İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Erməni Müsəlman davası (1905)

    Erməni Müsəlman davası (1905)
    2012-04-10, 6:12 AM
    1905-ci ildə Naxçıvanda baş vermiş erməni-müsəlman əhvalatı
    Elə ki İrəvanın fitnə-fəsad törədən erməniləri Naxçıvana gəldilər, orda vəziyyət gərginləşdi. Naxçıvan erməniləri neçə illərdən bəri tədarük etdikləri vuruş sursatlarını – topları, bombaları, beşaçılanlar tüfəngləri və s. növbəti qırğın üçün hazırlamağa başladılar. Hərbi sursatları keçidlərdə və gizli mövqelərdə yerləşdirdikdən sonra dükan-bazarları bağlayıb, bütün icma ilə qalxıb mövqelərdə hazırladıqları silahdan qəflətən müsəlmanlar üzərinə gurhagur atəş açmağa başladılar. Əhvalatdan xəbərsiz və dükan-bazarda öz işləri ilə məşğul olan biçarə müsəlmanlar çaş-baş qalıb, bilmədilər nə etsinlər. Kimisi fürsət tapıb dükanı bağladı, kimisi tapa bilməyib, açıq qoyub canını qurtarmaq üçün evlərinə qaçdılar. Yarım saata tüfəngi olan tüfəngini, tapançası olan tapançasını, olmayanlar isə xəncər, külüng, balta, dəhrə və ağac götürüb, ermənilərin müqabilinə gəldilər və onlarla davaya başladılar. Silahsız müsəlmanlar münasib fürsətlərdən istifadə edərək qəflətən erməni silahlılarının üzərinə hücum edib əllərindəki balta, dəhrə, ağacla vurub onları yerə yıxaraq tüfəng və patrondaşlarını alıb, üz qoydular davaya. Müsəlmanlara kömək gələnə kimi hər iki tərəfdən ölənlər oldu. Bir para yerlərdən gələn müsəlmanlar nərə çəkərək üz qoydular ermənilərin üstünə. Hər tərəfdən ermənilər böyük tələfata məruz qaldılar və vəziyyəti belə görüb üz qoydular qaçmağa.
    Şəhər erməniləri məğlub olandan sonra müsəlmanlar üz qoydular erməni kəndlərinə. Həmin kəndlərdə ələ düşən erməniləri öldürüb, mal-dövlətini talan və qarət etməklə bərabər evlərinə od vurub yandırdılar. Bu kəndləri darmadağın etdikdən sonra üz qoydular Naxçıvan qəzasındakı Böyük Badamlı kəndinə. Həmin kəndin bütün erməniləri – gənc və qoca, böyük və kiçik öz külfətləri ilə müsəlmanların qarşısına çıxdılar. Tam ehtiramla kəlmeyi-şəhadəti deyib müsəlmanlığı qəbul etdiklərini bildirdilər. Müsəlmanlar onları çox sevinclə sakitləşdirib, böyük ehtiramla oradan geri qayıtdılar. Bu xəbər hər tərəfə yayıldı. Erməni qəzetləri yazırdı ki, müsəlmanlar bu qədər qətl və qarətlə kifayətlənməyib, erməniləri məcburi şəkildə öz dinlərindən döndərib müsəlman edirlər.
    Bu əhvalat dövlətə və divan əhlinə çatan kimi hökm elədilər ki, durmadan İrəvan qubernatoru həmin kəndə getməlidir. İrəvan qubernatoru Əlixanov çoxlu kazak götürüb, qoşunla Badamlı kəndinə gəldi. Əlixanovun görüşünə gəlmiş müsəlman dinini qəbul edən ermənilər onu salamlayarkən Əlixanov onların salamını rədd edərək buyurdu ki, erməni qəzetlərinin yazdığına görə müsəlmanlar sizləri zor və hədə-qorxu ilə öz dininizdən döndərərək, müsəlman ediblər. Əgər həqiqət belədirsə, kazak qoşunu burada qalıb, sizi qorumağa hazırdır. Sizə qarşı heç kəs qüvvə işlədə bilməz. Yeni İslam dinini qəbul etmiş ermənilər cavab verdilər ki, bizi heç kəs zor və hədə-qorxu ilə müsəlman etməyib. Əksinə, biz özümüz könüllü olaraq, öz razılığımız və rəğbətimizlə İslam dinini qəbul etmişik. Bu cavabı eşidən Əlixanov camaata heç bir söz demədən geri qayıdıb getdi.
