İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:27 AM
    KUFƏDƏ ÜBEYDULLAHIN NİTQİ
    Sübh çağı camaat Übeydullahın yanına gəldilər və Übeydullah da onlara xitabən dedi:–Möminlərin əmiri Yezid məni sizin şəhərin sərhədlərinizi qorumaq, beytül-malı yığmaq üçün rəhbər təyin etmişdir. O mənə əmr etmişdir ki, məzlumlarla xoş rəftar edəm, yoxsullara bəxşişlər verəm. Onun əmrlərinə itaət edənlərə yaxşılıq edəm, sözümdən çıxanlara cəza verəm. Sizin hər biriniz gərək öz barənizdə yaxşı düşünüb, fitnə-fəsaddan uzaq olasınız(Məsirül-əhzan. səh.14. ). Haşimi tayfasından olan o kişiyə mənim sifarişimi çatdırın, onu mənim qəzəbimə düçar olacağı ilə qorxudun(Tarixi-Təbəri 6-cı cild, səh.201. ).
    O, bu qeyzli xitabəni oxuyaraq, şəhərin agah şəxslərini hədələdi və onlardan Müslümün yoldaşlarının adlarını deməyi tələb etdi. Bu işə hazır olmayanları, yaxud Müslümün tərəfdarlarına öz evində sığınacaq verənləri qanlarına qəltan edəcəyini, evlərinin qarşısında dar ağacından asılacaqlarını, qohum-əqrəbalarının da ümumi hüquqlardan məhrum ediləcəklərini,(İrşad (Şeyx Müfid) ) və yaxud da Zarə məntəqəsinə(Nəfəsül-məhmum, səh 49.) sürgün olunacaqlarını bildirdi.
    Kufə camaatı heç vaxt yüksək insani hədəflər, əsasında hərəkət etməmişdilər. Arvadsifətli kişilər kimi hər gün özlərinə bir yol seçirdilər. Bir gün tamah onları müəyyən mərama doğru çəkir, başqa bir gün şəhvətpərəstlik tamamilə başqa bir istiqamətə təhrik edərdi. Azacıq bəxşişdən vəcdə gəlir, cüzi miqdarda mal-dövlət aldıqdan sonra öz qəzəblərini udurdular. Bu murdar xasiyyət onları həm dünyadan, həm də dindən məhrum etmişdi!
    KUFƏLİLƏRİN HƏMİŞƏKİ ADƏTLƏRİ
    Bunlar kufəlilərin elə əvvəldən adət etdikləri ruhi xəstəliklər idi. Xüsusilə Həzrət Əmirəl-möminin, İmam Həsən və İmam Hüseyn (əleyhimüs-salam)-ın dövrlərinə, həmçinin Kərbəla qiyamından sonra baş verən hadisələrə nəzər salsaq, görərik ki, kufəlilər öz işlərini elə bu qayda ilə davam etdirmişlər. Təvvabin hadisəsi (qanlı Kərbəla faciəsindən sonra tövbə edənlərin hərəkatı), Muxtarın qiyamı, Ələvilərin hökuməti, xüsusilə də Zeydin qiyamı və s. kimi hadisələr göstərir ki, Kufə əhalisi həmişə öz rəhbərlərini qiyama, inqilaba vadar etmiş, iş çətinliyə düşəndə isə tənh qoyaraq aradan çıxmışdılar.
    Tarixdə kufəlilərin bir işi başlayıb axıra qədər öz əqidələrində sabit qalması hələ də görünməmişdir.
    Qəribədir, bəziləri Kufə əhalisini Əli (əleyhis-salam)-ın şiələri hesab edirlər! Əgər doğrudan da belədirsə, bəs onda Ələvilərin kökünü kəsmək istəyən, Əli (əleyhis-salam)-ın nəslindən olan hər bir mömin şəxsi qanına qəltan etmək istəyən kimlərdir?! Məgər Kərbəla müsibətində Ömər Sədin otuz min nəfərdən çox olan qoşununu kufəlilər təşkil etməmişdilərmi? Onlar Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsinə məktub yazaraq, öz şəhərlərinə dəvət etdilər, amma Həzrət onların yanına gəldikdən sonra, bağladıqları əhd-peymanı pozdular və Mərcanə oğlunun (İbni Ziyadın) bayrağı altında öz əməl dəftərlərini əbədilik ləkələdilər.
