İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-05, 9:08 PM
    İMAM HÜSEYN (ƏLEYHIS-SALAM)-IN ŞƏHADƏTİ
    Nəhayət Şimrin əmri ilə qoşun kütləvi şəkildə İmam Hüseyn (əleyhis-salam)-a tərəf hücum çəkib onu mühasirəyə saldılar. Oxçular hər tərəfdən o Həzrətə ox yağdırmağa başladılar. O qədər ox vurdular ki, İmamın müqəddəs cismi oxların çoxluğundan görünmürdü. Şimr öz qoşunu ilə İmamı (əleyhis-salam) xeymələrdən ayırdı, amma o Həzrətin azadlıqsevər ruhu heç də icazə vermirdi ki, öz sağlığında övladlarına, xanımlara və xeymədəkilərə bir zərər yetişsin. Buna görə də uca səslə fəryad etdi:
    Vay olsun sizə, ey Əbu Süfyan övladlarına tabe olanlar! Əgər dininiz yoxdursa və qiyamat günündən qoxmursunuzsa, heç olmasa bu dünyada azad insan olun, öz milli keçmişinizə hörmət qoyun; özünüzü ərəb tayfasından hesab edirsinizsə.
    Bu kəskin fəryad çəkic kimi düşmənlərin başına dəydi. Şimr əmr etdi ki, geri qayıtsınlar. Yaralar bir-birinin ardınca İmamın mübarək cisminə endirilirdi, qan o Həzrətin bədənindən fəvvarə kimi axırdı. Həzrətin həyatının son anları idi. Bu dəmdə Saleh ibni Vəhəb nizə ilə İmam (əleyhis-salam)-a həmlə edib o Həzrətin bel sümüyünü sındırdı. İmam (əleyhis-salam) atdan yerə yıxıldı. Bu hadisəni görən Həzrət Zeynəb (əleyha-salam) özünü Ömər Sədə yetirib dedi:–Ey Ömər, sənə yaraşarmı ki, Əbu Əbdillahı öldürsünlər, sən də durub baxasan?
    Ömər Səd heç nə demədi. Bu halda Həzrət Zeynəb fəryad edib dedi:–Sizin aranızda bir müsəlman yoxdurmu?
    İmam Hüseyn (əleyhis-salam) piyada döyüşü davam etdirir, özünü nizə və oxlardan qoruyaraq yenidən düşmənə həmlə edirdi. Bu zaman Kufə qoşununa xitab edərək son sözlərini buyurdu:–Məni öldürmək üçün yığışmısınızmı? Allaha and olsun, məndən sonra Allah bəndələrindən heç birini öldürməyəcəksiniz. Allah məni öldürdüyünüzə görə sizə qzəblənəcəkdir. Aləmlərin Allahına and olsun, mən ümidvaram ki sizin namərdliklərinizin qarşısında Allah məni əziz edəcək, mənim intiqamımı sizdən elə alacaqdır ki, özünüz də dərk etməyəcəksiniz. Agah olun, mənim öldürülməyim səbəbi ilə içərinizdə qan axıdılması çoxalacaq, mütəal Allah Öz qəzəbini sizə artıracaq, nəhayət ağır, kəskin axirət əzabına düçar olcaqsınız.
    Yazırlar ki, İmam (əleyhis-salam)-ın bədəninə 72 yara vurmuşdular. Zəiflik o Həzrətə qələbə çalırdı. O, bir anlığa dincini almaq üçün dayandı. Bu anda uzaqdan ona tərəf bir daş atdılar. Daş mübarək alnını yardı, qan üzünə axdı, İmam (əleyhis-salam) köynəyini qaldırıb alnının qanını silmək istəyirdi ki, bu vaxt üç şöbəli bir ox o Həzrətin qəlbinə sancıldı. Həzrət döyüşü dayandırdı, üzünü göyə qaldırıb dedi: İlahi, Sən bilirsən ki, bunlar elə bir şəxsi öldürürlər ki, yer üzündə ondan başqa Peyğəmbərin heç bir oğlu yoxdur.