    1905-ci il Təbriz əhlinin əhvalatı
    Naxçıvanda, İrəvanda və Bakıda baş verən iğtişaşlar zamanı İran təbəələrindən olan müsəlman camaatından da məzlum və şəhid olduğunu eşidən Təbriz əhli buna dözməyib qəzəblənir, bazar-dükanı bağlayıb üz qoyurlar erməni məhəllələrinə tərəf. Onlar yuxarıda göstərilən şəhərlərdə nahaq yerə öldürülmüş müsəlmanların qanının əvəzini almaq üçün ermənilərin üstünə gedirlər. Əhvalatdan xəbərdar olan ermənilər dəhşətə gələrək böyük-kiçik, övrət-uşaq qapıları bağlayaraq dad-fəryad qoparır və əhvalatı Təbriz hakiminə çatdırırlar. O isə erməniləri mühafizə etmək üçün erməni-müsəlman məhəllələrinin arasına qoşun yeridir. Qoşun dəstələri tüfənglərini çəkib atəşə hazır vəziyyətdə dayanırlar. Bununla da Təbriz hakimi ermənilərin öldürülməsinin və evlərinin qarət edilməsinin qarşısını aldı. Bir neçə gün ərzində Təbrizdə sakitlik yaradıldı. Bundan sonra Təbriz hakiminin əmri ilə ermənilərdən bütün silah və sursatın (tüfəng, güllə, tapança və s.) hamısını yığdılar. Təbrizin erməni camaatı teleqraf və məktubla katolikosa və yerli din xadimlərinə müraciət etdilər ki, ermənilər sakit oturub ədavət törətməsinlər. Çünki əks təqdirdə biz burada müsəlman əhli tərəfindən qətlə yetirilə bilərik.
    Xorasan əhvalatı
    Əlavə: Yenə bu tarixdə etibarsızlığı, nahaq yerə qan tökməyi və müsəlmanlara qarşı qəddarlığı ilə hamıya yaxşı məlum olan erməni tayfası bir para müsəlman əhlini guya ermənilərin özündən qorumaq və mühafizə etmək üçün onları şirin dilə tutub öz evlərində sığınacaq verirlər. Sonra isə onları qətlə yetirib, bədən üzvlərini kəsmiş, başlarına nal və mismar çaldıqları müsəlmanlara məlum olmuşdur. O cümlədən, Xorasan əhli də bu əhvalatdan xəbərdar olan kimi qəzəblənib, həmin saat tökülürlər erməni dükanlarının üstünə. Nə qədər mal və əşyaları var idi talan və tarac etdikdən sonra özlərini də qətlə yetirmək istəyərkən bir para divan əhli tez bunun qarşısını alaraq ermənilərin qətlə yetirilməsinə imkan vermirlər.
    Əlavə: 1905-ci ildə Tiflis şəhərində Qafqaz namestniki (canişini) öz övrəti ilə faytona minib küçələrin birindən keçdiyi zaman çoxdan fürsət axtaran erməni qımdatlarından 4 nəfər həmin faytonun üzərinə hücum çəkərək xəncər ilə namestniki bir neçə yerindən yaralayıb qaçdılar. Canişinin yanında olan kazak erməninin birini öldürdü, o biriləri isə qaçıb gizləndilər.
    Əlavə: Yenə bu tarixdə divana qulluq edən bir ləzgi müsəlmanını rus xəzinəsinin qabağında ermənilər tapança ilə vurub öldürdülər. Əhvalatdan xəbərdar olan Şuşa qalasının müsəlmanları böyük bir icma ilə gedib həmin ləzginin cəsədini tabuta qoyub böyük məscidin həyətinə gətirirlər. Qüsl verdikdən sonra isə aparıb qəbiristanlıqda dəfn edirlər. Müsəlmanların qəzəbindən ehtiyat edən ermənilər acizanə surətdə üzrxahlıq etdilər ki, həmin ləzgini rus bilib öldürüblər. Ona görə qatilin bağışlanmasını xahiş etdilər.
