İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi

    HƏZRƏT ƏLİNİN (Ə) MALİK ƏŞTƏRƏ MƏKTUBUNUN ŞƏRHİ
    2012-07-01, 10:26 PM
    HƏZRƏT ƏLİNİN (Ə) MALİK ƏŞTƏRƏ MƏKTUBUNUN ŞƏRHİ
    İSLAMVƏ DİNİ AZLIQLAR

    İnsan haqları deyib yalandan səs-küy salanlar yer üzündəki bütün insanların eyni hüquqa malik olduğunu iddia edirlər. Əməldə isə nəinki insanlar arasında bərabərlik prinsipini gözləmir ,hətta öz ölkələrinin azlıqda qalan sakinlərini dəyərləndirmirlər. Əgər tarixi səhifələsək ,görəcəyik ki ,hazırkı əsrdə Fələstini işğal edənlər təkcə evlərə ,əkin sahələrinə sahib durmamış ,hətta Fələstin əhalisinə əzab-əziyyət içində yaşama haqqı da verməmişlər. Məzlum fələstinlilər günaşırı qəsbkarlar tərəfindən qətlə yetirilir ,doğma torpağından çıxarılıb didərgin salınır.

    İslamda isə vəziyyət tamam başqa cürdür. İslam respublikasında dini azlıqlara münasibət deyilənləri tam təsdiqləyir. Bu azlıqlar digər müsəlmanlar kimi həqiqi azadlıq və bərabərlik ne’mətindən faydalanır. Mövla Əli (ə) buyurur:

    وَأَشْعِرْ قَلْبَكَ الرَّحْمَةَ لِلرَّعِيَّةِ، وَالْـمَحَبَّةَ لَهُمْ، وَاللُّطْفَ بِهِمْ، وَل تَكُونَنَّ عَلَيْهِمْ سَبُع ضَارِياً تَغْتَنِمُ أَكْلَهُمْ، فَإِنَّهُمْ صِنْفَانِ: إِمَّ أَخٌ لَكَ فِي الدِّينِ، وَإمّ نَظِيرٌ لَكَ فِي الْخَلْقِ، يَفْرُطُ مِنْهُمُ الزَّلَلُ، وَتَعْرِضُ لَهُمُ الْعِلَلُ،يُؤْتَى عَلَى أَيْدِيهِمْ فِي الَعَمْدِ وَالْخَطَاَ، فَأَعْطِهِمْ مِنْ عَفْوِكَ وَصَفْحِكَ مِثْلَ الَّذِي تُحِبُّ أَنْ يُعْطِيَكَ اللهُ مِنْ عَفْوِهِ وَصَفْحِهِ، فَإِنَّكَ فَوْقَهُمْ، وَ وَالِي الاَْمْرِ عَلَيْكَ فَوْقَكَ، وَاللهُ فَوْقَ مَنْ وَلاَّكَ! وَقَدِ اسْتَكْفَاكَ أَمْرَهُمْ، وَابْتَلاَكَ بِهِمْ

    "Xalqa mehr-məhəbbəti ,onlarla dostluğu və hüquqlarına riayət olunmasını qəlbində şüar et. Əhali üçün yediyini qənimət sayan yırtıcı heyvan kimi olma. Çünki əhali iki qismdir: ya sənin din qardaşlarındır ,ya da yaranışda həmnövlərin. Onlarda büdrəmələr olur ,hansısa çətinliklərlə rastlaşırlar ,bilərəkdən və ya bilməyərəkdən pis işlərə yol verirlər. Allahdan öz günahlarına görə əfv intizarında olduğun kimi onlara da güzəşt et ,bağışla. Çünki sən onlardan yuxarısan ,səndən yuxarı sənə vilayət verən və ondan yuxarı Allahdır. Odur səndən xalqa xidmət istəyən və bu yolla səni sınağa çəkən.”

    Gördüyümüz kimi ,həzrət Əli (ə) hakimiyyəti altında olan insanların bölgüsü ilə bağlı Malikə tövsiyə verir ,bütün fərdlərə bərabər yanaşaraq bir gözlə baxır ,millətin hüquqlarını bərabər şəkildə ,zərrəcə pozmadan onların ixtiyarına verir.
    FƏSADVƏ GÜNAH AMİLLƏRİ

    Həzrətin "və tə’rizu ləhumul-iləl” cümləsi bizi günah və xəta amilləri ilə tanış edir. İnsan bə’zən bilərəkdən günaha yol versə də ,bə’zən müəyyən səbəblər onu günaha sürükləyir. Misal olaraq zina günahını və onun yayılmasını nəzərdən keçirsək görəcəyik ki ,iman zəifliyi zinaya bais olsa da ,ailə rabitələrinin zəifliyi ,ərlə arvad arasındakı diqqətsizlik də uyğun günahı doğuran səbəblərdəndir.
    XALQAQARŞI AMANSIZLIQ ALLAHLA SAVAŞ HÖKMÜNDƏDİR.

    Həzrət Əlinin (ə) nəzərində xalqla amansız rəftar etmək Allah bəndələrinə sitəm qılmaq Allahla savaş kimidir. Qarşıdakı söhbətlərimizdə qeyd edəcəyik ki , sitəmkarların və zalımların sonu labüd məğlubiyyət və süqutdur. Çünki kimsədə varlıq aləminin xaliqinə qarşı vuruşmaq qüdrəti yoxdur. Heç bir hakim Allahın əfv və mərhəmətindən ehtiyacsız deyil. Həzrət buyurur:

    وَلاَ تَنْصِبَنَّ نَفْسَكَ لِحَرْبِ اللهِ، فَإِنَّهْ لاَيَدَيْ لَكَ بِنِقْمَتِهِ، وَلاَ غِنَى بِكَ عَنْ عَفْوِهِ وَرَحْمَتِهِ. وَلاَ تَنْدَمَنَّ عَلَى عَفْو، وَلاَ تَبْجَحَنَّ بِعُقُوبَة، وَلاَ تُسْرِعَنَّ إِلَى بَادِرَة وَجَدْتَ مِنْهَا مَنْدُوحَةً

    "Xalqla amansız davranıb ,Allahla savaş mövqeyi tutma. Səndə onun əzabı qarşısında dayanmaq gücü yoxdur ,onun bəxşişi və mehribanlığından ehtiyacsız deyilsən. (Xalqa münasibətdə) əfv və bəxşişə görə peşiman olma. Cəzalandırmaqdan ləzzət alma ,heç vaxt qəzəblənərkən tələsmə (sərt addım atma),olsun ki ,çıxış yolu tapasan.”

    MÜSTƏBİDLİK (DİKTATORLUQ)

    Arxayınlıqdan , özünəvurğunluqdan ,təkəbbür və lovğalıqdan qaynaqlanan diktatorluq xisləti insanı özbaşınalığa ,despotizmə ,əqidəsini ətrafdakılara zorla qəbul etdirməsinə sürükləyir.

    Belə bir xislətə malik olan və müsəlmanlara hakimiyyət kürsüsünə qalxmış hakimin qəbahəti təkcə zor ,yalan ,hüquqları pozmaq yox ,həm də onun müqəddəs İslam ayinlərini viran qoyması ,müsəlmanları izzətdən zillətə qaytarması ,insanları xoşbəxtlikdən bədbəxtliyə aparmasıdır. Həzrət buyurur:

    وَلاَ تَقُولَنَّ: إِنِّي مُؤَمَّرٌ آمُرُ فَأُطَاعُ، فَإِنَّ ذلِكَ إِدْغَالٌ فِي الْقَلْبِ، وَمَنْهَكَةٌ لِلدِّينِ، وَتَقَرُّبٌ مِنَ الْغِيَرِ

    "Demə ki ,bu gün mən onlara hakiməm ,mənim işim əmr etmək ,onların işi tabe olmaqdır. Çünki belə bir yanaşma eynən fəsadın qəlbə yol tapması ,dində zəiflik və ne’mətlərin kəsilməsinə yaxınlaşmaqdır.”

