İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:28 AM
    İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-IN CAVABI VƏ MÜSLÜMÜN GÖNDƏRİLMƏSİ
    Bu məktub çatandan sonra İmam (əleyhis-salam) kufəlilərin məktublarına belə bir surətdə cavab yazdı:
    Bismillahir-Rəhmanir-Rəhim.
    Bu məktub Hüseyn ibni Əlidən müsəlman və imanlı xalq kütlələrinədir. Sizin axırıncı nümayəndələriniz–Hani və Səid məktubunuzu mənə çatdırdı. Məktublarınızın məzmunundan, yazdıqlarınızdan belə nəticəyə gəldim ki, rəhbəriniz yoxur. Məndən istəyirsiniz ki, sizə tərəf gəlim və Allahın lütfü ilə, hamılıqla haqqın mehvərinə toplaşasınız.
    İndi isə mən etimad bəslədiyim bir şəxsiyyəti-qardaşım və əmioğlum Müslüm ibni Əqili sizin yanınıza göndərirəm. Əgər o öz xəbərlərində mənə yazsa ki, ağıl sahibləri, gözüaçıq şəxsiyyətlər və ümumxalq kütləsi məktubda yazdığınız, nümayəndələrin dedikləri barədə həmin fikirdədilər, tezliklə sizə qoşulacağam. İnşallah. Öz canıma and olsun, yalnız camaat arasında Allahın Kitabı əsasında hökm edib adil olan, dəyanətin düzgün yolundan inhirafa yuvarlanmayan və bu işləri Allahın razılığı üçün yerinə yetirən şəxsdən başqa heç kəs İmam ola bilməz. Vəssalam( İrşad (Şeyx Müfid) )
    Nəhayət İmam (əleyhis-salam) bu dəvətlərə müsbət cavab vermək qərarına gəldi. İki amil Həzrətin bu qərara gəlməsinə səbəb olmuşdu.
    1-İslamın təməlini qoyan şəxsin (Peyğəmbərin) nəvəsi və zəmanənin İmamı olmaq ondan tələb edirdi ki, müsəlmanların ardıcıl istəklərinə cavab versin.
    2-Yezidin beyət almaq üçün ardıcıl tələbləri o qədər idi ki, Peyğəmbər övladı və Allahın yer üzündəki canişini, ilahi bir şəxsiyyət olan İmam Hüseyn (əleyhis-salam) heç cür bu cahil və murdar şəxsi (Yezidi) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişinlik vəzifəsinə qəbul edə bilməzdi.
    VƏZİYYƏT DAHA DA AĞIRLAŞIR
    Vəziyyət olduqca ağır idi. Müaviyənin rəftarı Yezidin rəftarından tamamilə fərqlənirdi. Müaviyənin sırf dünyapərəst bir mövqe seçməsi, dini məsələlərə qarşı etinasız yanaşmasına baxmayaraq, zahirdə İslami meyarlara riayət edirdi. Amma Yezid Quran və Peyğəmbər qanunlarını pozmaqla kifayətlənmir, aşkar şəkildə dinin əsaslarını məsxərə edirdi. Bu məsələ barəsində müsəlman tarixçiləri arasında fikir ayrılığı yoxdur. Hətta Müaviyənin yaxın adamları belə onu yaxşı tanıyırdılar. Məhz buna görə də Müaviyə Bəsrə və Kufə əhalisinə Yezidin canişinliyini qəbul etdirmək üçün hazırlaşın deyəndə, Ziyad ona nəsihət verərək, camaatdan oğlun Yezidlə həmkarlıq etmələri barədə iltizam almazdan qabaq onu islah et söyləmişdi.
    HƏZRƏT MÜSLÜMÜN YOLA DÜŞMƏSİ
    Müslüm İmam Hüseyn (əleyhis-salam) tərəfindən ilahi bir tapşırıq aldığını bilən kimi dərhal mübarək Ramazan ayının 15-də Məkkədən Mədinəyə yollandı, şəhərə daxil olub bir-başa Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinə getdi və orada namaz qılıb həzrətin qəbrini ziyarət etdi. Sonra öz ailəsinin yanına gedib onlarla vidalaşaraq, İraqa doğru yola düşdü.
