İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:34 AM
    MÜAVİYƏNİN İMAM HƏSƏN (ƏLEYHIS-SALAM)-A CAVABI
    Müaviyə bu məktubun cavabında belə yazdı:
    Allahın bəndəsi, möminlərin əmiri–Müaviyədən Həsən ibni Əliyə. Salam olsun sənə! Mən bir olan Allahın dərgahına sənin haqqında şükr edirim. Amma bəd; məktubunu aldım. Allahın Rəsulu və onun fəzilətləri haqqında bəyan etdiyini başa düşdüm və bilirəm ki, o, əvvəldən axıra insanların içində ən layiqlisidir. Məktubda yazmısan ki, müsəlmanlar Allahın Rəsulundan sonra canişinlik məsələsində bir-biri ilə çəkişdilər. Mən görürəm ki, sən aşkar şəkildə Əbu Bəkr Siddiqə, Ömər Faruqə, Əbu Übeydə Əminə və Allahın Rəsulunun dostlarına, ənsar və mühacirdən olan yaxşı insanlara töhmət vurursan. Sənin bu sözlərin mənim üçün heç xoşagələn olmadı. Sən bizim və xalqın nəzərində paxıllıq və töhmətlə tanınmamısan. Mən istərdim ki, sən həmişə layiqli sözlər deyəsən ki, hamı səni yaxşılıqla yad etsin.
    Bu ümmət Peyğəmbərin canişini haqqında ixtilafa düşəndən sonra heç vaxt sizin fəzilətinizi, parlaq, gözəl keçmişinizi və Rəsulullahla yaxınlığınızı unutmadılar, İslamdakı məqam və mənzilətinizi inkar etmədilər. İslam ümmətinin əqidəsi bu idi ki, hakimiyyət Qüreyşin ixtiyarında olmalıdır. Qureyşin də arasında Allahın əmrlərini icra etməkdə qabaqcıl, bacarıqlı olan bir nəfər bu işi öhdəsinə almalıdır. Buna görə də onlar Əbu Bəkri seçdilər. Amma bu seçki sizin qəlblərinizdə kin yaratdı. Əgər müsəlmanlar sizin aranızda Əbu Bəkrin yerinə layiqli bir nəfər tapsaydılar heç vaxt ondan üz döndərməzdilər.
    Sən öz məktubunda məni sazişə çağırmışsan. Lakin indi mənimlə sizin aranızdakı münasibət Peyğəmbərdən sonra sizinlə Əbu Bəkrin arasında yaranan vəziyyət kimidir. Əgər mən sənin xalqın işlərini nizama salmaqda, əmvalı (dövlət vergilərini) toplamaqda və düşmənlərin qaşısında dayanmaqda daha bacarıqlı və işbilən olduğunu bilsəydim, hökmən sənə müsbət cavab verərdim. Amma bilirəm ki, mən hökumət işlərini idarə etməkdə səndən təcrübəliyəm; yaşım sənin yaşından çox, siyasi agahlığım səndən artıqdır. Buna görə də mənim fərmanıma itaət et və bil ki, hakimiyyət məndən sonra sənə həvalə olunacaq. Hal-hazırda İraqın beytül-malını sənin ixtiyarında qoyacaq, hansı məntəqəsini istəsən, sənə tapşıracağam ki, sənin tərəfindən əmanətdar bir şəxs hər il onları yığıb yanına gətirsin. Eləcə də heç bir iş sənin nəzər və məşvərətin olmadan görülmüyəcək və Allahın fərmanını yerinə yetirdiyin hər işdə sənin əmrlərinə itaət olunacaq.(Məqatilit-talibin (Əbul Fərrəc İsfahani).)
