İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:30 AM
    ZİYAD KUFƏNİN VALİSİ OLUR
    Müğeyrət ibni Şöbə əllinci hicri ilində öldü. Müaviyə Ziyad ibni Əbihi Bəsrə və Fars məntəqəsinin hökmdarlığından əlavə, Kufəyə də hakim seçdi. O, bu vasitə ilə Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın dostlarının baş qərargahı sayılan Kufəyə qaniçən, satqın və fəsad törədən bir rəzil şəxsi hakim etdi.
    Ziyad əvvəllər Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın şiələri ilə dostluq edirdi. Sonralar isə onlara qarşı ən qatı düşmənlərdən biri oldu. Bu cani hakimiyyəti ələ keçirdikdən sonra şiələrin qiyamını boğmaq üçün sərt polis reqimi tətbiq etdi.
    Bu qaniçən, kinli şəxs Kufəyə çatdıqdan sonra özünün tarixdə məşhur olan söhbətinə başladı. Söhbətdən əvvəl Allaha həmd-səna, Peyğəmbərə salavat göndərmədi. Bu iş onun ən böyük ədəbsizliyi və hörmətsizliyi idi. Elə həyəcəan yaratdı ki, hamı öz işini bildi. Müxaliflərin mallarını qarət və müsadirə etməklə təhdid etdi, heç kəsə danışmaq icazəsi vermədi. Ona qarşı müqavimət göstərənlərə ölüm cəzası təyin etdi. Kobud və təhqiramiz sözlər danışaraq hər bir hərəkəti boğub məhv edəcəyini elan etdi.(Tarixi Təbəri, 6-cı cild, səh.135. )
    Ziyad əvvəllər Əmirəl-möminin Əli (əleyhis-salam)-ın tərəfində Fars məntəqəsinin valisi idi. Bu məntəqənin idarə olunmasında xeyli müvəffəqiyyətlər qazanmışdı. Belə ki, Müaviyə onun qüdrətindən, nüfuzundan və idarəçiliyindən təəccüb edirdi. O, həm bacarıqlı, həm də hiyləgər və şeytansifət bir adam idi. Məhz buna görə də uzun müddət Müaviyənin qulluğunda idi. Bu müddətdə Müaviyə üç məntəqənin: Fars, Bəsrə və Kufənin hökmdarlığını ona həvalə etmişdi. Qeyd olunmalıdır ki, o zaman tənha Fars məntəqəsi çox geniş ərazi olmaqla Əhvaz və Farsdan Hindistan sərhədlərinə qədər; Kufə məntəqəsi Xorasanın yaxınlığına qədər bütöv İran ərazilərini əhatə edirdi. Bəsrə məntəqəsi də öz növbəsində çox böyük əraziləri əhatə edirdi. O zamanlar (Müaviyənin dövründə) Bəsrə və Kufənin idarə olunması çox da asan deyildi. Ondan qabaq qısa müddət ərzində bir neçə hökmdarı dəyişmişdilər. Çünki onların bu məntəqələri idarə etməyə ləyaqətləri yox idi. O zamanlar bu iki məntəqədə bir qurup camaat Müaviyənin əleyhinə qiyam etmişdilər. Ziyad ora varid olduqdan sonra qiyamların hamısını yatırdıb qiyamçıların hamısını tutdu və əl-qolu bağlı halda Müaviyənin yanına göndərdi. O, bu məntəqələrdən o vaxta kimi misli görünməyən miqdarda vergi toplayıb Müaviyəyə verdi. Onun atası məlum olmadığından, Ziyad ibni Əbih (atasının oğlu) adlandırırdılar. Bəzən onu anasının, bəzən də atalarından birinin adı ilə çağırırdılar. Çünki onun anası zinakar (fahişə) bir qadın idi.(Nisa surəsi, 135.) İlk dəfə Ayişə onu Ziyad ibni Əbih adlandırmışdır. Bu qədər qüdrət və təriflərlə yanaşı, atası məlum olmadığı üçün qəlbində kinəsi var idi. Müaviyəyə yaxınlaşana qədər bu minvalla davam etmişdir. Hər yerdə bir zinazadə, haramzadə tapılsaydı, onu Əbu Süfyana aid edirdilər. Bu da onun böyük iftixarlarından idi. Özü də bunu istəyirdi. Əmr ibni Asın barəsində də belə iddiada olmuş, onu öz oğlu hesab etmişdir. Bu səbəbdən Ziyadı öz adamları hesab edərək deyirdilər ki, Əbu Süfyan da Süməyyə (Ziyadın anası) ilə qeyri-qanuni cinsi əlaqədə olmuşdur. Müaviyə Ziyadın Əbu Süfyanın övladı olduğunu sübut etmək üçün şahid gətirdi və bunu İslam ölkələrinin hər yerində elan etdi.