    Übeydullah Kufəyə gələndə nə dost-tanışı var idi, nə də köməkçisi. O, şəhərə daxil olarkən elə yalqız idi ki, hətta camaatın etirazlarından amanda qalmaq üçün üzünü örtmüş və elə geyinmişdi ki, baxanlar onu Hüseyn ibni Əliyə (əleyhis-salam)-a oxşadıb öldürməsinlər. Buna görə də bu çağırılmamış qonağı görənlər onun Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsi olduğunu güman edir və salam verirdi. İbni Ziyad qəsrə daxil olarkən yalnız bir-iki nəfər ona qoşuldular. Bu bir-iki nəfərə hücum edib öldürmək kufəlilər üçün çox asan bir iş idi. Çünki qəsrin içindəkilərin hamısı köməkdən məhrum idilər. Halbuki Həzrət Müslümə beyət edənlərin sayı 25 min nəfərə çatırdı.
    Əhd-peymanlarına sadiq olmayan bu xalqı bağışlamaq olarmı? Onlar hansı dəlilə görə beyətlərindən əl çəkib, atası məlum olmayan bir haramzadənin mənasız hədə-qorxusundan təşvişə düşdülər? Bəlkə onlar belə fikirləşirdilər ki, böyük bir qoşun Şamdan İraqa tərəf hərəkətdədir? Məgər onlar bilmirdilər ki, Əməvilərin başı Müaviyənin ölümünə qarışmış, hələ onun canişini səltənət taxtında möhkəm əyləşməmiş, Şam hələ də iztirab və təşviş içərisindədir?
    Bundan əlavə, əgər ordu İraqa gəlib çatsaydı belə, əvvəla, bu xalqın onlarla vuruşmağa kifayət qədər qüvvələri var idi, ikincisi artıq İmam Hüseyn (əleyhis-salam)-ın rəhbərliyini qəbul edərək Müslümə beyət etmişdilər. Tutaq ki, kufəlilərin əməvi cəlladlarının qarşısında dayanmağa o qədər də qüdrətləri yox idi, buna görə də ruhi iztirab içərisində idilər və imamlarının köməyinə gələ bilməmişdilər. Amma, yəni onlar o qədər də gücsüz idilər ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladını öldürməkdən belə imtina da edə bilmədilər!?
    Məgər onlar Siffeyn müharibəsindən sonra Müaviyənin səltənətini məhv etmək üçün qüvvə toplamaq istəyən Əmirəl-mömininə xəyanət edənlər, ətrafından dağılışanlar deyildilərmi? O Həzrəti elə namərdcəsinə tərk etdilər ki, Həzrət öz atəşin xütbələrindən birində bu barədə belə buyururdu:
    Təəccüb! Allaha and olsun, insanın ürəyi dayanır, qəm-qüssəsi həddən artır. Müaviyə və onun köməkçiləri batil məqsədlər yolunda bu qədər sıx birləşmişlər, siz (namərdlər) isə haqq və düzgün məqsədlər yolunda parçalanmısınız?! Kaş ki,sizi görməyəydim və tanımayaydım. Allaha and olsun ki, sizinlə tanışlığımın peşmançılıq və qəm-qüssədən başqa bir səmərəsi olmadı. Allah sizi öldürsün, ürəyimi parçalamış, sinəmi qəzəblə doldurmusunuz. Çəkdiyim hər nəfəs mənə hüzn və qəm-qüssə gətirir. Mənə qarşı etinasızlıq etdiniz, əmrimdən çıxmaqla fikirlərimi alt-üst etdiniz(İrşad (Şeyx Mufid) ).
    Bəli, əgər murdar əməvi hökuməti kufəlilərin köməyinə arxalanmasaydı, heç vaxt Peyğəmbərin məsum övladları ilə müharibə etmək fikrinə düşməzdi.
    Elə bu alçaqlar (kufəlilər) özləri Əhli-beyt ilə müharibə etmək üçün əl-ələ verərək, onların üstünə kinli düşmənlər kimi hücum etdilər.
