İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » Həzrət Zeynəbin (s.ə.) həyatı

    Həzrət Zeynəbin (s.ə.) həyatı
    2012-06-05, 8:25 AM
    ÜÇÜNCÜ FƏSİL
    ZEYNƏB AŞURA HADİSƏLƏRİNDƏ
    Zeynəb Aşura hadisələrində
    Əliəkbərin cənazəsi kənarında
    Zeynəb övladlarından şəhid
    Eşqin nümayişi
    Aram və dözümlü olmağın sirri
    Əhli-beytlə vida
    İmamın son istəyi
    İmam (ə)-ın şəhadəti
    Zeynəbin fəryadı və düşmənin daş qəlbi
    Ürək ağrıdan xəbər
    Hadisədən sonra
    Düşmənin qarət və talanı
    Əzizlərinin cəsədi kənarında
    İmam Səccad (ə)-ın müdafiəsi
    Məni də onunla öldürün
    İmam Səccad (ə)-a tibbi yardım
    Zeynəbin imamı sakitləşdirən sözləri
    Döyüş başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir. Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir dərd gəlir. Zeynəb bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu incidir, hər biri yeni bir dərd olur. Vəfalı Hüseyn bacısının qəlbini ağrıdan və belini sındıran da məhz bu səhnələr idi.
    Toz-torpaq kimi üstünə səpələnən bü müsibətlər Zeynəbə nüfuz edib onu yolundan azdıra, islam və imamına olan təəssübünü qıra bilmirdi. çünki, o, Əli qızı və onun səbr məktəbinin davamçısıdır. Bütün yeri-göyü və Allah mələklərini ağlar qoyan, hamını matəmə qərq edən Kərbəla faciələri, əzəmətli və böyük Zeynəb ruhunu sındıra bilmədi. Dərd və müsibətlər odlu oxlar kimi onun qəlbinə sancılıb, qana boyadı, lakin canında olan eşq və ruhi böyüklük onu eləcə, möhkəm saxlamışdı.
    Hələ Zeynəb yolun əvvəlindədir. Qarşıda aləmin ən böyük qəm-qüssələri ilə dolu uzun bir yol vardır. Bu uzun yol, Əməvi hökumətinin kin və düşmənçiliyi ilə dolu mənfur viranəlikdən ibarətdir. O, elə məhz bu yolları keçməli və qanlı Kərbəla hərəkatının [qalibiyyət] bayrağını tarixə təqdim etməlidir. Gərək elə bir karvana başçılıq etsin ki, hamısı Kərbəla qaranquşları və Aşura yadigarlarıdır. Bu qandallı məzlumların macərası isə, bu xülasəyə sığmayan geniş bir dastandır.
    Aşura hadisələrinin çoxu Zeynəbə dəyən müsibət sillələri olmasına baxmayaraq, biz bu kitabda müraciət edib, Zeynəbin birbaşa iştirakı olan səhnələri təsvir etməyə çalışacağıq. Bununu üçün də geniş Kərbəla tarixindən bir neçə səhnə haqqında söhbət açacağıq.
    ƏLİƏKBƏRİN CƏNAZƏSİNİN KƏNARINDA
    İmam Hüseyn (ə)-ın qeyrətli oğlu Əliəkbər onun başqa övladları arasında həzrət Peyğəmbərə daha çox oxşayırdı. Onun nurlu çöhrəsi, pak təbiəti və gözəl əxlaqı Zeynəb və Seyyidüş-şühədanın əziz babası həzrət Peyğəmbəri xatırladırdı. Heç şübhəsiz ki, bu xüsusiyyətlər Zeynəbin ona Allah Rəsulunun bu pak sülaləsinə olan məhəbbət və bağlılığını daha da artırmışdı. Bütün bunlar onu, Əliəkbərin imamı ağladan ağrılı-acılı şəhadətində qardaşına şərik etdi.
    İmamın səhabələri şəhadətə çatmayınca Əhli-beytdən heç kimi meydana buraxmadılar. Bütün səhabələr şəhid olandan sonra Əhli-beytdən meydana gedən ilk döyüşçü imam Hüseyn (ə)-ın böyük oğlu Əliəkbər idi.
    Əliəkbərin gözəlliyi, əxlaqı fəzilətləri və digər xüsusiyyətləri məşhur idi. Bu vilayət mövludunun əsl vəsfini İmamın (ə) dilindən eşidək. İmam Hüseyn (ə) oğluyla vidalaşan zaman onun gözəl üzünə və uca qamətinə məhəbbət dolu nəzər salaraq, üzünü göyə tutub buyurdu:
    «Əllahümməşhid əla haulail qovmə qəd bərəzə iləyhim ğülamun əşbəhunnasi xəlqən və xulqən və məntiqən bi rəsulikə. Kunna izəştəqna ila nəbiyyikə nəzərna ila vəchihi».
    "İlahi, şahid ol ki, xilqətdə, əxlaqda və danışıqda Peyğəmbərinə ən çox oxşayan cavan onlara tərəf gedir. Bir cavan ki, Peyğəmbər üçün darıxanda onun üzünə baxırdıq.”
    Təbii ki, belə bir övladdan ayrılmaq imam Hüseyn (ə) üçün heç də asan deyildi.
    Heç bir tarix kitabında görünməmişdir ki, imam Hüseyn (ə) Əliəkbərdən başqa bir nəfər üçün ağlamış olsun: Vidalaşan zaman, meydandan qayıdıb atasından su istəyəndə və doğranmış bədəni yanında.
    Seyyüdüş-şühədanın dilavər oğlu meydana gedir. Yorğunluq və möhkəm susuzluqla yanaşı düşmənə çoxlu zərbələr endirir. Sonra, aldığı çoxlu yaralarla atasının yanına gəlib su istəyir: İstəyir ki, su içib, düşmənə qarşı yeni qüvvə ilə vuruşsun. İmam Hüseyn (ə) ağlayıb deyir: "Oğlum, get meydana. Tezliklə cəddim Rəsulullahın əlindən su içəcəksən.”
    Əliəkbər yenidən meydana gedir. Amma bu dəfə çox keçməmiş onun səsi ucalır. O, atası ilə vidalaşırdı. İmam Hüseyn (ə) özünü meydana çatdıraraq oğlunun cəsədi yanında üzünü onun üzünə qoyub buyurdu: Allah səni öldürənləri öldürsün. Səndən sonra kül olsun dünyaya və onun həyatına.
