İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Erməni Müsəlman davası (1905)

    Erməni Müsəlman davası (1905)
    2012-04-10, 6:07 AM
    Papravənd kəndinin əhvalatı
    Müsəlmanların yaşadığı Papravənd kəndi erməni kəndləri ilə əhatə olunmuşdu. Ermənilər burda özlərinin çoxluğuna arxalanaraq ətrafdakı erməni kəndlərindən böyük bir dəstə yaradaraq Mirzə bəy adlı erməni qımdatının rəhbərliyi altında qəflətən hücüm edərək Papravənd kəndini mühasirəyə aldılar. Hücum sübh tezdən olduğuna görə kənd əhlinin əksəriyyəti tamam yuxuda, bəziləri isə sübh namazında idilər. Ermənilər kəndi mühasirəyə alarkən bir çoban hündür bir yerdə qoyun otarırdı. Ermənilərin Papravəndə hücumunu görən çoban qoyunları orada buraxıb müsəlman kəndlərinə qaçaraq xəbər verdi ki, ermənilər hücum ediblər, kömək lazımdır... Müsəlmanlar xəbəri eşidən kimi silahlanıb, atlarına minərək Papravəndə tərəf çapdılar. Onlar çatan kimi salavat nərəsi çəkərək erməniləri arxadan mühasirəyə aldılar. Arxadan və qabaqdan ermənilərə endirilən şiddətli zərbə nəticəsində onların arasında böyük tələfat oldu. Erməni dəstəsinin qarşısında durub atışan və ermənilərə göstəriş verən qımdat Mirzə bəyə birdən dörd güllə vurdular. O, çığırıb yerə sərildi. Onun öldürüldüyünü görən ermənilər qaçmağa başladılar. Müsəlmanlar onları təqib edərək bir qismini öldürdü, bir qismini isə yaraladılar. Ermənilərin sağ qalanları dağlarda və meşələrdə gizləndilər. Müsəlmanlar ermənilərin qarət üçün gətirdikləri kəl arabalarını qənimət kimi ələ keçirdilər.
    Əsgəran əhvalatı
    Ermənilər Papravənddə böyük məğlubiyyətə düçar olduqdan sonra qımdatlar belə qərara gəldilər ki, hücum etmək onlar üçün əlverişli deyil. Yaxşısı budur ki, yolları kəsib müsəlmanların gəliş-gedişinə mane olaraq, şəhəri bir növ mühasirədə saxlasınlar. Bu məqsədlə onlar ayrı-ayrı dəstələr düzəldib Əsgərən qalasının ətrafında gizli mövqelərdə yerləşdirdilər. Bu dəstələr yol ilə gəlib-gedənlərə güllə atmağa başladılar. Buna görə də yollardan gediş-gəliş kəsildi, kirəkeşlər və arabaçılar üçün hərəkət mümkün olmadı.
    Digər tərəfdən isə Rusiya vilayətində və Tiflisdə iğtişaş və tətillərin olması üzündən teleqraf və poçt işləmirdi.
    Qalada Yel dəyirmanı deyilən qayaların üstünə çıxaraq yollara nəzarət edən ermənilər gördülər ki, Xəlifəli və kürdlər yaşayan məntəqələrdən də gəlib-gedən yoxdur. Kirəkeşlər dəyirmanlara un üyütmək üçün taxıl da apara bilmirdilər. Bu səbəbdən də şəhərdə ərzaq get-gedə azalır və bahalıq əmələ gəlirdi. Kasıblar və qəriblər üçün dolanacaq çətinləşirdi. Dəyirmanlar işləmədiyindən və un ehtiyatı azaldığından çörək dükanları bağlanırdı.