    Adlı-sanlı şəxslərdən biri olan Yunis Səqəfi Müaviyəyə dedi: Sən bu işə şahid gətirməklə Ziyadın sənin qardaşın olduğunu deyil, atanın zinakar olduğunu sübut etdin. Müaviyə də onu hədələdi ki, bir də səsini çıxartmasın. Bundan sonra Ziyad özünü Əbu Süfyanın oğlu hesab edirdi.
    İbni Əbil Hədid yazır: Müaviyə İraqın hökumətini Ziyada verdi. Əvvəllər Ziyad şiə olduğundan, şiələrin hamısını tanıyırdı. Buna görə hər yerdə bir şiə gizlənsəydi, tapıb öldürür, yaxud da işgəncə verdikdən sonra sürgün edir, bəzilərini də diri-diri yerə basdırır, bəzilərini də dar ağacından asırdı.(Tarixi Yəqubi 2-ci cild, səh.162. )
    Həmçinin qeyd olunur ki, Ziyad Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın vəfalı dostlarından biri olan Rəşid Hicrini, şiə olduğuna görə dilini kəsib dar ağacından asdı.
    Əvvəllər Ziyad Hücr ibni Ədi ilə dost idi və onun parlaq keçmişindən xəbərdar idi. Buna görə də bir nəfər göndərib onu çağırtdırdı və dedi:–Ey Hücr, sən mənim Əli ilə dostluq və yaxşı münasibətimi görmüşdünmü?
    Hücr:–Bəli!
    Ziyad:–İndi bu dostluq kinəyə və düşmənçiliyə çevrilmişdir! Sən mənim Müaviyəyə qarşı nə qədər kinli və düşmən olduğumu bilirdinmi?
    Hücr:–Bəli!
    Ziyad:–Bu kinə və düşmənçilik dostluğa çevrilmişdir! İndi gərək Əlinin yaxşılığına və Müaviyənin pisliyinə danışmayasan. Ey Hücr, ehtiyatlı ol ki, öz əlinlə öz qəbrini qazmayasan! Mən bu gün səninlə dostam, istəyirəm bu dostluğumuz davam etsin. Sən hər gün yanıma gəl, hər işin olsa mənə deməlisən ki, mən dərhal o işi görüm.
    Bunların hamısı, Ziyadın nəzərdə tutduğu işlər idi və onları yerinə yetirmək üçün mümkün olan hər vasitədən istifadə edir, hər növ cinayətə əl atırdı.
    HÜCR ZİYADA ETİRAZ EDİR
    Ziyad Əmr ibni Hərisi öz yerində qoyub Kufədən Bəsrədəki qərargahına yola düşdü. O, Ziyadın müavini kimi, Kufə ağsaqqallarını məscidə çağırdı. İstər-istəməz Hücrün yaxın dostları da gəldilər. Əmr ibni Həris xütbə oxuyub Osmanı təriflədi, ərbabının müqabilində nökər sifətini zahir etdikdən sonra, camaatı tabeçiliyə, itaət etməyə səslədi.
    Bu həssas anlarda Hücr ibni Ədi və onun dostları ayağa qalxıb təkbir deyərək onu, Ziyadı, Müaviyəni və Osmanı pislədilər. Ona həmlə edib daşa basdılar və minbərdən aşağı saldılar. O Darul-imarəyə (hökumət sarayına) qaçmağa məcbur oldu. Qapıları möhkəm bağlayıb hadisəni Ziyada xəbər verdi. Sonra təkid etdi ki, əgər Kufəni əldə saxlamaq istəyirsənsə, yubanmadan qayıt. Əks halda Hücr ibni Ədi öz köməkçiləri ilə hər yeri əlinə keçirəcək.
