İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » İmam Cəfər Sadiq əleyhissəlamın həyatı

    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı
    2012-05-06, 2:48 AM
    İMAM CƏFƏR SADİQ ƏLEYHİSSƏLAMIN HƏYATI
    İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi
    Siyasi ictimai və mədəni vəziyyət
    Böyük Cəfəri məktəbi
    İmam Sadiq (əleyhissəlam) məktəbinin şagirdlərindən bir nümunə
    Nə üçün İmam Sadiq (əleyhissəlam) Abbasilər qiyamının başçılarının təklifini qəbul etmədi?
    Zeyd ibn Əli əleyhissəlamın qiyamı
    İmam Sadiq əleyhissəlamın həyatı barədə qısa məlumat
    Altıncı İmamın adı Cəfər künyəsi Əbu-Abdullah ləqəbi Sadiq atası İmam Baqir (əleyhissəlam) anası isə Ümmü-Fərvə olmuşdur.
    İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.
    İmam Sadiq əleyhissəlamın müasiri olmuş xəlifələr
    İmam Sadiq (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində İmamətə yetişmişdir. O Həzrətin İmamət dövrü hicrətin yüz otuz ikinci ilində başa çatmış və bu dövr Əməvilər hakimiyyətinin sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir.
    İmam Sadiq (əleyhissəlam) adları aşağıda çəkilən Əməvi xəlifələrini müasiri olmuşdur:
    Hişam ibn Əbdülməlik (105-125 h.q);
    Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);
    Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);
    İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);
    Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q);
    Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur:
    Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);
    Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);
    İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi
    İmam Sadiq əleyhissəlamın elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ həm şiə həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür onun elm sahəsində üstün olduğunu tərifləyirlər.
    Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: "Mən Cəfər ibn Məhəmməd əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.”(Təzkirətül-hüffaz, c.1, səh.166.) O həmçinin, deyirdi: "Mənsur (Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi: "Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur onu məhkum etmək üçün bir sıra çətin məsələləri nəzərində tut.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki Cəfər ibn Məhəmməd (əleyhissəlam) (İmam Sadiq) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki heç Mənsuru görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona (İmam Sadiq əleyhissəlama) tutub dedi: "Bu Əbu-Hənifədir.” O cavab verdi ki tanıyıram. Sonra Mənsur üzünü mənə tutub dedi: "Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq (əleyhissəlam)) ilə müzakirəyə qoy.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni soruşurdumsa, dərhal cavab verirdi ki sizin bu məsələ barədə əqidəniz filan Mədinə əhalisinin əqidəsi filan bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur bəzilərində Mədinə əhalisi ilə bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiq əleyhissəlama işarə edərək dedi: "O insanların ən alimi onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah adamdır.”(Biharül-ənvar, c.47, səh.217.)
    Maliki məzhəbinin banisi Malik deyirdi: "Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı ya oruc tuturdu ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim.(Təhzibüt-təhzib, c.1, səh.88.) Elm ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş nə bir qulaq eşitmiş nə də heç kimin fikrinə belə gəlməmişdir.”(Əl-İmamüs-Sadiq vəl məzahibül-ərbəəh, c.1, səh.53)
    Şeyx Müfid yazır: "O Həzrətdən o qədər elm söylənilib ki artıq bütün müsəlmanların yanında məşhur olmuş onun səs-sədası hər tərəfə yayılmış onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir.”(Əl-İrşad, səh.270.)
    İbn Həcər Heytəmi yazır: "O Həzrətdən o qədər elm söylənilmişdir ki artıq bütün müsəlmanların yanında məşhur olmuş onun səs-sədası hər tərəfə yayılmış və fiqh və hədis aləminin böyük rəhbərlərindən olan Yəhya ibn Səid İbn Cərih Malik Süfyan Suri Süfyan ibn Üyeynə Əbu-Hənifə Şübə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.(Əs-Səvaiqül-mühriqə, səh.201.)
    Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: "Cəfər ibn Məhəmməd (əleyhissəlam) elə bir şəxsdir ki onun elmi bütün dünyanı əhatə etmiş deyilənlərə görə Əbu-Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”(Əl-İmamüs-Sadiq vəl-məzahibül-ərbəə, c.1, səh.55.)
    Seyyid Əmir Əli Bəni Üməyyənin hakimiyyəti dövründə mövcud olmuş məzhəbi firqələr və fəlsəfi məktəblərə işarə edərək yazır: "Dini rəy və fitvalar yalnız Əhli-beyt adamlarının yanında özünə fəlsəfi baxım almışdı. O dövrdə elmin yayılması, bəhs və təhqiqat ruhiyyəsi yaratmış və bütün ictimai yerlərdə fəlsəfi söhbətlər əsas yer tutmuşdu. Böyük fəxrlə qeyd etməliyik ki bu ideoloji hərəkata Mədinədə çiçəklənmiş elm ocağı rəhbərlik edirdi. Bu elm ocağını Əli ibn Əbutalib əleyhissəlamın Sadiq ləqəbli nəvəsi təsis etmişdi. O fəal təhqiqatçı böyük mütəfəkkir və dövrün elmlərinə yaxşı bələd olan bir şəxs idi. O İslamda əsl fəlsəfə üsullu məktəb təsis edən ilk şəxsiyyət olmuşdur. Onun elmi məclislərində sonralardan fiqhi məzhəb baniləri olmuş adamlardan əlavə, uzaq yerdən gəlmiş filosof və fəlsəfə elminin tələbələri də, onun dərslərində iştirak edirdilər. Bəsrə fəlsəfə məktəbinin banisi Həsən Bəsri və Mötəzilə məzhəbinin banisi Vasil ibn Əta da, o Həzrətin şagirdlərindən olmuş onun elm mənbəyindən bəhrələnmişlər.»(Müxtəsəri-tarixil ərəb, səh.193.)
    Məşhur tarixçi ibn Xəllikan yazır: "O on iki İmamlı şiələrin İmamlarından biri Peyğəmbər ailəsinin böyük şəxsiyyətlərindən biri olmuşdur. Düzgünlüyünə və doğru danışdığına görə onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir İmam Sadiq əleyhissəlamın təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.(Vəfəyatül-ə’yan, c.1, səh.327.)