    MÜSTƏBİDLİYƏQARŞI

    Qeyd etdik ki ,müstəbidlik ,diktatorluq özünəvurğunluqdan ,mənəm-mənəmçilikdən ,ədabazlıqdan qaynaqlanır. Əlavə edək ki ,bütün bunların kökü cəhalət və nadanlıqdır. Öz cismindən və ruhundan xəbərdar olan ,Allahın müqəddəs zatı müqabilində öz acizliyini anlayan ,bütün olanlarını Onun tərəfindən bilən insan təkəbbür və tüğyandan əl çəkir , özbaşınalıqlarına görə utanır. Həzrət Əli (ə) Malikin diqqətini onun özünə yönəltmək ,Allahın əzəməti qarşısında əhəmiyyətsiz məqamını xatırlatmaq üçün buyurur:

    وَإِذَا أَحْدَثَ لَكَ مَا أَنْتَ فِيهِ مِنْ سُلْطَانِكَ أُبَّهَةً أَوْ مَخِيلَةً، فَانْظُرْ إِلَى عِظَمِ مُلْكِ اللهِ فَوْقَكَ، وَقُدْرَتِهِ مَنْكَ عَلَى مَ لاَ تَقْدرُِ عَلَيْهِ مِنْ نَفْسِكَ، فَإِنَّ ذلِكَ يُطَامِنُ إِلَيْكَ مِنْ طِمَاحِكَ، وَيَكُفُّ عَنْكَ مِنْ غَرْبِكَ،يَفِيءُ إِلَيْكَ بِمَ عَزَبَ عَنْكَ مِنْ عَقْلِكَ!

    "Əgər məqam və qüdrətin sənin qəlbində azğınlıq və xülya yaratsa ,səndən üstün Allahın əzəmət və qüdrətinə nəzər sal. Onun üstün qüdrətini özünlə və ixtiyarında olmayanlarla müqayisə et. Belə bir ölçü ,şübhəsiz ,səni yerində oturdar ,tündlüyünü cilovlayar və ağlını başına qaytarar.”

    ƏDABAZLIQVƏ MƏNƏM-MƏNƏMLİK

    Qüdrət və məqam məstlikləri insanı o qədər kor edir ki ,Allah tərəfindən yaradılmış insan məhdud qüdrətini Allahın sonsuz qüdrəti ilə bir tərəziyə qoyur. Əmirəl-mö’minin Əli (ə) insanı məhvə aparan bu sayaq mənəm-mənəmçiliyin qarşısını almaq üçün buyurur:

    إِيَّاكَ وَمُسَامَاةَ اللهِ فِي عَظَمَتِهِ، وَالتَّشَبُّهَ بِهِ فِي جَبَرُوتِهِ، فَإِنَّ اللهَ يُذِلُّ كُلَّ جَبَّار، وَيُهِينُ كُلَّ مُخْتَال

    "Böyüklük və iqtidarda özünü Allaha oxşatmaqdan çəkin. (Çünki) Allah hər bir təkəbbürlü və asini alçaldır.”

    İNSAFVƏ ƏDALƏTƏ RİAYƏT ,ZÜLMLƏ MÜBARİZƏ

    Allaha qarşı insafın nə olması və necəliyi ,xalqla insaf mövzularını aydınlaşdırmaq üçün öncə həzrətin buyuruğunun davamını oxuyacaq ,sonra uyğun mövzuları nəzərdən keçirəcəyik:

    أَنْصِفِ اللهَ وَأَنْصِفِ النَّاسَ مِنْ نَفْسِكَ، وَمِنْ خَاصَّةِ أَهْلِكَ، وَمَنْ لَكَ فِيهِ هَوىً مِنْ رَعِيَّتِكَ، فَإِنَّكَ إِلاَّ تَفْعَلْ تَظْلِمْ

    "Allahla insaflı rəftar et. Xalqa ,ailənin yaxın üzvlərinə ,yaxın qohumlara ,rəğbət göstərdiyin rəiyyətə münasibətdə insafı gözlə. Belə etməsən ,sitəm qılmış olacaqsan.”

    ALLAHAQARŞI İNSAFIN MƏFHUMU

    Adi həyatda elələri var ki ,fiziki və ruhi sağlamlığa malik olmalarına baxmayaraq bu böyük ne’mətin dəyəri haqqında düşünmürlər. Bəli ,insan nə qədər ki sağlamdır ,sağlamlığın qədrini bilmir. Sağlam dişləri olan və gündəlik qidasını heç bir çətinlik çəkmədən dişləri altında əzib udan insan çox vaxt diş kimi ne’mət haqqında bir anlıq olsun fikirləşmir. Sağlam ayaqlarla daim rahat hərəkət edən ,saatlarla bir yerdə dayanan insan sağlam ayaqların necə böyük ne’mət olduğunu adətən düşünmür. Amma elə ki dişlərdən birində problem yaranır ,həmin an sanki bütün dünya zülmətə bürünür. Dişi ağrıyan insan nəinki rahat qidalana bilmir ,hətta uyğun ağrılar onu divara qısır. Bu ağrı kəsilənədək insan heç bir işlə rahat məşğul ola bilmir. Dişi ağrıyan insanın nə qulaqları yaxşı eşidir ,nə də gözləri yaxşı görür. Əslində onun beyni düzgün işləmir. Yalnız bu ağrılardan ,əzab əziyyətdən sonra insan sağlam dişin nə qədər böyük ne’mət olduğunu anlayır. Amma həmin ağrılaradək ixtiyarında qoyulmuş bu misilsiz ne’mətlər haqqında düşünə bilmirdi. Məsələn ,ayağı əzilmiş ,yeriyə bilməyən insan məcbur olub yerində oturduqda anlamağa başlayır ki ,sağlam ayaqlar necə böyük ne’mət imiş!

    Müxtəsər işarələrimizdən nəticə çıxarıb qalan saysız-hesabsız ne’mətlər haqqında özünüz düşünün. Bu gün ixtiyarınıza verilmiş hər bir ne’məti diqqət mərkəzində saxlayın. Təsəvvür edin ki ,bir gün həmin ne’mət əlinizdən alınacaq və ya həmin ne’mətə hansısa nöqsan gələcək. Düşünün ki ,həmin kiçik nöqsan sizin üçün həyatda necə viranedici böyük problemlər yaradacaq. Bu çətinlik həm cisminizə ,həm də ruhunuza öz tə’sirini göstərəcək. Bu yolla sizin təbii həyat yolunuz qırıla bilər.

    Məhz bu məqamda Allaha qarşı insaflı olmaq məsələsi ortaya çıxır. Allaha qarşı insafın bir qismi Onun ne’mətlərinə qədərincə şükür etməkdir. Bu iş üçün də əsas yol ilahi göstərişlərə və hökmlərə əməl edilməsidir. İnsafdandırmı ki ,insan Allahın onun ixtiyarına verdiyi saysız-hesabsız ne’mətlər müqabilində nankorluq etsin və ilahi göstərişlərdən boyun qaçırsın?! Hansı ki bu göstərişlər olduqca sadədir və insanların öz xoşbəxtliyinə xidmət edir. Axı Allahın bizə nə ehtiyacı var?! Bizim kimi zəif mövcudların ilahi göstərişlərə əməl edib-etməməsinin Onun üçün əhəmiyyəti yoxdur.

    Maraqlıdır ki ,biz insanlar bə’zən özümüz kimi bəndələrə təşəkkür etdiyimiz qədər ,Allaha şükür etmirik. Məsələn ,bizə kiçik bir ehsan etmiş şəxsə təşəkkür edir və həmin ehsanı ömrümüzün sonunadək unutmamağı əxlaqi vəzifə sayırıq. İstənilən bir məqamda həmin yaxşılığın əvəzini çıxmağa çalışırıq. Bəs necə olur ki ,Allah tərəfindən ixtiyarımıza verilmiş bir bu qədər ne’mətə ,bütün həyatımızı əhatə etmiş ilahi lütflərə görə təşəkkürü əxlaqi vəzifə saymırıq?

