İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:32 AM
    8-CAMAATIN MÜHARİBƏDƏN BEZARLIĞI
    İmam Həsən (əleyhis-salam) Mədain yolunda Sabat məntəqəsində qoşununun vəziyyətini müşahidə edərkən söhbətlərinin birində buyururdu:–Görürəm ki, sizin çoxunuz müharibədən yorulmusunuz və müharibə edib-etməmək barəsində tərəddüddəsiniz. Ona görə də istəmədiyiniz bir şeyi sizə qəbul etdirməyi ağıllı iş hesab etmirəm.(Nəhcül-bəlağənin şərhi (İbni Əbil Hədid). )
    9-İMAM HƏSƏN (ƏLEYHİS-SALAM)-IN SÜLHÜ HƏZRƏT XIZRIN İŞİ KİMİ İDİ
    İmam Həsən (əleyhis-salam) Müaviyə ilə sülh etdikdən sonra camaatın və Kufə böyüklərinin bəziləri onun hüzuruna gəlir, məzəmmət edərək deyirdilər:–Niyə Müaviyə ilə beyət etdin?
    Həzrət onlara deyirdi:–Vay olsun sizə, mənim nə etdiyimi bilmirisiniz? Allaha and olsun ki, mənim şiələr üçün etdiyim yaxşılıq günəşin saçıdığı şeylərin hamısından daha yaxşıdır! Siz bilmirsiniz ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in aşkar buyurduğuna görə sizin mənə itaət etməyiniz vacibdir və mən, behiştin ən yaxşı iki cavanından biriyəm?
    Dedilər:–Bəli bilirik.
    Həzrət buyurudu:–Bilmirsiniz ki, Xızrın etdiyi iş Musanın qəzəblənməsinə səbəb oldu? Çünki o işlərin hikməti Musa üçün gizli idi, Xızrın etdiyi işlər də Allahın yanında eynilə hikmət və düz iş idi. Bilmirsiniz ki, Qaim (əleyhissalam) istisna olmaqla biz imamların hamısı zalım xəlifənin yaşadığı zamanda onlara beyət edəcəkdir? Amma təkcə Həzrət Qaim (əleyhissalam) zalım xəlifəyə beyət etməyəcək, Həzrət İsa (əleyhis-salam) onun arxasında namaz qılacaq. Allah onu gözlərdən gizlədəcək ki, heç bir zalım və tüğyançı ona qalib olmasın. O, qardaşım Hüseynin doqquzuncu övladı olacaqdır. Allah yer üzü tamamilə zülmlə, ədalətsizliklə dolana qədər onun ömrünü və qeybdə olma müddətini uzadacaqdır. Allah onun əli ilə yer üzünü haqq-ədalətlə dolduracaq. Allah onu qırx yaşına çatmamış bir cavan kimi zahir edəcəkdir. Bunların hamısı Allahın qüdrətindəndir ki, insanların məsləhətini onda bilir. Mənim bu sülhüm də tarixin sizin məsləhətinizə tamam olan həssas nöqtəsidir.(Dinəvəri səh.216.)
    10-İMAM HƏSƏN (ƏLEYHİS-SALAM): ƏGƏR MƏN SÜLH ETMƏSƏYDİM ŞİƏLƏRDƏN BİR NƏFƏR DƏ SAĞ QALMAYACAQDI
    Əbu Səid İmam Həsən (əleyhis-salam)-ın hüzuruna gəlib ərz etdi:–Ey Peyğəmbərin oğlu! Nə üçün Müaviyə ilə razılığa gəlib sülh etdin? Halbuki, bilirdin ki, haqq səninlədir, Müaviyə yolunu azmış və təcavüzkardır?
    Həzrət buyurdu: Ey Əba Səid, sən məni atamdan sonra Allahın xalqa höccəti, xəlifəsi və itaəti vacib olan İmam bilmirsənmi?
    Ərz etdi:–Bəli, bilirəm.
    İmam Həsən (əleyhis-salam) buyurdu:–Cəddim Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-din Həsən və Hüseyn–hər ikisi imamdırlar, istər sülh etsinlər, istərsə də müahirəbə deyə buyurduğunu eşitməmisənmi?
    Dedi:–Eşitmişəm.
    Həzrət buyurdu:–Əgər məni İmam kimi qəbul edirsənsə, bil ki, mən ümumxalq məsləhətini özümün şəxsi mənafe və danılmaz məqamımdan üstün hesab edərək sülh etdim. Mənim Müaviyə ilə bağladığım sülhün səbəbləri eynilə cəddim Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in Bəni Zümrə və Bəni Əşcə tayfaları ilə, Məkkədən qayıdarkan Hüdeybiyyə müharibəsində qoyduğu şərtlərə oxşayır. Səhabələrdən çoxu o həzrəti danlayıb o sülhlə razılaşmadılar.