    İstəkli övladının müsibətinə İmamın ürəyi yanır, göz yaşı tökür. O vaxtacan heç kim imam Hüseyn (ə)-ın ağlamaq səsini eştməmişdi.
    Zeynəb hər şeyi görür və qardaşının ağlamasını eşidirdi. Qəzəb və nifrət qəhri boğazını tutduğundan, qəm ürəyinə ağırlıq edir, qardaşının ağlar səsi isə canına od salır. Qəmli sifətlə tələsik xeymədən çıxıb Əliəkbəri "Ey əziz, ey əziz qardaş oğlum” – deyə novhəylə çağırırdı. Tez özünü ona çatdırır. Onu qucaqlayır ki, qəlbi təskinlik tapsın və dərdələri sakitləşsin. Amma neyləmək ki, bu ağır müsibətə də dözmək məcburiyyətindədir. Qardaşı imam Hüseyn (ə) ona toxtaxlıq verərək, oğlunun cəsədi başından qaldırıb xeymələrə tərəf qaytarır.
    Beləliklə, Zeynəb çox sevdiyi bir əzizini əldən verir və bununla da onun dağlı sinəsinə daha böyük dərd əlavə olunur. Bundan az və yüngül müsibət hər bir insanı təslim etməkdə kifayət idi. Lakin, Zeynəb üçün bütün bunlara dözməyi asanlaşdıran, onun islama və zəmanənin imamına təəssübü idi. O, yalnız ilahi vəzifəsini düşünür, Allahın məsləhəti və imamının fərmanına tabe olurdu. Elə bütün bunlar Zeynəbə səbr, dözüm və arxayınlıq bəxş edir, pak əqidəsi, xalis imanı və mənəvi qüdrəti, sonacan onu möhkəm və dözümlü saxlayırdı.
    ZEYNƏB ÖVLADLARINDAN ŞƏHİD
    Məlum olduğu kimi, Zeynəbi-Kubranın əri Əbdullah ibni Cəfər, imam Hüseyn (ə) Məkkədən çıxarkən, o Həzrətə bir məktub yazıb, oğulları Məhəmməd və Ounu məktubla birgə İmamın yanına göndərdi ki, ona qulluq etsinlər. Bu iki nəfər Kərbəla vaqiyəsində iştirak etmiş və hər ikisi şəhid olmuşlar. Məhəmməd haqda dəqiq məlumat olmasa da, qəti surətdə məlumdur ki, Oun, Əbdullahın həzrət Zeynəbdən olmuş oğludur.
    Aşura günü Məhəmməd şücaətli bir döyüşdən sonra şəhid oldu. Ondan sonra isə, qardaşı Oun döyüşə hazırlaşır və bir rəcəz oxuyaraq özünü belə təqdim edir:
    "Əgər məni tanımırsınızsa, mən Cəfərin - həqiqi şəhidin oğluyam ki, behiştdə parıldayaraq, yaşıl qanadlarla uçacaqdır. Məhşər günü şərafət üçün isə elə bu qədər kifayətdir”.
    Sonra düşmənə hücum edib, atlılardan üçünü piyadalardan isə on səkkizini öldürdükdən sonra şəhadətə yetişir.
    Zeynəbin oğlu Ounun şəhid olduğu vaxt yaşı haqda dəqiq məlumat yoxdur. Amma, Seyyid Mürtəzanın onun üçün nəql etdiyi bir ziyarətnamədən məlum olur ki, yeniyetmə olmuşdur. çünki, o ziyarətnamədə belə oxuyuruq: "Salam olsun sənə, ey Oun ibni Əbdullah ibni Cəfər ibni Əbu Talib! Salam olsun sənə, ey Peyğəmbər qucağında böyümüş və onun əxlaqına iqtida edənin oğlu! Və salam olsun sənə ki, yeniyetmə vaxtında, hələ bədəni güclənib, möhkəmlənməmiş Peyğəmbər hərəmini müdafiə etdin, arxayın qəlb və aram ürəklə düşmən nizələrinin istiqbalına getdin və nəhayət ən yaxşı əməllə Allaha qovuşdun!
    Zeynəb (s)-ın öz şücaətli oğlu Ounun şəhadətini necə qarşılaması tarixdə qeyd olunmamışdır. Amma, Zeynəb kimi insandan bu müsibətin qarşısında da yalnız səbr gözləmək lazımdır. övlad şəhadəti, onun üçün Seyyidüş-şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. çünki, Zeynəbin nəyi olsa da, o, özünü Hüseyn (ə) yolunun fədaisi bilir. O, həqiqətən də vilayətə etiqadlı idi və «Ənnəbiyyu ovla bil mömininə min ən fusihim»ayəsinin mənasını çox gözəl başa düşürdü. Bilirdi ki, Peyğəmbər (s) övladlarını hər şeydən, hətta öz canı və övladlarından da üstün tutulmalıdır.
    EŞQİN NÜMAYİŞİ
    Aşura gününün hər anı, Allah yolunda fədakarlıq və mübarizənin ən böyük qəhrəmanlarını özüylə meydana aparır. Seyyüdüş-şühədanın səhabə və köməkçiləri bir-bir eşq və isarın ən əzəmətli səhnələrini tamaşaya qoyur və Kərbəla çölünü elə kişilərin canfəşanlıqlarının tamaşasına çevirir ki, onlardakı vəfa və paklığın misli tarixdə görünməmiş və görünməyəcəkdir. Belə bir tamaşa və Zeynəb kimi bir tamaşaçı ki, hər şəhadət ürəyinə bir dağ qoyur, yalnız qamətinə müsibət zərbəsi endirir. Lakin, bu zərbələr onun müqavimət və möhkəmliyi qarşısında sınır, aram, böyük ruhuna baş əyir.
    Və indi Zeynəb Əhli-beytin məzlumiyyəti və yezidlərin alçaqlığı üçün fəryad qoparan ən acı səhnələrdən birinə şahiddir.
    İmam Hüseyn (ə) son anlarda Zeynəbin xeyməsinin yanına gəlir.
    Bacı, kiçik uşağımı mənə ver, onunla vidalaşım.
    Zeynəb qardaşının südəmər oğlunu ona verir. Susuzluğun əldən saldığı bir südəmər körpənin halını kim təsvir edə bilər? Və kim ağır müsibətlərdən sonra kiçik uşağının öldürücü susuzluğu və qızdırmasına baxan bir atanın halını doğru-düzgün təsəvvür edə bilər?
