İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » Hücr ibn Ədinin həyatı

    Hücr ibn Ədinin həyatı
    2012-05-12, 9:07 AM
    ÖN SÖZ
    Nümunəvi insanların həyatı gözəl bir rəsm əsəri tək, həyat yolunu və düzgün hərəkət istiqamətini işıqlandırır. Necə yaşamaq və kamala necə çatmaq suallarına cavab almaq üçün ideal axtarmayan kimdir?! Ən mühüm məsələ idealı düzgün seçməkdir. Çalışmalıyıq ki, yanlış ideallara aldanıb, yolumuzu azmayaq!
    Allah-taala Qurani-kərimdə yaxşı insanların, saleh ümmətlərin və kamala çatmış zümrələrin sifətlərini və əməllərini şərh etməklə nümunələr göstərir. Bu sayaq təqdimatlar "Nəhcül-bəlağə”də və hədis kitablarında da tez-tez gözə dəyir. İslamın bəhrəli və parlaq tarixi yetkin və əbədi nümunələrlə zəngindir. Bu nümunələrin hər biri həyatda bizim üçün meyar ola bilər. Bir şərtlə ki, əlimizə çıraq götürüb, tarixin qaranlıq dolanbaclarında bu nümunələri axtaraq.
    Heyif deyilmi ki, bir belə nümunələrimizi tanımayaq və xəzinə ustə oturub, əl açaraq biganələr arasında ideallar axtaraq?! Öz tarix və mədəniyyətimizdə layiqli ideallar ola-ola biganələr arasında ideal axtarmağımız yanlışdır.
    Haqqında danışacağımız şəxs İslam tarixinin görkəmli simalarındandır. Hücr ibn Ədi bir kamal ayəti və fəzilət sənədidir. Onu başqalarından üstün edən Allaha, Onun rəsuluna, Əhli-beytə mərifəti, Peyğəmbər (s) ailəsinə məhəbbəti, iman və övliyalara itaətidir. Bəli, mərifət, məhəbbət və itaət bir-birləri ilə sıx bağlı olan ünsürlərdir. Bu ünsürlər varlıq aləmində saleh əməl üçün bir sərmayədir. İdeallarla tanışlıq mövzusunda silsilə söhbətlərimizdə bu insanın haqqında danışmağımız təsadüfi deyil.
    Hücr ibn Ədi və onun yoldaşları şiəlik tarxinin iftixar yaradan şəhidlərindəndirlər. Onlar sükut və sıxıntı əsrində zülmə qarşı fəryad çəkmiş, öz dövürlərinin zalım hakimləri ilə mübarizəyə qalxmış və nəhayət, pərvanı tək bu eşq atəşində yanmış, əbədi həyata qovuşmuşlar.
    Hücr və onun yoldaşları bütün İslam ümmətinin fəzilətsevər gəncləri üçün iman, cihad, hicrət, fədakarlıq, fəsadla mübarizə, əmr be məruf və nəhy əz münkər, haqqın müdafiəsi və nifaqın ifşası nümunələridirlər.
    Olsun ki, bu insanların həyatı ilə tanışlıq gənclərimizin qəlbində iman nurunu gücləndirsin, onların ruhunu ixlas, mənəviyyat, iman ətri bürüsün.
    Əlinizdəki kitabça doktor Ləbib Beyzunun çox dəyərli bir kitabı əsasında tərtib olunmuşdur. "Hücr ibn Ədi, Məhəmməd əshabının rahibi” kitabının müəllifinə vilayət və Əli (ə) məhəbbəti yolunun şəhidərinə diqqətinə görə təşəkkür edirik. İslam idealları ilə bağlı silsilə söhbətlərimizin bu hissəsində əsasən adı çəkilən mənbəyə istinad edilmişdir. Göstərilən mənbələrin də əksəriyyəti həmin kitabdakı mənbələrdir.
    Kitabçanın əziz gənclərimiz üçün qəlbəyatımlı olması üçün digər kitablarımızdakı qaydalara əməl etməyə çalışmışıq. Ümid edirik ki, bu kamal, fəzilət, dini qeyrət nümunələrini tanımaqla əhli-beyt aşiqləri zümrəsinin gənclərində iman və şücaət ruhu diriləcəkdir.
