İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » İmam Hüseyn əleyhissəlamın həyatı

    İmam Hüseyn əleyhissəlamın həyatı
    2012-06-08, 2:38 PM
    Müaviyənin Şamdakı hakimiyyət dövrü
    Qeyd etməliyik ki Şam şəhəri müsəlmanların əlinə keçən gündən Vəlidin oğlu Xalid və Əbu Süfyanın oğlu Müaviyə kimi şəxslər tərəfindən idarə olunmuşdu. Buranın əhalisi nə Peyğəmbər moizələri (söhbətləri) eşitmiş nə onun səhabələrini görmüş nə də İslamı heç olmasa Mədinədə yayıldığı kimi tanımışdılar. Düzdür bu şəhər alınarkən peyğəmbərin yüz on üç səhabəsi burada olmuş və ya sonradan yaşamaq üçün bura köçmüşlər ancaq onların tərcümeyi-hallarına nəzər yetirdikdə, məlum olur ki onların bir neçəsindən başqa qalanları peyğəmbəri çox az görmüş və o Həzrətdən bir ya da bir neçə hədisdən artıq hədis eşitməmişdilər. Bundan da əlavə, onların əksəriyyəti Müaviyənin hakimiyyətindən qabaq Ömər və Osmanın hakimiyyəti dövründə dünyadan getmişdilər. İmam Hüseyn əleyhissəlamın inqilabı baş verən zaman onlardan yalnız on bir nəfəri sağ qalıb Şamda yaşayırdı. Onlar da artıq yetmiş-səksən yaşlarına çatmış və künc-bucaqda qalmağı cəmiyyətə qoşulmaqdan üstün tutmuşdular. Onların cəmiyyət arasında heç bir nüfuzu yox idi. Bunun nəticəsində də onların (Yezid yaşda olan) gənc nəsli həqiqi İslamdan xəbərsiz idi. Bəlkə də onlar elə bilirdilər ki İslam bu vaxtadək onlara rəhbərlik etmiş xəlifələrin hökuməti kimi bir hökumətdir. Müaviyənin sarayının gözəl görünüşlü olması iqtidarda olan qüvvələrin camaatın haqqını kəsib böyük saraylar düzəltməsi keşikçilər təşkil etmək əyan-əşraf toplamaq və nəhayət müxalif qüvvələri tutub həbs etmək sürgünə göndərmək və ya öldürmək onlara təbii məsələ kimi gəlirdi. Çünki təxminən yarım əsr qabaq hökumətdə olmuş xəlifələr də bu işləri görürdülər. Orada olanlar da belə fikirləşirdilər ki Peyğəmbər dövründəki Mədinə şəhəri də bu cür olmuşdur.(İmam Hüseyn əleyhissəlamın qiyamı, səh.185.) Bunun nəticəsində də Şam əhalisi Əbu Süfyanın oğlu Müaviyənin rəftarını tam İslam rəftarı kimi qəbul edirdi.
    Müaviyə təxminən qırx iki il Dəməşqdə hakimiyyətdə olub. Beş il ikinci xəlifə tərəfindən on iki il isə üçüncü xəlifə tərəfindən Şamın valisi olmuşdur. Beş ildən az Həzrət Əli əleyhissəlamın dövründə və təxminən altı ay da İmam Həsən əleyhissəlamın zahiri hakimiyyəti dövründə Şamın valisi olub. İyirmi ildən az da İslam hökumətinin xəlifəsi olmuşdur.(Aşura tarixinin araşdırması, səh.47)
    Çirkin təbliğlər
    Müaviyə uzunmüddətli hakimiyyəti dövründə Şam əhalisini elə "tərbiyələndirmişdi” ki onlar din barədə az da olsa, xəbərdar deyildilər. Onlar Müaviyənin sözünə can-başla boyun əyib tabe olurdular. Müaviyə bu müddətdə Şam əhalisini təkcə nizami və siyasi cəhətdən öz əmri altına almamış üstəlik öz dediklərini onlara İslam təlim-tərbiyəsi kimi qəbul etdirmək üçün onları, fikri və məzhəbi cəhətdən də kor-koranə yetişdirmişdi. O özünəməxsus hiyləsi ilə bu sahədə öz istəklərinə nail oldu. Bunlar hamısı nəzəri cəlb edən məsələlərdir. Onun Həzrət Əli (əleyhissəlam) kimi bir şəxsiyyətin (camaatın fikrində) əsl simasını dəyişdirmək üçün işlətdiyi hiylələri o Həzrəti söyməyi bir bidət kimi cəmiyyətdə yaydığını hamı bilir. Peyğəmbər (səlləllahu əleyhi və alih) (İslamın qocaman pak və doxsan yaşlı mücahidi) Əmmar Yasirin zalımların əli ilə şəhadətə yetişməsi barədə qabaqcadan xəbər verdiyi halda, Əmmar Yasir Siffeyn döyüşündə Həzrət Əli əleyhissəlamın ordusunda şəhid olduqdan sonra Müaviyə adam aldadan hiyləsi ilə Şam ordusu arasında xəbər yaydı ki Əmmarın qatili Əlidir. Çünki onu döyüş meydanına Əli (əleyhissəlam) göndərmişdir.(Ənsabul-əşraf, səh.317.)
    Müaviyənin adamlarının erkək dəvəni dişi dəvədən seçə bilməmələri Müaviyənin rəhbərliyi ilə həftənin üçüncü günü biabırçı şəkildə cümə namazının qılınması da bir daha bu mənanı təsdiqləyir. Bunlar o qədər aydın məsələlərdir ki daha əlavə izahata heç ehtiyac da yoxdur.(Mürucuz-zəhəb, c.3,səh.31.)
    Bəni–Üməyyənin çirkin hökuməti əks təbliğlər və şəxsiqərəzlər nəticəsində Peyğəmbərin (səlləllahu əleyhi və alih) pak ailəsini Şam əhalisinin fikrində pis pozğun bunun müqabilində isə Bəni–Üməyyəni Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsi kimi qələmə verirdi. Belə ki tarixçilər yazırlar: «Abbasilərin qiyamının qələbəsindən sonra Əbül Abbas Səffah hakimiyyətə gələndə, Şam əmirlərindən on nəfəri onun yanına gedib hamılıqla and içərək bildirdilər ki biz (sonuncu Əməvi xəlifəsi) Mərvanın ölümünə qədər peyğəmbərin Bəni–Üməyyədən başqa qohumu olduğunu bilmirdik. Nəhayət siz hakimiyyətə gəldikdən sonra biz bunu bildik.»(Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.7, səh.159.)