    Nə üçün bizim xoşbəxtlik və qurtuluşumuz üçün nəzərdə tutulmuş ilahi qanunlara əməl etməklə təşəkkürü özümüzə vəzifə saymırıq? Qeyd etməliyik ki ,bu göstərişlər həm olduqca sadədir ,həm də Allah üçün heç bir əhəmiyyət kəsb etmir. Bizim ilahi göstərişlərə əməl edib-etməməyimizin Allah dərgahında fərqi yoxdur. Bu göstərişlərə əməlin bütün faydası öz təkamülümüz və tərəqqimizə yönəlmişdir.

    Uyğun bəyanatdan belə bir nəticə əldə edirik ki ,Allahın bəxşiş və lütfləri müqabilində istənilən bir nankorluq ,Onun göstərişlərinə qarşı istənilən növ itaətsizlik bir növ Allaha qarşı insafsızlıqdır.

    XALQAQARŞI İNSAF

    Xalqa qarşı insaf dedikdə hər bir fərdin hüquqlarına yetərincə riayət etmək nəzərdə tutulur. Hakim xalqla iki baxımdan insaflı rəftar etməlidir: Şəxsi və dövləti məsələlərdə ,özü ilə rabitədə ,qohumlar ,dostlar və yaxınlarla rabitədə.

    İslam hökumətində ümumi mal bölüşdürülərkən müsəlmanları bir-birindən fərqləndirməmək ,hamıya eyni gözlə baxmaq hakim üçün insaf sayılır. Şəxsi münasibətlərdə hakim qonşuluğa görə tabeliyində olanı nəyəsə məcbur edə bilməz. Məsələn ,bir şeyi alarkən və ya satarkən məcburiyyətə yol verilmir. Hakim öz malını baha satmağa ,qarşı tərəfin malını ucuz almağa sə’y göstərməməlidir. O ,hər iki halda ədalət və insafı gözləməlidir.

    VALİNİN (HAKİMİN) QOHUMLAR VƏ YAXINLARA MÜNASİBƏTDƏ VƏZİFƏSİ

    Yuxarıda xalqa qarşı insaf mövzusunda iki hal nəzərdən keçirildi. Üçüncü hal hakimin qohumları və yaxınları ilə bağlıdır. Hakim yol verməməlidir ki ,onun qohumları hakimin himayəsinə sığınıb xalqa qarşı insafsızlıq etsin. Hər bir insanda öz yaxınlarına ,xüsusi ilə ailə-övladına təbii bağlılıq var. Bu bağlılıq səbəbindən insanın haqsız yerə öz yaxınlarının tərəfini saxlaması mümkündür. Hakim belə olmamalıdır. Yaxınlarının başqalarına münasibətdə insafsızlığına şahid olan hakim xalqın haqqını müdafiə etməlidir.

    ZÜLMVƏ ONUN NƏTİCƏSİ

    وَمَنْ ظَلَمَ عِبَادَ اللهِ كَانَ اللهُ خَصْمَهُ دُونَ عِبَادِهِ، وَمَنْ خَاصَمَهُ اللهُ أَدْحَضَ حُجَّتَهُ، وَكَانَ لله حَرْب حَتَّى يَنْزعَ وَيَتُوبَ

    Həzrət buyurur: "Hər kəs Allahın bəndələrinə sitəm qılsa ,Allah öz bəndələri tərəfindən ona düşmən kəsilər. Hər kəs Allahla düşmənçilik etsə ,Allah onun məntiqini alar ,belə bir şəxs ölənədək və ya tövbə qılıb Allah yoluna gələnədək savaş mövqeyində qalar.”

    ZALIMLAKİM HESAB ÇƏKƏCƏK?

    Həzrətin "mən zələmə ibadəllahi kanəllahu xəsməhu” buyuruğundan aydın olur ki ,Allahın bəndələrinə qarşı çıxan kəs Allaha qarşı çıxmışdır və onunla Allah hesab çəkəcək. Yə’ni Allah məzlum bəndəsi tərəfindən zalıma qəzəb göstərər ,onun başına əzab yağışı yağdırar. Necə ki ,körpəyə zülm etmiş şəxs əslində onun atası ilə üzbəüz dayanmış olur. Zülm olunmuş övladın atası bu zülmü özünə qarşı görür və zalıma qarşı ayağa qalxır. Bəli ,ata-övlad rabitəsi belə bir himayə doğurur.

    Allahın rəsulu buyurur: "Allahın bəndələri onun ailəsindəndir.”[7]Bütün insanlar Allah tərəfindən himayə olunurmu? Aydın məsələdir ki ,zülmə uğradıqda müdafiə olunub haqqını ala bilməyənlərə görə Allah zalımların sorağına gəlir.

    Görən, övladın ataya bağlılığı güclüdür, yoxsa bəndənin Allaha bağlılığı?!

    ZALIMINLABÜD MƏĞLUBİYYƏTİ

    Zalım şəxs Allaha qarşı çıxmışdır və yalnız xalqa münasibətdə zora və quldurluğa güvənir. Allah bütün qüdrətlərin fövqündədir.[8]O zalımın simasını ifşa etməklə sübuta yetirir ki ,onun hərəkəti məntiq və dəlilə yox ,quldurluq və zülmə əsaslanır. Mə’lum məsələdir ki ,Allah zalımın çöhrəsindən niqabı qaldırıb onun əsil simasını tanıtdırdıqdan sonra məzlumlar Allaha güvənərək zalıma qarşı çıxasıdır. Bu savaşda məzlumlar Allah tərəfindən himayə olunduğundan onlar qalibdir və zalımların məğlubiyyəti labüddür.

    ZALIMINTÖVBƏSİ

    İslam zülmü qəti şəkildə məhkum edib ,onu çirkin və günah əməllərdən saysa da ,Allah özü dərhal zülmə cavab versə də ,zalım üçün qayıtmağa yol qoyulur. Çünki Allah bağışlayan və mehribandır ,hər bir günahkarı tövbə etdiyi təqdirdə əfv edir. Burada da tövbə edənlər üçün müqəddəs dərgahda bağışlanma nəzərdə tutulmuşdur.

    Bu səbəbdən həzrət buyurur ki ,zalım şəxs Allaha qarşı qalxmış ,özü eynən savaş ocağı olmuşsa da ,onun üçün qayıdış yolu tam bağlanmamışdır. Çünki Allah bu şəxslə zülmünü davam etdirəcəyi halda düşməndir. Nə qədər ki o tövbə edib geri dönməmişdir ,Allah onunla savaşdadır. Elə ki zülm-sitəmdən əl çəkib tövbə etdi ,Allah onun günahlarını bağışlayır ,onunla düşmənçilikdən daşınır.

    Əlbəttə ki ,tövbənin də günah mərtəbəsinə uyğun qəbul şərtləri var. İnsanların haqqını tapdamış şəxs tövbə edib qərara gəlsə ki ,bundan sonra həmin işi görməyəcək ,bəs etməz. Həmin şəxs qəsb etdiyi haqları qaytarmalı ,Allah bəndələrinin razılığını əldə etməlidir. Bəndələrin razılığından sonra Allah həmin şəxsin səmimi tövbəsini qəbul edir.

    MƏZLUMNALƏSİNİN TƏ’SİRİ

    İslam dünyagörüşündə bə’zi günahlar ne’mət və izzətin zillət və bədbəxtçiliyə çevrilməsi səbəbi sayılır. Bə’zi günahlar isə əzab və səmavi bəlaları tezləşdirir.