    Ata, belə susuz bir körpə ilə necə vidalaşsın? Vidalaşmaq üçün onu öpməkdən başqa bir yolu varmı? Amma, atanın dodaqları uşağın hərəkətsiz üzünə çatmamış düşmən Hərmələnin oxu onun kiçik boğazını deşib, qəmli Kərbəla torpağına qan toxumu səpir. Bir ərəb şairinin təbiriycə desək, düşmənin oxu uşağın boğazını Hüseynin dodaqlarından tez öpür.
    İmam Hüseyn (ə) uşağı Zeynəbə qaytarır. Hər iki əlini körpənin boğazının qanı ilə doldurub, göyə səpir və bu gözəl kəlamı buyurur:
    «Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».
    "Mənə nə (müsibət və çətinlik) olsa asandır. çünki, Allah onu görür və bütün bunlar, onun gözləri qarşısındadır.”
    İmam Baqir (ə) buyurmuşdur: "O qandan bir damcıda da yerə qayıtmadı.”
    Əliəsgərin atasının qucağında acı şəhadət səhnəsi çox ağır və təsirli ola bilərdi, amma bütün bunları asanlaşdıran yalnız imam Hüseyn (ə)-ın eşqi idi. Aşura – Allaha eşq günü, Kərbəla isə Hüseynin öz Allahı ilə ən böyük eşq meydanıdır.
    Seyyüdüş-şühəda (ə) hər şeyini öz məşuquna qurban etmək üçün meydana gətirilmişdi və bütün bunları özünə asan bilirdi. çünki, o, öz məhbub və məşuqunu öz yanında və hadisələrə şahid bilirdi.
    ARAM VƏ DÖZÜMLÜ OLMAĞIN SİRRİ
    Bəlkə də imam Hüseyn (ə)-ın südəmər körpəsinin şəhadət səhnəsi, Zeynəbin Aşura günü öz gözləri ilə gördüyü ən qəmli səhnələrdən biri idi. Amma, Zeynəbi möhkəm saxlayan, ona aramlıq və arxayınlıq verən, dözümünü artıran və Hüseyn (ə) yolunun davamına hazırlayan Seyyüdüş-şühədanın müsibəti vaxtı dilinə gətirdiyi sözlər idi. Allahın işi qarşısında razılıq və təslimçilikdən dolu bir ürəkdən axan bu sözlər ixtiyarsız olaraq Zeynəbin pak qəlbinə oturmuşdu.
    «Hovnun ələyyə ma nəzələbi ənnəhu bi əynillah».
    Seyyüdüş-şühəda bu qısa cümləylə bir dünya mərifət, tovhid, iman, təvəkkül, təslim və razılıq nümayiş etdirirdi. Zeynəb də qardaşının göyün mələklərini təəccübə gətirən səbrindən ilham alır. öyrənir ki, ən ağır dərd və əzablar da Allah yolunda asandır.
    Doğrusu haqqa və Allah hüzurunda vəzifə icraçısına olan eşqdən savayı hansı etimad yeri imam Hüseyn (ə)-ın və bacısı Zeynəbin ruhuna aramlıq bağışlaya bilər?! İndiyə qədər şəhid və ya əlil olmuş, zərər çəkib, müsibət görmüş insanların anaları, bacıları, həyat yoldaşları, qohumları, uşaqları Aşura tarixinin bu zirvəsi barədə düşünüblərmi? Təsəvvür ediblərmi ki, Əliəsgərin üzücü şəhadət səhnəsi nə qədər ağır və çətindir. Doğrusu, nəyə görə Hüseyn və Zeynəb bu qədər aramdırlar? Belə deyilmi ki, onlar Allahın razılığını hər şeydən önə salıb, öz ürəklərini Allahın zikri ilə aram edir və özlərini Allahın qarşısında bilirlər.
    ƏHLİ-BEYTLƏ VİDA
    İmam Hüseyn (ə) öz ətrafına baxır. Bütün səhabə və köməkçiləri şəhadətə çatıblar. O, ən yaxşı və vəfalı insanlardan ibarət olan Əhli-beyti ilə vidalaşmaq üçün xeymələrə sarı gedir. Əhli-beytin ən əziz və ən istəkliləri olan Hüseyndən ayrılmaq onlar üçün necə də ağırdır! çox çəkməyəcək ki, Allahın ən yaxşı məxluqu və özlərinin ən böyük hamilərini Kərbəlanın isti torpaqları üzərində görəcəklər.
    Bu ayrılığın İmam (ə)-a Əhli-beytdən hansı biri üçün daha çətin olmasını söyləmək olmaz. Lakin, bu iddianı etmək olar ki, bu, tarixin ən dərdli vidası olmuşdur. İmam Hüseyn (ə) nida edir: «Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey Ummu Gülsüm! Salam olsun sizə! Bu görüşün son anlarıdır!» İmamın istəkli qızı Səkinə qışqırır. Ey ata! ölümə gedirsən? İmam buyurdu: Heç bir dostu, köməyi olmayan şəxs, necə ölümə getməsin?
    Sonra Əhli-beyt qadınları şivən edir və İmam (ə) onları sakitləşdirir.
    İmam (ə) Səkinəni çox sevir. Onu sinəsinə sıxıb, gözlərinin yaşını silir və buyurur: "Ey Səkinə, bil ki, məndən sonra çox ağlayacaqsan, amma hələ ki, bədənimdə can var, göz yaşlarınla məni həsrətdən ayırma!”
    Aşura günüdür. İmam Hüseyn (ə) anbaan öz məbudunun görüşünə yaxınlaşır. Köməkçi və müdafiəçilərindən, daha heç kəs qalmamışdır. İmamın mübarək bədəninin çoxlu yarası vardır. Susuzluq onu çox zəiflətmiş, əzizlərinin dağlı ürəyini sındırmışdır. Qardaşı Əbbasın şəhadəti onu hər şeydən daha çox kədərləndirmişdir və Hüseyn (ə) düşmənin zahiri baxışında tənha və yalqızdır. Lakin, bütün bunlarla yanaşı, onun qəlbi arxayın və aramdır. O, dodaqaltı və batində öz Allahı ilə danışır, aşiqanə pıçıldayır. Düşmən özü də etiraf edir ki, müsibət və təzyiqlər onun səbr və müqavimətini azaltmamışdı.
    Hər an şəhadətə yaxınlaşdıqca imam Hüseyn (ə)-ın çöhrəsi daha şad və işıqlı görünür.
    Bu təklik hərəm xanımları və uşaqları üçün çox ağırdır. necə dözmək olar ki, yer üzünün ən əziz və şərafətli insanı, Allahın höccəti heç bir köməksiz düşmən mühasirəsində qala?!
