İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:26 AM
    HƏZRƏT MÜSLÜMÜN YUXUSU
    Həzrət Müslüm bir anlığa yuxuya daldı. Yuxuda əziz əmisi Əmirəl-möminini (əleyhis-salam) gördü. İmam ona buyurdu: Sabah mənim yanımda olacaqsan. Elə isə, tələs, tələs!
    Həzrət Müslüm şəkk etmirdi ki, səhər sübh çağı şəhadətə çatacaq. Sübh açıldı, Həzrət Müslüm gecənin son anlarını Xaliqlə raz-niyaz edərək, özünü dinsizlər və münafiqlərlə döyüşə hazırlayırdı.
    O, qadına xitabən buyurdu:–Sən mənə lazımınca yaxşılıq və ehsan etdin, beləliklə də Allah Rəsulunun şəfaətindən bəhrələndin.
    Öz yuxusunu ona danışdı.(Mənsur mələklərin sərkərdəsinin adı idi. O, Bədr döyüşündə Peyğəmbərin (s) köməyinə gəlmişdi ki, o dövrdə müsəlmanların şüarı belə idi. )
    TÖVƏNİN OĞLUNUN XƏYANƏTİ
    Bilal sübh çağı İbni Ziyadın sarayına, Məhəmməd ibni Əşəsin oğlu Əbdürrəhmanın yanına gedib, Müslümün onların evində olması xəbərini ona çatdırdı. Bunu eşidən Əbdürrəhman dərhal atasının yanına gedib, hadisəni ona danışdı. İbni Ziyad bu söhbəti eşitdikdən sonra Bilalı çağırıb boynuna qızıldan bir boyunbağı asdı. Öz adamlarından yetmiş nəfərlə birlikdə Məhəmməd ibni Əşəsi Həzrət Müslümü tutmaq üçün göndərdi.
    Həzrət Müslüm atların ayaq səslərini və camaatın hay-küyünü eşidən kimi başa düşdü ki, onu tutmaq üçün gəlmişlər. Bu fəryad və hay-küylər mübarizənin başlanmasından xəbər verirdi. O, ayağa qalxıb düşmənə sarı irəlilədi(Əxbarüt-tüval ,c. 6 səh.208, Şərhül-məqamat, c. 1 səh.192; Lühuf ).
    Zirehli paltar geymiş, əllərində iti qılınc olan yetmiş nəfər kiçik bir daxmaya bir nəfərin üstünə hücüm etdilər. Az qalırdı ki, evin divarlarını onun üstünə uçurub töksünlər. Lakin Həzrət Müslüm onların çoxluğundan çəkinmədən var qüvvəsi ilə hücumlarını dəf edirdi.
    Elə ilk anlarda yetmiş nəfərdən qırxını həlak etdi. Onun döyüş şücaəti barədə bunu demək kifayətdir ki, düşmənlərin kəmərindən tutaraq evin damın üstündən yerə atırdı(Kamil, Şeyx Bəhai.).
    İffətli və mehriban bir qadın olan Tövə müntəzəm surətdə onu döyüşə təşviq edirdi. Döyüş şiddətləndi, düşmən muzdurlarında ümidsizlik yaranmağa başladı. Məhəmməd ibni Əşəs bir nəfəri ibni Ziyadın yanına göndərib ondan əlavə qüvvə göndərilməsini tələb edirdi, Übeydullah belə cavab göndərdi: Biz səni bir nəfəri tutmaq üçün göndərmişik, o isə təklikdə sizi bu hala salmışdır. Vay olsun sizə, əgər böyük bir ordu ilə qarşılaşsanız necə olar?
    Məhəmməd ibni Əşəs xəbər göndərdi ki, Ey əmir, sən güman edirsən ki, məni Kufə tacirləri, ya adi adamlarla qarşılaşmaq üçün göndərmisən? Məgər bilmirsənmi ki, mən Mühəmməd ibni Əbdullahın ailəsindən olan bir qılıncla üzbəüzəm?
    Beləliklə, Übeydullah onun köməyinə təzədən 500 nəfər döyüşçü göndərdi. Buna baxmayaraq Həzrət Müslüm yenə də döyüşü davam etdirirdi. Düşmən başını itirmişdi, hər an öldürülənlərin sayı artırdı. Onlar məcburiyyət qarşısında qalıb evin damına qalxaraq yanan taxtalarla mühasirəyə aldılar. Yaralar o Həzrət əldən salmışdı. Buna görə də Məhəmməd ibni Əşəs Həzrət Müslümə təslim olmağı təklif etdi. Lakin Həzrət Müslüm bu təklifi qəbul etmədi. Son nəfəsə kimi döyüşdü. Lakin susuzluq onu taqətdən salırdı...
