İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:36 AM
    XALQIN VƏZİFƏSİ İMAMLARIN DÖVRƏSİNDƏ YIĞIŞMAQ İDİ
    Ümdə məsələ və müşkül xalqın imamların hər birini düzgün şəkildə tanımamasıdır. Bütün imamlar bu nöqteyi-nəzərdən məzlum olmuşlar. Xalq onları bəşəriyyətin yeganə nicat verənləri kimi tanımırdılar. Həqiqətdə isə onlar Allah tərəfindən xalqa imam, rəhbər seçilmişdilər ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra ümmətin rəhbərliyini əllərinə alsınlar. İslam ümmətinin vəzifəsi pərvanə kimi imamların dövrəsinə fırlanaraq münafiqlərin hiyləgərlik planları, fəaliyyət və əməllərinin qarşısını almaq, nəticədə zalımları, küfr rəhbərlərini tarix tullantılarının içinə atmaq idi.
    İmam (əleyhis-salam)-ın xalqa rəhbərliyi və onlarla rabitəsi hökm edən və hökm olunan kimi olmalı idi. Üstəlik Allah imamlar (əleyhis-salam)-ın xalqı hansı yolla olursa olsun, qılınc gücünə özlərinə tabe etdirmələrini deyil, xalqın özlərini imamların əmrinə tabe olmasını istəmişdi.
    Allah hökm etmişdi ki, imamlar xalqın dalınca getməsinlər, əksinə, bu vəzifəni xalqın öhdəsinə qoymuşdu ki, hidayət edən imamların ardınca gedərək onları özlərinə rəhbər seçsinlər.
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Həzrət Əli (əleyhis-salam)-a buyurdu:
    Sən Kəbə Evi kimi ol; qoy xalq sənə tərəf gəlsin, sən isə heç kəsə tərəf getməyəsən.
    Buna görə də, Həzrət Əli (əleyhis-salam)-ın beş illik hakimiyyəti dövrü bizim mövzumuzun əyani şahididir. Belə ki, Həzrətin rəhbərliyinin əvvəlindən hökumətinin sonuna kimi camaat onun sözünə qulaq asmırdı. Lakin o Həzrət təkcə nəsihətlərlə kifayətlənir, camaata aid olan hökmlərində əsla zorakılığa əl atmırdı. Çünki bu qanunlara əməl etmək, xalqın şəri vəzifəsi idi.
    Həzrət Əli (əleyhis-salam)-dan sonra İmam Həsən (əleyhis-salam)-a beyət etdilər, o da qəbul etdi. O Həzrət xalqın Müaviyə ilə müharibəyə meylli olmadıqlarını, ürəklərinin Müaviyəyə tərəf yönəldiklərini görəndə naçar qalıb sülhü qəbul etdi.
    İmam Hüseyn (əleyhis-salam)-ın dövründə isə, Kufə camaatı onu dəvət edib dedilər: Ey Allah Rəsulunun oğlu! Biz sənin rəhbərliyini qəbul etməyə hazırıq və beyət xəbərini sənə göndəririk. Bağlarımız yaşıllaşıb, meyvələrimiz yetişibdir. Müaviyə dünyadan gedib, münasib şərait yaranmışdır. Əgər bizim dəvətimizi qəbul etməsən, onda biz sənə hüccəti tamam etmiş oluruq.
    Buna görə də, Həzrət onların dəvətini qəbul etdi və Kufəyə yola düşdü. Lakin Kufə camaatı əhd-peymanlarına vəfa etmədilər, Yezidə beyət edib imamla müharibəyə başladılar. Nəhayət, məzlum imamı, onun tərəfdarları ilə birlikdə şəhadətə yetirdilər.