    Mədaini yazır: Müaviyə məktubun sonunda İmam Həsən Müctəbaya (əleyhis-salam) xitabən yazdı:
    Sənin atan Osmanın hökumətinin devrilməsində çox çalışdı. Nəhayət Osman məzlumcasına öldürüldü və Allahdan, onun qisasını almasını istədi. Hər kəsin intiqamını Allah alsa, heç nə itirməz. Sonra sənin atan hakimiyyəti zorla ələ keçirib müsəlmanların vəhdətini pozdu. Buna görə də cihad və islamda onun kimi qabaqcıl olan şəxslər onunla saziş etmədilər. Lakin atan iddia etdi ki, onlar əhd-peymanlarını pozublar. Buna görə də onlarla müharibəyə başladı, qanlarını axıtdı və Rəsulullahın hərəminə qarşı hörmətsizlik etdi. Bu müharibədən sonra bizdən beyət istəmədən yanımıza gəldi. Biz onunla müharibə etdik. Axırda iş o yerə çatdı ki, hər bizimiz bir hakim seçdik ki, xalqın məsləhəti və mənafeyinə olan, İslam ümmətinin vəhdətinə, aralarında ülfət yaranmasına səbəb olan əsasda hökm etsinlər. Biz o iki nəfərlə, sənin atanla möhkəm əhd bağladıq ki, o iki hakimin dediklərini sözsüz qəbul edək. Sən də hakimlərin necə hökm etdiklərini, Əlini xilafətdən saldıqlarını yaxşı bilirsən. Amma Allaha and olsun ki, o, bu hökmə etina etmədi və Allahın fərmanı üçün az da olsa gözləmədi. İndi isə məni atanın meyar bildiyi bir hökmə necə dəvət edirsən? Hansı ki, o özü bu hökmdən xaric olmuşdur. İndi yaxşı fikirləş və dinini tap! Vəssalam.
    Qeyd etmək lazımdır ki, bu məktublar İslam ölkəsinin hər yerinə yayılır, zəif adamlar bunun mənfi təsiri altına düşürdü.
    MÜAVİYƏNİN FƏALİYYƏTİ
    Müaviyə Həzrət Əli (əleyhis-salam)-ın şəhadət xəbərini eşidəndən sonda iki əsaslı tədbirə əl atdı:
    1-Bütün qüvvələrini səfərbər edib İmam Həsən (əleyhis-salam)-ın hakimiyyətinin əsasları möhkəmlənməzdən öncə onu aradan götürməyə, hakimiyyətinin təməllərini sarsıtmağa çalışırdı;
    2-Xaricdən hərbi hücum etməklə yanaşı öz casusluq şəbəkələrini o həzrətin qoşununun daxilində kəskin surətdə çoxaltdı. O, bu iki işi İraq üzərində qələbənin son anlarına kimi davam etdirdi.
    Müaviyə İmam Həsən (əleyhis-salam)-ın köməkçiləri arasında Əmr ibni Həris, Əşəs ibni Rəbi və s. kimi ürəklərində Əhli-beyt (əleyhis-salam)-a qarşı kin-küdurət və düşmənçilik bəsləyən, zərbə vurmaq üçün münasib fürsət gözləyən münafiqlərin və xaricilərin yanına casuslar göndərdi. Müaviyə onların hər birinə yazdı ki, əgər Həsəni qətlə yetirsən 200 min dirhəm verəcək, öz qızlarımdan birini sənə ərə verəcək və Şam qoşunlarından birini sənə tabe edəcəyəm.
    Onların hamısı məxfi olaraq Müaviyəyə müsbət cavab verib fərmanını icra edəcəklərini əmin etdilər.
    MÜAVİYƏNİN ÖZ ƏLALTILARINA ELANLARI
    Müaviyə Həzrət Əli (əleyhis-salam)-ın şəhadətindən sonra öz əlaltılarına belə bir xəbər göndərdi:
    Şükür olsun ki Allah, Rəsulullahın canişininin qatili və düşmənlərinin məkr və hiylələri qarşısında sizə kömək etdi. Bir olan Allah, Öz mehr-məhəbbəti və yaxşılığı ilə bəndələri içindən Əliyyibni Əbu Talibi qətlə yetirmək üçün bir kişi seçdi. O kişi qarışıqlıq yaradaraq Əlini öldürdü. Nəticədə onun dostları və köməkçiləri pərakəndə vəziyyətə düşüb dağılışdılar. Bu gün onların böyük şəxsiyyətlərinin və rəhbərlərinin məktubları əlimizə çatıbdır ki, özləri və qəbilələri üçün aman istəyirlər. Bu məktublar sizə çatan kimi var-gücünüzlə, bacarığınızla və bütün təchizatınızla hərəkət edin. Şükr olsun Allaha, Osmanın intiqamını alacaq, öz arzunuza çatacaqsınız. Allah zalımları və kin toxumu səpənləri məhv edəcək. Vəssalam.