    HƏZRƏT MÜSLÜMÜN TUTULMASI
    Susuzluq o Həzrətin döyüş qüdrətini əlindən almışdı. Bu vaxt namərdlərdən biri evin üstündən bir ox atdı. Həzrət Müslüm yerə yıxıldı. Onu tutub ibni Ziyadın sarayına gətirdilər(Riyazül-məsaib, səh.265. ). Bu vaxt Həzrət Müslümün gözündən yaş axmağa başladı. Əmr ibni Übeydullah güman edirdi ki, o Həzrət canının qorxusundan ağlayır. Dedi:–Hakimiyyətə çatmaq kimi böyük bir arzusu olan şəxs əsir düşsə ağlamamalıdır.
    Həzrət Müslüm dedi:–Mən özümə yox, Hüseyn (əleyhis-salam) və onun övladları üçün ağlayıram ki, hal-hazırda Kufəyə tərəf hərəkətdədir.
    Qəsrə çatdıqda, Həzrət Müslüm suzuzluğun şiddətindən divara söykənib dayandı. Gözü sərin su ilə dolu olan qaba sataşdı. Su içmək istədiyini bildirdi. Müslüm ibni Əmr Bahili həyasızcasına dedi:–Görürsən kuzənin suyu necə sərindir? Allaha and olsun ki, bu sudan bir damla olsun belə, içə bilməyəcəksən. Sən cəhənnəmin çirkab və yanar suyundan içəcəksən.
    Həzrət Müslüm ondan–Sən kimsən!– deyə sual etdi
    Dedi:–Mən elə bir kişinin oğluyam ki, sən haqqı inkar etdiyin vaxt o, haqqı qəbul etdi. Sən öz rəhbərindən üz döndərəndə, o öz rəhbərinə qoşuldu, sən üsyankarlıqla məşğul olarkən o, öz rəhbərinin sözünü eşitdi. Mən Müslüm ibni Əmr Bahiliyəm.
    Müslüm ibni Əqil bu namərdin üstünə qəzəblənib dedi:–Anan matəmində otursun, sən nə qədər daş ürək və zalım adamsan! Əlbəttə, cəhənnəmin çirkab suyunu içməyə, orada əbədi qalmağa məndən çox sən layiqsən.
    Bu söhbəti eşidən Əmr ibni Hüreys narahat olub özünün Səlim adlı qulamına əmr etdi ki, Həzrət Müslümə su gətirsin.
    Suyu gətirdilər. Həzrət Müslüm hər dəfə su içmək istəyəndə ağzından axan qan damcıları su qabına düşürdü. Nəhayət, üçüncü dəfə suyu ağzına yaxınlaşdıranda qabaq dişləri qabın içinə töküldü. Həzrət Müslüm əllərini qaldırıb belə dua etdi: Əgər bu su mənim qismətimdə olsaydı, ondan içə bilərdim.
    HƏZRƏT MÜSLÜM ÜBEYDULLAHIN YANINDA
    Nəhayət Həzrət Müslümü Übeydullahın yanına gətirdilər. O, rəyasət kürsüsündə əyləşmiş, Həzrət Müslüm isə onun müqabilində əli bağlı bir əsir kimi durmuşdu. O zalımın əlindən nicat tapmaq ümidi yox idi və bir xilaskar da gözə dəymirdi. Həzrət Müslüm ibni Ziyadın qarşısında nə baş əyib təzim etdi, nə də ona etina etməyib salam verdi. İbni Ziyadın yanındakılardan biri bağıraraq dedi:–Nə üçün əmirə salam vermədin?
    Həzrət Müslüm qəzəblənib dedi:–Sus! O mənim əmirim deyil!
    İbni Ziyad ona xitabən dedi:–Sakit ol, ey Müslüm! Sən Kufəyə gəlib burada bir-biri mehriban və sıx əlaqəsi olan adamların arasında təfriqə salıb, fikirlərini azdırmısan.
