İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Hüseyn əleyhissəlamın həyatı

    İmam Hüseyn əleyhissəlamın həyatı
    2012-06-08, 2:40 PM
    İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI
    Müaviyənin dövründə qiyamın maneələri
    İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə mübarizələri
    Aşura inqilabının səbəbləri və mahiyyəti
    Xanım Zeynəb (səlamullahi əleyha) ibn Ziyad sarayında
    İmam Səccad əleyhissəlamın Şam məscidində buyurduğu
    xütbə
    Aşura inqilabının nəticə və sonucları
    İmam Hüseyn əleyhissəlamın həyatı barədə qısa məlumat
    Üçüncü məsum İmamımız Həzrət Hüseyn (əleyhissəlam) hicrətin dördüncü ili Şəban ayının üçü (ya dördü) Mədinə şəhərində dünyaya gəlmişdir. O Həzrət Əli (əleyhissəlam) və Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) ikinci övladı idi.
    Hüseyn ibn Əli (əleyhissəlam) öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur.(Şərhi Hədidi, c. 3, səh. 249.)
    İmam Hüseyn əleyhissəlamın həyat mərhələləri
    Hüseyn ibn Əli (əleyhissəlam) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (səlləllahu əleyhi və alih) yanında keçirmişdir. Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra otuz il atası Əli əleyhissəlamla birgə yaşamış və Əli əleyhissəlamın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli əleyhissəlamın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli əleyhissəlamla çiyin-çiyinə çalışmışdır. İmam Həsən əleyhissəlamın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn əleyhissəlamın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin altımış birinci ili məhərrəm ayının onunda Kərbəla çölündə şəhid olmuşdur.
    İmam Hüseyn əleyhissəlamın həyat mərhələlərinin sonuncusu yəni o Həzrətin İmamət dövrü onun həyatının ən əsas hissəsi hesab olunur. Elə bu kitabda da, əsasən, bu hissədən söhbət edəcəyik.
    Hüseyn ibn Əli əleyhissəlamın İmamətdən qabaqkı mübarizələri
    Hüsyen ibn Əli (əleyhissəlam) gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdur. Bir gün İmam Hüseyn (əleyhissəlam) Ömər ibn Xəttabın hakimiyyəti dövründə məscidə girib gördü ki Ömər minbərdə oturmuşdur. Bunu görcək, tez minbərin başına qalxıb Ömərə dedi: «Mənim atamın minbərindən aşağı düş və get öz atanın minbərində otur.» Ömər özünü itirmiş halda dedi: «Mənim atamın minbəri olmayıb.» Sonra Ömər onu yanında əyləşdirdi. Minbərdən düşdükdən sonra İmam Hüseyn əleyhissəlamı öz evinə aparıb ondan soruşdu: «Bu sözü sənə kim öyrədib?» İmam Hüseyn (əleyhissəlam): «Heç kim» –deyə cavab verdi.
    İmam Hüseyn (əleyhissəlam) Cəməl və Siffeyn döyüşlərində
    İmam Hüseyn (əleyhissəlam) atasının hakimiyyəti dövründə siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir.(Əl-İsabətu fi təmyizis-səhabə, c.1, səh.333.)
    Cəməl döyüşündə ordunun sol cinahının başçılığı İmam Hüseyn əleyhissəlamın öhdəsində idi.(Dəməşq tarixi (İmam Hüseyn əleyhissəlamın həyatı bölməsi), səh.164.) Siffeyn döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır.(Siffeyn döyüşü, səh.144, 249, 530.) Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlarda da İmam Hüseyn (əleyhissəlam) Əli (əleyhissəlam) tərəfindən seçilmiş əsas şahidlərdən biri idi.(Siffeyn döyüşü, səh.507.)
    İmam Hüseyn (əleyhissəlam) atasının şəhadətindən sonra zəmanənin rəhbər və İmamı İmam Həsən əleyhissəlamla birgə olmuşdur. İmam Həsən əleyhissəlamın ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında İmam Hüseyn (əleyhissəlam) İmam Həsən əleyhissəlamla çiyin-çiyinə olmuşdur. Müaviyə İmam Həsən əleyhissəlama sülh təklif etdikdə, İmam Həsən (əleyhissəlam) İmam Hüseyn (əleyhissəlam) və Abdullah ibn Cəfəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi.(Əl-Kamilu fit-tarix, c.3, səh.405) Nəhayət sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birlikdə Mədinəyə qayıtdı və elə orada da yaşamağa başladı.(Əl-İsabə, səh.333)
    İmam Hüseyn əleyhissəlamın İmaməti dövründəki siyasi-ictimai vəziyyət
    Səqifədən(Səqifə hadisəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra şura təşkil edib Əbu Bəkrin xəlifə tə’yin edilməsi hadisəsidir.) başlayaraq İslamın əsl yolundan həqiqi xəttindən uzaqlaşmağa başlayan və Osmanın hakimiyyəti dövründə öz yolunu İslamdan uzaqlaşdıran hakimiyyət İmam Hüseyn əleyhissəlamın dövründə artıq həddini aşıb daşmışdı.
