İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi

    HƏZRƏT ƏLİNİN (Ə) MALİK ƏŞTƏRƏ MƏKTUBUNUN ŞƏRHİ
    2012-07-04, 3:10 AM
    İmam Əlinin (ə) dövlətçilik yinlərinə baxışı)
    MÜƏLLİF:AYƏTULLAH MƏHƏMMƏD FAZİL LƏNKƏRANİ
    TƏRCÜMƏ EDƏN:ƏLİ NUR


    Allahın adı ilə
    «İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı» adlı bu kitab İslam inqilabının əvvəllərində o həzrətin Malik Əştərə əhdnaməsi üzərində keçirdiyim izahlı dərslərdir. Əvvəllər də bu kitab tam və geniş şəkildə dəfələrlə nəşr olunmuşdur. Amma geniş oxucu kütləsinin yüksək marağını nəzərə alaraq, bu dəfə yeni redaktə ilə nisbətən sadələşdirilərək əziz müsəlman bacı-qardaşlara təqdim olunur.
    Kitabın yenidən redaktə və tənzim olunmasını üzərinə götürən hörmətli alim cənab Hüseyn Kərimiyə öz minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu addım həzrət Əmirəl-mö’minin Əli əleyhissəlam və İmam Zaman əccələllahu-təala fərəcəhüş-şərifin razılığına səbəb olsun, inşallah!
    Məhəmməd Fazil Lənkərani 03.05.2004
    ÖN SÖZ

    Kitabın əsas mövzusuna keçmək üçün bir müqəddimə bəyan etməyə məcburuq:
    1. "Nəhcül-bəlağə”

    "Nəhcül-bəlağə” 1000 il bundan öncə həzrət Əli (ə),onun ilahi və insanpərvər məktəbinin aşiqlərindən biri olan Seyid Rəzi tərəfindən ,həzrət Əlinin (ə) buyuruqları və yazıları əsasında toplanıb tərtib olunmuş bir məcmuədir. Mərhum Seyid Rəzidən öncə bütün bu buyuruqlar və yazılar müxtəlif kitab və risalələrdə pərakəndə şəkildə əks olunmuşdu. Təxminən hicri 400-cü ildə Seyid Rəzi çox pərakəndə gövhərləri toplayıb kitab tərtib etmişdir. Bu dəyərli və misilsiz kitabda həzrət Əlinin (ə) xütbə ,hədis ,məktub ,vəsiyyətnamə ,moizə ,kəlam ,dövlət fərmanları ,Qur’an ayələrinin təfsiri, 100-lərlə tərbiyəvi göstəriş və həyatverici qanunlardan ibarət uca və böyük düşüncə əsərləri əks olunmuşdur. Tərtibçi bu əsərə həzrətin misilsiz bəlağət və üslubu prizmasından baxdığı üçün öz işində məhz bu prinsipə əsaslanmış və kitabı "Nəhcül-bəlağə”, yə’ni "bəlağət yolu” adlandırmışdır.
    2.Malik Əştərin əhdnaməsi

    "Nəhcül-bəlağənin” digər mövzuları kimi əbədilik tapmış parlaq mövzularıdan biri Malik Əştərin əhdnaməsidir. Bu əhdnamə həzrət Əlinin (ə) öz vəfalı köməkçisi və böyük səhabəsi Malik Əştər Nəxəiyə tarixi fərmanından ibarətdir. Bu fərman 14 əsr əvvəldən bu günədək İslam tarixi və mədəniyyətində əbədi və insanpərvər bir yazı kimi qorunmuşdur. İmam Əli (ə) uyğun fərmanı Malik Əştər Misirə göndərilərkən yazmışdı. Bu böyük şəhid Misir məmləkətində mövlası Əlinin (ə) hökm və əmrlərini icra etməli idi.