    Qum, Cəvad Mühəddisi
    1380, aban.
    QISA TANIŞLIQ
    Kufədə məskunlaşmış qəbilələrdən biri Kində qəbiləsi idi. Hücər bu qəbilədən olduğundan ona "Hücər ibn Ədi Kindi” deyirdilər. O, saleh işlərlə məşğul olduğundan onu "Hucərul-xeyr” də çağırırdılar. Hücr İslamdan qabaq dünyaya gəlmişdi. Həzrət Peyğəmbərin (s) həyatının son illərində müsəlman olmuşdu. Buna görə də həzrət peyğəmbərdən cəmi bir neçə il faydalana bilmişdi. Amma Hücr ömrü boyu haqq yolda mübarizə aparmışdı. İkinci Xəlifənin dövründə Qadisiyyə döyüşündə iştirak etmiş və Dəməşqin şimal-şərqində yerləşən mərce-əzra məntəqəsinin fatehi olmuşdur.
    Hücr təqvalı bir abid, zülmlə vuruşan bir mücahid idi. O, əmr be məruf və nəhy əz münkər edər, həzrət Peyğəmbərdən (s) və Əmirəl-möminindən (ə) hədislər danışardı. Peyğəmbərin (s) yaxın səhabələrindən sayılan Hücr namaz və dua aşiqi idi. İbadətə bağlı olduğundan ona "Məhəmməd əshabının rahibi” deyərdilər. O daim dəstəmazlı olardı. Dəstəmaz aldıqdan sonra isə namaz qılardı. Hücr Kufənin həm gözəl çöhrəli, həm də böyük mənəviyyata malik insanlarından idi.
    Əgər onun cahiliyyət dövründə anadan olduğunu qəbul etsək, Məkkənin fəthindən sonra İslama gəldiyini nəzərə alsaq, həmin vaxt bu şəxsin 27 yaşı vardı. Hücr İslamı gec qəbul etmiş olsa da, yaşı bir o qədər də çox deyildi. Amma onun qəlbində dərin bir iman, möhkəm bir əqidə, Allahın dininə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə (ə) güclü bir inam vardı. Hücr bir çox yaşlılardan dahi öncül və mübariz idi.
    Mərhum Seyyid Möhsin Əmininin təbirincə, Hücr şücaətli, çalışqan, abid, duaları qəbul olan, arif, Allaha müti, haqqı danışan, zülmlə barışmaz, şəhadəttələb, Əmirəl-mömininin (ə) havadarı olan bir komandan idi. Onun Həzrət Əli (ə) tərəfindən Cəməl və Süffeyn döyüşlərində qoşun başçısı seçilməsi misilsiz şücaətindən danışır. Bu insan ölər, amma alçaqlığı qəbul etməzdi. O, şəhadəti qəbul etdi, amma Əli (ə) haqqında pis sözlər danışmağa razı olmadı. O, öz oğlunun atasının ölümünü görüb süstələşməməsi, Əli (ə) vilayətindən uzaqlaşmaması üçün onun şəhadətinə hazır oldu.("Əyanuş-şiə, c. 4, səh.541)
    Bu deyilənlər hər bir haqpərəst müsəlman üçün ideallığa layiq olan Hücr ibn Ədinin əxlaqi və ruhi fəzilətlərini kiçik bir hissəsi idi.
    TARIXI HADISƏLƏRDƏ HÜCRLƏ YAN-YANA
    Hücr ibn Ədi həzrət Peyğəmbərin (s) hüzurunda olduqdan və ona iman gətirdikdən sonra daim bu məktəbin genişlənməsi və müdafiəsi yolunda çalışdı. O, həzrətin (s) buyuruqlarını dinləyər və başqalarına da çatdırardı. Hücr İraqda yaşadığından xilafətin mərkəzi olan Mədinədəki hadisələrdən bir qədər uzaq idi. Amma heç vaxt haqq və batilə eyni gözlə baxmazdı.
