İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:27 AM
    KUFƏ ƏHALİSİNİN QİYAMI
    Əmr ibni Həccaca xəbər çatdı ki, Hanini öldürüblər. (Bir rəvayətə görə Hani onun bacısının əri idi(Sonralar İbni Ziyad başa düşdü ki, Şərik Müslümü təşviq edirmiş ki, onu öldürsün, and içdi ki, bundan sonra heç bir iraqlıya meyit namazı qılmasın. O, dedi: Əgər Ziyadın qəbri bu məntəqədə olmasaydı, Şərikin qəbrini açıb çəsədini çölə çıxardardım. (Tarixi-ibni Əsir c 4 səh.11) ), başqa bir rəvayətə görə isə Hani Əmr ibni Həccacın qızını almışdı.)(Kamil ibni Əsir, c. 4 səh.11. )
    Əmr dərhal Müzhəc qəbiləsinin adamları ilə hökumət binasına tərəf yürüş edib oranı mühasirəyə aldı.
    İbni Ziyad işi belə görəndə Şüreyh qazıya Haninin yanına getməyi, sonra isə onun sağ olması xəbərini camaata çatdırmağı tapşırdı.
    Digər tərəfdən Hani qəsrin ətrafındakı, səs-küyü eşidib başa düşdü ki, Müzhəc qəbiləsi onu xilas etmək üçün gəlmişdir, Buna görə də uca səslə dedi: Ey igidlər, dadıma çatın! Hardadır mənim qohumlarım, hardadır imanlılar, həmyerlilərim hardadır? Görəsən qəbiləmdən məni qaniçən düşmənin əlindən xilas edə biləcək on nəfər tapılarmı?
    (Görəsən onun səsini kimsə eşitdi? Bu səs çöldəkilərə çata bilərdimi, halbuki qəlblərə qorxu düşmüş, tamah və hərislik vucudlarına hakim olmuşdu).
    Bəli, müsəlmanların qazısı Şüreyh, İbni Ziyadın əmri ilə Haninin yanına, oradan isə camaatın yanına gedərək Haninin sağ-salamat olmasını onlara çatdırdı. Onlar da arxayınlaşıb evlərinə qayıtdılar. Əfsuslar olsun ki, heç kəs axıra kimi etiraz edib demədi ki, sən nə cürətlə Haniyə kömək lazım olduğunu gizli saxlamısan. Məgər Hani öz qohum-qəbiləsindən kömək istəmirdimi? Şüreyh nə fikirləşirdi? Nə olardı ki, o da haqq-həqiqətin müdafiəsi yolunda canından keçib mömin bir şəxsi quduz muzdurun caynağından xilas edəydi. Şüreyh kimi qoca və ölüm ayağında olan bir adamın öz həyatını biabırçı surətdə davam etdirməsinin nə faydası var idi? Bəli, Şüreyh zahirdə dindən dəm vuran, amma xəlvətdə zalım hakimlərlə əlbir olan, qoyun dərisinə girmiş canavar idi. Doğrudan da qəribədir, kufəlilərdən soruşmaq lazımdır ki, qəsri mühasirə etdikdən sonra nə üçün bir nəfərin sözü ilə dağılışdınız? Məgər siz, yalnız onun sağ olub-olmamasını bilmək istəyirdiniz? Sağ olsaydı da belə onu canavarların caynağında qoyub getmək nə dərəcədə doğru bir işdir?! Məgər siz onun azad edilməsi üçün səy etməli deyildinizmi?
    ***
    Elə ki, Kufə əhli və Əmr ibni Həccac hökumət evini mühasirə etməkdən əl çəkdi, Übeydullah məscidə gəlib camaata dedi:–Allaha və rəhbərlərinizə (!) itaət edin, ixtilaf və ikitirəlilikdən uzaqlaşın. Çünki bu iş məhvə, rüsvaylığa, münaqişə və pərişanlığa gətirib çıxaracaq(Tarixi-Təbəri c. 6 səh.206 ).
    Həmçinin o, Məhəmməd ibni Əşəs, Şibs ibni Ribi, Qəqaə ibni Şur Zühəli, Hüccar ibni Əbcər, Şimr ibni Zilcovşən və Əmr ibni Hərisə əmr etdi ki, aman vermək üçün bayrağını qaldırıb camaatı mübarizə fikrindən yayındırsınlar.