    Əlavə: Xəbər çıxdı ki, Sisyan tərəfdə ermənilər dəstə bağlayıb müsəlmanların üstünə gəlirlər. Müsəlmanlar da zor bir dəstə yaradıb onların qarşısına çıxaraq atışmağa başladılar. Vuruşma iki gün sərasər davam etdi. Vuruşma zamanı müsəlmanlardan 20 nəfər şəhid oldu, bir neçəsi isə yaralandı. Ermənilər tərəfindən isə yaralananlardan başqa 50 nəfər öldürülmüşdü. Sisyanlılar on nəfər qalaya göndərirlər ki, oradan tüfəng və patron alıb gətirsinlər.
    Kazaklarla ermənilərin əlbir olması və müsəlmanlara xəyanəti
    Yollar bağlı olduğundan altmış ədəd yüklü araba yığışıb Ağdamda qalmışdı. Bu vəziyyətdən təngə gələn kirəkeşlər və əşya sahibləri divana şikayət etdilər. Divan məmurları həmin adamları Şuşaya qədər müşayiət etmək və sağ-salamat oraya çatdırmaq üçün bir dəstə kazak ayırdılar. Camaat pul toplayaraq iki yüz manat kazakların böyüyünə verdilər ki, bunun yüzü sənindir, yüzünü isə kazaklara payla ki, bu arabaları əmin-amanlıqla şəhərə çatdırsınlar. Ağdamın pristavı da bu arabaların və əşyaların sağ-salamat şəhərə çatdırılacağına söz verdi. Xülasə, kazaklar qabaqda, 40-50 araba isə bir-birinin ardınca düzülüb şəhərə yola düşdülər. Hər iki tərəfi hündür olan dərəyə bənzər bir yerə çatarkən gördülər ki, hündür yerdə ermənilər səngər qurub dayanıblar. Kazakların böyüyü kazaklardan birini çağırıb ona nəsə deyib ermənilərin yanına göndərdi. Arabaçılar və əşya sahibləri şübhələnib, hərə bir gümana düşdü. Bir azdan kazak qayıtdı. Ermənilər isə hər tərəfdən qarışqa kimi qaynaşmağa başladılar. Onlar göyə və arabalara güllə ata-ata arabalara yaxınlaşırdılar. Vəziyyəti belə görən Qala əhlindən olan iki nəfər - Məşədi Dadaş və Ağa İsmayıl arabada olan tüfənglərini çıxardıb arabadan düşdülər və bir daşın dalına girərək ermənilərə atəş açmağa başladılar. Bu atəşi görən ermənilər irəli getməyə cürət etməyərək, geri çəkildilər. Arada bir fürsət yaranan kimi arabaçıların bir parası geri, Ağdama tərəf qaçdılar. İçi dolu on dörd araba isə kazaklarla ermənilərin arasında qaldı. Ermənilər tökülüb həmin arabalarda olan şeyləri qarət etməyə başladılar. Onlar arabalarda olan qəndi və başqa əşyaları kazaklarla bölüşdürdülər.
    Qaçan adamlar araba və əşyalarla gəlib Ağdama çıxdılar. Müsəlmanlar əhvalatdan xəbərdar olan kimi xalq dəstə-dəstə yığışıb danışırdılar ki, oranın pristavı bazara gəldi. Həmin saat ermənilər tərəfindən yolda qarət edilmiş 14 arabanın və əşyaların sahibi qalalı Məşədi Səlim adlı birisi pristavın yaxasından tutub dedi ki, qarət edilmiş 14 arabanın və əşyaların qiyməti 40 min manat eləyir. Mənim pullarımı verməlisən. Pristav gördü ki, ölüm məqamıdır. Dedi məni öldürmə, bir kağız verərəm ki, mən sizə 40 min manat borcluyam. Cənab Cəfər bəy Vəzirzadə qol kağızı almağa razı olmadı. Çünki sonra divana deyər ki, məni öldürürdülər, canımın qorxusundan verdim.
    Pristav sözlə birtəhər onların əlindən çıxa bildi. İki gündən sonra orada qalan arabaları geri gətirdilər. O günün sabahısı Xankəndinin yaxınlığında ermənilər tökülüşüb qalalı Məşədi Bəşir adlı bir oğlanın 200 qaramalını apardılar.