    Həzrət Əlinin (ə) nəzərincə ,Allah bəndələrinə zülm-sitəm bir tərəfdən ilahi ne’mətləri bədbəxtliyə çevirən ,digər tərəfdən əzab və bəlanı tezləşdirən səbəbdir. Bu əzab həm üxrəvi (axirətə aid),həm də dünyəvi ola bilər. Demək ,bu əzabın hazırkı dünyamızda gerçəkləşməsi mümkündür. Allah bəndələrinə zülm zalımı ne’mətlərdən məhrum edib ,onun varlığını məhv edə bilər. Bütün bunlar məzlumun naləsindən qaynaqlanır. Həzrət buyurur:

    وَلَيْسَ شَيْءٌ أَدْعَى إِلَى تَغْيِيرِ نِعْمَةِ اللهِ وَتَعْجِيلِ نِقْمَتِهِ مِنْ إِقَامَة عَلَى ظُلْم، فَإِنَّ اللهَ سَميِعٌ دَعْوَةَ الْمَظْلُومِينَ، وَهُوَ لِلظَّالِمِينَ بِالْمِرْصَادِ

    "Allahın ne’mətlərini zillətə çevirməkdə ,Allah qəzəbini tezləşdirməkdə zülmdən tə’sirli amil yoxdur. (Yə’ni Allah bəndələrinə zülm ne’mətlərin kəsilməsində və ilahi əzabın nazil olmasında bütün digər amillərdən tə’sirlidir) Çünki Allah məzlumların dua və istəklərini yaxşı eşidir və daim sitəmkarları izləməkdədir.”

    HAKİMİNQƏRARINDA ƏN ÜSTÜN ME’YAR HAQQ-ƏDALƏTİN GÖZLƏNMƏSİDİR.

    İslamda hakim İslam me’yarları əsasında qərar çıxarmalıdır. Bu əsasla hakimin istənilən bir dövləti qərar çıxarmasında me’yar haqq-ədalətin bərqərar olması ,ümumi şəkildə xalqın asayiş və razılığının gözlənilməsidir. Həzrət buyurur:

    وَلْيَكُنْ أَحَبَّ الاُْمُورِ إِلَيْكَ أَوْسَطُهَ فِي الْحَقِّ، وَأَعَمُّهَا فِي الْعَدْلِ، وَأَجْمَعُهَا لِرِضَى الرَّعِيَّةِ، فَإِنَّ سُخْطَ الْعَامَّةِ يُجْحِفُ بِرِضَى الْخَاصَّةِ، وَإِنَّ سُخْطَ الْخَاصَّةِ يُغْتَفَرُ مَعَ رِضَى الْعَامَّةِ

    "Haqda ən mö’tədil və ən orta ,ədalətdə ən əhatəli ,xalqın razılığı yolunda ən münasib işlər sənə sevimli olmalıdır. Şübhəsiz ,xalq kütləsinin qəzəbi xüsusi fərdlərin razılığını tə’sirdən salır. Hansı ki ,xalqın razılığı olduqda xüsusi fərdlərin qəzəbi ötürüləcək.”

    Haqq-ədaləti gözləmək o demək deyil ki ,xəyal aləmində ədalətli bir cəmiyyət təsəvvür olunsun. Belə bir təsəvvür özü də əməli tədbirlərdən çəkindirir ,hakimi mütləqçiliyə və idializmə sürükləyir. Bu səbəbdən də həzrət "əvsətəha fil-həqq” buyurmaqla hakimi həqiqəti görməyə ,cəmiyyətdə mövcud imkanlar əsasında hərəkət etməyə çağırır. Həzrət buyurur ki ,haqqın müdafiəsində həqiqətən yaxın hədd gözlənilsin ,mütləq həqiqətin mümkünsüzlüyü bəhanəsi ilə hakim məs’uliyyətdən qaçmasın.

    XALQINRAZILIĞINI BİR BU QƏDƏR ÖNƏ ÇƏKMƏYİN SƏBƏBİ NƏDİR?

    Hökm altında olan cəmiyyət iki zümrəyə bölünür: Əksəriyyət və azlıqlar. Cəmiyyətdə əksəriyyəti adi insanlar ,başqa sözlə ,ümumi xalq kütləsi təşkil edir. Bu zümrə rifah imkanlarından qismən bəhrələnir. Cəmiyyətdəki digər bir zümrə əksər maddi imkanlardan bəhrələnən azlıqdır. Onlar tutduqları məqam əsasında özlərini üstün və xüsusi sayırlar. Onların nəzərincə ,onları xalq kütlələrindən hansısa imtiyazlar fərqləndirir. Heç bir hakim əksəriyyət və azlığın tam razılığını əldə edə bilməz. Çünki əksəriyyətin xeyirinə çıxarılan qərar azlığı ,azlığın xeyirinə çıxarılan qərar əksəriyyəti narazı salacaq. Müqayisə etdikdə mə’lum olur ki ,əksəriyyətin razılığını qazanmaq hökumət və hakim üçün daha faydalıdır. Azlığın narazılığı aparıcı rola malik deyil.

    ƏKSƏRİYYƏTİNVƏ AZLIĞIN XÜSUSİYYƏTLƏRİ ,ONLARDAN HƏR BİRİNİN HÖKUMƏTDƏ ROLU

    Qeyd olundu ki ,hiylə və fırıldaqsız həm əksəriyyəti ,həm də azlığı razı salmaq mümkünsüzdür.

    Çünki bir zümrənin razı salınması o birinin narazılığı ilə şərtlənmişdir.

    Bəs həzrət Əli (ə) bu zümrələri necə xarakterizə edir ,onların hökumətdə hansı rola malik olduğunu bildirir? Həzrət buyurur:

    وَلَيْسَ أَحَدٌ مِنَ الرَّعِيَّةِ، أَثْقَلَ عَلَى الْوَالِي مَؤُونَةً فِي الرَّخَاءِ، وَأَقَلَّ مَعُونَةً لَهُ فِي الْبَلاَءِ، وَأَكْرَهَ لِلاِْنْصَافِ، وَأَسْأَلَ بِالاِْلْحَافِ، وَأَقَلَّ شُكْراً عِنْدَ الاِْعْطَاءِ، وَأَبْطَأَ عُذْراً عِنْدَ الْمَنْعِ، وَأَضْعَفَ صَبْر عِنْدَ مُلِمَّاتِ الدَّهْرِ مِنْ أَهْلِ الْخَاصَّةِ

    "Rəiyyətdən olan bir fərdin dolanışıq xərci vali üçün xüsusi zümrənin dolanışıq xərcindən ağır deyil. Onlar çətinlik zamanı xüsusi zümrədən az kömək etmir. Ədalət və insafın icrasında xüsusi zümrədən daha çox narahtdır. Əta və bəxşişlərə münasibətdə xüsusi zümrədən az şükür etmir. Qadağalar və imkansızlıqlarla rastlaşdıqda xüsusi zümrədən daha tez üzr qəbul edir. Çətinliklər zamanı xüsusi zümrədən daha sabitqədəmdir.”
    ÜMUMİTOPLUM VƏ MÜSTƏZƏFLƏRİN XÜSUSİYƏTLƏRİ

    Yuxarıdakı bəyanatlardan ümumi toplu vəcəmiyyətdəki müstəzəflərin (haqqı ödənməyənlərin) xüsusiyyətləri mə’lum olur:

    1. Ağırlığı az, köməyi çox

    Adi insanların və cəmiyyətdəki müstəzəflərin ilkin xüsusiyyəti daim orta həddə qida ,geyim və sair imkanlarla kifayətlənməsidir. Onlar qənaət əhlidir ,az xərcləyir və dolanışıqlarını idarə edirlər. Bu baxımdan adi rəiyyət hökumət və vali üçün ağır yük olmur. Hansı ki cəmiyyətin rifah içində yaşayan xüsusi zümrəsi öz dəbdəbələrinə uyğun ehtiyacları ilə hakim üçün yük olur. Onlar öz israfçılıqlarının tə’mini üçün hökuməti və valini sıxıntıya salır. Bəla və savaş vaxtı müstəzəflərdən daha çox və daha tez meydandan qaçırlar. Hansı ki müstəzəflər savaş və çətinlik zamanı daha səbrli ,daha müqavimətli ,daha qənaətçildirlər. Onlar öz kömək və yardımlarını əsirgəmirlər.

    2. Ədalət və insafın qəbulu

    Xalq arasında ədalətin mövcudluğu ilahi ,İslami və insani dəyərlərdən biridir. Hər bir hakim Qur’an əmri əsasında ədalətə diqqət yetirir ,cəmiyyətdəki təbəqələr arasında insafı gözləyir.