    HƏZRƏT MÜSLÜM HANİNİN EVİNDƏ
    Həzrət Müslüm Kufədə müxtəlif hadisələrlə rastlaşırdı. İbni Ziyadın ora gəlməsini və etdiyi işləri (camaat qarşısında danışmağı, onları hədələməyini və camaatın da təşvişə düşərək öz vəhdətlərini əldən vermələrini) ona xəbər verirdilər.
    Həzrət Müslüm nigaran qaldığından Muxtarın evindən çıxıb şəhərdə böyük şəxsiyyət kimi tanınan Haninin evinə getdi. O bilirdi ki, Hani ictimai nüfuz və qüdrət baxımından Muxtardan daha üstündür, həmçinin o, Əhli-beytin vilayətinə etiqadı olan iradəli bir şəxsdir.
    Hani Müslümün onun evinə gəlməsindən çox xoşhal oldu.
    Böyük şəxsiyyət sahibi Hani ibni Ürvə Murad qəbiləsindən olması ilə yanaşı, Kufənin tanınmış ağsaqqallarından və Quran qarilərindən sayılırdı. Şəhər camaatı onun ehtiramını saxlayır, ailəsinə hörmət edirdilər. Murad qəbiləsinin başçılığı onun öhdəsində idi. 4 min nəfər süvari və 8 min piyada qoşun isə həmişə onun əmrinə hazır idi. Əgər onun Kində qəbiləsindən olan həmpeymanlarını da əlavə etsək, otuz min nəfərdən çox cəngavər olardı(Zarə bir məntəqənin adıdır ki, Übeydullah ibni Ziyad Mərqə ibni Səmat Əsədi adlı bir nəfəri oraya sürgün etmişdi. O, Aşura günü İmam (ə)-ın tərəfində döyüşürdü. Nəhayət, öz qüvvəsi tükəndi, qılınc götürməyə getdi. Amma ailəsi onu özlərinə tərəf çağırdılar, dedilər ki, sən bizim yanımıza gəl, biz sənə aman verərik. O, bu dəvəti qəbul etdi, düşmən ordusuna qoşuldu. Döyüş qurtarandan, əsirlər Kufəyə aparıldıqdan sonra Ömər Səd bu kişini Übeydullaha təqdim etdi, İbni Ziyad da onu Zarəyə sürgün etdi (Tarixi-Təbəri, 6-cı cild, səh.261. ).
    Hani Həzrət Əli (əleyhis-salam)-ın elm və ədəb xəzinəsindən çoxlu bəhrələr(Nəhcül-bəlağə, 27-ci xütbə) götürmüşdü. Hər üç döyüşdə (Cəməl, Siffeyn, Nəhrəvan) igidliklə iştirak etmiş və mərd-mərdanə döyüşmüşdü(Əğani, c. 14 səh.95. ). Bu mərd insan İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-in zəmanəsində də var idi. Şəhid olanda yaşı doxsanı ötmüşdü(İbni Əaskirin tarixi ). Onun məqamı barədə təkcə bunu qeyd etmək kifayətdir ki, Həzrət Seyyidüş-şühəda (əleyhis-salam) Sələbiyyədə onun şəhadət xəbərini eşitdikdə, onun üçün Allahdan rəhmət diləmişdi (Müslüm ibni Əqil və Hani ibni Ürvənin şəhid olmağı və öldürüldükdən sonra şəhərin küçə-bazarında yerlə sürülmələri xəbərini eşidib buyurdu:
    Allah Öz rəhmətini bu iki şəhidə şamil etsin! Bu sözü bir neçə dəfə təkrar etdi.(Zəxirətüd-dareyn, səh278. )
    Müslüm Haninin evinə daxil olan vaxt Şərik ibni Əvər də arxasınca ora gəldi və elə orada da xəstəlik yatağına düşdü.(Əl-isabə, (İbni Həcər))
    İbni Ziyad Şərikə xəbər göndərərək onunla görüşmək istədiyini bildirdi. Şərik fürsəti qənimət sayıb İbni Ziyadı öldürmək üçün Müslümü həvəsləndirərək dedi:–Sənin, eləcə də bütün şiələrin arzusu bu murdar və zalım adamı məhv etməkdir. Yaxşı olar ki, pərdə arxasında gizlənəsən, İbni Ziyad mənim yanıma gəlib oturduqdan sonra, həmlə edib onu öldürəsən. Bil ki, mən böyük məmnuniyyətlə Kufənin işini sənə tapşıracağam(Tarixi-Təbəri, 6-cı cild səh 225.).
