İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Erməni Müsəlman davası (1905)

    Erməni Müsəlman davası (1905)
    2012-04-10, 6:13 AM
    Bağrıqan dağı
    Bu halda bir neçə kəlmə erməni tayfasının törətdiyi əhvalatlardan yazmaq lazımdır. Əvvəla, mərhum İbrahim xanın hökmranlığı zamanında Pənahabad, yəni Şuşa qalasının şərq tərəfində Bağırqan dağı deyilən yerdə bir uca qaya vardı. Həmin dağda öz təbəələri ilə Avan Koxa adlı bir erməni yaşayırdı. Avan Koxa öz təbəələrinə buyurmuşdu ki, harda əllərinə müsəlman düşsə, tutub onun hüzuruna gətirsinlər. Avan Koxanın əmrilə tutulmuş müsəlmanı çılpaqlayıb üzü üstə yerə yıxardılar. Sonra onun arxasının dərisindən dörd barmaq enində bıçaqla boynundan qom ətinəcən iki tərəfdən xətt çəkdirər və dərinin ucunu aşağı əydirilmiş ağacın qüvvətli bir budağına bənd edib budağı buraxırdılar. Ağacın budağı qüvvətlə yuxarı qalxanda o yazıq müsəlmanın dərisi boynuna qədər soyulardı və onun bağırtısı o dağa düşərdi. Bu əhvalatı görənin və eşidənin də bağrı qan olardı. Buna görə də həmin qayaya "Bağrıqan dağı” adı vermişdilər.
    Qədimdə erməni-müsəlman davası
    1260-cı (miladi 1844) il tarixdə qundaqsaz İsaballı adlı bir erməni başqa ermənilərlə birlikdə müsəlmanların şəbeh gətirməyini təqlid edərək istehza edərlərmiş. Müsəlmanlar hadisədən xəbərdar olan saat dükan-bazarı bağlayıb Xan bağına getdilər və şəhərin hakimi Cəfərqulu xanı Qalaya gətirdilər. Şəhərdə böyük bir qovğa üz verdi. Böyük-kiçik hamı hakim tərəfə üz qoydular. Bu haldan çox qorxuya düşmüş hakim nə qədər istədi ki, müsəlmanları sakitləşdirsin, mümkün olmadı. Axır, bir bəhanə ilə aradan çıxıb evinə getdi. İğtişaş get-gedə şiddətlənirdi. Onun qarşısını almaq üçün Şuşakənddə olan digər şəhər hakimi Ala bəyi gətirdilər. Ala bəy atlı meydana daxil olan kimi xalq onu araya aldı. Mirhadi adlı bir seyyid irəli gəlib Ala bəyi çəkib atdan yerə saldı və vurub baş-gözünü yardı. Xalq üz qoydu ermənilərin üstünə. Ermənilər tamam dükandan çıxıb qaçdılar. Kimisi dükanı bağladı, kimisi bir qapısını örtdü, kimisi də buna fürsət tapmayıb ayaqyalın üz qoydular qaçmağa. Bir para uzaqgörən müsəlmanlar qaçan ermənilərin bir hissəsini evlərinə gətirib, mühafizə edib sakitləşdirdilər. Cahil müsəlmanlar isə ermənilərin vurub baş-gözlərini yardılar. Xülasə, şəhərin hakimi birtəhər müsəlmanları sakit edib erməniləri böyük fəlakətdən qurtardı.
    ***
    Hicri 1294-cü (miladi 1877) ildə rus-osmanlı müharibəsində rus dövlətinin ordu başçılarından bir neçəsi erməni tayfasından idi. Həmin ermənilər Qars şəhərini tutarkən düşmənçiliklə nə qədər müsəlman kitabları və Qurani-Şərif əllərinə keçirdisə, yandırdılar.
    ***
    Həmin tarixdə ermənilərin böyük sənətkarları İrəvan şəhərində Üçkilsədə (Eçmiədzin) maşın tərtib edib 9 milyon qəlp pul kəsdilər. Dövlət xəbərdar olub, qəflətən tökülüb həmin pulu və maşını müsadirə edib, pulkəsənləri və kəsdirənləri tutub cəzalandırdı.