    O dövrlərdə Müaviyə ikinci və üçüncü xəlifə tərəfindən Şama vali seçilmişdi. Müaviyə vali olduğu bu müddətdə öz mövqeyini daha da möhkəmlətmiş və İslam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ keçirmişdi. Beləliklə də, o İslamın qatı düşməni olan Əməvilər sülaləsini müsəlmanların başı üstündə rəhbər etmiş və Ziyad Əmr ibn As Səmürə ibn Cündüb kimi zalım şəxslərin köməyi ilə zor gücünə hökumət təşkil verərək İslamı alt-üst etmişdi. Müaviyə bir tərəfdən həqiqi müsəlmanlara qarşı siyasi və iqtisadi çətinlik siyasətini yeridərək qırğın qətl əzab-əziyyət onları aclıqda saxlamaqla hər hansı bir müxalifət hərəkatının qarşısını alır digər tərəfdən də millət və qəbilələrarası rəqabəti ortaya ataraq qəbilələri bir-birinin canına salırdı. Onun hökumətinə bir təhlükə yetişməsin deyə, bu yolla onların gücünü zəiflədirdi. Başqa bir tərəfdən isə onun hökuməti üçün işləyən nökər və muzdurların vasitəsilə yalançı hədislər söyləmək Quranı öz xeyrinə təfsir etməklə camaatın hökumətin əleyhinə yönəlmiş fikrini dağıdır və öz hökumətinə şəri və İslami ad verirdi. İslamın tam ziddinə olan bu siyasət həmçinin, Müaviyənin siyasəti ilə əqidə cəhətdən üst-üstə düşən «Murciə» və «Cəbriyyə» kimi batil firqələrin yayılmasına şərait yaratmaq cəmiyyətdə pis və acınacaqlı təsirlər yaradaraq cəmiyyəti zillətlə dolu olan bir sükut (mənəvi ölüm) meydanına çıxartdı. Bu acınacaqlı siyasət nəticəsində İslam cəmiyyətinin əsl mahiyyəti itib batdı və İslami dəyərlər bir-birinə dəydi. Belə ki müsəlmanların İslamın onlara din adı ilə rəhbərlik edən zalım xəlifələri dəstəkləmək icazəsini vermədiyini bildikləri halda, yenə də onlar qorxudan xəbərsizlik və zəiflik ucbatından həmin xəlifələri dəstəkləyirdilər. Bu siyasət nəticəsində müsəlmanlar Quran məntiqi və Peyğəmbər (səlləllahu əleyhi və alih) təliminin əksinə olaraq qorxaq zahirbaz və saziş qəbul edən şəxslərə çevrilmişdilər.
    Müsəlmanların həyatının bu mərhələsi tarixi azğınlığın bütün cəmiyyətə yayılması və cəmiyyəti özünə tərəf çəkməsi nümunələri ilə doludur.
    Müsəlmanların Osman və onun tərəfdarlarının yeritdiyi siyasətin müqabilindəki əks tədbirlərini Müaviyənin tutduğu siyasətə qarşı seçdikləri yol ilə müqayisə etdikdə, bu şeytani siyasətin cəmiyyətdə yaranan acınacaqlı nəticələri açıq-aşkar göz qabağında durur. Çünki müsəlmanlar Osmanın siyasətinə qarşı ümumi qiyama qalxmaqla onun bu siyasətinə cavab verdilər. Bu qiyam İslam ölkəsinin böyük şəhərlərinə yəni Mədinə Məkkə Kufə Bəsrə Misir və digər şəhər və kəndlərə yayılmış və əhali qiyamda iştirak etmişdi. Ancaq Müaviyənin dövründə zülmün qat-qat artmasına qətl və hədələmələrin sayının çoxalmasına müsəlmanların öz hüquqlarından gəlirlərindən açıq-aşkar məhrum olmalarına baxmayaraq, onun İslama zidd olan hökumətinə qarşı belə bir ümumi qiyam baş vermədi. Əksinə, camaat kor-korana Müaviyəyə itaət edirdi. Düzdür arabir Hicr ibn Ədiyy Əmr ibn Həmiqi Xüzai və bu kimi şəxslərin pərakəndə etirazları olurdu. Bu da göstərir ki camaat Müaviyənin zülmü altında əl-qol atırdı. Ancaq pərakəndə olan bu etirazlar lazımi nəticəni vermir və ümumxalq hərəkatına çevrilmirdi. Buna görə də, bu etirazların qarşısı tezliklə alınırdı. Çünki dövrün hökuməti qiyam başçılarını öldürür məntəqədəki hərəkatı boğur camaat isə heç bir əks tədbir göstərə bilmirdi.
