İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Erməni Müsəlman davası (1905)

    Erməni Müsəlman davası (1905)
    2012-04-10, 6:09 AM
    Hicri 1323-cü (miladi 1905-ci) il tarixdə Tiflisdə baş verən əhvalatlar haqqında
    Oktyabr ayında Tiflis şəhərində bayram münasibəti ilə camaat küçələrə gəzintiyə çıxmışdı. Camaat kilsənin yanına çatanda birdən evlərin pəncərələrindən güllələr yağmağa başladı. Neçə adam bunun nəticəsində öldü və yaralandı.
    Camaat erməni "Listok” qəzetxanasının yanına çatanda qəzetxananın otağından camaatın içərisinə bir bomba atdılar. Bundan başqa, gimnaziya tərəfdən də bir bomba atıldı. Camaat "Sobraniye” binasının yanından keçəndə bir bomba da oradan atdılar.
    Bu zaman üç rota rus qoşun dəstələri gəldi və başladı camaatla atışmağa. Bomba atılan evləri gülləbaran etdilər. Nəticədə otuz beş nəfər həlak oldu, on beş nəfər yaralandı.
    Əlavə: Bu hadisələr cərəyan edən vaxt Batum tərəfdə neçə körpü partladıldı. Qoridə isə qoşunla toqquşma oldu.
    Uzerget uyezdində isə camaat rus kazaklarının üstünə bombalar atdılar. Nəticədə çoxlu kazaklar məhv oldu və yaralandı.
    Yuxarıda qeyd etdiyimiz hadisədən sonra Tiflis şəhərində yenidən dalbadal baş vermiş atışmalar zamanı otuz dörd nəfər həlak oldu, səksən bir nəfər yaralandı.
    Tiflis şəhərində erməni-müsəlman davası
    Dekabr ayında erməni tayfası yenə dinc dura bilməyib, hazırlıq gördükdən sonra qəflətən müsəlmanların üstünə hücum çəkdilər. Müsəlmanların bu hücumdan xəbəri olmadığından ermənilərə layiqli cavab vermək üçün yanlarında silah və sursat yox idi. Əhvalatdan xəbərdar olan gürcülər tüfəng və patronla müsəlmanlara kömək etdilər. Müsəlmanlar tanınmış bir şəxsin imarətinə girərək evi özləri üçün səngərə çevirdilər və ermənilərlə atışmağa başladılar. Müsəlmanlar iki gecə-gündüz ermənilərlə atışdılar.
    Tiflisdə baş verən bu əhvalatdan ətraf müsəlman kəndlərinin camaatı xəbərdar olan kimi min atlı cəm olub müsəlmanların köməyinə gəldilər. Namestnik kəndlərdən gələn köməkdən xəbərdar olub əmr verdi ki, atla şəhərə girmək qadağan olunsun. Odur ki, müsəlmanlar şəhərin ətrafından atlarını geri – kəndlərə qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular. Onlar salavat və nərə çəkərək ermənilərin üzərinə hücuma başladılar. Bir gecə-gündüz vuruşmadan sonra çoxlu erməni qırıldı. Qalanları isə qaçıb aradan çıxdılar.
    1905-ci ilin oktyabr ayında Bakıda baş verən əhvalat
    Padşahın şadlıq günündə rus və müsəlman camaatı "ura” deyə-deyə, rus və türk dillərində şüarlar oxuya-oxuya küçələri dolanırdılar. Ruslar öz qırmızı bayraqlarını qoyub imperatorun şəkli ilə öz milli bayraqlarını götürüb dolanırdılar. Müsəlmanlar da onlarla qarışıq qubernatorla birlikdə Böyük kilsəyə gəlib dua oxudular. Bundan sonra isə qubernator baş keşişlə birlikdə "Qasım bəy” məscidinə gəldi. Orada da dualar oxudular. Bu vaxt bərk yağış yağdığından camaat dağıldı. Bir dəstə kilsənin qabağından keçərkən gördülər ki, bir rus əlində qırmızı bayraq hündür bir yerə çıxaraq hökumətə qarşı nitq söyləyir. Camaat tökülüb onu tutdular və sonra döyüb öldürdülər. Divan da buna mane olmadı.