    Əlavə: Yenə bu tarixdə Şuşa qalasında erməni camaatı rus tayfasından bir böyük vəzifəli şəxsi tapança ilə öldürdülər. Həmin bu rus Qalaya gələndə kasıb olduğundan bir manata belə möhtac imiş. Amma öləndən sonra onun evindən külli miqdarda nəql pul və əşya çıxmışdır. Buradan aydın oldu ki, o, dövlətə xəyanət edib erməni və müsəlmanlardan rüşvət alrmış.
    Xülasə, erməni tayfası bu qəbil şəxslərdən Qalada və kəndlərdə çox öldürürdülər.
    Bütün bunlara baxmayaraq, müsəlmanlar onlara (ermənilərə) mehribanlıq və hörmət göstərirdilər. Belə ki, bu tarixdə Şahnəzərov nəslindən Qriqor ağa adlı birisi vəfat etmişdi.
    Müsəlmanların əyan və əşrafları toplaşıb onun dəfn mərasimində iştirak etdilər. Qriqor ağanı tabuta qoyub müsəlmanlar öz qayda-qanunları ilə çiyinlərinə alaraq qəbiristanlığa aparıb dəfn etdilər. Onun özü və ata babaları (Bəhram bəy, Cəmşid bəy Məlik Şahnəzər) müsəlmanlara çox böyük rəğbət bəslədiklərinə görə Qalanın müsəlman camaatı bir neçə gün yas mərasimində iştirak etdilər. Hətta Cəmşid bəyin bir bacısı Hurizad xanım mərhum İbrahim xanın arvadı idi. Bu xanımın övladı olmadığına görə böyük məscidin həyətində otaqlar tikdirərək vəqf etdirdiyi otaqlar indi də qalmaqdadır. Cəmşid bəyin özü Rəhim bəyə vəsiyyət etmişdi ki, öləndə məni erməni qəbiristanlığında dəfn etməsinlər. Cəmşid bəy öləndə Rəhim bəy Şuşada olmadığından ermənilər onu aparıb öz qəbiristanlıqlarında dəfn etmişdilər. Rəhim bəy gələndən sonra dərhal Cəmşid bəyin tabutunu erməni qəbiristanlığından çıxarıb kənar yerdə dəfn etdilər.
    1905-ci il Şuşa şəhərinin əhvalatı
    Şuşa qalasında erməni tayfasının bir para nalayiq işlərinə müsəlmanlar dözmədiyindən hər iki tayfa arasında böyük bir iğtişaş baş verdi və az qaldı ki, qan su yerinə axsın. Hər iki tərəfdən xeyirxah məsləhətçilər odu yatırmağa çalışdılar. Bir neçə dəfə erməni xəlifəsi və keşişləri, eləcə də min nəfərə yaxın əyanlar və bazar əhli məscidə gəlib dualar və xütbələr oxudular. Bununla da müsəlmanlarla sülhü bərqərar eləyib şad və xürrəm geri qayıtdılar.
    Neçə dəfə ermənilər tərəfindən bu növ qərəzli düşmənçilik hərəkətləri baş vermiş, lakin erməni xəlifəsi hər dəfə bir dəstə adamla qazinin evinə gələrək qan tökülməsinin qarşısını almışdı. Bu hal uzun çəkmədi. Bir gün müsəlman cavanlardan bir neçəsi bazara gəlib qəflətən qışqıraraq dedilər ki, ay müsəlmanlar, nə qafil oturmusunuz? Ermənilər tökülüb təzə məhəlləni tar-mar edirlər. Bazar əhli bu dəhşətli xəbəri eşidən kimi qəzəbləndi. Və həmən anda dükanları bağlayıb, bazar camaatının bir parası silahlarını götürüb Təzə məhəlləyə tərəf yüyürdülər. Bir parası isə tüfəng və tapançalarını doldurub bazarda olan ermənilərin üzərinə hücum çəkdilər. Ermənilər bu vəziyyətdən qorxuya düşüb kimisi dükanı bağlayıb qaçdı, kimisi isə dükanın içinə girib qapını daxildən bağlayıb gizləndi. Bəziləri isə qonşuluqda olan müsəlman evlərində gizlənib özlərini xilas etdilər. Bu iğtişaş başlayarkən Təzə məhəlləyə getmiş silahlı adamlar geri qayıdıb xəbər gətirdilər ki, deyilənlər yalandır. Odur ki, mollalar və seyidlər gəlib ermənilərə təskinlik verdi ki, bu iğtişaş səhvən olub. Bazar əhlinin tələbi ilə yalan danışmış adamı tutub çəkə-çəkə bazara gətirdilər. Onlar yığışıb söyə-söyə bu yazığı o qədər döydülər ki, az qaldı ölsün. Binəvanın başına o qədər vurmuşdular ki, beyni xarab olub dəli olmuşdu. Uzun müddət müalicə olunmadı. Sonra Tiflisə aparsalar da, orada müalicənin əhəmiyyəti olmamış, 1323 (1905)-cü ilin zilhiccə ayında vəfat etdi. Həmin adam hamamçılardan Kərbəlayı Abbasın oğlu Məşədi Qurban idi.