    İmam Sadiq əleyhissəlamın dövründəki siyasi ictimai və mədəni vəziyyət
    İmamlar arasında İmam Sadiq əleyhissəlamın dövrü özünəməxsus yer tutmuş və o dövrdəki siyasi-mədəni vəziyyət heç hansı bir İmamın dövründə olmamışdır. Çünki həmin dövr Bəni-Üməyyə hakimiyyətinin zəiflədiyi Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki dəstə bu müddətdə bir-biri ilə mübarizədə olmuşdur. Hişam ibn Əbdülməlikin dövründən etibarən Abbasilərin siyasi təbliğatı başlamış hicrətin yüz iyirmi doqquzuncu ilində bu təbliğat artıq silahlı və nizamlı mübarizəyə çevrilmiş nəhayət yüz otuz ikinci ildə Abbasilərin qələbəsi ilə nəticələnmişdir. Bu dövrdə Bəni-Üməyyə siyasi çətinliklər içərisində olduğundan daha İmam Sadiq (əleyhissəlam) və şiələrə (İmam Səccad əleyhissəlamın dövründə olduğu kimi) təzyiq göstərməyə fürsət tapmırdı. Abbasilər də hakimiyyətə gəlməzdən qabaq Peyğəmbər ailəsinin tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri üçün onlar tərəfdən bir çətinlik törənmirdi. Bu cəhətdən də, bu dövr İmam Sadiq əleyhissəlamın və şiələrin nisbi rahatlıq və azadlıq dövrü onların elmi-mədəni fəaliyyətləri üçün çox yaxşı fürsət hesab olunurdu.
    Xüsusi mədəni şərait
    Fikir və mədəniyyət cəhətdən də, İmam Sadiq əleyhissəlamın dövrü mədəniyyət və fikir yüksəlişi dövrü olmuşdur. O dövrdə İslam cəmiyyəti içərisində misli görünməmiş dərəcədə elmə həvəs yaranmış və müxtəlif elmlər istər Quran qiraəti təfsir hədis fiqh və əqaid kimi İslami elmlər istərsə də tibb fəlsəfə astronomiya riyaziyyat və bu kimi digər dünyəvi elmlər meydana gəlmişdi. Belə ki azca düşüncə tərzi olan hər bir şəxs elm bazarına müraciət edirdi. Deməli İmamın cavab verməsinin labüd olduğu bir elm teşnəliyi yaranmışdı.
    Bu elmi yüksəlişə səbəb olan amilləri aşağıdakı şəkildə xülasə etmək olar:
    1. İslamda fikir və əqidə azadlığı; Düzdür bu fikir azadlığında Abbasilərin də rolu olmuşdur ancaq bu azadlığın bünövrəsi İslam təlimlərində idi. Yəni əgər Abbasilər bunun qarşısını almaq istəsəydilər yenə bacarmazdılar.
    2. O dövrün mühiti tamamilə bir İslami mühit olmuş və camaat məzhəbi fikirlərin təsir dairəsində olmuşdur. İslam Peyğəmbərinin eləcə də, Quranın elm öyrənmək elm barədə düşünmək haqqındakı alqışları bu elmi yüksəlişin meydana gəlməsində əsas amillərdən biri olmuşdur.
    3. İslamı yenicə qəbul etmiş qəbilələrin əksəriyyəti elm və fikir sabiqəsinə malik olan qəbilələr olmuşlar. Hətta bəzi vaxtlar bu qəbilələr İran Misir və Suriya qəbilələri kimi o dövr mədəniyyətinin mərkəzinin əhalisindən hesab olunurdular. Onlar İslam təlimatına dərindən yiyələnmək üçün təhqiq tədqiqat və nəzər mübadiləsi ilə məşğul olurdular.
    4. Dini güzəşt yaxud qeyri-müsəlmanlarla xüsusən də, kitab əhli ilə dinc-yanaşı qonşuluq. Müsəlmanlar kitab əhli ilə yola gedir və bunu heç də öz dini qayda-qanunlarına zidd bilmirdilər. O dövrdə kitab əhli əsasən, alim və savadlı adamlar olmuşlar. Müsəlmanlar onlarla elmi əlaqələr yaradır bu isə təbii ki bəhs təhqiqat və elmi münazirələrə gətirib çıxarırdı.(Mə’sum İmamların həyatına bir baxış, səh.142-160.)
    Məzhəb və firqələrin bir-biri ilə rəftarı
    İmam Sadiq əleyhissəlamın dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması həm də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin eləcə də yunan alimlərinin əqidə və nəzərləri ilə üzləşməsi nəticəsində müxtəlif növ çətinliklər irəli çıxmışdı. O dövrdə Mötəzilə Cəbriyyə Mürciə Qulat(Əl-İmamüs-Sadiq vəl-məzahibül-ərbəə.) Zənadiqə(Zənadiqə firqəsi Allahı və bütün dinləri inkar edən bir məzhəb olmuşdur.) Müşəbbihə Mütəsəvvifə Mücəssəmə Tənasüxiyyə və bu kimi məzhəblər yaranmış və bunların hər biri öz əqidələrini yaymağa çalışmışlar. Bundan da əlavə, İslami elmlərin hər birində o elmin alimləri arasında fikir müxtəlifliyi yaranırdı. Məsələn, Quran qiraəti təfsir hədis fiqh və əqaid elmlərində qızğın mübahisələr yaranır hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.
    Böyük Cəfəri məktəbi
    İmam Sadiq (əleyhissəlam) yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını həmçinin, ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası İmam Baqir əleyhissəlamın elmi və mədəni inqilabının yolunu davam etdirərək böyük elm ocağı böyük məktəb təsis etdi. O dövrün dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm Məhəmməd ibn Müslim Əban ibn Təğlib Hişam ibn Salim Mömin Taq Müfəzzəl ibn Ömər Cabir ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi.(Əl-İrşad, səh.271.) Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi əsərlər yazmış çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki Hişam ibn Həkəm otuz bir cild(Elamül-Vəra, səh.284.) Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində istər dəqiq elmlər istər təbiət elmləri istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq(Əl-fihrist, səh.512-517.) kitab yazmış məhz buna görə də, "kimyanın atası” ləqəbini almışdır. Cabirin kitabları orta əsrlər dövründə Avropanın müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər.