    Mənim Müaviyə ilə bağladığım sülh də eynilə o sülhə oxşayır. Yalnız bir fərqlə ki, onlar Qurana qarşı aşkar kafir idilər, Müaviyə və Bəni-üməyyə hizbi isə zahirdə müsəlman, batində isə kafirdirlər. (Daha sonra bu sülhün səhih və əzəmətli bir iş olduğunu təkid etmək üçün buyurdu:) Musa və Xızrın hekayəsini eşitməmisən? Xızr salamat gəmini deşdi, oğlanı öldürdü və köhnə divarı təmir etdi. Musanın bu işlərin sirrindən xəbəri yox idi. Xızr bu işlərin hikmətini deyəndə Musa onun işlərinin düz olduğunu qəbul etdi. Siz də mənim işimin hikmət və fəlsəfəsini dərk edə bilməzsiniz. Əlbəttə zamanın keçməsi bu işlər barəsində səhih mühakimə yürüdəcək, onun sirrlərini sizin üçün bəyan edəcəkdir. Hələlik bu qədər bilin ki, əgər mən sülh etməsəydim, bizim işə və dostlarımızdan bir nəfər də sağ qalmaz, hamısı qətlə yetirilərdi. Mən qan tökülməsinin qarşısını almaq üçün öz haqqımdan keçdim və dinin əbədi qalması naminə sülh etdim.(Ehticac (Təbərsi).)
    11-SÜLHÜN BAŞQA BİR SƏBƏBİ
    Süfyan ibni Ləyl deyir: İmam Həsən (əleyhis-salam)-ın sülh etməsi xəbərini eşidən kimi dərhal dəvəyə minib onun yanına getdim. Gördüm ki, öz evinin qabağında oturub və camaat onun ətrafına yığışıb. Dedim: Əssəlamu əleykə ya muzilləl-möminin. (Salam olsun sənə, ey möminləri zəlil edən!)
    Həzrət buyurdu: Əleykəs-salam ya Süfyan! Dəvədən enib onu, bağladım və Həzrətin yanında oturdum. Həzrət buyurdu: Ey Süfyan nə dedin? Ərz etdim ki, Əssəlamu əleykə ya müzilləl-möminin. Həzrət buyurdu: Mənə bu cür xitab etməyinə nə bais olub? Dedim: Atam-anam sənə fəda olsun, sən bizi zəlil etdin. Yüz minlərlə qılıc vuran və öz canını sənə qurban etməyə hazır olan əsgər olduğu halda sən xilafəti tüğyançı düşmənə, ciyəryeyən Hindin məlun oğluna həvalə etdin. İmam Həsən (əleyhis-salam) buyurdu: Ey Süfyan biz Əhli-beyt haqqı bilir və tanıyırıq. Buna görə də heç vaxt haqqdan kənara çıxmır, həmişə haqqa arxalanırıq. Mən atam Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-dan eşitdim, o da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə rəvayət edirdi: Dövran keçəcək, bir zaman çatacaqdır ki, bu ümmətin rəhbərliyi boğazı gen olan bir nəfərin əlinə düşəcəkdir. O, çox yeyəcək, amma doymayacaqdır. Allah ona öz imtahanını verib qurtarana qədər möhlət verəcəkdir. Bu müddətdə o özünə düşmənçilikdən, zəlalət və azğınçılıqdan ağır yük düzəldəcəkdir. Belə ki, asimanlarda bəhanəsi, yerdə dostu, köməkçisi olmayacaqdır.
    Bu zaman axşam düşdü və müəzzinin azan səsi ucaldı. Həzrət üçün bir miqdar süd gətirdilər. O, südün bir qədərini özü içdi, qalanını da mənə verdi. Daha sonra Həzrətlə birlikdə məscidə getdim və ərz etdim:–Həzrət Mühəmmədi haqq olaraq peyğəmbərliyə məbus edən Allaha and olsun ki, mən bu sözləri sizə qarşı məhəbbət üzündən dedim.
    İmam (əleyhis-salam) buyurdu:–Bu şad xəbəri eşit: atamdan eşitdim ki, o da Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət etdi: Mənim Əhli-beytim, onlara məhəbbət göstərənlərlə birlikdə hovuzun kənarında mənim yanıma daxil olacaqlar. Onlar (Əhli-beyt və onları sevənlər-müt.) biri-birlərindən ayrılmayan iki şəhadət barmağı kimidir. Bunu da bil ki, dünya həm yaxşı, həm də pis insanların yeridir. Bizim şiələr isə yaxşı insanlardandır.