    ***
    Hicri 1321-ci (miladi 1903) il tarixdə müsəlman kəndindən olan Məhəmməd və Salman adlı iki qardaş öz yüzbaşlarına etiraz əlaməti olaraq qaçıb meşənin içində kömür yandıran Aleksan adlı dağlı bir erməninin yanına gəldilər. Həmin iki qardaş ermənilə hal-əhval etdikdən sonra əyləşdilər. Hava soyuq olduğuna görə bir az quyunun kənarında oturub qızındıqdan sonra xurcunlarında olan yeməyin hamısını çıxarıb, yarısını erməniyə verdilər, qalanını da özləri yedilər.
    Əhvalatdan xəbər tutan bu iki cavanın ata-anası hər gün yemək və çörək gətirib həmin kömürxanada onlara verirdilər. Bu əhvalat bir neçə gün belə davam etdi. Yenə bir gün onlara dadlı yeməklər gətirdilər. Cavanlar yeməyi yarıya bölüb, yarısını erməniyə verib, yarısını özləri yeyib, isti vura-vura yuxuya getdilər. O məlun erməni özündən savayı, qabaqcadan daha iki erməni gətirib orda gizlətmişdi. Elə ki cavanlar yatdı, ermənilərin hər üçü durub əllərində balta yavaş-yavaş gəlib, o biçarələrin başlarını iki para etdilər. Cavanlar bircə dəfə çığırıb canlarını tapşırdılar. Sonra məlun ermənilər biçarələri üryan edib, paltarlarını və ciblərini soyub, bədənlərini kömür quyusuna atıb yandırdılar.
    Yenə bu günlərdə Əfətli kəndinin müsəlmanlarından olan iki nəfəri Ballıca kəndinin erməniləri hiylə ilə tutub öldürmüş və meyidlərini yandırmışlar.
    ***
    Hicri 1321-ci (miladi 1903) il tarixdə rus-yapon müharibəsi zamanı bir qarabağlı erməni yapon dövlətinə dəyəri bir milyon yarım manat olan bir gəmi peşkəş elədi.
    Bu zaman rus dövlətinin başı müharibəyə qarışdığına görə ermənilərdən çağırılmış əsgərlər dövlətə xəyanət edərək dəstə-dəstə silahları ilə bərabər, Osmanlı və İran dövlətlərinə qaçdılar. Qərəz, öz məzhəblərinin qaydası ilə andlarına yalan çıxıb müxtəlif xəyanətlər edirdilər.
    Bunlar hər şəhərdə bir qımdatxana təşkil edirdilər. İlk dəfə Osmanlı şəhərlərində, sonra isə Rusiyanın ayrı-ayrı şəhərlərində belə qımdatxanalar yaratmağa başladılar. Bu qımdatxanalara bütün siniflərdən şəxs cəlb olunurdu: oxumuş cavanlar, sövdəgərlər, sənətkar və başqaları.
    Bu qımdatxanaların icmasının müşavirəsində qərar qəbul olundu ki, hər bir iş sahibi qımdatxanalara pul verməlidir. Qımdatxanadan həmin qərara əsasən erməni iş sahiblərinə məktublar göndərib onların qımdatxanaya göstərilən məbləğdə pul göndərməsini tələb edirdilər. Erməni iş sahibi tələbə əməl etmədikdə ona qımdatxanadan ikinci dəfə elannamə yazılırdı. Əgər yenə həmin şəxs pul verməkdən imtina edərdisə, üçüncü dəfə onu hədələyirdilər. Bu dəfə də tələbə əməl etmədikdə qımdatlar həmin şəxsin öldürülməsi üçün bir və ya iki nəfər təyin edirdilər. Həmin şəxslər isə nəzərdə tutulmuş adamı öldürüb gizlənirdilər. Heç kəs bilmirdi ki, bu cinayəti kim etdi və hara getdi. Əgər caniləri bilən və tanıyan olsa da, cürət edib heç kəsə deyə bilməzdi. Çünki kimsə canini ifşa etməyə cəhd göstərsəydi, onun özü də qımdatxana quldurlarının sui-qəsdinə məruz qalardı.