    Tövhidi Müfəzzəl risaləsi
    Qeyd etdik ki İmam Sadiq (əleyhissəlam) təbii elmlər sahəsində bir sıra elmi bəhslər aparmış bu günkü alimləri heyrətə gətirən üstüörtülü sirləri açmışdır. Bu məsələnin ən aşkar nümunəsi (Cabiri yetişdirməsindən əlavə) Tövhidi Müfəzzəldir. İmam Sadiq (əleyhissəlam) onu dörd gün ərzində imla etmiş Müfəzzəl ibn Ömər Kufi də onu qələmə alaraq nəticədə "Tövhidi Müfəzzəl” adlı kitabı meydana gəlmişdir. Müfəzzəl özü bu kitabın müqəddiməsində deyir: "Bir gün axşamçağı Peyğəmbərin məscidində oturub o Həzrətin əzəməti və Allahın ona əta etdiyi şərəf fəzilət və s. barədə fikirləşirdim. Bu vaxt Zənadiqə firqəsindən olan ibn Əbül-Əvca məscidə daxil olub bir yerdə oturdu. Mən onun söhbətini eşidirdim. Dostlarından biri də gəlib onun yanında oturduqdan sonra bu iki nəfər İslam Peyğəmbəri barədə nə isə danışmağa başladılar. İbn Əbül-Əvca dedi: "Ağlım adında heyran qalmış işlərində çaş-baş qalmış Məhəmmədin (səlləllahu əleyhi və alih) adından əl çək onun gətirdikləri barədə söhbət et.” Sonra onlar Allah-taala barədə söhbət etməyə başladılar. Söhbətlərinin nəticəsi belə oldu ki bu dünyanın heç yaradanı yoxdur hər şey öz-özünə təbiətdə yaranmışdır. Bu həmişə belə olub və belə də olacaq.”
    Müfəzzəl sonra əlavə edib deyir: Bu axmaq və əsassız sözləri Allah rəhmətindən uzaq düşmüş bu şəxsdən eşitdikdə hirsimdən dayana bilməyib dedim: "Ey Allahın düşməni! Kafir olmusan? Səni ən gözəl surətdə yaratmış müxtəlif hallardan çıxarıb nəhayət bu həddə yetirən Allahı inkar edirsən? Əgər özünə nəzər salıb bir az fikirləşsən Allahın nişanələrini elə öz vücudunda müşahidə edərsən. Görərsən ki Onun elm və hikmət nişanələri sənin öz vücudunda cəmlənmişdir.”
    İbn Əbül-Əvca dedi: "Ay kişi əgər sən mütəkəllimlərdənsənsə (əqaid elmindən xəbərdar olub bəhs və münazirədə mahirsənsə) səninlə onların dilində danışım əgər bizi məğlub etsən sənə tabe olacağıq. Yox əgər onlardan deyilsənsə səninlə söhbət etməyin faydası yoxdur. Əgər Cəfər ibn Məhəmməd Sadiq əleyhissəlamın dostlarındansansa heç onun özü bizimlə bu cür söhbət etmir. O bizim bu sözlərimizi səndən də çox eşidib ancaq bizi acılamayıb və bizimlə söhbətdə ədəb-ərkanı qoruyub saxlayıb. O səbirli təmkinli və ağıllı adamdır heç vaxt qəzəb onu üstələyə bilmir. Bizim sözlərimizi dinləyir ürəyimizdə nə varsa deyirik elə bilirik ki ona qalib gəlmişik o isə çox az söhbətlə hüccəti bizə tamamlayır. Belə ki daha ona cavab verə bilmirik. Əgər sən də onun tərəfdarlarındansansa onda ona layiq şəkildə bizimlə söhbət et.”
    Mən qəmli halda məsciddən çıxdım. İslam və müsəlmanların bu cür kafirlərə və onların Allahı inkar etmələri barədəki şəkk-şübhələrinə mübtəla olması barədə fikirləşirdim. Ağam İmam Sadiq əleyhissəlamın hüzuruna gəldim. İmam məni qəmgin və fikirli görüb soruşdu: "Sənə nə olub?” Mən o kafirlərin sözlərini İmam əleyhissəlama dedim. İmam (əleyhissəlam) buyurdu: "Sənin üçün Allahın, dünyanın – heyvanların yırtıcıların həşəratların quşların ümumiyyətlə, hər hansı bir canlının istər insan olsun istər heyvan istərsə də bitki - meyvəli ağaclar meyvəsiz ağaclar yeyilməli bitkilər yeyilməyən bitkilərin - yaradılmasında olan hikmətini açıqlayacağam. Qoy ibrət götürənlər ondan ibrət götürsün və möminlər onunla öz mərifətlərini artırsın kafir və inadkarlar isə ona heyran qalsınlar. Sabah səhər bizə gəl...”
    Bu söhbətdən sonra Müfəzzəl dörd gün ardıcıl olaraq İmam Sadiq əleyhissəlamın hüzuruna getdi. İmam Sadiq (əleyhissəlam) insanın yaranışı yaranışın əvvəli zahiri və batini qüvvələr insanın fitri sifətləri insanın bədən üzvləri müxtəlif növ heyvanların yaranışı və eləcə də, yer-göyün yaranması bəla və təbii fəlakətlərin fəlsəfəsi və bir çox başqa məsələlər barədə söhbət etdi və Müfəzzəl də onları qeydə aldı.(Tövhidi–Müfəzzəl, səh.7-11.)
    İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi
    İmam Sadiq (əleyhissəlam) o dövrün bütün ideoloji və əqidəvi qurumları ilə üzləşmiş İslam və şiəçiliyin mövqeyini onlar üçün aşkar edərək İslam dünya görüşünün onlardan üstün olduğunu sübuta yetirmişdir.
    İmam Sadiq əleyhissəlamın əzəmətli elmindən təkcə şiələr deyil eləcə də sünni məzhəbinin nümayəndələri də faydalanırdılar. Sünni məzhəbinin tanınmış rəhbərləri bilavasitə ya da hər hansı bir vasitə ilə o Həzrətin şagirdləri olmuşlar. Bu rəhbərlərin önündə Əbu Hənifə durur. O iki il İmam Sadiq əleyhissəlamın şagirdi olmuşdur. Əbu Hənifə bu iki ili öz elminin bünövrəsi kimi qeyd edərək deyir: "Əgər o iki il olmasaydı Noman (Əbu Hənifə) həlak olardı.”(Əl-İmamüs-Sadiq vəl-məzahibül-ərbəə, c.1, səh.70.)
    İmam Sadiq əleyhissəlamın şagirdləri Kufə Bəsrə Vasit Hicaz və digər müxtəlif şəhərlərdən həmçinin, Bəni–Əsəd Məxariq Teyy Süleym Qətəfan Əzd Xüzaə Xəsəm Bəni-Zəbbə Qüreyş xüsusilə də, Bəni-Haris ibn Əbdülmüttəlib və Bəni-Həsən qəbilələrindən olmuşlar.(Əl-imamüs-Sadiq vəl-məzahibül ərbəə, c.1, səh.38.)
    İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi haqqında bu yetər ki İmam Riza əleyhissəlamın şagirdlərindən olan (və neçə il İmam Sadiq əleyhissəlamdan sonra yaşayan) böyük hədisçilərdən biri olmuş Həsən ibn Əli ibn Ziyad Vəşşa deyir: "Kufə məscidində hamısı Cəfər ibn Məhəmməd əleyhissəlamdan hədis söyləyən doqquz yüz hədis müəllimi gördüm.”(Ricalü-Kəşşi, səh.39-40.)
    İbn Həcər Əsqəlaninin dediyinə görə Şübə Süfyani Suri Süfyan ibn Üyeynə Malik İbn Cərih Əbu Hənifə Musa ibn Əbu Hənifə Vəhib ibn Xalid Qəttan Əbu Asim və bu kimi bir çox digər fəqih və hədisçilər İmam Sadiq əleyhissəlamdan hədis söyləmişlər.(Təhzibüt-təhzib, c.1, səh.88.) Şafei yazır: "Onun (İmam Sadiq əleyhissəlamın) tövhid və digər sahələrdə qiymətli kəlamları var. Onun şagirdi olmuş Cabir ibn Həyyan beş yüz risalədən ibarət olan min vərəqli bir kitab yazmışdır.”(Mir’atül-cinan, c.2, səh.304.)
    İmam Sadiq (əleyhissəlam) öz şagirdlərinin hər birini onun istedadına uyğun olan sahədə yetişdirir nəticədə şagirdlərinin hər biri hədis təfsir əqaid və bu kimi elmlərin biri və ya ikisində mütəxəssisə çevrilirdi. Bəzi vaxtlar İmam Sadiq (əleyhissəlam) onunla elmi bəhs və münazirə etmək istəyən şəxslərə bildirirdi ki onun həmin sahədə mütəxəssis olmuş tələbəsi ilə bəhs etsin. Hişam ibn Salim deyir: "Bir gün İmam Sadiq əleyhissəlamın bir neçə dostu ilə birlikdə o Həzrətin yanında oturmuşduq. Bu vaxt Şam şəhərindən olan bir kişi icazə istəyib məclisə daxil oldu. İmam ona əyləşmək üçün yer göstərdi. Sonra ondan soruşdu: "Nə istəyirsən?” Şam şəhərindən olan kişi dedi: "Eşitmişəm ki siz camaatın bütün suallarına cavab verib çətinliklərini həll edirsiniz mən də gəlmişəm sizinlə elmi bəhs edəm.” İmam Sadiq (əleyhissəlam) buyurdu: "Hansı mövzuda bəhs etmək istəyirsən?” Şam şəhərindən olan kişi dedi: "Quranın qiraəti barədə.” İmam Sadiq (əleyhissəlam) üzünü Həmrana tutub buyurdu: "Həmran bu kişinin cavabı sənin öhdənədir.” Şamdan olan kişi dedi: "Mən Həmranla yox məhz Sizinlə bəhs etmək istəyirəm.” İmam Sadiq (əleyhissəlam) buyurdu: "Əgər Həmranı məğlub etsən elə bil ki məni məğlub etmisən.” Şam şəhərindən olan kişi çarəsiz qalıb Həmranla bəhsə başladı. Nə dedisə Həmrandan qəti və qaneedici cavab eşitdi. Belə ki nəhayət yorulduğu üçün bəhsi davat etdirməkdən əl çəkdi.
    İmam Sadiq (əleyhissəlam) buyurdu: "Həmranın səviyyəsi necədir?”
    Şamlı kişi: "Doğrusu Həmran çox mahirdir nə soruşdumsa layiqincə cavab verdi. İndi istəyirəm sizinlə lüğət və ərəb ədəbiyyatı barədə bəhs edəm.”
    İmam Sadiq (əleyhissəlam) üzünü Əban ibn Təğlibə tutub buyurdu: "Onunla bəhs et!”
    Əban ibn Təğlib onun bütün suallarına cavab verib onu susdurdu.
    Şam şəhərindən olan kişi dedi: "İstəyirəm fiqh (şəriət elmi) sahəsində sizinlə bəhs edəm.”
    İmam Sadiq (əleyhissəlam) Zürarəyə buyurdu: "Onunla bəhs et!”
    Zürarə onunla bəhs edib qısa bir zamanda onu məğlub etdi.
    Şamdan olan kişi dedi: "İstəyirəm əqaid barəsində sizinlə bəhs edəm.”
    İmam Sadiq (əleyhissəlam) Mömin ibn Tağa buyurdu ki onunla bəhs etsin. Çox çəkmədi ki Mömin ibn Taq da onu məğlub etdi.
    Daha sonra Şam şəhərindən olan kişi insanın xeyir və ya şər işi tərk edə bilməsi yaxud bilməməsi tövhid və İmamət barədə bəhs etmək istədikdə İmam Sadiq (əleyhissəlam) ardıcıl olaraq Həmzeyi-Təyyar Hişam ibn Salim və Hişam ibn Həkəmə buyurdu ki onunla bəhs etsinlər. Bu üç nəfərin üçü də Şam şəhərindən olan kişini qəti və əsaslı sübutlarla məğlub etdilər.
    Bu həyəcanlı hadisəni müşahidə etməklə sevincdən İmam Sadiq əleyhissəlamın dodaqlarına şirin bir təbəssüm qonmuşdu.(İxtiyari-mə’rifətir-rical, səh.275-278.)
    İmam Sadiq əleyhissəlamın münazirələri
    Bundan öncə qeyd etdik ki İmam Sadiq əleyhissəlamın yaşadığı dövr fikir və düşüncə mübarizəsi müxtəlif məzhəb və firqələrin meydana gəldiyi dövr olmuşdur. İslam maarif və mədəniyyətinin yunan alim və filosofların fikir və rəyləri ilə mübarizəsi nəticəsində bir sıra şübhələr meydana çıxmışdı. Buna görə də, İmam Sadiq (əleyhissəlam) İslam və şiə əsaslarını tanıtdırmaq məqsədi ilə bu məzhəblərin başçı və tərəfdarları ilə çoxsaylı və həyəcanlı münazirələr edirdi. Bu münazirələrlə o bu məzhəblərin əqidəsinin puç İslam əqidəsinin isə üstün olduğunu kəskin və məntiqli sübutlarla isbat edirdi.
    İmam Sadiq əleyhissəlamın müxtəlif münazirələri arasından nümunə üçün o Həzrətin Hənəfi məzhəbinin banisi Əbu Hənifə ilə münazirəsini hörmətli oxucuların nəzərinə çatdırırıq.