    İmam (əleyhis-salam) oxu qəlbindən çıxartdı, qan fəvvarə kimi axmağa başladı. Heç kim o Həzrətə yaxınlaşmağa cürət etmirdi. Çünki İmam Hüseyn (əleyhis-salam)-ın qatili kimi Allah dərgahında sorğu-suala tutulmaqdan qorxurdular. Şimr nərə çəkdi:–Vay olsun sizə, nə üçün durmusunuz? Analarınız matəminizdə otursun. İrəli gedib işi birdəfəlik qurtarın!
    Atlılar, piyadalar hər tərəfdən o Həzrətə hücuma başladılar. İrəli gələn ilk şəxs İmam (əleyhis-salam)-ın zərbəsi ilə həlak oldu. İkinci şəxs onun çənəsini yaraladı. Sənan ibni Ənəs həyasızcasına irəli çıxıb nizəsi ilə İmam (əleyhis-salam)-ın sinəsini yardı. Sonra bir ox atdı, ox Həzrətin mübarək boğazına sancıldı. İmam Hüseyn (əleyhis-salam) yerə oturdu, əlləri ilə qanını üzünə yaxıb buyurdu: Bu halda Pərvərdigarımın körüşünə gedəcəyəm, halbuki, bunlar mənim haqqımı qəsb etmişlər!
    Hilal ibni Nafe deyir: Mən Ömər Sədin ləşkərində idim ki, birdən belə bir səs eşitdim: Ey əmir, muştuluğumu ver, Şimr Hüseyni qətlə yetirdi!
    O əzizlər qan içində çabalayırdılar, Kufə yırtıcıları onların bədənlərinnin bəndlərini bir-birindən ayırırdılar Seyyidüş-şühədanın mübarək bədənində ox, qılınc zərbəsindən sağ yer qalmamışdı, qanlı Kərbəla elə şəhidlər oylağı idi ki, nə bir peyğəmbərə, nə də peyğəmər canişininə nəsib olmamışdı və ilahi qəzavü-qədərdə yalnız şəhidlər sərvəri (İmam Hüseyn (əleyhis-salam) bu oylağın ləyaqətinə nail oldu. Kərbəla elə bir yer idi ki, təkcə yer sakinləri deyil, həm də səma əhlini, mələkləri də heyrətə salmışdı. İmam Riza (əleyhis-salam)-ın buyurduğu kimi, bu gün (Aşura) elə bir gün idi ki, İmam əbədi olaraq gözləri yaralı, ağlar qəlbləri qanlı etmişdir(Lühuf, (İbni Tavus); Bihar, 10-cu cild; Mənaqib, 2-ci cild; Məsirül-əhzan, Təzəllümüz-Zəhra, Müntəxəbi-ibni-Hərir, Təzkirətül-xəvass və Təbərsinin Ehticac kitablarından istifadə olunub. )
    Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) bu barədə belə buyurmuşdur:
    Həqiqətən İmam Hüseyn (əleyhis-salam)-ın qətli səbəbilə möminlərin qəlbində bir hərarət (iman odu) vardır ki, heç vaxt sönməz. (Biharül-ənvar, 10-cu cild.)
    İmam Hüseyn (əleyhis-salam)-ın qızı xanım Səkinə deyir: Düşmən şəhidlərin arvad-uşaqlarını cənazələrin arasından çıxaran vaxt, özümü atamın cənazəsi üstünə atıb bağrıma basdım. Bu vaxt müqəddəs hülqumundan bu səsi eşitdim:
    Şiələrim! Hər vaxt sərin su içəndə, məni yad edin; bir qərib, yaxud şəhid barəsində eşidəndə mənə ağlayın. (Cəlaül-üyun (Əllamə Məclisi) )
    İmam Hüseyn (əleyhis-salam)-ın müqəddəs qiyamının hədəflərindən biri bu idi ki, əməvilərin İslam Peyğəmbərinin adı altında camaata hökmranlıq edən rüsvayçı işgəncələrinə son qoyulsun, onların müsəlmanlara rəhbərlik üçün ləyaqətsz olduqlarını, bu iş üçün azacıq olsa belə insani və ürfi nişanələrə malik olmadıqlarını isbat etsin. Bu hədəflər onların son dərəcədə daşürəkli, qəsavətli olmalarını, onların törətdikləri cinayət və faciələrini açıb göstərməklə mümkün olacaqdı. Heç kim hətta adi bir şəxsə belə bu cür faciə və cinayətləri rəva görməzdi, o ki qala Peyğəmbər camalının aynası, böyük Əhmədi xülqünün nişanəsi! İmam Hüseyn (əleyhis-salam) isbat etdi ki, belə faciələrə əl atmaq ilahi namus məcralarından inhirafa yuvarlanmaqdır ki, bu iş fəzilət mələkələri dairəsindən uzaqdır. Onların hətta heyvanlarda da müşahidə olunmayan bu əməlləri göstərir ki, heç bir dəlillə İslam ümmətinə hakim olmaq ləyaqətləri olmamışdır.
