İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Erməni Müsəlman davası (1905)

    Erməni Müsəlman davası (1905)
    2012-04-10, 6:05 AM
    Ayrı-ayrı kəndlərdə baş vermiş münaqişələr
    (1323-cü ilin zilqədə ayı)
    Bu tarixdə müsəlmanların Sərv kəndində ermənilərlə bərk toqquşması oldu. Müsəlmanların bir parası bu toqquşmaya hazır olmadığından əvvəlcə onlardan iyirmi nəfər şəhid oldu. Bundan qeyzlənən müsəlman silahlıları "Ya Allah!” deyərək erməniləri mühasirəyə alıb gülləbaran etdilər. Ermənilərdən 50 nəfərdən çox adam öldürüldü, o qədər də yaralandı. Bundan sonra ermənilər qayıdıb səngərlərə girdilər. Müsəlmanlar da öz yerlərinə qayıtdılar.
    Həmin tarixdə Cavanşir müsəlmanları dəstə bağlayıb Çaylı kəndinə hücum etdilər. Bu hücumda on iki nəfər erməni öldürüldükdən və iyirmiyə qədəri yaralandıqdan sonra qalanları qaçmağa başladılar. Kənd tamamilə boşaldı və müsəlmanların əlinə keçdi. Qaçan ermənilər bütün kəndlərə səpələnərək baş vermiş hadisə haqqında onları xəbərdar etdilər. Bir neçə kənddən ermənilər toplaşaraq Dəmirli adlı müsəlman kəndinə hücum etdilər. Kəndin əhalisi uzaqgörənlik edib qabaqcadan əşya və azuqələrini başqa yerə aparmışdılar. Odur ki, bu balaca kəndə hücum nəticəsində o qədər də zərər dəyməmişdi. Kəndin əhalisi isə qonşu kəndlərə qaçmışdılar.
    Əhvalatdan xəbərdar olan Cavanşir igidləri bir neçə dəstə döyuşçü ilə Canyataq və Gülyataq kəndlərinin üzərinə yerimişlər. Onlar kəndləri hər tərəfdən mühasirə etsələr də iki yerdən qaçmağa fürsət var idi.
    Atı və ulağı olanlar öz övrət-uşaqlarını və azuqələrini götürüb həmin yerlərdən çıxıb qaçdılar. Kəndlərdə qalanlardan yüz nəfərə qədəri öldürüldü, yüzdən artığı da yaralandı. Kəndlərdə qalan ermənilərin yaxşı sursat ehtiyatları olduğundan səngərlərə girib atışırdılar.
    Humay bəy Gəray bəy oğlunun qətli
    Şuşa qalasının sakini Gəray bəyin oğlu Humay bəy ermənilərlə vuruşan dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camaata müharibə aparmağın üsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak gəlib çıxdı. O, əlini yuxarı qaldıraraq Humay bəyə təzim edib irəli gəldi. Kazak Humay bəylə əl tutduqdan sonra rusca ona dedi ki, bu tayfa (erməni) nə üçün bu nahaq davanı salıb xalqın rahatlığını kəsir. Humay bəy ona dedi ki, ermənilər özləri bu davanı başlayıblar, özləri də cəzasını çəkəcəklər. Bu vaxt Humay bəy geri döndü ki, təlim keçdiyi müsəlmanlara nə isə desin, bu zaman həmin namərd, məlun kazak Humay bəyi arxadan güllə ilə vurub şəhid etdi. Kazak Humay bəyi vuran kimi qaçıb ermənilərin içinə girdi. Sonradan məlum oldu ki, həmin kazak erməni imiş.
