fərqli olmasına görə müxtəlif şəkillərdə ola bilər. Zalım və İslama zidd olan Bəni–Üməyyə hökumətinin də təbii ki, belə bir ideologiyaya ehtiyacı var idi. Ölkədə İslam cəmiyyəti hakim olduğundan onlar da öz cinayətlərinin üstünü şər’i bəhanələrlə ört-basdır etməyə və xalqın fikrini məzhəbi təbliğatla qarışdırmağa məcbur idilər. Belə deyildi ki, Bəni-Üməyyə xalqın hökm və rə’yinə qarşı e’tinasızlıq etsin və özlərinin cinayətlərinə qarşı xalqda oyanan fikirlərə məhəl qoymasınlar. Xeyr, onlar camaatın fikrini qəflətdə saxlamaq üçün insanların hazırkı vəziyyətini ən yaxşı vəziyyət bilib bu vəziyyətin qorunub saxlanmasına görə bir sıra ideoloji təbliğatlara ehtiyac duyurdular.


    Cəbriyyə məzhəbinə meyl


    İnsanların fikrini yayındırıb onları ram etməyin yollarından biri də insanlar arasında iradə məcburiyyəti əqidəsini yaymaqdır. Ümumiyyətlə, zalım hökumətlər öz cinayətlərinə bəhanə gətirəndə iradə məcburiyyəti əqidəsinə meylli olurlar. Yə’ni, hər şeyi Allahın adına yozaraq, "bu Allahın işidir” –deyə öz cinayətlərini boyunlarından atırlar. Onlar "Allah məsləhət bilməsəydi, belə olmazdı və heç Allahın Özü işin bu cür olmasına şərait yaratmazdı” kimi ifadələrdən məharətlə istifadə edirlər. Məcburiyyətə meylliliyin məntiqi budur ki, nə ki var, elə o da olmalıdır və nə də ki, yoxdur, o da olmamalıdır.[52]

    Bəni–Üməyyə hakimiyyətinin ideoloji dayaqlarından biri iradə məcburiyyəti əqidəsi idi. Onlar camaat arasında cəbriyyə əqidəsini yayıb hər şeyi Allahın işi kimi qələmə verməklə camaatın ehtimal verilən hər hansı bir e’tirazını dəf etmək istəyirdilər. Əməvilər öz hakimiyyətlərini qoruyub saxlamaq və eləcə də xalqın qiyamının qarşısını almaq üçün Cəbriyyə firqəsini genişləndirir və onu himayə edirdilər. Bunun müqabilində isə onlar Qədəriyyə məzhəbinin yayılması təhlükəsi ilə üz-üzə gəlirdilər. Bu məzhəb insanı öz əməli qarşısında azad bilir və belə bir məntiq irəli sürür ki, insan hər hansı bir işi görürsə, öz iradəsi və istəyi ilə görür.[53] Əməllərində azad olduğu üçün də məs’uliyyət daşıyır. Çünki hər bir azadlıq məs’uliyyət tələb edir.

    Bu məzhəb müsəlmanların müxalifətçiliyindən qorxan Əməvilər üçün böyük təhlükə hesab olunurdu. Buna görə də, onlar Qədəriyyə məzhəbinin başçılarını təzyiqlərə mə’ruz qoyur, bu məzhəbin qarşısında duran Cəbriyyə məzhəbini isə himayə edirdilər. Səbəbi də bu idi ki, Cəbriyyə məzhəbi siyasi mübarizə meydanında Əməvilərin məqsədi ilə tam uyğun gəlirdi. Bu məzhəb camaata deyirdi: «Əməvilər və onların əməlləri nə qədər pis və haqdan uzaq olsa da, Allahın təqdiridir və heç cür bunu dəyişmək olmaz. Buna görə də, onlara qarşı müxalifətçiliyin heç bir əhəmiyyəti yoxdur.» Müaviyə öz çirkin əməllərini Allahın təqdiri, qəza-qədəri kimi adlandırmaq və bunların dəyişilməsinin heç cür mümkün olmadığını bildirmək üçün zahirdə özünü Cəbriyyə məzhəbinə mənsub edirdi. Bundan əlavə, Müaviyə İslam xəlifəsi olduğu üçün onun elədiyi günahlar onun məqamına heç bir zərər yetirmir və bu günahlar onunla müxalifət etməyə əsas vermirdi.

    Aydındır ki, Müaviyə kimi mühüm mənfəətləri güdən bir şəxs onun bu istəklərini ehtiva edən Cəbriyyə məzhəbindən qəflətdə qala bilməzdi. Müaviyə və Əməvilərin digər nümayəndələri yaxşı bilirdilər ki, onların hökuməti müsəlmanlar üçün dözülməzdir. Onlar yaxşı bilirdilər ki, bir sıra müsəlmanların gözündə onlar hiyləgər, yalançı, Peyğəmbər ailəsinin düşməni, günahsız və təqvalı insanların qatili kimi tanınmışlar. Bunu da yaxşı bilirdilər ki, camaatı onların əleyhinə qiyamdan saxlaya bilən yeganə məzhəb varsa, o da Cəbriyyə məzhəbidir. Bu elə bir məzhəbdir ki, camaata deyir: «Allah ilk gündən yazıb ki, bu sülalə hakimiyyətə gəlsin. Buna görə də, onların bütün əməlləri Allahın qəza-qədəridir.» Bu baxımdan bu cür fikirləri müsəlmanların zehnində yaymaq tamamilə Əməvilərin xeyrinə idi.[54]
    Category: İmam Hüseyn əleyhissalamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 727 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024