    Bütün bunlar camaatın vəfasızlıqlarını göstərirdi. Özü də bir dəfə deyil, dəfələrlə təkrar olunmuş, bu dəfə isə ən faciəli şəkildə sona çatmışdı. Aşura faciəsindən sonra imamlar bir daha xalqın zahirdə atəşin, batində isə puç, yalançı şüarlarına əhəmiyyət vermədilər.(Biharül-ənvar, 52-ci cild, səh.372 )
    FƏTHLƏR CAMAATIN İMAMLARDAN UZAQLAŞMASINA SƏBƏB OLDU
    İslam tarixinin 1-2-ci əsrinin, habelə imamlar (əleyhis-salam)-ın həyat tarixini araşdırarkən, diqqət yetirilməli mühüm məsələ budur ki, o dövrdə müsəlmanların Roma və İran imperatorluqlarındakı genişmiqyaslı fəth və nüfuzları ilə əlaqədar fikir və düşüncələr ictimaiyyətə hakim idi. Onlar sərhədləri genişləndirmək, dünya malını çoxaltmaq, qənimət əldə etmək istəyirdilər. Amma bu fəthlərin axır aqibəti onları əsla maraqlandırmırdı.
    TƏHQİQATÇILARIN İDEYALARININ ƏSAS BÜNÖVRƏSİ
    Hər bir mövzunun, xüsusilə də tarixi məsələlərin təhqiqində təhqiqatçının baxışı təhqiqatı hansı nəzərdən etməsi müəyyən olmalıdır. Bəzən bir çox məsələlərdə müşahidə olunur ki, şəxs müəyyən bir məsələni araşdırır, bir neçə səhifədən sonra, yaxud başqa bir məsələdə əvvəldə yazdığı ilə müqayisədə təzadlı şeylər irəli sürür.
    Məsələn, bizim iki yüz illik İslam tarixindəki baxışımız Əhli-beyt (əleyhis-salam) məktəbinin, əhli-sünnətin, yaxud da qərb təhqiqatçılarının baxışları kimi və ya başqa əsasda olduğunu araşdırmalıyıq.
    Bəzən elə olur ki, yazıçı özünü bir tərəfdən Əhli-beyt (əleyhis-salam) məktəbinin tərəfdarı kimi qələmə verir, digər tərəfdən isə İslam tarixinin 2-3-cü əsrlərindəki bütün zalım xəlifələrin əməllərini İslam qanunu və İslamın təcəssümü kimi qiymətləndirir; zülmkar xəlifələrin siyasətlərini İslam siyasəti, onların mədəniyyətini İslam mədəniyyəti kimi qeyd edir və geniş fəthləri İslamın inkişafı kimi qələmə verir. Bu sayaq təhlillər Əhli-beyt (əleyhimüs-salam) məktəbinin davamçılarını şiə məktəbinin əsil məsələləri ilə tanış edə bilməz.
    2-Cİ HİSSƏ
    İMAM HƏSƏN (əleyhis-salam) HANSI CAMAATLA MÜASİR İDİ?
    İmam Həsən (əleyhis-salam) bir xalqa imamət edirdi ki, onların imamlarla birgə hərəkət etməyə əsla hazırlıqları yox idi. İmam Həsən Əmirəl-möminin Əli (əleyhis-salam)-ın oğludur. Bu ümmət İslam Peyğəmbərinin vəfatından sonra mövla Əlini tək-tənha qoyaraq dünya malı, eyş-işrət arxasınca getdilər, nəticədə özlərinin seçdikləri rəhbərlərin zülm və sitəminə düçar oldular. İş o yerə çatdı ki, üçüncü xəlifə Osmanın hakimiyyəti zamanında gördülər ki, artıq onların dünyalarından bir şey qalmayıb. Az qalır ki, zalımlar və qarətçilər İslam adı ilə, onların var-yoxlarını talasınlar. Qəflət yuxusundan oyandılar. Öz dünya işlərini sahmana salmaq üçün Əmirəl-möminin Əli (əleyhis-salam)-ın dalınca gəldilər. Burada Həzrətin onların beyətini qəbul etməməsinin səbəbini görürük. O, bu xalqın hansı məqsədlərlə onun evinin qapısına yığışdıqlarını, İslam və Quranı dirçəldib icra etmək yolunda onunla bir məramda olmadıqlarını bilirdi. Onlar məxsus bir hədəflə Əli (əleyhis-salam)-ın evinin ətrafına yığışmışdılar. Onların fikirləri Həzrətin məqsəd və fikirləri ilə heç də uyğun gəlmirdi. Biz bu məsələni Həzrətin xilafəti dövründə müşahidə etdik.(Əmirəl-möminin Əli (əleyhissalam)-ın başına nələr gəldi kitabına müraciət edin.)