    Buna əsasən, tarix kitablarında yazılmış aşağıdakı ibarələri oxuduqda heç də təəccüblənməməliyik:
    «Kərbəla əsirləri Şama daxil olduqda bir kişi İmam Zeynülabidin əleyhissəlamın qarşısında durub dedi: «Həmd olsun o Allaha ki sizi öldürməklə camaatı sizin şərrinizdən qurtardı və Əmirəl-möminini (Yezidi) sizin üzərinizdə qalib etdi.»
    İmam Səccad (əleyhissəlam) sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra İmam Səccad (əleyhissəlam) ondan soruşdu:
    — Quran oxumusan?
    — Bəli!
    — Bu ayəni oxumusanmı? «De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.» (Şərhi-Nəhcül-bəlağə (İbn Əbil Hədid), c.7, səh.159.)
    — Bəli!
    — Bəs bu ayəni necə? «Qohum-əqrəbanın haqqını ödə.»
    — Bəli!
    — Bu ayəni də oxumusan? «Ey peyğəmbərin Əhli-beyti Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz pak etmək istəyir.» (Əhzab” surəsi, ayə 33.)
    — Bəli!
    — Ey qoca bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası hər cür çirkinlikdən uzaq olanlar bizik.
    Qoca bildi ki bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: «İlahi mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (səlləllahu əleyhi və alih) və Ali-Məhəmmədin (səlləllahu əleyhi və alih) düşmənlərinə nifrət edirəm!»
    Əsirlərin səfər sovqatı
    Peyğəmbər ailəsinin ziddinə yayılmış bu geniş təbliğatı nəzərə aldıqda, Kərbəla əsirlərinin Şama səfərinin mahiyyəti çox yaxşı şəkildə aydın olur. Çünki onlar bu səfərdə qırx illik əks təbliğatı aradan apararaq Əməvilər sülaləsinin əsl mahiyyətini aşkar etdilər. Həmçinin, Şam camaatının yatmış fikirlərini oyadıb məsələyə diqqətlə baxmalarına səbəb oldular. Bu əsirlər barədə qətiyyətlə demək olar ki onlar Mədinəyə qayıdanda öz borcunu lazımıncasına yerinə yetirmiş fateh bir ordu rolunu oynayırdılar.
    İndi Kərbəla inqilabının təbliğinin göstərdiyi fəaliyyət və risalətin nə dərəcədə böyük olduğunu tam şəkildə başa düşmək üçün iki tarixi nümunəyə işarə edək.
    1. İmamət ailəsinin «Hirrə» faciəsində qorunması
    İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra İslam ölkəsinin digər şəhərləri ilə həmzaman olaraq Peyğəmbərin qohum-əqrəbasının əsas yaşayış yeri olan Mədinə şəhəri də yavaş-yavaş həyəcana gəldi. Mədinənin hakimi öz fikrinə görə belə bir tədbir töküb gənc xəlifəni (Yezidi) yaxından görmək və onun mərhəmətindən bəhrələnmək üçün şəhərin böyüklərini Şama göndərdi ki onlar Mədinəyə qayıtdıqdan sonra camaatı Yezidə itaət etməyə cəlb etsinlər. Lakin nə düzgün tərbiyəsi nə tədbir və uzaq görənliyi olan və nə də İslamın zahirinə əməl edən Yezid Mədinə şəhərinin nümayəndələri qarşısında da şərab içməyə it oynatmağa və şəriətdən kənar olan işlər görməyə başladı. Nümayəndələr Şamdan qayıdan kimi fəryad çəkib dedilər: «Yezid şərab içən it oynadan fasiq bir adamdır. Belə bir şəxs müsəlmanların rəhbəri ola bilməz!» Nəhayət şəhərin hər tərəfində qiyam qalxdı və qiyamçılar Mədinə hakimini və Əməvi sülaləsini şəhərdən qovdular. Bu xəbər Şama çatdıqda, Yezid Mədinə camaatını cəzalandırmaq üçün bir ordu toplayıb qoca bir kişi olan Müslim ibn Üqbəni orduya başçı təyin etdi. Müslim Mədinəni mühasirəyə aldı. Bir müddətdən sonra şəhər əhalisi orduya müqavimət göstərə bilməyib təslim oldu. Şam ordusu üç gün Mədinədə kütləvi qırğın törətdi və heç bir çirkinlikdən çəkinmədi. Nə qədər dindar təqvalı və mömin kişilər qırıldı nə qədər hörmətsizliklər oldu nə qədər qadın və qızlar bu vəhşi ordunun təcavüzünə məruz qaldılar.(İslamın Əməvilər sülaləsinin sonunadək olan dövrü əhatə edən təhlili tarixi, səh.170.)Bu hadisə tarixdə «Hirrə» faciəsi adı ilə məşhur oldu.
    Lakin bu böyük faciədə İmam Zeynül-abidin (əleyhissəlam) və Bəni–Haşimdən olanların evi hər hansı bir zorrakılıqdan toxunulmaz qalmışdı. Məhz buna görə də, Mədinə şəhəri mühasirədə olan zaman onlarla müsəlman ailəsi o Həzrətin evinə gəlməklə təcavüzdən qorunmuşdu. Təbəri yazır:
    Yezid Müslim ibn Üqbəni Mədinəyə göndərəndə, ona dedi: «Əli ibn Hüseynin (İmam Zeynül-abidin əleyhissəlamın) qiyamçılara heç bir qarışacağı yoxdur. Ona toxunma və onunla yaxşı rəftar et!»(Tarixül-üməmi vəl-mülük, c.7, səh.421.)