    İmam (ə) bu məktubda Malik Əştərə xitab edib islami ədalət hökumətinin qanunlarını ,onun əsas xətti və çərçivəsini bəyan etsə də ,əslində bu məktub zaman və məkandan asılı olmayaraq bütün insanlara ünvanlanmışdır.

    Malik Əştərin əhdnaməsində həzrət Əlinin (ə) parlaq nəzəriyyə və düşüncələri o qədər dəqiq bəyan olunmuşdur ki ,bu məktubda Allah qarşısında bəndə ,cəmiyyətdə insan ,İslam hökmlərinin icrasında məs’ul ,hakim ,İslam qanunlarının himayəsində bir fərd olaraq bütün insanların vəzifələrinin bəyan olduğunu iddia etmək mümkündür. Məktubda bütün vəzifələr aydın və dəqiq şəkildə bəyan olunmuşdur. Bu məktubda Malik Əştərə ,əslində insana və bəşər tarixinə ünvanlanmış tapşırıqlara doğru-düzgün şəkildə əməl olunarsa ,nəinki ictimai ədalət və əminamanlıq ,hətta daha üstün nailiyyətlər əldə olunar. Belə ki ,bəşər cəmiyyətində bütün fərdlərin elm və agahlıq ,düşüncə və imanla islami tərbiyəyə başlamasına şərait yaranar. İnsanlar çirkin sifətlərdən uzaqlaşmaqla Allah üçün mö’min və saleh bəndələr olar ,qurtuluş və həqiqət yoluna üz tutar.
    3.həzrət Əlinin (ə) nəzərində Malik Əştərin şəxsiyyəti

    Bu böyük səhabənin şəhadət xəbəri Əmirəlmö’mininə (ə) yetişdikdə həzrət qəm-qüssə içində buyurdu: "Həqiqətən ,mən Allahın rəsulu üçün necə idimsə ,Malik mənim üçün elə idi.”

    İmamın bu dərin mə’nalı buyuruğundan mə’lum olur ki ,Əli (ə) girami peyğəmbər məktəbinin ən böyük ,ən layiqli və ən kamil şagirdi olduğu kimi Malik Əştər həzrət Əli (ə) məktəbinin ən böyük ,ən layiqli və ən kamil şagirdi olmuşdur. Girami peyğəmbərə kimsə Əmirəl-mö’minin (ə) qədər yaxın olmamışdır. İmamın bu tə’biri Malik Əştəri ən dəyərli şəkildə vəsf edir ,onun uca məqamda olduğunu bildirir. Belə ki ,artıq kimsəni onunla bir məqama qaldırmaq olmur. Çünki həzrət Əli də ikinci bir şəxs haqqında uyğun tə’birləri işlətməmişdir.

    Həzrət Əli (ə) digər bir məktubda Misir əhlinə xitabən Malik Əştəri belə tanıtdırır: "Həmd olsun Allaha. Mən sizin yanınıza elə bir Allah bəndəsini göndərdim ki ,dəhşətli günlərdə yatmaz ,qorxulu məqamlarda düşmənə arxa çevirməz ,günahkarlara oddan da tünddür. O Haris Məzhəcinin oğlu Malikdir.

    Nə qədər ki haqdır ,onu eşidin və itaət edin. O ,kütləşməyən və zərbəsi boşa çıxmayan Allah qılınclarındandır. Sizə köçməyi əmr etdikdə köçün ,dayanmağı əmr etdikdə dayanın. O mənim göstərişim olmadan hücum etməz ,geriyə çəkilməz.

    Ey Misir əhli! Mən sizi özümünki bilib onu göndərdim. Çünki onu sizə xeyirxah gördüm və düşmənlərinizə qarşı sərtliyini bəyəndim.”[1]
    DÜŞMƏNDİLİNDƏN MALİKİN VƏSFİ

    Müaviyə Malikin şəhadət xəbərini eşitdiyi vaxt dərhal minbərə qalxdı ki ,özü kimilərinə bu xoş xəbəri çatdırsın! O bu xütbəsində belə dedi: "Ey camaat ,bilin ki ,Əli (ə) ibn Əbi-Talibin iki əli vardı. Bu gün onun hər iki əli kəsilib və əlsiz qalıb. Onun bir əli Əmmar Yasər idi. Əmmar Siffeyn savaşında öldürüldü. Əlinin (ə) digər əli Malik Əştər idi. Bu gün onun ölüm xəbərini aldım. Sevinin ,Əli əlsiz qaldı!”

