İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:35 AM
    HƏZRƏT ƏLİ (ƏLEYHIS-SALAM)-IN MƏQSƏDİ İRANLILARI HİMAYƏ ETMƏK İDİ
    Həzrət Əli (əleyhis-salam)-ın öz hakimiyyəti dövründəki siyasətlərindən biri–iranlıları və cəmiyyətin aşağı sinfini himayə etmək idi. O Həzrətin iranlıları himayə etməsi onların sadəcə iranlı olmasına görə deyil, keçmiş xəlifələrin dövründə çoxlu həqarətlər gördüklərinə, aşağı təbəqə saylırdıqlarına görə idi. İranlılar Ömərin qoşunu hücum edərkən, habelə əvvəllər də eşitmişdilər ki, İslam azadlıq, qardaşlıq, bərabərlik və ədalət dinidir. Həmçinin müsəlmanların nümayəndəsi İran padşahı Yezdəgirdin məclisində Allah bizi göndərdi ki, istədiyimiz şəxsləri, bəndələrə pərəstiş, ibadət etməkdən ayırıb Allaha pərəstiş etməyə tərəf yol göstərək, onları dünyanın məhdud yaşayışından geniş mənəviyyət dünyasına; batil din və reqimlərdən ədalətli İslam dininə tərəf yol göstərək deyəndə, bu xəbəri eşitdilər və İslam qoşununun müqabilində öz qüdrətlərini əldən verib təslim oldular. Bu, İslam dininin millətlərin qəlbində nüfuz etməsinin sirlərindən biri idi. Belə ki, müsəlmanlar bir ölkəyə hücum edib oranı fəth etməzdən öncə İslam o xalqın qəlbini fəth etmişdi. Məhz buna görə Qeysər və Kəsra şahları İslamın qaşısında müqavimət göstərə bilmədilər.
    Lakin Ömər və osman İranı fəth etdikdən sonra iranlıları rəsmi olaraq ikinci dərəcəli vətəndaş hesab edərək cahiliyyət adət-ənənələrini, qayda-qanunlarını cəmiyyətdə yenidən dirçəltdilər. Buna görə də Həzrət Əli (əleyhis-salam) bu cahiliyyət qanunlarını əsassız sayıb rədd edərək hamını qanun qarşısında bərabər hesab edir, beytül-malı bölərkən hamıya bərabər maaş verirdi. Nəticədə Ömərin yaratdığı cahiliyyət reqiminin mühüm tərəfdarlarından biri kimi Əşəs ibni Qeys Həzrət Əli (əleyhis-salam)-a etiraz edərək dedi:–Ya Əmirəl-möminin, niyə bu iranlıları ərəblərdən irəli keçirirsən? Və nə üçün bu ayaqyalınlara yer və məqam verirsən?
    Həzrət Əli (əleyhis-salam) bu sözü eşidəndə qəzəbləndi, ayağını minbərdə möhkəm vurdu və buyurdu:–Kim mənim canımı bu qarnı iylənmiş faydasız adamlardan (Əşəs və sairlər kimi) qurtara bilər? Onların özləri yumşaq, rahat yataqlarda istirahət edir, uzunqulaq və sair dördayaq heyvanlar kimi o tərəfə bu tərəf mayallaq aşır öz bağırsaqlarını xumarlandırırlar. Amma camaat qızmar günəş altında Allaha görə fəaliyyət göstərirlər və o (Əşəs), mənə fərman verir ki, onları (iranlıları) öz yanımdan qovum, uzaqlaşdırım və zülümkarlardan olum!!! And olsun çərdəyi yarıb bitkini cücərdən və insanı xəlq edən Allaha! Mən özüm Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən eşitdim ki, buyurdu: And olsun Allaha, əvvəlcə siz iranlılarla İslama dəvət etmək üçün qılınc çəkib müharibə edəcəyiniz kimi, sonradan iranlılar sizi İslamın yeniləşməsi və dini qorumaq naminə vuracaq, axırda sizinlə müharibə edəcəklər.(Nəhcül-bəlağənin şərhi, (İbni Əbil Hədid) 19-cu cild, səh.124; Əl-ğarat, 2-ci cild, səh.498; Ğəribül-hədis 3-cü cild, səh.474. )
    İMAM HƏSƏN (əleyhis-salam)-IN DÖVRÜNDƏ CƏMİYYƏTƏ HAKİM OLAN TƏFƏKKÜR TƏRZİ
    38-40-cı illərdəki camaatın fikri və etiqadı vəziyyəti çox qəribə idi. Xalqın əksəriyyəti Müaviyənin iyrənc adam olduğuna inanmırdılar. Müaviyə və onun nəslinin ən çirkin və murdar insanlar olduğuna, Peyğəmbər övladı İmam Hüseyn (əleyhis-salam)-ı, onun bütün dostları və ailəsi birlikdə, hər insanın ürəyini ağrıdan faciəli surətdə qətlə yetirməyə can atdıqlarına inanmırdılar. Özünü Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişini kimi qələmə verən Yezid o Həzrətin övladlarını qanına qəltan etdi. Müaviyə Yezidlə bir toxumdan olmaqla, ondan da çirkin adam idi. Əgər İmam Həsən (əleyhis-salam) müsəlmanların qanının tökülməsinin qarşısını almasaydı, çox az qüvvə ilə Müaviyənin qarşısında durmasaydı, o, saysız-hesabsız insanların qanın nahaq yerə axıdacaq, İmamın ruhən zəif döyüşçülərini öldürməkdən əsla çəkinməyəcəkdi. Məgər Müaviyə, Əmirəl-möminin Əli (əleyhis-salam)-ın zamanında Siffeyn müharibəsinin baş verməsinə səbəb olmamışdı və bu müharibədə on minlərlə adam öldürülməmişdi?!