    Şeyx Müfid yazır: «Müslim ibn Üqbə Mədinəyə daxil olduqda İmam Zeynül-abidin əleyhissəlamı yanına dəvət etdi. İmam Zeynül-abidin (əleyhissəlam) gəldikdə, Müslim ona çox hörmət edib yanında əyləşdirdi və dedi: «Əmirəl-möminin (Yezid) mənə tapşırıb ki sənə yaxşılıq edəm və səni başqalarından fərqləndirəm.» İmam Zeynül-abidin (əleyhissəlam) ona öz təşəkkürünü bildirdi. Sonra Müslim ətrafında olanlara dedi: «Mənim qatırımı onun üçün yəhərləyin.» Sonra isə İmam Zeynül-Abidin əleyhissəlama dedi: «Ailənin yanına qayıt. Bəlkə də, biz onları qorxutduq və səni bura gəlməyinlə zəhmətə saldıq. Əgər bizim ixtiyarımızda bir şey olsaydı, sənə əta edərdik. Həqiqətən sən buna layiqsən.»(Əl-İrşad, səh.260.)
    Dördüncü İmamın həyatından bəhs edərkən deyəcəyimiz səbəblərə görə şübhə yoxdur ki Müslimin İmamla yaxşı rəftar etməsinin əsas səbəblərindən biri bu idi ki İmam Zeynül-abidin (əleyhissəlam) qiyamın əvvəlindən kənara çəkildi və qiyamçılarla əlbir olmadı. Ancaq bu da məlumdur ki İmam Hüseyn əleyhissəlamın şəhadəti Yezidə baha başa gəlmişdi və hələ o törətdiyi bu böyük cinayətə görə ümumi camaatın fikir təzyiqinə məruz qalmışdı. Buna görə də, Yezid İmamət ailəsinə yenidən əziyyət verməklə öz adını daha da pisləşdirmək istəmirdi.
    2. Əbdülməlik ibn Mərvanın Həccaca əmri
    Yəqubi yazır:
    «Əbdülməlik ibn Mərvan Hicaza vali təyin etdiyi Həccaca yazır: «Məni Əbu Talibin balalarının qanına bulaşdırma. Çünki mən özüm gördüm ki Əbu Süfyanın ailəsi onlarla mübarizə apardı axırda özləri məhv oldu.»(Tarixi-Yə’qubi, c.3, səh.49; Biharül-ənvar, c.46, səh.119; Əl-ixtisas (Şeyx Müfid), səh. 315.)
    Əbdülməlik ibn Mərvanın Bəni–Üməyyənin siyasətçi və fərasətli(Əl-Fəxri fil-adabis-sultaniyyəti vəd-duvəlil-İslamiyyə (İbn Təqtəqi) səh.122.) bir xəlifəsi olduğunu bildiyimiz halda və onun Kərbəla hadisəsindən beş il sonra hakimiyyət başına gəldiyini nəzərə aldıqda, bu etirafın hansı dəyərə malik olduğunu hiss edirik. Bu əmr göstərir ki Əbu Süfyanın ailəsi Əbu Talibin ailəsinə qarşı göstərdikləri bu qədər təcavüz və zorakılıqlara baxmayaraq, onlar yenə də öz çirkin məqsədlərinə nail ola bilmədilər. Onlara qalan isə təkcə üzüqaralıq və lənət oldu.
    Əməvilərin ideoloji təbliğatı
    Bəşəriyyət aləmində zalım və mürtəce hökumətlər nə qədər güclü olsalar da, yenə onlara dayaq olan ideologiyaya ehtiyac duyurlar. Yəni onların yaratdıqları ideologiya iqtisadi–siyasi durumlarına arxa olur. Başqa sözlə desək zalım hökumətlər nizami qüvvədən əlavə camaatı asanlıqla özlərinə tabe etmək üçün güclü ideologiyaya da malik olmalıdırlar. Əgər xalq sağlam fikirli olub hökuməti qeyri-qanuni hökumət bilərsə, heç vaxt onun hakimiyyətini qəbul etməz. Bu baxımdan belə hökumətlərin ideologiyaya olan ehtiyacı daha aydın şəkildə büruzə çıxır. Əlbəttə, ideologiya cəmiyyətlərin fərqli olmasına görə müxtəlif şəkillərdə ola bilər. Zalım və İslama zidd olan Bəni–Üməyyə hökumətinin də təbii ki belə bir ideologiyaya ehtiyacı var idi. Ölkədə İslam cəmiyyəti hakim olduğundan onlar da öz cinayətlərinin üstünü şəri bəhanələrlə ört-basdır etməyə və xalqın fikrini məzhəbi təbliğatla qarışdırmağa məcbur idilər. Belə deyildi ki Bəni-Üməyyə xalqın hökm və rəyinə qarşı etinasızlıq etsin və özlərinin cinayətlərinə qarşı xalqda oyanan fikirlərə məhəl qoymasınlar. Xeyr onlar camaatın fikrini qəflətdə saxlamaq üçün insanların hazırkı vəziyyətini ən yaxşı vəziyyət bilib bu vəziyyətin qorunub saxlanmasına görə bir sıra ideoloji təbliğatlara ehtiyac duyurdular.
    Cəbriyyə məzhəbinə meyl
    İnsanların fikrini yayındırıb onları ram etməyin yollarından biri də insanlar arasında iradə məcburiyyəti əqidəsini yaymaqdır. Ümumiyyətlə, zalım hökumətlər öz cinayətlərinə bəhanə gətirəndə iradə məcburiyyəti əqidəsinə meylli olurlar. Yəni hər şeyi Allahın adına yozaraq "bu Allahın işidir” –deyə öz cinayətlərini boyunlarından atırlar. Onlar "Allah məsləhət bilməsəydi, belə olmazdı və heç Allahın Özü işin bu cür olmasına şərait yaratmazdı” kimi ifadələrdən məharətlə istifadə edirlər. Məcburiyyətə meylliliyin məntiqi budur ki nə ki var elə o da olmalıdır və nə də ki yoxdur o da olmamalıdır.(Həmaseyi-Hüseyni, c.1, səh.312-313.)