    Həzrət Əli (əleyhis-salam) bu məsələni dəfələrlə xatırladaraq buyururdu: Mən sizi Allaha görə istəyirəm. Siz isə məni öz dünyanıza görə istəyirsiniz. Mən sizi islah edən, inhiraflarınızı, əyriliklərinizi düzəldə bilən şeylərə (yollara) agaham. Amma siz məni fəsada çəkməklə islah olunmaq istəyirsiniz. Doğrudan da, mən sizi düz yola çəkə bilən şeyin nə olduğunu daha yaxşı bilirəm: o, qılıncdır. Mən də sizi islah edərək özümü fəsada çəkməyə razı deyiləm.
    Həzrət başqa yerdə buyurur: And olsun çərdəyi yaran (cücərdən), insana can verən Kəsə, sizə vədə verilən şeyin vaxtı çataraq öz işinə məşğul oldu. Mən sizi Quran moizələri ilə nəsihət etdim, lakin siz mənim nəsihətlərimdən istifadə etmədiniz. Sizi əl ağacı ilə vurdum fayda vermədi; ilahi cəza qanunlarını icra edən qamçı ilə cəzalandırdım, amma tutduğunuz yoldan əl çəkmədiniz. Məlum oldu ki, sizi ədəbləndirə bilən yeganə şey qılıncdır, vəssalam! Mən sizin işlərinizi islah etmək üçün özümü fəsada atmağa razı olmadım.
    Bəli, əvvəlcə Mövla Həzrət Əli (əleyhis-salam)-ın, sonra isə ümmətin ruhiyyə və məqsədlərindən agah olduqdan sonra baş verən tarixi hadisələr barəsində mühakimə yürütmək lazımdır. Həzrətin bu sözlərinə diqqət yetirin: Dünən hökmdar və əmr verən idim, bu gün isə əmr icra edən və itaət edənəm; dünən nəhy (qadağan) edən idim, bu gün isə məni nəhy edirlər. Mən sizi xoşlamadığınız şeyə vadar etmək istəmirəm.(Nəhcül-bəlağənin şərhi (Feyzül İslam), 199-cu xütbə. )
    Bəli xalqın ruhiyəsi bu sayaq idi və Həzrətin ürəyini ağrıdırdı. Belə ki, dəfələrlə buyururdu: Sizin köməyinizə ehtiyac duymadığım, sözlərinizi təsdiq etmədiyim halda sübh etdim. Allah məni sizdən alıb sizdən yaxşılarını mənə nəsib, məndən pisini də sizə hakim etsin. Sizin imamınız bir şəxsdir ki, Allaha itaət edir. Siz isə gözlənildiyinin əksinə olaraq ona itaət etmirsiniz. Şamlıların rəhbəri (Müaviyə-müt.) Allahın əmrlərindən boyun qaçırdığı halda xalq ona itaət edir. Allaha and olsun, nə çox istərdim ki, Müaviyə öz tabeçilərini mənim tabeçilərimlə, dinarın (qızıl pul) dirhəmlə (gümüş pul) dəyişdirildiyi kimi dəyişdirsin. Yəni sizdən on nəfəri məndən alıb müqabilində bir nəfər verərdi.
    And olsun Allaha, istərdim ki, sizi tanımayam, siz də məni tanımayasınız. Ona görə ki, bu cür tanışlıq peşmançılıq gətirər. Siz mənim qəlbimi dərd ilə doldurdunuz, işimi xarlığa (zəlilliyə) sürüklədiniz. İş o yerə çatdı ki, Qureyş tayfası: Əli qəhrəman bir kişidir. Lakin müharibədən başı çıxmır dedilər. Sizi an verirəm Allaha, görün heç bu iddia düzdür? Heç onların arasında bu qədər döyüş təcrübəsi olan və çətinlik çəkən bir kəs tapılarmı? Mən hələ iyirmi yaşıma çatmadığım vaxtlarda döyüş meydanına qədəm qoydum. İndi də, yaşım altmışı ötdüyü vaxt, əvvəldəki kimi döyüş əməliyyatını tam dəqiqliklə bilirəm. Lakin sözlərinə qulaq asan olmayan bir kəs kimə əmr versin?