    Bir gün Əbu Hənifə İmam Sadiq (əleyhissəlam) ilə görüşmək məqsədilə onun evinə gəlib görüş üçün icazə istədi. İmam Sadiq (əleyhissəlam) icazə vermədi.
    Əbu Hənifə deyir: Bir qədər qapının ağzında gözlədim. Bu vaxt bir neçə kufəli şəxs gəlib İmam əleyhissəlamla görüşmək üçün icazə istədi. İmam onlara icazə verdi. Mən də onlarla birlikdə içəri girdim. Onun hüzuruna yetişdikdə dedim: "Yaxşı olar ki siz Kufəyə bir nümayəndə göndərib oranın əhalisini Peyğəmbərin səhabələrinə nalayiq sözlər deməkdən çəkindirəsiniz. Orada on min nəfərdən çox adam Peyğəmbərin dostları üçün nalayiq sözlər deyir.” İmam Sadiq (əleyhissəlam) buyurdu: "Camaat mən deyəni qəbul etmir.”
    Əbu Hənifə: "Siz Allah Peyğəmbərinin nəvəsi olduğunuz bir halda necə ola bilər camaat sizin sözünüzü qəbul etməsin?!”
    İmam Sadiq (əleyhissəlam): "Mənim sözümə qulaq asmayanlardan biri də, elə sən özünsən. Məgər mənim icazəm olmadan evə daxil olmamısan mənim icazəm olmadan oturmamısan və mən icazə verməmiş sözə başlamamısan?”
    Sonra əlavə edib buyurdu: "Eşitdiyimə görə sən müqayisə əsasında hökm verirsən!”
    — Bəli!
    — Vay olsun sənə! Müqayisə əsasında hökm verən ilk şəxs (məxluq) Şeytan olmuşdur. Allah ona "Adəmə səcdə et” - deyə buyurduqda o cavab verdi ki: "Mən səcdə etmirəm çünki mən ondan daha yaxşıyam. Sən məni oddan onu isə palçıqdan yaratdın.”
    (Sonra İmam Sadiq (əleyhissəlam) şəriətdə müqayisənin batil olduğunu isbat etmək üçün bununla zidd olan bir neçə şəriət hökmü qeyd edərək buyurdu:)
    — Səncə bir nəfəri nahaqdan öldürməyin günahı ağırdır yoxsa zinanın?
    — Bir nəfəri nahaqdan öldürməyin.
    — (Əgər müqayisə olunan hökmə əməl etmək olarsa) bəs nə üçün qətl hadisəsini isbat etmək üçün iki zinanı isbat etmək üçün isə dörd şahid lazımdır? İslamın bu qanunu müqayisə ilə uyğun gəlirmi?
    — Xeyr!
    — Sidik daha çox murdardır yoxsa məni?
    — Sidik.
    — Bəs nəyə görə birincidə (sidikdə) Allah-taala insanlara dəstəmaz almağı ikincidə (mənidə) isə qüsl almağı əmr edir? Bu hökm müqayisə ilə uyğundur?
    — Xeyr!
    — Namaz daha çox əhəmiyyətlidir yoxsa oruc?
    — Namaz.
    — Bəs nəyə görə heyz (aybaşı) halı görmüş qadına namazın qəzası vacib deyil ancaq orucun qəzası vacibdir? Bu hökm müqayisə ilə uyğun gəlir?
    — Xeyr!
    — Qadın daha çox zəifdir yoxsa kişi?
    — Qadın.
    — Bəs nə üçün kişinin irs payı qadının irs payının iki bərabəri qədərdir? (Əgər qadın zəifdirsə onda qoy o daha çox irs aparsın.) Bu hökm müqayisə ilə uyğun gəlirmi?
    — Xeyr!
    — Nə üçün on dirhəm oğurlamış şəxs barədə Allah onun əlinin kəsilməsini ancaq bir nəfər digər birisinin əlini kəsərsə beş yüz dirhəm diyə verməsini əmr etmişdir? Bu hökm müqayisə ilə uyğun gəlirmi?
    — Xeyr!
    — Eşitmişəm ki sən "Sonra da həmin gün Qiyamət günü Allahın dünyada sizə əta etdiyi nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız” ("Təkasur” surəsi, ayə 8.) ayəsini belə təfsir edirsən: "Allah insanları yay fəslində yedikləri dadlı yeməklər və içdikləri sərin sular barədə sorğu-suala çəkəcək.”
    — Düzdür mən bu ayəni bu cür təfsir etmişəm.
    — Əgər bir nəfər səni evinə qonaq aparıb qarşına dadlı yemək və sərin su qoysa sonra bu işinə görə sənə minnət qoyarsa bu adam barəsində necə fikirləşərsən?
    — Deyərəm ki xəsis adamdır.
    — Allah xəsisdirmi? (Yəni bizə bəxş etdiyi yeməklər barədə bizi sorğu-suala çəkər?)
    Əbu Hənifə: "Bəs, Quranın "insanlar onlar barədə sorğu-sual olunacaqlar” dediyi nemətlərdən məqsəd nədir?”
    İmam Sadiq (əleyhissəlam): "Ondan məqsəd biz Əhli-beyt əleyhissəlamın dostluğudur.”(Biharül-ənvar, c.10, səh.22.)
    Əhkamın şiəliyə xas olan şəkildə bəyan olunması
    İmam Sadiq (əleyhissəlam) vasitəsilə böyük elm və fiqh ocağının təsis edilməsi mövzusunda o Həzrətin həyatını araşdıranların əksəriyyəti üçün məlum olmayan cəhət bu işin siyasi və əks mövqe daşımasıdır. Bu hərəkətin siyasi cəhətlərinin aşkar olunması üçün ilk növbədə aşağıdakı məsələyə diqqət yetirməliyik.