    Ziyad təcili surətdə Kufəyə gəldi. Cümə günü minbərə cıxıb belə bir hədələyici xütbə söylədi: Əgər bu kiçik məntəqədə Hücrün yaratdığı iğtişaşın qarşısını ala bilməsəm, kişi deyiləm! (Sonra Hücr ibni Ədiyə xitabən dedi:) Ey Hücr, bəxtin gətirmədi! Sənin məsəlin gecə qaranlığında yem axtarmağa gedib səhvən canavara qismət olan heyvanın məsəli kimidir.
    Ziyad düz deyirdi; çünki o, canavar idi. Elə bir canavar ki, insanlara hücum edib onları parçalayırdı. O, bir canavar idi ki, başqa canavarın vasitəsilə çoban paltarında qoyunların arasında zahir olmuşdu. Elə bir canavar ki, başqa canavarın köməyi iə şərafətli insanları didir, parçalayır, boğurdu.
    HÜCRÜN TUTULMASI FƏRMANI
    Ziyad fərman verdi ki, Hücr ibni Ədini tutsunlar. Amma onun muzdurları Hücrə hücum etdikdə onun səmimi dostları onların qabağını alıb dedilər: Biz Hücrün Ziyadın yanına getməsinə icazə verməyəcəyik! O, Ziyadın fərmanına boyun əymir! Bu minvalla, muzdrlar Hücrün dostlarının kəskin və güclü müqaviməti ilə qarşılaşıb geri çəkilməyə məcbur oldular və bu işin öhdəsindən gələ bilməyəcəklərini Ziyada xəbər verdilər.
    Bu hadisədən sonra Ziyad təqibi gücləndirərək Hücrü tutmaq üçün daha çox adam göndərdi. Amma bu dəfə də məğlub oldular. Hücr öz dostları ilə əvvəldəki kimi mərd-mərdanə dayanıb, öz mətinliklərini davam etdirdilər. Kufədə vəziyyət gərginləşmişdi. Ziyad camaatı Hücrün ətrafınadan dağıtmaq üçün yeni-yeni hiylələrə əl atdı. Camaatı ondan uzaqlaşdırmaq, onu təkləmək məqsədilə Kufənin ağsaqqallarını dəvət edib onlara dedi: Siz bir əlinizlə başınızı yarıb o biri əlinizlə məlhəm qoyursunuz. Sizin ürəkləriniz Hücrlədir. Çünki, öz qardaş və oğlanlarınızı onu himayə etmək üçün göndərir, özünüz isə mənim yanıma gəlirsiniz. Bu, sizin qurduğunuz hiylədir. Dərhal ondan uzaqlaşmalısınız. Əks halda çoxlu qoşun göndərib azğınçılıq və inhirafınızı islah edəcəyəm.
    Öz mənfəət, imtiyaz, sərvət və qüdrətlərini təhlükədə görən Kufə ağsaqqalları təlaş və həyəcan içində yerlərindən qaxıb dedilər:–Bizim hamımız sənin fərmanına tabeyik. Hər nə istəyirsən de, biz yerinə yetirməyə hazırıq!
    Ziyad dedi:–Tez olun öz qohum-qardaşlarınızı Hücrün ətrafından dağıdın!
    Kufənin nüfuzlu şəxsləri onun fərmanlarına əməl edərək dərhal öz adamlarını geri çağırdılar. Ziyad bu yolla Hücr ibni Ədini təkləyib dostlarının sayını azaltdı. Bir neçə nəfər istisnla olmaqla bir kəs qalmadı. Hücr bir müddət çarpışdıqdan sonra gizləndi. Ziyad bu dəfə təhdid etməyə başladı və qədimki hiylələrini işə saldı. Hücrün mənsub olduğu qəbiləsinin rəisi Məhəmməd ibni Əşəsi çağırtdırıb hədələyərək dedi:–Allaha and olsun, əgər Hücrü təhvil verməsən əmr edəcəyəm ki, sənin xurma ağaclarını dibdən kəsib evlərini yerlə yeksan etsinlər. Özünü də tikə-tikə doğrayacağam.