    Yenə də 20 oktyabrda dövlətin ziddinə gedən camaat cəm olub istədilər ki, həbsxananı açaraq məhbusları azad etsinlər. Rus qoşunu bunun qarşısını aldı. Toqquşma nəticəsində camaatdan on səkkiz nəfər yaralandı. Həmin gün Bibi-Heybət yolunda qırmızı bayraq qaldıranlarla milli bayraq daşıyanlar arasında bərk vuruşma və atışma oldu. Nəticədə bir adam öldü, iki nəfər isə yaralandı. Həmin hadisə haqqında erməni qəzetləri yazırdı ki, bu toqquşmada yüz nəfər erməni ölüb.
    21 oktyabrda bir dəstə rus kazakı öz əziz günləri münasibətilə əllərində padşahın şəkli küçə ilə hərəkət edirdilər. Ruslar Mirzəyans adlı varlı və mənsəb sahibi erməninin evinin qabağından keçəndə həmin evdən kazakların üstünə güllə atdılar. Həmin saat kazaklar evi mühasirəyə aldılar və hər tərəfdən neft töküb odladılar. Ev yanıb külə döndü. Kazaklar yanğın söndürən müvəkkilləri də evi söndürməyə qoymadılar. Ev alışıb yanarkən yel vurub qonşu erməni evlərinə də od saldı. Bunun nəticəsində də bütün evlər yandı.
    Həmin əhvalatdan sonra rus kazak dəstəsi ermənilərin dükanlarına hücum çəkərək talan və tarac etdilər. Sonra isə kazaklar erməni varlıları olan Lalayevin, Kələntərovun dükanlarının əmlakını, eləcə də Tağızadənin dükanlarını icarəyə götürmüş ermənilərin mallarını və əşyalarını talan etdilər. Bu toqquşmada ölənlərin və yaralananların sayı qırx nəfərə çatmışdı. Onun da əksəriyyəti erməni idi. Bu əhvalatdan sonra qubernatorun əmri ilə rus kazakları erməni küçələrindən köçürülərək müsəlman məhəllələrində yerləşdirildi.
    Oktyabrın 23-də ruslar qubernatorun iqamətgahında məsləhət toplantısı keçirdilər. Bu toplantıda ermənilərdən başqa bütün millətlərin nümayəndələri iştirak edirdilər. Toplantıya ermənilər özləri gəlməmişdilər. Məsləhətdən sonra kazaklar gəlib qubernatordan erməniləri cəzalandırmağa icazə verməsini xahiş etdilər. Qubernator onları sakitləşdirdi. Bir az keçdikdən sonra yenə bir dəstə kazak padşahın övrətinin şəklini millət bayrağı ilə birlikdə əllərinə götürüb küçə-bazarı gəzməyə çıxdılar. Erməni məhəlləsinə gəlib çatanda yenə onların üstünə evlərin birindən güllə atdılar. Güllə atılan ev erməni tərəfindən icarəyə götürülmüş müsəlman evi idi. Dərhal kazaklar həmin evi gülləbaran edərək ermənilərin evlərini yandırmağa başladılar. Bu hadisədə öldürülənlərin və yananların sayı on altı nəfər olmuşdu. Yaralananların miqdarı isə məlum deyildi. Yenə həmin günün gecəsi atışmalar oldu. Bir erməni evi yandırıldı.
    Oktyabr ayında baş vermiş toqquşmalarda əlli altı nəfər adam öldürülmüşdür ki, bunlardan əlli biri erməni, biri rus, biri gürcü, biri yəhudi, ikisi isə müsəlman idi. Yaralananların sayı isə 59 nəfər idi. Onlardan 38 nəfəri erməni, 14-ü rus, bir yəhudi, biri nemes, 4 nəfəri müsəlman və biri nə millət olduğu məlum olmadı. Yandırılmış evlərin miqdarı isə 28 ədəd idi. Onlardan 24-ü erməni, biri rus, biri isə müsəlman evi idi. Bunlarla yanaşı, iki şəhər budkası da yandırılmışdı. İğtişaşlar zamanı dəyən zərərin miqdarı məlum olmamışdır. Bu iğtişaşa və xəsarətə erməni tayfası bais olmuşdur.