    Bəli ,Müaviyə nadanlıq səbəbindən Malik Əştəri elə vəsf edir ki ,onun sözləri Malikin məqam və şəxsiyyətini aşkarlayır. Müaviyənin Maliki "Əlinin (ə) ikinci əli” adlandırmasından mə’lum olur ki ,alçaq düşmənlər də Malik Əştərin Əlinin (ə) ən yaxın və layiqli köməkçisi olduğunu bilirdilər.
    4.Misir torpağının dəyər və əhəmiyyəti

    Misir məmləkətinin siyasi vəziyyəti ,dəyər və əhəmiyyəti həm imamın mübarək fərmanının mətnindən ,həm də onun müqabil tərəfindən aydın olur. Əgər Misir həmin dövrdə İslam dünyası üçün əhəmiyyətsiz olsaydı ,həzrət Əmirəl-mö’minin (ə) öz əzəmətli köməkçisini ,Müaviyənin tə’biri ilə "ikinci əlini” həmin yerə hakim göndərməzdi. Əgər Misir uca dəyərə malik olmasaydı ,həzrət Əmir (ə) bu ölkənin idarəsi üçün belə bir əhdnamə yazmazdı. Bütün bunlar göstərir ki ,Misir həmin vaxt İslam hökuməti üçün böyük əhəmiyyətə və xüsusi üstünlüyə malik imiş.

    Elə bu əsasla da həzrət Əli (ə) 25 il "gözündə tikan ,boğazında sümük” qalmışlar kimi sükut və xanənişinlikdən sonra İslam məmləkətini hifz etmək üçün girami peyğəmbərin xilafət kürsüsünə oturdu və öz qədim haqqına çatdı. Həzrət ilk addımda Qeys ibn Sə’d ibn İbadəni ,e’timad göstərdiyi bu şəxsi Misir valiliyinə tə’yin etdi. Qeys tezliklə Misirə daxil oldu və valiliyi öhdəsinə götürdü. Amma öncədən Misirdə gözü olan ,bu ölkəni ələ keçirmək istəyən Müaviyə fitnəkarlıq üçün münasib fürsət gördü. Müaviyə həzrət Əlinin (ə) qədim düşməni idi. O dərhal Qeysə məktub yazdı və təklif etdi ki ,Əliyə (ə) arxa çevirib ona bey’ət etsin. Müaviyə bu məktubda bütün hiyləgərliyini işə salmışdı. O bir tərəfdən Qeysi tamaha salıb ona böyük və’dlər verdi ,digər tərəfdən Əlini (ə) Osmanın qətlinə şəriklikdə ittiham edib ,qatil kimi xatırlatdı. Amma bu hiylələrdən heç biri Qeysi çaşdıra bilmədi. Sadəcə ,Qeys Misirə yenicə daxil olduğundan ,vəziyyətə hələ ki tam nəzarət etmədiyindən ,bu sayaq hiylələrlə necə rəftar etməli olduğunu bilmədiyindən mövlası Əlinin (ə) hakimiyyətinə zərər yetirməmək üçün Müaviyəyə dərhal cavab vermədi. Nəhayət ,Müaviyəyə bəhanə yeri qoymamaq üçün ikibaşlı bir cavab yazdı.