    Onlar elə bu söhbətdə idilər ki, Übeydullahın gəldiyini xəbər verdilər. Müslüm gizləndi, Übeydullah Şərikin yanına gəlib oturdu. Bir neçə an keçdi, amma Həzrət Müslümdən bir xəbər çıxmadı. Onun bu hərəkətindən heyrətə gələn Şərik, xatırlatmaq üçün əmmaməsini başından götürüb yerə, sonra yenidən yerdən götürüb başına qoydu. Bu işi bir neçə dəfə təkrar edib, nəhayət uca səslə bu şeri dedi:–Bir qurtum sərin su tapılar ki, susuz olanda içəm? Elə bir su ki, bütün ümidlər ona dikilmişdir; əldən çıxması, tələf olması gözlənilir. Əgər aqibətinin pis olmasından qorxursansa, bil ki, gələcəkdə də onun əzab-əziyyətlərindən amanda qalmayacaqsan.(Şərik Əliin (ə) layiqli şiələrindən idi, Bəsrədə olurdu. Siffeyn müharibəsində o Həzrətin tərəfində vuruşur, Əmmar ibni Yasirin döyüş yoldaşlarından sayılırdı. Haninin köhnə dostu olduğuna görə görüş üçün onun eviiə getmişdi. Günlərin birində o, Müaviyənin yanına gələndö, Müaviyə ona dedi: Sən çirkinsən və gözəl üz çirkin üzdən yaxşıdır, adın da Şərikdir halbuki Allahın şəriki yoxdur. Sən taygözsən, halbuki iki gözlü adam bir gözlüdən yaxşıdır. Bəs necə olub ki, öz qəbilənə rəhbərlik məqamına nail olmusan)? Şərik dedi: Sənin adın Müaviyədir. bu da hürən it deməkdir . Sən Hərbin oğlusan və sülh, hərbdən yaxşıdır. Sən Səxrin (mənası çınqıllıqdır) oğlusan, düz yer də səxrdən yaxşıdır. Qəbilənin adı da Üməyyə dir. Üməyyə balaca, dəyərsiz kənizə deyərlər. Bəs necə oldu ki, özünü möminlərin əmiri adlandırırsan? Bunu deyib Müaviyənin yanından çıxdı.)
    O, ardıcıl olaraq bu şeri deyir və Müslümün gizləndiyi yerə baxırdı. Elə ki, bu işin faydasız olduğunu gördü, uca səslə dedi:–Ona su verin, hətta mənim ölümümlə tamamlansa belə.
    Bu vaxt Übeydullah üzünü Haniyə tutub dedi:–Əmioğlun xəstəliyin şiddətindən sayaqlayır.
    Hani onun sözünü təsdiq edib dedi:–Şərik yorğan-döşəyə düşən vaxtdan bəri mənasız sözlər danışır, elə sözlər deyir ki, heç özü də mənasını bilmir.
    Bir qədər keçdikdən sonra İbni Ziyad durub getdi. Həzrət Müslüm gizləndiyi yerdən çıxdıqda Şərik ondan İbni Ziyadı öldürməməsinin səbəbini soruşdu. Müslüm dedi: -Mən iki dəlilə görə bu işi görmək fikrindən daşındım. Birincisi, Əmirəl-möminindən (əleyhis-salam) eşitdiyim rəvayət idi. Həzrət buyurmuşdu:
    İman (kimisə) gözlənilmədən qətlə yetirməyin qarşısını alır. Belə isə, mömin olan şəxs heç bir kəsi qəfildən öldürməz. (Məsirül-əhzan, səh .16 )
    İkincisi budur ki, İbni Ziyad bura gəlməzdən əvvəl Haninin arvadı məni and verdi ki, bu işi onun evində törətməyim. O, mənim qarşımda ağlayıb xahiş etdi ki, İbni Ziyadı öldürməyim. Hani narahat olub dedi:–Vay olsun ona, bu xahişlə həm məni ölüm ayağına vermiş, həm də özünü təhlükəyə salmışdır. O qaçıb qurtarmaq istədiyinin tələsinə düçar olub.Bu görüşdən üç gün sonra Şərik vəfat etdi. İbni Ziyad ona meyit namazı qılıb Səviyyə adlı bir yerdə dəfn etdi(Riyazül-məsaib, səh.6 ). Həzrət Müslüm bu işi ilə özündən sonrakı nəsillərə yüksək məqsəd və məramlara çatmaq yolunda dinin müqəddəs qanunlarının tapdalanmamasını öyrətdi. Anlatdı ki, nicat tapmağın, Allahın razılığını əldə etməyin yeganə yolu ilahi əmrlərə müti olmaqdadır. Şərafətli insanlar heç vaxt məqsəd vasitəni doğruldur kimi aldadıcı şüarı qəbul etmir.