    Müaviyə dövründə qiyamın maneələri
    Müaviyənin qüdrətinin hakim olduğu belə acınacaqlı vəziyyətdə bir çox şeyləri nəzərə almaqla, o vaxtda qiyam etməyə nə imkan var idi nə də qiyamın bir faydası olacaqdı. Aşağıdakı iki səbəbi Müaviyənin dövründə İmam Hüseyn əleyhissəlamın inqilabına mane olan əsas iki amil kimi qeyd etmək olar.
    1. İmam Həsən əleyhissəlamin Müaviyə ilə sülh müqaviləsi
    Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi Müaviyə İmam Həsən əleyhissəlamın onunla bağladığı və İmam Hüseyn əleyhissəlamın da təsdiqlədiyi sülh müqaviləsini bəhanə gətirib İmam Hüseyn əleyhissəlamı sülh müqaviləsini pozmaqda ittihamlandıracaqdı. Çünki hamı bilirdi ki İmam Həsən (əleyhissəlam) və İmam Hüseyn (əleyhissəlam) nə qədər ki Müaviyə sağdır onun hökuməti qarşısında sükut edəcəklərinə və heç bir qiyama əl atmayacaqlarına söz veriblər. Əgər belə bir vaxtda İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi Müaviyə İmamı vəzifətələb və əhd-ilqar sındıran bir şəxs kimi qələmə verərdi. Düzdür İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə bağlanan müqaviləyə əməl etməyi vacib bilmirdi. Çünki bu müqavilə azad könüllü və ixtiyari şəkildə deyil məcburiyyət qarşısında və danışıqların heç bir fayda verməyəcəyi bir dövrdə bağlanmış bir müqavilə idi. Bundan əlavə, artıq Müaviyənin özü müqaviləni pozmuş və daha müqavilənin şərtlərinə riayət etmirdi. Deməli belə bir müqaviləyə (baxmayaraq ki əslində düzgün müqavilədir) İmam Hüseyn (əleyhissəlam) əhəmiyyət verməzdi. Çünki Müaviyə özü onu pozmuş və onun pozulmasında əlindən gələni əsirgəmirdi. Ancaq nə qədər müqavilə var idi Müaviyə onunla İmam Hüseyn əleyhissəlamın qiyamına qarşı bəhanə gətirə bilərdi. Digər tərəfdən də baxmalıyıq ki görək camaatın İmam Hüseyn əleyhissəlamın qiyamı barədə fikri necədir?
    Məlumdur ki İmam Hüseyn əleyhissəlamın dövründəki camaatda qiyam həvəsi yox idi. Onlar qılınclarını açıb kənara qoymuşdular. Salamatçılıq ardınca olan bu camaatın beynində təbii ki İmam Hüseyn (əleyhissəlam) Müaviyə ilə sülh bağlayıb (sülhə razı olub) indi də ona əməl etməlidir fikirləri dolanırdı. Deməli belə bir vaxtda əgər İmam Hüseyn (əleyhissəlam) qiyam etsəydi Müaviyə onun qiyamını qeyri-qanuni və sülh müqaviləsinin əksinə olan bir üsyan kimi qələmə verəcəkdi. Əvvəldə də qeyd etdik ki o dövrün camaatında qiyam həvəsi olmadığına görə onlar da Müaviyənin sözlərini təsdiqləyəcəkdilər.