    Müaviyə ikinci məktubu yazıb bu dəfə Qeysi sərt şəkildə hədələdi. O ,Qeysdən tələb edirdi ki ,Müaviyənin bey’ətini qəbul etsin. Qeys bu dəfə dözməyib Müaviyəyə tünd bir cavab yazdı və aşkar şəkildə ona müxalifliyini ,Əliyə (ə) sədaqətini bəyan etdi. Qeys yazırdı: "Sən və sənin ətrafındakılar hamınız batilsiniz ,haqq yalnız Əli (ə) və onun ətrafındakılardır.” Qeysin bu məktubunu alan Müaviyə planlarının boşa çıxdığını görüb yeni bir hiyləyə əl atdı. O ,Qeysin adından yalan bir məktub quraşdırıb həmin məktubu Qeysin əvvəlki ikibaşlı məktubuna əlavə etdi. Şamda e’lan etdi ki ,Əlinin Misirdəki nümayəndəsi Qeys öz mövlasından üz döndərib və ona bey’ət edib.

    Bu xəbər həzrət Əli (ə) və onun səhabələrinə çatdıqda narahatçılıq yarandı ,ətrafdakılar arasında söz-söhbət baş qaldırdı. Həzrətin yaxınları ,xüsusilə Abdullah ibn Cəfər israr etdi ki ,Əmirəl-mö’minin (ə) bu fitnəni dayandırsın və Qeysi dərhal Misirdən geri çağırsın. Amma həzrət bu təklifə qarşı çıxıb buyurdu: "Burada qurğu var. Mən Qeysi yaxşı tanıyıram və bilirəm ki ,onun ünvanına deyilənlər həqiqət yox ,bir böhtandır.” Bununla belə ,həmin vaxt həzrət Əlinin (ə) ətrafında yaranmış vəziyyət onun Qeysə inamına baxmayaraq valini Misirdən geri çağırmasına səbəb oldu. Qeysin yerinə Misir valiliyinə Məhəmməd ibn Əbu-Bəkr tə’yin olundu.

    Amma Məhəmməd ibn Əbu-Bəkrin də valiliyi çox çəkmədi. Müaviyə siyasətbaz və hiyləgər dostu Əmr Ası fitnə-fəsad törətmək üçün Misirə göndərdi. Vəziyyət praktiki olaraq Məhəmməd ibn Əbu-Bəkrin nəzarətindən çıxdı və arzulanmayan bir savaş vəziyyəti yarandı.

    Həzrət Əli (ə) belə çətin vəziyyətdə mövcud müşküllərə qalib gəlmək üçün vəfalı köməkçisi Malik Əştəri Misirə vali tə’yin edib ,yola saldı. Malik Əştərə ətraflı və dəyərli əhdnamə təqdim olundu ki ,onun göstərişlərindən faydalanmaqla Misirdə işləri qaydasına salsın. Malik Əştər yolda ikən Məhəmməd ibn Əbu-Bəkrin şəhadət xəbəri həzrət Əliyə (ə) çatdı. Ən dəhşətlisi ,Malik yol arası Ərş şəhərində zəhərlə qətlə yetirilib şəhadətə çatdı. Beləcə ,Malik əhdnamədəki göstərişləri yerinə yetirə bilmədi.
    5. "Nəhcül-bəlağədən” istifadə qaydası

    Şiə əqidəsində Qur’an, "Nəhcül-bəlağə” və mə’sum imamların digər əsərləri yeganə düşüncə xətti ,haqqı batildən seçməyin yeganə yoludur.

    Beləcə ,təfəkkür meydanında alimlər İslam maarifi ilə bağlı söz və yazılarını Qur’an, «Nəhcül-bəlağə» və mə’sumların digər əsərləri ilə əsaslandırsalar ,dedikləri həqiqətdir. Əks-təqdirdə onların fikirləri əsassız sayılır. Buna görə də mə’sumlar nəql olunan hədislərin düzlüyünü aydınlaşdırmaq üçün buyurmuşlar: Nəql olunmuş hədisləri Qur’anla tutuşdurun. Qur’ana uyğundursa ,düzgündür ,uyğun deyilsə ,saxtadır.