    And olsun Allaha çox istəyirəm ki, Allah məni sizin aranızdan aparıb behişt bağlarına, Öz razılıq məqamına çatdırsın. Həqiqətən ölüm addımbaaddım məni təqib edir. Hansı bir hadisə, bu ümmətin ən bədbəxtinin mənim saqqalımı başımın qanına boyamasının qarşısını ala bilər? Bu söz Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in verdiyi vədə idi ki, mənə öz aqibətimdən xəbər verdi.
    Həzrət başqa bir yerdə öz zamanının camaatının ruhiyəsini Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in dövrünün camaatının ruhiyyəsi ilə müqayisə edərək buyurur:
    Biz Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) ilə birgə olanda, (möminlər) İslam dini naminə öz ataları, uşaqları və qardaşları ilə döyüşürdü. And olsun öz canıma, əgər bizim dinə kömək etməkdəki rəftarımız sizin rəftarınız kimi olsaydı, dinin bünövrəsi möhkəmlənməz, İslam ağacının şaxələri yaşıllaşmazdı.(Əmirəl-möminin Əli (əleyhissalam)-ın başına nələr gəldi kitabına müraciət edin.)
    Həzrət Əli (əleyhis-salam)-ın hakimiyyətinin son günlərində olan bu bəyənatı onun ürək ağrısının nə qədər çox olduğunu göstərir.
    MƏSUM İMAMLARIN (əleyhis-salam) HÖKUMƏTİ NECƏ İDİ?
    Siz mülahizə edin: əgər xalqın həzərəti Əli (əleyhis-salam) ilə rəftarı bu cür olmuşdursa, onda İmam Həsən (əleyhis-salam) ilə necə olacağını gözləyirsiniz?
    Buna görə də görürük ki, İmam Həsən (əleyhis-salam)-ın rəftarı ilk əvvəldə dəqiq surətdə hesab-kitabla, məxsus proqram üzrə irəliləyir. Çünki onun dövranı təkcə İslam tarixinin deyil, həm də dünya tarixinin ən həssas və böhranlı dövrüdür ki, kiçik bir hadisə baş verdikdə böyük bir faciəinin üz verməsi gözlənilirdi.
    Əgər biz şiə mədəniyyəti və imamət ideyaları ilə tanış olsaq görərik ki, zülm, sitəm, məkr, hiylə, aldatma, yalan, hoqqabazlıq, saxtakarlıq və siyasi oyunlar ilə birgə olan qeyri-qanuni hökumət hər hansı adla olsa belə, imamət məktəbi nəzərindən rədd olunaraq məhvə məhkum olunmuşdur. Məsum imamın imaməti elə bir hökumətdir ki, bütün əyriliklərdən, eybəcərliklərdən uzaq olmalı; o hökumətdəki xalq isə siyasət oyunları və hoqqabazlıq prinsiplərinə ehtiyac duyulmamalıdır. Xalq məsum imamın hökumətində öz imamlarının ilahi əmrlərini qəbul etməyə hazırlıqlı olmalı və canla-başla onların əmrlərinə qulaq asıb itaət etməlidir. Amma İmam Həsən (əleyhis-salam), haqqı istəməyən, ilahi məqsəd və məramların arxasınca getməyən, doğruluq, sədaqətlilik yerinə yalanı daha çox bəyənən bir xalqla üzbəüz idi. Müaviyənin hökuməti başdan-başa saxtakarlıq əsasında idi. İslam və insaniyyətin ziddinə olan hər yoldan istifadə edirdi ki, xalqı hökumətinin himayəçiləri kimi siyasi səhnədə saxlaya bilsin.