    Həzrət Müslüm dərhal dedi:–Heç də belə deyil. Mən bu niyyətlə Kufəyə gəlməmişəm. Camaatın inamı budur ki, sənin atan onların ata-babalarını qətlə yetirmiş, qanlarını nahaq yerə axıtmış, onların arasında Qeysər, Kəsra üslubu ilə hökmranlıq etmişdir.(Nəfəsül-Məhmum.) Məhz buna görə də biz onların yanına gəlmişik ki, ədalət əsasında hökm edib ümməti Allahın kitabına, Rəsulullahın sünnətinə tərəf dəvət edək.
    Übeydullah Həzrət Müslümün sözlərinə sona kimi qulaq asa bilməyib nalayiq sözlər deməyə başladı:–Nə danışırsan, ey bədəməl insan? Məgər bu camaatın işlərini ədalət əsasında təşkil edən biz deyilikmi? Biz bu işləri görəndə sən Mədinədə mey içməklə məşğul deyildinmi?
    Həzrət Müslüm dedi:–Mənə deyirsən? Məgər mən şərab içirəm? Tək olan Allah bilir ki, sən bu sözü düz demirsən, sözlərin nadürüstdür, mən sənin dediyin kimi deyiləm. Sən o adamları mey içməkdə günahlandıra bilərsən ki, müsəlmanların qanını içməkdən ləzzət alır, ehtiram olunması vacib olan şəxsləri qətlə yetirir, ömründə heç kəsi incitməyənləri öldürür, bədgümanlıq, qəzəb və kin-küdurət əsasında kütləvi qırğınlar törədir, gecə-gündüz eyş-işrətlə məşğul olur və bu işlərin heç birini özü üçün cinayət hesab etmir.
    Artıq Həzrət Müslümün sözlərinə dözə bilməyən Übeydullah qəzəbli halda Hüseyn ibni Əli (əleyhis-salam), Əliyyibni Əbi Talib və Əqilə qarşı təhqiramiz sözlər deməyə başladı. Qəlbində olan bütün murdar sözləri dilinə gətirdi(Müntəxəb (Tureyhi) ).
    Bu yerdə Həzrət Müslümün səbri tükəndi, fəryad çəkib dedi:–İstədiyini et, ey Allahın düşməni!
    Übeydullah şamlı bir kişiyə Həzrət Müslümü qəsrin damına çıxararaq boynunu vurub baş və bədənini oradan yerə atmasını əmr etdi.
    HƏZRƏT MÜSLÜMÜN VƏSİYYƏTİ
    Həzrət Müslüm İbni Ziyaddan öz vəsiyyətini qohumlarından birinə demək üçün icazə istədi. Übeydullah icazə verdi.
    Həzrət Müslüm bu məqsədlə qəsr əyanlarının içində Ömər ibni Sədi seçib dedi:–Mən səninlə qohumam, indi səndən istəyirəm ki, mənim vəsiyyətlərimi eşidib ona əməl edəsən. Lakin mənim bu sifarişim gizlindir və onu adamların içində demək istəmirəm.
    Ömər Səd bu işi qəbul etməkdən imtina etdi, vəsiyyətə qulaq asmağa razı olmadı. Übeydullah ona tənə vurdu ki, öz əmoğlunun təklifini qəbul etməkdən boyun qaçırma. Ömər Səd çarəsiz qalıb, Həzrət Müslümlə birlikdə bir güncə getdi və Übeydullahın müşahidə edə biləcəyi bir yerdə vəsiyyətə qulaq asmağa başladı. Həzrət Müslüm ona dedi ki, qılıncını və zirehli paltarını satıb onun pulu ilə borcunu (təqribən 600 dirhəm) ödəsin. (Bu məbləğ Həzrət Müslümün Kufəyə gəldiyi gündən şəxsi ehtiyaclarına xərcləmək üçün aldığı borc pul idi.) İkinci vəsiyyəti onun cənazəsinin ibni Ziyaddan alınıb dəfn edilməsi, üçüncü vəsiyyət isə bu xəbəri İmam Hüseyn (əleyhis-salam)-a çatdırılması idi.
    Ömər Səd bu sifarişləri eşidəndən sonra Übeydullahın yanına gedib hamısını ona çatdırdı. İbni Ziyad dedi: Əmanətdar şəxs heç vaxt xəyanət etməz, amma bəzən xain əmanətdar olur.