    Müstəzəflər və məhrumlar fitrətlərinin və İslamın hökmü ilə ədalətin icrasından xoşhaldırlar. Rifah içində yaşayanları isə ədalətin icrası razı salmır. Onlar bilirlər ki ,ədalətin icrası və bərabərliyin tə’mini ilə bütün israf və dəbdəbəçilik yolları bağlanasıdır.

    3. Ne’mətlər müqabilində təşəkkür

    İnsan öz fitrətinin hökmü ilə ehsan və ne’mətə görə təşəkkürü özünə vəzifə bilir. Məhrumlar fitrətlərini dinləyərək şükr edir ,hakimin ehsanı müqabilində qədrdanlıq edir ,heç bir yaxşılıq və ən’amı unutmurlar. Rifah içində yaşayanlar üçün isə böyük intizar müqabilində hakimin ehsanları əhəmiyyətsizdir və hər hansı təşəkkürü öz şə’nlərinə sığışdırmırlar.

    4. Üzürün qəbulu və isrardan uzaqlıq

    Hökumətdə xalqın dolanışıq xərclərinin tə’mini hakim və İslam dövlətinin vəzifəsidir. Təbii ki ,bu vəzifə fərqli şəraitlərdə fərqli şəkildə icra olunasıdır. Böyük imkanlar və münasib şərait olduqda dövlət öz vəzifəsini daha sür’ətlə və daha yaxşı yerinə yetirəcək və xalqı razı salacaq. Bə’zən isə müəyyən çətinliklər və böhranlar səbəbindən hökumət öz vəzifəsini layiqincə yerinə yetirə bilmir. Bəli ,dövlətin qarşısına proqnozlaşdırılmamış çətinliklər çıxa bilər. Belə məqamlarda özünü xalqınkı sayan dövlət xalqı vəziyyətdən xəbərdar etməklə üzr diləyir.

    Bu sayaq çətin şəraitlərdə cəmiyyətin məhrum təbəqəsi adətən dövlətin üzrünü qəbul edir və çox tə’kid göstərmir. Rifah içində yaşayanlar isə dövlətin üzürünü qəbul etmir ,öz tələbləri üzərində israr göstərirlər.

    5. Bəlalar qarşısında səbir və dözüm

    Hər bir millət öz ictimai həyatında bir mərhələ rifah və əmin-amanlıq ,digər bir mərhələ çətinliklər içərisində yaşayır. Heç bir millət və heç bir hakim iddia edə bilməz ki ,heç vaxt çətinlik görməyəcək və daim rifah və əminamanlıqda yaşayacaq.

    Cəmiyyətin məhrum təbəqəsi daim çətinlik içində yaşadığından bəlaları səbr və dözümlə qarşılayır. Amma daim rifah və asayişdə olmuş təbəqə çətinlik qarşısında dözümsüzlük göstərir. Bütün bu deyilənlər dövlət və hakimi müstəzəflərə ,məhrurmalara yaxınlaşdıran xüsusiyyətlərdir. Bu nöqtələri nəzərə alan hakim məhrumların xeyiri ,onların razılıq və asayişi üçün addım atır. Həzrət buyurur:

    وَإِنَّمَا عَمُودُ الدِّينِ، وَجِمَاعُ الْمُسْلِمِينَ، وَالْعُدَّةُ لِلاَْعْدَاءِ، الْعَامَّةُ مِنَ الاُْمَّةِ، فَلْيَكُنْ صِغْوُكَ لَهُمْ، وَمَيْلُكَ مَعَهُمْ

    "Dinin arxası müsəlman toplumu ,düşmən üçün ehtiyat qüvvə yalnız xalq kütləsidir. Beləsə ,üzünü xalqa tut ,onlara yaxınlaş.”

    XƏBƏRÇİLƏRİNRƏDD OLUNMASI HÖKUMƏTİ DAVAMLI EDİR.

    İslamda xəbərçilik sifəti ən alçaq və ən çirkin sifətlərdəndir.

    Bildiyimiz kimi ,yalnız mə’sumlar bütün eyb və nöqsanlardan uzaqdır. Adi insanda az-çox nöqsan müşahidə olunur. Xəbərçilik sifəti olan insan həm insanlar arasındakı ,həm də xalqla dövlət arasındakı rabitələrə kölgə salır. Çirkin əməllərinin mühakiməsindən qorxmayan xəbərçi insanda kiçik bir nöqsan müşahidə etdikdə bu nöqtəni dərhal onun dostuna çatdırır. Belə bir xəbər dostluğun qırılmasına ,arada kin-küdurət yaranmasına ,dostluğun düşmənliyə çevrilməsinə səbəb olur. Xəbərçi fərd dövlət aparatına yol tapdıqda ,dövlət işçiləri ilə yaxınlıq etdikdə öz çirkin xəbərləri ilə hakimdə xalqa ,xalqda hakimə qarşı bədbinlik yaradır. Nəticədə xalqın e’timadını və xalqa e’timadını itirən hakim çarəsiz bir vəziyyətə düşür. Bütün bunları nəzərə alan həzrət Əli (ə) e’timad və əminlik fəzası yaratmaq üçün Malikə tapşırır ki ,xəbərçiləri rədd etsin. Həzrət buyurur:

    وَلْيَكُنْ أَبْعَدَ رَعِيَّتِكَ مِنْكَ، وَأشْنَأَهُمْ عِنْدَكَ، أَطْلَبُهُمْ لِمَعَائِبِ النَّاسِ، فإنَّ في النَّاسِ عُيُوباً، الْوَالِي أَحَقُّ مَنْ سَتَرَهَا، فَلاَ تَكْشِفَنَّ عَمَّا غَابَ عَنْكَ مِنْهَا، فَإنَّمَا عَلَيْكَ تَطْهِيرُ مَ ظَهَرَ لَكَ، وَاللهُ يَحْكُمُ عَلَى مَا غَابَ عَنْكَ، فَاسْتُرِ الْعَوْرَةَ مَ اسْتَطَعْتَ يَسْتُرِ اللهُ مِنْكَ ما تُحِبُّ سَتْرَهُ مِنْ رَعِيَّتِكَ.

    أَطْلِقْ عَنِ النَّاسِ عُقْدَةَ كُلِّ حِقْد، وَاقْطَعْ عَنْكَ سَبَبَ كُلِّ وِتْر، وَتَغَابَ عَنْ كلِّ مَ لاَ يَضِحُ لَكَ، وَل تَعْجَلَنَّ إِلَى تَصْدِيقِ سَاع، فَإِنَّ السَّاعِيَ غَاشٌ، وَإِنْ تَشَبَّهَ بِالنَّاصِحِينَ

    "İnsanlarda daha çox eyb axtaran rəiyyət səndən ən uzaqda dayanmalıdır. Aydın məsələdir ki, (mə’sumlardan savay) hamının eybi var. Eybləri örtmək daha çox hakimə layiq olan sifətdir. Xəbərsiz qaldığın eybləri üzə çıxarmağa çalışma. Sənin vəzifən yalnız üzdə olan eybləri aradan qaldırmaqdır. Səndən gizlin qalan işlər haqqında Allah özü hökm verəcək (Qiyamət günü günahkarların örtülü qalmış günahları mühakimə olunacaq.) Bəli ,bacardığın qədər xalqın eyblərini ört. Belə etsən ,Allah da gizli qalmasını istədiyin eyblərini örtər.

    Xalqın qəlbində olan kin düyününü aç ,daxilində tənhalıq amillərini qır ,sənə aydın olmayan məsələdən özünü xəbərsiz göstər ,hər xəbərçinin sözünü təsdiqləməyə tələsmə. Xəbərçi nəsihətçi və xeyirxah libasında gəlsə də xaindir.”

    SİRSAXLAMAQ VƏ EYBİ ÖRTMƏK

    Sir saxlamaq və insanların eyblərini örtmək İslamın həyatverici və insanpərvər üsullarından biri ,hakimin vəzifələrindəndir. Həzrət Əli (ə) bu İslami prinsipi bəyan edərkən eyblərin örtülməsini vali üçün zəruri sayır. Malik tabeçiliyində olanların eyblərini örtməyə çağırılır. Həzrət Əli (ə) Maliki eyb axtarmaqdan çəkindirərək buyurur ki ,öz sirlərinin açılmasını istəmədiyin kimi xalqın da sirlərini ifşa etmə.