    2. Müaviyənin dini jesti
    İmam Hüseyn əleyhissəlamın Yezidin dövründə etdiyi inqilab o qədər qüvvətli idi ki camaatın qəlbində əbədi qalmışdır. Müşahidə etdiyimiz kimi üstündən neçə əsrlər keçməsinə baxmayaraq, camaat indi də Kərbəla şəhidlərini özləri üçün örnək nümunə qərar verərək fədakarlıq qəhrəmanlıq meydanlarında onlardan ilham alırlar. Əgər İmam Hüseyn (əleyhissəlam) Müaviyənin dövründə qiyam etsəydi çox ehtimal ki onun qiyamı belə nəticə verməyəcəkdi. Bu məsələnin sirrini Müaviyənin nüfuzu hoqqabazlığı hiyləsi və dini jestində və onun müşkülatı həll etməkdə seçdiyi xüsusi yolda axtarmaq lazımdır. Düzdür Müaviyə hökumətində İslamı tamamilə təhrif etmiş Bəni–Üməyyəni İslamın sadə hökumətinin əvəzinə hökumətə gətirmiş və İslami cəmiyyəti qeyri-İslami cəmiyyətə çevirmişdi. Ancaq o bunu da yaxşı bilirdi ki camaata İslam adı altında rəhbərlik etdiyi üçün dinə zidd olan işlər görməməlidir. Əksinə o həmişə çalışırdı ki öz işlərinə dini ad qoysun. Bununla da gördüyü işləri tutduğu mövqeylə uyğunlaşdırırdı. Şəri görülməsi mümkün olmayan işləri isə gizlində görürdü. Bəzi tarixi sənədlər göstərir ki Müaviyə dinsiz və heç nəyə inanmayan bir insan olmuşdur. Belə ki özü elə də əməlli və düzgün adam olmayan Müğeyrə ibn Şübə Müaviyənin xüsusi məclislərində onun özündən eşitdiyi sözlər barədə fikirləşərək narahat olub deyirdi: «Müaviyə camaat arasında ən pis adamdır.» Ancaq bununla belə, Müaviyənin dinin bəzi zahiri işlərinə riayət etməsi onun əsl mahiyyətini anlamaqda camaat üçün çox çətin olmuşdu. Müaviyə öz hökumətini dini hökumət kimi göstərmək üçün vəziyyət və şəraitdən lazımi qədər istifadə edirdi. O bir tərəfdən Osmanın qisasını bəhanə edir digər tərəfdən də, Əbu Musa Əşəri ilə Əmr ibn As arasında gedən danışıqlardan İmam Həsən əleyhissəlamla sülh bağladıqdan və camaatın onunla beyət etməsindən sonra özünü camaatın gözündə xəlifəliyə layiq qələmə verirdi. Buna əsasən, əgər İmam Hüseyn (əleyhissəlam) onun dövründə qiyam etsəydi Müaviyə asanlıqla İmam əleyhissəlamın qiyamını haqqın batilə qarşı qiyamı kimi yox hökumət və vəzifə üstündə siyasi mübarizə kimi qələmə verəcəkdi.
    İmam Hüseyn əleyhissəlamın Müaviyənin hökumətinə qarşı mübarizələri
    Qeyd etdiyimiz maneələrin heç biri İmam əleyhissəlamın Müaviyənin saysız-hesabsız bidətlərinə və zülmlərinə qarşı sükut etməsinə mane olmurdu. İmam Hüseyn (əleyhissəlam) heç kəsin etiraz etməyə cürəti olmadığı bir dövrdə ayağa qalxıb bacardığı qədər Müaviyənin zülmlərinə qarşı mübarizə aparırdı. İndi İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə apardığı mübarizələrdən üçünü araşdırmağa başlayırıq.
    1) Etirazlı məktublar və çıxışlar
    İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə həmzaman olduğu on il İmamət dövründə onunla Müaviyə arasında bir çox məktublaşmalar olmuşdur. Bu da İmam Hüseyn əleyhissəlamın Müaviyənin müqabilində tutduğu inqilabi və möhkəm mövqeyinin nişanəsidir. İmam (əleyhissəlam) Müaviyənin İslam dininə zidd olan hər hansı bir hərəkətindən sonra onu möhkəm danlayır tənqid edir və həmən işə öz etirazını bildirirdi. Bu işlərin ən əsasından biri Yezidin vəliəhdliyi idi.
    Yezidin vəliəhdliyinə qarşı mübarizə
    Müaviyə Yezidi vəliəhd təyin etmək məqsədi ilə irəli sürdüyü siyasəti davam etdirərək Mədinə şəhərinin camaatından xüsusən də, başda İmam Hüseyn (əleyhissəlam) olmaqla şəhərin adlı-sanlı şəxsiyyətlərindən Yezid üçün beyət almaq məqsədi ilə Mədinə şəhərinə gəldi. Müaviyə Mədinəyə gəldikdən sonra İmam Hüseyn (əleyhissəlam) və Abdullah ibn Abbasla görüşüb söhbət əsnasında Yezidin vəliəhdliyi məsələsini ortaya atdı. O çalışırdı ki onları bu işə razı salsın. İmam Hüseyn (əleyhissəlam) Müaviyənin bu sözü qarşısında bir müqəddimə (ön söz) qeyd etdikdən sonra sözə belə başladı:
    «Sən özünü üstün tutmaqla ifrata düçar olmusan. Camaatın ümumi malını qəsb etməklə zülm etmisən! Sən camaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin. Açıq-aşkar o qədər qarətlər etdin ki öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün Şeytan (səni yoldan çıxarmaqda) öz arzusuna çatdı. Yezid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm. Sən camaata elə adamı tanıtdırmaq istəyirsən ki elə bil camaat onun həyat sabiqəsini tanımır. Sanki, burada olmayan bir nəfərdən xəbər verirsən ki camaat onu görməyib. Elə bil ki onu ancaq sən tanıyırsan. Xeyr Yezid öz batinini açıb aşkar etmişdir. Yezidi olduğu kimi tanıtdır. Yezid itbaz quşbaz və keyf adamıdır. O ömrünü çalmaq oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy! Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir. Elə bir iş görmə ki Allah qarşısında günahların bundan da ağır olsun. Sən o qədər öz batil və zülm yoluna davam edib ağılsızlıq düşüncəsizlik üzündən zülmlər etdin ki artıq camaatın səbr kasasını doldurmusan. İndi səninlə ölüm arasında bir göz qırpımından artıq vaxt qalmayıb. Bunu bil ki sənin bütün əməllərin Allah yanında qorunub saxlanır və sən onlardan ötrü cavab verməli olacaqsan.» (Əl-İmamətu vəs-siyasət, c.1, səh.184.)