    Sonra şamlı kişi Həzrət Müslümlə birlikdə dama çıxdılar. Yol boyu Həzrət təsbih və təkbir deyib, istiğfar etməklə məşğul idi. Həyatının sonuna bir neçə dəqiqədən artıq vaxt qalmamışdı. Əllərini dua etmək üçün qaldırıb Allah dərgahına ərz etdi: İlahi, bizə yalan deyib aldadan, xar edən və nəhayət qətlə yetirən milləti mühakimə et. Sonra iki rəkət namaz qılıb üzünü Mədinəyə tərəf tutaraq öz imamına–Həzrət İmam Hüseynə (əleyhis-salam) salam göndərdi(Übeydullahın atası Ziyad ibni Übəyyədir ki, əvvəllər Kufənin hakimi olmuş, onun əli ilə çoxlu cinayətlər baş vermişdir.  ).
    Bundan sonra o namərd Həzrət Müslümün boynunu vurdu, bədənini Übeydullahın dediyi qayda ilə yerə atdı, özü isə vahiməli halda aşağı endi. İbni Ziyad onu bu halda görəndə qorxusunun səbəbini soruşdu. O cavab verib dedi: -Müslümü qətlə yetirmək istəyəndə, qəzəəbindən rəngi qaralıb barmaqlarını bir-birinə sıxmış qəzəbli bir kişi gördüm.
    İbni Ziyad dedi:–Yəqin ki, səni qara basıb.
    HANİNİN ŞƏHADƏTİ
    Həzrət Müslümü şəhadətə yetirəndən sonra Kufənin qaniçən hakimi Haninin gətirilməsini əmr etdi. Məmurlar onun əllərini bağlayıb bazara, qoyun satılan yerə gətirdilər. Hani fəryad çəkib dedi: Ey Müzhəc qəbiləsi, dadıma çatın, vay olsun mənim halıma ki, bu gün mənim yanımda qəbiləmdən heç kim yoxdur. Bu sözü iki dəfə təkrar etdi. Amma cavab eşitmədi, başa düşdü ki, onun köməyinə gələn olmayacaq. Güclü bir təkanla qolundakı ipi qırıb əllərini açdı, yenə fəryad etdi: Bir adam varmı mənə əsa, xəncər, ya ağac, ya da daş versin ki, canımı qoruyam? Məmurlar ona aman verməyib tutdular, dərhal əllərini iplə möhkəm bağladılar. Cəlladlar onu öldürmək istəyəndə, dedilər ki, boynunu qabağa əysin, amma Hani bu işdən imtina edib dedi:–Mən özümü öldürməkdə sizə kömək etmərəm.
    Nəhayət İbni Ziyadın qulamlarından biri olan Rəşid Tərəki ona bir zərbə vurdu, amma bundan da bir şey hasil olmadı. Hani Allahla raz-niyaz etməyə başladı: Bütün bəndələrin qayıdışı Allaha doğrudur. İlahi, sənin rəhmət və rizvanına doğru gəlirəm. Rəşid ikinci zərbəni endirdikdə Hani şəhadətə çatdı«
    Übeydullah əmr etdi ki, Həzrət Müslümün və Haninin pak cəsədlərini Kufənin bazarlarında sürüyələr, sonra Kənasə məhəlləsinə aparıb başı aşağı dardan asalar. Mübarək başlarını isə Yezidə ərməğan göndərələr.
