İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2052
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi

    HƏZRƏT ƏLİNİN (Ə) MALİK ƏŞTƏRƏ MƏKTUBUNUN ŞƏRHİ
    2012-07-01, 10:21 PM
    CƏMİYYƏTNAMAZINDA MƏ’MUMLARA (İQTİDA EDƏNLƏRƏ) ÇƏTİNLİK YARATMAMAQ

    İslamda fərdi ibadət üçün incəliklər nəzərdə tutulsa da ,cəmiyyət namazında mə’mumların halını nəzərə almaq ciddi tapşırılır. İslam dini insanların bir yerə toplanmasını çox əhəmiyyətli saydığından belə bir nöqtəyə xüsusi diqqət ayırır. Müqəddəs İslam şəriətində cümə və cəmiyyət namazlarında iştirak üçün qat-qat artıq savab nəzərdə tutulur. Məqsəd budur ki ,müsəlmanlar daim toplum şəklində səhnədə olsun , parçalanmadan amanda qalsın. Həzrət buyurur:

    وَإِذَا قُمْتَ فِي صلاَتِكَ لِلنَّاسِ، فَل تَكُونَنَّ مُنَفّرِاً وَل مُضَيِّعاً، فَإِنَّ فِي النَّاسِ مَنْ بِهِ الْعِلَّةُ وَلَهُ الْحَاجَةُ. وَقَدْ سَأَلْتُ رَسُولَ اللهِ(صلى الله عليه وآله) حِينَ وَجَّهَنِي إِلَى الَيمنِ كَيْفَ أُصَلِّي بِهِمْ؟ فَقَالَ: "صَلِّ بِهِمْ كَصَلاَةِ أَضْعَفِهِمْ، وَكُنْ بِالْمُؤْمِنِينَ رَحِيماً

    "(Ey Malik) Cəmiyyətlə namaza dayandığın vaxt namazı o qədər uzatma ki ,insanlar yorulsun ,nə də sən tələsməklə namazı zay etmə. Namaz qılanlar arasında xəstələr və tələsənlər ola bilər. Həzrət Peyğəmbər (s) məni Yəmənə göndərdiyi vaxt ondan soruşdum ki ,onlarla necə namaz qılım? Həzrət buyurdu: "Elə düşün ki ,onların ən zəifi ilə namaz qılırsan və mö’minlərlə mehriban ol.”

    XALQLAOLMAĞIN SƏMƏRƏSİ VƏ ONLARDAN UZAQLIĞIN FƏSADLARI

    Xalqla yaxın hakimin xüsusiyyətləri haqqında danışarkən qeyd olundu ki ,belə bir hakim həmişə xalqladır və özü ilə xalq arasında səd qoymur.

    Həzrət Əli (ə) fərmanın bu hissəsində xalqdan ayrılığın fəsadlarını qeyd etməklə yanaşı xalqla olmağın səmərələrindən danışır. Həzrət buyurur:

    وَأَمَّا بَعْدَ هذا، فَلاَ تُطَوِّلَنَّ احْتِجَابَكَ عَنْ رَعِيَّتِكَ، فَإِنَّ احْتِجَابَ الْوُلاَةِ عَنِ الرَّعِيَّةِ شُعْبَةٌ مِنَ الضِّيقِ، وَقِلَّةُ عِلْم بِالاُْمُورِ، وَالاِْحْتِجَابُ مِنْهُمْ يَقْطَعُ عَنْهُمْ عِلْمَ مَا احْتَجَبُوا دوُنَهُ فَيَصْغُرُ عِندَهُمْ الْكَبِيرُ، وَيَعْظَمُ الصَّغِيرُ، وَيَقْبُحُالْحَسَنُ، وَيَحْسُنُ الْقَبِيحُ، وَيُشَابُ الْحَقُّ بِالْبَاطِلِ، وَإِنَّمَ الْوَالِي بَشَرٌ لاَ يَعْرِفُ مَا تَوَارَى عَنْهُ النَّاسُ بِهِ مِنَ الاُْمُورِ، وَلَيْسَتْ عَلَى الْحَقِّ سِمَاتٌ تُعْرَفُ بِهَا ضُرُوبُ الصِّدْقِ مِنَ الْكَذِبِ، وَإِنَّمَا أَنْتَ أَحَدُ رَجُلَيْنَِ: إِمَّ امْرُؤٌ سَخَتْ نَفْسُكَ بِالْبَذْلِ فِي الْحَقِّ، فَفِيمَ احْتِجَابُكَ مِنْ وَاجِبِ حَقٍّ تُعْطِيهِ، أَوْ فِعْل كَرِيم تُسْدِيهِ، أَوْ مُبْتَلَىً بِالْمَنعِ، فَمَ أَسْرَعَ كَفَّ النَّاسِ عَنْ مَسْأَلَتِكَ إِذَا أَيِسُوا مِنْ بَذْلِكَ! مَعَ أَنَّ أَكْثَرَ حَاجَاتِ النَّاسِ إِلَيْكَ مـ م لاَ مَؤُونَةَ فِيهِ عَلَيْكَ، مِنْ شَكَاةِ مَظْلِمَة، أَوْ طَلَبِ إِنْصاف فِي مُعَامَلَة