    ÜBEYDULLAHIN CASUSU MÜSLÜMÜ TƏQİB EDİR
    Həzrət Müslümün Haninin evində olmasını sədaqətli şiələrdən başqa heç kəs bilmirdi.
    İbni Ziyad Müslümü ələ keçirmək fikrinə düşdükdən sonra bu barədə fəaliyyətə başladı. Bu məqsədlə Şərikin vəfatından sonra Məqəl adlı bir qulu çağırıb ona üç min dirhəm pul verdi, əmr etdi ki, şiələrlə görüşüb özünü Şam əhlindən, Zülməla Hümeydi qəbiləsindən olan bir adam kimi qələmə verib desin ki, mən Allahın lütfü ilə Əhli-beyt dostlarından olmuşam. Eşitmişəm ki, Hüseyn ibni Əlinin tərəfindən bu şəhərə bir nümayəndə gəlib, məndə ona çatası bir miqdar pul vardır. Məqəl şəhərin Came məscidinə gəldi, Müslüm ibni Ovsəcəni orada namaz qıldığını gördü. Camaatdan eşitdi ki, Müslüm ibni Ovsəcə İmam Hüseyn (əleyhis-salam) üçün beyət alır. Məqəl dərhal onun yanına gedib, məqsədini söylədi. Müslüm ibni Ovsəcə onun sözlərinə inanıb onu dua etdi və ondan beyət aldı, onunla əhd-peyman bağlayaraq Həzrət Müslümün gizləndiyi yeri gizli saxlamağı və bu barədə heç kimə bir söz deməməyi tapşırdı.
    Beləliklə Məqəl Müslüm ibni Ovsəcə ilə birlikdə Haninin evinə gəlib gətirdiyi pulları Əbu Səmamə Saidiyə tapşırdı. Əbu Səmamə gözüaçıq, pəhləvan və tanınmış bir şiə idi. Həzrət Müslüm onu şiələrin maliyyə işlərini sahmana salmaq, silah və döyüş sursatı almaq üçün məsul təyin etmişdi. Bununla da Məqəl hər gün gündüzlər Müslüm ibni Əqilin yanına gəlir, daxili hadisələrdən, qiyam və gələcək proqramlar barəsində məlumat əldə edir, gecələr isə İbni Ziyada xəbər verirdi.
    HANİNİN ÜBEYDULLAH TƏRƏFİNDƏN ÇAĞIRILMASI
    Übeydullah Həzrət Müslümün Haninin evində olmasından xəbər tutan kimi Əsma ibni Xaricə, Məhəmməd ibni Əşəs və Əmr ibni Həccac adlı üç nəfəri çağırıb Haninin hökumət qərargahında olmamasının səbəbini soruşdu. Onlar bildirdilər ki, o, xəstədir. Übeydullah onların cavabını qəbul etmədi, çünki onun əlaltıları xəbər vermişdilər ki, Hani gecələr öz darvazasının qarşısında oturur. Buna görə də həmin üç nəfər Haninin yanına gəldi. Ona and verib, birlikdə Übeydullahın yanına getməsini xahiş etdilər; çünki əks təqdirdə onun, çox qəddar bir adamolub heç cür bəhanə qəbul etmək istəmir. Übeydullahın göndərdiyi şəxslərin əl çəkməyəcəklərini görən Hani dəvəsinə minib yola düşdü. Übeydullah Hanini görən kimi qışqırıb dedi: Xain özü-öz ayağı ilə bizim yanımıza gəlibdir.