    Bu vaxt imam Hüseyn (ə)-ın kiçik oğlu Əbdullah xeymələrin arasında idi. O, əmisinin tənhalığını görüb, ixtiyarsız olaraq xeymədən çıxır. Tələsik özünü düşmənlərin arasına salır. Zeynəbi-Kubra, hərəm xanımları və uşaqlarından çox muğayatdır və öz imamının fərmanını yerinə yetirir. Amma, deyəsən qardaşının başına gələnlərin ağırılığı, ona hər şeyi unutdurmuşdur. O, birdən görür ki, Əbdullah Hüseyn (ə)-a tərəf qaçır. Zeynəb sürətlə onu təqib edir. İmam Hüseyn (ə)-da əmr edir ki, Zeynəb onu saxlasın. Amma, Zeynəb bir şey edə bilmir. Əbdullah and içir ki, əmimdən ayrılmaram. Bu vaxt düşmənlərdən biri İmama qılınc çəkir. Əbdullah öz qolunu düşmənə qalxan edir. Qılınc zərbəsindən qolu möhkəm zədələnib dəridən asılı qalır. Uşaq qışqırır. İmam onu qucaqlayıb dözməyini istəyir. Birdən Hərmələ, ona tərəf bir ox atıb, Əbudullahı İmamın qucağında şəhadətə yetirir. Zeynəb isə eləcə səhnəyə baxır. Dağ üstə dağ, səbr üstə səbr.
    İMAMIN SON İSTƏYİ
    Kərbəla və Aşuranın iki cəhəti vardır. İnsaniyyət, kamal və fəzilət zirvələrini göstərən cəhət Seyyüdüş-şühəda cəbhəsində yaranmışdır. Bu qanlı çöhrədə iman, cihad, eşq, isar və bütün yaxşılıqlar görünür. Digər üzündə isə rəzalət və alçaqlığın son həddi vardır.
    Düşmən cəbhəsinin rəzalət və əyriliyini sübut edən səhnələrdən biri, imam Hüseyn (ə)-ın köhnə paltar istədiyi səhnədir. İmam onu altdan geymək istəyirdi ki, şəhid olandan sonra, daha düşmən onları da qarət etmək fikrinə düşməsin. O həzrət üçün dar paltar gətirdilər. Həzrət buyurdu: Bu zillət libasıdır. Başqa bir paltar gətirdilər.
    İmam fəzilət nümunəsidir. O, izzətlidir və heç vaxt zillətə boyun əyməz. Onun şüarı:
    «Heyhat minnəz-zillət».
    "Heyhat, alçaqlıq bizdən uzaqdır” sözləri.
    İmamın istədiyi son paltarı kimin gətirdiyi tarixdə qeyd olunmamışdır. Amma, güman etmək olar ki, o, Zeynəb olmuşdur. çünki, İmama ən yaxın adam o idi.
    O, İmamın sözlərini xeymələrə çatdıran və onunla Əhli-beyt arasındakı rabitəçi idi. Onun bir qulağı hərəm əhlinin "Əl-ətəş” nalələrində, o biri qulağı isə döyüş meydanında, Hüseyn (ə) səsindədir. Bir gözünü xeymələrə, o biri gözünü isə Hüseyn (ə) tərəf dikmişdir. O, Zeynəbdir, Hüseyn bacısı və onun istəyəni. Onun cismi xeymələrdə, qəlbi isə Hüseynlədir. Hüseyn (ə)-ı xatırlamaqla ürəyi sakitləşir. çünki, Hüseyn varlıq dünyasının aramlığı, Allahın höccətidir və yer-göy hamısı onun vücudu ilə aramdırlar.
    İmam, düşmənin pisliyinə agahdır. Köhnə paltar istəyir və bundan əlavə onun neçə yerini cırır ki, tamamilə dəyərsiz olsun. Sonra onu paltarlarının altından geyir. Amma, düşmən o qədər alçaqdır ki, bu tədbirlər onu fikrindən daşındırmaz.
    «Fələmma qətələ cərrəduhu minhu».
    "İmam şəhadətə yetişən kimi həmən köhnə paltarı da mübarək bədənindən çıxartdılar.
    "Paltarının altından köhnə libas geyindi ki,
    rəzil və alçaq düşmən onu da əynindən çıxarmasın.
    Axı atların dırnağı altında paltara nə ehtiyac var?
    Daha bədən qalmadı ki, paltar və ya kəfənlə örtsünlər.
    İMAMIN ŞƏHADƏTİ
    Kərbəla çölü, tarixin ən böyük hadisələr yatağı, Aşura isə bəşəriyyət və varlıq aləminin ən acı və qəhrəman günüdür. Yer və göyü, aləmin mələk və mövcudlarını ağladan bir hadisə sona çatır. Qan göydən yağıb, yerdən qaynayır. Səma qaralır, qırmızı küləklər əsir və üfüq qan içində batır. İnsanlar əzab gözləyirlər. Peyğəmbərin vəfatından sonra ən böyük müsibətlərdən biri Əhli-beytə üz tutur. İmam Həsən (ə)-ın sözü ilə desək: Aləmdə onun kimi bir gün yoxdur.
    İmam Hüseyn (ə) qaynar Kərbəla səhrasında susuz dodaqla və iman dolu qəlblə qaniçən düşmən ordusunun qarşısında dayanır.
    Əbdullah ibni Əmmar ibni Həcus deyir: Mən çoxlu düşmən hücumuna məruz qalan heç bir məğlubu, Hüseyn ibni Əlidən daha möhkəm qəlbli, arxayın və aram ürəkli, sabitqədəm görməmişəm. Onun bütün övladları, qohum və dostları qətlə yetirildiyi halda belə! Belə vəziyyətdə o, düşmənə hücum edəndə döyüşçülər onun qabağından qaçır, pərən-pərən düşürdülər.
    ömər ibni Səd qoşun üzvlərinə qışqırırdı: Bu Ənzəi Bətin (Əli ibni Əbi Talib) oğludur! Bu, ərəbləri öldürənin oğludur! Onu mühasirə edib hər tərəfdən ona hücum edin!
    4000 nəfər ox atan onu əhatə edirlər. Və onunla xeymələrin arasını bağladılar.
    Həzrət Seyyüdüş-şühəda fəryad etdi.
    «Ya şiətə ali əbi Süfyanə! İnləm yəkun ləkum dinun və kuntum la təğamunəl məadə fəkunu əhrarən fi dunyakum! Vərciu ila əhsabikum in kuntum urbən kəma təzumun».