    "Məbada xəlvətə çəkiləsən və rəiyyətdən uzaqlığın uzun sürə! Çünki hakimin xalqdan kənarlığı bir növ sıxıntı ,işlərdən xəbərsizlikdir. Bundan əlavə ,pərdədə qalmaq rəiyyəti baş verənlərdən xəbərsiz qoyur. Bu səbəbdən onların nəzərində böyük kiçik ,kiçik isə böyük görünür. Onlar yaxşını pis ,pisi yaxşı sayır ,haq batilə qarışır. Vali (hakim) bir insandır və xalqın gizli saxladığı işləri öyrənə bilməz. Belə bir xüsusi nişanları da yoxdur ki ,onlarla doğrunu yalandan seçsin.

    Sən istənilən halda iki nəfərdən birisən: Ya haq yolda bağışlayansan-beləsə ,nə üçün bağışladığın vacib haqqı ,gördüyün yaxşı işi gizlədəsən? Ya da xəsis bir fərdsən ,xalq tezliklə səndən ümidini üzər və bir daha sənə ağız açmaz. Əslində xalqın bir çox istəklərini həyata keçirməyin xərci yoxdur. Onlar ya düçar olduqları sitəmdən şikayətlənir ,ya da müəyyən bir müamilə və ya işdə səndən ədalət gözləyirlər.”

    Həzrət mövlanın buyuruqlarının bu hissəsində aşağıdakı nöqtələrə xüsusi diqqət ayrılır:

    1. Mə’lumat əldə etmək üçün ən yaxşı yol

    Mə’lumat əldə etmək üçün iki yol təsəvvür olunur: Birinci yol budur ki ,hakim məxfi və aşkar qüvvələr ,müxtəlif kanallar vasitəsi ilə ölkədə baş verən hadisələrdən xəbər tutur. İkinci yol budur ki ,hakim arabir bilavasitə xalqla görüşür ,xalqın özündən müəyyən hadisələr haqqında mə’lumat əldə edir. Həzrət Əlinin (ə) nəzərincə ,ən yaxşı yol xalqla bilavasitə rabitədir. Çünki xalq hakimlə görüşdə həqiqətləri açıqlayır ,gizli işlərin üzərindən pərdəni qaldırır. Hakim bu yolla mə’lumat əldə edib müxtəlif kanallarla daxil olmuş mə’lumatları dəyərləndirə bilər.

    2. Firqə və dəstələri tanımağın yaxşı yolu

    Yalnız götür-qoy və toplanmış mə’lumatlar əsasında ictimai məsələlərdən xəbər tutub haqqı batildən seçmək mümkünsüzdür. Çünki insanlar müxtəlif səbəblərdən öz iç fikirlərini müxbirlərə açıqlamırlar. Amma hakimlə bilavasitə görüşdükdə ona e’timad göstərdiklərindən həqiqətləri olduğu kimi çatdırırlar.

    DÜZYOLDA OLMAYAN QOHUMLAR VƏ ƏTRAFLA GÖRÜŞÜN ZƏRURİLİYİ

    İslam nizamının məqsədi ilahi hökmlərin həyata keçirilməsidir. Hakim insan haqlarının keşikçisi sayılır.

