İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1824
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Tarix » İmam Hüseyn əleyhissalamın həyatı

    İmam Hüseyn əleyhissalamın həyatı
    2012-06-28, 8:06 AM
    Məstedici ədəbiyyat

    Bu fikirləri təsdiq etməkdən ötəri yuxarıda dediyimiz dini bəhanələrdən əlavə, şe’r variantından da istifadə olunurdu. Müaviyə müasirləri olan şairlərin fövqəl’adə nüfuzundan camaatın ümumi fikrində öz məqsədlərini həyata keçirmək üçün istifadə edirdi. Müaviyə və eləcə də ondan sonrakı digər Əməvi xəlifələri onların hökumətini tə’rifləyib Allahın istədiyi hökumət olduğunu bildirən şairlərin şe’rlərini şən əhval-ruhiyyə və son dərəcə Rizayətlə dinləyir və hətta onları heç bir imanlı şəxsin qiyam etmək fikrinə düşməməsi üçün şe’r deməyə məcbur edirdilər. Müaviyənin adamları belə göstəriş almışdılar ki, Müaviyənin xüsusi fikirlərini qəliblərə salıb avam camaatın arasında asanlıqla yaysınlar. İstər peyğəmbərin dilindən rəvayətlər söyləməklə, istərsə də şe’r deməklə.


    Xanım Zeynəb İbn Ziyadın sarayında

    Aşura hadisəsindən sonra Yezidin adamları yuxarıda dediyimiz variantdan istifadə edərək təbliğə başlayıb Yezidin qələbəsini Allahın istəyi kimi qələmə verirdilər.

    Übeydullah ibn Ziyad İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra camaatı Kufənin Cami məscidinə yığıb öz işlərinə məzhəbi don geydirdirərək dedi: «Həmd olsun o Allaha ki, haqqa qələbə qazandırdı, Əmirəl-mö’mininə (Yezidə) və onun tərəfdarlarına kömək etdi və yalançı oğlu yalançını (İmam Hüseyn əleyhissəlamı) öldürdü.»[55] Buna cavab olaraq düşmənin təbliğ vasitəsindən xəbərdar olan İmam Zeynül-abidin (əleyhissəlam) və xanım Zeynəb (səlamullahi əleyha) Bəni-Üməyyənin bu fikir dayağını hədəfə olaraq öz əsaslı və mətanətli sözləri ilə ona cavab verərək Yezid və onun davamçılarının öz əməlləri qarşısında məs’uliyyət daşımalarını bildirdilər. Bir-birinin ziddinə olan iki təfəkkür tərzinin toqquşmasının nümunələrindən biri Əhli-beyt qadın və uşaqlarının Übeydullah ibn Ziyadın sarayına daxil olduğu zaman olmuşdur.

    Həmən gün ibn Ziyad sarayda ümumi görüş e’lan etmiş və əmr etmişdi ki, İmam Hüseyn əleyhissəlamın kəsilmiş başını onun qarşısında qoysunlar. Sonra əsirləri saraya daxil etdilər. Xanım Zeynəb (səlamullahi əleyha) ən dəyərsiz paltarlarını geymiş və onun dövrəsini əhatə etmiş qadınlar və kənizlər arasında namə’lum şəkildə içəriyə daxil oldu və heç kəsə e’tina etmədən bir güncdə əyləşdi. Übeydullahın gözü ona sataşdıqda, soruşdu: «Özünü kənara çəkmiş və digər qadınlar onun dövrəsinə toplaşmış bu qadın kimdir?» Xanım Zeynəb (səlamullahi əleyha) cavab vermədi. Übeydullah sualını bir daha təkrar etdi. Kənizlərdən biri dedi: «O, Peyğəmbər qızı Fatimənin (səlamullahi əleyha) qızı Zeynəbdir.» Übeydullah üzünü Zeynəbə (səlamullahi əleyha) tutub dedi: «Həmd olsun o Allaha ki, sizin ailənizi rüsvay edib qırdı və göstərdi ki, sizin dediyiniz, yalandan başqa bir şey deyil.»

    Xanım Zeynəb (səlamullahi əleyha) cavab verdi: «Həmd olsun o Allaha ki, bizi (bizim ailədən çıxmış) Peyğəmbərin vasitəsilə əzizlədi və çirkinliklərdən uzaq etdi. Fasiqdən başqa heç kəs rüsvay olmaz, pis adamdan başqa heç kəs yalan deməz. Şükürlər olsun ki, pis adam biz deyilik, başqalarıdır. (Yə’ni, siz və dəstənizdir.)»[56]

    İbn Ziyad: "Gördün, Allah ailənizin başına nə gətirdi?”

    Xanım Zeynəb: "Yaxşılıqdan başqa heç bir şey görmədim. Allah onların şəhadətini qabaqcadan müəyyənləşdirmişdi. Onlar da itaət edib öz Axirət mənzillərinə yollandılar. Tezliklə Allah səni və onları (Qiyamət günü) bir-birinizlə üzləşdirəcək, onlar səndən Allaha şikayət edib ədalət tələb edəcəklər. İndi fikirləş, gör o gün kim qalib gələcək? Anan sənin matəmində otursun, ey Mərcanənin oğlu!”

    İbn Ziyad (Xanım Zeynəbin açıq-aşkar və mətanətlə dediyi sözlərdən və onu pozğun nənəsi Mərcanənin adı ilə çağırmasından) bərk qəzəbləndi və pis qərar çıxarmaq istədi. Məclisdə olanlardan biri Əmr ibn Həris adlı bir şəxs dedi ki, ey hökmdar, bu bir qadındır və heç kim qadını sözlərinə görə cəzalandırmaz.