    Ramazan ayında (15 noyabr) Şuşa şəhərində baş vermiş əhvalat
    Məsumovlardan olan bir erməni öldürülmüşdü. Ermənilər bu ölüm hadisəsinin izini qəsdən gətirib müsəlman bazarına çıxardılar və onu müsəlmanların öldürdüyünü söylədilər. Odur ki, divan əhli müsəlmanlar arasında axtarışlar aparmağa başladı. Müsəlmanlar bildirdilər ki, biz heç vaxt belə namərdliyə yol vermərik. Bunu ermənilər özləri edib bizim üstümüzə yıxırlar ki, müsəlmanları müqəssir etsinlər.
    Xülasə, çox çəkişmədən sonra ermənilərin sakitləşdirilməsindən ötrü divan bir dəstə atlı kazak və bir dəstə piyada götürüb qubernatorla birlikdə müsəlman meydanına gəldilər. Qubernator bir kağız oxuyaraq bildirdi ki, sərdarın hökmünə əsasən, gərək ölən erməninin meyidini verəsiniz. Əgər onun meyidi verilməsə, bu Şeytanbazar adlanan dükanlardan gərək bir neçə yüz manat pul toplayıb o ölən erməninin külfətinə verəsiniz.
    Bir-iki gündən sonra rus qoşunu yenə gəlib o qərarla müsəlman bazarından keçdi. Qubernator müsəlmanlarla yumşaq rəftar edirdi, cənab qazi və əyanlarla xoş davranırdı.
    Ramazan ayının 18-ci günü qubernator belə məsləhət gördü ki, müsəlman əhli dükan-bazarı bağlayıb toy və musiqi çala-çala padşahın fərmanı oxunacaq böyük bir yerə gəlsinlər. Müsəlmanlar cavab verdilər ki, bu günlər bizim əziz və təziyə günlərimizdir. Odur ki, musiqi və toy çalmaq olmaz. Özümüz isə toplaşıb oraya gələ bilərik. Danışığa əsasən, müsəlmanlar dükan-bazarı bağlayıb böyük bir izdihamla, şahın iki şəkli və on bayraq əllərində bazardan keçərək divanxananın qabağına gəldilər və əyanlarda gəlib bağda qərar tutdular. Qubernator böyük çinovniklərlə müsəlmanların toplaşdığı yerə gəldilər. Kilsənin ətrafı kiçik olduğundan qubernator alimlər və əyanlarla birlikdə su anbarının üstünə gəldilər. Bura həm də hündür idi. Camaat isə əllərində bayraqlar və padşahın şəkilləri anbarın qabaq tərəfinə yığışdı. Hər tərəf camaatla dolu idi. Camaatın gurultusundan qulaq tutulurdu. Atlı kazak dəstəsi gəlib bir tərəfdə səf çəkib durmuşdu. Bu qədər camaatın içində vur-tut beş nəfər erməni var idi. Onlardan biri qubernatorun yanında, dörd nəfəri isə kilsənin qabağında dayanmışdı. Onların birisinin adı Amrimov Mikit idi. Mən onu yanıma çağırıb dedim:
    - Baron Mikit! Bu nə fitnə-fəsad, xəsarət və mərdüməzarlıqdır ki, erməni tayfası dünyaya salıb? Xalqın rahatlığını kəsiblər. Onlar bu qədər tökülən nahaq qanlara, yanan mülklərə və qarət edilən mallara bais oldular.
    Mikit cavab verdi ki, Allah-təala belə işlərə bais olan kəslərə və cahil nadanlara qənim olsun. Biz özümüz də mat qalmışıq, bilmirik nə çarə edək. Abrımız töküldü, etibarımız kəsildi, mal və mülkümüz isə yandırıldı və talan edildi.