    Bəni–Üməyyə hakimiyyətinin ideoloji dayaqlarından biri iradə məcburiyyəti əqidəsi idi. Onlar camaat arasında cəbriyyə əqidəsini yayıb hər şeyi Allahın işi kimi qələmə verməklə camaatın ehtimal verilən hər hansı bir etirazını dəf etmək istəyirdilər. Əməvilər öz hakimiyyətlərini qoruyub saxlamaq və eləcə də xalqın qiyamının qarşısını almaq üçün Cəbriyyə firqəsini genişləndirir və onu himayə edirdilər. Bunun müqabilində isə onlar Qədəriyyə məzhəbinin yayılması təhlükəsi ilə üz-üzə gəlirdilər. Bu məzhəb insanı öz əməli qarşısında azad bilir və belə bir məntiq irəli sürür ki insan hər hansı bir işi görürsə, öz iradəsi və istəyi ilə görür.(Fəcrul-İslam (Əhməd Əmin), səh.284.) Əməllərində azad olduğu üçün də məsuliyyət daşıyır. Çünki hər bir azadlıq məsuliyyət tələb edir.
    Bu məzhəb müsəlmanların müxalifətçiliyindən qorxan Əməvilər üçün böyük təhlükə hesab olunurdu. Buna görə də, onlar Qədəriyyə məzhəbinin başçılarını təzyiqlərə məruz qoyur bu məzhəbin qarşısında duran Cəbriyyə məzhəbini isə himayə edirdilər. Səbəbi də bu idi ki Cəbriyyə məzhəbi siyasi mübarizə meydanında Əməvilərin məqsədi ilə tam uyğun gəlirdi. Bu məzhəb camaata deyirdi: «Əməvilər və onların əməlləri nə qədər pis və haqdan uzaq olsa da, Allahın təqdiridir və heç cür bunu dəyişmək olmaz. Buna görə də, onlara qarşı müxalifətçiliyin heç bir əhəmiyyəti yoxdur.» Müaviyə öz çirkin əməllərini Allahın təqdiri qəza-qədəri kimi adlandırmaq və bunların dəyişilməsinin heç cür mümkün olmadığını bildirmək üçün zahirdə özünü Cəbriyyə məzhəbinə mənsub edirdi. Bundan əlavə, Müaviyə İslam xəlifəsi olduğu üçün onun elədiyi günahlar onun məqamına heç bir zərər yetirmir və bu günahlar onunla müxalifət etməyə əsas vermirdi.
    Aydındır ki Müaviyə kimi mühüm mənfəətləri güdən bir şəxs onun bu istəklərini ehtiva edən Cəbriyyə məzhəbindən qəflətdə qala bilməzdi. Müaviyə və Əməvilərin digər nümayəndələri yaxşı bilirdilər ki onların hökuməti müsəlmanlar üçün dözülməzdir. Onlar yaxşı bilirdilər ki bir sıra müsəlmanların gözündə onlar hiyləgər yalançı Peyğəmbər ailəsinin düşməni günahsız və təqvalı insanların qatili kimi tanınmışlar. Bunu da yaxşı bilirdilər ki camaatı onların əleyhinə qiyamdan saxlaya bilən yeganə məzhəb varsa o da Cəbriyyə məzhəbidir. Bu elə bir məzhəbdir ki camaata deyir: «Allah ilk gündən yazıb ki bu sülalə hakimiyyətə gəlsin. Buna görə də, onların bütün əməlləri Allahın qəza-qədəridir.» Bu baxımdan bu cür fikirləri müsəlmanların zehnində yaymaq tamamilə Əməvilərin xeyrinə idi.(Hüseyn əleyhissəlamın inqilabının araşdırılması, səh.135-137)
    Məstedici ədəbiyyat
    Bu fikirləri təsdiq etməkdən ötəri yuxarıda dediyimiz dini bəhanələrdən əlavə, şer variantından da istifadə olunurdu. Müaviyə müasirləri olan şairlərin fövqəladə nüfuzundan camaatın ümumi fikrində öz məqsədlərini həyata keçirmək üçün istifadə edirdi. Müaviyə və eləcə də ondan sonrakı digər Əməvi xəlifələri onların hökumətini tərifləyib Allahın istədiyi hökumət olduğunu bildirən şairlərin şerlərini şən əhval-ruhiyyə və son dərəcə Rizayətlə dinləyir və hətta onları heç bir imanlı şəxsin qiyam etmək fikrinə düşməməsi üçün şer deməyə məcbur edirdilər. Müaviyənin adamları belə göstəriş almışdılar ki Müaviyənin xüsusi fikirlərini qəliblərə salıb avam camaatın arasında asanlıqla yaysınlar. İstər peyğəmbərin dilindən rəvayətlər söyləməklə istərsə də şer deməklə.
    Xanım Zeynəb İbn Ziyadın sarayında
    Aşura hadisəsindən sonra Yezidin adamları yuxarıda dediyimiz variantdan istifadə edərək təbliğə başlayıb Yezidin qələbəsini Allahın istəyi kimi qələmə verirdilər.
    Übeydullah ibn Ziyad İmam Hüseyn əleyhissəlamın şəhadətindən sonra camaatı Kufənin Cami məscidinə yığıb öz işlərinə məzhəbi don geydirdirərək dedi: «Həmd olsun o Allaha ki haqqa qələbə qazandırdı Əmirəl-mömininə (Yezidə) və onun tərəfdarlarına kömək etdi və yalançı oğlu yalançını (İmam Hüseyn əleyhissəlamı) öldürdü.»(Lühuf (Seyyid ibn Tavus), səh.29.)Buna cavab olaraq düşmənin təbliğ vasitəsindən xəbərdar olan İmam Zeynül-abidin (əleyhissəlam) və xanım Zeynəb (səlamullahi əleyha) Bəni-Üməyyənin bu fikir dayağını hədəfə olaraq öz əsaslı və mətanətli sözləri ilə ona cavab verərək Yezid və onun davamçılarının öz əməlləri qarşısında məsuliyyət daşımalarını bildirdilər. Bir-birinin ziddinə olan iki təfəkkür tərzinin toqquşmasının nümunələrindən biri Əhli-beyt qadın və uşaqlarının Übeydullah ibn Ziyadın sarayına daxil olduğu zaman olmuşdur.