    İbn Ziyad yenə xanım Zeynəbə (səlamullahi əleyha) üz tutaraq dedi: "Allah boyunəyməyən qardaşının və qiyamçı ailənizin öldürülməsi ilə qəlbimə şəfa verdi”.

    Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Canıma and olsun, mənim (əzizimi, qardaşımı, ağamı) öldürdün, belimi qırdın və kökümü kəsdin, əgər sən bu işinlə şəfa tapırsansa, onda şəfa tapmısan.»

    Xanım Zeynəbin (səlamullahi əleyha) sözlərinin gözəlliyinin tə’sirindən qəzəblənən ibn Ziyad qəzəb və rişxəndlə dedi: «Bu da atası kimi sözdüzəldəndir. Canıma and olsun, atan da şair idi və qafiyə ilə (yerli-yerində) söz deyirdi.»

    Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: Qadının qafiyə ilə nə işi var? (İndi qafiyə vaxtı deyil ki?)[57]

    İbn Ziyad sübut eləmək istəyirdi ki, döyüş meydanında hansı tərəf zahirdə məğlub olubsa, o da rüsvay olmuşdur. Məğlub olan tərəf haqq olsaydı, qalib gələrdi.

    İbn Ziyadın haradan danışdığını çox yaxşı bilən xanım Zeynəb onun fikir dayağını söküb dağıtdı. O, bu sözləri ilə sübut etdi ki, şərəf və fəzilətin ölçüsü və əsası qüdrətdə yox, həqiqət axtarmaq və haqtələblikdədir. Xanım Zeynəb (səlamullahi əleyha) bildirdi ki, Allah yolunda şəhid olan şəxs rüsvay olmaz. Rüsvay o şəxs olar ki, zülm, haqsızlıq etsin və haqq yolundan çıxsın.

    Übeydullah ibn Ziyad belə güman edirdi ki, başı müsibətlər çəkmiş, əzizini itirmiş Zeynəb (səlamullahi əleyha) kiçik bir tə’nə ilə təslim olub göz yaşı tökəcək, ağlayıb-sıtqıyacaq. Lakin şirürəkli Zeynəb (səlamullahi əleyha) onun sözlərini ağzındaca dondurub onun qürurunu sındırdı.

    Doğrudan, bəşəriyyət tarixində hansı bir qadını tapmaq olar ki, onun yeddi (bu barədə tarixçilər müxtəlif versiyalar irəli sürmüşlər) qardaşını öldürsünlər, oğlunu şəhadətə yetirsinlər, on qardaşoğlu və əmioğlusunu qılıncdan keçirsinlər, sonra da özünü bütün bacıları və qardaşı uşaqları ilə birlikdə əsir alsınlar, belə bir vaxtda o, əsir ola-ola öz haqqını və eləcə də şəhid olanların haqqını müdafiə etsin? Özü də elə bir şəhərdə, elə bir binada ki, atasının hakimiyyət mərkəzi olmuş və atası təqribən hakimiyyətinin dörd ilini həmən binada keçirmişdi. Belə bir vəziyyətdə və bu cür narahatçılıqlarla nə təkcə başına gələnlərdən narazı deyil, hətta qətiyyətlə bildirir ki, biz öz meylimizə zidd olan heç bir iş görməmişik. Əgər bizim kişilərimiz şəhadətə yetişiblərsə, elə gəlişlərindən məqsədləri də bu olmuşdur. Əgər bundan başqa bir iş olsaydı, onda narahat olmağa dəyərdi. (Yə’ni, biz öz istəyimizə çatmışıq.) İndi ki onlar Allah qarşısındakı öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirib şəhadət zirvəsinə nail olublar, biz bu işin müqabilində Allah qarşısında şükürdən başqa hansı layiqli bir iş görə bilərik?[58]


    Xanım Zeynəbin (səlamullahi əleyha) Kufədə buyurduğu xütbə

    Bura Kufədir. Kufənin Dəməşqlə çox fərqi var. Kufə həmən şəhərdir ki, iyirmi il bundan qabaq (Aşura hadisəsindən qabaq) Həzrət Əli əleyhissəlamın hökumət mərkəzi olmuşdur. Bu şəhər şiələrin mərkəzi idi. Bir hissəsi iraqlılardan ibarət olan şəhərin əhalisi ədalətli İslam hökuməti qurulmasını, zalımların əlindən azad olmalarını istəyən Əhli-beyt tərəfdarıdır. Ancaq onlar bu cür ne’mətə çatmağa hələ hazır deyildilər. Bunlar həm maddi həyat, mal-dövlət və vəzifə, həm də zalımların əlindən azad olmaq istəyirdilər. Ancaq əgər bunlara azacıq təzyiq olunsa, yaxud mal-dövlətlərini təhlükədə görsələr, bütün arzularından və məqsədlərindən əl çəkərlər. Bunlar ikiüzlü adamlardırlar. Bir növ daxili ziddiyyətə malik olan şəxslərdirlər. Bir tərəfdən böyük həvəslə Peyğəmbər balasını öz şəhərlərinə də’vət edir, digər tərəfdən də təzyiqlərə mə’ruz qaldıqları üçün nə təkcə öz və’dlərini (də’vətlərini) unudur, üstəlik Peyğəmbər balasının qətlinə də hazırlaşırlar. Deməli, bunları ayıltmaq lazımdır. Onlara səhvlərini anlatmaq lazımdır. Onlara demək lazımdır ki, Hüseyn ibn Əli əleyhissəlamı öldürməklə böyük bir cinayətə yol vermişlər.