    Atası nalbənd olmuş Camqarov familiyalı bir erməni Allah təbarək və təalanın iradəsilə tez bir zamanda milyonçu olur. Qımdatlar başqa varlı ermənilər kimi ona da kağızla müraciət edib qımdatxanaya 30 min manat verməsini tələb edirlər. O isə qımdatların tələbinə məhəl qoymayıb Moskvaya gedir. Bu zaman qımdatlar Moskvada yerləşən qımdatxanaya yazırlar ki, o bizim tələbimizə əməl etmədiyinə görə cəzasına çatdırılaraq qətlə yetirilsin.
    Moskva qımdatxanasının başçıları özlərinin muzdlu qatillərinin arasında püşk ataraq Camqarovun öldürülməsi tapşırığını onlardan birinə həvalət etdilər. Həmin qatil Camqarovu Moskvada kilsənin qapısı yaxınlığında qətlə yetirdi.
    Beləliklə də, qımdatxanaların muzdlu qatilləri neçə-neçə günahsız ermənilərin və rusların ölümünə bais olurdular.
    Əlavə: Hicri 1321-ci (miladi 1903) ildə rus dövləti Qafqaz vilayətindəki kilsələrin əmlakını zəbt etmək istəyirdi. O vaxt bütün Qafqaz şəhərlərində olan erməni icmalarının başçıları toplaşıb rus dövlətinin niyyətinə qarşı durmaq və onun həyata keçirilməsinə mane olmaq qərarına gəldilər. Bunun nəticəsində dövlət tərəfindən erməni millətindən olan xeyli adamlar qətlə yetirildi. Bununla bərabər, bir çox erməni icmalarının tanınmış başçıları tutularaq Sibirə göndərildi. Kilsələrin əmlakı isə zəbt olunub dövlət sərəncamına verildi.
    Əlavə: Həmin göstərilən bu ildə şəhərlərdə çox nahaq qanlar töküldü, xalqlar bir-birinə çox zülmlər etdilər. Bunun xoşagəlməz təsiri hər tərəfi bürüdükcə insanları xoş və rahat həyatdan məhrum edirdi.
    Xüsusən, Mancuriya torpağında rus tayfasından nə qədər insanların nahaq qanları töküldü, gəmiləri dənizlərdə batırılıb məhv oldular, neçə-neçə şəhərlər və kəndlər xarabalıqlara çevrildi.
    Bu tarixdə İran vilayətinə xəstəlik düşüb, sayı həddi-hesaba gəlməyən insanlar tələf oldular.
    Bu günlərdə bəndeyi-aciz Nəvvab Mir Möhsünün qardaşı Hacı Mirzə Abutalıb xanı Tehranda Amas adlı öz nökəri yatdığı yerdə öldürüb, bacardığı qədər cəvahiratdan və nəqd pul götürüb qaçıb. Amma bu cinayətdən qaça bilməyib, rus divanxanasının əlinə keçib.
    Əlavə: Hicri 1322-ci (miladi 1904) il tarixdə, iyunun 16-da Moskva şəhərinə bir dolu yağdı ki, dolunun hər bir dənəsinin ağırlığı təxminən bir girvənkəyə yaxın idi.
    Əlavə: 1904-cü il iyulun 3-də rus padşahının oğlu oldu. Onun adını Aleksey qoydular.
    1904-cü ildə Bakıda ermənilərlə müsəlmanlar arasında baş vermiş münaqişə
    Əvvəla bunu bilmək lazımdır ki, İrəvan şəhərinin erməniləri çox kinli, ədavətli, təkəbbürlü, xudpəsənd və xəmirləri fitnə-fəsad ilə yoğrulmuş adamlardır. Hansı vilayətdə ki, bunlar tapılır, mütləq orada bir ədavət və iğtişaş olacaq. Qafqaz vilayətlərində nə qədər iğtişaş və münaqişələr baş verirdisə, onların birinci səbəbkarı İrəvan erməniləri olurdu.