    Məhəmməd ibni Əşəs işin bu yerə çatdığını gördükdə Hücrü təhvil vermək üçün üç gün möhlət istədi.
    Hücrün dostlarının hamısı Ziyadın polisinin vasitəsi ilə tutuldular. Dostlarının tutulması və Ziyadın hədə-qorxu gəlməsi xəbəri Hücrə çatdı. Onun vicdanı heç vaxt qəbul edə bilməzdi ki, özü gizlənsin, dostları isə cəlladların işgənəsi altında can versinlər, qəbilə üzvləri təqiblərə məruz qalsınlar, qohum-əqrəbası qətlə yetirilsin və əmlaklarının müsadirə edilməsi ilə hədələnsinlər.
    HÜCRƏ AMAN VERİLDİ
    Hücr bir nəfəri Məhəmməd ibni Əşəsin yanına göndərib ona təklif etdi ki, Ziyadın yanına gedib ondan aman alsın ki, ona ziyan vurulmasın və onu mühakimə olunmaq üçün Müaviyənin yanına göndərsin. Hücrün fərmanının ardınca Məhəmməd ibni Əşəs Kufənini ağsaqqalları və tanınmış şəxsiyyətlərindən bir neçəsini çağırıb birlikdə, Hücrün təklifini müzakirə etmək üçün Ziyadın yanına getdilər. Müzakirədən sonra aman aldılar ki, Hücrü Müaviyənin yanına göndərsin. O, bu təklifi qəbul etdi və Hücrə zərər vurmayacağına söz verdi.
    Yalnız bundan sonra Hücr baş qərargaha daxil oldu. Ziyad onu danlamağa, məzəmmət etməyə başladı. Elə güman etdi ki, Hücrün əl-ayağını bağlamaqla məğlub etmişdir. Buna görə dedi:–Camaat bizimlə müharibəni dayandırıb təslim olduğu zaman sən bizimlə müharibə etmək istəyirsən?
    Daha sonra ona bəzi hədələyici sözlər dedi ki, hamısı onun yırtıcılıq xasiyyətindən və qaniçən olmasından söz açırdı. Hücr onun cavabında dedi:–Sən mənim canıma və malıma aman vermisən və söz vermisən ki, məni Müaviyənin yanına göndərəsən.
    Ziyad dedi:–Əgər verdiyim amanın ehtiramı məsələsi olmasaydı, elə bu saat səni öldürərdim!
    Daha sonra fərman verdi ki, onu zindana salsınlar.
    HÜCR MÜAVİYƏNİN YANINA GÖNDƏRİLİR
    Ziyad əsirləri cəzalandırmaq üçün Müaviyənin yanına göndərməli idi. O, törətdiyi cinayətlər qarşısında özünə bəraət qazandırmaq və camaatı daha çox qorxutmaq üçün Kufə ağsaqqallarını dəvət edib onlara dedi ki, Hücr və dostlarının əleyhinə şəhadətnamə yazsınlar. Daha sonra camaatı məcbur etdi ki, şəhadətnamənin altını imzalasınlar. Onun özü kimi ruhi xəstəliklərə düçar olmuş bir qrup satqın, o cümlədən Osmanın zamanında da cani sayılan Üqbət ibni Əbi Muit, Əbu Musa Əşərinin oğlu və s. kimi bir neçə nəfər bir yerə yığışıb şəhadət verdilər.
    Saxta və başdan-başa yalanla dolu olan şəhadətnamə yazıldı. Dustaqları Dəməşqə göndərmək üçün hazırladılar ki, orada Müaviyənin ədalətli məhkəməsində mühakimə olunsunlar (!) və əvvəlcədən çıxarılmış hökmlər icra olunsun. (Dustaqların sayı 14 nəfər idi.)
    Ziyad ibni Əbih cəlladlarından ikisinə əmr etdi ki, məhbusları Şama aparsın. Onları zəncirlə bağlanmış halda kecavəyə mindirib sübhdən axşama qədər Kufə meydanında saxladılar ki, hamını qorxudub bildirsinlər ki, bunlar Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ı himayə edənlərdir ki, axır-aqibətləri belə oldu.