    KUFƏNİN COĞRAFİ VƏZİYYƏTİ
    İmam Həsən (əleyhis-salam)-ın yaşadığı dövrü araşdırarkən o zamanın coğrafi mühitini də bəyan etmək lazımdır. Əgər Kufə şəhərinin ictimai vəziyyəti və mövqeyi təhlil olunarsa, Həzrət Əli, İmam Həsən, İmam Hüseyn (əleyhimüs-salam)-ın dövranlarında və hətta sonrakı dövranlarda baş vermiş çoxlu hadisələrin aydınlaşmasına səbəb olar, çoxlu müəmmalı hadisələri aşkar edə bilər.
    Kufə şəhərinin əsası 17-ci hicri ilində, Ömərin xilafəti zamanında qoyulmuşdur. O, 15-ci ildə İranın Qadisiyyə və sonrakı ildə Cəlula döyüşündə fəth olunmasından sonra qüvvələrin baş komandanı olan Səd ibni Əbi Vəqqasa əmr etdi ki, orada qalsın. Ömərin bu işdən məqsədi öz qüdrət dairəsini fəth olunmuş ərazilərdə (İran sərhədlərinə tərəf) genişləndirmək üçün münasib şərait yaranana qədər möhkəmlətmək idi. Bu səbəbdən Səd ibni Əbi Vəqqas ərəb qüvvələrini Sasani padşahlarının paytaxtı olan Mədaində yerləşdirdi. Amma tezliklə məlum oldu ki, bu yer iqlimin rütubətli və qoyun, inək və at sürülərinin otarılması üçün şəraitin çətin olduğuna, açıq səhra mühitinin azlığına görə ərəblər üçün qənaətbəxş deyildir. Buna görə də Ömər məktubda Sədə yazdı ki, qoşunu Mədaindən elə bir yerə aparsın ki, ərəblərin həyat tərzlərinə uyğun gəlsin, onların ehtiyaclarını təmin edə bilsin. Səd Salman Farsi və Hüzeyfət ibni Yəmanin köməyi ilə Fəratın qərb sahilində qədim Fars və Hiyrə şəhərinə yaxın olan vadini seçdi. Bundan sonra Səd öz qüvvələrinə əmr etdi ki, çadır qurub oranı özləri üçün yaşayış məntəqəsi seçsinlər. Bu, Kufə şəhərinin salınmasının başlanğıcı idi. Çoxlu adamın bu şəhərə gəlməsi ilə müxtəlif çətinliklər qarşıya çıxdı. Bu çətinliklərin əksəriyyəti İslam və Quran əsasında həll olunmurdu. Səd bu çətinlikləri araşdırdıqdan sonra Ömərlə məsləhətləşərək Kufənin cəmiyyətini yeddi təzə dəstəyə bölüb nizama saldı. Bu bölgü qohumluq əsasında olmaqla ərəb soy-kökünü tanıyan iki mütəxəssisin köməyi ilə yerinə yetirildi. Bu cür bölgü ərəblərin İslamdan qabaqkı dövranlara məxsus olan bölgülərinə, qəbiləvi bölgü prinsipinə daha çox oxşayırdı. (Belə ki, o qəbilələrdə siyasi birliklər zəif ittifaqa əsaslanıb əsas etibarı ilə məqsədsiz şəkildə qurulurdu.) Maddi, siyasi və mədəni imkanlar da məhz bu bölgülər əsasında bölüşdürülürdü.
    Bu bölgü 19 il davam etdi və Həzrət Əli (əleyhis-salam)-ın 36-cı ildə Kufəyə gəldiyi zaman o Həzrətin vasitəsi ilə ləğv edildi. Bu iş də öz növbəsində qəbilə başçılarının etirazlarına səbəb oldu və müxalifətlər başlandı.
