İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » Həzrət Zeynəbin (s.ə.) həyatı

    Həzrət Zeynəbin (s.ə.) həyatı
    2012-06-05, 8:26 AM
    SEYYÜDÜŞ-ŞÜHƏDA MÜSİBƏTİNİN ƏZƏMƏTİ
    Hzərət Zeynəbin taqətsizliyi və huşdan getməsi, onun imam Hüseyn (ə)-a olan sonsuz məhəbbəti və habelə seyyüdüş-şühəda müsibətinin əzəmət və böyüklüyündən xəbər verir. Bu əzəmət və böyüklük Allah kəlamı olan "Aşura ziyarətində də aydın nəzərə çarpır.”
    «Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu. Vəcəllət və əzumətil musəbtu bikə ələyna və əla cəmii əhlil islami vəcəllət və əzumət musibətukə fissəmavati əla cəmii əhlis-səmavat».
    "Ey Əba Əbdillah! Həqiqətən sənin müsibətin böyük müsibətdir. Sənin müsibətin bizə və bütün islam əhlinə böyük və əzəmətlidir.”
    Sənin müsibətin göylərdə bütün səmavi mövcudlara da böyük və əzəmətlidir.
    Həzrət imam Hüseyn (ə)-ın müsibətinin əzəmət və böyüklüyünü imam Zaman (ə)-ın müqəddəs nahiyə ziyarətindəki yanıqlı sözlərindən də başa düşmək olar. O, seyyidüş-şühədaya xitabən deyir: "Baxmayaraq ki, dövran bizi ayrı saldı və Allahın təqdiri məni sənə kömək etməyə qoymadı. Mən o vaxt olmadım ki, səninlə döyüşənlərlə döyüşüb, sənin döüşmənlərinlə düşmənçilik edəm. Amma, sənin müsibətlərin üçün təəssüf və həsrətlə gecə-gündüz ağlaram. (Və əgər gözlərimin yaşı qurusa) sənin üçün yaş yerinə qan ağlaram, qəm və qüssənin şiddətində can verənədək!”
    İmam Hüseyn (ə)-ın şəhadətinin ağırlığı imam Rza (ə)-ın kəlamında da əks olunmuşdur.
    «Ləqəd bəkətis-səmavatis-səbi vəl ərəzunə liqətlihi».
    "Seyyidüş-şühəda (ə)-ın şəhadətində yeddi asiman və yerlər ağladılar.”
    Həmçinin buyurur:
    «Ləmma qutilə cəddiyəl Husəyn əmtərət-tisəmau dəmən və turəbən əhmərə».
    "Cəddim Hüseyn ölən zaman səmadan qan və qırmızı torpaq yağdı.” Əcəba! Bu nə müsibətdir ki, yer və göyləri, cin və mələkləri, aləmin bütün mövcudatını matəmə qərq etdi!
    Zeynəbin böyük qəlbi isə əzəmət və təntənə ilə bu müsibətlərə tamaşa edir və öz təmkini ilə hamını heyrətə salır.
    Bəli, Zeynəb ruhu kimi əzəmət və cəlallı bir ruh, Zeynəb qədəmləri kimi möhkəm qədəm, Zeynəb qəlbi kimi böyük qəlb və Zeynəb ürəyi kimi geniş ürək lazımdır ki, bütün bu müsəbətli yolları qət edib axıracan hərəkət etsin.
    İMAMIN ZEYNƏBƏ TÖVSİYƏLƏRİ
    Gördük ki, imam Hüseyn (ə)-ın acı şəhadət xəbəri Zeynəbə necə təsir etdi. Bu xəbər o qədər ağır idi ki, onun taqətini alıb bihuş edərək yerə yıxdı.
    İmam Səccad (ə) buyurur: "Atam Hüseyn bibimin üzünə su səpib ayıltdı və buyurdu:” Ey bacım! Təqvanı uca tut, səbirli ol! Bil ki, bütün yer və göy sakinləri öləcəklər və Allah-təalanın müqəddəs zatından başqa hər şey fani olacaqdır. Babam, atam, anam və qardaşım məndən üstün idilər, lakin onlar da getdilər. Hər bir müsəlman Peyğəmbərə iqtida edib, onu özü üçün nümunə bilməlidir. Bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən: Olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan və ya mənim şəhadətimdə ucadan nalə və fəqan edəsən.”