    ***
    Həzrət Müslüm Kufəyə daxil olarkən əvvəlcə Muxtar ibni Əbi Übeyd Səqəfinin evinə getdi. Onun bu evə gəlməsindən xəbərdar olan Kufə əhli onun görüşünə tələsdilər. Şəhərin böyük şəxsiyyətləri onun ətrafına yığışdılar. Şücaətli igidlər dəstə-dəstə, yaxud tək-tək onun hüzuruna gəlir, öz imamın nümayəndəsinin gəlişini təbrik edirdilər. Həzrət Müslüm hər şeydən əvvəl İmam (əleyhis-salam)-ın məktubunu onlara oxuyub dedi ki, sözlərinin üstündə möhkəm dayansalar və düşmənlə mübarizə etsələr, İmam onların çağırışına müsbət cavab verəcəkdir. Abbas ibni Şəbib Şakiri Müslümə dedi:–Mən camaat barəsində səninlə söhbət etmirəm. Onların ürəklərində olanlardan da xəbərim yoxdur. Amma bilmirəm onların nəyinə aldanmısan! Amma öz qəlbimdə olanları sənə deyə bilərəm. Allaha and olsun, hər vaxt məni köməyə çağırsan, ləbbeyk deyəcək, sizinlə birgə düşmənə qarşı vuruşacağam. Bu yolda qılıncı qınından çəkib haqqın görüşünə tələsəcəyəm. Bu fədakarlıqda ilahi savabdan başqa heç nə istəmirəm və heç bir qərəzim də yoxdur.
    Bəli, İmam Hüseyn (əleyhis-salam) kimi alicənab bir şəxs camaatın batini fikirlərindən agah olmaya bilməzdi. Həzrət bilirdi ki, onlar imtahandan alnıaçıq çıxa bilməyəcəklər. Əgər döyüş şiddətlənsə, haqqa kömək etməkdən əl çəkəcək, azacıq çətinliyə düşsələr, onu xar edəcəklər. Belə olan surətdə fəzilət və kəramət ailəsi (Əhli-beyt) köməksiz qalacaq, Bəni-Haşim, İmam (əleyhis-salam)-ın seçilmiş köməkçiləri din düşmənlərinin caynağında bəlaya giriftar olacaqdı.
    Axı necə mümkün ola bilər ki, İmam Hüseyn (əleyhis-salam) imamətin sonsuz elmindən, habelə keçmiş təcrübələrdən bəhrələndiyi halda, kufəlilərin vəfasızlığı və ona qarşı edəcəkləri hiylələrindən qəflətdə qalsın? Məgər elə bu kufəlilər Peyğəmbərin canişini (Həzrət Əli (ə)) ilə necə rəftar etdiklərini unutmaq olarmı? Məgər onun qardaşı Həzrət Müctəba (əleyhis-salam)-ı yalqız qoymaları yaddanmı çıxarmı?! Məgər Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in və Əmirəl-möminin (ə)-ın gələcəkdə baş verəcək acı hadisələr, Əhli-Beyt (əleyhis-salam)-ın başına gətiriləcək müsibətlər və dini şəxsiyyətlərin şəhadətə çatması barədə buyurduqları bəyanatlar İmam Hüseyn (əleyhis-salam)-ın xatirəsindən yayınamı bilərdi?!
    İmam (əleyhis-salam) qarşıdakı hadisələri gözəl bilir, kufəlilərin ona qarşı edəcəkləri rəftardan tamamilə agah idi. Lakin İmam (əleyhis-salam) Allahın xalq üzərində olan höccətidir və bu hiyləgər camaat üçün bütün bəhanə və üzr yollarını bağlamalıdır. Elə buna görə də məktubların sayı və nümayəndələrin gəlişi artdıqdan sonra İmam (əleyhis-salam) üçün höccət tamam oldu. Həzrət onların canfəşanlıqlarına ona görə cavab verdi ki, qiyamət günü Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) biz İmamı istəyirdik, lakin övladın bu istəyimizə cavab vermədi, deməsinlər. Daha camaatda İmama (əleyhis-salam) qarşı heç bir dəlil yox idi. Onlar rəhbər barəsində agahlıqlarının olmamasını iddia edə bilməzdilər, çünki İmam (əleyhis-salam), Allahın camaata yol göstərib rəhbərlik etmək, onları cəhalət yuxusundan ayıldıb qiyama hazırlamaq üçün seçdiyi bir şəxsdir.