    İslamda xilafət sistemi digər ölkələrin hakimiyyət sistemi ilə ona görə fərqlənir ki bu təkcə siyasi təşkilat yox eyni zamanda siyasi-məzhəbi bir təşkilatdır. İslami rəhbərə xəlifə adının ünvanlanması onu göstərir ki o siyasi rəhbərdən əlavə ilk növbədə Peyğəmbər canişinidir Peyğəmbər isə din gətirmiş və əxlaq öyrədən bir şəxs olmuşdur. Deməli İslamda xəlifə olmaq bu deməkdir ki o siyasi aləmdə vəzifə daşıması ilə yanaşı camaatın dini məzhəbi işlərini də öhdəsinə götürmüşdür. Tam qəbul edilmiş bu məsələ ona gətirib çıxartdı ki ilk İslami xəlifələrdən sonra hakimiyyətə gələn dini məlumatı az olan bəzən də dini məlumatı sıfır səviyyəsində olan xəlifələr bu qərara gəldilər ki bu çatışmazlığı onlara tabe olan din alimlərinin köməyi ilə aradan qaldırsınlar və yaltaq hədisçi təfsirçi və fəqihləri öz saraylarına cəlb etməklə hakimiyyət sistemini yenə də din və siyasət əsasında qursunlar. Bu cür şəxsləri saraya cəlb etməkdə xəlifələr üçün başqa bir məqsəd də ondan ibarət idi ki onlar zalım və ədalətsiz xəlifələrin istəyinə əsasən, şəriət hökmələrini günün məsləhəti bəhanəsi ilə asanlıqla dəyişib xəlifələrin tamahı əsasında (avam camaat üçün fərq qoyulması məlum olmayan) hökmləri istənilən şəkildə ələ gətirsinlər.
    Ötən əsrlərin yazıçı və tarixçiləri insanı dəhşətə gətirən bir sıra qondarma olan yalan hədis və şəxsi fikir əsasında verilmiş təfsir nümunələrini qeyd etmişlər ki onlarda siyasi qüvvələrin təsiri açıq-aşkar hiss edilir. Eynilə bu iş Quranın təfsiri barədə də icra olunurdu. Quranın, təfsirçinin öz şəxsi fikrinə əsasən təfsir olunması, Allahın hökmünü camaatın gözündə dəyişib onu öz istədiyi kimi (təbii ki təfsirçinin istədiyi xəlifənin istəyi ilə uyğun gəlirdi) qələmə verə bilməsi bu cür işlərdən biri idi. Bu səbəbə görə, elə İslamın lap ilkin çağlarından fiqh (şəriət elmi) hədis və təfsir iki hissəyə bölünür. Birinci dəstə qəsbkar hökumət orqanlarına tabe olan dəstə olmuş və əksər hallarda həqiqəti hökumətin məsləhətinə qurban verərək dünya malına çatmaq üçün Allahın hökmünü təhrif etmişdir. İkinci dəstə isə doğru və düzgün İlahi hökmlərə heç bir məsləhəti üstün tutmayan əsl İslami dəstə olmuşdur. Təbii ki onlar hər an hakimiyyət və onun yaltaq fəqihləri ilə baş-başa gəlmiş və bu səbəbdən də çox vaxtlar qeyri-rəsmi şəkildə fəaliyyətdə olmuşlar.
    İmam Sadiq (əleyhissəlam) məktəbinin hökumətə qarşı olan etirazının məfhumu
    Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq asanlıqla başa düşərik ki Cəfəri fiqhi İmam Sadiq əleyhissəlamın dövründəki rəsmi fəqihlərə qarşı təkcə sadə bir dini ixtilaf olmamış eyni zamanda hökumətə qarşı iki məzmunu da özündə ehtiva etmişdir. Onların birincisi və eləcə də, ən əsası hökumət orqanlarının lazımi dini məlumatlardan xəbərsiz olmasını və camaatı ideoloji cəhətdən idarə edə bilmədiklərini isbat etmək olmuşdur. Yəni həqiqətdə onların xilafət kürsüsündə oturmağa layiq olmadıqları sübut olunurdu. İkincisi isə hökumətə bağlı olan fəqihlərin fiqhi məsələləri bəyan etmək və onların, hakim dairələrin istəklərini nəzərə alaraq qeyri-İslami məsləhətləri əsasında qurduqları şəriətdə dinin təhrif olunmasını sübuta yetirmək idi. İmam Sadiq (əleyhissəlam) elm ocağını genişləndirib fiqh İslam maarifi Quran təfsirini hökumətə bağlı olan alimlərin dediyindən fərqli bəyan etməsi əməli olaraq hökumətə qarşı atılmış bir addım idi. O Həzrət hamısı bir növ hökumətin əsas hissəsi sayılan rəsmi fiqh və məzhəbi təşkilatların səhvlərini üzə çıxarıb hökumət orqanının şəriətdən kənar olduğunu isbat edirdi.
    İmam Sadiq əleyhissəlamın səhabələrinə buyurduğu təlim və müzakirələrində xəlifələrin dini elmlərdən xəbərsiz olduqları məsələsi İslam nöqteyi-nəzərindən onların xəlifəliyə səlahiyyətləri olmadığı açıq-aşkar müşahidə olunur. Yəni İmam Sadiq (əleyhissəlam) öz fiqh və Quran dərslərinin ehtiva etdiyi hökumətlə qarşıdurma məsələsini səhabələri arasında açıq-aşkar müzakirəyə qoyurdu. İmam Sadiq əleyhissəlamdan olan hədisdə oxuyuruq: "Biz o kəslərik ki Allah-taala bizə itaət etməyi camaata vacib buyurmuşdur. Halbuki camaat elə bir şəxsə itaət edir ki sabah onun cahilliyi ucbatından Allah dərgahında üzürlü sayılmayacaqlar.” ("Üsuli Kafi”, c. 1, səh. 186.) Bu o deməkdir ki camaat rəhbər və xəlifələrinin cahilliyi nəticəsində səhvə düçar olub Allah yolundan başqa yola getdiklərinə görə üzürlü sayılıb deyə bilməzlər ki biz öz seçimimizə görə səhv etməmişik. Bizi bu yola sürükləyən bizim cahil rəhbərlərimiz olmuşdur. Bu üzr əsla qəbul olunmayacaq, çünki bu cür rəhbərlərdən itaət etməyin özü səhv bir iş olub sonrakı səhvlərə bəhanə ola bilməz.(Doğru rəhbər, səh.87-91.)
    İmam Sadiq (əleyhissəlam) məktəbinin şagirdlərindən bir nümunə
    Qeyd etdik ki İmam Sadiq əleyhissəlamın məktəbində yetişmiş tələbələrin sayı dörd minə çatırdı. Burada onların bir neçəsi barədə məlumat vermək yaxşı olardı ancaq qısa olsun deyə təkcə onlardan biri haqqında məlumat verəcəyik. O da Hişam ibn Həkəmdir.
    Hişam ibn Həkəmin elmi əzəməti
    Hişam görkəmli alim böyük əqaidçi şirin və gözəl nitq sahibi və elmi mübahisədə çox mahir bir şəxsiyyət idi. O İmam Sadiq (əleyhissəlam) və İmam Kazim əleyhissəlamın məktəbinin ən görkəmli şagirdlərindən biri hesab olunurdu.