    Qubernator cibindən bir kağız çıxardaraq bildirdi ki, bu, əlahəzrət imperatorun fərmanıdır. Sonra qubernator həmin fərmanı hündür səslə oxumağa başladı. Tərcüməçi isə camaatı başa saldı ki, padşahımız bir neçə işdə bizə hürriyyət, yəni, azadlıq iltifat edibdir:
    1. Əvvəla, milli və şəri məsələlər üzrə məsləhətləşmələr aparmaq üçün yığıncaqlar azaddır. Bunun üçün icazə lazım deyil.
    2. Söz azadlığı. Yəni, özünə və millətinə əhəmiyyətli və xeyirli hesab etdiyin məsələləri danışmağa, yazmağa və çap etdirməyə icazə verilir.
    3. Vicdan azadlığı. Yəni, istədiyin dinə və məzhəbə qulluq etmək.
    4. Mal və can təhlükəsizliyi. Yəni, milyonlarca malın və mülkün olsa da, bir kəs heç bir haqla ona toxuna bilməz.
    Elə ki, fərman oxunub qurtardı, qubernator əlini yuxarı qaldırdı. Camaat da ona baxaraq əllərini və papaqlarını yuxarı qaldırdılar və sevinclə "ura” çəkdilər. Ondan sonra cənab uçitel Mirhaşım bəy Vəzirzadə nitq etdikdən sonra cənab axund Hacı Molla Hüseyn Qazi hündür səslə bir dua oxudu. Dua başa çatan kimi Ağa Mirhaşım bəy hürriyyət manifestinin elan edilməsi münasibəti ilə şəhərin fağır-füqərasına paylamaq üçün yüz manat pul verdi. Onun ardınca da əlli manat cənab qubernator iltifat etdi. Bir sıra əyanlar da bu xeyriyyə işinə qoşuldular. Bununla da bu təntənəli yığıncaq başa çatdı.
    Bu yığıncaqdan iki gün sonra müsəlmanlarla erməniləri barışdırmaq üçün qubernator müşavirə çağırdı. Müşavirədə hər iki tərəfdən nümayəndələr çıxış edərək öz fikirlərini söylədilər və barışıq elan etdilər. Həmin günün səhərisi qubernator Gəncə şəhərinə getməyə hazırlaşırdı. Yüz nəfərəcən müsəlman cavanlarından atlılar silahlanmış halda qubernatorun faytonunu müşayiət edərək qərargaha gəldilər. Bu zaman bir neçə erməni qərargaha gəlib müsəlmanlardan şikayət etdilər. Qubernator qəzəblə onlara baxıb acıqla dedi:
    - Artıq mənə məlum olubdur ki, siz erməni tayfasının müsəlmanlar haqqında mənə dedikləriniz hamısı yalan və böhtandır. Bu şikayətlər bütünlüklə qərəzçilik və düşmənçilik məqsədi güdür.
    Qubernator ermənilərin cavabını verdikdən sonra müsəlman atlılarının müşayiəti ilə yola düşdü. Xan bağından bir az o tərəfə getdikdən sonra faytonu saxlatdırıb müsəlman atlılarına artıq dərəcədə iltifatla razılıq edib, onların geri dönməsini məsləhət bildi. Atlılar qubernatorla xudahafizləşib geri döndülər. Atlılar gurultu ilə şəhərə daxil olarkən ermənilər vəhşətə düşdülər. Onlar belə xəyal etdilər ki, bu atlı müsəlmanlar erməni-müsəlman davasını təzələmək üçün kəndlərdən cəm olub gəliblər. Mətləb aydın olandan sonra ermənilər sakitləşdilər.
    Fitr bayramı günü bütün alimlər, seyyidlər və əyanlar məscidə toplaşıb ermənilərlə davada məzlum və şəhid olanlar üçün təziyə tutub Quran oxuyurdular. Bu zaman erməni xəlifəsi bir neçə keşiş və camaatın nümayəndələri ilə məscidə gəlib müsəlmanların bayramını təbrik etdilər. Sülh və əmin-amanlıq yaratmaq üçün camaatla görüşüb qayıtdılar.
