İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Həzrət Zeynəbin (s.ə.) həyatı

    Həzrət Zeynəbin (s.ə.) həyatı
    2012-06-05, 8:17 AM
    SONUNCU FƏSİL
    İNSANLIĞIN ƏZƏMƏTİ
    İnsanlığın əzəməti
    İbadət və bəndəlik
    Təfəkkür və tədbir
    İsar və fədakarlıq
    Səbr və dözüm
    Kitabın sonunda münasibdir ki, Zeynəb (s)-ın saysız-hesabsız fəzilətlərinin bəzi cəhətlərinə nəzər salıb, onun simasını insana aid olan uca ləyaqətlər güzgüsündə görək və kamillik yoluna o böyük xanımdan ilham almaqla qədəm götürək.
    İBADƏT VƏ BƏNDƏLİK
    Allaha bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının təminatçısıdır və insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu bəndəliklə kamala əl tapır və mələklərdən önə keçərək yer üzündə Allahın canişini və mələklərin səcdəgahı olur.
    Bəndəlik bütün vücudu ilə öz ağa və məbudunun qulluqunda olmaq, onun fərmanından başqasına qulaq asamamaq, ondan başqası üçün iş görməmək və onun razılığından başqa bir şey düşünməmək deməkdir. Bəndəlik və ixlasın mənası budur. İnsanın bəndəliyinin qədəri onun Allaha olan mərifətinə bağlıdır. Buna əsasən Allahı yaxşı tanıyıb varlığı yaradanın əzəmətini dərk edənlər özlərinin Allaha olan möhkəm aslılıq və ehtiyaclarını anlayır və ona ibadət üçün baş əyirlər.
    Peyğəmbər və imamlar mərifətin uca zirvəsində, ibadət və bəndəliyin nəhayətindədirlər. Bu xanədanın əzəmətli ağacının bir qönçəsi olan Zeynəb onların məktəbində tərbiyə almış, bəndəlik və ibadət dərsini yaxşı öyrənmişdir. Belə ki, onun bəndəliyinin əzəmətini həyatının bütün mərhələlərində görürük. Böyük və əzəmətli Allaha əlaqəsini, ibadət və namazlarını həyatının ən çətin mərhələlərində müşahidə edirik. Həyatın eniş-yoxuşları nəinki onu Allahın ibadət və bəndəliyindən qafil etməyib, hətta onun bəndəlik və ibadət cilvələri çətinliklərdə daha çox özünü büruzə verir. O, gecə yatmamaq və məbudu ilə razi-niyaz etməyin aşiqi, gecə oyaqlıqlarının və gecə yarısı ahlarının tərbiyələndirdiyidir. İmam Hüseyn (ə) Zeynəbin uca məqamına hamıdan yaxşı bələddir. Ona görə də Aşura gününün sonuncu vidasında bacısına buyurdu:
    «Ya uxtah, la tənsini fi nafilətil-ləyl».
    "Bacıcan, gecə namazında məni unutma”. Həmçinin imam Hüseyn (ə)-ın qızı Fatimədən belə nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi: nə bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu cəhətdəndir ki, imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan əziyyət və çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün çətinliklərlə belə öz ibadətlərini unutmurdu. Zeynəbin qorxmazlığı, şücaəti, ürək qüvvəti və aramlığı həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin sarayındakı kəskin sözləri və o zəhərli fəzada "nəhy əz munkər” etməsi səfərin bütün mərhələlərində ismət və həyasını qoruyub saxlaması, hər yerdə öz vəzifəsinə əməl etməsi, hamısı bütünlüklə Zeynəb bəndəliyinin cilvələridir.
    TƏFƏKKÜR VƏ TƏDBİR
    Zeynəbin mühüm xüsusiyyətlərindən biri onun elmi və savadıdır ki, bunun dərinliklərini onun çıxış və nitqlərində görmək olur. necə ki, imam Səccad (ə) Kufə bazarında Zeynəbin bu xüsusiyyəti ilə iftixar etdi və buyurdu:
    «Ənti bihəmdillahi alimətun ğeyru muəllimətun və fəhimətun ğeyru mufəhhəmətun».
    "Allaha şükr olsun ki, sən təlim olunmamış alim və öyrədilməmiş müdriksən”.