    Əgər İmam Həsən (əleyhis-salam)-ın Müaviyənin qoşununu tar-mar edə biləcək güclü döyüşçüləri olsaydı, iş bu yerlərə gəlib çıxmazdı. Amma əfsuslar olsun ki, nə imamın güclü qoşunu vardı, nə də onların Müaviyə ilə vuruşmaq ruhiyyələri. Hətta Müaviyə ilə döyüş adı gələndə bədənləri qorxudan əsirdi. Qəribə vəziyyət yaranmışdı: bir tərəfdən İmam Həsən (əleyhis-salam)-ın döyüşçüləri Müaviyə ilə vuruşmağı vacib bilmirdilər. Çünki qəlbləri şək və şübhə ilə dolu idi. Fikirləşirdilər ki, məgər Müaviyə ilə vuruşmaq mümkündürmü? Məgər Müaviyə müsəlman deyilmi, bəs nəyə görə onunla vuruşmalıyıq? və bunun kimi şeytani fikirlər Həzrətin ordusuna hökm sürürdü. Digər tərəfdən də Müaviyənin döyüşçüləri tam hərislik və kinlə İmam Həsən (əleyhis-salam)-ın ordusu ilə vuruşmağa hazır idilər. Onlar bütün varlıqları ilə inanmışdılar ki, İmam Həsən (əleyhis-salam)-ın döyüşçüləri kafirdirlər və hamısını öldürmək vacibdir. Hətta o həzrətin özünə qarşı da bədbin idilər. Onun ali məqamı ilə tanışlıqları, mərifətləri yox idi.
    KUFƏLİLƏRİN İMAM HƏSƏN (əleyhis-salam)-IN ZAMANINDAKI İCTİMAİ VƏZİYYƏTİ
    Kufəlilərin az bir hissəsi istisna olmaqla, əksəriyyəti ikiüzlü, riyakar idi. Elə İmam Həsən (əleyhis-salam)-ın tərəfdarlarının əksəriyyəti bunlardan ibarət idilər. Belə ki, müharibənin ən şiddətli çağlarında qaçıb, səngərləri boş qoyurdular. Kufədə bir neçə böyük, adlı-sanlı şəxslər də var idi. Lakin onlar yalnız hansı tərəfin qələbəyə daha yaxın olduğunu gördükdən sonra o cəbhəyə qoşulmaq istəyirdilər. Bu kimi şəxslərin ixtiyarında çoxlu sayda adam var idi. O dövrdə yaşayış qəbilə surətində idi və hər kəs öz qəbilə başçısına itaət edirdi. Qəbilə başçılarından və tanınmış şəxsiyyətlərdən bəzilərinin adlarını qeyd edirik: Əşəs ibni Qeys, Əmr ibni Həris, Müaviyət ibni binti Xədicə, Şeys Rəbi, Əmmarət ibnil Vəlid, Ömər ibni Səd, Yəzid ibni Ümeyr, Ürvət ibni Qeys, İshaq ibni Xaricə, Şimr ibni Zilcoşən və s.. Bunlar dövlətə və siyasətə xidmət etməyin intizarını çəkirdilər. Hansı tərəf qələbə çalsaydı, o tərəf ilə birləşəcəkdilər. Onların əksəriyyəti Kərbəla hadisəsində Hüseyn (əleyhis-salam)-ın qatillərindən və İbni Ziyad ordusunun sərkərdələrindən idilər.