    Onları oyatmaq vəzifəsi bütün qadınlardan çox xanım Zeynəbin (səlamullahi əleyha) boynuna düşürdü. Çünki yaşı otuzu keçmiş bütün Kufə qadınları iyirmi il bundan qabaq (bu hadisədən qabaq) Həzrət Əli əleyhissəlamın hakimiyyəti dövründə Zeynəbi (səlamullahi əleyha) bu şəhərdə görmüş, onun Həzrət Əli (əleyhissəlam) yanındakı və eləcə də, onun öz ataları və ərləri (yə’ni həmən qadınların ataları-ərləri) yanındakı hörmətini öz gözləri ilə müşahidə etmişdilər. Onlar Zeynəbi (səlamullah əleyha) çox yaxşı tanıyırdılar. İndi xanım Zeynəbin (səlamullahi əleyha) digər əsirlər arasında acınacaqlı şəkildə əsir düşməsi, ötən xatirələri fikirlərdə oyadırdı. Zeynəb (səlamullahi əleyha) bu fürsətdən istifadə edib söhbətə başladı. Səs camaata tanış gəldi. Elə bil Əli (əleyhissəlam) söhbət edirdi. Elə bil boğaz Əli əleyhissəlamın boğazı, səs Əli əleyhissəlamın səsi idi. Doğrudan da, danışan Əli (əleyhissəlam) idi, yoxsa Əli əleyhissəlamın qızı? Bəli, danışan Zeynəbi-Kübra (səlamullahi əleyha) idi.

    İbn Təyfur adı ilə tanınmış Əhməd ibn Əbu Tahir (204-280 h.q) qədim tarixi qaynaqlardan biri sayılan, İslam və ərəb qadınlarının bəlağətli çıxışları toplanmış «Bəlağatun-nisa» kitabında yazır:

    «Xədim Əsədi deyir: «Hüseyn ibn Əli əleyhissəlamın şəhadətə yetişdiyi hicrətin altımış birinci ili Kufə şəhərinə getdim. Gördüm ki, Kufənin qadınları yaxalarını cırıb ağlayırlar. Əli ibn Hüseyn əleyhissəlamı (İmam Səccadı) da orada gördüm. Xəstəliyi onu lap əldən salmışdı. Əli ibn Hüseyn (əleyhissəlam) başını qaldırıb buyurdu: "Ey Kufə əhli! Bizim məzlumiyyət və müsibətimizə ağlayırsınız? Məgər bizi öldürənlər elə siz deyildiniz?” Bu zaman xanım Zeynəb (səlamullahi əleyha) əli ilə camaata işarə edib onların sakit olmasını istədi. Onun işarəsi ilə nəfəslər sinələrdə boğuldu. Dəvələrin zınqırovlarının səsi kəsildi. Bundan sonra xanım Zeynəb (səlamullahi əleyha) söhbətə başladı. Mən ondan hayalı, ondan fəsahətli söhbət edən qadın görməmişdim. Elə bil Əli əleyhissəlamın dilindən danışırdı. Zeynəbin (səlamullahi əleyha) söhbəti belə idi: «Ey Kufə camaatı! Ey hiyləgər və xain insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskilməsin! Siz o qadına bənzəyirsiniz ki, bütün əlindəkiləri əyirir, sonra da bütün əyirdiklərini söküb-tökür. Sizin nə əhdinizin bir dəyəri var, nə də andınızın bir e’tibarı! Sizin öyünmək, kənizlər kimi yaltaqlanmaq, boş-boşuna danışmaqdan başqa nəyiniz var? Siz peyinlikdə bitmiş bitkilərə və qəbirə vurulmuş zinət əşyalarına bənzəyirsiniz. Axirətiniz üçün nə pis tədarük hazırladınız –Allah qəzəbi və Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, Allaha and olsun ki, siz ağlamağa layiqsiniz. Çox ağlayın, az gülün! Bu cür alçaqlıq qazandığınız halda nəyə görə də ağlamayasınız? Elə bir alçaqlıq ki, onu heç bir su ilə yumaq olmaz. Peyğəmbər balasını və Cənnət cavanlarının ağasını öldürməkdən böyük nə alçaqlıq ola bilər? Elə bir şəxs ki, sizin yolunuzun çırağı, dar gününüzün köməkçisi idi. Ölün! Xəcalətli başlarınızı aşağı salın! Keçmişinizi bütünlüklə bir dəfəyə itirdiniz, gələcəyiniz üçün də heç nə qazanmadınız. Bundan sonra gərək alçaqlıq içərisində yaşayasınız. Çünki Allahın qəzəbinə düçar oldunuz. Elə bir iş gördünüz ki, az qaldı göy yerə tökülsün, yer yarılsın və dağlar parça-parça olsun.

    Bilirsiniz nə qan tökdünüz? Açıq-açığına küçə-bazara çıxardığınız bu qız-gəlinlərin kim olduğunu heç bilirsiniz? Peyğəmbərin ciyərini parçaladığınızı anlayırsınızmı? Nə pis və axmaq iş tutdunuz! Elə pis iş gördünüz ki, onun pisliyi bütün dünyanı doldurub. Göydən qan damcılarının dammasına təəccüb edirsiniz?! Ancaq bunu bilin ki, Qiyamət əzabının rüsvayçılığı daha da acınacaqlı olacaq. Əgər Allah gördüyünüz günaha görə indi sizi cəzalandırmırsa, bundan sevinməyin. Allah günahın cəzasını elə o saat vermir. Ancaq məzlumların da qanını cəzasız qoymur. Allah hər şeyin hesabını çəkəcək.»