    Gecə əsirlər karvanı hərəkət edib bir müddətdən sonra Dəməşqin 12 milliyindəki Mərc Əzra adlı bir yerə çatdı. Bura həmin yer idi ki, Hücr ibni Ədi İslam qoşunu ilə Şamı fəth etmək üçün oraya gəlmişdi. Orada təkbir deyən ilk müsəlman da məhz o idi.
    İndi isə bu kəndin canavarları onu parçalayıb qanını axıtmaq istəyirdilər. Məhbusları orada saxladılar. Müaviyə onların saraya daxil olmalarına icazə vermədi.
    Ziyadın məmurları məktubları və şəhadətnamələri Müaviyənin yanına apardılar və onu əsirləri gətirdiklərindən və məktubların mətnindən xəbərdar etdilər. Saray işçiləri Şamın adlı-sanlı adamlarından bir qrupunu çağırdı. Müaviyə onların yanında şəhadətnamənin mətnini oxudu və məhbusların günahını geniş surətdə şərh etdi. Sonra məclis əhlinin müttəhimlər barəsindəki nəzərlərini soruşdu. Hər kəs bir söz dedi... Sonra Ziyadın məktubunun cavabını belə yazdı: Hücr ibni Ədinin işində çox fikrləşdim. Gahdan onu əfv edib bağışlamağa, gahdan da ölümə layiq kördüm. Ziyad bu məktubun mətnindən xəbərdar olduqdan sonra (onda intiqamçılıq və şeytan xasiyyəti olduğuna görə həmişə nahaq yerə başqalarının qanını axıtmaq istəyirdi) öz yaxın adamlarından birini çağırıb onun vasitəsi ilə Müaviyəyə xəbər verdi ki, əgər Kufənin hökmranlığını əlində saxlamaq istəyirsənsə, Hücr və yoldaşlarını hökmən aradan götürməlisən.
    Bu şəxs öz yolüstü Mərci Əzrada dayanaraq Hücrün dostlarına nəsihət etməyə başladı. Onlara xəbərdarlıq etdilər ki, əgər diri qalmaq istəyirsinizsə, Əlidən bezarlıq edin. Amma Hücr və dostları öz niyyətlərində qətiyyətli və möhkəm idilər. Bu təklifi qəbul etmək onlar üçün qeyri-məntiqi və insaniyyətdən uzaq idi. Onlar inanırdılar ki, əgər bu işi qəbul etsələr təkcə Əlidən yox, həm də İslamdan bezarlıq etmiş olurlar. Hücr ona dedi ki, sifarişini Müaviyəyə çatdırıb desin ki, şahidlər düşmənçilik və həsədlə bizə töhmət vurdular. Bu söz Müaviyəyə çatdıqdan sonra onun kin-küdurətlə dolu olan qəlbi haqq sözləri qəbul etmədi, dedi ki, Hücrün sözləri yox, Ziyadın sözləri düzdür.
    HÜCRÜN VƏ DOSTLARININ ŞƏHADƏTİ
    Müaviyə işi birdəfəlik etmək üçün öz cəlladlarından üç nəfəri Mərci Əzraya göndərdi ki, əfv edilənləri azad edib Hücrü və onun yoldaşlarını isə öldürsünlər. Cəlladalar oraya çatdıqda biri həyasızcasına Hücr ibni Ədiyə dedi:–Ey yolunu azmışların rəisi, ey küfrün, tüğyanın və Əbu Turabın qulu! Əmir bizə əmr edibdir ki, əqidənizdən əl çəkib Əlidən bezarlıq edərək onu lənətləməyi təklif edək; əgər qəbul etsəniz azad olacaqsınız; yox əgər qəbul etməsəniz hamınız öldürüləcəksiniz.
    Hücr dedi:–Bizim üçün iti qılınclara dözmək sizin təklifinizi qəbul etməkdən çox-çox asandır. Biz heç vaxt bu cür alçaq, namərdcəsinə olan işi qəbul etməyəcək, ölümü qarşılayacağıq, çünki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və Əmirəl-möminin (əleyhis-salam)-ın hüzurunda olmağı cəhənnəm oduna daxil olmaqdan qat-qat üstün tuturuq.