    «Ey Əbu Süfyan davamçıları! Əgər sizin üçün bir din yoxdursa və məaddan da qorxmursunuzsa, heç olmasa dünya həyatınızda azad olun. Və əgər düşündüyünüz kimi, ərəb tayfasındansınızsa öz əcdadınıza qayıdın (və namərd işlərdən uzaq olun!»)
    Şimr, Həzrəti səslədi ki, ey Fatimə oğlu nə deyirsən?
    Həzrət buyurdu: "Mən sizinlə vuruşuram! Qadınlar üçün cəza yoxdur və nə qədər ki, mən diriyəm öz təcavüzkar və yağı əsgərlərinizi hərəmə əl uzatmaqdan saxlayın!” Şimr dedi: İstəyini qəbul edirəm!
    Düşmən hamılıqla Həzrətə tərəf üz tutdu. Vuruş şiddətləndi və həzrətin susuzluğu çoxaldı.
    İmam ikinci dəfə vidalaşmaq üçün xeyməyə gəldi və hərəm əhli ilə vidalaşdı. Sonra isə mübarizə mərkəzinə qayıtdı. O, çox-çox deyirdi:
    «La hövla və la qüvvətə illa billah».
    "Allah-təalasız heç bir hərəkət və dəyişiklik, qüvvə və qüdrət yoxdur.”
    Əbul Hətuf Cofi mübarək alnına bir ox vurdu. Həzrət onu çıxartdı, qan üzünə axdı və dedi: "Pərvərdigara! Sənin sözə baxmaz bəndələrin tərəfindən mənə yetişən bu halıma agahsan.
    İlahi, bir-bir onları say! Onları ayrı-ayrılıqda həlak elə! Onlardan birini də yer üzündə qoyma! Və heç vaxt onları bağışlama!
    Bu halda, dəymiş yaraların çoxluğundan, Həzrət o qədər zəifləmişdi ki, aram olmaq üçün dayandı. Amma bir kişi alnına daş vurdu, qan üzünə axdı. öz paltarı ilə qanı gözlərindən silmək istəyəndə başqa bir kişi üç guşəli oxla mübarək qəlbini hədəf seçdi.
    Peyğəmbər övladı Allaha ərz etdi:
    «Bismillahi və billah və əla milləti Rəsulillah. Və rəfəə rəsəhu iləs-səmai və qalə: İlahi innəkə tələmu ənnəhum yəqtülunə rəcülən leysə əla vəchil ərzi ibni nəbiyyin ğeyruhu».
    !Allahın adı və özüylə, Allah Rəsulunun milləti və dini xatirinə (bu şəhadət mənə nəsib olur).” Başını göyə tərəf qaldırıb, dedi: "Mənim Allahım! Sən bilirsən ki, bu insanlar bir kişini öldürürlər ki, geniş yer üzündə ondan başqa Peyğəmbər övladı yoxdur!”
    Əl atıb belindən oxu çıxartdı. Qan havadan axan su kimi axırdı.
    Həzrət, əlini qanın altına tutdu. Dolandan sonra isə, göyə səpib buyurdu: "Bu hadisə Allahın gözləri qarşısında olduğu üçün, mənə olduqca asan və qorxusuzdur”.
    O qandan bir damcı da yerə tökülmədi.
    Sonra ikinci dəfə əlini qanın altına tutub, doldurdu. Onunla baş, üz və mübarək saqqalını qana boyayıb dedi:"Allahla və cəddim Peyğəmbərlə görüşənədək elə bu halda qalacağam”.
    Onun mübarək bədənindən o qədər qan axmışdı ki, daha qüvvəsi qalmamışdı. Yerin üstündə oturub, çətinliklə başını yuxarıda saxlayırdı. Bu vaxt Malik ibni Bosr gəlib Həzrətə söyüş verdi və qılıncla başına zərbə endirdi.
    Dəbilqə – yəni Həzrətin başında olan hündür papaq qanla doldu. Həzrət dəbilqəsini atdı və adi baş örtüyünün üstündən əmmamə, bəzilərinə görə isə dəsmal bağladı.
    Zürət ibni Şərik o Həzrətin sol çiyninə zərbə endirdi. Həsin Həzrətin boğazını oxladı. Bir başqası mübarək boynuna zərbə vurdu. Sinan ibni Ənəs nizə ilə əvvəlcə sinəsinin üstünə, sonra isə boğazına bir ox batırdı. Saleh ibni Vəhəb də böyründən oxladı.
    Hilal ibni nafe deyir: Hüseyn can verəndə mən onun yaxınlığında durmuşdum. And olsun Allaha, ömründə bütün bədəni qana boyandığı halda, Hüseyn kimi gözəl üzlü və nurani sifətli qətlə yetən görmədim. And olsun Allaha onun, üzünün nuru məni onu öldürmək fikrindən daşındırdı.
    O cür ağır və çətin halda gözlərini göyə tutub, Həzrət Rəbbi-Zülcəlalın dərgahına duada ərz edirdi:
    «Səbrən əla qəzaikə ya Rəbbi, la ilahə sivakə ya ğiyasəl mustəğisin».
    "Sənin təqdiratın və fərmanın qarşısında səbr edib dözürəm, İlahi! Səndən başqa Allah yoxdur, ey ona sığınanların pənahı!
    Həzrət Məhəmməd Baqir (ə)-dan rəvayət olunmuşdur ki, həzrətin atı uca səslə kişnəyir, alnını həzrətin qanına bulaşdıraraq qoxulayır və dilə gəlirdi: "Fəryada yetiş! Fəryada yetiş bir ümmətdən ki, öz Peyğəmbərlərinin qızını və oğlunu öldürürlər.”
    Sonra hərəm xeymələrinə fikir verdi:
    Ummu Gülsüm fəryad edirdi:
    «Va Muhəmməda, və Əbəta, və Əliyya, va Cəfəra, va Həmzəta».
    "Bu Hüseyndir ki, Kərbəlanın quru biyabanında yerə düşüb.”
    ZEYNƏBİN FƏRYADI VƏ DÜŞMƏNİN DAŞ QƏLBİ
    Tarixin ən həyacanlı cinayətinə tamaşa edən Zeynəb, ürək yanğısı ilə fəryad edirdi:
    «Va əxa, va seyyida və əhlə bəyta, leytəs-səmaə ətbəqət ələl ərzi və leytəl cibalə tədəkdəkət ələs-səhli».