    Əlavə: Şəvval ayının səkkizinci günü belə bir xəbər yayıldı ki, dilicanda yol gələrkən Qərvənd tərəfdə dörd erməni öldürülüb. Odur ki, təhqiqat aparmaq üçün bir neçə müsəlmanı yoldan geri qaytarmışdılar. Bu deyilən əhvalat baş verən gün ermənilər Yel dəyirmanı deyilən qayanın üstündən, aşağı yolla odun gətirən Xəlifəli bir müsəlmanı güllə ilə vurub, ölümcül yaralamışdılar. Müsəlmanlar onu gətirib Qalada öz xəstəxanalarına qoyduqdan sonra divana hadisə ilə bağlı məlumat vermişdilər.
    Əlavə: Kərbəlayı Məhəmməd adlı bir yaxşı papaqçı var idi. O, tikdiyi papaqların bir qismini aparıb erməni bazarında satardı. Ermənilərin namərdliklərindən yaxşı hali olan adamlar Kərbəlayı Məhəmmədi erməni bazarına getməkdən çəkindirməyə çalışırdılar. Mən özüm (M. M. Nəvvab) iki dəfə onun erməni bazarına papaq apardığını görüb, məzəmmət etmiş və erməni bazarından əl çəkməsini ona təkrar-təkrar demişdim. Bu məsləhətləri qulaqardına vuran Kərbəlayı Məhəmməd həmin günün axşamı, yəni şəvval ayının 8-ci günü bir neçə papaq götürüb satmaq üçün yenə erməni bazarına gedir. Ermənilər onu bir hiylə ilə daldaya çəkib öldürmüş, cəsədini isə gizlətmişdilər.
    Əlavə: Yenə həmin gün ermənilərə xəbər gəldi ki, Turşsuyun yolunda müsəlmanlar iki erməni öldürüb, başlarını kəsiblər. Bu xəbəri eşidən kimi, bir dəstə erməni cavanları silahlanaraq fəryad çəkə-çəkə ermənilər öldürülən tərəfə yollandılar. Bazarda alış-verişlə məşğul olan ermənilər bu fəryadı eşidən kimi həyəcanlı şəkildə dükanlarını bağlayıb, meydana yığıldılar. Hər tərəfdən müxtəlif çağırış və haray səsləri gəlirdi. Rus tayfasından olan bir nəfər bu vəziyyəti görən kimi qaçıb divanxananın qabağına gəldi. Burada o, müsəlmanlara xəbər verdi ki, nə durmusunuz, ermənilər davaya hazırlaşırlar, bu saat sizin üzərinizə hücuma başlayacaqlar. Bu xəbəri müsəlmanlara çatdırdıqdan sonra həmin rus qoşunun hazır olması üçün zəng çaldı.
    Bu xəbəri eşidən müsəlmanlar dükanlarını bağlayıb silahlandıqdan sonra, səngərlərə qaçdılar və davaya hazır vəziyyət aldılar.
    Ermənilər də kilsələrin damında, evlərdə və küçələrdə hazırladıqları səngərlərə doluşmuşdular.
    Divan əhli əhvalatdan xəbərdar olan kimi bir dəstə əsgər götürüb, musiqi çala-çala erməni məhəlləsindən keçərək bazara gəldilər. Camaat əhvalatdan xəbərdar olan kimi sakitləşərək hərə öz evinə qayıtdı.
    Gəncə şəhərində müsəlmanlarla ermənilər arasında baş vermiş əhvalat
    8 şəvval 1323-cü il (miladi 1905-ci il)
    Şəvvalın 8-də xəbər gəldi ki, Gəncə şəhərində müsəlmanlarla ermənilər arasında toqquşma nəticəsində dava başlamışdır. Teleqrafla xəbər verdilər ki, iki gecədir ki, Gəncədə böyük od-alov görünür. Ancaq təfsilatı məlum deyildir. Sonrakı təhqiqatla məlum oldu ki, erməni tayfası müsəlmanları arxayın edərək onlara qarşı yeni xəyanət hazırlamaq üçün tədarük görərək hər yana yazıb özləri üçün köməklər gətirmişlər.