    Od tutub yanan qəlbdən gələn və Allaha olan imandan qüvvə alan bu gözəl ifadəli sözlər hamını dəyişdirdi. Dinləyicilər peşimançılıq əlaməti olaraq barmaqlarını dişləri ilə sıxır və təəssüflənirdilər. (Ancaq necə deyərlər: «Sonrakı peşmançılıq fayda verməz.») Belə qəmli və ibrət dərsi olan bir səhnədə Bəni-Cü’fi qəbiləsindən olan, saqqalı göz yaşından islanan bir kişi bu məzmunda belə bir şe’r dedi: «Bu sülalənin oğulları ən yaxşı oğullardır. Bu sülalənin oğullarının adına heç vaxt alçaqlıq ləkəsi yapışmamışdır.»[59]


    Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin sarayında

    Yezid əmr etdi ki, əsirləri şəhidlərin kəsilmiş başları ilə birlikdə Şama göndərsinlər. Əsirlər karvanı Şama tərəf hərəkət etdi. İbn Ziyadın adamları çox bədxasiyyətli idilər. Şam şəhərinin saray adamları (Yezid və onun adamları) böyük fəth və qələbə hesab olan bu karvanın yetişməsi üçün dəqiqələri sayırdı. Tarixçilərin dediyinə görə əsirlər karvanı minlərlə tamaşaçının gözü qarşısında şəhərə (Şama) daxil oldu. Həmən gün Şam şəhəri sevinc və fərəh içində idi və camaat Yezidin qələbəsini bayram edirdi. Əsirlər karvanı camaatın arası ilə küçələri bir-bir arxada qoyaraq Yezidin böyük hökumət sarayına yetişdi.

    Saraydakılar xüsusi yerlərdə oturmuş, Yezid taxtın üzərində qürur və təkəbbürlə əsirləri görmək intizarında idi. Übeydullah ibn Ziyadın məclisindən fərqli olaraq Yezidin məclisinə hər adam gələ bilmirdi. Ancaq ölkə böyükləri, qəbilə başçıları və bə’zi xarici ölkələrin nümayəndələri iştirak edirdilər. Buna görə də, bu məclis çox əhəmiyyətli bir məclis hesab olunurdu.

    Əsirlər saraya daxil olub onlar üçün nəzərdə tutulmuş yerdə dayandılar. Yezidin gözü Peyğəmbər ailəsindən olan əsirlərə sataşdıqda, onları öz qarşısında ayaq üstə durmuş görüb əmr etdi ki, İmam Hüseyn əleyhissəlamın başını bir ləyənə qoysunlar. Sonra o, əlində olan çubuqla İmam Hüseyn əleyhissəlamın dişlərinə vura-vura Abdullah ibn Zəb’əri Səhminin kafir olduğu zaman yazdığı cahillik kin-küdurətini xatırladan şe’rini oxuyaraq deyirdi: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş əcdadım burada olub sevinərək deyəydilər ki, Yezid çox sağ ol! Əli (əleyhissəlam) övladlarına Bədr gününün acısını dadızdırdın və intiqamımızı onlardan aldın...»[60]


    Xanım Zeynəbin (səlamullahi əleyha) fəryadı

    Əgər məclis bununla (yuxarıda dediklərimizlə) başa çatsaydı, Yezid qalib hesab olunardı, yaxud göstərişi ilə görülən işlər bir o qədər də pis nəticələnməzdi. Ancaq xanım Zeynəb (səlamullahi əleyha) işin bu cür qurtarmasına imkan vermədi və Yezid üçün fərəh hesab olunan şadlığı onun üçün zəhərdən də acı etdi. Oradakılara göstərdi ki, onların qarşısında ayaq üstə duran adamlar o Peyğəmbərin qızlarıdır ki, indi Yezid həmən Peyğəmbərin adı ilə hökumət başına gəlmişdir. Xanım Zeynəb (səlamullahi əleyha) son dərəcə mətanət, şücaət və vüqarla sözə başlayıb Yezidə xitab edərək belə buyurdu: «Allah və Onun Peyğəmbəri doğru buyurmuşlar ki, pis əməl sahiblərinin aqibəti budur ki, Allahın ayətlərini yalan sayıb onlara rişxənd edərlər.

    Yezid, belə fikirləşirsən ki, yeri-göyü bizə daraltmaqla, bizi əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla bizi rüsvay edib özünü hörmətləndirdin? Elə bilirsən ki, bu işinlə yüksək məqama nail olub ona-buna təkəbbürlük edirsən? Qüdrətin hazır olub hakimiyyətini səliqə-sahmanda gördükdə, sevincindən dərinə sığışmırsan. Bilmirsən ki, sənə verilən bu fürsət ondan ötrüdür ki, əsl həqiqətini, iç üzünü camaata açıb göstərəsən? Məgər Allahın «Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər» deyə buyurduğunu unutmusan?

    Ey azad edilmişlərin oğlu!1 Heç bu ədalətdirmi ki, sənin qadın, qız və kənizlərin pərdə arxasında otursun, ancaq sən Peyğəmbərin qızlarını əsir edəsən, onların hörmət pərdəsini parçalayasan, onların səslərini boğazlarında boğasan və yad (naməhrəm) kişilər onları dəvələrlə o şəhərdən bu şəhərə dolandırsınlar? Heç ədalətdəndirmi ki, kimsə onlara yer verməsin, kimsə onları qorumasın və öz kişilərindən heç biri onların yanında olmasın?