    Bir neçə müddətdən sonra Übeydullah onların cəsədlərinin Qəsrin yaxınlığında dəfn edilməsi barədə hökm etdi. Bu da ondan ötrü idi ki, onun əlaltıları qəbirləri nəzarət altına alıb heç kəsi onların pak türbətlərini ziyarət etməyə qoymasınlar. Beləliklə, Kufənin qaniçən hakimi onların başlarını Hani ibni əbi Həyyə və Zübeyr ibni Ərvəhin vasitəsilə öz ağası Yezidin yanına göndərib ona xitabən belə yazdı: Allaha şükr olsun ki, o, əmirəl-mömininin (Yezidin) haqqını geri aldı, onun düşmənlər qarşısında təhlükəsizliyini təmin etdi. Əmirəl-mömininə (Allah onu əziz etsin) xəbər verirəm ki, Müslüm ibni Əqil Hani ibni Ürvə Muradinin evinə pənah gətirdi; mən onu və dostlarını tapmaq üçün casus göndərdim. Xüsusi ustalıq və hiylə ilə bu iki şəxsi gizləndikləri yerdən çıxartdım, nəhayət Allah məni onların ikisinə də qalib etdi. Sonra hər ikisinin boynunu vurdum. Onların başlarını iki nəfər–Hani ibni Əbi Həyyə və Zübeyr ibni Ərvəh vasitəsi ilə sənə göndərirəm. Bu qasidlər Əmrə müti olan və nəsihət qəbul edən adamlardır. Əmirəl-möminin onlardan istədiyi şeyi soruşa bilər; Şübhəsiz bu iki nəfər lazım olan xəbərlərdən agahdırlar, dərrakəli, dözümlü və düz danışandırlar. Vəssalam
    YEZİDİN İBNİ ZİYADA YAZDIĞI CAVAB MƏKTUBU
    Sən həmişə mən istəyən kimi olmusan. Kufədəki hərəkətin bir daha sübut etdi ki, sən uzaqgörən və tədbirli adamsan. Sənin coşmağın qorxmaz aslanın qızması kimidir. Sənin bu hərəkətinin müqabilində mənim başqa tədbir görməyimə ehtiyac yoxdur. Sənin barəndəki fikirlərimi əməli olaraq sübuta yetirdin. Mən də sənin göndərdiyin şəxsləri çağırıb sual-cavab etdim. Onların qulağına bəzi sözləri pıçıldadım, gördüm ki, elə sənin dediyin kimi–fəzilətli və düşüncəlidirlər. Belə isə onlara yaxşılıq et. Bir də mənə xəbər çatıb ki, Hüseyn ibni Əli Məkkədən çıxaraq, İrağa tərəf yola düşmüşdür. Sən hərbçi və keşikçiləri pusquda qoy. Şəhərdə hər kəs səninlə müxalifət etsə tutub zindana sal, səninlə vuruşmaq niyyətində olan şəxsləri qətlə yetir. İş və planların barədə mənə xəbər çatdır Vəssalamu əleyk.
    Bunu yazıb əmr etdi ki, o iki başı Dəməşqin darvazaları önündən assınlar.(Bəli, Übeydullah dara düşmüşdü və bu mühasirə halqasından çıxmaq üçün Əlini (ə) söyməkdən başqa bir yol tapmadı. Halbuki Peyğəmbər (s) Əlinin (ə) barəsində belə buyurmuşdur: -Ey Əli! Allahı məndən və səndən qeyrisi tanımadı, məni Allahdan və səndən qeyrisi tanımadı, səni məndən və Allahdan qeyrisi tanımadı. (Darüssalam c. 2 səh.338.) )
    KUFƏ YOLLARI BAĞLANIR
    Übeydullah ibni Ziyad Həzrət Müslüm və Hanini öldürdükdən sonra Kufəni sui-qəsdlər və vəhşət səhnəsinə döndərdi: Əvvəlcə hərbi hökumət elan edib öz əlaltıları vasitəsi ilə camaata iqtisadi cəhətdən təzyiq göstərdi. O, öz məmurlarına əmr etmişdi ki, qərib, qiyamçı, yaxud şübhəli adamların adlarını yazsınlar. Camaatı hədələyərək onları kiçik bir xilaf iş üstə edam edəcəyi, yaxın qohum-əqrəbalarının isə ümumi yardımlardan məhrum olunacağı ilə qorxudurdu. İbni Ziyad həmçinin elan etdi ki, hər kəsin barəsində Hüseyni himayə etməsi ehtimalı olunsa, mühakiməsiz edam olunacaq, evi yandırılacaq, var-dövləti isə müsadirə ediləcəkdir.
    Beləliklə, o, Kufəni tam nəzarət altına aldı« Hicazdan Kufəyə gələn yolların hamısını bağladı. Kufəyə giriş-çıxışın qadağan olması barədə hökm çıxartdı. Qadisiyyədə (bu məntəqə Kufəni Hicazla əlaqələndirirdi) hərbi postlar qoydu, bu postu Hüseyn ibni Nümeyrin başçılığı ilə 4 min nəfər döyüşçü qoruyurdu. Bu qayda ilə digər sərhəd nahiyələri də (Qətqətanə, Lələ və Kəfan ki, bu, Kufəni İraqın Bəsrə şəhəri və başqa bölmələri ilə əlaqələndirirdi) ordu vasitəsilə mühafizə olunurdu. Nəticədə, Kufəyə daxil olmaq və ya çıxmaq mümkün deyildi.
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 553 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024