    Həmən gün ibn Ziyad sarayda ümumi görüş elan etmiş və əmr etmişdi ki İmam Hüseyn əleyhissəlamın kəsilmiş başını onun qarşısında qoysunlar. Sonra əsirləri saraya daxil etdilər. Xanım Zeynəb (səlamullahi əleyha) ən dəyərsiz paltarlarını geymiş və onun dövrəsini əhatə etmiş qadınlar və kənizlər arasında naməlum şəkildə içəriyə daxil oldu və heç kəsə etina etmədən bir güncdə əyləşdi. Übeydullahın gözü ona sataşdıqda, soruşdu: «Özünü kənara çəkmiş və digər qadınlar onun dövrəsinə toplaşmış bu qadın kimdir?» Xanım Zeynəb (səlamullahi əleyha) cavab vermədi. Übeydullah sualını bir daha təkrar etdi. Kənizlərdən biri dedi: «O Peyğəmbər qızı Fatimənin (səlamullahi əleyha) qızı Zeynəbdir.» Übeydullah üzünü Zeynəbə (səlamullahi əleyha) tutub dedi: «Həmd olsun o Allaha ki sizin ailənizi rüsvay edib qırdı və göstərdi ki sizin dediyiniz, yalandan başqa bir şey deyil.»
    Xanım Zeynəb (səlamullahi əleyha) cavab verdi: «Həmd olsun o Allaha ki bizi (bizim ailədən çıxmış) Peyğəmbərin vasitəsilə əzizlədi və çirkinliklərdən uzaq etdi. Fasiqdən başqa heç kəs rüsvay olmaz pis adamdan başqa heç kəs yalan deməz. Şükürlər olsun ki pis adam biz deyilik başqalarıdır. (Yəni siz və dəstənizdir.)» (Əl-İrşad, səh.244.)
    İbn Ziyad: "Gördün, Allah ailənizin başına nə gətirdi?”
    Xanım Zeynəb: "Yaxşılıqdan başqa heç bir şey görmədim. Allah onların şəhadətini qabaqcadan müəyyənləşdirmişdi. Onlar da itaət edib öz Axirət mənzillərinə yollandılar. Tezliklə Allah səni və onları (Qiyamət günü) bir-birinizlə üzləşdirəcək onlar səndən Allaha şikayət edib ədalət tələb edəcəklər. İndi fikirləş, gör o gün kim qalib gələcək? Anan sənin matəmində otursun, ey Mərcanənin oğlu!”
    İbn Ziyad (Xanım Zeynəbin açıq-aşkar və mətanətlə dediyi sözlərdən və onu pozğun nənəsi Mərcanənin adı ilə çağırmasından) bərk qəzəbləndi və pis qərar çıxarmaq istədi. Məclisdə olanlardan biri Əmr ibn Həris adlı bir şəxs dedi ki ey hökmdar bu bir qadındır və heç kim qadını sözlərinə görə cəzalandırmaz.
    İbn Ziyad yenə xanım Zeynəbə (səlamullahi əleyha) üz tutaraq dedi: "Allah boyunəyməyən qardaşının və qiyamçı ailənizin öldürülməsi ilə qəlbimə şəfa verdi”.
    Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: «Canıma and olsun mənim (əzizimi qardaşımı ağamı) öldürdün belimi qırdın və kökümü kəsdin əgər sən bu işinlə şəfa tapırsansa onda şəfa tapmısan.»
    Xanım Zeynəbin (səlamullahi əleyha) sözlərinin gözəlliyinin təsirindən qəzəblənən ibn Ziyad qəzəb və rişxəndlə dedi: «Bu da atası kimi sözdüzəldəndir. Canıma and olsun atan da şair idi və qafiyə ilə (yerli-yerində) söz deyirdi.»
    Xanım Zeynəb (səlamullahi əleyha) buyurdu: Qadının qafiyə ilə nə işi var? (İndi qafiyə vaxtı deyil ki?)(Lühuf, səh.68.)
    İbn Ziyad sübut eləmək istəyirdi ki döyüş meydanında hansı tərəf zahirdə məğlub olubsa o da rüsvay olmuşdur. Məğlub olan tərəf haqq olsaydı qalib gələrdi.
    İbn Ziyadın haradan danışdığını çox yaxşı bilən xanım Zeynəb onun fikir dayağını söküb dağıtdı. O bu sözləri ilə sübut etdi ki şərəf və fəzilətin ölçüsü və əsası qüdrətdə yox həqiqət axtarmaq və haqtələblikdədir. Xanım Zeynəb (səlamullahi əleyha) bildirdi ki Allah yolunda şəhid olan şəxs rüsvay olmaz. Rüsvay o şəxs olar ki zülm haqsızlıq etsin və haqq yolundan çıxsın.
    Übeydullah ibn Ziyad belə güman edirdi ki başı müsibətlər çəkmiş əzizini itirmiş Zeynəb (səlamullahi əleyha) kiçik bir tənə ilə təslim olub göz yaşı tökəcək ağlayıb-sıtqıyacaq. Lakin şirürəkli Zeynəb (səlamullahi əleyha) onun sözlərini ağzındaca dondurub onun qürurunu sındırdı.
    Doğrudan bəşəriyyət tarixində hansı bir qadını tapmaq olar ki onun yeddi (bu barədə tarixçilər müxtəlif versiyalar irəli sürmüşlər) qardaşını öldürsünlər oğlunu şəhadətə yetirsinlər on qardaşoğlu və əmioğlusunu qılıncdan keçirsinlər sonra da özünü bütün bacıları və qardaşı uşaqları ilə birlikdə əsir alsınlar belə bir vaxtda o əsir ola-ola öz haqqını və eləcə də şəhid olanların haqqını müdafiə etsin? Özü də elə bir şəhərdə elə bir binada ki atasının hakimiyyət mərkəzi olmuş və atası təqribən hakimiyyətinin dörd ilini həmən binada keçirmişdi. Belə bir vəziyyətdə və bu cür narahatçılıqlarla nə təkcə başına gələnlərdən narazı deyil hətta qətiyyətlə bildirir ki biz öz meylimizə zidd olan heç bir iş görməmişik. Əgər bizim kişilərimiz şəhadətə yetişiblərsə elə gəlişlərindən məqsədləri də bu olmuşdur. Əgər bundan başqa bir iş olsaydı onda narahat olmağa dəyərdi. (Yəni biz öz istəyimizə çatmışıq.) İndi ki onlar Allah qarşısındakı öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirib şəhadət zirvəsinə nail olublar biz bu işin müqabilində Allah qarşısında şükürdən başqa hansı layiqli bir iş görə bilərik?(Aşura tarixini araşdırılması, səh.203.)