    Bu günlərdə şəhərdə iki məhşur şəxs vəfat etmişdi. Bu xəbəri eşidən müsəlmanlar 3 günlüyə dükan - bazarı bağlayıb məscidi-camedə matəm saxladılar. Erməni xəlifəsi bu xəbəri eşidən kimi camaatı ilə məscidə gəlib başsağlığı verir və öz adətləri ilə İncildən dua oxuyub gedirdilər. Beləcə, ermənilərlə müsəlmanlar alış-veriş edib bir müddət sakit dolandılar. Amma hər tərəfdən xəbər gəlirdi ki, erməni qımdatlarının arasında dava etmək xüsusunda böyük məsləhətləşmələr gedir. Onların, yəni qımdatların üçdə iki hissəsi müsəlmanlarla dava etməyi hələlik məsləhət bilmirdilər. Qalan üçdə bir hissəsi isə davanın zəruri olduğunu söyləyirdilər. Onların qarşısında qoyduğu məqsəd bütün müsəlmanların evini tar-mar etmək, özlərini qətlə yetirmək, Şuşa qalası kimi möhkəm bir şəhəri ələ keçirmək, ondan sonra isə tədarük etdikləri bütün silahlarla ruslara qarşı müharibə elan edib azadlığa nail olmaq idi. Bu arada bir nəfər gəlib müsəlmanlara xəbər verir ki, bir iranlı qərib seyid erməni ilə alış-veriş edəndə erməni ona nalayiq sözlər deyərək hörmətsizlik edib. Xalq bundan hiddətlənərək məscidin həyətinə toplaşdı. Mən də məscidə gəlib həmin təhqir olunmuş seyidi görmək üçün onun dalınca bir adam göndərdim. İçəridə və bayırda müsəlman camaatı qaynaşırdı.
    Erməni məhəlləsinin hakimi Qasım bəy (müsəlman) bizim yanımıza gəldi. Vəziyyəti belə görüb həmin hakim Kiki (erməni) adlı Duma deputatına bir məktub yazır və qeyd edir ki, həmin müqəssir erməni bir qrup adamla gəlib seyidlə barışsın ki, bu iğtişaşa son qoyulsun. Həmin Kiki müqəssiri 30 nəfərəcən sövdəgər ermənilə birlikdə bizim yanımıza gətirdilər. Levon adlı müqəssir gəlib seyidin əlini öpdü, üzr istədi və beləliklə də, camaat sakitləşdi.
    Belə tədbirlər nəticəsində hiddətlənmiş camaatı sakitləşdirmək mümkün olurdu. Odur ki, müsəlman və erməni böyükləri, eləcə də qazi və keşişlər bir din xadimi və iki nəfər mülki şəxsdən ibarət qruplar yaradıb kənd yerlərinə və bağlara göndərirdilər, əhaliyə nəsihətlər verib sakitləşdirsinlər. Bununla da iki millət arasında baş verə biləcək iğtişaşın, müvəqqəti də olsa, qarşısını aldılar. Bir neçə vaxt bu iki xalq arasında sakitlik yarandı. Buna baxmayaraq, ermənilər öz fitnə-fəsadlarından əl çəkmirdilər. Sadəlövh müsəlmanlar isə onların bu hiylələrinə inanıb heç bir tədbir görmürdülər. Amma bu hiyləgər tayfa gizlincə tədarük görüb yollar üzərində, gizli yerlərdə və hündür qayalarda səngərlər yaradırlar. Onlar müsəlmanlarda olan silahları ələ keçirmək üçün belə bir hiylə işlətdilər. Əgər tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata olduğu halda, 30 manata alırdılar. Sadədil müsəlmanlar silahların ermənilər tərəfindən belə baha qiymətə alındığını görüb evlərində nə qədər silah və sursat var idisə, tamamən ermənilərə satdılar. Dövlətin başı yapon-rus müharibəsinə qarışdığına görə Qarabağda baş verən iğtişaşlara məhəl qoymurdular.