    ŞƏHİDLƏRİ İMAM SƏCCAD (əleyhis-salam) DƏFN EDİR
    Məhərrəm ayının 13-də Həzrət Səccad (əleyhis-salam) şəhid olmuş atasını dəfn etmək üçün Kərbəlaya tələsdi. Buna görə ki, hər İmamın qüsl və kəfənini İmamdan başqası öhdəsinə ala bilməz.
    Bu sözümüzün şahidi İmam Riza (əleyhis-salam)-ın Əliyyibni Əli Həmzə Bətainini söhbətidir. İmam Riza (əleyhis-salam) ona dedi:–De görüm Hüseyn ibni Əli İmam idimi?
    Həmzə:–Bəli.
    İmam Riza (əleyhis-salam) buyurdu:–O şəhid olandan sonra (onun qüslü, kəfəni, dəfni) kimin öhdəsinə idi?
    Həmzə:–Həzrət Səccad (əleyhis-salam)-ın.
    İmam Riza (əleyhis-salam):–O vaxt Həzrət Səccad harada idi?
    Həmzə:–İbni Ziyadın zindanında idi, amma o xəbər tutmadan oradan çıxdı, gedib atasını dəfn etdikdən sonra yenidiən ziyndana qayıtdı.
    İmam Riza (əleyhis-salam) soruşdu:–Əliyyibni Hüseynin Kərbəlaya gəlməsinə, atasını dəfn edib yenidən qayıtmasına qüdrət verən øAllahπ bu zamanın da İmamına qüdrət verər ki, Bağdada gedib atasının (İmam Museyi Kazimin) dəfn işini yerinə yetirə. Halbuki o (zamanın İmamı) nə həbsdə, nə də əsirlikdə deyildi.(Əl-İsabə (Şeyx Səduq) səh 76 )
    İmam Səccad (əleyhis-salam) Kərbəlaya çatdıqda Bəni Əsəd qəbiləsinin sərgərdan, bədənlərdə baş olmadığı üçün, donub qaldıqlarının şahidi oldu.
    Həzrət Səccad (əleyhis-salam) şəhidləri adbaad tanıtdırdı. Ah-nalə, ağlaşma səsləri ucaldı. Bəni Əsəd qəbiləsinin arvadları saçlarını yolaraq sinələrinə döyürdülər. Sonra Həzrət o məzlum atasının pak cənazəsinə tərəf gedib onu bağrına basdı və hönkür-hönkür ağlamağa başladı. Cənazəni qəbir qazılacaq yerə gətirdi. Bir az torpaq götürdü ki, nagəhan hazır edilmiş bir qəbir açıldı ki, üstündə də üstü açıq zərih görünürdü. (Bəni Əsəddən heç kim bu işdə İmam Səccada kömək etmirdi) Sonra buyurdu: Yanımda bir kəs (mələk) var ki, mənə kömək edir.
    Cənazəni qəbrə qoyandan sonra dodaqlarını atasının kəsilmiş damarlarına yaxınlaşdırıb, buyurdu:
    Xoş o yerin halına ki, sənin pak cəsədini ağuşuna alıb. Sənə nədən deyim: Yuxusuz gecələrdənmi? Yoxsa axırı görünməyən qəm-qüssəmdənmi? Məndən sənə salam olsun, ey Rəsulullahın oğlu, Allahın rəhmət və bərəkəti olsun sənə!
    O, İmam Hüseyn (əleyhis-salam)-ın qəbri üstündə belə yazdı:
    Bu, Hüseyn ibni Əliyyibni Əbitalibin qəbridir. Onu susuz və qərib öldürdülər.