    Həmin günlərdə Qaladan olan Cəmşid adlı bir nəfər Xocalının ətrafında yol kənarında bir dükan açmışdı. Bağlardan satmaq üçün Qalaya gətirilən bəzi əşyaları o, ucuz qiymətə alaraq burada açdığı dükanda başqa yerlərdən gələn ermənilərə satırdı. Cəmşid kişinin övrət-uşağı da özü ilə birlikdə bu dükanda qalırdı. Müsəlmanlar onu məzəmmət edərək nəsihət verirdilər ki, sən müsəlmansan, tutduğun iş şəriətdən uzaqdır, bu dava vaxtı gördüyün işdən əl çək, əks halda peşman olarsan. Cəmşid kişi heç kəsi eşitmədi və öz nəfsinə qarşı çıxa bilmədi. Çox keçmədi ermənilər tökülüb Cəmşid kişini və övrət-uşağını öldürdülər, gözəl bir qızını əsir götürdülər, dükanında olan malları isə qarət edərək dağıtdılar.
    Əlavə: Yuxarıda göstərilən tarixdə qalalı Məlik Paşayev ermənilərlə birlikdə altmış min manatlıq misi apararkən müsəlmanlar tərəfindən tutulub Ağdama aparılmışdır.
    Əhməd bəyin qızı Həmidə xanımın əhvalatı
    Bu günlərdə Cavanşir Əhməd bəyin qızı Həmidə xanım bir dəstə atlılarla birlikdə böyük təmtəraqla Ağdama gəldi. Ağdamın camaatı onu böyük hörmət və ehtiramla qarşılayaraq bir gözəl mənzildə yerləşdirdilər. Həmidə xanım cənab Cəfər bəyə bildirdi ki, millət xüsusunda camaata bir neçə söz demək istəyir.
    Cəfər bəy xeyriyyə məclisinin üzvlərinə buyurdu ki, bazar-dükanların bağlanıb camaatın böyük meydana toplaşması haqqında göstəriş versinlər. Camaat və əyanlar yavaş-yavaş böyük meydana toplaşdılar. Həmidə xanım üzünü Cəfər bəyə tutaraq onun buraya nə məqsədlə gəldiyini camaata çatdırmasını xahiş edir.
    Cəfər bəy uca səslə dedi ki, ey əyanlar və müsəlmanlar! Həmidə xanım zəhmət çəkib bu uzaq yolları gəlməkdə məqsədi aşağıdakılardan ibarətdir: Həmidə xanım buyurur ki, mən qalada bizim qan qardaşlarımızın çox zəhmət və əziyyət çəkdiklərini eşitdim. Mənə məlum oldu ki, kəndlərdə yaşayan ermənilər yolları kəsərək camaatın Qalaya ərzaq və mal gətirməsinə, eləcə də dəyirmana getmələrinə mane olurlar. Buna görə də mən bütün sursatları ilə birlikdə iki yüz atlı toplayaraq onların köməyinə gəlmişəm. Mən bir övrət olsam da, müsəlman qardaşlarımızın belə çətinlik çəkməsi gecə-gündüz mənə əziyyət verərək rahat buraxmırdı. Qardaşlarımız Şuşada belə əziyyətlərə məruz qaldıqları halda biz burada rahat yeyib-içib, yata bilmərik. Mənə yaraşmaz ki, siz olan yerdə xalqımızın bu əziyyətdən qurtarılması üçün mübarizə aparam. Ona görə cənablarınızdan xahiş edirəm ki, siz də qüvvələr toplayıb mənim gətirdiyim atlılarla birlikdə zir-zibili müsəlman qardaşlarımızın yolundan təmizləyəsiniz ki, onlar rahat yaşaya bilsinlər.