    Xanım Zeynəbin (səlamullahi əleyha) Kufədə buyurduğu xütbə
    Bura Kufədir. Kufənin Dəməşqlə çox fərqi var. Kufə həmən şəhərdir ki iyirmi il bundan qabaq (Aşura hadisəsindən qabaq) Həzrət Əli əleyhissəlamın hökumət mərkəzi olmuşdur. Bu şəhər şiələrin mərkəzi idi. Bir hissəsi iraqlılardan ibarət olan şəhərin əhalisi ədalətli İslam hökuməti qurulmasını zalımların əlindən azad olmalarını istəyən Əhli-beyt tərəfdarıdır. Ancaq onlar bu cür nemətə çatmağa hələ hazır deyildilər. Bunlar həm maddi həyat mal-dövlət və vəzifə həm də zalımların əlindən azad olmaq istəyirdilər. Ancaq əgər bunlara azacıq təzyiq olunsa yaxud mal-dövlətlərini təhlükədə görsələr, bütün arzularından və məqsədlərindən əl çəkərlər. Bunlar ikiüzlü adamlardırlar. Bir növ daxili ziddiyyətə malik olan şəxslərdirlər. Bir tərəfdən böyük həvəslə Peyğəmbər balasını öz şəhərlərinə dəvət edir digər tərəfdən də təzyiqlərə məruz qaldıqları üçün nə təkcə öz vədlərini (dəvətlərini) unudur üstəlik Peyğəmbər balasının qətlinə də hazırlaşırlar. Deməli bunları ayıltmaq lazımdır. Onlara səhvlərini anlatmaq lazımdır. Onlara demək lazımdır ki Hüseyn ibn Əli əleyhissəlamı öldürməklə böyük bir cinayətə yol vermişlər.
    Onları oyatmaq vəzifəsi bütün qadınlardan çox xanım Zeynəbin (səlamullahi əleyha) boynuna düşürdü. Çünki yaşı otuzu keçmiş bütün Kufə qadınları iyirmi il bundan qabaq (bu hadisədən qabaq) Həzrət Əli əleyhissəlamın hakimiyyəti dövründə Zeynəbi (səlamullahi əleyha) bu şəhərdə görmüş onun Həzrət Əli (əleyhissəlam) yanındakı və eləcə də, onun öz ataları və ərləri (yəni həmən qadınların ataları-ərləri) yanındakı hörmətini öz gözləri ilə müşahidə etmişdilər. Onlar Zeynəbi (səlamullah əleyha) çox yaxşı tanıyırdılar. İndi xanım Zeynəbin (səlamullahi əleyha) digər əsirlər arasında acınacaqlı şəkildə əsir düşməsi, ötən xatirələri fikirlərdə oyadırdı. Zeynəb (səlamullahi əleyha) bu fürsətdən istifadə edib söhbətə başladı. Səs camaata tanış gəldi. Elə bil Əli (əleyhissəlam) söhbət edirdi. Elə bil boğaz Əli əleyhissəlamın boğazı səs Əli əleyhissəlamın səsi idi. Doğrudan da, danışan Əli (əleyhissəlam) idi yoxsa Əli əleyhissəlamın qızı? Bəli danışan Zeynəbi-Kübra (səlamullahi əleyha) idi.
    İbn Təyfur adı ilə tanınmış Əhməd ibn Əbu Tahir (204-280 h.q) qədim tarixi qaynaqlardan biri sayılan İslam və ərəb qadınlarının bəlağətli çıxışları toplanmış «Bəlağatun-nisa» kitabında yazır:
    «Xədim Əsədi deyir: «Hüseyn ibn Əli əleyhissəlamın şəhadətə yetişdiyi hicrətin altımış birinci ili Kufə şəhərinə getdim. Gördüm ki Kufənin qadınları yaxalarını cırıb ağlayırlar. Əli ibn Hüseyn əleyhissəlamı (İmam Səccadı) da orada gördüm. Xəstəliyi onu lap əldən salmışdı. Əli ibn Hüseyn (əleyhissəlam) başını qaldırıb buyurdu: "Ey Kufə əhli! Bizim məzlumiyyət və müsibətimizə ağlayırsınız? Məgər bizi öldürənlər elə siz deyildiniz?” Bu zaman xanım Zeynəb (səlamullahi əleyha) əli ilə camaata işarə edib onların sakit olmasını istədi. Onun işarəsi ilə nəfəslər sinələrdə boğuldu. Dəvələrin zınqırovlarının səsi kəsildi. Bundan sonra xanım Zeynəb (səlamullahi əleyha) söhbətə başladı. Mən ondan hayalı ondan fəsahətli söhbət edən qadın görməmişdim. Elə bil Əli əleyhissəlamın dilindən danışırdı. Zeynəbin (səlamullahi əleyha) söhbəti belə idi: «Ey Kufə camaatı! Ey hiyləgər və xain insanlar! Sizi görüm heç vaxt gözünüzdən yaş əskilməsin! Siz o qadına bənzəyirsiniz ki bütün əlindəkiləri əyirir sonra da bütün əyirdiklərini söküb-tökür. Sizin nə əhdinizin bir dəyəri var nə də andınızın bir etibarı! Sizin öyünmək kənizlər kimi yaltaqlanmaq boş-boşuna danışmaqdan başqa nəyiniz var? Siz peyinlikdə bitmiş bitkilərə və qəbirə vurulmuş zinət əşyalarına bənzəyirsiniz. Axirətiniz üçün nə pis tədarük hazırladınız –Allah qəzəbi və Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli ağlayın Allaha and olsun ki siz ağlamağa layiqsiniz. Çox ağlayın az gülün! Bu cür alçaqlıq qazandığınız halda nəyə görə də ağlamayasınız? Elə bir alçaqlıq ki onu heç bir su ilə yumaq olmaz. Peyğəmbər balasını və Cənnət cavanlarının ağasını öldürməkdən böyük nə alçaqlıq ola bilər? Elə bir şəxs ki sizin yolunuzun çırağı dar gününüzün köməkçisi idi. Ölün! Xəcalətli başlarınızı aşağı salın! Keçmişinizi bütünlüklə bir dəfəyə itirdiniz gələcəyiniz üçün də heç nə qazanmadınız. Bundan sonra gərək alçaqlıq içərisində yaşayasınız. Çünki Allahın qəzəbinə düçar oldunuz. Elə bir iş gördünüz ki az qaldı göy yerə tökülsün yer yarılsın və dağlar parça-parça olsun.