    Həbib ibni Məzahir onun sözlərinə əlavə edib dedi:–Allah sənə rəhmət eləsin, öz xalis niyyətini aşkar surətdə bəyan etdin. Tək olan Allaha and olsun ki, mən tamamilə sənin əqidəndəyəm.
    Səid Hənəi də bu iki böyük şəxsiyyətin sözünü təsdiq etdi.(Lühuf (Seyyid İbni Tavus), səh.19. ).
    Beləliklə, bu pak qəlbli insanlar Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətinin əvəzini əda edərək son nəfəsə kimi öz əhd-peymanlarına sadiq qalacaqlarını büruzə verdilər.
    Amma Abisin düşüncələri kufəlilərin batini fikirlərini aşkara çıxarır, bu tayfanın məqsəd və xislətlərini bizə açıb göstərir, başa salır ki, bu şiələr öz fədakarlıq niyyətlərində tərəddüd keçirirlər. Bu sözün doğruluğunu isbat etmək üçün Əli ibni Həccacın söylədiyi rəvayətə nəzər salmaq daha maraqlı olardı. O deyir:–Məhəmməd ibni Bəşir Həmdanidən soruşdum ki, sən də Müslümün qarşısında bir söz dedin? Cavab verib dedi ki, mən istəyirdim ki, dostlarım izzət və şərəfə nail olub, qələbə çalsınlar. Lakin özümü ölümə vermək istəmirdim və yalan danışmağı da xoşlamırdım(Rovzətül-vaizin, səh.149.).
    Onun axırıncı cümləsindən məlum olur ki, kufəlilər yalan deyirmişlər. Müslümə qarşı şövq-məhəbbət göstərməkləri, əllərini beyət məqsədi ilə ona tərəf uzatmaları hiylədən başqa bir şey deyilmiş.
    Aydındır ki, Həzrət Müslümün vəzifəsi zahiri qəbul etmək idi və onlardan beyət almaya bilməzdi. Necə ki, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Əqəbətüssaniyədə Ovs və Xəzrəc qəbilələrindən beyət aldı, fəth günü müsəlmanlarla beyəti təzələdi və qədr günündə də hamını Əmirəl-mömininə beyət etməyə çağırdı; həmçinin Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) da hökuməti qəbul edən vaxt və Həzrət Müctəba (əleyhis-salam) atasının şəhadətindən sonra kufəlilərdən beyət almışdı. Bütün bu beyətlərdə bir məsələ vardır və o da Allahın Kitabına və rəsulullahın sünnətinə çağırış, Əhli-beyt dostlarına kömək etmək, düşmənləri ilə mübarizə aparmaq, sözdə və əməldə, bu ilahi şəxsiyyətlərlə müxalifət etməməkdir.
    KUFƏLİLƏR HƏZRƏT MÜSLÜMLƏ BEYƏT EDİR
    Həzrət Müslüm kufəlilərlə əhd-peyman bağlamaq məqsədini izhar edəndən sonra camaat beyət etmək üçün onun yanına sel kimi axışıb gəlirdilər, beyət əlaməti olaraq onun əlini sıxdılar.
    Nəql edilənə görə, Həzrət Müslümlə beyət edənlərin sayı 17 min, başqa bir xəbərə görə 25 min(Tarixi-Təbəri, 6-cı cild, səh.199. )və ayrı bir məlumata görə isə 40 min nəfərə çatırdı(Tarixi-Təbəri, 6-cı cild, səh.199.)
    HƏZRƏT MÜSLÜMÜN İMAM HÜSEYN (ƏLEYHİS-SALAM)-A YAZDIĞI MƏKTUB
    Beyət yüksək göstərici ilə sona çatdıqdan sonra, Həzrət Müslüm dərhal İmam (əleyhis-salam)-a bir məktub yazıb Abis ibni Şəbib Şakiri və Qeys ibni Müshir Seydavi ilə göndərdi. Məktubda camaatın yekdil olmasını, haqq rəhbərin Kufəyə gəlişi üçün hazırlıqlı olmalarını xəbər verərək yazırdı:
    Bir tayfanın nümayəndəsi heç vaxt öz yoldaşlarına yalan deməz. İndiyə kimi Kufə əhalisindən 18 min nəfəri mənə beyət edib əlimi sıxmışdır. Mənim məktubumu alan kimi təcili olaraq Kufəyə tərəf hərəkət edin.