    Sonra üzünü Şüreyhə tutub dedi:–Mən ona bəxşiş vermək niyyətindəyəm, o isə məni öldürmək istəyir, de görüm öz dostuna hansı bəhanələrlə bəraət qazandıracaqsan?
    Sonra qəzəbli halda Haniyə xitab edərək dedi:–Sən Müslüm ibni Əqilə öz evində yer verib onun üçün silah yığırsan?
    Hani onun sözlərini inkar etdi, nəticədə mübahisə başladı. Sonra Məqəli çağırıb Hanini başa saldı ki, onun hər şeydən xəbəri vardır. Yaşlı bir kişi olan Hani daha Mərcanə oğlunun sözlərini inkar edə bilmədi. Bir an fikrə gedib, sonra üzrxahlıq etməyə başladı:–Mən Müslümü evimə dəvət etməmişəm, onun özü mənim evimə gəlib, məndən sığınacaq istəmişdir. Mən onu qəbul etməməkdən utandım, qəbul etdikdən sonra isə onun mühafizəsini və təhlükəsizliyini təmin etməli idim. Mən öz qonağımın təhlükəsizliyini təmin etməli idim. Sonra İbni Ziyaddan istədi ki, ona icazə versin ki, gedib Müslümdən onun evini tərk etməsini istəsin. Sonra əlavə edib dedi ki, mən Müslümü öz evimdə sənə təhvil verib, həmişəlik ərəblərin lənətini qazana bilmərəm. Bu iş üçün sənin yanında girov qoyuram. İbni Ziyad özündən çıxıb dedi ki, sən Müslümü mənə təhvil verməyincə çölə çıxmayacaqsan(Tarixi Təbəri, c. 6 səh.204.Mənaqib, c. 2 səh.318 ).
    Hani dözə bilmədi öz batini əqidəsini açıqlayaraq İbni Ziyada başa saldı ki, Həzrət Müslüm rəhbərliyə səndən daha ləyaqətlidir!
    İbni Ziyad qəzəblənərək, ondan qəti surətdə Müslümü onun yanına gətirməsini tələb etdi. Hani də qətiyyətlə Heç vaxt!–dedi–Kişilikdən deyil ki, mən öz qonağımı sənə təhvil verim, sən də onu öldürəsən. Ey ibni Ziyad, əgər Müslüm mənim iki ayağımın altında olsaydı, heç vaxt ayaqlarımı yerdən ayırmazdım. İbni Ziyad yenə də qəzəblənib dedi:–Əgər Müslümü buraya gətirməsən, cəllada əmr edərəm boynunu vurar. Hani dedi:–Əgər bu işi görsən, onda siyirmə qılınclı igidlərlə üzləşməli olacaqsan. (Hani ibni Ürvənin otuz min nəfər döyüşçüsü var idi. O, belə təsəvvür edirdi ki, onun qohum-əqrəbası onunladır və hər an onu müdafiə etməyə hazırdırlar.) Bu sözlərdən qəzəblənən İbni Ziyad Haninin üzərinə hücum edib əlindəki ağac sınana qədər onun baş-gözünə o qədər vurdu ki, üst-başı tamam qana bulaşdı. Hani tam şücaətlə Übeydullahın mühafizəçilərindən aldığı qılıncla onun işini bitirmək istəyirdi ki, yanındakı kişi mane oldu. Übeydullah işi belə görəndə bağırıb dedi:–Sənin qanın mənə haladır!
    Sonra qulamlarına əmr edərək, Hanini saray otaqlarının birində zindana saldırdı və ona nəzarət etmək üçün bir nəfər təyin etdi.
    Əsma ibni Xaricə Übeydullaha öz narahatlığını bildirərək –Sən ona kələk gəldin– dedi– Bizə əmr etdin və biz də onu sənin yanına gətirdik. İndi isə ona qarşı bu cür hərəkət edirsən! Üz-gözünü yaralayıb, qanını axıdırsan.
    İbni Ziyad əmr etdi ki, onu məclisdən qovsunlar.
    Məhəmməd ibni Əşəs dedi:–Biz əmirin xeyrimizə, yaxud zərərimizə olan bütün qərarlarından razıyıq, çünki Əli bizi ədəbləndirir!
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 536 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024