    Hişam ibn Həkəm şiələrin hər tərəfdən müxtəlif məzhəblər və siyasi qüdrətlərin təzyiqlərinə məruz qaldığı bir dövrdə şiə dünyasına çox böyük xidmətlər göstərmiş xüsusən şiə məzhəbinin əsas əqidə dayaqlarından biri olan İmamət mövzusunu layiqincə müdafiə etmiş onun cəmiyyəti islah edə biləcək mənasını gözəl şəkildə bəyan etmişdir. Düzdür Hişamın əqidə dayaqları və elmi şəxsiyyəti İmam Sadiq əleyhissəlamın məktəbində möhkəmlənmiş və bu məktəbdə onun İslami və fikri təkamülü öz inkişafını davam etdirmişdir. Ancaq hicrətin yüz qırx səkkizinci ilindən sonra yəni İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra Hişamın böyük şəxsiyyətliyi İmam Kazım əleyhissəlamın tövsiyələri ilə təkamülə çatmış və bu sahədə son həddə qədər irəliləmişdir.
    Hişam həqiqət axtarışında
    Hişamın həyat tarixinə nəzər yetirdikdə, məlum olur ki o elm və həqiqət vurğunu olmuş bu məqsədinə çatmaq və elm mənbəyindən sirab olmaq üçün əvvəl öz dövrünün elmlərini öyrənmiş sonra isə elmini təkmilləşdirmək üçün yunan filosoflarının kitablarını oxuyub fəlsəfəni çox yaxşı mənimsəmişdi. Hətta o, axırda Aristotelin fəlsəfəsinin inkarına dair bir kitab yazmışdı. Daha sonra öz elmi-fikri təkamülünün tələbinə əsasən, müxtəlif məktəblərdə olmuş ancaq heç hansı bir məktəbin fəlsəfəsi onu qane etməmişdi. Onun elm teşnəliyini yalnız İslamın möhkəm məntiqəuyğun və aşkar təlimatı söndürə bilmişdir. Buna görə də, müxtəlif məktəblərlə tanış olduqdan sonra onlardan uzaqlaşmış və əmisi vasitəsilə İmam Sadiq əleyhissəlamla tanış olmuşdur. Həmin tarixdən etibarən onun həyat tərzi İslamla olan dərin tanışlığı və şiə məntiqini qəbul etməsi sayəsində tamamilə dəyişilmişdir.
    Bəziləri demişlər: "Hişam ibn Həkəm əvvəllər bir müddət (Zənadiqə məzhəbindən olub tam materializm əqidəsində olan) Əbu Şakir Disaninin şagirdi olmuş sonra isə cəbriyyə məzhəbinə keçərək bu əqidəyə mənsub Cəhm ibn Səfanın tərəfdarlarından biri olmuşdur.”
    Bu fikirdə olan şəxslər bu məsələni Hişamın zəif cəhətlərindən sayıb onu əqidə pozğunluğu ilə ittiham etmişlər. Halbuki əvvəla o nəinki Əbu Şakir Disaninin şagirdi olmamışdır hələ onunla bir sıra elmi mübahisələr aparıb onun İslam dininə gəlməsinə səbəb olmuşdur.(Qamusür-rical, c.9, səh.351.) Üstəlik təsəvvür etsək ki bu fərziyyə düzgündür və Hişam yuxarıda qeyd etdiyimiz məzhəblərin əqidələri ilə maraqlanıb bu o demək deyildir ki o həmin məzhəblərin əqidəsini qəbul etmişdir. Onların əqidəsi ilə maraqlanmaq sadəcə olaraq onunla bəhs və elmi müzakirə etmək üçün olmuşdur. İkincisi də, bu dəyişikliklər onun əqli və fikri təkamülünün seyr etmək funksiyasını daşımış həqiqət axtarışında olub haqqı son dərəcə agahlıq nəticəsində tapmaq istəyən şəxs üçün heç də zəif cəhət hesab olunmur. Əksinə bu onun əqidə və fikri təkamülünün son həddi kimi başa düşülməli və buna əsasən, hökm yürüdülməlidir.(Tənqihül-məqal, c.3, səh.301.) Bunu da bilirik ki, Hişam ömrünün sonunadək İslamın və şiə məzhəbinin əsaslarının təbliği sahəsində çalışmış həyat tarixində parlaq səhifələr qoyub getmişdir.
    Fikirlərin mübarizə dövrü
    Öncə qeyd etdiyimiz kimi hicrətin ikinci əsri elm araşdırma fikir mübarizəsi və İslam cəmiyyəti arasında müxtəlif növ məzhəb və firqələrin əmələ gəlməsi dövrü olmuşdur. İslam dininin elə ilk gündən elmin inkişafı yolunda atılmış bir addım olmasına baxmayaraq, hicrətin ikinci əsrində bir tərəfdən müsəlman alimlərinin yunan və biganə fəlsəfələrdən xəbərdar olmaları digər tərəfdən də İslam cəmiyyəti arasında müxtəlif növ məzhəblərin əmələ gəlməsi nəticəsində elmi və məzhəbi söz-söhbətlər müxtəlif sahələrdə aparılan elmi mübahisələr kulminasiya nöqtəsinə çatır və bu sahədə hər biri özünə görə böyük bir şəxsiyyət sayılan alimlər ortaya çıxır. Həmçinin, o dövrə qədər aparılan elmi müzakirələr sabit və tənzimlənmiş şəkildə olmadığından elmi bəhs və müzakirəyə çox ehtiyac duyulurdu.(Zühəl İslam, c.2, səh.54.) Bu səbəblərə görə müxtəlif firqələr arasında gedən elmi çəkişmələr xüsusi əhəmiyyət kəsb etmiş və müxtəlif yerlərdə diqqəti cəlb edən çoxsaylı dəyərli elmi müzakirələr aparılırdı. Həmin müzakirələrin çoxu indi də qaynaqlarda qorunub saxlanır.
    Bu amillərin məcmusu müsəlmanlar arasında məsələlərin təhlilinin anlaşılmasına elmin inkişafına gətirib çıxarmışdı. Belə ki bu mövzu barədə İslam tarixinin qaynaqlarında xüsusi yer ayrılmışdır. Belə bir mühitdə böyüyüb boya-başa çatan Hişam ibn Həkəm yüksək istedad böyük həvəsə malik olduğundan qısa bir vaxtda alimlər arasında özünə yer tapdı və öz əsrinin məşhur alim və ziyalılarından biri oldu.(İmamət aləminin müdafiəçisi, səh.14.)