    Müsəlmanlar isə hər şeydən xəbərsiz sakit və samit öz işlərində və alış-verişlərində idilər.
    Ermənilər silah tədarüklərini məramlarınca yığdıqdan sonra hər yana yazıb qüvvə tələb etdilər. Bu tələb əsnasında hər yandan silahlı ermənilər gəlirdi. Gəncə ermənilərinə Qarabağdan da kömək gəlmişdi. Qarabağdan gələn dəstənin başında dülgər Barseğin oğlu Sancan dururmuş. Ermənilər müsəlmanlarla davanı başlamaq üçün nahaq yerə üç müsəlmanı öldürürlər. Müsəlmanlar bu əhvalatı eşidən kimi bazar-dükanı bağlayıb silahlanır və "Ya Allah!” deyib ermənilərin üstünə hücum çəkərək atışmağa başlayırlar. Bu xəbər ətrafa yayılan kimi kənar yerlərdən köməklər gəldi. Bu gələn köməklərin arasında Əli adlı mütəəssib və qeyrətli bir cavan var idi. Qaçaq olan bu oğlan başına xeyli atlı toplayıb Gəncəyə müsəlmanların köməyinə gəlmişdi. Ermənilərin qaçmasına imkan verməmək üçün qabaqcadan körpünü kəsdilər. Bundan sonra ermənilərin üstünə güllə yağdırmağa başladılar. Ermənilərdən qırılan çox oldu. Ermənilərin mövqeyi tutulduqca onların evlərinə, dükanlarına və mağazalarına od vurub yandırırdılar. Amma bu işdə çox səhv etdilər ki, müsəlman məhəlləsində yerləşən və məscid dükanına bitişik olan erməni dükanına od vurdular. Çünki erməni dükanı yanarkən küləyin təsiri ilə od-alov məscid dükanına da keçdi. Söndürülməsi mümkün olmadığından erməni dükanı ilə məscidin mağazası da yandı.
    Bu dava nəticəsində ermənilərdən xeyli adam qətlə yetirildi. Dedilər ki, Qarabağdan gəlmiş Barseğin oğlu Sancan da öldürülmüşdür. Amma sonra məlum oldu ki, diridir. Müsəlmanlardan da bir neçə nəfər şəhid olmuşdu.
    Neçə vaxtdan sonra xəbər çıxdı ki, Məhəmmədhəsən adlı bir molla iki nəfərlə nəyəsə baxmağa gediblərmiş. Hiyləgər erməni tayfası onları şirin dilə tutaraq harasa aparıb yox etmişlər. Sonra onların taleyindən bir xəbər çıxmadı.
    Qala əhvalatı
    Şəvval ayının 9-cu günündə ermənilər yenə Yel dəyirmanı adlanan qayanın üstündən aşağı enib, aşağıda qayaların arxasında gizlənirlər. Bu zaman üç nəfər müsəlman qabaqlarında da odun yüklənmiş ulaqları danışa-danışa oradan keçərkən həmin qayaların arxasında gizlənən ermənilər daşların arxasından çıxıb onları gülləyə tutdular. Məmiş adlı qalalıya güllə dəyən kimi həlak oldu. O birisi isə qolundan yaralandı. Üçüncü odunçu isə salamat, erməniləri söyə-söyə qaçıb Qalaya xəbər gətirdi. Xalq gedib həmin yaralını gətirib xəstəxanaya qoydular. Həlak olanı isə dəfn etdilər. Bundan sonra baş vermiş əhvalat haqqında divana xəbər verdilər. Həmin gün müsəlmanlar da enib yolda dörd nəfər erməni öldürdülər. Onlardan biri Daşaltı, üçü isə Şuşakənddən idi.