    12-SÜLH–QAN AXIDILMASININ QARŞISINI ALMAQ VƏ ONLARIN MƏSLƏHƏTİNƏ İDİ
    İmam Həsən (əleyhis-salam) Müaviyə ilə sülh etdikdən sonra Süleyman ibn Sürəd Xüzai Həzrətin hüzuruna gəlib ərz etdi:–Əssalamu əleykə, ya muzilləl-möminin! Ey Peyğəmbərin oğlu, sizin bu təəccüblü işiniz heç vaxt mənim yadımdan çıxmaz. Siz nə cür Müaviyə ilə sülh etdiniz? Halbuki, qırx min döyüşçü cəngavər sizin qoşununuzda idi, Bəsrə və Hicazlılar sizə tərəfdar idi. Nə oldu ki, sizin lazımi qədər tərəfdar və qüdrətiniz olduğu halda xilafəti Müaviyəyə həvalə etdiniz və öz ixtiyarınıza keçirmədiniz? Yaxşı olardı ki, siz qəbilə başçılarını dəvət edirdiniz ki, bu əhdnamə hamının hüzurunda yazılardı, heç olmazsa, ondan sonra xilafət sizin ixtiyarınıza keçərdi. Amma bu sülhnamənin möhtəvasından heç kəs xəbərdar olmamışdır. İş o yerə çatıb ki, Müaviyə minbərə çıxıb deyir: Mən müharibə odunu söndürməkdən ötəri müəyyən şərtləri qəbul etdim və fitnəni kökündən kəsdim. İndi ki, ixtilaf aradan qalxdı, sülhün şərtlərini ayağımın altında qoydum! Ey Peyğəmbərin oğlu, Müaviyənin məqsədi yalnız xilafəti ələ keçirmək idi. O, sülhün şərtlərinin heç birinə əməl etməyəcəkdir. Yaxşı olar ki, siz də öz əhdinizi pozub müharibəyə dair əmr verəsiniz. Mən də Kufəyə gedib qoşun toplayım və Müaviyənin əlaltılarını oradan çıxardam. Allah xaini sevməz.
    Bunları deyib sakit oldu. İmam Həsən (əleyhis-salam) buyurdu:–Ey Süleyman, siz bizim şiə və dostlarımızsınız. Əgər mən dünyanı əldə etmək istəsəydim, onu əldən verməz, hökmranlığı əlimdə bərk-bərk saxlayardım. Bunu bil ki, Müaviyə iradə və tədbirdə məndən heç də üstün deyil. O, qüdrətdə məndən irəli keçə bilməz. Amma mənim gördüyüm şeyləri siz görmürsünüz. Mən ümmətin canı, qanı və namusunu hifz etmək naminə onunla sülh etdim. Mən Allahın razılığı, xalqın məsləhəti və hikmət üzündən onunla sülh edib bu müqaviləni imzaladım. Sizin borcunuz sakit olub itaət etməkdir.
    13-VƏFASIZ DOSTLAR
    Müsəyyib ibni Nücəyh İmam Həsən (əleyhis-salam)-a ərz etdi:–Ey Peyğəmbərin oğlu, mən çox təəccüb edirəm ki, sizin qırx min döyüşçünüz olduğu halda nə cür Müaviyə ilə sülh etdiniz; bundan əlavə, bu sülhü möhkəmlətmədiniz ki, heç olmazsa, sizin üçün də faydası olsun. Müaviyə şərtlərin heç birinə əməl etmədi. Məsləhət görürəm ki, siz də əhdinizi pozasınız.
    İmam Həsən (əleyhis-salam) buyurdu:–Ey Müsəyyib, əgər mən dünyanı əldə etmək üçün tədbir görsəydim, Müaviyə məndən qabağa keçə bilməz və bu yolda məndən möhkəm, səbirli ola bilməzdi. Mən sizin məsləhət və mənafeyinizə görə sülh etdim. Mən istəmədim ki, bir-birinizi qılıncdan keçirəsiniz. Sizin çoxunuz qırx, yaxud yüz min nəfərin döyüş üçün hazır olmasını güman edərək səhvə düşmüsünüz. Mən öz köməkçilərimin vəfasızlıqlarını gördüyüm üçün, müsəlmanların məsləhəti naminə sülh etdim. İndi siz Allahın razılığı, qəzavü-qədərini qəbul edib, mömin və pərhizkar olun.
    14-BƏNİ-ÜMƏYYƏNİN HAKİMİYYƏTƏ ÇATMASI LABÜDDÜR
    Bir neçə nəfər Mədinədə İmam Həsən (əleyhis-salam)-ın hüzuruna gəlib nalayiq sözlər deməyə, onu məzəmmət etməyə başlayıb dedilər:–Ey möminləri zəlil, üzlərini qara edən!