    Zeynəb bütün mərhələlərdə öz vəzifəsi ilə tanış idi. Sükut edilməli yerdə sükut, fəryad edilməli yerdə fəryad və canfəşanlıq edilməli yerdə canfəşanlıq edirdi. Əhli-beyt karvanını idarə etməkdə isə tədbiri çox heyrətamiz idi. Qadının şəfqət və hissiyatlarla dolu olmasına baxmayaraq, heç vaxt bu hissiyat Zeynəbin düşüncə və tədbirinə qalib olmadı, onu öz ilahi vəzifəsindən qafil etmədi. O, ən qorxulu səhnələrdə düşüncə ilə davrandı və buna görə də "Əqileye bəni haşim” yəni, bu xanədanın bilikli qadını adı ilə tanındı.
    İSAR VƏ FƏDAKARLIQ
    Zeynəb, Əli və Zəhranın qızıdır, o ailə ki, "Həl əta” surəsi onların şənində nazil olub, onları xaliscəsinə etdikləri isara görə tərif etdi. özündən keçmək və başqalarını özündən qabağa salmaq Peyğəmbər xanədanın xüsusiyyətlərindəndir. Bu xanədandan olan və tovhid məktəbindən dərs alan Zeynəb, öz yaşayışının hamısında, xüsusi ilə Seyyidüş-şühəda hərəkatında öz rahatlıq və asayişinə göz yumdu. Və fədakarcasına özünü və əzizlərini Allah yolunda fəda etdi. Bütün çətinlikləri canına alıb dözdü. Onun böyük Kərbəla hərəkatındakı fədakarlıqları tarixin dillər əzbəridir. O, çətinliklərdə özündə keçdi və fədakarcasına davrandı. çətinlikləri qarşılamaqda qabaqcıl idi və onların qarşısında nəhayət dərəcədə müqavimət göstərirdi. Səfər boyunca uşaqları və karvan əhlini himayə edir və hətta öz yemək payını da başqalarına verirdi. İmam Səccad (ə) buyurur:
    Bibim Zeynəb Kufədən Şama qədər bütün müstəhəb və vacib namazlarını yerinə yetirdi. O, mənzillrdən birində zəiflik və aclığın şiddətindən oturaq halda namaz qıldı, çünki üç gün idi öz yemək payını kiçik yaşlı uşaqlara verirdi.
    Zeynəbin bütün bu fədakarlıqları öz məqsəd və yoluna imanı olduğu üçün idi və o yolda heç cür canfəşanlıqdan sıxılmırdı. Bəlkə də əziz Peyğəmbərin Zeynəbin təvəllüdü vaxtında buyurduğu "hamının bu qıza hörmət etməyini vəsiyyət edirəm, çünki, o Xədicəyə oxşayır” kəlamı onun Allah yolunda fədakarlıq və özündən keçmə ruhiyyəsində olduğu üçün idi. Axı Xədicə də belə idi. Peyğəmbərin tək olduğu vaxtda Xədicə bütün var-dövlətini və öz mevqeyini fədakarcasına islamın inkişafı yolunda sərf etdi. Zeynəb də imam Hüseyn (ə)-ın kənarında və onunla birgə Allahın dinini qorumaq yolunda hər şeydən keçdi.
    SƏBR VƏ DÖZÜM
    Həqiqi səbri yalnız imanın yanında axtarmaq lazımdır. Həqiqi səbr edən düzgün mömindir. İman və səbrin əlaqəsi o qədər səmimi və bir-birinə bağlıdır ki, rəvayətlərdə onların ikisinin baş və bədən ifadəsi ilə adları çəkilibdir.
    «Əssəbru minəl imani bi mənzələtir–rəsi minəl cəsəd».
    "Səbrin imana nisbətən mövqeyi, başın bədənə nisbətən olan mövqeyidir”. Bu təbir imanın həyatı və mömininin inkişaf və tərəqqisinin, onun səbrinin sayəsində olduğunu, səbirsiz möminin imanının get-gedə aradan getməsini bəyan edir. İmanla yaşamaq və öz vəzifə və borcunu yerinə yetirmək səbirsiz mümkün deyil. Bu səbəbdən səbr barəsində olan rəvayətləri üç hissəyə – itaət bərabərində olan səbr, günah bərabərində olan səbr və müsibət üz verən zaman səbr etməyə bölmüşlər. Allaha bəndəlik, Şeytan qarşısında dözüm – hamısının qarşısında səbrə ehtiyac var.
    Mömin insanın yaşayışında qarşılaşdığı çətinliklərin müxtəlif əsərləri var. Allah yolunun çətinlikləri və müsibətlərinin qiymətli əsərlərindən biri insanın inkişaf və kamilliyidir. Yəni, Alah yolunun çətinlikləri, həmişə insanın inkişaf səviyyəsini formalaşdırır. necə ki, Əli (ə) buyurur: İnsan imanın həqiqətini bu üç xüsusiyyətə malik olmasa dərk edə bilməz: Dindən xəbərdar olmaq, çətinliklərin qarşısında səbrli olmaq və yaşayışını idarə etməkdə yaxşı tədbirli olmaq. Görün ki, həyat çətinlikləri qarşısında insanın səbr etməsi imanın həqiqətini dərk etməyə zəminə yaradır.