    Bu nüfuzlu kufəlilər yalnız dünya malı, məqam, mənsəb, mal, qızıl və qüdrət istəyirdilər. Fürsət axtarırdılar ki, baş verən hadisələrin istiqamətini (öz mənafelərini) tapıb öz mövqelərini aşkar etsinlər.
    3-CÜ HİSSƏ
    HƏZRƏT ƏLİ (əleyhis-salam)-IN ŞƏHADƏTİNDƏN SONRA
    Həzrət Əli (əleyhis-salam) Şama yola düşmək istəyərkən, 40-cı hicri ilin ramazan ayının 19-da zərbətləndi və elə həmin ayın 21-də şəhadətə çatdı. Tarixçilərin yazdıqları kimi, o dövrdə Həzrət böyük bir ordu hazırlamışdı. Kufənin ətrafındakı ordugahda 40 min hərbçi döyüş hazırlığı vəziyyətində gözləyirdilər ki, Həzrət Əli (əleyhis-salam)-la birləşib Müaviyə ilə döyüşə getsinlər. Amma o Həzrətin şəhadəti ilə tarixi hadisələrin inkişaf istiqaməti tam əksinə dəyişdi.
    40-cı ilin ramazan ayının 21-i Həzrət Əli (əleyhis-salam)-ın şəhadətinin birinci günüdür. O Həzrətin şəhadətindən sonra, İmam Həsən (əleyhis-salam) məscidə gəldi. Hər yer adamla dolu idi. Hətta məscidin ətrafı da dolmuşdu. Həmin ordu da orada idi.
    İMAM HƏSƏN (əleyhis-salam)-IN İLK XÜTBƏSİ
    Bu zaman İmam (əleyhis-salam) minbərin üstündə əyləşdi. Sözə başlamaq istəyəndə gözlərindən yaş axmağa başladı, qəhər boğazını tutdu. Bir anlığa dayandı, sonra buyurdu:
    Hər hadisə barəsində–istər bizim üçün xoşa gələn, istərsə də ürək ağrıdan olsun–bir olan Allaha həmd olsun. And olsun yeganə olan Allaha və and olsun Öz bəndəsinə Quranı göndərən Xaliqə! Keçən gecə elə bir insan dünyadan getdi ki, ondan qabaqkılar imanında ondan qabağa keçə bilmədi və ondan sonrakılar da onunla ayaqlaşa bilməzlər. O, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in gözləri önündə vuruşur, onun canını qorumağı öz canından üstün tuturdu.
    Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) onu öz bayraqdarı seçirdi. Cəbrail sağ, Mikail sol tərəfdən onu qoruyurdu. Allah onun köməyi ilə İslam Ordusunu qələbəyə çatdırmayınca, meydandan qayıtmazdı. Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) elə bir gecə dünyadan getdi ki, həmin gecədə Həzrət İsa asimana çəkilmiş, Həzrət Musanın canişini Yuşe ibni Nun dünyadan getmişdi.
    Həzrət elə bir halda dünya ilə vidalaşdı ki, özündən sonra 700 yüz dirhəmdən başqa heç bir mal-dövlət qoymamışdır. Bu pulu da öz maaşından saxlamışdı ki, ailəsinə xidmətçi alsın. (Elə bu vaxt qəhər Həzrətin boğazını tutdu və ağlamağa başladı. Sonra özünü təqdim etməyə başlayıb buyurdu:) Mən elə bir ailədənəm ki, Allah hər növ pisliyi, çirkinliyi onlardan uzaqlaşdırmış və onları yaxşı-yaxşı pakizə etmişdir. Mən elə bir ailədənəm ki, Allah onları sevməyi Öz kitabında (müsəlmanlara) vacib buyurmuşdur:
    De (ey Peyğəmbər): sizin hidayətiniz üçün çəkdiyim əziyyətlərin qarşısında, mənim yaxın adamlarımı sevməkdən başqa heç bir muzd istəmirəm Hər kəs yaxşı işlər görsə, Biz onların hədiyyələrini (savablarını) artırırıq.(Şura surəsi, 23.) Bizi sevmək Allahın işarə etdiyi həmin həsənədir.(İrşad (Şeyx Müfid), səh.348; Əl-müstətrəf. )
    Sonra İmam Həsən (əleyhis-salam) minbərdən enib oturdu.