    Sonra əmisi Abbas (əleyhis-salam)-a tərəf gedərək onu, vəziyyətindən asimanda mələkləri dəhşətdə bürümüş, behişt hurilərini ağlar etmiş halda gördü. Əyilərək əmisinin boğazının kəsilmiş damarlarını öpüb, dedi:
    Ey Qəməri Bəni Haşim, səndən sonra kül olsun bu dünyanın başına! Məndən sənə xalis salam olsun, ey şəhid! Allahın rəhməti olsun sənə!
    Sonra Həzrət Abbas (əleyhis-salam) üçün də bir qəbir qazıb buyurdu: Mənim yanımda köməkçilərim var.
    O Həzrət bəni Əsəd qəbiləsinə buyurdu ki, iki böyük qəbir qazsınlar: birində Bəni Haşimin, digərində isə səhabələri dəfn etsinlər(Müstədrəkül-vəsail c.2 səh 217).
    Hürr şəhadətə yetişdikdən sonra qohumları onu döyüş meydanından çıxararaq indiki qəbri olan yerə gətirmişlər. Yazıblar ki, Hürrün anası döyüş meydanında imiş, görəndə ki düşmənlər şəhidlərin başlarını kəsib bədənlərini tapdalayırlar oğlunu bu yerə gətirmişdi.(Misbahü-Kəfəmi, səh 376.)
    İMAMLAR ALLAH ƏMRİNƏ TABEDİRLƏR
    Səffar deyir: Bir gün İmam Baqir (əleyhis-salam)-ın səhabələri onun hüzurunda olduqları vaxt Həzrət buyurdu: Bizim vilayətimizi (rəhbərlik haqqımızı) qəbul edib bizi İmam bilərək bizə itaət etməyi Allaha itaət etmək kimi özlərinə vacib edən, lakin öz əməllərində süstlük, səhlənkarlıq etməklə bizim məqamımızı alçaldan, məqamımızı bilib tanıyanlara, bizim fəzilətimizi bəyan edənlərə irad tutub onlara mübaliğə nisbəti verənlərə təəccüb edirəm. Güman edirsiniz ki, aləmlərin Allahı Öz dostlarına itaət etməyi, tabe olmağı xalqa vacib edib asimanların və yerin xəbərlərini (İmamlardan) gizli saxlayıb baş verəcək hadisələri onlara xəbər verməsin?
    Həmran dedi:–Canım sənə fəda olsun, mənə xəbər ver görüm Əliyyibni Əbitalib, Həsən və Hüseyn (əleyhimüs-salam) Allah dini yolunda qiyam etdilər, halbuki, zülm, tüğyan əhli onlara zəfər çaldı. Bu necə olan işdir?
    Həzrət Baqir (əleyhis-salam) buyurdu:–Ey Həmran! İlahi elmdə belə yazılmış, qəzavü-qədərdə belə qərar qoyulmuşdu. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduğuna görə Bizdən (İmamlardan) xüruc (qiyam) edən və sakit olan şəxs elm və agahlıq üzündən xüruc etmiş, elm və agahlıq üzündən sakit olmuşlar. Ey Həmran, bəla nazil olanda və zülm əhli onlara (İmamlara) qələbə çalanda, əgər onlar Allahdan tüğyançıların səltənətini məhv etməsini istəsəydilər, hökmən qəbul edər və bəlaları onlardan dəf edər, tüğyançıların səltənətini təsbehin ipinin qırılıb dənələrinin bir-birindən ayrılmasından daha tez bir zamanda məhv edərdi. Amma İmamlar (əleyhimüs-salam) təslim olaraq razılıq məqamında idilər və Allahın onlar üçün məsləhət gördüyü işlərdən qeyrisini istəmirdilər. Ey Həmran, onlara üz verən (müsibətlər) günah üzündən deyildi ki, o günahı görmüş olalar, yaxud Allahla müxalifət etməmişdilər ki, onun cəzasına çatmış olaydılar. Lakin bu müsibətlərin səbəbi bu idi: Allah istəyirdi ki, onlar müxtəlif çətinliklər vasitəsi ilə behiştdə yüksək (mənəvi) məqamlara çatsınlar. Ey Həmran, onların barəsində pis fikirləşmə, Aşura günü İmam Hüseyn (əleyhis-salam)-ın dostları, köməkçiləri qılınc və nizə zərbələrindən özlərində heç bir dərd, ağrı hiss etmirdilər. Bu barədə İmam Baqir (əleyhis-salam) buyurdu:
    Cəddim Hüseyn (əleyhis-salam)-ın fədakar köməkçiləri düşmənin qılınc və nizə zərbələri altında ağrı hiss etmirdilər.