    Bir gün Bakıda olan İrəvan erməniləri şəhərdə iğtişaş salmağa cəhd göstərirlər. Belə ki, özünü hamıdan qoçaq və igid hesab edən həmin ermənilərdən biri bir müsəlman öldürür. Ondan sonra lovğalanaraq hər yerdə özünü tərifləyir və gördüyü cinayətlə fəxr edirdi. Bir gün o, küçədə getdiyi yerdə 18 yaşlı Bakı camaatından gənc bir oğlan onun qarşısına çıxıb deyir:
    - O erməni qoçağı sənsən?
    Erməni cavab verir:
    - Qoduq, mənəm!
    Oğlan bu cavabı eşidən kimi tapançanı çıxarıb, ermənin bədəninə üç güllə yeridərək öldürür. Ermənilər həmin müsəlman oğlanı tutub, döyə-döyə gətirib divanxanaya verirlər. Divanxanada oğlanın üstünü yoxladıqdan və dəfələrlə danışdırdıqdan sonra zindana göndərirlər. Ermənilər divanxanada həmin oğlanı danışdıran məmura rüşvət verib, razı saldıqdan sonra onu birdə divanxanaya gətirilib sorğu-sual edilməsini tələb etdilər. Onlar məmurun qarşısında belə şərt qoydular ki, oğlanı məmurun yanına erməni əsgərləri gətirsin. Elə ki oğlanı məmurun yanına gətirdilər, dedi ki, mən bütün həqiqətləri açıb danışmışam. Sən isə bunların hamısını yazdın. İkinci dəfə məni buraya gətirməyə nə ehtiyac vardı? Məmur hirslənərək oğlanın boynuna yumruq vurub əmr etdi ki, onu həbsxanaya aparsınlar. Oğlan məmura yalvarıb xahiş etdi ki, onu erməni əsgərləri ilə göndərməsin. Çünki onlar məni yolda öldürəcəklər. Məmur ona qulaq asmayıb, zindana aparmağı əmr etdi. Həmin İrəvandan olan erməni əsgərlər isə oğlanı çəkə-çəkə aparıb, dar bir küçədə yerə yıxdılar və süngü ilə dəlik-deşik edib öldürdülər. Sonra isə məmura bildirdilər ki, qaçmaq istəyirdi, biz də öldürdük.
    Əlavə: Karxana sahibi olan sabunçulu Ağa Rəzi adlı bir şəxs faytonda küçə ilə gedərkən ermənilərin hücumuna məruz qalaraq öldürülmüşdü. Əhvalatdan xəbərdar olan Bakı əhli bundan çox təsirləndilər. Bundan əvvəl də ermənilər tərəfindən bir sıra cinayətlər törədildiyinə görə xalq arasında böyük iğtişaş baş verdi. Ermənilərin bu düşmənçiliyinə artıq dözməyən camaat bazar-dükanı bağlayaraq, cavanlar tüfəng-tapança ilə silahlanıb, üz qoydular erməni camaatının üstünə. Dükanda ələ düşəni dükanda, bazardakını bazarda, küçədəkini küçədə öldürüb, leş-leş üstünə tökdülər.
    Lalayevin Bakı şəhərində törətdiyi əhvalat
    Bakı şəhərində erməni milliyyətinə mənsub olan Lalayev soyadlı bir nəfər vardı, karxana sahibi idi. Bu erməni var-dövlətinin çoxluğundan özünü hədsiz dərəcədə qudurğan aparırdı. Belə ki, ermənilərin məclisində və ya yığıncaqlarında müsəlman tayfasının adı çəkiləndə o, ermənilərə müraciətlə deyirdi ki, "sizə ar olsun, müsəlmanın adı gələndə titrəyirsiniz, müsəlmanlar kimdir ki, onlardan qorxursunuz? Mən müsəlmanları bir milçək və qarışqa hesab edirəm. Onlar od olsalar da, özlərini yandıra bilməzlər.”