    İmam Sadiq (ə) həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "Mö’minlərin nöqsanlarını araşdırma. (Din) qardaşında eyb axtaran kəsdə Allah eyb axtarar. Allahın eyb axtardığı kəs isə hətta evinin içində rüsvay olar.”

    FƏSADVƏ GÜNAH TƏZAHÜRLƏRİ İLƏ MÜBARİZƏ

    Müxtəlif cəmiyyətlərdə fəsad və günahın genişlənməsi imperializmin ən bariz təlaşlarındandır. Materializm və kommunizm də xalqı dindən ayırmaq istəmiş ,Allahsızlığı yaymaq üçün sə’y göstərmişdir. Onların son məqsədi dini və insani dəyərləri aradan qaldırmaqdır. Dünya imperializmi də iffət və paklığı aradan qaldırmaqla fəsad və günahı yaymaq ,müstəzəf ,məhrum xalqları mə’nəviyyatdan ayırmaq əzmindədir. Bəli ,dünya imperializmi insanların şəxsiyyətini puça çıxartmağı qarşısına məqsəd qoymuşdur. Onlar insanları o qədər biganələşdirirlər ki ,heç bir inanc yeri qalmasın və bəşəriyyət özünü zəhərli fəsad və günah girdabına atsın.

    Dünya imperializmi öz varlığını qorumaq üçün müxtəlif proqramlar cızır. Amma bütün planların başında cəmiyyətlərdə günah və fəsadın yayılması dayanır. Son 2-3 əsrdə təcrübədə sübuta yetmişdir ki ,millətlərin biganələr qarşısında ən möhkəm sipəri onların iffət və paklığıdır. İffət və paklığını itirmiş millət azğın nəfs istəkləri və şəhvətə məğlub olub insani şəxsiyyətini itirir. Nəticədə dini və mə’nəvi əsaslar laxlayır və möhkəm bir qala uçulub tökülür. Bundan sonra imperializm üçün nüfuz yolu açılır.

    İslam bu sayaq fəsadların qarşısını almaq üçün ciddi mübarizə aparır. Aşkar şəkildə günaha yol verənlər və gizli şəkildə günah yaymaqla məşğul olanlar ən sərt şəkildə cəzalandırılır. Həzrət Əli (ə) Maliki günah təzahürləri ilə mübarizəyə ,çirkin işlərin qarşısının alınmasına çağırır. Yalnız bu şərtlər ödəndikdə İslam cəmiyyəti süqutdan yaxa qurtara bilir.

    PROBLEMLƏRİNHƏLLİ VƏ XALQIN ÇƏTİNLİKLƏRİNƏ DİQQƏT

    Həzrət Əlinin (ə) "ətliq ənin-nasi uqdətə kulli hiqd” buyuruğundan mə’lum olur ki ,problemlərin həlli ,maddi və mə’nəvi ehtiyacların tə’mini hökumətin vəzifələrindəndir.

    Aydın məsələdir ki ,insanlar öz bəşəri fitrətlərinə uyğun olaraq ,istəklərinə nail olmadıqda hökumət mə’murlarını müqəssir sayırlar. Onlar elə düşünürlər ki ,hökumət problemləri aradan qaldırmaq ,onların istəklərini tə’min etmək gücündədir. Təbii ki ,hökumət xalqın istəklərini ödəyə bilmədikdə məs’ullara qarşı kin-küdurət baş qaldırır və belə bir münasibət hökumətin bünövrəsini süstləşdirir.

    Hakim xalqın istəklərini yerinə yetirə bilmədikdə islami ədəb və əxlaqla xalqın qarşısına çıxmalı ,onları mövcud imkansızlıqlarla tanış etməlidir. O problemlərin həlli üçün xalqdan məsləhət istəməli ,bir sözlə ,istənilən bir yolla onların razılığını qazanmalıdır.

    İSLAMDAMƏSLƏHƏT–MƏŞVƏRƏT

    İslam dinində istibdadın , fərdiyyətçiliyin və təkəbbürün qarşısını almaq üçün ,həm də başqalarının ağıl və düşüncəsindən faydalanmaq məqsədi ilə müşavirə və məşvərət nəzərdə tutulmuşdur. Qarşıda dayanan məsələ ciddiləşdikcə həmin məsələ ətrafında müşavirə də həssas və zərif olacaq. Məsləhət və əməldə məşvərətə əməl edilməsi iki baxımdan zəruri görünür:

    Həyatın müxtəlif sahələrində siyasi ,mədəni ,əxlaqi ,iqtisadi problemlərin tenpi onların mahiyyətcə qavranmasında çətinlik yaradır. Belə ki çox vaxt mütəxəssislərlə məsləhətləşməkdən başqa yol qalmır.

    İnsan fiziki və əqli baxımdan nə qədər üstün olsa da o bir insandır və bir düşüncəyə sahibdir. Məsləhətləşən insan isə ətrafdakıların da düşüncəsindən bəhrələnib daha e’tibarlı və daha qənaətbəxş nəticə əldə edir.

    İslamın müşavirə prinsipinə riayət etməyin zəruriliyini bildikdən sonra kiminlə məsləhətləşməli olduğumuzu müəyyənləşdirək. Görən rastlaşdığımız hər şəxslə məsləhətləşə bilərikmi?

    MÜŞAVİRİNƏXLAQİ KEYFİYYƏTLƏRİ

    Bu gün dünyanın müxtəlif nöqtələrində ətrafdakıların təcrübəsindən faydalanmaq üçün müşavirələr keçirilir. Amma bir nöqtəyə yetərincə diqqət olunmur ki ,müşavirin xüsusi əxlaqi səciyyələri olmalıdır.

    Qeyri-islami məmləkətlərdə dərin elm və biliyi ,təcrübə və bacarığı olanlar yaxşı müşavir sayılır. İslam məktəbində isə ağıl və təcrübədən əlavə əxlaqi me’yarlar da var.

    Müşavirin şərtləri ilə ətraflı tanış olmaq üçün İslam baxımından müəyyənləşdirək ki ,müşavir hansı sifətlərə sahib ,hansı sifətlərdən uzaq olmalıdır.

    ZƏRURİVƏ QEYRİ-MƏQBUL ŞƏRTLƏR

    Qısa şəkildə qeyd edə bilərik ki ,müşavirdə aşağıdakı keyfiyyətlər olmalıdır: İslam ,əql ,helm ,nəsihət ,təqva ,təcrübə.

    Şərtlərdən aydın olur ki ,İslam müsəlman ,aqil ,xoşxasiyyət ,nəsihətçi ,təqvalı və təcrübəli müşaviri bəyənir və qeyri-müsəlman ,günahkar ,nadan ,paxıl ,tamahkar ,qaba ,təqvasız ,münafiq ,axmaq ,qorxaq ,inadkar ,təcrübəsiz insanla müşavirədən çəkindirir. Həzrət buyurur:

    وَلاَ تُدْخِلَنَّ فِي مَشُورَتِكَ بَخِيل يَعْدِلُ بِكَ عَنِ الْفَضْلِ، وَيَعِدُكَ الْفَقْرَ، وَل جَبَاناً يُضعِّفُكَ عَنِ الاُْمُورِ، وَلاَ حَرِيص يُزَيِّنُ لَكَ الشَّرَهَ بِالْجَوْرِ، فَإِنَّ الْبُخْلَ وَالْجُبْنَ وَالْحِرْصَ غَرَائِزُ شَتَّى يَجْمَعُهَ سُوءُ الظَّنِّ بِاللهِ

    "Xəsis insanla məsləhətləşmə. Çünki o səni ehsandan çəkindirər ,yoxsulluqla qorxudar. Qorxaq adamla məsləhətləşmə. O sənin ruhiyyəni zəifləşdirər. Həris adamla məsləhətləşmə. O sitəmkarlıqla sənin nəzərində tamahı bəzəyər. Xəsislik ,qorxaqlıq ,tamahkarlıq böyük Allaha sui-zəndən qaynaqlanan səciyyələrdir.”