    Həzrət Müslümün bu məktubu öz şəhadətindən 27 gün əvvəl yazmışdı. Bu məktubla eyni zamanda sair məktublar da (kufəlilərdən) gəlmişdi ki, onların məzmunu belə idi: Ey Rəsulullahın oğlu, tez bizə tərəf gəlin, hal-hazırda Kufədə yüz min qılınc sizə yardım etmək üçün hazırdır. Yubanmayın!
    KUFƏ VALİSİ NÖMANIN ÇIXIŞI
    Nöman ibni Bəşir Yezid tərəfindən Kufəyə vali təyin edilmişdi. O, camaatın Müslümün ətrafına toplaşıb ona beyət etməsindən xəbər tutduqdan sonra minbərə çıxaraq, camaatın Yezidə qarşı müxalifət etməmələrini məsləhət gördü. Bəni-Üməyyənin həmpeymanlarından bəziləri Nömanın sözlərini bəyənməyərək bu sözləri zəiflik əlaməti kimi qiymətləndirdilər. O, cümlədən Əbdullah ibni Müslüm ibni Səid Nömana dedi:–Sənin bu işin heç də xoşagələn deyildir. Öz düşməninlə zəif danışdın, bunun çarəsi yalnız kobudluqdur.
    Nöman dedi:–Məzlum kütlələrlə olmaq mənim üçün daha yaxşıdır.
    YEZİDİN TƏRƏFDARLARININ KUFƏDƏ HAZIRLADIĞI HİYLƏ
    Həzrət Müslümün Kufədə sakin olması və camaatın ona beyət etməsi Bəni-Üməyyə havadarlarına çox pis təsir etdi. Buna görə də Əbdullah ibni Müslüm Həzrəmi, Əmarət ibni Əqəbət ibni Əbi Müit, Ömər ibni Səd Yezidə belə bir məktub yazdılar: Müslüm Kufəyə gəlmiş, Hüseyn ibni Əlinin şiələri onunla beyət etmişlər. Əgər Kufənin hökmranlığını əlində saxlamaq istəyirsənsə, hökuməti idarə etmək üçün elə nüfuzlu və iqtidarlı bir şəxs seç ki, düşmənlərinlə sənin özün kimi rəftar etsin. Nöman ibni Bəşir ya bacarıqsız, ya da özünü acizliyə vuran bir adamdır.
    İBNİ ZİYAD KUFƏYƏ GÖNDƏRİLİR
    Yezid bu məktubları alan kimi atasının xidmətçilərindən biri olan Sərcun Rumi ilə Kufəyə kimi vali seçmək barədə məşvərət etdi. Sərcun Übeydullah ibni Ziyadı bu işə münasib gördü. Yezid də dərhal ibni Ziyada belə bir məktub yazdı: Kufədən mənə xəbər çatıb ki, Müslüm ibni Əqil camaatı ətrafına toplayıb, müsəlmanların vəhdətini pozmaq istəyir. Məktubum sənə çatan kimi dərhal, fürsəti itirmədən Kufəyə yola düş, nə yolla olursa olsun Müslümü tutub ya zindana sal, ya qətlə yetir, ya da Kufədən qov. Vəssalam.
    Müslüm ibni Əmr Yezidin məktubunu Bəsrəyə, Übeydullahın yanına gətirdi. O, məktubun məzmunundan agah olduqdan sonra dayanmadan səfər tədarükü görərək sabahısı gün Kufəyə yola düşdü. İbni Ziyad səfərə çıxmazdan əvvəl Bəsrə əhalisinə xitabən dedi:–Möminlərin əmiri Yezid məni Kufəyə vali təyin etmişdir. Sabah ora yola düşürəm. Allaha and olsun, çətinliklər mənim qarşımda taqət gətirə bilməyəcək və ictimai hərəkatlar məndə iztirab yaratmayacaqdır. Öz düşmənlərimə qarşı qəddarcasına rəftar edəcəyəm. Mənimlə müharibəyə qalxan hər bir kəs üçün öldürücü zəhərə çevriləcəyəm. Ey Bəsrə əhli, mən Osman ibni Ziyad ibni Əbu Sufyanı öz yerimdə canişin qoyuram və sizi fitnə-fəsad törətməkdən çəkindirirəm. Tək olan Allaha and içirəm, əgər mənə xəbər çatsa ki, sizlərdən biriniz müxalifət edir, onu və bütün dost-tanışlarını qətlə yetirəcəyəm. Həmin şəxsi tapmasam, qohum-əqrəbasını həbs edəcəyəm ki, mənim fərmanlarıma təslim olasınız və heç biriniz nə qiyam, nə də müxalifətə cürət etməyəsiniz. Mən Ziyadın oğluyam və bütün cəhətlərdə onun kimiyəm. Heç kimlə də qohumluğum yoxdur.