    CASUSLARIN GÖNDƏRİLMƏSİ
    Casusların göndərilməsi və iğtişaş yaradılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, Müaviyə məxfi olaraq Himyər qəbiləsindən bir nəfəri Kufəyə, Bəni Qeyn qəbiləsindən bir nəfəri isə Bəsrəyə göndərdi ki, bu şəhərlərin vəziyyəti barədə xəbər versinlər və İmam Həsən (əleyhis-salam)-ın tərəfdarları arasında iğtişaş yaratsınlar. Amma Həzrət bu iki casusun göndərilməsindən xəbər tutdu və əmr etdi ki, qəssabxananın yaxınlığında sakin olan himyərli kişini tutsunlar. Tutulduqdan sonra dərhal hökm verdi ki, boynunu vursunlar. Sonra Bəsrəyə bir məktub yazaraq əmr etdi ki, Müaviyənin casususu tutub dərhal boynunu vursunlar.(İrşad (Şeyx Müfid). )
    QƏTL HİYLƏSİ
    Bundan sonra Müaviyə başqa bir hiyləyə əl atdı: Kufə qüvvələrinin içindən bir neçə nəfər seçdi ki, İmam Həsən (əleyhis-salam)-ı qətlə yetirsinlər. Şeyx Səduq bu barədə yazır:
    Müaviyə İmam Həsən (əleyhis-salam)-ı qətlə yetirmək üçün 4 nəfəri: Əmr ibni Həris, Əşəs ibni Qeys, Həccar ibni Əbcər və Şeys ibni Rəbini seçdi. Onların hər birinə nəzarət etmək üçün əlavə bir nəfər casus da təyin etdi ki, həvalə edilən işdən boyun qaçırmasınlar. O, İmam Həsən (əleyhis-salam)-ı qətlə yetirmək üçün 100 min dirhəm pul, Şam qoşunlarından birinin sərkərdəliyi və qızlarından birini mükafat kimi təyin etmişdi. Bu xəbər İmam Həsən (əleyhis-salam)-a çatanda zirehli paltar geyindi. Çox ehtiyatla hərəkət etməyə başladı; əgər zirehli paltar geyinməsəydi, namaza getməzdi.
    MÜAVİYƏNİN ORDUSU
    Müaviyənin bütün arzusu Osmanın ölümündən sonra xilafətə çatmaq idi. Bu məqama çatmaq yolunda əlindən gələni əsirgəmirdi. Heç vaxt fürsəti əldən vermir, heç bir cinayətdən çəkinmirdi. Həzrət Əli (əleyhis-salam)-ın xilfəti dövründə fitnə salmaq, təxribatçılıq və iğtişaş salmaqdan əl çəkmədi. Müxtəlif hiylələrə əl atdı ki, öz məqsədinə çatsın. Nəhayət Həzrət Əli (əleyhis-salam) şəhadətə çatdı. İmam Həsən (əleyhis-salam)-ın xilafətə seçilməsi xəbəri Müaviyəyə çatdıqda onunla beyət etməkdən imtina edərək onun xilafətini rəsmən qəbul etməmək barəsində son qərarını elan etdi.
    Müaviyənin öz məqsədinə çatmaq üçün öz casuslarından bir neçəsini camaatı İmam Həsən (əleyhis-salam)-ın əleyhinə qiyama təhrik etmək üçün İraqa göndərdi. Əlbəttə bu cür casuslar Həzrət Əli (əleyhis-salam)-ın zamanında da Yəmən, Fars və Hicazın bir çox məntəqələrində, hətta İraqın mərkəzi sayılan Kufədə də ümumi halda fəaliyyət göstərirdilər. Lakin İmam Həsən (əleyhis-salam)-ın zamanında bu fəaliyyət şiddətləndi və onun dairəsi fövqəladə surətdə genişləndi.
    4-CÜ HİSSƏ
    MÜAVİYƏNİN HƏRBİ TƏCAVÜZÜNÜN BAŞLANMASI
    Nəhayət Müaviyə müharibə üçün hazırlıq görməyə başlayaraq Şam, İordaniya və Fələstində olan sərkərdələrini onunla birləşməyə çağırdı.
    İMAM HƏSƏN (əleyhis-salam)-IN GÖSTƏRİŞİ İLƏ MÜHARİBƏYƏ HAZIRLIQ
    Müaviyənin fəaliyyətə başlaması xəbəri İmam Həsən (əleyhis-salam)-a çatanda, Hücr ibni Ədiyə əmr etdi ki, sərkərdələrə və camaata xəbər versin ki, Müaviyə ilə müharibəyə hazırlaşsınlar.
    Carçı camaatı namaza çağırdı. Hamı həyəcanlanıb sürətlə məscidə yığıldı. İmam Həsən (əleyhis-salam) göstəriş vermişdi ki, hamı yığılanda mənə xəbər verərsiniz. Az müddətdən sonda Səid ibni Qeys Həmdani Həzrətin hüzuruna gələrək xalqın yığışdığını xəbər verdi və onun məscidə getməsini istədi. Həzrət məscidə gəlib minbərə qalxdı və buyurdu:
    Bir olan Allah, Öz bəndələrinə cihadı vacib etmiş, onu (camaat üçün) xoşagəlməz bir şey adlandırmışdır.