    İmam Həsən (əleyhis-salam) buyurdu: Məni məzəmmət etməyin və kobud danışmayın. Çünki, bu işdə sülh üçün məsləhət vardı. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yuxuda gördü ki, Bəni-Üməyyə (meymun surətində) biri digərindən sonra onun minbərinə çıxıb xütbə oxuyurlar. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) çox qəmgin oldu. Cəbrəil Kovsər surəsini və bir gecəsi Bəni-üməyyənin hökumət etdiyi min aydan (təqribən 80 il-müt.) yaxşı olan Qədr surəsini gətirdi.
    15-SÜLHÜN BAŞQA BİR SƏBƏBİ
    İmam Hüseyn (əleyhis-salam) qardaşı İmam Həsən (əleyhis-salam)-dan Xilafətin Müaviyəyə verməyin səbəbi nə idi? deyə soruşduqda, həzrət buyurdu: Elə atanın xilafəti qəsb edənlərin müqabilində sükut etdiyi səbəblərə görə.(Bihar 10-cu cild, səh.10; Sülhül-Həsən səh.122. )
    16-QƏLƏBƏ MÜMKÜN DEYİLDİ...
    İmam Cəfər Sadiq (əleyhis-salam) buyurur: İmam Həsən (əleyhis-salam) sülhə etiraz edən azsaylı dostlarına cavab olaraq buyurdu:
    Həqiqətən mən, sizin onlara qələbə çalmaq üçün qüdrətinizin olmadığınızı gördükdə həm özümün, həm də sizin sağ qalmağınız üçün xilafəti Müaviyəyə verdim.
    17-İMAM BAQİR (ƏLEYHİS-SALAM)-IN NƏZƏRİNDƏ SÜLHÜN SƏBƏBİ
    Südeyr Seyrəfi İmam Baqir (əleyhis-salam)-a ərz etdi: Necə mümkün ola bilər ki, İmam Həsən (əleyhis-salam) İmam ola-ola xilafəti Müaviyənin öhdəsinə qoysun? Həzrət buyurdu: Bəsdir! O, gördüyü işləri sizdən yaxşı bilirdi. Əgər sülh etməsəydi şiənin kökü kəsilərdi və böyük bir bədbəxtçilik baş verərdi. İmam Həsən (əleyhis-salam)-ın Müaviyə ilə etdiyi sülh ümmət üçün dünya və onda olanlardan yaxşı idi. Allaha and olsun bu ayə o cənabın sülhü barəsində nazil olubdur:
    O kəsləri görmədin ki, onlara müharibədən əl çəkin, namaz qılın, zəkat verin deyildi. Amma elə ki, cihad hökmü onlara yazıldı, düşməndən, Allahdan qorduqları kimi, yaxud daha çox qorxdular. Dedilər: Ey Allah, nə üçün bizə cihadı vacib etdin? Nə yaxşı olardı ki, cihad hökmünü bir qədər təxirə salardın! (Bihar 10-cu cild, səh.13.)
    Sonra Həzrət ayəni belə təfsir etdi: İmam Həsən (əleyhis-salam)-ın zamanında onlara əmr olundu ki, imama itaət edin, müharibəni dayandırın, namaz qılın və zəkat verin. Amma onlar razı olmadılar. İmam Hüseyn (əleyhis-salam)-ın zamanında isə cihad vacib oldu, amma dedilər: Nə üçün cihad hökmünü Həzrət Qaim (əleyhis-salam)-ın zühuruna qədər təxirə salmadın?(Nisa surəsi, 77. )
    İmam Baqir (əleyhis-salam) bir gün səhabələrinə buyurdu: Qüreyş bizə nə zülmləri rəva görmədi! Bizim şiələrə və dostlarımıza onların əlbir olması nəticəsində nə qədər zülmə məruz qaldılar! Hansı ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dünyadan gedəndə buyurmuşdu ki, biz Əhli-beyt imamət və xilafətə hamıdan artıq layiqliyik. Amma Qüreyş bizim haqqımızı əlimizdən almaq üçün əl-ələ verdilər. Camaat Əli (əleyhis-salam)-la beyət edən zamana qədər xilafəti özünün əsl mərkəzindən uzaqlaşdırdılar. Qüreyş ona beyət etdikdən sonra yenidən pozdular, üstünə qılınc çəkdilər və onu şəhid edənə qədər ardı-arası kəsilməz müharibəni davam etdirdilər.
    Daha sonra onun oğlu İmam Həsən (əleyhis-salam)-la beyət etdilər və beyətdən sonra hiyləyə əl atdılar, məkr qurdular, onu düşmənə təhvil etmək istədilər. İraq camaatı onun üzünə durdular, sinəsinə xəncər vurdular, xeyməsini qarət etdilər və onu təngə gətirdilər. Nəhayət Müaviyə ilə sülh etdi və bu yolla özünün və Əhli-beytin canını hifz etdi.
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 670 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024