    And olsun Allaha, Peyğəmbər, onun Əhli-beyti və ciyərparaları Allahın lütf-mərhəmətində qərar tapacaqları gün (Qiyamət günü) Sən Allah qarşısında öz ətini-dərini didib-dağıdacaqsan. Allah Öz və’dəsinə əməl edəcəyi gün künc-bucaqda qalmış bu məzlumları bir yerə yığacaq. Allah Özü buyurur ki, «Allah yolunda öldürülənləri [şəhid olanları] heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi [Cənnət ruzisi] yeyirlər.» Ancaq səni nahaqdan müsəlmanların boynunda otuzduran şəxs (Müaviyə) ədalət, Allah məhkəməsi, Məhəmməd (səlləllahu əleyhi və alih) və sənin öz əl-ayağın sənin cinayətlərinə şəhadət verəcəyi gün biləcək ki, sizlərdən hansınız daha bədbəxtsiniz.

    Yezid, ey Allahın düşməni və Allah düşməninin oğlu! And olsun Allaha, sən mənim gözümdə elə dəyərli deyilsən ki, mən səni danlayam, (yə’ni sənin heç danlanmağa da ləyaqətin yoxdur) sənin heç təhqir olunmağa da ləyaqətin yoxdur. Ancaq nə edim, yaş gözlərimdə həlqələnib, ah-nalə sinəmdə fəqan edir. Hüseyn (əleyhissəlam) öldürüldükdən sonra, Şeytan ordusu Peyğəmbər ailəsinin hörmətini qırmaqla müsəlmanların beytül-malından mükafat almaq üçün bizi Kufədən ağılsızlar məmləkətinə gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza sirab olduqdan sonra, ac qurdlar pak cənazələrin üstündə at çapdıqdan sonra səni danlamaq, tə’nə etmək hansı dərdə məlhəm olar? Əgər bizi öldürüb əsir etməklə xeyir qazandığını güman edirsənsə, tezliklə başa düşəcəksən ki, qazandığın ziyandan başqa bir şey deyil. Qiyamət günü gördüyün işin nəticəsindən başqa heç nə qazanmayacaqsan. O gün sən ibn Ziyadı öz köməyinə çağıracaq, ibn Ziyad da səndən kömək istəyəcək. Sən və sənin yolunu gedənlər həmən gün Allahın ədalət məhkəməsində yığışacaq, onda biləcəksən ki, Müaviyənin sənin Axirət səfərin üçün hazırladığı ən yaxşı tədarük Peyğəmbər balalarını öldürməyin olub. And olsun Allaha ki, mən Allahdan başqa heç kimdən qorxmur və Ondan başqa heç kəsə şikayət etmirəm! Hər nə istəyirsən, elə! Hər nə hiylən var, istifadə et! Hər nə düşmənçiliyin var, göstər! Allaha and olsun, sənin adına yapışan bu ləkə heç vaxt silinməyəcək. Allaha şükürlər olsun ki, Cənnət gənclərinin ağasının (İmam Hüseynin) aqibətini səadətlə nəticələndirdi və Behişti onlara vacib etdi. Allahdan istəyirəm ki, onların məqamını daha da ucaltsın və Öz rəhmətini onlara daha çox şamil etsin. Allah bacarıqlı himayədar və yaxşı köməkçidir.»1

    Dağlanmış ciyərdən, təqvalı qəlbdən qüvvət alan bu çıxışın necə nəticə verməsi mə’lumdur. Ən daşürəkli insan belə iman və təqva ilə üzləşdikdə, öz zəifliyini və rəqibin güclülüyünü görür, bir neçə anlığa da olsa, bir qərar çıxarmaqdan aciz olur. Bütün saray ölüm sükutuna qərq olmuşdu. Yezid məclisdəkilərin simasında narazılıq əlaməti müşahidə edib dedi: «Allah öldürsün Mərcanənin oğlunu – (ibn Ziyadı) – mən Hüseyn əleyhissəlamın öldürülməsinə razı deyildim...»[61]


    Dördüncü İmamın təbliği mübarizələri

    Zillət və alçaqlıqdan qurtarmaq, izzət, şərəf və azadlıq qazanmaq, həqiqi təhriflər, zülm və haqsızlara qarşı cəmiyyətdə əsaslı inqilab əmələ gətirmək üçün camaatı oyatmaq və ziyalılandırmaqdan başqa yol yoxdur. Deməli, camaatın məs’uliyyət hiss etməsi üçün onları oyatmaq lazımdır. Bundan sonra inqilab öz-özünə yaranacaq.

    Bu İmam Hüseyn əleyhissəlamın hərəkatının bir hissəsi idi. Birinci mərhələni özü və dostları şəhadətə çatmaqla yerinə yetirdilər. Ancaq inqilabın ikinci mərhələsi, yə’ni, Kərbəla inqilabını camaata çatdırmaq isə İmam Səccad (əleyhissəlam) və xanım Zeynəbin (səlamullahi əleyha) öhdəsində idi. Təkcə bu cür mübarizə ilə Bəni-Üməyyənin otuz neçə illik tör-töküntülərini aradan aparmaq, Bəni–Üməyyəyə qarşı camaatı inqilaba çəkib Yezidin və Əməvilərin sarayını birdəfəlik yerindən tərpədib söküb-dağıtmaq olardı.

    Əhli-beytin məzlumiyyətini ehtiva edən və Aşura gününün günortasından başlayan mübarizənin ikinci mərhələsi Həzrət Əli (əleyhissəlam) qızı xanım Zeynəbin (səlamullahi əleyha) Kufə bazarında, ondan sonra isə elə həmən şəhərdə İmam Zeynül-abidin əleyhissəlamın kiçik və sadə, lakin çox şüurlu və tə’sirli çıxışları ilə davam etdi.