    Bəzi qorxaqlar elə ilk andan bu muzdurların çağırışına müsbət cavab verdilər; bəziləri isə mal-dövlət tamahı üzündən Həzrət Müslümə kömək etməkdən əl çəkdilər(Lühüf. (Seyyid ibni Tavus) ).
    HƏZRƏT MÜSLÜMÜN QİYAMI
    Həzrət Müslümün qiyamı əvvəlcədən nəzərdə tutulmuş plan əsasında hazırlanmışdı. Hamı özünü o vaxtın gəlib çatmasını, hərbi qüvvələrin səfərbər edilməsi, döyüş sursatı və taktikası lazımınca hazırlanırdı. Bbu vaxtlar idi ki, Hani gözlənilmədən cəlladlar tərəfindən ələ keçirildi. Bu gözlənilməz iş Həzrət Müslümün planlarını bir-birinə vurdu. Hani Həzrət Müslümün qərargah rəisi və müşaviri idi. Onun evi hökumət müxaliflərinin mərkəzi qərargahı sayılırdı. Buna görə də Həzrət Müslümün işi ağırlaşdı, çünki hər an ələ keçmək ehtimalı artırdı.
    Artıq Həzrət Müslüm özünə vacib bilirdi ki, adamlarının xəyanəti nəticəsində ələ keçən Murad qəbiləsinin igid və müdrik pəhləvanını zülmün caynağından xilas etsin. Həzrət Müslüm Əbdüllah ibni Cazimi Hanidən bir xəbər gətirmək üçün Übeydullahın qəsrinə göndərdi. O, Haninin yaralanıb həbs edilməsindən xəbardar olan kimi Əbdullah ibni Cazimə əmr etdi ki ya Mənsurə ümməti(Tarixi-Təbəri, c. 6 səh.207 ) şüarını versin. Çox keçmədi ki, camaat Haninin evinin yanında Müslümün dövrəsinə toplaşıb bu şüarı təkrar etməyə başladı. Bir rəvayətə görə 4 min nəfər, Məsudinin (Mücucüz-zəhəb kitabında) yazdığına görə isə 18 min nəfər Həzrət Müslümün ətrafına yığışdı. Müslüm ilk növbədə onları nizamlı ordu şəklinə salaraq, bayrağı Übeydullah ibni Əmrə verib Kində və Rəbiə qəbilələrinə, eləcə də süvari qoşuna başçılıq etməyi tapşırdı. Müslüm ibni Osəcə Əsədiyə başqa bir bayraq verib Müzhəc və Əsəd qəbilələrinin, habelə piyada dəstələrinin sərkərdəliyini ona tapşırdı. Əbu Səmamə Əsədini Təmim və Həmdan qəbiləsinin başçısı seçib şəhər qoşun bölmələrinin sərkərdəliyini isə Abbas ibni Cədənin ixtiyarında qoydu.
    Beləliklə, qiyam başlandı, Həzrət Müslüm bir böyük qoşunla qəsrə sarı hərəkət etdi.
    İbni Ziyad came məscidində çıxış edən zaman keşikçilər təşviş içində yanına gəlib camaatın qiyam xəbərini ona çatdırdılar.
    Übeydullahın vəziyyəti ağırlaşdı, cəld qəsrə girib bütün qapıları bağlamağı əmr etdi. Həzrət Müslümün çağırışı ilə camaat qəsrin ətrafını tutdu. Getdikcə onların sayı artır, məscid və bazar adamla dolur, İbni Ziyadın işi daha da ağırlaşırdı. Bu zaman onun köməkçilərinin sayı 50 nəfərdən çox deyildi. Otuz nəfər qəsrin keşikçiləri, iyirmi nəfər isə Übeydullahın dost-tanışı və Kufənin tanınmış adamları idi.
    Qoşunun elə ilk anlarda Kufədə Əməvi hökumətinin bünövrəsini darmadağın etməməsinin səbəbi elə indinin özündə də məlum deyildir. Amma üzüqara kufəlilər üçün heç də qəribə bir iş deyildi ki, Həzrət Müslümə kömək etməkdən əl çəkib, şeytanın qoşununa üz gətirsinlər.