    Dövlətin göstərişi ilə bu iki tayfa arasında sülh yaratmaq üçün və hər cür iğtişaşların qarşısını almaq üçün müsəlmanlar toplaşıb bir neçə nəfər tədbirli adam seçib bir məclisi-xeyriyyə yaratdılar.
    Həmin seçilmiş şəxslər müsəlman camaatına xəbər etdi ki, erməni tayfası hiylə işlədərək müsəlmanlardan silahı toplamaq məqsədilə həmin silahları olduqca baha qiymətə alırlar. Axırda həmin silahlarla müsəlmanların özlərini qətlə yetirəcəklər. Bundan sonra müsəlmanların ermənilərə silah və sursat satması qadağan edildi. Hər məhəlləyə xüsusi adamlar təyin edildi ki, hər kəsin erməni tayfasına silah satmasına imkan verilməsin. Hər ailəyə tapşırıldı ki, öz imkanı daxilində bir və ya iki tüfəng, tapança və patronlar alıb evində hazır saxlasınlar. Odur ki, müsəlmanlar satdıqları silahların əvəzinə, birə-beş satdıqlarından da baha qiymətə yeni sursatlar almaq məcburiyyətində qaldılar. Bundan sonra müsəlmanlar ermənilərin hiylələrindən agah olub bir balaca ayıldılar. Evlərdə lazım olan ərzaq tədarükü də görməyə başladılar. Kənd yerlərində yaşayan camaatı da ermənilərin bu hiyləsindən xəbərdar etdilər və silah almalarını məsləhət gördülər.
    Vəziyyəti belə görən ermənilər yavaş-yavaş müsəlman bazarlarından köçməyə başladılar. Lakin onların bir parası müxtəlif səbəblər gətirərək köçməsə də dükanlarında olan malların hamısını erməni məhəllələrinə köçürürdülər. Amma erməni məhəlləsindəki bazarda dükanları olan müsəlmanlara deyəndə ki, müsəlman məhəlləsinə köçün, onlar "ermənilər bizim dostumuzdur, onlardan bizə və bizim malımıza heç bir xətər dəyə bilməz”, - deyə cavab verdilər.
    İrəlidə özlərinə dost hesab etdikləri bu tayfanın erməni məhəlləsindəki dükan sahiblərinin başlarına hansı müsibətləri gətirdiklərini yazacağıq. Müsəlmanlarla dava etmək və qırğın salmaq fikrində olan qımdatlar bütün yığıncaqlarda erməniləri müsəlmanlara qarşı təhrik məqsədi ilə deyirdilər:
    "Ah-ah, Bakıda Lalayevin qanı yerdə qaldı, İrəvanda filan qardaşımıza zülm oldu, Naxçıvanda bir o qədər qardaşımızı öldürdülər, filan qədər övrət və kişiləri müsəlman etdilər. Onsuz da əvvəl-axır hamımız öləcəyik. Odur ki, yaxşı olardı xalqımız yolunda ölək və qardaşlarımızın qanını alaq”.
    Onlar belə fitnə-fəsadlara təhrik etmək məqsədi güdən söhbətlərlə ermənilərin qulaqlarını doldurub hər gün müsəlmanlara qarşı bir fitnə törədirdilər.