    ƏHLİ-BEYT KUFƏYƏ DAXİL OLUR
    61-ci ilin məhərrəm ayının 11-ci günü, İbni Səd öz ölülərinin cəsədlərini kəfənə bükdü, onlara meyit namazı qılıb hamısını bir yerdə basdırdı. Lakin şəhidlərin parça-parça olmuş bədənlərini gün altında qoyaraq öz qoşunla birlikdə Kufəyə sarı yollandı. Kufə darvazasına çatanda, İbni Ziyadın tərəfindən göndərilən qasid ona dedi:–Bu gün əsirləri şəhərdən kənarda saxla!
    Übeydullahın bu işdən məqsədi bu idi ki, əsirlərin şəhərə girməsi üçün lazım olan şəraiti tənzim etsin. Məhərrəmin 12-də Əhli-beyt əsirləri Kufəyə gətirildi, əsirlərin qabağında 72 kəsik baş nizələrə vurulmuş halda aparılırdı.
    Şimr ibni Zilcövşən sevinc, şadlıq bürümüş halda hamıdan qabaq atını çapır, öz ətrafındakılara əmr edirdi ki, camaatı nəzarət altında saxlasınlar. Arvad-kişi, böyük-kiçik hamı əsirlərə tamaşa etmək üçün yol ətrafında durmuşdular.
    Əsirlər şəhərə daxil olanda camaat nizələrdə İmam Hüseyn (əleyhis-salam)-ın, Həbib ibni Məzahirin, Müslüm ibni Ovsəcənin başlarını görüb tanıdılar. Sonra Əhli-beyt arvad-uşaqlarını, Həzrət Zeynəbi, Ümmü-Gülsümü gördülər. Camaatın gözündən həsrət və peşmançılıq yaşı axırdı.
    Tamaşaçılardan bəziləri deyirdilər:–Lənət olsun sizə, ey alçaq yırtıcılar! Rəsulullahın ciyərinin parəsini dəvət etdiniz, sonra öldürdünüz, arvad-uşağını Roma əsirləri kimi özünüzlə gətirdiniz.
    «Ağlaşma səsi hər tərəfi bürümüşdü.
    HƏZRƏT ZEYNƏB (əleyha-salam)-IN XÜTBƏSİ
    Nagəhan əsirlərin içərisindən Zeynəbi Kübra (əleyha-salam) əli ilə onların sakit olmalarını işarə etdi. Hamı onu tanıyırdı. O, Əmirəl-möminin (əleyhis-salam)-ın qızıdır, uzun illər Kufədə elə bu camaatın yanında yaşamışdı. Hamı onun ehtiramına sakit oldu, hətta dəvələrin zınqırovlarının səsi də kəsildi, qorxunc bir sükut hər yeri bürümüşdü. Birdən o alimə xanım sözə başladı:
    Həmd olsun Mütəal Allaha, salam olsun Mühəmməd Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-ə, onun övladlarına, yaxşı və pak insanlara.
    Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat, ey vəfasızlar və əhd-peyman pozanlar! Bizə görəmi ağlayır, göz yaşı axıdırsınız? Bizə təəssüflənirsinizmi? Həmişə göz yaşınız axar olsun, nalələriniz kəsilməsin. Bizim gözlərimizi ağlar qoyub, qəlbimizə əbədi dağ vurdunuz. Siz saçlarını qəşəng darayan, sonra isə hörüklərinin hamısını açıb bir-birinə qarışdıran dəli arvadlara oxşayırsınız. Siz əvvəl də məkr və hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. İçinizdə yalandan, xudbinlikdən, fitnə-fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur.