    Übeydullah bu xütbədən sonra Müslüm ibni Əmr ibni Bahili, Şərik ibni Əvər Harisi, həmçinin xidmətçiləri və ailəsi ilə birlikdə Kufəyə doğru yola düşdü(Mənaqib (İbni Şəhraşub), 2-ci cild, səh.210. ).
    Münzər ibni Carud Əbdi və Əbdüllah ibni Haris Nofəli də beş yüz nəfərdən təşkil olunmuş bir karvanla (İbni Ziyad onları Bəsrə camaatının arasından seçmişdi) yola düşdü. O, bütün yol boyu tam sürətlə irəliləyir, yoldaşlarından heç birinə görə ləngimirdi. Çünki, İmam Hüseyn (əleyhis-salam)-ın ondan qabaq Kufəyə çatmasından və vəziyyətin onun üçün daha da gərginləşməsindən qorxurdu. Hətta Şərik ibni Əvər, Əbdullah ibni Haris və onun başqa yoldaşları yorulub yolda qalmış və elə düşünürdülər ki, Übeydullah onlara görə dayanacaqdır. Amma o, heç kəsə diqqət yetirmədən öz yolunu davam etdirirdi.
    Übeydullah Kufə yaxınlığında atdan enib Yəmən parçasından paltar geydi və başına qara əmmamə qoydu. Xalq onu Hüseyn ibni Əliyə oxşatsınlar;-deyə üzünə niqab saldı və Nəcəf istiqamətindən tək-tənha şəhərə daxil oldu(Məşrül-əhzan, (İbni Nəma) səh.11. ).
    Şəhər keşikçiləri ibni Ziyadı bu paltarda görüb onun Peyğəmbər nəvəsi olmasını zənn etdilər və buna görə də ucadan fəryad edib deyirdilər: Salam olsun sənə, ey Rəsulullahın oğlu! İbni Ziyad isə onların heç birinə cavab vermirdi.
    Camaatın çox hissəsi onu görmək üçün evlərdən çölə çıxır, sevimli rəhbərin gəlişi münasibəti ilə bir-birini təbrik edirdilər. İbni Ziyad onların Peyğəmbər oğluna qarşı bu qədər məhəbbətli olmasından dilxor olur, amma səsini çıxartmırdı. O, gəlib hökumət sarayının darvazasına çatdı. Nöman darvazanı bağlatdırmışdı. Elə ki, camaatın hay-küyünü eşitdi, qəsrin qülləsinə çıxıb dedi: Ey Rəsulullahın oğlu, mən bu əmanəti sənə tapşırmayacağam. Səninlə döyüşməyə də ehtiyacım yoxdur. Übeydullah qəzəblə fəryad edib dedi:–Qəsrin qapısını aç, yoxsa başına bir oyun açaram ki, cəhənnəmi gözünlə görərsən.
    Bu səsi eşitcək oraya toplaşanların rəngi qaçdı və səhv etdiklərini anladılar. Übeydullahın arxasında duranlar onun səsini aydın şəkildə eşidərək, camaatın içinə qayıdıb qışqırırdılar: Kəbənin Allahına and olsun ki bu Mərcanənin oğludur.(Tarixi-Təbəri, 6-cı cild, səh.200. )Kufəlilər təzə valinin qorxusundan narahat və əsəbani halda evlərinə dağılışır, bir-birinə deyirdilər: Çox keçməz ki, bu zalım və alçaq günümüzü qara edib bizi quru yurdda oturdar.
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 777 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024