    Meydana yığışan camaat yuxarıda deyilən sözləri eşitcək Həmidə xanımı ürəkdən alqışladılar. Hətta bəzi şəxslər bu sözlərin təsirindən kövrələrək ağladı. Camaat cavab verdi ki, biz yeddi yaşından yetmiş yaşına kimi hamımız malımız və canımızla bu yolda mübarizə aparmağa hazırıq. O yolkəsənlər də öz layiqli cavablarını alacaqlar. Odur ki, siz narahatçılıq keçirmədən öz məqamınıza qayıdın, Allah-təalanın köməyi ilə biz bu işlərin hamısına əncam çəkərik.
    Həmidə xanım xeyriyyə məclisinə iki yüz manat nəqd pul və iki yüz pud un və arpa bağışlayıb ehtiramla öz kəndinə təşrif apardı. Allah ondan razı olsun.
    Cənab Nəcəfqulu ağanın dəyirmanında olmuş əhvalat
    Qalada get-gedə bahalıq artdığına görə Şuşa cavanları atlanaraq iki araba buğda götürüb Cavanşir Nəcəfqulu ağanın dəyirmanına gəldilər. İki araba buğda dəyirmanda üyüdüldükdən sonra ermənilər dəyirmana hücum çəkərək zorla unu onlardan alıb aparmaq istədilər. Dəyirmanda iki-üç tüfəngli müsəlman var idi. Onlar divarın dalından erməniləri gülləyə tutdular. Bir qədər atışmadan sonra ermənilər heç nə edə bilməyəcəklərinə əmin olub naümid geri qayıtdılar.
    Malıbəyli ilə Xankəndi arasında bir erməni qadını ilə uşağın öldürülməsini eşidən ermənilər ştaba üz qoydular. Ştabda bir az rus qoşunu var idi. Eyni zamanda ştabın yerləşdiyi ərazidə bir neçə müsəlman və erməni ailələri yaşayırdı. Vəziyyətin gərginliyini görən müsəlman ailələri tez öz tüfənglərini götürüb müharibəyə hazır vəziyyətdə dayandılar. Onların içərisində çoxlu külfəti olan Məşədi Zeynal adlı bir nəfər var idi. O, bir erməni ilə qonşuluqda yaşayırdı. Ermənilər tökülüb buraya gələrkən Məşədi Zeynalın erməni qonşusu onun yanına gəlib deyir ki, ermənilər sizi qırmağa gəliblər. Buna görə gəl sən öz övrətin, uşağınla bizim evə daşın, çünki mənim evimdə sizə heç kəs toxunmağa cəsarət etməz. Məşədi erməninin hiyləsinə inanıb bütün külfəti və əşyaları ilə erməninin evinə köçdü. Lakin Məşədinin uşaqları onların erməninin evinə köçməyinə razı deyildilər. Onlar köçdükdən sonra erməni Məşədiyə dedi ki, tüfənglərinizi verin gizlədim, sonra yenə özünüzə qaytararam. Əks təqdirdə, ermənilər gəlib sizin tüfənglərinizi görsələr, məni də, sizi də öldürərlər. Məşədinin dörd oğlu var idi. Onlar atalarına dedilər ki, bu hiylədir, erməninin sözünə inanma. Tüfənglərimizi versən, bizi qıracaqlar.
    Məşədi oğlanlarına acıqlanıb tüfənglərin hamısını götürüb erməniyə verdi. Erməni tüfəngləri apardıqdan sonra pusquda duran erməniləri çağırdı. Onlar tökülüb əvvəlcə Məşədinin evini yandırdılar, sonra isə onun özünü, dörd oğlunu, ümumiyyətlə, südəmər uşağına qədər bütün külfətini işgəncə ilə öldürdülər. Ermənilər bu vəhşilikləri törədərkən övrət-uşağın dəhşətli çığırtıları bir-birinə qarışmışdı. Neçə nəfər cavan övrət və gəlinlər var idi. Onlar çığırıb qaçmaq istəyərkən tutub xəncərlə doğrayırdılar. Xülasə, bu yırtıcı heyvanlara bənzəyən ermənilər Məşədinin iyirmiyə qədər külfət üzvlərini doğram-doğram etdilər.