    Qur’an və Nəhcül-bəlağəyə bu sayaq yanaşma iki şəkildə gerçəkləşəcək: Birinci halda zehni təmiz və yersiz mühakimədən uzaq insan müqəddəs kəlmələrlə tanış olacaq ,ikinci halda Qur’an və Nəhcül-bəlağənin ,eləcə də mə’sumların buyuruqlarının görüşünə əvvəlcədən formalaşmış düşüncələrlə gedəcək. Şübhəsiz ki ,ikinci halda biz Qur’an və Nəhcül-bəlağədən düzgün nəticə çıxara bilməyəcəyik. Əvvəlcədən formalaşmış düşüncələr Qur’ana qəbul etdiriləcək ,ilahi mənbələrdən sui-istifadə olunacaq.

    İkinci yanaşma nəinki səmərəsiz olur ,hətta insana Qur’an və Nəhcül-bəlağəyə zidd yanaşmalar öyrədilir. Belə bir yanaşmada insan batilə üz tutur. Məgər biz inanmırıqmı ki ,Qur’an Allahın buyuruğudur ,Nəhcül-bəlağə və mə’sumların buyuruqları vəhydən qaynaqlanır?! Demək ,biz vəhyi öz düşüncələrimizə uyğunlaşdırmamalı , düşüncələrimizi vəhy yoluna yönəltməliyik. Şəxsi mühakimələrimizin təsdiqi üçün müqəddəs buyuruqlar arasında əsas axtarıb dəlillər uydurmaq yol verilməzdir.

    Demək ,Qur’an və mə’sumların buyuruqlarından istifadə qaydası budur ki ,insan vəhy qaynağına nəzər sahibi kimi yaxınlaşmasın. Əksinə ,vəhyə müraciət olunarkən bütün öncəki bilgilər bir kənara qoyulmalı ,insan pak bir zehnlə həqiqət çıraqlarını soraqlamalıdır.

    İndi əhdnamənin növbəti səhifələrini vərəqləyək:

    هذَا مَا أَمَرَ بِهِ عَبْدُ اللهِ عَلِيٌ أَميِرُ الْمُؤْمِنِينَ، مَالِكَ بْنَ الْحَارِثِ الاَْشْتَرَ فِي عَهْدِهِ إِلَيْهِ، حِينَ وَلاَّهُ مِصْرَ

    "Bu fərman Allah bəndəsi Əli Əmirəl-mö’minin peymanı əsasında Haris oğlu Malik Əştər Misirə hakim seçilərkən ona ünvanlanır.”

    Belə görünür ki ,həzrət Əli "Allah bəndəsinin əmri əsasında” tə’birləri ilə İslam maarifinin iki mühüm və əsas nöqtəsinə işarə edir: qəflətin aradan qaldırılması və Allaha bəndəlik sayəsində ağalıq.
    QƏFLƏTİNARADAN QALDIRILMASI

    Qüdrət sahibləri üçün ən böyük bəla (onların əksərini fəsada ,günaha ,zülm-sitəmə ,istismar və qətlə sürükləyən səbəb) özlərindən və necəliklərindən qəflətdir. Əgər istənilən bir məqama yüksəlmiş hakim və qüdrət sahibi öz fiziki və mə’nəvi qüvvələrinin başqa bir mənbədən qaynaqlandığını bilsə ,bütün bu imkanların əta edən varlıq tərəfindən istənilən bir anda geri alına biləcəyinə inansa ,kimsəyə zülm etməz ,savaş və tüğyan fikrinə düşməz. Bu bəlaya diqqətsizlik göstərib Allahın əzəmətini və öz heçliyini anlamayan şəxsin azğınlığı hər an güclənəsidir. Zahiri məqam və taxta oturmuş Əli (ə) da özünə xitabən deyir: "Agah ol ki ,nəyin varsa Ondandır və Ona doğrudur.”
    Category: Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi | Added by: Islam_Kitabxanasi
    Views: 1176 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024