    Təqvalı və mübariz peyğəmbər səhabəsi Əbuzər Qəffari Rəbəzəyə sürgün olunub orada qərib bir vəziyyətdə şəhadətə çatdıqda Hücr ibn Ədi və Malik Əştər onun yanında olan, cənazəsinə namaz qılanlardan idilər.("Əl-Əsabə”, c. 1, səh. 329)Osmanın xəlifəliyi dövründə Hücr ibn Ədi Kufədə yaşayırdı. Osmanın xoşagəlməz işləri həddini aşırdı və onun səs-sədası hər yerə yayılırdı. Kufənin on iki təqvalı və qüdrətli şəxsi xəlifəyə məktub yazdılar. Xəlifənin xoşagəlməz işlərini tənqid edərək, onu bu işlərdən çəkinməyə çağırdılar. Onlar öz məktublarında doğru yolu xəlifənin nəzərinə çatdırdılar. Hücr ibn Ədi də bu məktub müəlliflərindən biri idi.("Əyanuş-şiə”, c. 4, səh. 585)
    Hucərin siyasi mövqeyi Həzrət Əlini (ə) haqq əqidəsinə tərəfdarlıq idi. O heç vaxt qəsbkar hakimlərlə sazişə getmədi və öz mövqeyini açıqlamaqdan çəkinmədi.
    Hücr həmin dövrün acı xilafət macəralarının şahidi idi. Bu hadisələr onun qəlbini parçalayırdı. Osmanın qətlindən sonra Hücr ibn Ədi yaranmış fürsəti qənimət sayaraq, var qüvvəsi ilə meydana atıldı. O hətta mötəbər bir rəvayətçi sayılırdı. Bu insan yalnız Əlinin (ə) buyuruqlarını nəql edirdi. Hətta Cəməl döyüşü meydanında Əlinin (ə) həqiqi Peyğəmbər (s) canişini olması haqqında oxuyur və onun vücuduna dualar edirdi.
    Həzrət Əlinin (ə) xilafəti dvründə onun hökumətinə qarşı Cəməl fitnəsi tuğyan etdiyi vaxt həzrət Kufəyə nümayəndə göndərərək, onları haqqın müdafiəsinə çağırır. Vilayət aşiqləri həzrətin nümayəndəsinə müsbət cavab verirlər. Onlar bir-bir ayağa qalxaraq, fitnə ilə mübarizədə öz hazırlıqlarını elan edirlər. Hücr ibn Ədi də bir çox başqaları kimi ayağa qalxaraq dedi: "Ey xalq! Əmirəl-mömininin (ə) çağırışına cavab verin. Süvari və ya piyada, hərəkət edin. Tələsin və mən özüm də bu yolda qabaqda gedənlərdən olacağam.”("Kamil”,c. 3, səh. 231)
    Hücrin imamı (ə) himayə edərək öz həqiqi imanını nümayişə qoyduğu məqamlardan biri də Süffeyn döyüşü zamanı yarandı. Onun Süffeyndəki şücaəti haqqında ayrıca danışacağıq.
    SÜFFEYN VƏ NƏHRƏVAN HADISƏLƏRI
    Hücrin öz mövlası Əliyə (ə) möhkəm bağlılığı vardı. Eşq həddində heyranlıq uca həddə itaətlə müşayiət olunurdu.
    Süffeyn döyüşü, Əmirəlmömininin (ə) Müaviyə qoşunu ilə qarşılaşması zamanı Hücr istər meydanda, istər imamın (ə) himayəsində, istərsə də səfərbərlik işində səhabələrin ən çalışanlarından idi. Döyüşlərin təsadüf etdiyi zilhiccə ayında Əli (ə) öz köməkçilərinin mübarizlərini və nüfuzlularını bir qrup döyüşçü ilə düşmənin üzərinə göndərdi. Bu iş bir dəfə Malik Əştərə, digər bir dəfə isə Hücr ibn Ədiyə həvalə olundu. İmam (ə) eyni zamanda öz tərəfdarlarının əxlaq həddini aşmasına diqqət yetirirdi. Həmin döyüşdə Hücr ibn Ədi və Əmru ibn Həmiq Şamlıları lənətləmişdilər. İmam (ə) onlara xəbər göndərdi ki, bir daha bu işi təkrarlamasınlar. Onlar imamın (ə) xidmətinə gəlib dedilər: "Məgər onlar haqsız deyillərmi?” İmam buyurdu: "Bəli, elədir. Amma sizin pis danışmağınızı istəmirəm. Onların çirkin işlərini xatırlatsanız, daha yaxşı olar. Ən yaxşısı isə odur ki, onların hidayətini və müsəlmanlar arasında sülh istəyəsiniz.” Onlar dedilər: "Ey Əmirəl-möminin! Sənin nəsihətini qəbul edirik...”