    Allah yolunda çəkilən çətinliklər və müsibətlərin başqa bir təsiri axirətdə insana nəsib olan səvab və nemətlərdir. İmam Sadiq (ə) belə buyurur: Allah insana həyatın çətinlikləri, xəstəliklər, qohumların müsibəti, iqtisadi problemlər və dünya bəlaları ilə öz nəzər diqqətində yer verir ki, ona səbr və əcr əta etsin. Bəzən isə kamillik və behişt nemətlərinə yetişmək, yalnız həyatın çətinlik və müsibətlərindən keçməklə müyəssər olar. Bu barədə bir rəvayətə diqqət edin.
    İmam Sadiq (ə) buyurur: Bəzən bəndənin Allah yanında dərəcə və məqamı olur. Lakin bəndə bunu öz əməlinin vasitəsi ilə əldə etmir. Buna görə də Allah onu xəstəliyə, fəqirliyə və ya övlad müsibətinə mübtəla edir. Əgər bu bəlaların qarşısında səbr edərsə Allah ona o dərəcə və məqamı verir. Bu imam Hüseyn (ə)-ın sözləridir ki, öz yol yoldaşlarına buyurur:
    «Fələmu ənnəllahə innəma yəhəbul mənaziluş-şərifətə li ibadihi bi ihtimalil məkarihi».
    «Bilin ki, Allah çətinliklərə dözməklə bəndələrinə dəyərli məqam və dərəcə verir».
    Yaşayışın gətirdiyi çətinlik və müsibətlər üçün deyilən qiymətlərə nəzər salmaqla belə nəticə almaq olar ki, imanlı insanlara üz verən müsibət və çətinliklərin iki cəhəti vardır: Biri xoşa gəlməz və pis olan zahiri cəhəti, digəri isə çox gözəl olan həqiqi cəhəti. Bu cəhətdən də rəvayətlər, müsibətləri möminlər üçün ilahi hədiyyə və töhfə kimi tanıtdırır.
    «Əl məsaibu minhun minəllah».
    «çətinliklər Allah tərəfindən hədiyyədir».
    Odur ki, görürük Allah peyğəmbərləri və övliyaları, müsibətlərin gözəl üzünü görürlər və onun qarşısında təslim və razı olurlar. Yəni, müsibətin baş verməsi ilə bağlı heç bir şikayət və giley-güzar olmadığından əlavə razı və şaddırlar.
    Həqiqəti görən Zeynəb, müsibətlərin və çətinliklərin gözəl və həqiqi üzünü gördükdə, onlara yaxşı gözlə baxır və onların qarşısında səbr edir. Zeynəbin həyatı həmişə – uşaqlığından bəri, böyük müsibətlərlə yoldaş olub, babası Peyğəmbəri əldən vermək müsibəti, anası Fatimənin müsibətləri, atası həzrət Əli (ə)-ın şəhadət müsibəti, qardaşı imam Həsən (ə)-ın şəhadət müsibəti və Kərbəlanın saysız-hesabsız üzücü müsibətləri ki, dünyanın ən böyük müsibəti sayılır. Zeynəb bu müsibətlərlə səbr və düşüncə ilə qarşılaşdığından onun adı səbrlə qoşa çəkilir. Zeynəbin səbrini övladları, qardaşı, qardaşı balaları və başqa qohumlarının şəhadətində müşahidə etmək olar. Xanımın səbrini südəmər uşağın atası Hüseyn (ə)-ın qucağında şəhid olarkən tamaşa etmək olar. Onun səbrini imam Hüseyn (ə)-ın və başqa şəhidlərin cəsədləri yanında imam Səccad (ə)-a ürək-dirək və təsəlli verərkən görmək olar. Və nəhayət həzrət Zeynəb səbrinin əzəmətini, onun İbni Ziyad qarşısında, bütün bu müsibətlərə gözəl mövqeyini bəyan edəndə görmək olar.
    «Ma rəəytu illa cəmilən».
    «Gözəllikdən başqa bir şey görmədim».
    Allahın salamı olsun Zeynəbi-Kubraya və Allah yolunun bütün fədakarlarına ki, Zeynəbdən dərs alaraq səbr etməyi öz həyat dəftərlərinin sərlöhəsinə yazıblar.
    Category: Həzrət Zeynəbin (s.ə.) həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 939 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024