    Sabunçulu Ağa Rəzi öldürüldükdən sonra Bakıda baş verən iğtişaş zamanı hər tərəfi tüfəng və tapança gurultusu və müsəlman igidlərinin nərəsi və "ya Əli” sədası bürüyərkən həmin Lalayev qabaqcadan evində topladığı döyüş silahlarını işə saldı. O, yaratmış olduğu 20-30 nəfərdən ibarət erməni quldur dəstəsini silahlandıraraq müsəlmanları qırmaq üçün onlara tərəf yönəltdi. Lalayevin əmri ilə evinin ətrafında olan bütün qapı-darvazalar bağlandıqdan sonra həmin quldur dəstəsinin üzvləri pəncərə, qapı və bacaların arxasında mövqe tutaraq, küçədən gəlib-keçən müsəlmanları atəşə tutdular. Bunun nəticəsində gəliş-gediş dayandı. Həmin gün bizim qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı uşaqları evlərinə qonaq çağırmışdılar. Tağı bəy Şirin bəy oğlu faytonla həmin küçədən keçərkən Lalayevin evindən həmin quldurlar tərəfindən atəşə tutularaq öldürülmüş, faytonçu isə bir neçə yerindən ağır yaralanmışdı. Bu vaxt Bakı əhalisi arasında böyük şöhrət tapmış Ağakərim adlı bir nəfər mərd və igid oğlan öz silahlı dəstəsi ilə Bakının küçələrində cövlan edərək azərbaycanlıların həyatına qəsd edən erməni quldurlarını cəhənnəmə vasil edirdi. Nəhayət, onlar gəlib Lalayevin evi yerləşən küçəyə çatdılar. Ağakərim öz dəstəsini iki yerə bölüb birinə divarlar arxasından Lalayevin evini gülləyə tutmasını, digər hissəsinə isə külüng-balta və lomla evin darvazasını açmaq əmri verdi. İkinci dəstə güllə yağışının altında divarların dibi ilə Lalayevin evinin darvazasına yaxınlaşıb, lom və külünglə dağıtmağa başladılar. Onlar əllərindəki alətlərlə darvazanı parça-parça edib yerə saldılar. Ağakərim və onun dəstəsi qəzəblənmiş aslan kimi "ya Əli!” sədası altında hücum çəkib içəri doldular. Camaat tüfənglərin gurultusundan və igidlərin nərəsindən dəhşətə gəldi. Lalayevin evində olan quldurlar karıxıb mat qaldılar. Onlar tüfənglərini atıb qaçmaq istəyərkən Ağakərimin dəstəsi onları bir-bir qətlə yetirdi və evdə gizlənənləri də çıxarıb, cəzalarına çatdırdılar. Bundan sonra Ağakərim bir neçə nəfərlə Lalayevin otağına daxil oldu. Ağakərim irəli gəlib dedi:
    - Allah saxlasın, keyfin necədir? O müsəlmanları ki, sən milçək və qarışqa hesab edirdin, indi onların hər biri şiri-nərə dönüb qulluğuna gəliblər.
    Lalayev söyüd ağacının yarpağı kimi tir-tir titrəyərək dedi:
    - Qələt eləmişəm, məni bağışlayın. Bu gün bəxşiş günüdür, öz zəhmətinizin əvəzində nə qədər pul lazımdır, götürün. Sandıqda kupon kağızları var. Götürün, aparın, xəzinə və bankdan pul alın. Uşaqların arasında bölün.
    Ağakərim dedi ki, biz buraya puldan ötrü gəlməmişik. Bu, millət davasıdır. Milləti müdafiə etməkdən ötrü biz can qoymuşuq və bu məqsədlə də buraya gəlmişik. Millət yolunda biz pula satılanlardan deyilik.
    Bu vaxt Lalayevin övrəti gəlib özünü ərinin üstünə saldı və ağlaya-ağlaya Ağakərimə minnət elədi ki, siz gəlin bunu öldürməyin. Sizə nə qədər pul lazımdır, durum gətirim. Ağakərim övrətə dedi ki, bizə pul lazım deyil. Sənin bu kişin gərək öldürülə. Sənin kişin çox qürrələnib erməni məclislərində deyirmiş ki, müsəlmanlar mənim yanımda bir milçəkdir. Yarım milyon qoyub, onların hamısını məhv edərəm.