    Ey kaş müslimin hamısı baxəbər ola,
    Bu zülmdən ki, ermənilər etdi intişar.
    Ol tifli-bigünahları kinü-zülm ilən
    Etdilər parə cismlərin cümlə tarimar.
    Qoyun-quzu kimi başını cümlə kəsdilər,
    Pamal oldu xakda ol cismi-purfikar.
    Bir zərrə rəhm yoxdu nəsarada et yəqin,
    Et bir nəzarə tifillərə eylə aşikar.
    Bir toxum əkdilər ki, çıxar rəstaxizədək
    Hər şaxu-bərgi şüru şərrü-nari-purşərar.
    Məşədi Zeynalın ailəsini zülm və işgəncə ilə tamam öldürərək şəhid etdikdən sonra onun mallarını talan etdilər. Bərk atışma nəticəsində on bir erməni öldürüldü.
    Bundan əvvəl isə rus böyükləri ermənilərin Məşədi Zeynalın başına gətirdiyi faciəni eşidib o ərazidə yaşayan müsəlman ailələrini xilas etmək üçün onların övrət-uşaqlarını toplayıb yaşadıqları kazarmaya apardılar. Bu zaman ermənilər Sadıq adlı bir müsəlman kişisini də öldürdülər. Ruslar o kişinin qatillərindən iki nəfəri tutdular.
    Bu qırğından sonra ermənilər qarət etdikləri malları arabalarla öz evlərinə göndərdilər. Özləri isə atlanıb Nəcəfqulu ağanın dəyirmanına üz qoydular. Müsəlmanlar ermənilərlə ştab ərazisində vuruşarkən fürsət tapıb dəyirmanda olan unun hamısını təcili arabalara doldurub Malıbəyliyə aparmışdılar.
    Axşamüstü ermənilər dəyirmana gəlib gördülər ki, müsəlmanlar bütün unları və sair şeyləri tamamən aparıblar. Ermənilər dərhal dəyirmana və Nəcəfqulu ağanın otaqlarına od vurub yandırdılar. Nəcəfqulu ağanın imarətindən, dəyirmanından qalxan tüstü və alov Qaladan görünürdü. Müsəlmanlar bu yanğından çox təəssüfləndilər. Çuxur məhəlləsinin cavanları toplaşaraq qərara gəldilər ki, bu dəyirmanın əvəzini ermənilərdən çıxmaq lazımdır. Təcrübəlilərdən birisi dedi ki, burada bizim qənşərimizdə Şuşa çayında Xandəmirov Mikitin tikdirdiyi bir maşın dəyirmanı (mexanikləşdirilmiş) var. Əgər Nəcəfqulu ağanın dəyirmanının qiyməti 300 manat olardısa, Mikitin dəyirmanının dəyəri 5000 manat olar. Bir qoçaq igid lazımdır ki, oraya enib həmin dəyirmanı yandırsın. Həmin saat bir neçə gün əvvəl ermənilərin ot tayalarına od vurub yandırmış Daşdəmir adlı bir cavan irəliyə çıxaraq dedi ki, Allahın köməyi ilə bu saat gedib sizin istədiyinizi yerinə yetirərəm.
    Daşdəmir beş nəfər cavan oğlanla birlikdə xeyli əski və neft götürüb "bismillah” edərək aşağı dəyirmana tərəf endilər. Dəyirmana çatan kimi onun bir neçə yerindən əski qoyub üzərinə neft tökərək od vurdular. Alov göyə qalxdı. Daşdəmir isə yoldaşları ilə Qalaya qayıtdılar. Çuxur məhəlləsinin cavanları onları alqışladılar.