    Onlar ağır qandalları o alicənab insanların əllərindən və ayaqlarından açdılar, kəfənləri hazırlayıb qəbirləri qazmağa başladılar. Bu cinayətkarlar bu əməllərlə Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın dostlarının ruhiyyəsini zəiflətmək, ölüm əlamətlərini onlara göstərməklə özlərinə tərəf cəlb etmək istəyirdilər. Bu da Əli (əleyhis-salam)-ın dostları və şiələri üçün zatən qeyri-mümkün bir iş idi.
    Cəlladlar Hücrə və dostlarına bir gecə möhlət verdilər. Onlar da fürsətdən istifadə edib bütün gecəni namaza, Allaha raz-niyaza, münacata məşğul oldular.
    Müaviyəyə aldananlar bu igidlərin vəziyyətini müşahidə edib onların gecə namazı qılan həqiqi abid olduqlarını gördükdə dedilər:–Biz sizin bütün gecəni namaz qıldığınızı və yaxşı dua etdiyinizi gördük. İndi isə gecələri oyaq qalıb ibadətə məşğul olan Osmanın barəsində nəzərinizi bəyan edin. (Bu bədbəxtlərin hələ də İslamdan dəqiq və düzgün xəbərləri yox idi. Elə fikirləşirdilər ki, Müaviyə və Osman İslamın təcəssümü, bariz nümunələridir.)
    Dedilər:–Onlar müsəlmanlar arasında zalımcasına hakimlik edib, çoxlu qanunsuz, xilaf əməllər və xoşagəlməz işlər görən ilk şəxslər idilər.
    Müaviyənin adamları dedilər:–Əmir sizi elə yaxşı tanıyıbdır!
    Cəlladlardan biri onların yenidən Əli (əleyhis-salam)-dan bezarlıq etmələrini təklif etdi. Amma cavabda Biz Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-dan bezarlıq etmək deyil, əksinə, ona daha da yaxınlaşmaq istəyirik kəlamını eşitdilər.
    Bundan sonra onları bir-bir tutub boyunlarını vurdular. Nəhayət növbə Hücr ibni Ədiyə çatdı. Onun nəzərində namaz həyatının ilk anlarından etibarən əzəmətli və dəyərli olduğundan cəlladlardan dəstəmaz alıb iki rəkət namaz qılmağa möhlət istədi. Ona icazə verdilər. Dəstəmaz alıb namaz qılmağa başladı, ömrünün axır anlarını Allah ilə raz-niyaz etməklə keçirtdi. Namaz qurtardıqdan sonra onu məzəmmət edib söydülər və dedilər:–Ölümdən qorxduğun üçün namazı uzatdın?
    Hücr dedi:–Allaha and olsun, mən bütün ömrüm boyu bu qədər qısa namaz qılmamışdım.
    Sonra dua etmək üçün əllərini asimana doğru qaldırıb dedi: Pərvərdigara! Biz Səndən istəyirik ki, intiqamımızı bu camaatdan alasan!! Çünki, Kufə əhli bizim barəmizdə yalandan şəhadət verdilər. Şam camaatı da bizi nahaq yerə öldürür. (Sonra onlara dedi:) Allaha and olsun, məni bu yerdə öldürürsünüz, amma bilin ki, bu diyara zəfərlə daxil olan ilk süvari, təkbir səsini bu yerdə ucaldan ilk müsəlman mən olmuşam. Bu diyarın itləri ilk dəfə mənim üstümə hürmüşlər...
    Daha sonra vəsiyyət edib buyurdu:–Məni bu halda qəbrə daxil edin və bədənimin qanını yumayın, çünki elə bu halda–zəncir ayağımdan açılmamış halda Müaviyə ilə görüşmək istəyirəm...
    Məlunlar irəli gedib İslamın mətin övladını, Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın səmimi dostunu qanına qəltan etdilər.
    Qırxıncı il Ramazan ayının 20-də Hücr ibni Ədi azadlıq sevənlərin başçısı və azad insanların böyük rəhbəri Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-a belə demişdi: Allaha and olsun, ya Əmirəl-möminin, əgər bədənimi qılıncla tikə-tikə doğrasalar, məni oda atmaq üçün tonqal qalasalar da, mən bunların hamısını qəbul edərəm, amma səndən ayrılmağı qəbul etmərəm! ...Və o tarixdən on bir il keçmişdi.
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 627 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024