    Bu islami prinsip həm hakimin ,həm də hakimin yaxın dairəsinin və qohumlarının vəzifələrini müəyyənləşdirir. Hakimin vəzifəsi budur ki ,hakimiyyəti ov saymasın ,var-dövlət əsiri olmasın. Onun yeganə məqsədi ilahi hökmlərin həyata keçirilməsi olmalıdır. Hakimin qohumları da hakimdən sui-istifadə etməməli ,onun adı ilə zülm-sitəmə əl atmamalıdır. Amma qohumlar belə hərəkət etdikdə hakim ictimai ədalətin və insan haqlarının müdafiəsinə qalxıb qohumların yanlış hərəkətinin qarşısını almalı ,sui-istifadələrin kökünü kəsməlidir. Ədalətsizliyin , fərdiyyətçiliyin ,qarətçiliyin qarşısını almaq hakimin vəzifələrindəndir. Həzrət buyurur:

    ثُمَّ إِنَّ لِلْوَالِي خَاصَّةً وبِطَانَةً، فِيهِمُ اسْتِئْثَارٌ وَتَطَاوُلٌ، وَقِلَّةُ إِنْصَاف فِي مُعَامَلَة، فَاحْسِمْ مَادَّةَ أُولئِكَ بِقَطْعِ أَسْبَابِ تِلْكَ الاَْحْوَالِ،

    وَلاَ تُقْطِعَنَّ لاَِحَد مِنْ حَاشِيتِكَ وَحَامَّتِكَ قَطِيعةً، وَل يَطْمَعَنَّ مِنْكَ فِي اعْتِقَادِعُقْدَة، تَضُرُّ بِمَنْ يَلِيهَا مِنَ النَّاسِ، فِي شِرْب أَوْ عَمَل مُشْتَرَك، يَحْمِلُونَ مَؤُونَتَهُ عَلَى غَيْرِهِمْ، فَيَكُونَ مَهْنَ ذلِكَ لَهُمْ دُونَكَ، وَعَيْبُهُ عَلَيْكَ فِي الدُّنْيَ وَالاْخِرَةِ

    "Hakimin özbaşınalıq ,itaətsizlik ,əli uzunluq ,alış-verişdə insafsızlıq yolunu tutmuş yaxınları və qohumları var. Məzəmmət olunmuş bu hərəkətləri doğuran səbəbləri aradan qaldırmaqla onları yerində oturt!

    Ətrafındakılar və qohumlarından kimsəyə torpaq tapşırma və heç vəchlə torpağa sahib olub qonşulara ziyan yetirməsinə icazə vermə. Belə olmasın ki ,onların əkin xəzinəsi kəndliləri sıxıntıya salsın. Belə olsa ,faydasını onlar götürəcək ,həqarət və məzəmməti dünya və axirətdə sənin olacaq.”

    Hazırkı cümlələrdə həzrət müəyyən sui-istifadə amilləri üzərində dayanır , aydınlaşdırır ki ,qohumlar və yaxınlar müxtəlif adlarla başqalarının malını necə qarət edir. Onlar mülklərinə yaxın çarəsizlərin mülklərinə sahib durur ,müştərək görüləsi işləri boyunlarından atırlar.

    QANUNQARŞISINDA BƏRABƏRLİK

    İslam qanunlarında mühüm və həyati üsullardan biri bütün fərdlərin qanun qarşısında bərabərliyidir. Müqəddəs İslam şəriəti eyni bir günaha görə hamı üçün eyni cəza nəzərdə tutur ,bütün insanlar ictimai mövqeyindən , şəxsiyyətindən ,mövcud dostluq və qohumluq rabitələrindən asılı olmayaraq eyni cür cəzalandırılır. Heç bir məsələ o bərabərliyə mane ola bilməz. Həzrət Əli (ə) buyurur:

    وَأَلْزِمِ الْحَقَّ مَنْ لَزِمَهُ مِنَ الْقَرِيبِ وَالْبَعِيدِ، وَكُنْ فِي ذلِكَ صَابِراً مُحْتَسِباً، وَاقِع ذلِكَ مِنْ قَرَابَتِكَ خَاصَّتِكَ حَيْثُ وَقَعَ، وَابْتَغِ عَاقِبَتَهُ بِمَ يَثْقُلُ عَلَيْكَ مِنْهُ، فَإِنَّ مَغَبَّةَ ذلِكَ مَحْمُودَةٌ

    "İstər yaxın olsun ,istər uzaq ,həmişə haqq-ədaləti gözlə ,bu yolda dözümlü ol. Haqqa görə qohumların və yaxınların ziyan görsə ,bu əməlini Allahın hesabına yaz. Həmişə haqqın aqibətini düşün ,çünki haqqın sonu sitayişə səbəb olur.”