    İmam Səccad (ə) buyurur: Atam bu tövsiyələrdən sonra bibimi mənim yanımda oturtdu:
    Zeynəbin vəhy və vilayət evində tərbiyə olmasına baxmayaraq, qardaşı və imamının dilindən eşitdiyi tövsiyələr onda dərin təsir qoydu. Zeynəbin ruhunu daha müqavimətli, qamətini daha mətin, müsibətlər qarşısında iradəsini daha möhkəm etdi və həqiqətdə ona böyük iman bəxş etdi.
    ZEYNƏBDƏN ÖYRƏNİLƏSİ DƏRS
    Tarix göstərir ki, Zeynəb zəmanə imamının göstəriş və tövsiyələrinə sözsüz əməl edirdi. Bu qısa cümələlər onun lətif və möhkəm ruhunda elə ciddi təsir buraxdı ki, nəinki təkcə heç bir müsibət qarşısında sarsılıb şikayət etmədi, hətta dağ kimi, dağdan da möhkəm müqavimətlə mübarizəni davam etdirdi. Baxmayaraq ki, onun dağlı sinəsinə oturan hər təzə dərd, müsibətlərinə əlavə olan hər yeni müsibət güc və taqətini əlindən alırdı, lakin Zeynəb var qüvvəsi ilə çalışırdı ki, bu müsibətlər onu əldən salmasın, bu saysız-hesabsız dərd-bəlalar onu mühüm vəzifəsinin icrasından saxlamasın.
    O, qiyamın hədəf və məqsədlərini çatdırmaq barədə öz imamının tövsiyələrinə əməl etməklə sübut etdi ki, həqiqi mömin kimi dağdan möhkəmdir, zillət və müsibətlərə boyun əyməz. Bəli, Zeynəbin tükənməz müsibət dalğaları qarşısında səbr və yenilməzliyi, əbədi olaraq onun adını ilahi vəzifənin icrası yolunda səbr və yenilməzlik simvoluna çevirdi.
    Şəhid və yaralıların anaları, onların həyat yoldaşları Zeynəbi-Kubranın hərəkət yollarını diqqətlə izləməklə öz mühüm vəzifələrindən agah olmalıdırlar. Onlar müsibət və çətinliklər qarşısında ən gözəl və nümunəvi səbr nümayiş etdirərək Zeynəbdən dərs alıb özlərini onun məktəbinin davamçısı bilsinlər və Allah yolunda olan bütün çətinlikləri Zeynəb kimi asan və gözəl hesab etsinlər.
    GECƏNİN QARANLIĞINDA
    Aşura və Aşura gecəsinin əzəməti demək, eşitmək, oxumaq-yazmaqla dərk olunası deyil. Onun zirvəsinə fikir çatmaz. Ürək bu əzəməti dərk etməyə acizdir.
    O gecə və o günün əzəmətini Aşuraçılar dərk edərlər. Onlar ki, Hüseyn və Allahına iman gətirmiş və onun üçün can vermək intizarında onları sayırdılar. Onlar ki, Büreyr və Əbdürrəhman kimi Aşura gecəsinin son saatlarında çox şad idilər. Onlar ki, Aşura gecəsi sübhəcən dua, münacat və istiğfarla məşğul idilər. Onların razi-niyaz səsləri arı pətəklərinin səsləri kimi fəzanı doldurmuşdu. Hərəkatın rəhbərliyi və ən ağır məşğuliyyətlər çiyininə düşmüş imam Hüseyn (ə) o gecənin qaranlığında xeymələrdən uzaqlaşır. İmamın dostlarından nafe ibni Hilal adlı birisi özünü imama çatdırıb onun bu qeyri adi hərəkətindən narahat olduğunu bildirir. İmam cavabında buyurur: "Gəlmişəm xeymələrin ətrafının alçaq-hündürlüyünə baxam. Olmaya, orada bir pusqu ola, düşmən oradan hücum edə və ya müdafiə oluna.”