    Kaş göy yerə gələydi, kaş dağlar əzilib, çölləri dolduraydı. Qardaşının yanına gəldi. Gördü ki, ömər ibni Səd adamlarından bir dəstə ilə Həzrətə yaxınlaşmışlar. Qardaşı Hüseyn can verirdi:
    «Fəsahət ey ömər əyuqtəlu Əbu Əbdillah və əntə tənzuru iləyh».
    "Ey ömər ibni Səd! Əbu Əbdullahı öldürürlər, sən ona baxırsan?
    ömər üzünü çevirdi. Göz yaşları saqqalına axırdı. Zeynəb fəryad etdi:
    «Və yəhkum əma fikum muslim?»
    "Vay olsun sizə! Aranızda bir nəfər də müsəlman yoxdurmu?
    Heç kəs cavabını vermədi. ömər ibni Səd qışqırdı: Atlardan düşün Hüseyni rahat buraxın...
    Yer üzü Allahın üçüncü höccətindən məhrum oldu. Toz və qaranlıq səmanı bürüdü. Qırmızı külək əsdi və hava bir müddət beləcə qaranlıq oldu. Biri başqasını görmür və hamı əzab gözləyir.
    ÜRƏK AĞRIDAN XƏBƏR
    Sonra ölüm mələyi cəddin Rəsulullahın qəbri yanında dayandı, göz yaşı tökməklə sənin ölüm xəbərini ona çatdırdı və dedi: Ey Allahın Rəsulu, qızının oğlu və mərd övladın şəhid oldu, itrət və ailənə pis hadisələr üz verdi.
    (Bu xəbəri eşidəndən) sonra Peyğəmbər qəmgin və pərişan oldu, dərdli qəlbi ağladı. Mələk və Peyğəmbər (sənin müsibətin xatirinə) ona başsağlığı verdilər. Anan Zəhra (sənin müsibətin kədərindən) dərd-qəm etdi. Müqərrəb mələklər get-gəldə idilər və atam Əmirəl-mömininə başsağlığı verirdilər. "Əla illiyyətində sənin üçün əza və matəm üz-başlarına vurdular. (Sənin matəmində) asiman və onun sakinləri, cənnətlər və gözətçiləri, dağlar və yamacları, dəniz və balıqları, bağlar və cavanları, Kəbə evi, İbrahim məqamı, Məşərül-həram, həcc və hərəm hamısı ağladılar”.
    HADİSƏDƏN SONRA
    Həzrət Əba Əbdillahın ürəkyandıran şəhadətindən sonra Əhli-beyt qadın və uşaqlarının qorunması və işlərinin idarəsində Zeynəbin məsuliyyət və çətinlikləri daha da artdı. Peyğəmbər xanədanına üz verən dərdli anlar, saatlar və günlər vəsfə gəlməzdir.
    Və Zeynəb bu saysız çətinliklərə hamıdan artıq dözməlidir ki, o əzəmətli karvanı istənilən mənzilə yetirsin.
    Demək olar ki, müsibət yükü və acı hadisəlrin çoxu Aşura günü günortadan sonrakı anlarda idi. Bu hadisələr bir-birinin ardınca, dəhşətli tufan kimi Əhli-beytə üz tuturdu. İmamın onların istəklərinin qarşısında təslim olmamasından qəzəblənən və qarşı tərəfdən heç bir müqavimət görməyən düşmən isə, hər növ cinayət və talançılığı mümkün bilir və heç bir vəhşilikdən çəkinmir.
    DÜŞMƏNİN QARƏT VƏ TALANI
    O namərdlər Peyğəmbər xanədanı və Zəhranın gözlərinin nuru xeymələrini talan etməkdə bir-birlərindən qabağa düşməyə çalışırdılar.
    Onlar xanımların başından çadraları çəkirdilər. Peyğəmbər qızları və onun bütün Əhli-beyti ağlayır, öz əziz və hamilərinin ayrılığına nalə və fəryad edirdilər.
    Ravi deyir: O namərdlər qadınları çıxarıb, xeymələri odladılar. Başı açıq və ayaq yalın xanımlar isə ağlaşaraq xeymələrdən çıxıb, düşmənin əsirinə çevrildilər.
    Bəli! Bu əsir düşmüş əzizlər və əzizlərini əldən vermiş müsibət sahiblərinin dastanı elədir ki, daş ürəkləri əridir və insanın gözlərindən yaş axıdır. Haradadır Əhli-beyt himayəçiləri? Haradadır Peyğəmbər xanədanının müdafiəçiləri? Haradadır Hüseyn dostları? Hanı Əbbas, hanı Əli? Hanı Seyyidüş-şühəda ki, gəlib Peyğəmbər, Fatimeyi-Zəhra və Əliyyi-Mürtəza övladlarının himayə etsinlər.
    ƏZİZLƏRİNİN CƏSƏDİ KƏNARINDA
    Əhli-beyt əsirləri hərəkət vaxtı düşmənə and verdilər ki, onları Hüseyn qətligahından aparsınlar. Bəlkə onları görmək ürək yaralarına məlhəm ola. Ürəklərini boşaldıb, hicran qəmi dastanını əzizlərinə söyləsinlər ki, müsibət yükləri yüngülləşib, ürəkləri bir qədər sakit olsun.
    Əzizlərinin qana bələşmiş cəsədlərini və tikə-tikə olmuş bədənlərini görəndə isə, taqət gətirməyib, ürəklərini əldən verdilər. Ürək dağları təzələndi, canları odlandı, göz yaşları axdı və hər tərəfdən nalə və şivən ucaldı.
    Əhli-beytin əzizlərinin ölü bədənləri ilə görüşü o qədər qəmli və kədərli idi ki, dost və düşmənin ağlamasına səbəb oldu.
    Bu ilk əzadarlıq məclisi idi ki, qətligahda, Seyyidüş-şühədanın pak bədəni yanında bərpa oldu və tarixdə belə qəmli və yanıqlı məclis qurulmamışdır.