    Müaviyənin İmam Hüseyn əleyhissəlamın qiyamından nigarançılığı
    Elə həmən günlərdə Müaviyə tərəfindən bir il Mədinəyə vali seçilmiş Mərvan ibn Həkəm Müaviyəyə yazır: «Əmr ibn Osman xəbər verib ki İraq və Hicazın nüfuzlu şəxsiyyətləri İmam Hüseyn əleyhissəlamın yanına get-gəl edirlər.» Daha sonra bildirmişdi: «Mən inanmıram ki o qiyam etməsin.» Mərvan məktubda əlavə edib demişdi: «Bu haqda axtarış aparmışam. Əldə olan məlumata görə hələ onun qiyam etmək fikri yoxdur. Ancaq inanmıram ki gələcəkdə də bu cür olsun. İndi bu barədə öz fikrini bildir.»
    Müaviyə bu xəbəri eşitdikdən sonra Mərvanın məktubuna cavabından əlavə aşağıdakı məzmunda Hüseyn ibn Əli əleyhissəlama da bir məktub yazdı:
    «Sənin gördüyün bəzi işlər barədə mənə xəbər çatmışdır. Əgər bunlar doğrudursa mən səni bu işlərə layiq görmürəm. (Bu işlər sənə yaraşmaz.) And olsun Allaha kim bir nəfərlə əhd bağlasa gərək əhdinə vəfa etsin. Əgər mənə gəlib çatan xəbərlər yalan olarsa sən bu işə (əhdə vəfalı olmağa) ən layiq adamsan. Özündən muğayat ol və əhdinə vəfa et. Əgər mənimlə müxalifətçilik etsən müxalifətçiliklə əgər pislik etsən pisliklə üzləşərsən. Ümmətin arasında ixtilaf salmaqdan çəkin.»(İxtiyaru mə’rifətir-rical, səh.48.)
    İmam Hüseyn əleyhissəlamın Müaviyəyə yazdığı tarixi cavab
    İmam Hüseyn (əleyhissəlam) Müaviyənin məktubunun cavabında belə yazdı:
    «Sənin məktubunu aldım. Yazmısan ki mənim barəmdə sənə bəzi xəbərlər çatır və sən məni o işlərə layiq görmürsən. Bunu deyim ki insanı yaxşı işlərə tərəf cəlb edən və yaxşı işlər görməyə kömək edən yalnız Allahdır. Mənim barəmdə sənin qulağına çatmış xəbərlərin hamısı boş və əsassız sözlərdir. Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və Şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.
    Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən? Onların hamısı namaz qılan Allaha itaət edən insanlar idi. Onlar bidətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-məruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.
    Təqvalı müsəlman ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi? Sən onlara əziyyət verməyəcəyin barədə söz verib əhd bağladıqdan sonra onları öldürdün. Əgər o əhd-peymanı çöl ceyranlarına da versəydin, dağlardan aşağı enərdilər.
    (Süməyyənin oğlu) Ziyadı özünə qardaş edən və onu Əbu Süfyanın oğlu qələmə verən sən deyilsənmi? Halbuki Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur: «Uşaq ataya bağlıdır zinakar isə daşqalaq edilməlidir.» (Ziyad da zinadan olmuş bir insan idi.) Kaş iş bununla sona yetəydi. Ancaq belə olmadı. Hələ bu azmış kimi Süməyyənin oğlunu özünə qardaş elan etdikdən sonra müsəlmanların başı üstünə gətirdin. O da sənin gücünə arxalanaraq müsəlmanları öldürdü. Əl-ayaqlarını kəsdi onları xurma ağaclarından asdı.
    Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.
    Həzrəmini öldürən sən deyilsənmi? Onun günahı bu idi ki Ziyad sənə xəbər vermişdi ki o Əli əleyhissəlamın şiələrindəndir. Əli əleyhissəlamın dini elə əmisi oğlu Məhəmmədin (səlləllahu əleyhi və alih) dinidir. İndi sən həmən din adı ilə camaata başçılıq edirsən. Əgər bu din olmasaydı sən və əcdadın indi də cahiliyyət içində yaşayardınız. Sizin ən şərəfli işiniz ildə iki dəfə - yayda və qışda Yəmən və Şama getmək idi. Ancaq Allah biz Əhli-beytin sayəsində sizi bu acınacaqlı yaşayışdan qurtardı.
    Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.
    Sözlərindən bir başqası bu idi ki deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Məhəmməd (səlləllahu əleyhi və alih) ümmətinin dinini qoruyum. (Mən öz vəzifəmi düşünüb özümün və Məhəmməd (səlləllahu əleyhi və alih) ümmətinin dininə fikir verəndə) səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq. Əgər (bəzi səbəblər üzündən) sənə qarşı qiyam etməkdən çəkinirəmsə bunun üçün Allahdan üzr istəyirəm. (Çünki ola bilər mənim bu səbəblərim Allah dərgahında üzürlü sayılmaya.) Allahdan istəyirəm ki məni Özü razı olan işə yönəltsin.
    Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki əgər sənə pislik etsəm sən də mənə pislik edəcəksən səninlə düşmənçilik etsəm sən də mənimlə düşmənçilik edəcəksən. Qoy bunu deyim ki bu dünyada yaxşı insanlar daima pis insanların düşmənçiliyi ilə üzləşiblər. Mən ümid edirəm ki sənin düşmənçiliyin mənə bir ziyan vurmayacaq pis fikirlərinin ziyanı hamı özünə deyəcək və öz əməllərini məhv edəcək. Elə isə nə qədər bacarırsansa düşmənçilik et.
    Ey Müaviyə! Allahdan qorx bil ki bütün günahların istər böyük istərsə də kiçik Allah yanında qorunub saxlanır. Bunu da bil ki Allah sənin törətdiyin cinayətləri sırf güman nəticəsində camaatı qətlə yetirməyini ittiham edərək onları tutub həbs etməyini şərabxor və itbaz bir uşağı hökumət başına gətirməyini heç vaxt unutmayacaq. Sən bu işinlə özünü fəlakətə saldın (öz başına iş açdın) öz dinini əlindən verdin və millətin hüququnu tapdaladın.» (Əl-İmamətu vəs-siyasət, c.1, səh.180; Ehticac c.2, səh.161.)
    2) İmam Hüseyn əleyhissəlamın böyük həcc mərasimində ifşaedici və sərt çıxışı
    Müaviyənin ölümündən bir (ya da iki) il qabaq onun hökumətinin şiələrə qarşı əzab-əziyyət və işkəncələrinin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə İmam Hüseyn (əleyhissəlam) həcc ziyarətinə getdi. Abdullah ibn Abbas və Abdullah ibn Cəfər də o Həzrətlə idilər. O vaxt camaat arasında təqva xeyir və paklıqla tanınan Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri tabein(Tabein peyğəmbərin özünü görməyən, lakin onun səhabələrini görmüş şəxslərə deyilir.) və bütün Bəni Haşim nümayəndələri İmam Hüseyn əleyhissəlamın Minadakı çadırına yığışmaq istədilər. İki yüz nəfər Peyğəmbər səhabəsi və yeddi yüz nəfər tabein İmam Hüseyn əleyhissəlamın çadırının yanına toplaşdı. İmam Hüseyn (əleyhissəlam) ayağa qalxıb aşağıdakı məzmunda bir çıxış etdi:
    «Gördünüzmü bu zalım və qəddar kişi biz və şiələrimizlə necə rəftar etdi? Mən indi bəzi məsələlərə toxunmaq istəyirəm. Əgər (dediklərim) düz olarsa təsdiq edin yox əgər yalan olarsa,, təkzib edin. Mənim sözlərimi eşidin və danışığımı yazın. Elə ki, öz şəhərlərinizə qayıtdınız, mənim sözlərimi etibarlı və inanılmış şəxslərə çatdırın və onları bizə tabe olmağa dəvət edin. Mən bundan qorxuram ki bu məsələ (camaatın biz Əhli-beyt tərəfindən idarə olunması) tamamilə unudula və haqq məğlub olub aradan gedə.»
    Sonra İmam (əleyhissəlam) atasının və Əhli-beytin parlaq sabiqəsini onların fəzilətlərini sadaladı və Müaviyənin hökumətinin bidətlərini cinayətlərini və İslama zidd olan hərəkətlərini açıqladı.(Ehticac (Təbərsi), c.2, səh.161; Əl-Qədir, c.1, səh.198.) Beləliklə də, Müaviyənin pozğun hökumətinə qarşı böyük bir təbliğ edərək qiyam üçün zəminə yaratdı.