    İNFORMASİYAVƏ MƏSƏLƏLƏRİN PRİNSİPİAL İZAHI

    İslam mə’sumlar və xalqın qarşılıqlı e’timadını hökumətin həyati sütunlarından biri kimi qəbul edir və bildirir ki ,belə bir e’timad olmadan ictimai həyat davam edə bilməz. Hakim xalqa e’timadlı olduğu kimi ,xalqın da hakimə e’timadlı olması zəruridir. Xalq üçün bir məsələ qaranlıq qaldıqda ,vəzifə dəyişiklikləri baş verdikdə hakim xalqı bu məsələlərdən xəbərdar etməli , müsəlmanların zehində yaranmış şübhələri məntiqi şəkildə aradan qaldırmalıdır. Həzrət buyurur:

    وَإِنْ ظَنَّتِ الرَّعِيَّةُ بِكَ حَيْفاً، فَأَصْحِرْ لَهُمْ بِعُذْرِكَ، وَاعْدِلْ عَنكَ ظُنُونَهُمْ بِإِصْحَارِكَ، فَإِنَّ فِي ذلِكَ رِيَاضَةً مِنْكَ لِنَفْسِكَ، وَرِفْقاً بِرَعِيَّتِكَ، وَ إِعْذَاراً تَبْلُغُ فِيه حَاجَتَكَ مِنْ تَقْوِيمِهِمْ عَلَى الْحَقِّ

    "Əgər xalq səndən bədgüman olsa öz üzr və dəlilini onlara aşkar bildir ,sui-zənnin qarşısını al. Çünki bu yol sənin özün üçün riyazət (nəfsin tərbiyəsi),rəiyyət üçün lütfdür. Belə bir üzrxahlıq onları haqq-ədalətə öyrətməyin və haqqa tabeçiliyə vadar etməyin üçün vasitədir.”

    Bu cümlələrdən məsələlərin məntiqi izahının həyati nəticələri aydınlaşır:

    1.Xalq qarşısında məsələlərin izahını özü üçün zəruri sayan hakim əslində xalqın üstünlüyünü qəbul etmişdir. Bu baxış ,xalqla bu sayaq rəftar valinin öz nəfsinə hakimliyinə səbəb olacaq. Nəfsə bu sayaq hakimlik bir növ riyazətdir və hakim bu yolla özünün və başqalarının nəfs istəkləri ilə mübarizə apara bilər.

    2.Məsələlərin köklü izahı səbəb olur ki ,xalq həqiqətlə tanış olsun ,ədalətli rəftarı özü üçün zəruri saysın və ədalətin icrasından narazı qalmasın.

    DİNCYANAŞI YAŞAMAQ

    İlahi İslam ayinləri hər şeydən öncə sülh ,saziş və dinc yanaşı yaşayışa də’vət edir. Sülh ən ali hədəflərdən biri kimi tanıtdırılır.

    Hakim xarici və daxili siyasi dinc-yanaşı yaşayış prinsipi əsasında tənzimləyir ,həmişə ,hər yerdə sülh və əmin-amanlığa çalışır.

    Düşmən tərəfindən sülh və əmin-amanlıq təklif olunduqda İslam hakimi müsbət cavab verib savaşı dayandırmağa vəzifəlidir.