    İlk tanışlıq
    Hişam öz elmi axtarışlarında hələ ki axtardığını tapmamışdı. Müxtəlif məzhəblərlə tanış olmasına öz dövrünün ən məşhur elmi və məzhəbi şəxsiyyətləri ilə bəhslər etməsinə baxmayaraq, hələ öz istədiyinə nail ola bilməmişdi. Hişamın üzləşmədiyi təkcə bir nəfər qalmışdı. O da şiələrin altıncı İmamı Həzrət Cəfər ibn Məhəmməd (əleyhissəlam) idi.
    Hişam tamamilə düzgün fikirləşmişdi. İmam Sadiq (əleyhissəlam) ilə görüş onun üzünə yeni bir pəncərə açacaqdı. Buna görə də, o şiələrdən və İmam Sadiq əleyhissəlamın tərəfdarlarından olan əmisindən onu İmam Sadiq əleyhissəlamla görüşdürməsini xahiş etdi.
    Hişamın İmam Sadiq (əleyhissəlam) ilə ilk və onun elmi həyat yolunu tamamilə dəyişən görüşü çox şirin və maraqlı olmuşdur.
    Hişamın Ömər ibn Yezid adlı əmisi deyir: "Cəbriyyə məzhəbinə xidmət edən qardaşoğlum Hişam, məzhəbi məsələlərdə elmi mübahisələr etmək üçün onu İmam Sadiq əleyhissəlamla görüşdürməyimi xahiş etdi. Mən ona cavab verdim ki İmam Sadiq əleyhissəlamdan icazə almamış belə bir iş görə bilmərəm. Sonra İmamın hüzuruna gedib Hişamın onunla görüşməsi üçün ondan icazə aldım. Qırağa çıxıb bir neçə addım atdıqdan sonra qardaşoğlumun cəsarət və qorxmazlığını xatırladıb yenidən İmam əleyhissəlamın hüzuruna qayıtdım. Qardaşoğlumun cəsarət və qorxmaz olduğunu ona bildirdim. İmam Sadiq (əleyhissəlam) mənə buyurdu: "Mənim üçün narahatsan?” Tutduğum işdən utanıb səhvimi başa düşdüm. Sonra qardaşım oğlunu İmam əleyhissəlamın hüzuruna gətirdim. İçəri keçib oturduqdan sonra İmam (əleyhissəlam) ona bir sual verdi o cavab verə bilməyib bir qədər möhlət istədi İmam (əleyhissəlam) da ona möhlət verdi. Hişam bir neçə gün həmin məsələnin cavabını tapmaq üçün o qapını, bu qapını döyürdü. Axırda da bir cavab tapa bilmədi. Nəhayət, çarəsiz qalıb yenidən İmam əleyhissəlamın hüzuruna getdi İmam Sadiq (əleyhissəlam) da məsələnin cavabını onun üçün açıqladı.
    İkinci görüşdə İmam Sadiq (əleyhissəlam) cəbriyyə məzhəbinin əsaslarını kökündən sarsıdan bir məsələni ortaya atdı. Hişam bu sualın da cavabında aciz qalıb heyrət və narahatçılıq içərisində məclisi tərk etdi. O bir qədər heyrət içərisində gün keçirtdi. Axırda yenə məndən xahiş etdi ki onu İmam əleyhissəlamla görüşdürüm. Mən yenə İmam əleyhissəlamdan onun görüşməsi üçün icazə istədim. İmam (əleyhissəlam) buyurdu: "Sabah Hiyrənin(Hiyrə şəhər adıdır.)filan yerində məni gözləsin.” İmam əleyhissəlamın xəbərini Hişama çatdırdım. O vaxt çatmazdan qabaq qərar qoyulmuş yerə getdi...”
    Ömər ibn Yezid əlavə edib deyir: "Sonradan Hişamdan soruşdum ki o görüşünüz necə oldu? Dedi: "Mən vaxtından tez qərar qoyulmuş yerə getdim. Bir də gördüm ki İmam Sadiq (əleyhissəlam) bir qatıra minmiş halda təşrif gətirir. Mənə yaxınlaşdı üzünə baxanda onun əzəməti məni elə cəzb etdi ki hər şeyi unudub bir söz də olsun belə deyə bilmədim. O bir qədər mənim sual verib söhbət edəcəyimi gözlədi. Onun vüqarla dolu olan intizarı mənim heyrətimi daha da artırdı. Vəziyyəti belə görən İmam (əleyhissəlam) məni tək qoyub Hiyrənin küçələrindən birinə tərəf üz tutub getdi.”(İxtiyaru mə’rifətir-rical, səh.256.)
    Bu macərada bir neçə maraqlı məsələ var:
    1. Hişam fövqəladə bir elmi mübahisə qüvvəsinə malikdir. Belə ki macəranı danışan (yəni Hişamın əmisi) ondan qorxu hiss edərək onun bu sahədə olan bacarıq və hünərini cəsarət və qorxusuzluq adlandırır. O, hətta (İmam Sadiq əleyhissəlamın böyük İmamət məqamından xəbərsiz olub) onun İmam əleyhissəlamla üzləşəcəyindən nigarançılıq hissi keçirərək bu məsələni İmam əleyhissəlama bildirir.
    2. Hişamın elm və biliyə həddən artıq çox əlaqəsi var və o elm teşnəsidir. Belə ki bu yolda yorğunluq bilmədən ələ düşən fürsətdən istifadə edir və İmam əleyhissəlamın suallarına cavab tapmadıqda yenidən İmam əleyhissəlamla görüşmək istəyir. O, sonuncu görüşdə qərar qoyulmuş yerə İmam əleyhissəlamdan qabaq gəlir. Bunların hamısı onun elmə olan əlaqəsini göstərir.
    3. Diqqəti cəlb edən üçüncü məsələ İmam Sadiq əleyhissəlamın şəxsiyyətinin əzəmətidir. Belə ki Hişam onun qarşısında özünü itirərək bütün bildiklərini unudur və gözlərindən oxunan hörmətlə dolu baxışları ilə özünün o Həzrətin qarşısında kiçikliyinə etiraf edir.
    Bəli o mənəvi görüş öz işini görərək Hişamın həyat tərzini büsbütün dəyişdi. O gündən etibarən Hişam İmam Sadiq əleyhissəlamın məktəbinə qoşularaq keçmiş fikirlərini başından çıxartdı və bu məktəbdə elə parladı ki İmam əleyhissəlamın digər dostlarını da ötüb keçdi.
    Category: İmam Cəfər Sadiq əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 1210 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024