    ÜBEYDULLAHIN FƏALİYYƏTİ
    İbni Ziyadın göstərişi ilə Məhəmməd ibni Əşəs, Hüccar ibni Əbcər, Şimr ibni Zilcövşən özlərini camaatın içinə salıb onları hökumətin bol bəxşiş və hədiyyələri ilə ümidvar edib dedilər ki, Şam ordusu artıq yola düşübdür.
    Kəsir ibni Şəhab gün batana yaxın camaatın yanına gəlib dedi: Ey camaat, öz qohumlarınıza qoşulun, özünüzü fitnə-fəsada, əzab-əziyyətə salıb ölüm ayağına verməyin. Bilin ki, möminlərin əmiri Yezidin ordusu Şamdan Kufəyə doğru hərəkətdədir. Əli and içibdir ki, əgər mübarizədən əl çəkib evlərinizə qayıtmasanız, övladlarınızı ümumi hüquqlardan məhrum edəcək, müharibədəki üsyançıları Şam sərhədlərinə göndərəcək və....
    Beləliklə də camaatın arasına qorxu, ikitirəlilik düşməyə başladı. Qardaş-qardaşı tapıb, onu müharibədən saxlayır, qadınlar öz ərlərini çağırıb qaytarır, atalar övladlarının cihaddan əl çəkib sülhə üz gətirmələrini istəyirdilər. Bu şəxslər alçaq və rəzil insanlar olub həqiqətləri başa düşməyə ləyaqətləri yox idi.
    HƏZRƏT MÜSLÜM TƏKLƏNİR
    Gecə qaranlığı hələ tam çökməmişdi ki, Həzrət Müslümün ətrafında üç yüz nəfərdən çox adam yox idi. İşa namazını məsciddə qılan zaman otuz nəfər ona iqtida etdi. Namazdan sanra Kindəyə doğru yollandı. Bir qədər yol getdikdən sonra artıq onun arxasında heç kəs qalmamışdı.
    Həzrət Müslüm tənha idi, yolu tanımırdı, hətta ona bələdçilik etmək üçün bir nəfər olsun belə yox idi. O, yalqız halda atdan yerə endi və dostsuz, köməksiz Kufənin küçələrində sərgərdan halda yola düşdü. Yolun haraya aparıb çıxaracağı məlum deyildi, sığınacaq üçün bir yer tapa bilmirdi.(Kamil ibni Əsir, c. 4 səh.12. ). Bəli, camaat Həzrət Müslümü tək-tənha və yalqız halda tərk edib getdilər. Kufəlilər Həzrət Müslümü tək qoyub əhdlərini sındırmaqla namərdlik uçurumuna əbədi olaraq yuvarlanıb xəyanət və alçaqlıq simvoluna çevrildilər.
    İbni Ziyad sarayın ətrafındakı həyəcan və hay-küyün kəsildiyini görüb başa düşdü ki, camaat artıq aldanaraq evlərinə getmişlər. O, dərhal öz əlaltılarına məscidin ətrafında axtarış aparmağı əmr etdi. Bununla heç kəsin orada gizlənmədiyinə əmin olmaq istəyirdi. Məmurlar çıraq yandırıb hər yeri nəzərdən keçirdilər, məlum oldu ki, məscidin özündə və ətrafında Müslümün dostlarından bir kəs qalmamışdır.
    ÜBEYDULLAHIN ÇIXIŞI
    Kufənin qaniçən hakimi camaatın dağılışmasına tam əmin olduqdan sonra namaz qılmaq bəhanəsilə hamını məscidə dəvət etdi. Çox keçmədi, məscid adamla doldu. İbni Ziyad öz mühafizlərinin ciddi nəzarəti altında minbərə çıxıb dedi:–Müslüm ibni Əqil sizin aranıza ixtilaf salmışdır. Müslüm hər kəsin evində tapılsa, o adamın canı və malı təhlükə altına düşəcək. Hər kəs onun gizləndiyi yeri bizə xəbər versə, yaxud onu bizim yanımıza gətirsə Müslümün qan pulunu (diyəsini) ona verəcəyik. Ey Allah bəndələri! Allahın əzabından qorxun, başınızı bəlaya salmayın.