    Bilirsiniz nə qan tökdünüz? Açıq-açığına küçə-bazara çıxardığınız bu qız-gəlinlərin kim olduğunu heç bilirsiniz? Peyğəmbərin ciyərini parçaladığınızı anlayırsınızmı? Nə pis və axmaq iş tutdunuz! Elə pis iş gördünüz ki onun pisliyi bütün dünyanı doldurub. Göydən qan damcılarının dammasına təəccüb edirsiniz?! Ancaq bunu bilin ki Qiyamət əzabının rüsvayçılığı daha da acınacaqlı olacaq. Əgər Allah gördüyünüz günaha görə indi sizi cəzalandırmırsa bundan sevinməyin. Allah günahın cəzasını elə o saat vermir. Ancaq məzlumların da qanını cəzasız qoymur. Allah hər şeyin hesabını çəkəcək.»
    Od tutub yanan qəlbdən gələn və Allaha olan imandan qüvvə alan bu gözəl ifadəli sözlər hamını dəyişdirdi. Dinləyicilər peşimançılıq əlaməti olaraq barmaqlarını dişləri ilə sıxır və təəssüflənirdilər. (Ancaq necə deyərlər: «Sonrakı peşmançılıq fayda verməz.») Belə qəmli və ibrət dərsi olan bir səhnədə Bəni-Cüfi qəbiləsindən olan saqqalı göz yaşından islanan bir kişi bu məzmunda belə bir şer dedi: «Bu sülalənin oğulları ən yaxşı oğullardır. Bu sülalənin oğullarının adına heç vaxt alçaqlıq ləkəsi yapışmamışdır.»(Bəlağatun-nisa, səh.24.)
    Xanım Zeynəb (səlamullahi əleyha) Yezidin sarayında
    Yezid əmr etdi ki əsirləri şəhidlərin kəsilmiş başları ilə birlikdə Şama göndərsinlər. Əsirlər karvanı Şama tərəf hərəkət etdi. İbn Ziyadın adamları çox bədxasiyyətli idilər. Şam şəhərinin saray adamları (Yezid və onun adamları) böyük fəth və qələbə hesab olan bu karvanın yetişməsi üçün dəqiqələri sayırdı. Tarixçilərin dediyinə görə əsirlər karvanı minlərlə tamaşaçının gözü qarşısında şəhərə (Şama) daxil oldu. Həmən gün Şam şəhəri sevinc və fərəh içində idi və camaat Yezidin qələbəsini bayram edirdi. Əsirlər karvanı camaatın arası ilə küçələri bir-bir arxada qoyaraq Yezidin böyük hökumət sarayına yetişdi.
    Saraydakılar xüsusi yerlərdə oturmuş Yezid taxtın üzərində qürur və təkəbbürlə əsirləri görmək intizarında idi. Übeydullah ibn Ziyadın məclisindən fərqli olaraq Yezidin məclisinə hər adam gələ bilmirdi. Ancaq ölkə böyükləri qəbilə başçıları və bəzi xarici ölkələrin nümayəndələri iştirak edirdilər. Buna görə də, bu məclis çox əhəmiyyətli bir məclis hesab olunurdu.
    Əsirlər saraya daxil olub onlar üçün nəzərdə tutulmuş yerdə dayandılar. Yezidin gözü Peyğəmbər ailəsindən olan əsirlərə sataşdıqda, onları öz qarşısında ayaq üstə durmuş görüb əmr etdi ki İmam Hüseyn əleyhissəlamın başını bir ləyənə qoysunlar. Sonra o əlində olan çubuqla İmam Hüseyn əleyhissəlamın dişlərinə vura-vura Abdullah ibn Zəbəri Səhminin kafir olduğu zaman yazdığı cahillik kin-küdurətini xatırladan şerini oxuyaraq deyirdi: «Kaş indi mənim Bədr döyüşündə vuruşub Xəzrəc qəbiləsinin əzabını çəkməli olmuş əcdadım burada olub sevinərək deyəydilər ki Yezid çox sağ ol! Əli (əleyhissəlam) övladlarına Bədr gününün acısını dadızdırdın və intiqamımızı onlardan aldın...»(Bəlağatun-nisa, səh.20.)
    Xanım Zeynəbin (səlamullahi əleyha) fəryadı
    Əgər məclis bununla (yuxarıda dediklərimizlə) başa çatsaydı, Yezid qalib hesab olunardı yaxud göstərişi ilə görülən işlər bir o qədər də pis nəticələnməzdi. Ancaq xanım Zeynəb (səlamullahi əleyha) işin bu cür qurtarmasına imkan vermədi və Yezid üçün fərəh hesab olunan şadlığı onun üçün zəhərdən də acı etdi. Oradakılara göstərdi ki onların qarşısında ayaq üstə duran adamlar o Peyğəmbərin qızlarıdır ki indi Yezid həmən Peyğəmbərin adı ilə hökumət başına gəlmişdir. Xanım Zeynəb (səlamullahi əleyha) son dərəcə mətanət şücaət və vüqarla sözə başlayıb Yezidə xitab edərək belə buyurdu: «Allah və Onun Peyğəmbəri doğru buyurmuşlar ki pis əməl sahiblərinin aqibəti budur ki Allahın ayətlərini yalan sayıb onlara rişxənd edərlər.
    Yezid belə fikirləşirsən ki yeri-göyü bizə daraltmaqla bizi əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla bizi rüsvay edib özünü hörmətləndirdin? Elə bilirsən ki bu işinlə yüksək məqama nail olub ona-buna təkəbbürlük edirsən? Qüdrətin hazır olub hakimiyyətini səliqə-sahmanda gördükdə, sevincindən dərinə sığışmırsan. Bilmirsən ki sənə verilən bu fürsət ondan ötrüdür ki əsl həqiqətini iç üzünü camaata açıb göstərəsən? Məgər Allahın «Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər» deyə buyurduğunu unutmusan?