    Böyük əksəriyyəti əsirlərə tamaşa etməyə gəlmiş camaata İmam Səccad (əleyhissəlam) sakit olmalarını bildirdi. Hamı sakitləşdi. İmam Allaha həmd-səna etdikdən sonra buyurdu: «Camaat, məni tanıyan tanıyır, tanımayana isə indi özümü tanıtdıraram. Mən Əbu Talibin oğlu Əlinin oğlu Hüseyn oğlu Əliyəm. Mən hörmətini sındırdığınız, mal-dövlətini qarət etdiyiniz və qohum-əqrəbasını əsir aldığınız şəxsin oğluyam. Mən Fərat çayı kənarında başı kəsilmiş adamın oğluyam. Halbuki, o nə bir kimsəyə zülm etmiş, nə də kimə qarşısa hiylə işlətmişdi. Mən başı arxadan kəsilən şəxsin oğluyam. Bu mənim üçün böyük bir şərəfdir. Camaat, siz atama məktub yazmadınızmı? Onunla bey’ət etmədinizmi? Onunla əhd-peyman bağladıqdan sonra onunla vuruşmağa başlamadınızmı? Nə pis iş, nə pis düşüncə və hərəkətdir!

    Əgər Allahın Peyğəmbəri sizə desə ki, siz mənim övladlarımı öldürdünüz, mənim hörmətimi qırdınız, siz mənim ümmətimdən deyilsiniz, onda nə üzlə ona baxarsınız?»

    Bu qısa və ürəktitrədici sözlər o vahiməli və sıxıcı mühitdə tufan qaldırıb Kufə camaatının ruhunda elə tə’sir bağışladı ki, dərhal hər tərəfdən şivən səsi ucaldı. Camaat bir-birinə deyirdi: "Bilmirsiniz, bədbəxt oldunuz!” Əli ibn Hüseyn (əleyhissəlam) (İmam Səccad) buyurdu: «Mənim nəsihətimi qəbul edən və dediklərimi Allaha və Peyğəmbərinə xatir qulaqlarında sırğa edən şəxsi Allah bağışlasın. Bizim davranışımız Peyğəmbərin davranışı kimi olmalıdır. Çünki onun davranışı ən gözəl davranışdır.» Hamı dedi: "Ey Peyğəmbər balası! Biz sənə qulaq asır, sənə itaət edib sənə vəfadarıq. Səndən ayrılmarıq, kiminlə desən vuruşar, kiminlə desən sülh edərik. Yezidi tutarıq. Biz zülmkarların sənə qarşı hərəkətinə nifrət edirik.” İmam Səccad (əleyhissəlam) buyurdu: «Heyhat, (əsla) ey hiyləgərlər! Ey şəhvətlərinin (nəfslərinin) əsiri olanlar! Əcdadımla etdiyiniz rəftarı mənimlə də etmək istəyirsiniz? Yox, Allaha and olsun, hələ vurduğunuz yaradan qan axır, sinəm atam və qardaşlarımın ölümündən yaralıdır. Bu qəm-qüssənin acısı adamı boğur. Mənim qüssəm təsəlli tapmazdır. Sizdən istəyirəm ki, nə bizdən, nə də bizim əleyhimizə olasınız.»[62]


    İmam Səccad əleyhissəlamın ibn Ziyadla söhbəti

    Ötən səhifələrdə qeyd etdik ki, Bəni-Üməyyə hökuməti Cəbriyyə məzhəbindən istifadə edir və öz günahlarını Allahın iradəsi ilə əsaslandırırdılar. Bu yolla da camaatın fikrini azdırırdılar. İmam Səccad (əleyhissəlam) və xanım Zeynəb (səlamullahi əleyha) düşmənin bu hiyləsindən xəbərdar olduqları üçün ona qarşı ciddi mübarizə aparırdılar. Bu mübarizənin bariz nümunələrindən biri İmam Səccad əleyhissəlamın Kufədə ibn Ziyadla söhbətidir. Əhli-beyt əsirlərini ibn Ziyadın sarayındakı ümumi məclisə gətirdikdən və xanım Zeynəb (səlamullahi əleyha) ilə ibn Ziyad arasında kəskin söz-söhbət getdikdən sonra ibn Ziyadın gözü İmam Səccad əleyhissəlama sataşdı və dedi: "Bu kimdir?” Məclisdəkilərdən bə’ziləri dedilər: "Əli ibn Hüseyndir.” İbn Ziyad: "Məgər Allah Əli ibn Hüseyni öldürmədi?”

    İmam Səccad (əleyhissəlam): "Mənim qardaşım var idi, camaat ona da Əli İbn Hüseyn deyirdi. Siz onu öldürdünüz.”

    İbn Ziyad: "Yox, onu Allah öldürdü.”

    İmam Səccad (əleyhissəlam): «Allah [əcəli çatan kimsələrin] canlarını [ruhlarını] onlar öldüyü zaman, ölməyənlərin [hələ əcəli çatmayanların] canlarını isə yuxuda alar. [Çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir.][63]

    İbn Ziyad: "Nə cür’ətlə belə cavab verirsən? Aparın onun boynunu vurun.”

    Bu zaman İmamət əmanətinin (İmam Səccadın) qoruyucusu xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Ey Ziyadın oğlu! Bizim kişilərimizdən birini də sağ qoymadın, əgər onu öldürmək istəyirsənsə, məni də onunla birlikdə öldür!»