    KUFƏDƏ HƏRBİ HÖKUMƏT
    Çıxışdan sonra Übeydullah, şəhər polisinin rəisi Hüseyn ibni Nümeyri çağırıb, bütün evləri və küçələri nəzarət altına almağı əmr etdi. Hər bir vasitə ilə Müslümün şəhərdən çıxmasının qarşısını almağı ciddi şəkildə tapşırıq verib dedi ki, Müslüm qaçarsa, onu ağır cəzalandıracaqdır.
    Hüseyn ibni Nümeyr dərhal əməliyyata başladı. Keşikçilərə küçələrin nəzarət altına alınmasını əmr edərək Həzrət Müslümə kömək edən tanınmış şəxsiyyətləri axtarıb tapmalarını tapşırdı. Gecənin ilk saatlarında Əbdül-Əla ibni Yəzid Kəlbi və Əmarət ibni Səlhəb Əzüdini ələ keçirib zindana salaraq qətlə yetirdi.
    Bundan sonra İbni Ziyad Kufənin görkəmli şəxsiyyətlərini həbs etməyə başladı. Tutulanlar arasında Muxtar Səqəfi və Əbdullah ibni Nofəl də var idi. Bu iki nəfər Həzrət Müslümün köməkçilərindən sayılırdı. Həzrət Müslümün gözlənilməz qiyamı başlananda Muxtar öz doğma kəndi Ləqfada idi.
    HƏZRƏT MÜSLÜM TÖVƏNİN EVİNDƏ
    Həzrət Müslüm Kufənin küçələrində yalqız və sərgərdan dolanaraq hara gedəcəyini düşünürdü. Bir qədər gəzdikdən sonra Tövə adlı bir qadının evinin qapısı yanında dayandı. Tövə əvvəllər Əşəs ibni Qeysin kənizi olmuş, ondan da bir oğlu var idi. Əşəs onu azad etdikdən sonra Üseyd Xəzrəmi adlı bir nəfərə ərə getmiş və ondan Bilal adlı bir oğlu olmuşdu. Bilal da başqaları kimi Həzrət Müslümə qoşulmuşdu. Qadın indi öz oğlunun yolunu gözləyirdi. Həzrət Müslüm onu görcək salam verib, içməyə su istədi. Özü isə qapının astanasında oturdu. Tövə Həzrət Müslümə su gətirdi, bir azdan qayıdıb onu yenə də oradaca oturmuş görüb onun getmək niyyəti olmadığını başa düşdü. Odur ki, soruşdu:–Su içmədin?
    Həzrət Müslüm həzin bir səslə:–Niyə, içdim.
    Tövə–Bəs niyə öz evinə getmirsən?
    Həzrət Müslüm sükut etdi. Qadın sualını bir daha təkrarlasa da, yenə cavab eşitmədi.
    Nəhayət iffət və namus onu məcbur etdi ki, qəlbində olanları açıb desin:–Sənin burada oturmağına razı deyiləm. Sənə yaraşmaz ki, mənim evimin qarşısında oturasan.
    Həzrət Müslüm oturduğu yerdən qalxıb dedi: Ey qadın, mənim bu şəhərdə sığınacaq yerim yoxdur. Mümkündürmü ki, mənə öz evində sığınacaq verəsən? İnşallah, gələcəkdə sənin yaxşılığının əvəzini çıxaram.
    Qadın soruşdu:–Sən kimsən?
    Həzrət Müslüm özünü ona tanıtdırıb dedi:–Bu camaat bizi aldatdı.
    Qadın tam arxayın olsun deyə, yenidən soruşdu:–Sən Müslümsən?
    Müslüm cavab verdi:–Bəli!
    Qadın sevinib dərhal onu evinə apardı. Həzrət Müslüm qadının oğlunun otağından başqa bir otağa daxil oldu. Qadın ona yemək gətirdi, lakin Həzrət Müslüm meyl etmədi. Bu minvalla qadın Həzrət Müslümə xidmət etməyə məşğul idi ki, oğlu Bilal gəlib çıxdı. Gördü ki, anası tez-tez başqa otağa gedib-gəlir. Bildi ki, təzə bir xəbər vardır. Anasından soruşdu, o cavab vermək istəmədikdə, oğlu israr etdi. Nəhayət, anası Müslümü evinə gətirməsini ona söyləyib ondan bu sirri heç kəsə açmamağını dil-ağız etdi. Bilal isə bütün gecəni Übeydullahdan qiymətli hədiyyə almaq fikri ilə dəqiqələri sayırdı.
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 682 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024