    Bu arada Zeynəbin naləsi daha sarsıdıcı və ürək yandırandır. Zeynəb qanına qəltan və bədəni tikə-tikə olmuş qardaşının başı üstündə üzünü Mədinəyə çevirib ata-anasını, baba və əcdadını səsləyir, yüz ah və yanğı ilə ürək səhifəsi açır. O ən isti hiss və duyğularını inkar etməklə yanaşı, özünün təbliğ vəzifəsini də unutmur. özünü və iftixarlı ailəsini, Peyğəmbər, Əli, Fatimə və Həmzəni tanıtdırır və dünyaya bildirir ki, belə bir xanədan heç vaxt zillət qəbul etməz. O böyük qadının qəmli nəğməsini düşmən cəbhəsinin rəsmi yazarı Həmid ibni Müslümün dilindən eşidək: And olsun Allaha, unutmaram ki, Əli qızı Zeynəb ağlayır, dərdli avaz və qəmli qəlblə deyirdi: Ey Məhəmməd! Göyün mələkləri sənə salam göndərir. Bu qanlı və tikə-tikə bədən sənin Hüseynindir. Onun üzvləri bir-birindən ayrılmış və sənin qızların əsir düşmüşlər. Allaha, Məhəmməd-Mustəfaya, Əliyyi-Murtəzayə, Fatimeyi-Zəhra və Həmzə-Seyyüdüş-şühədaya şikayət edirik. Ey Məhəmməd! Bu sənin Hüseynindir, çöldə düşüb. Külək onun bədəninə toz-torpaq səpir. O, zinazadələrin əli ilə öldürülmüşdür. Heyf və əfsus! (Elə bil) bu gün cəddim Rəsulullah vəfat etmişdir. Ey Peyğəmbər dostları! Bunlar Mustəfa övladlarıdırlar ki, əsirlər kimi aparırlar.
    Ravi deyir: Hamısı öz əzizlərinin müsibətinə elə yanıqlı nalə edir və onlarla dərdləşirdilər ki, Allaha and olsun, dost-düşməni ağlatdılar.
    İMAM SƏCCAD (Ə)-IN MÜDAFİƏSI
    İmam, yəni Allahın yer üzündə nümayəndə və canişini. Bütün mövcudatın həyatı və varlıq aləminin aramlığı İmamın vücudu səbəbindəndir. İmamət ailəsində böyümüş, Əli və Fatimə yetirməsi olan Zeynəb imamət məqamına bələddir, bu məqamın əzəmətini onun uca və dəyərli yerini yaxşı dərk edir, zəmanənin imamı qarşısında öz vəzifələrini gözəl bilir. Bu sözə ən yaxşı şahid isə, tarixin özüdür.
    O, atası Əli (ə)-ın həyatı dövründə onun qızı olmasını nəzərə almaqdan, özünü atasının tapşırıqları qarşısında müti bilirdi. Qardaşı imam Müctəba (ə)-ın həyatı zamanında da bu qaydayda əməl edirdi. Qardaşı Hüseyndən itaəti isə, Kərbəla tarixində aydın görünür. O Hüseyni öz canı kimi sevirdi.
    İndi imamət, qardaşının yadigarı imam Səccad (ə)-a çatmışdır. Hüseyn hərəminin qadın və uşaqlarının başçısı olan Zeynəb, heyrətamiz tədbir və müdriyyətlə bütün səhnələrdə hazırdır. Həzrət Səccad (ə) onun imamıdır. Zeynəb, o İmamın icazəsi olmadan bir iş görmür. İndi onun məsuliyyəti əvvəlkindən daha ağırdır. O, həm də İmamın canını qoruyur və onun üçün bundan mühüm bir iş yoxdur. Tarixə əsasən, Zeynəbi-Kubra ən azı üç yerdə imam Səccad (ə)-ın canını xilas etmək üçün çalışıb, canfəşanlıq etmişdir.
    MƏNİ DƏ ONUNLA ÖLDÜRÜN
    Seyyidüş-şühədanın şəhadəti ilə qanlı Kərbəla hadisələrinin qiyam və şəhadətdən ibarət birinci mərhələsi sona çatır. İndi quru və qanlı Kərbəla çölündə, Peyğəmbər xanədanı və Hüseyn dostlarının doğranmış bədənləri, od vurulmuş xeymələr və bir də matəmə batmış qəlbi sınıq, Allaha ümidvar və imam Səccad (ə)-a baxan qadın və uşaqlar var.
    İmam Hüseyn (ə)-ın qızı Fatimeyi-Suğranın dediyinə əsasən, aclıq, susuzluq və xəstəliyin ağırlığından imam Səccad (ə) otura da bilmir, biz ona o, da bizə ağlayırdı. Şimr piyada qüvvələrdən bir dəstə ilə gəlib, imam Səccad (ə)-ı öldürmək istədi. Bu vaxt şucaətli Əli qızı Zeynəb qalxıb buyurdu: Mən də onunla ölməsəm, o öldürülməyəcəkdir. Şimr Zeynəbin canfəşanlığını nəzərə alaraq, fikrindən döndü.
    Zeynəbin bu şücaət və agahlıqla mövqe tutması, onun məktəbinin davamçıları üçün ən yaxşı dərs deyilmi? İnsan imamət və vilayət kimi dəyərlərin qorunmasında və öz vücudunun ən yaxşı dəyərlərindən də keçməməlidirmi? Allah yolunda fədakarlıq edənlər, əlillər, əziyyət çəkənlər həzrət Zeynəbi özlərinə nümunə götürməməlidirlərmi? Həqiqətən də imam Hüseynin Kərbəla və Aşurasından dərs almaq istəyən hər bir müsəlman kişi və qadının bu səhnələrə diqqət etməsi kifayət deyilmi? Zeynəb əbədiyyətinin səbəbi həmin güzəşt və fədakarlıqlardır. Biz – Zeynəb davamçıları da, Allah yolu olan imamət və vilayət yolunda hər növ əziyyət və çətinlikliyə dözməyə hazır olaq ki, həmişə tarixdə başıuca və əbədi qalaq.
    İMAM SƏCCAD (Ə)-A TİBBİ YARDIM
    Məlum olduğu kimi, Seyyidüş-şühədanın şəhadətindən sonra Zeynəbi-Kubranın ən mühüm məsuliyyəti imam Səccad (ə)-ı qorumaq idi. Zeynəb özü ruhi təskinliyə ehtiyaclı bir vəziyyətdə olmasına və Əhli-beyt böyüyü hesab olunduğu üçün hərəmin qadın və uşaqlarının idarəsini üzərinə götürməsinə baxmayaraq, öz həssas vəzifəsini unutmur, onu gözəl surətdə yerinə yetirirdi. O, pərvanə kimi imamın nazənin vücudunun dövrəsinə dolanır, xidmət edirdi.