    İslamın bu siyasəti ilə tanış olduqdan sonra müəyyənləşdirək ki ,İslam bütün hallarda qeyd-şərtsiz sülhü qəbul etməlidir ,yoxsa hansısa şərtlər var? Bütün şiə fəqihlərinin icma rə’yi budur ki ,sülhün qəbulunda əsas şərt sazişin İslam və müsəlmanların xeyrinə olmasıdır. Əgər sülh İslamın və müsəlmanların zərərinə olarsa ,belə bir sülhlə razılaşmaq olmaz. Bu səbəbdən həzrət Əli (ə) buyurur:

    وَلاَ تَدْفَعَنَّ صُلْحاً دَعَاكَ إِلَيْهِ عَدُوُّ كَ لله فِيهِ رِضىً، فإِنَّ فِي الصُّلْحِ دَعَةًلِجُنُودِكَ، وَرَاحَةً مِنْ هُمُومِكَ، وأَمْناً لِبِلاَدِكَ، وَلَكِنِ الْحَذَرَ كُلَّ الْحَذَرِ مِنْ عَدُوِّكِ بَعْدَ صُلْحِهِ، فَإِنَّ الْعَدُوَّ رُبَّمَ قَارَبَ لِيَتَغَفَّلَ، فَخُذْ بِالْحَزْمِ، وَاتَّهِمْ فِي ذلِكَ حُسْنَ الظَّنِّ

    "Düşmənin təklif etdiyi və Allahın razılığına olan sülhü rədd etmə. Çünki sülh qoşunun ,sənin və məmləkətin asayişinə səbəb olar. Amma sülh və sazişdən sonra ayıq ol. Olsun ki ,sülh təklifində məqsəd yuxuya verməkdir. Yaxşı olar ki ,ehtiyatı əldən verməyib ,bu sazişdə nikbinliyə əsas axtarasan.”

    SÜLHÜNNƏTİCƏLƏRİ VƏ DÜŞMƏN QARŞISINDA AYIQLIĞIN ZƏRURƏTİ

    Həzrət mövlanın bəyanatına diqqət yetirdikdə sülhün əsas faydaları da aydınlaşır:

    Dinc-yanaşı yaşayış bərpa olunduqda qoşun və silahlı qüvvələr rifah və asayişdən faydalanır.

    İslam hakimi də ruhi aramlıqdan bəhrələnir ,bu aramlıq sayəsində məmləkəti nizama sala bilir.

    Hər şeydən mühümü ,cəmiyyətin amalı olan əmin-amanlıq bərpa olunur.

    Həzrət mövla bu faydaların bəyanının ardınca düşmən qarşısında ayıq olmağı tapşırır. Çünki düşmən düşməndir ,daim meydanı özününkü etmək istəyir. Düşmən nəfəs dərmək üçün də sülh təklif edə bilər. Buna görə də hakim ehtiyatlı olmalı ,düşmənə nikbinliklə yox ,şübhələrlə yanaşmalıdır.

    ƏHDƏVƏFA

    Əhdə vəfa və öhdəliklərə əməl İslam baxımından ən ali insani fəzilətlərdəndir. Qur’ani-kərim və mə’sum imamların əsərləri əhdə vəfanı iman şərtlərindən biri sayır. Əhdə vəfasızlıq dinsizlik və imansızlıq kimi qəbul olunur. Əhdə vəfa dedikdə təkcə müsəlmanların bir-birləri ilə vəfalı olması nəzərdə tutulmur. Müsəlmanlar vəzifəlidirlər ki ,biganələr və kafirlər qarşısında da bu prinsipə əməl etsinlər. Həzrət buyurur:

    وَإِنْ عَقَدْتَ بَيْنَكَ وَبَيْنَ عَدُوّ لَكَ عُقْدَةً، أَوْ أَلْبَسْتَهُ مِنْكَ ذِمَّةً، فَحُطْ عَهْدَكَ بِالْوَفَاءِ، وَارْعَ ذِمَّتَكَ بِالاَْمَانَةِ، وَاجْعَلْ نَفْسَكَ جُنَّةً دُونَ مَ أَعْطَيْتَ، فَإِنَّهُ لَيْسَ مِنْ فَرَائِضِ اللهِ عزوجلّ شَيْءٌ النَّاسُ أَشدُّ عَلَيْهِ اجْتَِماعاً، مَعَ تَفْرِي
    1.Eyş-işrət

    Eyş-işrət təhlükəsi adi insanlardan daha çox hakimləri hədələyir. Böyük imkanlara malik hakimi təqvadan başqa heç bir qüvvə eyş-işrətdən çəkindirə bilməz. Demək ,hakim təqvaya başqalarından daha çox ehtiyaclıdır.
    2.Ümumi büdcənin düzgün bölüşdürülməsi zərurəti