    Əlavə: Belə deyirlər ki, bu halətdə Lalayev Hacı Zeynalabdin Tağıyevin yanına bir adam göndərib, özünü xilas edilməsini xahiş eləyir. Hacı buyurur ki, bu mənə dəxli olmayan işdir. Baş verən hadisə isə millət məsələsidir, mən nə deyə bilərəm?
    Xülasə, Ağakərim nə qədər çalışdı ki, övrət Lalayevdən aralansın, mümkün olmadı. Qəflətən camaatın içərisindən naməlum bir şəxs övrəti güllə ilə vurub öldürdü. Ağakərim onu məzəmmət etdi. Sonra isə Lalayevə bir neçə güllə vurub öldürdü.
    Lalayev qətlə yetirildikdən sonra hamı evdən bayıra çıxdı. Evin hər yanından üstünə neft çiləyib, od vurdular. Ev böyük partlayışlarla yanmağa başladı. Bu da onu göstərdi ki, Lalayevin evinin zirzəmiləri yeşik-yeşik hərbi sursat və partlayıcı maddələrlə dolu imiş. Evdən qalxan gurultunun və partlayışın səsindən yaxında olan adamlar qulaqlarını tutaraq hərə bir tərəfə qaçırdı. Ev sursatlarla birlikdə yanıb külə döndü. Deyilənə görə, bir ay sərasər evdən tüstü kəsilmədi.
    Belə deyirlər ki, Lalayevin xoşsifət gözəl bir qızı varmış. Həmin qıza heç kəs toxunmayıb, mehribanlıq göstərib və gətirib Hacı Zeynalabdinin qızlar məktəbində yaxşı əmin adamlara tapşırıblar.
    Əlavə: Bakıda qırğın daha da şiddətlənərkən erməni tayfasından silahlı bir dəstə şəhərin küçələrində dolaşaraq hambalları və əlsiz-ayaqsız qocaları tutub öldürürdü. Həmin vaxt Bakının din xadimlərindən birisi öz qonşularında olan övrət və uşaqları, eləcə də qocaları öz evinə cəm edib, darvazanı bağlamışdı. Bundan xəbər tutan erməni dəstəsi mollanın evinin yanına çatarkən belə qərara gəldilər ki, Lalayevin əvəzini çıxmaq üçün bu mollanın evindəki övrət və uşaqları öldürüb, evə od vurub yandırsınlar. Bu əzm ilə evin darvazasını sındırıb içəri girmək istəyərkən, o biri tərəfdən ləzgi tayfasından bir dəstə onların üstünə gəldi. Ləzgilər erməniləri öldürüb, mollanın evində olan övrət-uşaqları erməni şərindən xilas etdilər. Ondan sonra ləzgilər xəncərlərini erməni qanından pak edib üz tutdular göy səmtinə və ərz etdilər ki, "Ya Məhəmməd, atamız-anamız sənə fəda olsun, sənin dininin düşmənlərini məhv edib, cəhənnəmə vasil etdik. Bizdən razı oldunmu?” Xülasə həmin müdafiə günündə ləzgi tayfasının Bakı müsəlmanlarına köməyi çox oldu. Həmin gün onlardan beş nəfər şəhid oldu.
    Ermənilərin Bakı qubernatorunu öldürməsi
    Bakıda baş verən bu qırğından bir az sonra şəhər qubernatoru faytonda küçə ilə gedərkən bir neçə erməni faytonun üzərinə hücuma keçərək bomba atıb partlatmışlar. Bombalar faytonun yanında yerə dəyib partlayaraq faytonu darmadağın etmişdir. Partlayışdan ağır yaralar alan qubernator və atlar ordaca ölmüşdür.
    Quldur ermənilərin biri tutulmuş, digərləri isə qaçıb gizlənmişlər. Sonra aparılan axtarış nəticəsində bu cinayətdə iştirak edən daha dörd erməni həbsə alınmışdır.
    Deyilənlərə görə, həmin beş nəfər cani erməni dar ağacından asılaraq cəzalarına çatmışlar.