    XALQIN İMAM (əleyhis-salam)-A BEYƏTİ
    Elə bu vaxt Əbdüllah ibni Abbas o həzərətin qarşısında durub dedi: Ey camaat! Bu Həzrət, sizin Peyğəmbərinizin övladı, imamınızın canişinidir. Ona beyət edin! Bu vaxt Həzrət Əli (əleyhis-salam)-ın vəfalı dostlarından və ordusunun etimadlı sərkərdələrindən olan Qeys ibni Səd ibni Übadə Ənsari Həzrətə beyət edən birinci şəxs oldu. Sair şəxslər də səmimi qəlbdən bunu qəbul edərək dedilər: Biz onu nə qədər sevirik! Onun haqqı bizə vacibdir!
    Beləliklə oradakı müsəlmanlar, habelə 40 minlik ordu İmam Həsən (əleyhis-salam)-a beyət etdilər.
    Sonra ucsuz-bucaqsız ölkənin başdan-başındaa icra hakimlərinin vasitəsi ilə Həzrət üçün beyət aldılar. Şamda həkəmiyyət dövründən etibarən özünü xəlifə adlandıran Müaviyə İmam Həsən (əleyhis-salam)-a beyət etməkdən imtina etdi. Öz sözlərində və məktublarında inadkarlığını və o həzrəti rəsmi olaraq tanımadığını bəyan edən ciddi müxalifətçilik qərarını elan edirdi.
    Əbül Fərəc İsfahani yazır: Beyətdən sonra İmam Həsən (əleyhis-salam) minbərdən enib hökumət işlərini sahmana saldı, yerli icra hakimləri üçün lazımi əmr və göstərişlər verib İslam ölkəsinə nəzarətə başladı. Əbdullah ibni Abbası Bəsrənin valisi təyin etdi, döyüşçülərin maaşını ikiqat artırdı. (Bu üsuldan Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) Cəməl döyüşündə istifadə etmişdi.)
    İMAM HƏSƏN (əleyhis-salam) XALQI ÖZ VƏZİFƏLƏRİ İLƏ TANIŞ EDİR
    İmam Həsən (əleyhis-salam) beyətdən sonra birinci xütbədə Peyğəmbər sülaləsinin uca məqam və mərtəbəsini, onların sair insanlardan üstünlüyünü aydınlaşdırdı, öz proqramını bəyan etdi və xalqı özlərinin vəzifələri ilə tanış edərək buyurdu: Biz Allahın hizbindən və nicat yolu tapanlardanıq. Biz Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in yaxın adamlarından, itrətindən olub, onun pak-pakizə Əhli-beytiyik. Təthir ayəsi bizim haqqımızda nazil olubdur. Biz səqəleyndən (iki ağır əmanətdən) biriyik ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onu öz canişini kimi təqdim etmişdir. Biz Allahın kitabını (lazımınca) tanıyırıq; hər şeyin şərhi onda vardır və batil ona nə arxadan, nə də öndən–heç bir cəhətdən yol tapa bilməz. Biz (Quranın) təvil və təfsirində heç vaxt xəta etmərik və Quranın həqiqətlərinə yəqinimiz vardır. Ey camaat, bizə tabe olun; bizə tabe olmaq sizin üçün vacibi-eynidir–əgər Allahın, Onun Rəsulun və ulul-əmrin itaətində olsanız. Vəliyyi-əmr bizik ki, bizə itaət etmək Allahın və Onun Rəsulunun (səlləllahu əleyhi və alihi və səlləm) itaəti ilə birgədir. Allah buyurumuşdur ki, əgər hər hansı bir işdə ixtilafınız olsa, Allaha, Onun Rəsuluna və ulul-əmrə müraciət edin; çünki, onların elmlərinin mənbəyi Haqq elmindəndir.(Nisa surəsinin 58-ci ayəsinə işarə edilmişdir. ) Sizin ən böyük düşməniniz olan şeytani təlqinlərdən çəkinin. Şeytanın yalanlarına aldanan və peşman olduqları zaman artıq peşmançılıqlarının heç bir faydası olmayan, şeytan isə onları azdırdıqdan sonra uzaqlaşıb və uçurma atdığı kəslərdən olmayın.
    İMAM HƏSƏN (əleyhis-salam)-IN MƏKTUBU
    İmam Həsən (əleyhis-salam) Müaviyənin bəlkə düz yola hidayət olunub islah olmasını, ağlını başına yığmasını, ona qarşı itaətsizlikdən əl çəkməsini ehtimal verərək, habelə höccəti tamamlasın deyə bir neçə məktub yazdı. Müaviyə də bu məktublara cavab göndərirdi. Həzrətin ona yazdığı ilk məktuba işarə edirik (onu Cündəb Əbdullah Əzüdi ilə göndərdi). Məktubun mətni belə idi:
    Bismillahir-rəhmanir-rəhim.