    Ermənilər Şuşakənd tərəfdən böyük bir alov qalxdığını gördülər. Onlar dəyirmanda müsəlmanların olduğunu zənn edərək oraya çatarkən atəş açmağa başladılar. Sonra ehtiyat edə-edə gəlib oraya çatanda gördülər ki, heç kim yoxdur. Onlar tökülüb dəyirmanı söndürmək istəyəndə gördülər ki, maşınların əsas yerləri yanıb. Onlar dəyirmanı sahibsiz qoyub getdiklərinə çox təəssüfləndilər.
    Bir neçə gündən sonra məlum oldu ki, dəyirmanın bir para yerləri yanmayıb. Həmin Daşdəmir altı nəfər cavanla gecə yenidən həmin dəyirmana gələrək yanmayan alətlərə və bir neçə otağa od vurub yandırdılar. Bacardıqları qədər də un-buğda götürüb Qalaya gəldilər. Şuşakənddən alovu görənlər dəyirmana tərəf atəş açmağa başladılar. Arada dəyirmandan bir neçə dəfə bərk gurultu səsi gəldi. Dedilər ki, ermənilər aftafalara barıt və yumru dəmirlər dolduraraq lazım gəldikdə onlardan partlayıcı kimi istifadə etmişlər. Belə ki, onlar partlatmaq istədikləri yerə həmin aftafadan birini qoyub, piltə ilə lüləyə uzaqdan od vururlar. Bu zaman aftafa gurultu ilə partlayıb, onun parça-parça olmuş gövdəsi və yumru dəmirlər hər tərəfə yayılır. Görünür dəyirmanda partlayan da belə aftafalar olmuşdur.
    Ermənilər isə bunun əvəzini çıxmaq üçün Muxətər kəndinə gələrək Hacı Əsgər uşağının burada olan bir bağına və balaca evinə od vurub yandırdılar.
    1323-cü il zilqədə ayının 9-da dilənçi Bayramın 12 yaşlı Ağca adlı qızı bir şahı götürüb neft almağa gedir. Yollar bağlı olduğundan bazarda neft olmur. Bir mömin bəndə qızı evinə apararaq şüşəsini neftlə doldurub yola salır. Qız geri qayıdanda yolunu azıb erməni məhəlləsinə çıxır. Ermənilər onu tutub qımdatların yanına aparırlar. Qımdatlar Ağcadan soruşurlar ki, müsəlmanların yeməyi çoxdurmu? Qız cavab verdi ki, hər yerdə çoxdur, amma yalnız bizim evdə yoxdur. Qımdatlar yenə soruşdular ki, müsəlmanların atmağa nəyi var? Qız cavab verdi ki, topları, hamıda və hər evdə tüfəng və tapança çoxdur. Bu sual-cavabdan sonra ermənilər qonşu otağa keçirlər. Bir azdan Ağcanın yanına bir erməni övrəti gələrək qıza deyir ki, bir də ermənilər səndən müsəlmanların əhvalını soruşsa, deginən ki, müsəlmanlar sizi qıracaqlar. Bax, deməsən, səni diri-diri öldürəcəklər. Bir də müsəlmanlara deginən ki, dəxi dava bəsdir, evimiz yandı, malımız, dövlətimiz getdi. Allah xatirinə qoysunlar rahat oturaq.
    Ermənilər yenə də gəlirlər. Onlar qızdan sual edirlər ki, müsəlmanlar nə işdə və nə fikirdədirlər?
    Qız cavab verdi ki, sizi qıracaqlar. Erməni onun üzərinə qışqıraraq susmasını əmr etdi. Sonra çay içməyə və horra kimi bir şey yeməyə başladılar. Mənə də təklif etdilər, lakin iyrəndim.
    Səhərisi gün ermənilər Ağcanı polisə təhvil verdilər və bildirdilər ki, yolunu azıb erməni məhəlləsinə gəlib çıxıbdır. Polis övrəti ilə bərabər, qızı da sankaya mindirib müsəlmanlara təhvil verdilər.