    Bu əhvalatdan sonra bir müddət sakitlik oldu. Lakin ayrı-ayrı erməni fitnəkarları öz fitnə-fəsadından əl çəkməyərək, gizli əllərinə düşən müsəlmanları öldürürdülər. Bu növ ədavətlər və xəyanətlər ara-sıra hər iki tərəfdən baş verirdi.
    1905-ci ildə İrəvan şəhərində baş verən erməni-müsəlman əhvalatı
    Hansı vilayətdə ki, İrəvan ermənilərindən bir neçə nəfər tapılırdı, mütləq orda bir iğtişaş baş verirdi. Bu İrəvan erməniləri çox xudpəsənd, kinli və cinayətkardılar.
    İrəvan şəhərinin müsəlmanlar yaşayan 80 evdən ibarət məhəlləsinin ermənilərlə iğtişaşı baş verib. Bu iğtişaşın başlanmasına səbəb olan ermənilər həmin məhəllədə müsəlmanların imarətlərini gülləbaran etməyə başladılar. Ermənilərə nisbətən müsəlmanların bu məhəllədə az olmasına baxmayaraq, ermənilərə qarşı müqavimətdə mətanətlə dayandılar və onlara böyük zərbələr endirdilər. İki tərəfdən üç gecə-gündüz davam edən güllə yağışının altında qırx nəfər erməni, iki nəfər isə müsəlmanlardan öldürüldü. Üç gündən sonra güllələri tükəndiyinə görə gecə vaxtı müsəlmanlar həmin məhəllədən qaçmalı oldular. Əhvalatdan xəbərdar olan ermənilər müsəlmanların evlərinə doluşub, onların mal-dövlətini qarət etməyə başladılar. Fürsət tapıb qaça bilməyən beş nəfər övrət və üç nəfər uşaq bir evin küncünə qısılaraq qorxudan titrəyə-titrəyə ağlayırdılar. Ermənilər əllərinə düşən kitablara və Qurani-Kərimə od vurub yandırdılar. Onların qoca qadın və kişilərə, eləcə də uşaqlara etdikləri zülmü qələmə almaq çox çətindir.
    İrəvanda ermənilərin müsəlmanlara qarşı törətdiyi qəddarlıqları və əzazilliyi şəhərin ətraf kəndlərində yaşayan müsəlman kürd tayfaları eşidən kimi silahlanaraq atlara minib, qəzəblənmiş aslan kimi nərə çəkə-çəkə üz qoydular İrəvanda qırğın olan yerlərə. Yollarda əllərinə düşən erməniləri öldürüb, mallarını talan edib, evlərinə od vurub yandırırdılar. Ermənilərin qaçanları gəlib bir böyük kənddə cəm olmuşdular. Həmin kənddə dövlətin divanxanası və bir az qoşunu var idi. Həmin qoşun erməni-müsəlman arasında gedən qırğını dayandırmaq üçün kürdlərə mane oldular. Qafqaz canişininin göstərişi ilə cənab Şeyxülislam həzrətləri katolikos Hayrik ilə gəlib məsciddə və kilsədə dualar və xütbələr oxuyub, xalqa nəsihətlər verdilər. Bununla da iki xalq arasında gedən qırğınları dayandırdılar.
    Bu əhvalatdan sonra erməni qımdatları başqa şəhər və kəndlərə dağılaraq yerli erməni əhalisini müsəlmanlara qarşı davaya qaldırmaq üçün onlar arasında təbliğat aparmağa başladılar. Uzaqgörən və davaya qoşulmaq istəməyən ermənilər qımdatların bu fitnə-fəsadlarından uzaq olmağa çalışırdılar. Qımdatlar isə belə erməniləri fürsət düşən kimi tutub öldürürdülər.
    Həmin tarixdə, yəni 1905-ci ildə Tehran və onun ətrafında, eləcə də Xorasanda vəba xəstəliyi yayılmışdı. İki ay davam edən bu xəstəlik nəticəsində hər gün təqribən yüz adam ölürdü.
    Category: Erməni Müsəlman davası (1905) | Added by: Islam_Kitabxanasi
    Views: 843 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024