    Allahın bəndəsi Həsən ibni Əlidən Müaviyətibni Əbi Süfyana. Salam olsun sənə. Mən sənin haqqında yeganə Allahın dərgahına həmd edirəm. Böyük Allah, Həzrət Müəhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-i peyğəmbərliyə seçdi. O, bütün aləmlər üçün rəhmət idi və ilahi risaləti təbliğ etdi. Allah onu bu dünyadan aparanda risalət işində heç bir süstlük, səhlənkarlıq etməmişdi. Nəhayət Allah onun vasitəsilə haqqı aşkar, şirki isə məhv etdi, bütün ərəblərə, xüsusilə Qureyşə izzət, böyük əzəmət bağışladı. Allah Quranda buyurur: (Zuxruf surəsi, 43 )
    Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) bu dünyaya göz yumandan sonra ərəblər qüdrət və hakimiyyət uğrunda bir-biri ilə çəkişməyə başladılar. Qüreyş biz Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in tayfasından və ailəsindənik deyə iddia edirdi. Camaat da bu sözü bəyənib haqq saydılar. Sonradan biz Qureyşlə ehticac(Haqqı isbat etmək üçün dəlil-sübut, şahid gətirilməsi )etdik, necə ki, onlar ərəblərə ehticac etmişdilər. Amma Qureyş bizim haqqımızda insafsızlıq etdi. Çünki biz Peyğəmbərin Əhli-beyti Qüreyşlə ehticaca başlayıb onlardan insaflı olmalarını istəyəndə bizi hakimiyyətdən uzaqlaşdırıb bizə qarşı zülm, düşmənçilik və müharibə etməyə başladılar. Əlbəttə biz onlarla çəkişmədik. Ona görə ki, Allah dininə zərər dəyəcəyindən qorxur, münafiqlərin və əhzabların(Əhzab İslamın əvvəllərində başda Müaviyənin atası Əbusüfyan olmaqla bütün münafiq və yəhudilərin əlbir olub islamı məhv etmək üçün Mədinəyə gəldikləri və Əhzab yaxud Xəndək müharibəsini yaradanlara deyilir. Bu müaribə Həzrət Əlinin qüdrətli əlləri ilə Əmr ibni Əbdəvidin–ən güclü ərəb cəngavər pəhləvanının qətlə yetirilməsi ilə demək olar ki, sona çatdı. ) intiqam almaq üçün fürsət tapacaqlarından ehtiyat edirdik.
    Lakin bu gün sənin iddia etdiyin işə təəccüb edirəm! Bu iş üçün azacıq da olsa, haqqın yoxdur. Sən nə dindarlıq nəzərindən fəzilətli adam kimi tanınmısan, nə də İslamda təqdirəlayiq keçmişin var. Sən əhzabdan və Allahın Rəsuluna (səlləllahu əleyhi və alihi və səlləm) qarşı ən qatı, kinli düşmən olan Qüreyş başçılarından birinin (Əbusüfyanın-müt.) oğlusan. Tezliklə o dünyaya qayıdandan sonra biləcəksən ki, axirət aləmi kimin xeyrinədir. Həzrət Əli (əleyhis-salam) canını Yaradana təslim edəndən sonra müsəlmanlar məni özlərinə başçı seçdilər. Bil ki, bu məktubu yazmaqda məqsədim sənə höccəti tamam etməkdir ki, bununla da Allah qarşısında təqsirli olmayam.
    İndi əgər haqqa tabe olsan yaxşı, xeyirli bəhrə apararsan. Müsəlmanların da məsləhəti elə bundadır. Batildə israr etməkdən əl çək və sair şəxslər kimi mənə beyət et! Sən bilirsən ki, mən bu işə (xilafətə) Allah yanında və Allahdan qorxan hər kəsdən daha layiqəm. Belə isə zülmdən əl çək və müsəlmanların qanlarının axıdılmasının qarşısını al! Amma bil ki, əgər öz azğınlığını davam etdirsən, mən müsəlmanları tezliklə sənə tərəf göndərəcək, səni mübarizəyə çağıracağam. Qoy Allah bizim aramızda hökm etsin; çünki O, ən yaxşı hökm edəndir.(Məqatilit-talibin (Əbul Fərəc İsfahani) )
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 634 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024