    Gülablı əhvalatı
    (1323-cü ilin zilqədə ayı)
    Bu günlərdə Tağ, Tuğ, Dağdağan, Mirikəndi, Harov və digər ətraf kəndlərdən ermənilər cəm olub qımdatlarla məsləhətləşərək belə qərara gəldilər ki, Qalanı asanlıqla ələ keçirmək üçün əvvəlcə ətraf kəndlərdə yaşayan müsəlmanları erməni hücumları ilə təngə gətirərək bir qismini qırmaq, digər qismini isə qaçırtmaq lazımdır. Kəndlərdən müsəlmanları təmizlədikdən sonra buralar xalis "Hayastan torpağına” (Ermənistan) çevriləcək. Bu məqsədlərini həyata keçirmək üçün əvvəlcə Gülablı üzərinə hücuma keçdilər. Onlar Gülablıya çatarkən əvvəlcə bir adam göndərdilər ki, kəndin özündən bir xəbər gətirsin. Həmin adam gəlib gördü ki, kəndin kişilərinin çoxu Qalada, kənd-bazarlarda, toylardadırlar. Kənddə isə övrət-uşaq və qocalardan və bir neçə tüfəngdardan başqa heç kəs yoxdur. Odur ki, ermənilər cəsarətlə kəndin üzərinə yeridilər. Əvvəlcə istədilər ki, məscidi dağıtsınlar. Kənddə olan tüfəngdarlar səngərlərə girərək erməniləri gülləyə tutdular. Beləlikdə, atışma başladı və dörd saat davam etdi. Ermənilərin çoxusu açıqda, müsəlmanlar isə səngərdə olduğundan ermənilərdən 61 nəfər qətlə yetirildi. Az qalmışdı ki, ermənilər geri qayıtsınlar. Bu zaman müsəlmanların gülləsi qurtardı. Onlar qaçıb bir yerdə gizləndilər. Ermənilər əhvalatı başa düşüb kəndə daxil oldular. Onlar evləri gəzə-gəzə qarət edirdilər. Ermənilər 20 uşaq, bir neçə qoca və bir kor kişinin qapıları bağlayaraq gizləndikləri bir evə çatdılar. Evin bir tərəfini deşib ot-saman qoyaraq od vurdular. İçəridəkilər tüstüyə tab gətirə bilməyib qapını açaraq bayıra çıxdılar. Ermənilər tökülüb bu günahsız uşaqların və qocaların hamısını gülləyə tutub qətlə yetirdilər. Əllərinə düşən malları isə qarət edib apardılar. Sonra isə məscidə dolaraq orada olan xalı, gəbə və sairə əşyaları qarət etdikdən sonra minbərinə od vurdular.
    Ermənilər Gülablıdan sonra Abdal kəndinə hücum edərək onu mühasirəyə aldılar. Bir gecə-gündüz atışma davam etdi. Bu davada müsəlmanlardan 40 nəfər kişi, övrət-uşaq qətlə yetirildi. Ermənilər burada da məscidi qarət etdilər.
    Əlavə: Bu günlərdə Malıbəylidə olan kazaklardan biri və bir nəfər də qoca müsəlman hər ikisi bir araba ot aparmaq üçün ştaba gəldilər. Bu zaman ermənilər onları gülləyə tutdular. Bu qəfil atəşdən kazak ağır yaralandı, müsəlman isə həlak oldu. Kazaklar istədilər ki, orada olan ermənilərin hamısını qırsınlar, lakin onların böyüyü buna mane oldu. Kazakların rəisinin göstərişi ilə erməni evlərinin hamısı mühasirəyə alınaraq axtarış aparıldı. Tapılan tüfəng və patronların hamısı müsadirə olundu. Bir erməninin dükanından iki bomba, xeyli barıt və bir neçə ədəd beşaçılan tüfəng tapıldı. Təftiş nəticəsində ermənilərdən yetmiş ədəd tüfəng müsadirə olundu.