    Sonra imam nafenin əlini ovcunda tutduğu halda buyurdu: Bu gecə həmin vəd olunmuş gecədir, labüd bir vəd!
    Sonra imam uzaqdan görünən iki daşı ona göstərib buyurdu: Bu gecənin qaranlığında özünü xilas etmək üçün bu iki daşın arsından qaçmaq istəmirsən?
    nafe bu sözləri eşidən kimi özünü imamın ayaqlarına salıb dedi: Anam matəmimdə otursun! Mən qılınc və atımı, hərəsini min dirhəmə almışam. Məni sənin vücudunun neməti ilə bəhrələndirən Allaha and olsun, onlar durduqca səndən ayrılan deyiləm.
    ZEYNƏBİN İMAMLA SÖHBƏTİ
    Həzrət ətrafı yoxladıqdan sonra xeymələrə tərəf qayıdıb bacısının xeyməsinə girir. nafe deyir: "Mən xeymənin çölündə durmuşdum. Eşitdim ki, Zeynəb imama belə deyirdi: Qardaşım dostlarını sınamısanmı? Olmaya çətinlikdə səni tək qoyalar? Həzrət, Zeynəbin cavabında belə buyurdu: Allaha and olsun, onları sınadım, onlar hamısı şücaətli, dilavər və möhkəmdirlər. Onların mənim yolumda ölümə olan həvəsləri südəmər uşağın öz anasının sinəsinə olan həvəsi kimidir.
    nafe deyir: Bu söhbəti eşitdim və ağlamaq boğazımı tutdu. Həbib ibni Məzahirin yanına gəlib eşitdiyimi ona söylədim. Həbib dedi: And olsun Allaha, əgər imamın hücum fərmanını gözləməsəydik elə bu gecə düşmənə hücum edərdik.
    nafe deyir: Həbibə təklif etdim ki, indi imam bacısı Zeynəbin xeyməsindədir. Bəlkə qadın və uşaqlar da oradadırlar. Yaxşı olar ki, sən bir az adam götürüb onların xeyməsinə get və öz vəfadarlığınızı bildir ki, onlar da rahat və arxayın olsunlar. Həbib uca səslə imamın dostlarını səslədi. Hamısı xeymələrdən çıxdılar. Həbib Bəni-haşimdən olanları xeymələrə qaytarıb, əhvalatı danışdı. Bütün səhabələr öz hazırlıqlarını elan etdilər. Həbib dedi: Gəlin, xanımların xeyməsinə gedib, onları arxayın edək. Xeymələrə çatanda isə, Həbib Bəni-haşim qadınlarına xitabən dedi: Ey Peyğəmbər qızları və ey Allah Rəsulunun hərəmi! Bunlar sizin fədakar cavanlarınız, bu da onların parıldayan qılınclarıdır. Hamısı and içiblər ki, bu qılınclar sizin düşmənlərinizin boynundan başqa qına salmasınlar. Bu iti və uca nizələr də sizin qullarınızın ixtiyarındadır. Onlar da and içiblər ki, onları sizin düşmənlərinizdən başqa bir yerə sancmasınlar. Bu vaxt hərəm xanımlarından biri onlara cavab verdi: "Ey pak və mərd insanlar! Peyğəmbər qızlarını və Əmirəl-möminin ailəsinin qadınlarını müdafiə edin. Bu söz səhabələrin qulağına dəyən kimi hamısı uca səslə ağlayıb, hərəsi öz xeymələrinə qayıtdılar.
    Zeynəb imam Hüseyn (ə)-ın dostları barəsində ona verdiyi arxayınlığı Aşura günü müşahidə etdi. Zeynəb gördü ki, onlar öz imamlarının qarşısında şəhid olmaq üçün bir-birindən qabağa düşmək üçün çalışırdılar. Gördü nə qədər ki, onların bir nəfəri belə sağdı, qardaşına heç bir zərər dəymir və gördü ki, yarım gün ərzində Əhli-beyt (ə) və şiə məzlumiyyəti tarixinin əsla unudulmayacaq qanlı səhifəsi yaşandı.