    Siz kənizlər kimi yaltaq, düşmənlər təki hiyləgərsiniz. Siz eynilə zibillikdə köyərən bitgiyə, qəbrə zinət verən gümüşə bənzəyirsiniz.
    Doğrudan da axirətiniz üçün nə qədər də pis azuqə toplamısınız! Çünki Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamısınız. Bizi öldürəndən sonra halımıza ağlayırsınız? Allaha and olsun ki, ağlamağa layiqsiniz; çox ağlayıb, az gülün; çünki siz adınıza elə əbədi rüsvayçılıq damğası vurmusunuz ki, su belə onu pak edə bilməz. Xatəmən-nəbinin ciyər parəsini, behişt əhlinin cavanlarının ağasını, öz əməlisaleh adamlarınızın pənahgahı olan bir insanı öldürməyi necə cübran edəcəksiniz? Hər işdə və əməlinizdə ona pənah aparırdınız, o sizin qanunlarınızı icra edirdi, düşmənlərlə höcətləşədə sizə yol göstərirdi. O sizin böyüyünüz idi, şəriət hökmlərini ondan öyrənirdiniz. Ey camaat! Çox pis günaha batıb qiyamətiniz üçün çox pis zəxirə hazırlamısınız. Ölüm olsun sizə, məhv olasınız! Sizin səyləriniz daha fayda verməyəcək. Əlləriniz qırılsın. Özünüz üçün ziyanla dolu olan zərər yığmısınız. Dünya və axirət ziyanına düçar, ilahi əzaba layiqsiniz. Xarlıq və yoxsulluq sizə qələbə çaldı. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirsinizmi ki, Allah Peyğəmbərinin hansı ciyərini parçalamısınız? Onun hansı qanını yerə tökmüsünüz? Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Və necə ismət hərəmlərini pərdəsiz çölə salıb, əsir etmisiniz? Ey camaat, böyük zülm, son dərəcədə çirkin bir işə əl atmısınız. Az qalır sizin bəd əməllərinizdən asimanlar yarılsın, yer parçalansın, dağlar uçsun. Sizin iyrənc işləriniz, rüsvayçı, yaramaz hərəkətləriniz yeri-göyü bürümüşdür. Göydən qan yağmasına təəccüb edirsinizmi? Amma bilin ki, axirət əzabınız ən şiddətli tərzdə, xaredici və rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabı heç də yüngülləşməyəcək. Çünki O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah günahkarların intizarındadır.(İsbatül-vəsiyyət, (Məsudi) səh 113.)
    Həzrət Zeynəb (əleyha-salam) əli ilə işarə etdikdə onlar yenidən sakit oldular. Onlar səslərini elə kəsdilər ki, sanki, nəfəslər sinələrdə həbs edilmişdi. Çoxları belə bir kütləni sakitləşdirməyə, səs-küyü yatırtmağa qadir deyildi, lakin Zeynəbin peyğəmbərcəsinə olan ilahi heybəti, onların dillərini qurutmuşdu. Sonra Həzrət Əlinin qızı özünün ildırım kimi gurultulu xütbəsini xatircəmliklə, sonsuz şücaət və vüqarla axıra yetirdi.
    Həzrət Zeynəb (əleyha-salam) o böyük izdihamın içərisində, daha doğrusu, düşmən nizələrinin arasında Bəni Üməyyənin yaramaz əməllərini ifşa etməklə, onları əbədi rüsvay edib onlarda azacıq da olsa belə, izzət və şövkət qoymadı. Ravi deyir: Camaat pərişanlıq və peşmançılığın şiddətindən xəcalətli halda başlarını aşağı salıb hönkür-hönkür ağlayırdılar. Nübüvvət sülaləsinin, risalət mədəninin, behişt cavanlarının sərvərinin qətlə yetirilməsi kimi qara ləkəni özlərindən necə siləcəklərini bilmirdilər. Artıq iş-işdən keçmişdi; əbədi ziyankarlıq və ilahi qəzəbi özləri üçün satın almış, dünya rüsvayçılığını üzərlərində götürmüşdülər. Bəli, axirət əzabı daha çətin, daha üzücüdür. Əgər bunu bilsəydilər!
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 848 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024