    Əlavə: Şuşanın yolu bağlı olduğundan ərzaq qıtlığı yaranmışdı. Bir daha müsəlmanların izzətli əyanları və camaatı Qalaya göndərmək üçün neçə min pud un, düyü, buğda, qənd, neft və başqa şeylər tədarük etdilər. Dövlət Qala yolunu ermənilərdən azad etmək üçün top və beşaçılan tüfənglərlə silahlanmış bir neçə dəstə əsgər və onlara rüşvət almayan, xoş xasiyyət bir komandir göndərmişdi. Həmin komandir öz dəstəsi ilə Ağdama gələrək gördü ki, Qala yolunu erməni quldurlarından azad etmək üçün beş minə qədər silahlı müsəlman igidləri atlanaraq onu gözləyirlər. Dövlət dəstələrinin komandiri onlara müraciət edərək bildirdi ki, sizin bu işdən ötrü oraya getməyiniz lazım deyil. Mən öz qoşunumla bu yolların açılmasına, şəhərə sursat və ərzaq çatdırılmasına müvəkkiləm. Ayrı işlərə mən qarışmıram. Odur ki, yolları açıb ərzağı Qalaya çatdırdıqdan sonra siz mənsiz nə istəsəniz edə bilərsiniz. Bu sizin öz işinizdir.
    Bundan sonra camaat tədarük etdikləri ərzaq və başqa şeyləri yetmiş arabaya yükləyərək dövlət qoşunu ilə birlikdə Şuşaya yola düşdülər. Əsgərana çatan kimi komandirin əmri ilə yolun hər iki tərəfində hündürlüklərdə düzəldilmiş erməni səngərlərinə toplardan atəş açdılar. Ermənilər pərən-pərən olub hərəsi bir tərəfə qaçdı. Səngərlərdə bir erməni belə qalmadı. Xan bağından keçənədək yol boyu qurulmuş erməni səngərlərinin hamısı toplardan açılan atəşlərlə darmadağın edildi. Bu atəşlərin qarşısına bir erməni belə cürət edib çıxa bilmədi.
    Beləliklə, ərzaq dolu arabalar və qoşun gəlib Şuşaya daxil oldu. Arabalarda gətirilmiş ərzağın bir qismi sahiblərinə çatdırıldı, bir qismi isə ucuz qiymətə kasıblara və qəriblərə satıldı. Gətirilmiş un isə çörəkçilərə verildi ki, bişirib ucuz qiymətə xalqa satsınlar. Dövlət qoşunun əsgərləri evlərdə, komandir isə deputat Balaca Hacı Sadığın evində tam ehtiramla yerləşdirildi. Şəhərin əyanları və ziyalıları gəlib komandirə öz razılıqlarını bildirdilər.
    Bir həftədən sonra şəhərdə əhalinin güzəranı yenə də çətinləşdi. Nəcib və qeyrətli müsəlmanlar 130 araba ərzaq hazırlayıb qoşunla birlikdə Şuşaya gətirdilər. Yolda ermənilər arabaların hərəkətinə mane olmaq istəsələr də buna nail ola bilmədilər. Atılan topların səslərini eşitcək hərəsi bir tərəfə dağılırdı.
    Ərzaq gəlib Şuşaya çatdıqdan sonra qoşunu müşayiət edən və 12 at qoşulmuş divar-dağıdan topu gətirib divanxananın qabağında qoydular. Bu vaxt erməni Kiki Kələntərov da generala yaxınlaşaraq xahiş etdi ki, onun şərəfinə erməni məhəlləsində hazırlanmış gözəl mənzilə buyursun. General acıqla ona cavab verdi ki, siz erməni tayfasına inanmaq olmaz. Gürcü, müsəlman və rus qardaşdırlar. Onların sözləri də, özləri də düzdür. Ancaq sizin tayfaya etibar etmək olmaz. Buna görə də mən müsəlman məhəlləsində qalacağam.
    Category: Erməni Müsəlman davası (1905) | Added by: Islam_Kitabxanasi
    Views: 709 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024