    Dördüncü əsrin (hicri tarixi ilə) görkəmli alimi Həsən ibn Əli ibn Şübə «Tühəfül-üqul» kitabında İmam Hüseyn əleyhissəlamdan tarixi və harada söylənildiyi məlum olmayan bir xütbə qeyd etmişdir. Ancaq bəzi nişanələrdən və xütbənin məzmunundan məlum olur ki bu xütbə elə İmam Hüseyn əleyhissəlamın Minada (həcc mərasimində) buyurduğu xütbədir. İndi həmən xütbəni mövzumuza münasib bilib bəzi hissələrinin tərcüməsini oxucuların nəzərinə çatdırırıq:
    «...Ey qüdrətli kişilər! Siz camaat arasında elmlə xeyirxahlıqla tanınmış adamlarsınız. Siz Allahın dini sayəsində camaatın qəlbində yer tapmısınız. Şərəfli insanlar sizlərdən ad aparır zəiflər sizə hörmət edirlər. Sizinlə bərabər olan insanlar onlara heç bir minnətiniz olmadığı halda, sizi özlərindən üstün hesab edirlər...
    Mən (sizin keçmişinizdən və imanınızdan xəbərdar olub) sizin Allahın boynuna minnət qoyduğunuz üçün Allah tərəfindən sizə əzab gəlməsindən qorxuram. Çünki siz başqalarının çatmadığı böyük məqamlara çatmısınız. Buna görə də, başqalarından üstünsünüz. Yaxşı və pak insanlara hörmət etmirsiniz. Halbuki, siz özünüz Allaha xatir camaat arasında hörmət sahibi olmusunuz.
    Allahın qayda-qanunlarının əhdinin pozulmasını siz öz gözlərinizlə görürsünüz. Ancaq bundan heç qorxmursunuz. Öz atalarınızın əhd-peymanının pozulmasından təşvişə düşürsünüz ancaq peyğəmbərin əhdinin pozulmasından ona qarşı hörmətsizlik olmasından heç narahat olmursunuz. Kor lal çolaq insanlar İslam ölkəsində başsız qalmış və onlara heç bir rəhm olunmur. Siz öz məqam və mövqeyinizin müqabilində heç bir iş görmür bu yolda öz vəzifəsini yerinə yetirən adama da kömək etmirsiniz. Zalımlarla saziş bağlayıb özünüzü rahat edirsiniz. Allah, pis işlərdən çəkinməyi və camaatı pisliklərdən qorumağı əmr etmişdir ancaq siz bundan qafilsiniz. Siz - ümmət alimlərinin müsibəti hamıdan çoxdur. Çünki din alimlərinin məqamı qəsb olunmuşdur. Kaş ki bunu başa düşəydiniz.
    Hökuməti Allahın ehkamından xəbərdar olan halal-haramı tanıyan adam ələ almalıdır. Bu məqama siz layiq olduğunuz halda, onu sizin əlinizdən alıblar. Bu məqamı o vaxt sizin əlinizdən aldılar ki siz haqqın ətrafından uzaqlaşdınız. Açıq-aşkar sübutlar ola-ola Peyğəmbər sünnəsində ixtilaf yaratdınız. Əgər Allah yolunda müşkülata qatlaşıb əzab-əziyyətə dözsəydiniz indi hökumət sizin əlinizdə olar və bütün işlərə siz nəzarət edərdiniz. Ancaq siz zalımları öz işlərinizə rəhbər tutdunuz və Allahın əmanətini (hökuməti) onlara verdiniz. Onlar da halalı harama qatıb öz həvayi-həvəslərinə məşğul oldular. Onları hökumətə gətirən ancaq sizin ölümdən qaçıb bir-iki günlük həyata bel bağlamağınız oldu. Siz vəzifənizdə bu cür tənbəllik etməklə məzlumları onlara əlaltı etdiniz. Onlar da bunun nəticəsində bir dəstəni özlərinə nökər xidmətçi bir dəstəni isə daima acınacaqlı həyat sürməyə məcbur etdilər. Onlar zalımlara itaət edərək Allah qarşısında süstlük etmək nəticəsində hökuməti öz meylləri əsasında idarə edib həvayi-həvəsə tabe oldular. Onlar bütün şəhərlərdə (öz məqsədlərinə nail olmaq üçün) minbər başına təbliğatçılar göndərirlər. İslam ölkəsi tamamilə onların ixtiyarındadır. Əlləri hər yerdə açıqdır və camaat onların nökərinə çevrilmişdir. Bu çarəsiz camaata hər hansı istədikləri zülmü edirlər camaat isə özünü müdafiə edə bilmir. Onların bəziləri elə zalımdırlar ki hər bir məzluma əziyyət verir bəziləri elə hakimlərdir ki heç insanı dirildən və öldürən Allaha da etiqadı yoxdur.
    Bu vəziyyət çox təəccüblüdür! Necə təəccüb etməyim halbuki ölkə zalım və dılğır bir şəxsin ixtiyarındadır və o möminlərə ürəyi yanmadan və rəhmsizcəsinə başçılıq edir. Aramızdakı bəzi ixtilaflara Allah Özü hakimdir və Öz hökmü ilə qəzavət edir.