    Sonra Hücr imam Əliyə (ə) dedi: "Biz döyüş adamıyıq və meydanlarda böyümüşük. Qəbiləmiz də həm çoxdur, həm layiqlidlir, həm də döyüşkəndir. Hamımız sənə mütiyik. Sən parlıyanda parlıyırıq, qurub edəndə qurub edirik. Nə əmr etsən, onu da yerinə yetirərik.” Həzrət buyurdu: "Bütün qəbilə səninlə eyni əqidədədirmi?” Hücr dedi: "Onlardan yalnız yaxşılıq görmüşəm. Hamımız əmrə mütiyik.” Sonra imam onların haqqında yaxşı sözlər dedi və müxtəlif qəbilələrin bayraqlarını bağladı. Kində qəbiləsinin komandani Hücr ibn Ədi təyin olundu.(Vəqətul-Suffəyn”, səh. 104)
    Döyüş zamanı Hücr öz sözlərini sübuta yetirdi. O bir an durmadan vuruşur və həmlə zamanı belə rəcəz oxuyurdu:
    Ya Rəbb, bizlər üçün Əlini (ə) qoru,
    Doğru yolu tapmış əmini qoru.
    Peyğəmbər ümməti qoruduğu tək
    Əli rəhbər olsun bizlərə gərək.
    Süffeyn döyüşündə ilkin savaş səhnələrindən birində Hücr Həzrət Əlinin (ə) qoşununda idi. Onunla eyni adı daşıyan əmisi oğlu isə Müaviyənin qoşunu tərəfindən vuruşurdu. Onlardan biri "Hücre-Xeyr”, digəri isə "Hücre-şər” kimi tanınmışdı.
    Bu iki şəxs savaş meydanına girdi və hər iki tərəfdən onların köməyinə gələnlər oldu. Bu döyüşdə Müaviyənin tərəfdarı olan Hücr öldürüldü. Həzrət Əli (ə) belə bir sonluğa görə Allaha şürk etdi. Hücrin Süfeyn döyüşündəki qəhrəmanlıqları onu daha çox tanıtdırdı və sevdirdi. Süfeyn döyüşünün taleyi hakimlərin mühakiməsinə tapşırıldı. Hiylə və fırıldaq dolu mühakimələr cəmiyyətin rahatlığını əlindən aldı. Müaviyənin Əli (ə) hökumətinə yönəlmiş hiylələri vəziyyəti daha da mürəkkəbləşdirdi. Həzrət Əli (ə) fitnələrin qarşısını almaq üçün yenidən səfərbərlik keçirməyə vadar oldu. Kufə əhli yenidən Şamlılarla döyüşə çağırıldı. Həzrət qəbilə başçılarından kömək üçün qüvvə istədi.
    İmamın çağırışına müsbət cavab verənlərdən biri də Hücr ibn Ədi idi. O, imamın istəyini məktub şəklində qələmə aldı.("Kamil”, c. 3, səh. 340)Bu məqamda yeni bir fitnə qopdu. Bu fitnəni qızışdıranlar isə imamın sadəlövh və düşüncəsiz əsgərlərindən olan Nəhrəvanlı "xaricilər” (xəvaric) idi. Həzrət Nəhrəvan döyüşündə bu aldadılmış düşmənlərlə döyüşdü və onları aradan götürdü. Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə Hücr ibn Ədi qoşunun sağ cinah komandanı təyin olundu.(Həmin mənbə)
    Hücr ibn Ədi haqla batilin bütün savaş səhnələrində fəal iştirak edir, Əli (ə) cəbhəsinin müdafiəsində dayanırdı. Həzrət Peyğəmbərin ardınca gedən, Həzrət Əlinin (ə) məhəbbətini qazanan imanlı və xalis bir müsəlman başqa cür edə də bilməzdi!