    SÜBH AÇILIR
    Aşura gecəsi özünün son anlarını yaşayırdı. Bir gecə ki, imam və dostları üçün Allah münacatı və mənəviyyatla yanaşı Allaha qovuşmaq və dost görüşünün asudə və rahatlığı, sevinc və şadlığı ilə dolmuşdu. Bir gecə ki, ömər Səd və əsgərləri üçün iztirab, həyacan və nigaranlıq gətirmişdi. Sabah Peyğəmbər övladı ilə vuruşmaq lazımdırmı? Doğrudanmı imamı və onun dostlarını qətlə yetirməliyik? Bəs Allaha nə cavab verəcəyik? Görəsən Yezid, İbni Ziyad başqa Əməvi hökumət başçıları öz vədlərinə əməl edəcəklərmi?
    Hər iki cəbhə gecəni oyaq qaldı. Bir cəbhə sevinc, şadlıq və şəhadət eşqindən, o biri cəbhə isə qorxu, iztirab və həyacandan yata bilmirdi.
    nəhayət sübh açıldı və imamın səhabələri bütün vücudlarıyla Allah düşmənləri ilə qarşılaşmaq üçün özlərini hazırladılar.
    Əba Əbdillah səhabələrinin gecə yatmaq və istirahət əvəzinə namaz və Quran, Allaha istiğfar və münacatla keçirmələrinə baxmayaraq, onların cismi və fiziki gücü azalmamış, eşq onlara yeni güc və qüvvə bəxş etmişdi. Allah, Allah yolunda və Allahın Höccəti, zamanın imamı həzrət Hüseyn (ə)-ın qarşısında şəhadətə olan eşq!
    EŞQ NAMAZI
    İmam və səhabələr sübhi camaat namazı və Allah dərgahına dua və münacatla başlayırlar. Bu namaz çoxları üçün son namaz olacaqdır: Eşq və vida namazı.
    Canlarını Allah yolunda qurban etməyə hazırlaşan bu ilahi insanların və xalis Allah bəndələrinin bərpa etdiyi camaat namazının əzəmət və cəlalı yeri-göyü doldurmuşdu.
    İndiyə qədər heç bir səhabə üçün belə merac nəsib olmamışdı. nə gözəldir Aşura gününün Kərbəla çölündəki sübh namazı: İmamı Seyyüdüş-şühəda, məmumları isə onun vəfalı dostları, imam Hüseyn (ə) Aşura gecəsində belə buyurmuşdu:
    «Fəinni la ələmu əshabən ovfa vəla xəyrən min əshabi».
    "Mən öz səhabələrimdən yaxşı və vəfalı səhabələr tanımıram.”
    İMAMIN SÖZÜ
    Camaat namazı sona çatdı. İmam namaz qılanlara üz tutub, Allaha həmd-səna edərək buyurdu: «Allah mənim və sizin ölümünüzü bu gün üçün imza etmişdir».
    "Ey kəramətli və böyük insanların övladları! Səbr edin. ölüm, sizi çətinliklərdən qurtarıb, geniş və əbədi behiştlərə çatdıran bir körpüdən başqa bir şey deyildir. Bəs sizin hansı biriniz zindandan qəsrə getmək istəmir? Bu ölüm sizin düşmənləriniz üçün isə qəsirlərdən zindan və işgəncələrə getmək deməkdir. Atam, Peyğəmbərdən nəql edirdi ki, o həzrət buyurub: «Dünya möminin zindanı, kafirin öz cəhənnəmlərinə tərəf körpüləridir. nə yalan eşitmişəm və nə də yalan deyirəm».
    Beləliklə İmam (ə) səhabələrin qarşıdakı yollarını göstərmək, ölüm və dünya həqiqətlərini bəyan etməklə onların imanını möhkəmlədib qəhrəmanlıq və şücaət dastanı yaratmaq üçün hazır etdi.
    Category: Həzrət Zeynəbin (s.ə.) həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 703 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024