    GÜNAHKARLARINDÖVLƏT İŞLƏRİNDƏN UZAQLAŞDIRILMASI ZƏRURƏTİ

    Nazirlər dövlət proqramlarının tənzimlənməsində ən üstün məqam sahibləridir. Onlar cəmiyyəti həm tərəqqiyə ,həm də süquta apara bilər. Hökumətin e’tibar və əzəməti nazirlərin yaxşılığı ilə bir başa əlaqədədir. Keçmişdə zalım hakimlərin naziri olanlar ədalətli hakimiyyətdə məqama layiq deyil. Çünki zülm onların xarakterinə hopmuşdur və ədalətli hakimiyyətlə heç bir uyğunluqları yoxdur. Digər tərəfdən ,onların zalımlığından xəbərdar xalq növbəti dəfə onları vəzifədə gördükdə mövcud hakimiyyətdən bədbin ola bilər. Belə bir fikir yaranar ki ,hazırkı hökumət də əvvəlki zalım hökumətin davamıdır və nazirlər öz mənafeləri üçün çalışasıdır.

    Aydın məsələdir ki ,belə bir düşüncə ilə xalq kütləsi yenə də zülm-sitəm altında olduğunu fikirləşəcək. Və yeni dövlətə e’tibar göstərilməyəcək. Bu yolla hakimiyyət və xalq arasında uçurum yaranır ,çox vaxt zalım nazirlərin ucbatından yeni dövlət süquta uğrayır. Həzrət buyurur:

    شَرُّ وُزَرَائِكَ مَنْ كَانَ لِلاَْشْرَارِ قَبْلَكَ وَزِيراً، وَمَنْ شَرِكَهُمْ فِي الاْثَامِ، فَل يَكُونَنَّ لَكَ بِطَانَةً، فَإِنَّهُمْ أَعْوَانُ الاَْثَمَةِ، وَإِخْوَانُ الظَّلَمَةِ، وَأَنْتَ وَاجِدٌ مِنْهُمْ خَيْرَ الْخَلَفِ مِمَّنْ لَهُ مِثْلُ آرَائِهِمْ وَنَفَاذِهِمْ، وَلَيْسَ عَلَيْهِ مِثْلُ آصَارِهِمْ وَأَوْزَارِهِمْ وَ آثَامِهِمْ، مِمَّنْ لَمْ يُعَاوِنْ ظَالِم عَلَى ظُلْمِهِ، وَلاَ آثِم عَلَى إِثْمِهِ

    "Sənin üçün ən pis nazir o nazirdir ki ,səndən öncə şər hakimiyyətdə nazir olub. O əvvəlki hakimiyyətin günahlarına şərik və yardımçıdır. Belələri sənə sirdaş olmamalıdır. Çünki onlar günahkarların həmkarı , sitəmkarların qardaşlarıdır. Sənin ixtiyarında ən üstün insanlar var. Onlar düşüncə və ictimai nüfuz baxımından ətəyi bulaşıqlardan əskik deyil. Bundan əlavə ,onlar günaha batmayıb , sitəmkarlarla həmkarlıq etməyib ,günahda onlara şərik olmayıb.”

    Həzrət Əli (ə) öz hakimi ilə əvvəlki rejim mə’murlarının münasibətini son incəliyinədək araşdırıb Malikə tövsiyələr verir. Paklıq əsasında seçim mütəxəssis çatışmazlığı problemi yarada bilər. Bununla belə ,Malikin diqqəti inqilabi ,nüfuzlu qüvvələrə yönəldilir. Xatırladılır ki ,uyğun təfəkkürlə cəmiyyəti saflaşdırmaqdan çəkinməsin. Çünki sağlam qüvvələr asanlıqla azğın qüvvələri əvəz edəsidir.

    ALLAHPƏRƏSTLƏRİNDÖVLƏT APARATINA QƏBULU VƏ ONLARIN ÜSTÜNLÜKLƏRİ

    Həzrət Əli (ə) Maliki əmin edir ki ,sabiq rejimin günahkar mə’murları işdən azad olunduqdan sonra saleh və mütəxəssis insanlar onların işini görəsidir. Mövla sözünün ardınca allahpərəstlərin zalımlardan üstünlüyünü belə bəyan edir:

    أُولئِكَ أَخَفُّ عَلَيْكَ مَؤُونَةً، وَأَحْسَنُ لَكَ مَعُونَةً، وَأَحْنَى عَلَيْكَ عَطْفاً، وَأَقَلُّ لِغَيْرِكَ إِلْفاً، فَاتَّخِذْ أُولئِكَ خَاصَّةً لِخَلَوَاتِكَ وَحَفَلاَتِكَ

    "Onların (allahpərəstlərin) xərci sənin üçün daha yüngüldür. Onların həmkarlığı üstün ,sənə məhəbbətləri artıq ,biganələrlə yaxınlıqları azdır. Elə buna görə də onları özünə yaxın et ,nazir seç.”

    ÜSTÜNİNSANLARIN SEÇİMİ

    Qeyd olundu ki ,sabiq rejimin qalıqlarını uzaqlaşdırıb ,allahpərəst qüvvələri işə cəlb etmək İslam hakiminin vəzifələrindəndir. Allahpərəst insanlar zalım rejim mə’murlarından üstün olsalar da ,onların da arasında məs’uliyyət hissi eyni deyil. Həzrət Əli (ə) allahpərəst qüvvələrin də müəyyən me’yarlarla ,tutumlarına uyğun vəzifələrə seçilməsini zəruri sayır. Elə olmamalıdır ki ,ləyaqətli insanlar kənarda qalsın ,layiq olmayanlar vəzifə tutsun. Həzrət buyurur:

    ثُمَّ لْيَكُنْ آثَرُهُمْ عِنْدَكَ أَقْوَلَهُمْ بِمُرِّ الْحَقِّ لَكَ، وأَقَلَّهُمْ مُسَاعَدَةً فِيَم يَكُونُ مِنْكَ مِمَّا كَرِهَ اللهُ لاَِوْلِيَائِهِ، وَاقِع ذلِكَ مِنْ هَوَاكَ حَيْثُ وَقَعَ.

    وَالْصَقْ بِأَهْلِ الْوَرَعِ وَالصِّدْقِ، ثُمَّ رُضْهُمْ عَلَى أَلاَّ يُطْرُوكَ وَلاَ يُبَجِّحُوكَ بِبَاطِل لَمْ تَفْعَلْهُ، فَإِنَّ كَثْرَةَ الاْطْرَاءِ تُحْدِثُ الزَّهْوَ، وَتُدْنِي مِنَ الْعِزَّةِ

    "(Allahpərəstlər arasından),meylin istəsə də ,istəməsə də ,hamıdan tez haqqı deyən ,Allahın bəyənmədiyi işlərdə sənə yardım göstərməyən fərdlərə üstünlük ver.

    Özünü təqva və sədaqət əhlinə yaxınlaşdır. Onları elə tərbiyə et ki ,səni hədsiz tə’rifləməsinlər ,pis iş görmədiyin üçün xoş sözlər söyləməsinlər. Çünki həddi aşan tə’rif xudpəsəndlik gətirir və insanı təkəbbürə yaxınlaşdırır.”

    Görən həzrətin bu göstərişlərinə əməl olunsa mə’mur seçimində ləyaqət yox ,yaxınlıq əsas götrülərmi? Hakimiyyətdə yaltaqlığa ,özünü nümayişə ,riyakar qayğıkeşliyə yer qalarmı? Münafiqlər ,yalançılar , fırıldaqçılar vəzifə kürsüsünə qalxarmı? Pak və məs’uliyyətli insanlar guşənişin olarmı? Əlbəttə ki yox!

    Belə bir hökumətdə mühakimə və dəyərləndirmələrdə mehvər hakimin yox ,Allahın razılığıdır. Uyğun nizamda acı da olsa haqqına danışan mə’mur mö’təbərdir. Uyğun şəraitdə yaltaq və riyakar yox ,sədaqətli və pak işçi qabağa çəkilir. Bu səbəbdən də hakimin vəzifəsi pak və haq yola yaxın insanları araşdırıb üzə çıxarmaqdır.