    MÜAVIYƏNIN FITNƏLƏRI DÖVRÜNDƏ
    Hücr ibn Ədinin agahlıq və imanı onu azdırıcı fitnələr içində Əlinin (ə) həqiqi xəttində saxlayırdı. O, ömrünün son anınadək həqiqət yolunda büdrəmədi.
    Nəhrəvan döyüşü başa çatdıqdan, xaricilər məğlub olduqdan sonra Müaviyə ardıcıl şəkildə öz əsgərlərini Həzrət Əlinin (ə) hakimiyyəti altında olan məntəqələrə göndərir, qətl-qarətlər törətməklə xalqı hakimiyyətdən narazı salırdı. Həzrət Əli (ə) öz ətrafındakıların, valilərin səhlənkarlığından, süstlüyündən heyrətə gəlmişdi. Bu fitnənin kökünü kəsmək üçün Şam üzərinə qoşun yeritmək fikrində idi. Amma xalqın mövqesizliyi bu planların gerçəkləşməsinə mane oldu. Küfə camaatı imamın döyüş çağırışına müsbət cavab vermədi. Onlar öz yersiz sözləri ilə imamın qəlbini ağrıtdılar. Məhz bu məqamda Hücr ibn Ədi qalxıb dedi: "Ya Əmirəlmöminin (ə), Allah sənə qəmli gün göstərməsin! Sən əmr ver, biz itaət edək. And olsun Allaha, əgər sənin əmrinə itaətdə var-dövlətimiz, canımız, bütün qəbiləmiz fəda olsa, həvəsdən düşməyəcəyik.”("Əl-dərəcatul-rəfiə”, səh. 423) Amma Hücr ibn Ədi kimi müti tərəfdarlar çox az idi.
    Qutqutanı məntəqəsində Zöhhak ibn Qeysin törətdiyi qətl-qarətlərdən sonra imam Kufə xalqını toplayıb, onları düşmənə qarşı mübarizəyə çağırdı. Amma xalq imamın çağırışını çox soyuq qarşıladı. Yenə də Hücr ibn Ədi qalxıb, Allahın haqqı müdafiə etdiyini xatırladaraq, bu işdə öz hazırlığını bildirdi. O, imamdan köməkçilər istəyib, Allahın da yardımçı olacağını yada saldı. İmam (ə) Hücrin bu rəftarı haqqında xoş sözlər dedi və buyurdu: "Allah səni şəhadət feyzindən məhrum etməsin. Mən əminəm ki, sən şəhadəttələb insanlardansan” Həmin vaxt Hücr təcavüzkarlarla iki gün döyüşdü.("Tarixe-Yəqubi”, c. 2, 196)
    Bu hadisə haqqında tarixçi İbn-Əsir belə məlumat verir: Hicri 39-cu ildə Müaviyə Zöhhak ibn Qeysi 3000 döyüşçü ilə birlikdə Əli (ə) tərəfdarlarını qətl-qarət etməyə göndərdi. Onlar Sələbiyyəyə çatanadək Həzrət Əlinin (ə) hərbi düşərgələrindən birini alt-üst etdilər. Bu xəbəri eşidən Həzrət Əli (ə) Hücri 4000 nəfərlə onların üstünə göndərdi. Həzrətin dəstəsi Zöhhakın dəstəsi ilə qanlı savaşa girdi. 19 nəfər Zöhhakın, 2 nəfər isə Hücrin dəstəsindən həlak oldu. Qaranlıq düşən kimi Zöhhaq və onun əsgərləri baş götürüb qaçdılar.( "Kamil”, c. 3, səh. 377)
    Bu pərakəndə fitnələr Müaviyənin aradan götürülməsi fikrini yaradırdısa da, ətrafdakıların süstlüyu düşmənləri cəsarətləndirirdi. Müharibədən yorulmuş xalq düşmənin fitnələrinə vərdiş verir və rəhbərin xəbərdarlıqlarına diqqətsizlik göstərirdi.