    Ey azad edilmişlərin oğlu!(İslam Peyğəmbəri Məkkəni fəth etdikdən sonra Qüreyşin başçıları onların da başında Yezidin babası Əbu Süfyan olmaqla öz keçmişlərindən peşiman olub qorxurdular ki, Peyğəmbər onları cəzalandıracaq. Ancaq Peyğəmbər (səlləllahu əleyhi və alih) onlara buyurdu: «Gedin, siz azad olmuşsunuz!» Xanım Zeynəb (səlamullahi əleyha) yuxarıdakı ifadə ilə öz babası Peyğəmbərin Yezidin babası Əbu Süfyanı əfv etməsinə işarə edir.)Heç bu ədalətdirmi ki sənin qadın qız və kənizlərin pərdə arxasında otursun ancaq sən Peyğəmbərin qızlarını əsir edəsən onların hörmət pərdəsini parçalayasan onların səslərini boğazlarında boğasan və yad (naməhrəm) kişilər onları dəvələrlə o şəhərdən bu şəhərə dolandırsınlar? Heç ədalətdəndirmi ki kimsə onlara yer verməsin kimsə onları qorumasın və öz kişilərindən heç biri onların yanında olmasın?
    Axı ürəyi bizim hirs və qəzəbimizdən dolu olan bir şəxsdən bundan artıq nə gözləmək olar? Deyirsən ki kaş Bədr döyüşündə ölən əcdadın indi burada olaydı və bunu deyərək Peyğəmbər balasının dişlərinə vurursan? Nə üçün də etməyəsən? Sən yer üzünün ulduzları olan Peyğəmbər balalarının və Əbdülmüttəlib ailəsinin qanını tökməklə iki nəsil arasında olan düşmənçiliyi yenidən bərpa etdin. Sevinmə! Tezliklə Allah dərgahında hazır olacaqsan. Həmən gün arzulayacaqsan ki kaş kor lal olaydın və bu günü görməyəydin kaş «indi əcdadım bu məclisdə olsaydı, sevinclərindən dərilərinə sığmazdılar» deməyəydin. İlahi bizə zülm edən şəxsdən Özün haqq və intiqamımızı al!
    And olsun Allaha Peyğəmbər onun Əhli-beyti və ciyərparaları Allahın lütf-mərhəmətində qərar tapacaqları gün (Qiyamət günü) Sən Allah qarşısında öz ətini-dərini didib-dağıdacaqsan. Allah Öz vədəsinə əməl edəcəyi gün künc-bucaqda qalmış bu məzlumları bir yerə yığacaq. Allah Özü buyurur ki, «Allah yolunda öldürülənləri şəhid olanları heç də ölü zənn etmə! Xeyr onlar öz Rəbbinin yanında diri olub ruzi Cənnət ruzisi yeyirlər.» Ancaq səni nahaqdan müsəlmanların boynunda otuzduran şəxs (Müaviyə) ədalət Allah məhkəməsi Məhəmməd (səlləllahu əleyhi və alih) və sənin öz əl-ayağın sənin cinayətlərinə şəhadət verəcəyi gün biləcək ki sizlərdən hansınız daha bədbəxtsiniz.
    Yezid ey Allahın düşməni və Allah düşməninin oğlu! And olsun Allaha sən mənim gözümdə elə dəyərli deyilsən ki mən səni danlayam (yəni sənin heç danlanmağa da ləyaqətin yoxdur) sənin heç təhqir olunmağa da ləyaqətin yoxdur. Ancaq nə edim yaş gözlərimdə həlqələnib ah-nalə sinəmdə fəqan edir. Hüseyn (əleyhissəlam) öldürüldükdən sonra Şeytan ordusu Peyğəmbər ailəsinin hörmətini qırmaqla müsəlmanların beytül-malından mükafat almaq üçün bizi Kufədən ağılsızlar məmləkətinə gətirdikdən sonra bu cəlladların əli bizim qanımıza sirab olduqdan sonra ac qurdlar pak cənazələrin üstündə at çapdıqdan sonra səni danlamaq tənə etmək hansı dərdə məlhəm olar? Əgər bizi öldürüb əsir etməklə xeyir qazandığını güman edirsənsə tezliklə başa düşəcəksən ki qazandığın ziyandan başqa bir şey deyil. Qiyamət günü gördüyün işin nəticəsindən başqa heç nə qazanmayacaqsan. O gün sən ibn Ziyadı öz köməyinə çağıracaq ibn Ziyad da səndən kömək istəyəcək. Sən və sənin yolunu gedənlər həmən gün Allahın ədalət məhkəməsində yığışacaq onda biləcəksən ki Müaviyənin sənin Axirət səfərin üçün hazırladığı ən yaxşı tədarük Peyğəmbər balalarını öldürməyin olub. And olsun Allaha ki mən Allahdan başqa heç kimdən qorxmur və Ondan başqa heç kəsə şikayət etmirəm! Hər nə istəyirsən elə! Hər nə hiylən var istifadə et! Hər nə düşmənçiliyin var göstər! Allaha and olsun sənin adına yapışan bu ləkə heç vaxt silinməyəcək. Allaha şükürlər olsun ki Cənnət gənclərinin ağasının (İmam Hüseynin) aqibətini səadətlə nəticələndirdi və Behişti onlara vacib etdi. Allahdan istəyirəm ki onların məqamını daha da ucaltsın və Öz rəhmətini onlara daha çox şamil etsin. Allah bacarıqlı himayədar və yaxşı köməkçidir.» (Bəlağatun-nisa, səh.12-23.)
    Dağlanmış ciyərdən təqvalı qəlbdən qüvvət alan bu çıxışın necə nəticə verməsi məlumdur. Ən daşürəkli insan belə iman və təqva ilə üzləşdikdə, öz zəifliyini və rəqibin güclülüyünü görür bir neçə anlığa da olsa, bir qərar çıxarmaqdan aciz olur. Bütün saray ölüm sükutuna qərq olmuşdu. Yezid məclisdəkilərin simasında narazılıq əlaməti müşahidə edib dedi: «Allah öldürsün Mərcanənin oğlunu – (ibn Ziyadı) – mən Hüseyn əleyhissəlamın öldürülməsinə razı deyildim...»(İmam Hüseyn əleyhissəlamın inqilabı, səh.187-189.)

    Category: İmam Hüseyn əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 827 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019