    İlahi! Bizim hərəkətimiz (qiyamımız) nə hökumət başına gəlmək üçündür nə də mal-dövlətə yiyələnmək üçün. Məqsədimiz yalnız budur ki Sənin dininin nişanələrini camaata göstərək və islahatı İslam ölkəsində həyata keçirək. Qoy bunun nəticəsində məzlum bəndələr zalımlar əlindən amanda olsunlar və Sənin ehkamın və peyğəmbərin sünnəsi həyata keçsin.
    İndi (ey ümmətin qabaqcılları) əgər siz mənə kömək etməsəniz, zalımlar sizə qalib gələcək və peyğəmbərimizin nurunu söndürmək üçün çalışacaqlar...» (Tühəfül-üqul, səh.237-239.)
    3) Dövlət əmlakının müsadirə edilməsi
    Elə həmən günlərdə bir qədər beytül-mal daşıyan bir karvan Yəməndən çıxıb Mədinəni keçərək Şama tərəf gedirdi. Bundan xəbər tutan İmam Hüseyn (əleyhissəlam) karvanın qarşısını kəsib malları müsadirə edərək onu Bəni–Haşim yoxsulları və digər yoxsullar arasında bölüşdürdü. Sonra aşağıdakı məzmunda Müaviyəyə bir məktub yazdı:
    «Yəməndən gələn karvan buradan keçirdi. Onlar sənin üçün pul müxtəlif parçalar və ətriyyat gətirirdilər ki sən onları alıb Dəməşq xəzinəsinə tökəsən və sonra onları qarın və cibləri indiyədək beytül-mal yeməkdən dolan qohumların arasında bölüşdürəsən. Mənim o mallara ehtiyacım var idi, ona görə də, onları müsadirə etdim. Vəssəlam!»
    Müaviyə İmamın bu hərəkətindən bərk narahat olub İmama qəzəbli bir məktub yazdı.(İmam Hüseyn əleyhissəlamın həyatı, c.2,səh.231 (Şərhi Nəhcül Bəlağənin c. 18, səh. 409-dan nəql edərək).)
    Şübhəsiz ki İmamın bu hərəkəti Müaviyənin hökumətinin qanunsuz və qeyri-şəri tanıtdırması yolunda atılmış aşkar addım hesab olunur. Elə bir zamandada belə bir hərəkəti görməyə İmam Hüseyn əleyhissəlamdan başqa heç kim cürət etməzdi.
    Aşura inqilabının mahiyyəti və səbəbləri
    İmam Hüseyn əleyhissəlamın inqilabı barədə bir sıra suallar vardır ki o Həzrətin inqilabının səbəblərinin aydın olması məhz o sualların cavabından asılıdır. Suallar belədir:
    1. Əgər Yezid İmam Hüseyn əleyhissəlamdan beyət almaq üçün onu sıxışdırmasaydı İmam Hüseyn (əleyhissəlam) yenə qiyam edəcəkdi?
    2. Kufə camaatı İmam Hüseyn əleyhissəlamı Kufəyə dəvət etməsəydi, yenə bu qiyam baş verəcəkdi?
    3. Bu qiyam və çevriliş bu günkü zəmanədə materialistlərin irəli sürdüyü kor-korana və hesabsız ictimai partlayışdır yoxsa hesab-kitablı və əvvəlcədən hazırlıqlı bir qiyam?
    Bu sualların cavablarının aydın olması üçün əvvəlcə bunu qeyd etməliyik ki adətən təkmahiyyətli olan təbii şeylərdən fərqli olaraq ictimai hadisələr ola bilsin bir neçə mahiyyətə malik olsun. Məsələn, bir filiz eyni zamanda həm qızıl həm də mis mahiyyətini daşıya bilməz. Ancaq ictimai hadisələrin eyni zamanda həm bir neçə cəhəti ola bilər və həm də onun meydana çıxmasında bir neçə vasitə təsir göstərə bilər. Məsələn, bir inqilab ola bilər bir işə qarşı reaksiya olsun yəni onun mahiyyəti bir işə qarşı reaksiyadan ibarət olur. Lakin eyni zamanda həmin inqilabın hücum mahiyyəti də ola bilər. Üstəlik reaksiya mahiyyəti daşıdığı anda ola bilər bir hadisəyə qarşı mənfi reaksiya versin digər bir hadisəyə isə müsbət reaksiya.
    İmam Hüseyn əleyhissəlamın inqilabı da bu cür hadisələrdən idi və bu cəhətlərin hamısı onda mövcud olmuşdur. Çünki həmən inqilabın müxtəlif səbəbləri olmuşdur. İndi həmən səbəbləri sizin nəzərinizə çatdırırıq.
    Category: İmam Hüseyn əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 2166 | Downloads: 0 | Rating: 3.4/12
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024