    Camaat! Əgər xoşagəlməz hadisələr müqabilində səbr etməsəniz, heç vaxt istədiyinizə çata bilməzsiniz. Mənə xəbər çatıb ki, Müaviyə bizim ona qarşı müharibəyə hazırlaşdığımız və Şama tərəf hərəkət etməyimiz barədə xəbər eşidib. Buna görə də öz ordusu ilə Kufəyə tərəf hərəkət edib. İndi onun sizin torpaqlarınıza soxulmasının qabağını almaq üçün Nüxəyləyə(Nüxəylə Kufə yxınlığında, Şam yolunda qüvvələrin müharibə vaxtında yığışan yerin adıdır. ) tərəf hərəkət edin.
    İMAM HƏSƏN (əleyhis-salam)-IN TƏRƏFDARLARININ SÜSTLÜYÜ AŞKARA ÇIXIR
    Əvvəldə qeyd etdiyimiz kimi, Müaviyənin müxtəsər bir işarəsi ilə döyüşçülər kütləvi şəkildə və qısa müddətdə müharibəyə hazırlaşdılar. Amma İmam Həsən (əleyhis-salam)-a itaət etməyin vacib olmasına, kufəlilərin öz meylləri ilə o Həzrətə beyət etmələrinə baxmayaraq, tarixçilərin yazdıqları kimi, xütbəni qurtarandan sonra orada olanlardan səs çıxmadı. Ölümsaçan sükut məscidin fəzasını bürümüşdü.
    Teyy qəbiləsinin rəisi, təcrübəli sərkərdə Ədi ibni Hatəm Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) və Həzrət Əli (əleyhis-salam)-ın dövründə parlaq keçmişə malik olduğundan müsəlmanlar ona böyük şəxsiyyət kimi baxırdılar. O, bu vəziyyəti müşahidə etdikdə qəzəbindən bədəni lərzəyə düşdü. Minbərin aşağısında durub camaata xitabən dedi: Mən Hatəmi Tainin oğlu Ədiyəm. Sübhanəllah! Sizin bu vəziyyətiniz nə qədər pis və rüsvayçıdır! Siz öz rəhbərinizə–Peyğəmbərinizin oğluna cavab vermirsiniz? Şəhərin məşhur natiqləri hara gediblər? Rahatlıq və əmin-amanlıq çağları dilləri iti qılınc kimi idi, indi isə, iş ciddi olanda, tülkü kimi yuvalarına giriblər! (Sonra İmam Həsən (əleyhis-salam)-a xitab edərək dedi:) Ey imam! Allah sənin əlinlə hidayət yollarını açsın, səni pis, xoşagəlməz hadisələrdən amanda saxlasın, yaxşı şeylərə müvəffəq etsin. Biz sənin sözlərini eşidirik, sənin fərmanına vəfalıyıq. Sözlərini canla-başla nuş etdik. Sənin nəzərində olan və əmr etdiyin şeyə itaət edirik. Mən də indi ordugaha tərəf getməyə hazıram. Hər kəs istəsə mənimlə yoldaş ola bilər.
    Bu sözlərdən sonrda məsciddən çıxıb Nüxəyləyə tərəf getdi. On min nəfərdən ibarət döyüşçü dostlarına əmr etdi ki, ona qoşulsunlar. Beləliklə İmam Həsən (əleyhis-salam)-ın ordusundan müharibəyə hazır olan ilk şəxs Ədi ibni Hatəm oldu. Ondan sonra Qeys ibni Səd ibni Übadə Ənsari, Məqəl ibni Qeys Riyahi və Ziyad ibni Səsə Təymi növbə ilə ayağa qalxıb camaatı danlayaraq onları cihad meydanına getməyə təşviq etdi. İmamın çağırışına ləbbeyk deməklə Ədi ibni Hatəmin sözlərinə oxşar sözlər danışdılar.
    Bu vaxt İmam Həsən (əleyhis-salam) onlara buyurdu: Siz düz deyirsiniz. Mən sizi çoxdandır ki, pak niyyətli, mərd-mərdanə, dəvəti qəbul edən və sədaqətli dost kimi tanıyıram. Allah sizə gözəl mükafat (əcr) versin! Sonra minbərdən endi.
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 632 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024