    Bütün xalqa məxsus olan əmlak onlar arasında bərabər bölünməlidir. Hakim ümumi əmlakı özünə və ya xüsusi bir qrupa aid edə bilməz. Hakim bu işdə ayrıseçkiliyə yol versə ,zülmə uğramışdır və bir gün məzlumların hökm verəcəyi mühakimədə zülmdə ittiham olunacaq ,zülmünün cəzasına çatacaq.
    3.İctimai rə’yə ehtiram zərurəti

    İctimai fikirə hörmət hakimin xüsusi vəzifələrindəndir. Əgər xalqı narahat edən xilaf işlər ,əyintilər ,əxlaqi və idari fəsadlar e’tinasızlıqla qarşılansa ,hakim özünü nadanlığa vursa ,onu bəd bir aqibət gözləyir.
    4.Qəzəbdən pəhriz və əxlaqi prinsiplərə riayət olunması zərurəti

    Xalq hakimə ehtiyac duyub dərdinə çarə gözlədiyindən onun qəzəb və e’tinasızlığına dözə bilmir. Kiçik bir yersiz hərəkət ağrılı dərdlə nəticələnir. Məs’ul şəxslər öz sərt rəftarları ilə xalqı incitməməli ,onları özlərindən qaçırmamalıdırlar.

    İBRƏTGÖTÜRMƏK ,QUR’AN VƏ SÜNNƏ ƏSASINDA HƏRƏKƏT

    Qur’an və sünnənin cəmiyyətdə yeri haqqında danışarkən qeyd olundu ki ,Qur’an və sünnə bütün ictimai ,siyasi ,iqtisadi məsələlərin mənbəsi sayılır. Hakim bu iki mənbə əsasında hərəkət etməlidir. Qur’an və sünnənin hökmündən çıxmaq qəbuledilməzdir. Hakimin Qur’an və sünnəyə biganəliyi onun kənarlaşdırılması ilə nəticələnəcək.

    Həzrət Əli (ə) Malikə hərəkət me’yarlarını tanıtdırarkən tarixdən ibrət götürməyi hakim üçün zəruri sayır. Həzrət buyurur:

    وَالْوَاجِبُ عَلَيْكَ أَنْ تَتَذَكَّرَ مَ مَضَى لِمَنْ تَقَدَّمَكَ: مِنْ حُكُومَة عَادِلَة، أَوْ سُنَّة فَاضِلَة، أَوْ أَثَر عَنْ نَبِيِّنَا(صلى الله عليه وآله) أَوْفَرِيضَة فِي كِتَابِ اللهِ، فَتَقْتَدِيَ بِمَا شَاهَدْتَ مِمَّا عَمِلْنَا بِهِ فِيهَا

    "Ədalətli hökumətləri ,fəzilətli sünnələri ,Qur’ani-məciddəki zərurətləri ,kitablarda peyğəmbərdən nəql olunmuş üsulları yadda saxlamalı ,bizim əməl etdiklərimizə və şahid olduqlarına tabe olmalısan.”

    MƏS’ULLARA İŞ PROQRAMI VERMƏK RƏHBƏRİN VƏZİFƏSİDİR.

    Hökumət məs’ulları üçün iş proqramı hazırlamaq ,onların vəzifələrini şərh etmək rəhbərin vəzifəsidir. Rəhbər bu vəzifəsinə əməl etməsə ,höccət tamamlanmamış , xəbərdarlıqlar başa çatdırılmamış qalır. Bu vəzifəyə əməl etdikdə məs’ullar üçün üzr yeri qalmır. Həzrət buyurur:

    وَتَجْتَهِدَ لِنَفْسِكَ فِي اتِّبَاعِ مَ عَهِدْتُ إِلَيْكَ فِي عهْدِي هذَا، وَاسْتَوْثَقْتُ بِهِ مِنَ الْحُجَّةِ لِنَفْسِي عَلَيْكَ، لِكَيْلاَ تَكُونَ لَكَ عِلَّةٌ عِنْدَ تَسَرُّعِ نَفْسِكَ إِلَى هَوَاهَا، فَلَنْ يَعْصِمَ مِنَ السُّوءِ وَلاَ يُوَفِّقَ لِلْخَيْرِ إلاَّ اللهُ تَعَالى

    "Çalış ,bu fərmanda sənin üçün tənzimlədiklərimə tabe olasan , göstərişlərimə əməl edəsən. (Ey Malik) Mən bu fərman vasitəsi ilə səninlə əhd-peymanımı möhkəmləndirdim ,höccəti tamamladım. Belə ki ,əgər nəfsin azğınlıq etsə ,həvəs ardınca getsən ,bəhanən olmayacaq. Əlbəttə ki ,yalnız Allah insanı pisliklərdən hifz edir ,ona yaxşılıq tövfiqi verir.”