    İmam Səccad (əleyhissəlam) buyurdu: «Bibi, sakit ol, qoy onunla mən söhbət edim.» İmam sonra buyurdu: «Ey Ziyadın oğlu! Məni öldürməklə hədələyirsən? Bilmirsən ki, ölüm bizim üçün adi bir iş, şəhadət bizim üçün şərəfdir?»[64]


    İmam Səccad əleyhissəlamın Şamda buyurduğu xütbə

    Bundan öncə də qeyd etdik ki, Əhli-beyt əsirlərinin Şama səfəri İmam Hüseyn əleyhissəlamın inqilabının xəbərini yaymaqda və Yezidin çirkin və nankor hakimiyyətinin əsl mahiyyətini tanıtdırmaqda böyük rol oynadı. Onlar əsirlik libası ilə eynilə İmam Hüseyn əleyhissəlamın şəhadət libası ilə apardığı müqəddəs cihadı yerinə yetirdilər. Əsirlərin Şamda saxlanılması, Müaviyənin qırx illik təbliğləri nəticəsində, İslam və Peyğəmbər ailəsi haqqında düzgün mə’lumatı olmayan Şam camaatına İslam və Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsində düzgün mə’lumat verilməsi üçün yaxşı fürsət yaratdı. Buna görə də, əsirlər yeri gələn kimi bu barədə hərəkət edirdilər. Şamda olan günlərin birində İmam Səccad əleyhissəlamın buyurduğu xütbə bu arada çox əsaslı rol oynadı və Yezidi bütün camaat arasında rüsvay etdi.

    Mərhum Əllamə Məclisi «Mənaqib» kitabının müəllifinə və başqa yazıçılara istinad edərək yazır: «Rəvayət edirlər ki, bir gün Yezid məclis təşkil edib vaizə dedi ki, Hüseyn (əleyhissəlam) və Əli əleyhissəlamın pisliklərinə dair söhbət etsin. Vaiz minbərə qalxıb Allaha həmd-səna etdikdən sonra Əli (əleyhissəlam) və İmam Hüseyn əleyhissəlamı pisləməyə başladı, sonra da Müaviyə və Yezidi kifayət qədər tə’riflədi. İmam Səccad (əleyhissəlam) camaatın arasından uca səslə qışqırdı: «Vay sənin halına, ey vaiz! Camaatın razılığını Allahın qəzəbi ilə dəyişdin və Cəhənnəmdə özünə yer hazırladın!» Sonra İmam Səccad (əleyhissəlam) əlavə edib buyurdu: «Yezid, icazə verirsən bu çubuqların (minbərin) üstünə çıxım və Allahın Rizayəti olan və camaata əcr-savab verəcək bir neçə kəlmə söz deyim?» Yezid icazə vermədi. Camaat dedi: "Əmir, icazə ver minbərə çıxsın, bəlkə ondan bir söz eşitdik. (Görək nə deyir?)” Yezid dedi: "Əgər o, bu minbərə çıxsa, məni və Əbu Süfyanın ailəsini rüsvay etməyincə aşağı enməyəcək.”

    Bir nəfər dedi: "Əmir, məgər bu (gənc əsir) nə bilir və nə edə bilər?” Yezid dedi: "O, elə bir ailədəndir ki, onlar elmi uşaqlıqda südlə birgə əmmiş və elm onların qanına qatışmışdır.”

    Camaat o qədər tə’kid etdi ki, Yezid nəhayət icazə verdi. İmam Səccad (əleyhissəlam) minbərə qalxıb əvvəl Allaha həmd-səna etdi, sonra isə elə bir xütbə buyurdu ki, gözlərdən yaş axmağa, ürəklər titrəməyə başladı.

    İmam Səccad (əleyhissəlam) buyurdu: «Camaat, Allah bizə (Peyğəmbər ailəsinə) altı üstünlük vermiş və yeddi fəzilətə görə bizi başqalarından üstün tutmuşdur.

    Bizim altı üstünlüyümüz budur ki, Allah bizə elm, helm, səxavət, fəsahət, şücaət vermiş və mö’minlərin qəlbində bizə qarşı məhəbbət hissi oyatmışdır. Yeddi fəzilətimiz isə odur ki, Allahın seçilmiş peyğəmbəri, doğru danışan (Əli ibn Əbu Talib (əleyhissəlam)), Cə’fər Təyyar, Allahın və Allah peyğəmbərinin şiri (Həmzə), bu ümmətin iki böyük rəhbəri-Həsən (əleyhissəlam) və Hüseyn (əleyhissəlam) və Fatimeyi-Zəhra (səlamullahi əleyha) (ya da Həzrət Məhdi (əleyhissəlam))[65] bizdəndir.