    Bu günlərdə padşahlıq postundan üç nəfər rus bir çamadanda padşahlıq xəzinəsinə qırx üç min manat nəqd pul, nə qədər veksel aparan zaman divarın arxasından çıxan erməni qımdatları həmin rus xadimlərini öldürüb pulu çamadanla götürüb qaçmışlar. Bu məbləğdə böyük pul ermənilərin əlinə keçdikdən sonra onların müsəlmanlara qarşı düşmənçilikləri və fitnə-fəsadları daha da artmağa başladı. Sonra öz aralarında müsəlmanlara qarşı bir hücum planı hazırladılar. Bu planda hücumun tarixi və vaxtı saatlara qədər hesablanmışdı. Plana əsasən, Qalada olan müsəlmanların hamısı böyükdən kiçiyə qədər qırılmalı, malları talan edilməli, ev-eşikləri isə yandırılıb xarabaya döndərilməli idi. Bu məzmunda planı müzakirə etmək üçün bir erməni hakiminin yanına apardılar. Həmin şəxs planla tanış olduqdan sonra onlara dedi:
    "Bu yazdığınız hünərlər sizdə vardırmı?”
    Onlar cavab verdilər:
    "Görərsən ki, dörd saat ərzində bütün müsəlmanları qırıb, məhəllələrini tar-mar etdikdən və Qalanı ələ aldıqdan sonra rusların başına nə gətirəcəyik”.
    Hakim buyurur ki, iddianız çox böyükdür, amma vaxtınız çox azdır. Qımdatlar söylədilər ki, səkkiz saat olmasın, on iki saat olsun. Axır ki, bu sutkada, yəni bir gecə-gündüz ərzində görəcəksən ki, 12 saatdan sonra müsəlmanların böyük məscidində nahar edəcəyik, 24 saatdan sonra isə Xan sarayı üzərində öz bayrağımızı qaldırıb, Qalanı tamamilə öz əlimizə alacağıq.
    Həmin hakim buyurdu ki, bunu mənim ağlım kəsmir, sizin dediyiniz sözlər xəyal və mənasızdır.
    Bu sözləri eşidən kimi qımdatlardan birisi təkəbbür və qəzəblə planı onun əlindən alıb yoldaşları ilə birlikdə öz evlərinə qayıtdılar.
    Ermənilər öz tayfasını mənəvi baxımdan bu iğtişaşa hazırlamaqla, bütün küçələrdə və səngərlərdə hazırlıq görməklə bərabər, başladılar müsəlmanlara sataşmağa.
    Bu işdən xəbərdar olan bir erməni övrəti deyir ki, bizim qımdatların bu tədbirdə böyük səhvləri var. Bundan ötrü ki, mən bir kasıb övrətəm, dörd uşağım var. Bir toyuğum neçə gündür azıb, orda-burda yumurtlayır. Artıq üç gündür ki, mən və dörd uşağım o bircə toyuğun öhdəsindən gəlib onu tuta bilmirik. Bir halda ki, beş nəfər bir toyuğun öhdəsindən gələ bilmir, bəs bizim bu qımdatlarımız bu qədər yığılmış erməni ilə milyon-milyon müsəlmanların öhdəsindən necə gələcək?
    Xülasə, ermənilər öz fitnə-fəsadlarını davam etdirirdilər. Bir gün küçələrin çırağını yandıran Kərbəlayi Məmmədhüseyn adlı bir nəfər səhər tezdən çıraqları söndürərkən üç nəfər erməni Şahlıq körpüsünün yanında bu yazığı nərdivandan yerə salıb neçə yerindən doğradılar. Onun dad-fəryadını eşidənlər yüyürüb hadisə yerinə gəldilər. Kərbəlayi Məmmədhüseyn qan içində çapalayırdı, o hələ ölməmişdi. Ondan soruşanda ki, səni bu hala kim salıb. Dedi ki, üç erməni məni xəncərlə beləcə doğradı. Yazıq bu sözləri deyib öldü.
    Bu əhvalat müsəlmanlara çox təsir etdi. Müsəlman komissiyaları dum divanına toplaşıb ermənilərdən o yazığın qanını istədilər.
    Bu əhvalatdan sonra erməni qımdatları müsəlmanlara poçt ilə göndərilən bağlama və əmanətlərin içərisində silah və sursat olmasından ehtiyat edərək onları gizlicə yoxlayırlarmış.
    Category: Erməni Müsəlman davası (1905) | Added by: Islam_Kitabxanasi
    Views: 872 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024