    TƏŞVİQVƏ TƏNBEHİN ZƏRURİLİYİ VƏ ME’YARLARI

    İslam ayinləri ədalət prinsipinə əsaslanır. Ədalət hər şeyin öz yerində qərar tutmasıdır. Bu əsasla düzgün və İslami müdiriyyətdə əvvəla sadiq işçi ilə xain işçiyə eyni gözlə baxılmayacaq ,xain tənbeh ediləcək ,sadiq təşviq olunacaq. İkincisi ,fərdlərin təşviq me’yarı yalnız onların işi və işin nəticəsidir.

    Əgər bir müdiriyyətdə təşviq olmasa ,sadiqlərlə xainlərə eyni gözlə baxılsa ,onlar eyni maaş alsa ,bir müddət sonra işçilər arasında elə bir təsəvvür yaranacaq ki ,yaxşı işləyən lazımınca dəyərləndirilmir. Beləcə ,iste’dadların iflic olması ilə nizam süquta uğrayacaq. Yox əgər təşviqlər ədalətə yox ,hansısa münasibətlərə əsaslansa tabeçilikdə olanlar müdiriyyətə qarşı e’tinasız olacaq və səmimiliyini itirəcək. Həzrət buyurur:

    وَلاَ يَكُونَنَّ الْـمُحْسِنُ وَالْمُسِيءُ عِنْدَكَ بِمَنْزِلَة سَوَاء، فَإِنَّ فِي ذلِكَ تَزْهِيد لاَِهْلِ الاِْحْسَانِ فِي الاِْحْسَانِ،تَدْرِيباً لاَِهْلِ الاِْسَاءَةِ عَلَى الاِْسَاءَةِ، وَأَلْزِمْ كُلاًّ مِنْهُمْ مَ أَلْزَمَ نَفْسَهُ

    "Yaxşı əməl sahibi ilə pis əməl sahibinə eyni gözlə baxmamalısan. Çünki belə bir münasibət xeyir əməl sahiblərini xeyirə biganələşdirən ,bəd əməl sahiblərini pis işə təşviq edən ən güclü amildir. Hər kəsə işinə uyğun mükafat ver!”

    XALQAE’TİMAD

    Zalım hökumətlərin əsasını xalqa e’timadsızlıq və sui-zənn təşkil edir. Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır. Buna görə də dövlətin işi-gücü xalq arasında mə’lumat toplayıb müxtəlif bəhanələrlə müxalifləri əzmək olur. Belə bir hakim bir dəstə məzlumu başıqapazlı etməklə öz nöqsanlarını pərdələyir ,müvəqqəti hakimiyyəti dövründə xalqa iztirab verir.

    Əksinə ,İslam prinsipləri üzərində qurulmuş dövlətdə xalqa e’timad və xoşgümanlıq hakim olur ,vali tabeçiliyində olan xalqa dost və həmkar gözü ilə baxır. Belə bir hakim öz dövlətini xalqdan və xalqı özündən sayır. Ədalətli müsəlman hakim dövlətin möhkəmliyini xalq hərəkatlarında görür ,daim xalqı razı salmağa çalışıb ,xalq arasından casusluğa sə’y göstərmir. Həzrət buyurur:

    وَاعْلَمْ أَنَّهُ لَيْسَ شَيْءٌ بِأَدْعَى إِلَى حُسْنِ ظَنِّ وَال بِرَعِيَّتِهِ مِنْ إحْسَانِهِ إِلَيْهِمْ، وَتَخْفِيفِهِ الْمَؤُونَاتِ عَلَيْهِمْ، وَتَرْكِ اسْتِكْرَاهِهِ إِيَّاهُمْ عَلَى مَا لَيْسَ لهُ قِبَلَهُمْ، فَلْيَكُنْ مِنْكَ فِي ذلِكَ أَمْرٌ يَجَتَمِعُ لَكَ بِهِ حُسْنُ الظَّنِّ بِرَعِيَّتِكَ، فَإِنَّ حُسْنَ الظَّنِّ يَقْطَعُ عَنْكَ نَصَباً طَوِيلاً،

    وَإِنَّ أَحَقَّ مَنْ حَسُنَ ظَنُّكَ بِهِ لَمَنْحَسُنَ بَلاَؤُكَ عِنْدَهُ، وَإِنَّ أَحَقَّ مَنْ سَاءَ ظَنُّكَ بِهِ لَمَنْ سَاءَ بَلاَؤُكَ عِنْدَهُ

    "Bil ki ,rəiyyətin vəfadarlığı üçün valinin onlara ehsanı ,dolanışıq xərclərini yüngülləşdirməsi ,vəzifələri olmayan işə məcbur etməməsi ən tə’sirli amildir. Demək ,sənin proqramın olmalıdır və bu proqram əsasında rəiyyətinə xoşgüman olasan. Bu xoşgümanlıq sənin çiynindən ağır yüklər götürər.

    Sənə xoş münasibətinə ən çox layiq olan şəxs sənin siyasətini yaxşı bilən ,sənin pis münasibətinə ən layiq olan şəxs sənin siyasətini ən pis bilən şəxsdir.”

    Xalqa e’timadın və xoşgümanlığın əsassız olmaması üçün həzrət Əli (ə) yollar göstərir: Ehsan ,dolanışıq xərclərinin yüngülləşdirilməsi ,məcburi işlərin qarşısının alınması.

    Növbəti fəsillərdə bu üç tədbirdən hər biri haqqında ayrıca danışacağıq. Buna görə də təkrardan çəkinirik.

    ŞƏR’İ (QANUNİ) VƏ QEYRİ-ŞƏR’İ (QEYRİ-QANUNİ) SÜNNƏLƏR (QAYDA-QANUNLAR)

    İslam xalq arasındakı sünnə və adət ən’ənələri iki qismə bölür: Şər’i sünnələr və qeyri-şər’i sünnələr.

    İslam əsaslarına və me’yarlarına zidd olan sünnələr qeyri-şər’i sünnə adlanır. Hakim qeyri-şər’i sünnələrlə mübarizə aparmalıdır. Həzrət Peyğəmbərin (s) risalətinin başlanğıcında xalq arasında bütpərəstlik rəvac tapmışdı. Bütpərəstlik İslam prinsiplərinə və tövhidə zidd olduğundan həzrət Peyğəmbər (s) Qur’anın "deyin yoxdur Allahdan başqa bir mə’bud və qurtulun” buyuruğunu şüar edib bütpərəstliklə mübarizəyə başladı və bu yolda şəhadətdən də çəkinmədi.

    İslam əsaslarına zidd olmayan sünnələr şər’i sünnələr adlanır. İslam hökuməti bu sayaq sünnələrlə mübarizə aparmamalı ,əksinə onları qoruyub müsbət ən’ənələri istiqamətləndirməlidir. Həzrət buyurur:

    وَلاَ تَنْقُضْ سُنَّةً صَالِحَةً عَمِلَ بِهَ صُدُورُ هذِهِ الاُْمَّةِ، وَاجْتَمَعتْ بِهَا الاُْلْفَةُ، وَصَلَحَتْ عَلَيْهَ الرَّعِيَّةُ،لاَ تُحْدِثَنَّ سُنَّةً تَضُرُّ بِشَيء مِنْ مَاضِي تِلْكَ السُّنَنِ، فَيَكُونَ الاَْجْرُ بِمَنْ سَنَّهَا، وَالْوِزْرُ عَلَيْكَ بِمَا نَقَضْتَ مِنْهَا

    "Ümmət böyüklərinin əməl etdiyi ,ülfət və birliyə səbəb olan ,millətin işlərini düzə çəkən heç bir bəyənilmiş sünnənin qarşısını alma! Keçmiş sünnələrə zərər vuracaq yeni qaydalar qoyma. (Bu sayaq sünnələrə qarşı çıxsan) onların banisi mükafatlandırılacaq ,sünnəni pozduğun üçün sənə günah yazılacaq.”
    Category: Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi | Added by: Islam_Kitabxanasi
    Views: 818 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024