    İbn-Mülcəm, Vərdan və Şəbib Əlini (ə) öldürmək qərarlarını Əşəs ibn Qeysə açıqladılar. Peyğəmbər ailəsinin kinli düşmənlərindən olan, bütün fitnələrdə iştirak edən Əşəs ibn Qeys bu üç nəfərlə əl-ələ verdi. Əlinin (ə) vurulması nəzərdə tutulan gecə Hücr ibn Ədi məsciddə yatmışdı. O, Əşəslə İbn-Mülcəm arasındakı söhbəti eşitdi. Əşəs İbn Mülcəmə deyirdi: "Cəld ol, yoxsa sübhün nuru səni rüsvay edər” Bu sözlər Hücrdə şübhə doğurdu. O qarşıda təhlükə olduğunu hiss etdi. Cəld məsciddən çıxıb, Əlinin evinə üz tutdu. O həzrət Əlini bu təhlükədən xəbərdan etmək istəyirdi. Məscidlə Əlinin evinin arasında iki yol vardı. Hücr Əlinin evinə doğru bir yolla hərəkət etdiyi vaxt həzrət (ə) başqa bir yolla məscidə tərəf gəlirdi. Beləcə Hücr Həzrətlə (ə) rastlaşmadı və həmin hadisə baş verdi. Hücr və başqaları məscidə qayıtdıqları vaxt artıq iş işdən keçmişdi. Bəli, Əli (ə) qətlə yetirilmişdi!("İrşad”, səh. 17)
    Bu faciə Hücr ibn Ədini çox sıxdı. Əli (ə) ilə onun arasında çox yaxın bir münasibət vardı. Həzrət (ə) ona şəhadət şərbətini içməsi üçün dua etmişdi. İndi isə imam özü şəhadət yatağına düşmüşdü. Hücr öz rəhbərini itirmək üzrə idi.
    Bir dəfə imam (ə) gələcək haqqında Hücrə buyurdu: "Əgər bir gün səni tutub işgəncə versələr və mənə lənət oxumağını tələb etsələr, nə edəcəksən?” Hücr dedi: "Nə edim ya Əli (ə)? İmam buyurdu: "Əgər səni məcbur etsələr, mənə lənət oxu. Amma məndən üz döndərmə. Çünki mən Allahın dinindəyəm.”(Rical keşi, səh. 94) Hücr hiss edirdi ki, ağasını itirməsi ilə ona vəd olunan gün yaxınlaşır. Artıq haqq yolçuları üçün meydan daralırdı.
    Bu görüş zamanı Həzrət Əli (ə) yataqda idi. Ramazanın iyirminci günü idi. Aşiqlər bir-bir Əlinin (ə) görüşünə gəlirdilər, salam verib, cavab alırdılar. İmam (ə) buyururdu: "Nə qədər ki, məni itirməmisiniz, soruşun. Amma suallarınızı qısa edin, imamınız zərbə almışdır.”
    Oradakılar ağlayır, onun halını nəzərə alaraq, sual vermirdilər. Hücr ibn Ədi ayağa qalxıb öz hislərini bir neçə beyt şerlə bəyan etdi. Həzrət (ə) onun oxuduğu şeri dinləyib buyurdu: "Səni məndən üz döndərməyə məcbur etdikdə nə edəcəksən?” Hücr dedi: "And olsun Allaha, ya Əli! Əgər qılıncla tikə-tikə doğrasalar, odda yandırsalar, bu mənim üçün səndən üz döndərməkdən yaxşıdır!” Həzrət (ə) buyurdu: "Ey Hücr! Allah hər bir yaxşılıqda yardımçın olsun. Allah-taala sənə Peyğəmbər (s) ailəsi tərəfindən yaxşı mükafat versin.”(Biharül-ənvar, c 42, səh. 290)
    İmam Əli (ə) şəhadətə çatdı. Hücr ibn Ədi mövlasına eşqi, bu eşqə vəfalı olacağı barədə əhdi ilə birlikdə zülm içində çabalayan cəmiyyətdə, çətin bir dövranda qaldı. Hücrin qərarı qəti idi: O öz eşqindən, imanından, amallarından əl çəkməyəcək, şəraitin dəyişməsi onu mövqeyindən döndərməyəcəkdi!
    Category: Hücr ibn Ədinin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 2936 | Downloads: 0 | Rating: 4.5/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019