    Camaat, kim ki məni tanıyır, heç, kim də tanımırsa, indi özümü ona tanıtdıraram. Mən Məkkə və Minanın oğluyam. Mən Zəmzəm və Səfanın oğluyam. Mən Həcərül-əsvədi (Məkkədəki qara daşı) öz əbası arasında qaldırıb yerinə qoyan şəxsin oğluyam.[66] Mən ehram bağlayıb təvaf və sə’y edən şəxsin oğluyam. Mən insanların ən yaxşısının (Peyğəmbərin) oğluyam. Mən (me’rac gecəsi) Məscidül-həramdan Məscidül-əqsaya aparılan şəxsin oğluyam. Mən (me’rac zamanı yeddinci göydəki) Sidrətül-müntəhaya çatan şəxsin oğluyam. Mən me’rac zamanı Allaha yaxın olduğundan onunla Allah arasında iki kamandan da az məsafə qalan şəxsin oğluyam. Mən asiman mələkləri ilə namaz qılan şəxsin oğluyam! Mən böyük Allahın ona vəhy etdiyi şəxsin oğluyam. Mən Məhəmməd Mustafanın (səlləllahu əleyhi və alih) oğluyam. Mən Əliyyi–Murtəza əleyhissəlamın oğluyam. Mən müşriklərə «La ilahə illəllah» deyənə qədər (müsəlman olanadək) vuruşan şəxsin oğluyam. Mən Allah Peyğəmbərinin hüzurunda iki qılınc və iki nizə ilə[67] vuruşan şəxsin oğluyam. Mən iki dəfə hicrət edən,[68] Peyğəmbərlə iki dəfə bey’ət edən, Hüneyn döyüşündə qəhrəmancasına vuruşan və bir an belə Allaha şəkk etməyən şəxsin oğluyam. Mən mö’minlərin ən salehinin, peyğəmbərlər varisinin, kafirləri məhv edən, müsəlmanların rəhbəri, mücahidlərin nuru, abidlərin zinəti, (Allah qorxusundan) ağlayanların fəxri sayılan, səbirlilərin ən dözümlüsü, Allah Peyğəmbərinin ailəsindən çıxmış ən yaxşı inqilab edən şəxsin oğluyam. Mənim nəslim (cədd-əqrəbam) o şəxsdir ki, Cəbrail onun himayədarı, Mikail onun köməkçisi, özü də müsəlmanların himayədarı və namuslarının mühafizəçisidir. Mən dindən çıxanlarla (mariqinlə), əhd-peymanını dananlarla (nakisinlə), zalımlarla (qasitinlə) mübarizə aparıb Allahın kinli düşmənlərinə qarşı cihad edən şəxsin oğluyam. Mən Peyğəmbərə (səlləllahu əleyhi və alih) hamıdan qabaq iman gətirən, müsəlmanların qabaqcılı olan və Qüreyşin ən üstün şəxsiyyəti sayılanın oğluyam. O, zalımların düşməni, müşrikləri məhv edən, münafiqləri qırmaq üçün atılmış Allah oxu, abidlərin hikmət dili, Allah dininin köməkçisi, Allahın tə’yin etdiyi rəhbər, Allah hikmətinin gülzarı və Allah elminin mərkəzi idi...»

    İmam Səccad (əleyhissəlam) daha sonra əlavə edib buyurdu: «Fatimeyi-Zəhranın (səlamullahi əleyha) oğlu mənəm. Qadınlar şahının (Xanımlar xanımının) oğlu mənəm...»

    İmam Səccad (əleyhissəlam) özünü, əslində isə İmamət şəcərəsini tanıtdırmaq üçün o qədər söz dedi ki, camaatın ağlamaq səsi göyə ucaldı.

    Yezid çaxnaşma düşəcəyindən qorxub azançıya əmr etdi ki, azan versin. Azançı ayağa qalxıb azan deməyə başladı: «Əllahu əkbər, Əllahu əkbər.»

    İmam Səccad (əleyhissəlam) buyurdu: «Bəli, heç bir şey Allahdan böyük deyil.»

    Azançı «Əşhədu əlla ilahə illəllah» deyəndə, İmam Səccad (əleyhissəlam) buyurdu: «Bəli, mənim tük, dəri, ət və qanım Allahın təkliyinə şəhadət verir.» Elə ki, azançı «Əşhədu ənnə Muhəmmədən rəsulullah» dedi İmam Səccad (əleyhissəlam) minbərin üstündən üzünü Yezidə tutub buyurdu: «Yezid, Məhəmməd (səlləllahu əleyhi və alih) mənim cəddimdir, yoxsa sənin cəddin? Əgər desən ki, sənin cəddindir, yalan demiş və haqqı danmış olarsan. Yox, əgər desən ki mənim cəddimdir, bəs onda nə üçün onun övladlarını öldürdün?»[69]

    Təxminən on dördüncü əsr tarixçisi İmaməddin Təbəri «Kamili-Bəhayi» kitabında İmam Səccad əleyhissəlamın xütbəsinin sonunda yazır: (İmam Səccad (əleyhissəlam)) buyurdu: «Ey Yezid! Bu hörmətli və kəramətli Peyğəmbər mənim cəddim olmuşdur, yoxsa sənin cəddin? Əgər desən sənin cəddin olub, bütün camaat biləcək ki, sən yalan deyirsən, yox, əgər desən ki, mənim cəddim olub, bəs onda nə üçün atamı günahı olmaya-olmaya şəhid edib mal-dövlətini qarət edərək ailəsini əsir aldın?» Bunu deyib əlini atdı yaxasına, yaxasını cırıb ağlayaraq buyurdu: «And olsun Allaha, əgər dünyada bir nəfər varsa ki, Peyğəmbər onun cəddi olmuş olsun, o da mənəm. Bəs nə üçün bu kişi (Yezid) mənim atamı zalımcasına öldürdü və bizi (Roma imperiyasından tutulmuş) əsirlər kimi gətirdi?» İmam sonra əlavə edib buyurdu: «Ey Yezid! Bu cür iş görürsən, sonra da «Muhəmmədun rəsulullah» deyib üzü qibləyə durursan? Vay olsun sənin halına! Qiyamət günü atam və cəddim sənin düşmənin olacaqlar.»

    Məl’un Yezid bu zaman azançının üstünə qışqırdı ki, iqamə de. Məclisdə böyük səs-küy əmələ gəldi. Kimisi namaz qılıb, kimisi də namaz qılmadan dağılıb getdi.»[70]

    Category: İmam Hüseyn əleyhissalamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 517 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019