    NAMAZVƏ ZƏKATIN BƏRPASI , XİDMƏTÇİLƏRLƏ YAXŞI RƏFTAR

    Həzrət buyurur:

    وَقَدْ كَانَ فِيَم عَهدَ إليَّ رَسُولُهُ(عليه السلام) فِي وَصَايَاهُ: "تَحضيضاً عَلَى الصَّلاةِ وَالزَّكَاةِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ"، فَبِذَلِكَ أَخْتِمُ لَكَ مَا عَهِدَ، وَل قُوَّةَ إلاَّ بِاللهِ العَظِيمِ

    "Həzrət Peyğəmbər (s) daim mənə buyurardı ki ,namaz və zəkatınıza , qulamlarınızla yaxşı rəftara çox diqqətli olun.”

    ŞƏHADƏT, YOLUN SONU

    Mö’min insan üçün xüsusi ilahi ne’mətlərdən bir Allah yolunda ,Allah hökmlərinin bərqərar olması naminə şəhadətdir. Şəhadətə qovuşmaq yolun sonu ,insan yüksəlişinin zirvəsi sayılır. Buna görə də həzrət Əli (ə) özü və Malik üçün şəhadət diləyərək öz valisini duanın tə’sirləri ilə tanış edir.

    Söhbətimizin sonunda həzrətin duasını birlikdə oxuyaq:

    وَأَنَا أَسْأَلُ اللهَ بِسَعَةِ رَحْمَتِهِ، وَعَظِيمِ قُدْرَتِهِ عَلَى إِعْطَاءِ كُلِّ رَغْبَة، أَنْ يُوَفِّقَنِي وَإِيَّاكَ لِمَ فيهِ رِضَاهُ مِنَ الاِْقَامَةِ عَلَى الْعُذْرِ الْوَاضِحِ إِلَيْهِ وَإِلَى خَلْقِهِ، مَعَ حُسْنِ الثَّنَاءِ فِي الْعِبَادِ، وَجَمِيلِ الاَْثَرِ فِي الْبَلاَدِ، وَتَمَامِ النِّعْمَةِ، وَتَضْعِيفِ الْكَرَامَةِ، وَأَنْ يَخْتِمَ لِي وَلَكَ بالسَّعَادَةِ وَالشَّهَادَةِ، إِنَّا إِلَيْهِ رَاغِبُونَ، وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ كثيراً

    "Mən böyük Allahdan diləyirəm ki ,sonsuz rəhməti və əzəmətli qüdrəti ilə məni və səni razı olduğuna vadar etsin. Bizim yersiz və aşkar üzrümüzü özü və xalqı qarşısında qəbul etsin. Bəndələr arasında yaxşı adla ,şəhərlər və diyarlarda xoş ünvanla ,bütün ne’mətlərlə ,böyük izzətlə ,səadət və şəhadət sorağıyla ömrümüzü başa çatdırsın. Biz Ondanıq və Ona doğru qayıdacağıq.

    Salam olsun Allahın rəsuluna və onun pak-pakizə ailəsinə. Amin ya Rəbbəl-aləmin.”
    [1]"Nəhcül-bəlağə”,məktub 38.
    [2]Şeyx Səduq, "Əmali”,səh.377.
    [3]"Naziat” surəsi,ayə40.
    [4]bax:"Muhəmməd” surəsi,ayə7.
    [5]bax:"Ali-İmran” surəsi,ayə160.
    [6]"Əl-Mizan”, 5-ci cild,səh.292.
    [7]"Əl-fiqh”, səh.369.
    [8]bax: "Fəth” surəsi,ayə 10.
    [9]"Mustədrəkul-vəsail”, 12-ci cild,səh.31.

    Category: Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi | Added by: Islam_Kitabxanasi
    Views: 766 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024