    İRANLILAR KUFƏDƏ
    Diqqət mərkəzindən yayınmayan və hökmən qeyd olunmalı məsələlərdən biri də iranlıların Kufə şəhərində olmasıdır. Kufənin əhalinin say baxımından formalaşmasının ikinci əsas səbəbi iranlıların orada olması idi. Mədainin fəth olunmasında, Qadisiyyə müharibələrində və nəhayət böyük Nəhavənd müharibəsində İran qoşunlarının böyük əksəriyyəti ərəblərə əsir düşərək qul kimi Kufəyə gətirildilər. Əsir olunanların çoxu İslam dinini qəbul edərək öz sahiblərinin əlindən xilas oldular. Amma əvvəlki kimi ağalarının həmpeymanı olub onların hesabına dolanırdılar.
    İranlıların Kufədə olmasının digər səbəbi bu şəhərin coğrafi cəhətdən İran şəhərlərinə yaxın olması idi. Kufə şəhəri iranlıların köç etməsi üçün daha əlverişli, münasib idi və onlar üçün yeni-yeni imkanlar yaratdı. Beləliklə Sasani imperiyasının süqutundan sonra kəndlilərin çox hissəsi öz torpaqlarının qeyri-münbit olduğunu görüb təzə iş tapmaq üçün inkişaf etməkdə olan şəhərlərə yola düşürdülər.
    Kufə onlar üçün daha çox cəzbedici idi. Bundan əlavə, orada çoxlu qadın var idi ki, ərəb fatehlərinə nəsib olmuşdu. Bu qadınlar onları əsir edənlərlə ailə qurmuş, onlar üçün uşaq dünyaya gətirmişdilər. Bunun nəticəsində 20 ildən az bir müddətdə, bu şəhərdə cavan nəsil yaranmışdı ki, ana tərəfdən iranlı idilər. Diqqəti cəlb edən məsələlərdən biri də bu idi ki, Kufə iranlıları şəhərin ictimai mühitində öz ərəb həmyerliləri ilə bərabər deyildilər. Onlara məvali, yəni gəlmələr və ya azad edlmiş qul deyirdilər. İctimai baxımdan aşağı təbəqədə olmalarını göstərən bu terminə görə iranlılar yerli əhalinin nəzərində ikinci təbəqə sayılırdılar. Şəhər sakinlərinin cahiliyyət dövrünə məxsus olan qəbilə bölgüsü əsasında bölünməsinin zəif nöqtəsi bu idi ki, onların iddiaları qədim varlılıq, qüdrətlilik və rəhbərlik etdikləri qəbilələrə məxsus olan üslub əsasında idi. İslami qanun və meyarlar ümumiyyətlə nəzərə alınmırdı. Bu səbəbdən Kufədə qüdrət qəbilə başçılarının əlində idi. Onların əksəriyyəti Ömər və Osmanın hökumət üsulunun davam etdirilməsini istəyən qəbilə başçıları olub Həzrət Əli (əleyhis-salam)-ın hakimiyyəti dövründə daha çox ruhi əzabda idilər və Müaviyə ilə məxfi şəkildə təmas saxlayırdılar. Xüsusilə də həkəmiyyətdən (münsiflər məhkəməsindən) sonra Müaviyə çalışırdı ki, onlara imtiyaz, pul və sərvət verməklə qələbə çalsın. Onlar da gücləri çatan qədər öz məqsədlərinə kömək etmək üçün fikirləşirdilər. Bilirdilər ki, Həzrət Əli (əleyhis-salam)-ın Kufəni qərargah seçməsi ilə mənafeylərinə ciddi zərbə dəyəcəkdir. Buna görə də o Həzrətə qarşı laqeyd, Müaviyəyə isə rəğbətli idilər. Öz imtiyazlı mövqelərini, saysız-hesabsız mənfəətlərini ona meyl etməkdə görürdülər.
    Həzrət Əli (əleyhis-salam)-ın şəhadəti və İmam Həsən (əleyhis-salam)-ın iş üstünə gəlməsindən sonra bu dəstələr yaranmış fürsətdən istifadə erərək Müaviyə ilə əl-ələ verdilər ki, əhli-beyt (əleyhis-salam)-ın vilayətinin kökünü kəssinlər. Buna görə Müaviyə xaricdən, bu daxili düşmənlər isə daxildən hücuma başlayıb işi gələcəkdə oxuyacağınız həddə çatdırdılar.
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 633 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024