    Şəhidlərin bədəni kənarında olan bu xidmətdən bir parçanı alim şəhid ustad Mütəhhərinin bəlağətli bəyanından eşidək:
    "Aşura əsrində (axşam üstü), Zeynəb təcəlli edir. Ondan sonralar, ona tapşırılmışdır. Karvan başçısı odur. Yeganə kişi, o vaxt ağır xəstə olub, xidmətçiyə ehtiyacı olan imam Səccad (ə)-dır. İbni Ziyadın ümumi əmrinə əsasən, Hüseyn övladlarının kişi cinsindən heç kəs sağ qalmamalıydı. Buna görə də, düşmənlər neçə dəfə imam Zeynəlabidini öldürmək üçün hücum etdilər. Lakin sonra özləri baxıb dedilər: Bu özü ölməkdədir. Və bu özü bir ilahi hikmət və məsləhət idi ki, həzrət imam Zeynəlabidin bu vasitəylə diri qalsın və imam Hüseyn ibni Əli (ə)-ın müqəddəs nəsli davam etsin. Zeynəbin işlərindən biri imam Zeynəlabidin (ə)-a qulluq idi. On birinci gün günortadan sonra, əsirləri gətirib ağac parçasından palanı olan miniklərə (dəvə, qatır ya hər ikisi) mindirdilər və onlara əziyyət vermək üçün göz qoyurdular ki, palanın üzərinə parça sərməsinlər. Sonra Əhli-beyt bir xahiş etdi və qəbul olundu. O xahiş bu idi: Dedilər; siz Allah, indi ki, bizi burdan aparırsız, Hüseynin qətligahından keçirin. çünki, istəyirik ki, əzizlərimizlə son dəfə vidalaşaq. Əsirlərin arasında, xəstə olduğu üçün, yalınz imam Zeynəlabidin mübarək ayaqlarını heyvanın qarnının altına bağlamışdılar, başqaları miniklərin üstündə sərbəst idilər. Qətligaha çatan kimi hamı biixtiyar özlərini yerə atdılar. Zeynəb özünü Əba Əbdillahın müqəddəs bədəninə çatdırır, onu o vaxtacan görmədiyi bir halda görür. Başsız və paltarsız bir bədən görür və bu bədənlə aşiqinə söhbətə girişir. Elə yanıqlı nalə edir ki, düşmənin göz yaşı axır, dost və düşmən ağlayır.
    Hüseynin əza məclisini ilk dəfə olaraq Zeynəb qurdu. Amma eyni zamanda öz vəzifəsini də unutmurdu. Zeynəlabidinə baxmaq onun öhdəsindədir. Zeynəlabidinə baxdı, gördü ki, Həzrət bu vəziyyəti görməyindən elə narahatdır ki, elə bir indi canını tapşıracaq. Əba Əbdillahın bədənini qoyub, tez Zeynəlabidinin sorağına gəldi. Qardaş oğlu! niyə səni bir halda görürəm ki, ruhun bədənindən uçmaq istəyir. Bibican, öz əzizlərimin bədənlərini görə-görə necə narahat olmayım? Zeynəb o şəraitdə Zeynəlabidin (ə)-a təsəlli verməyə başlayır. İmamın qəlbi bütün xilqətin əzəmət və böyüklüyü qədərdir. Müsibətlər nə qədər böyük olsa da, İmam ruhunun böyüklüyü qarşısında tabe və təslimdirlər.
    Məsum imamın hadisələrə Allah tərəfindən verilmiş elmi, heç bir qaranlıq nöqtə qalmaması üçün ona bəsirət verir. Lakin bütün bunlarla yanaşı, məsum imamın şəhadəti, imamın özü qədər böyük və əzəmətlidir. Allah höccətinin bədəninin başsız, qüsl-kəfənsiz və tikə-tikə torpağa düşməsi bir müsibətdir ki, onun əzəmətini imam Səccaddan başqası dərk edə bilməz. çünki, imamın həqiqi məqamını imamdan başqası tanımaz. Bu tanıma və atası Hüseynin qətligahının acı mənzərəsinə bu baxış onu çox yorur. Eyni zamanda o, gərək Zeynəbin cavabını da versin. Burdadır ki, buyurur: necə tabsızlıq etməyim, bir halda ki, atam Hüseyn, qardaşlarım, əmilərim və əmim oğlanlarımın qana bələnib, yerə düşdüklərini görürəm. nə bir kəs onları kəfənləyib və nə torpağa tapşırıb. Elə bil bunlar müsəlman deyillər.
    ZEYNƏBİN İMAMI SAKİTLƏŞDİRƏN SÖZLƏRİ
    Ümmü-Əymən çox möhtərəm bir qadındır. Zahirən Xədicəyə kənizlik eləmiş, sonralar isə, azad buraxılaraq Peyğəmbərin evində o həzrətin hörmət etdiyi şəxslərdən olmuşdur. O, bir kəsdir ki, Peyğəmbərdən hədis rəvayət edir. Bu qadın uzun illər Peyğəmbərin evində idi. Peyğəmbərdən Zeynəbə bir rəvayət etmişdi.
    Bu rəvayət ailəlik, yəni bu ailənin gələcəkdəki talehinə aid olduğu üçün, Zeynəb onun doğruluğuna əmin olmaqdan ötrü Əli (ə)-ın ömrünün sonlarında atasının yanına gəldi: "Ey ata, mən Ümmi-Əyməndən bu cür bir hədis eşitmişəm, istəyirəm bir dəfə də sizdən eşidəm, görüm elədir, ya yox? Hamısını danışdı. Atası təsdiq edib buyurdu: "Ümmü Əymən düz deyib, elədir. Zeynəb o şəraitdə bu hədisi imam Zeynəlabidin üçün nəql edir. Bu hədis də gəlmişdir ki, bu hadisənin bir fəlsəfəsi vardır. Olmaya, bu şəraitdə xəyal edəsiz ki, Hüseyn öldürülüb, aradan getdi. Qardaşoğlu! Babamızdan belə rəvayət olunmuşdur ki, Hüseyn (ə) indi onun cəsədini gördüyün yerdə kəfənsiz dəfn olunacaq və bura – Hüseynin qəbri təvaf yeri olacaqdır.
    Kələcəkdə buranın pak müxlis insanların Kəbəsi olacağını Zeynəb imam Zeynəlabidin (ə) üçün rəvayət edir.
    Zeynəbi-Kubranın babasından sonra ona çatmış xəbər gerçəkləşdi. Seyyidüş-şühədanın pak məqbərəsi tarix boyu Allah eşqi və Allah yolunda cihadın cilvələndiyi məkana çevrildi. Möminlər, azad insanlar və ədalət aşiqləri Hüseynin kəbəsinin dövrəsini təvaf etməklə düzgün yaşayış üsulunu o Həzrətdən ilham alırlar.
    Category: Həzrət Zeynəbin (s.ə.) həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 919 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024