    Bu vaxt xəbər gətirdilər ki, aşağı Bağlarda səkkiz yüz müsəlman atlısı cəm olmuşdur. Lakin onların məqsədləri heç kəsə məlum deyildi. Heç kəs bilmirdi ki, onlar Qalaya gələcəklər, yoxsa erməni kəndlərinə hücum edəcəklər.
    Qaladakı erməni tayfası bu xəbəri eşidən kimi təşvişə düşdülər və vəhşətlə divan böyüklərini görüb xahiş etdilər ki, gərək biz müsəlmanlarla yenidən sülh bağlayaq. Bundan sonra divan böyükləri bir dəstə rus əsgəri götürüb musiqi çala-çala erməni nümayəndələri və keşişləri ilə müsəlman bazarına gəldilər. Cənab qazi və cənab Əbdürrəhman ağa da xeyli müsəlmanlarla onların yanına gəldilər. Həsənəli bəy orada iki xalq arasında əmin-amanlığın qorunub-saxlanması naminə bir nitq söylədi. Erməni keşişi də çıxış etdikdən sonra hər iki xalqın nümayəndələri divan böyükləri ilə birlikdə erməni bazarına gəldilər. Erməni bazarındakı toplantıda isə keşiş və Haşım bəy nitq söylədilər. Haşım bəy ermənilərə xitab edərək dedi:
    - Ey camaat, bu nə fitnə-fəsaddır salmısınız iki millət arasında? Bu qədər məxluqatın dincliyini kəsmişsiniz. Əgər bu işlərlə məqsədiniz sosialistlikdirsə, onların qaydaları belə deyil. Bir məqsəd və səbəb olmaya-olmaya nə üçün bu qədər nahaq qanlara bais olub, uşaqları yetim, övrətləri dul, gözü yaşlı qoyursunuz. Onların ah-naləsinin göyə yüksəlməsinə razı olursunuz? Əgər könlünüz dava istəyirsə və özünüzü igid hesab edirsinizsə, onda gərək övrətlər kimi daşların dalında və evlərdə gizlənib qəflətən yolla gəlib-gedəni namərdcəsinə vurmayasınız və sinənizə döyüb özünüzü qəhrəman kimi aparmayasınız. Davanın qaydası belədir ki, siz də, müsəlmanlar da çıxalar bir düz yerə, üzbəüz tüfənglə, yaxud qılıncla, yaxud xəncərlə mərd-mərdanə bir-birinizlə vuruşasınız. Ya siz müsəlmanlara qalib gələrsiz, ya da müsəlmanlar sizin nəslinizi bu şəhərdən yox edər. Bununla da bütün məxluqatın canı dincələr. Məgər Xudavənd-aləmdən qorxmursunuz, adlarını qımdat qoymuş bir neçə erməni quldurları həftədə bir çaxırın kefi başlarına vurarkən iki millət arasına fitnə-fəsad salıb, nahaq qanlara bais olurlar. Sizlər də onların sözlərinə baxıb, özünüzü təhlükəyə salırsınız. Bunun nəticəsində də nə qədər adamlarınız və mallarınız tələf olur, mülkləriniz yandırılıb xarabalığa çevrilir. Özünüz görürsünüz ki, dava vaxtı 10 nəfər müsəlmandan öləndə min nəfər sizdən tələf olur. Quldurların sözünə qulaq asmayın. Allah-təalanın yoluna qayıdın.
    Haşım bəydən sonra cənab Əbdürrəhman ağa və cənab qazi xütbələrdə fatihə oxudular.
    Bu barışıq günü günü yuxarıda haqqında danışdığımız əhvalat zamanı öldürülmüş müsəlmanların qatilini gətirib divana təhvil verdilər. Onlar iki nəfər idilər. Onlardan biri Qaybalı kındlisi erməni dəmirçi Mirzə idi. Divan hər ikisini həbsxanaya göndərdi.
    Category: Erməni Müsəlman davası (1905) | Added by: Islam_Kitabxanasi
    Views: 584 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024