    Qacar kəndinin əhvalatı
    (1323-cü zilhiccə ayı)
    Erməni tayfası kəndlərdən bir neçə dəstələr yaradaraq Qacar kəndinin üstünə hərəkət etdilər. Qacar kəndinin yerləşdiyi ərazi təhlükəli idi. Çünki Qacar kəndi erməni kəndləri ilə əhatə olunmuşdu. Bu rayonda müsəlmanlar az idi. Ermənilər əvvəlcə kəndin kənarında yerləşən üç evə hücum edərək həmin evlərdən birinə və həyətlərdə yığılmış ot tayalarına od vurub yandırdılar. İki nəfər müsəlmanı şəhid etdilər, birini isə yaraladılar. Əhvalatdan xəbərdar olan kimi Qacar kəndinin əhalisi yaxşı tədarük etdikləri silahlarla silahlanaraq ermənilərin qarşısına çıxdılar və onları hər tərəfdən gülləyə tutdular. Atışma bir neçə saat davam etdi.
    Ermənilərin Qacar kəndinə hücum etmələri haqqında xəbər tutan kimi ətraf müsəlman kəndlərindən çoxlu atlılar və piyadalar Qacar əhalisinin köməyinə gəldi. Köməyə gələn qüvvələrlə Qacar kəndinin döyüşən igidləri erməniləri mühasirəyə alaraq nərələr çəkib "A gədə, dur gəldim” deyir və onları gülləyə tuturdular. Qacar əhalisi kəndin içindən, köməyə gələn qüvvələr isə arxadan erməniləri qırmağa başladılar. Müsəlmanlar "Ya Əli!” nərəsi çəkə-çəkə onları Tağ və Tuğ kəndinə kimi qovdular. Hər tərəf erməni meyidləri ilə dolu idi. Çoxunun tüfəngi, tapançası, patron və patrondaşları yanlarında düşüb qalmışdı. Qacar kəndinin ətrafında 135 nəfər erməni yollarda və 265 nəfər isə çöllərdə öldürülmüşdü. Beləliklə də, ermənilərin Qacar kəndinə hücumu onlardan 400 nəfərin ölümü ilə nəticələndi.
    Müsəlman dəstələri Qacar kəndinə hücum etmiş erməniləri məğlub etdikdən sonra sərsər küləyi kimi Dirəxtin kəndinin üstünə gəldilər. Burada olan ermənilərin bir qismi qaçıb canını qurtardı, ələ düşənlər isə qətlə yetirildi. Dirəxtin kəndindən sonra müsəlman dəstələri Əfşar kəndinə hücum etdilər. Burada olan ermənilərə lazımi zərbələr endirdikdən sonra Təcavirt binalarını və üç erməni dəyirmanını da dağıtdılar.
    Bu əhvalatdan bir neçə gün keçdikdən sonra bir erməni gizlincə gəlib, Qacar müsəlmanlarına xəbər verdi ki, bizim ermənilərdən bir neçəsi geyimini dəyişərək kazak çinovniki paltarında gəlib sizin silahlarınızı yığmağa cəhd edəcəkdir. Onların məqsədləri budur ki, silahları yığdıqdan sonra tökülüb sizi qırsınlar. Amma Allah xatirinə, mənim adımı çəkməyin, çünki mənim buraya gəldiyimi qımdatlar bilsələr, nəslimi yer üzündən silərlər.
    Müsəlmanlar onu arxayın etdilər. Bir neçə gündən sonra Qacar kəndinə bir general və yanında da neçə atlı kazak gəldi. General kəndin böyüklərini çağırıb əmr etdi ki, kənddə nə qədər tüfənginiz var, hamısını gətirib təhvil verin, əks təqdirdə kəndiniz top atəşilə viran ediləcək. Müsəlmanlar dörd tüfəng gətirib verdikdən sonra generala dedilər ki, bütün silahları toplayanadək buyurun içəridə əyləşin. General çinində olan və kazaklar atdan düşüb içəri girdilər. General təşəxxüslə bir hündür yerdə əyləşdi, kazaklar isə onun yanında ayaq üstə dayandılar. Müsəlmanlar isə bərkdən bir-birini səsləyərək deyirdilər:
    - Ey kənd əhli, tüfənglərinizi yığın tez gətirin ki, general məəttəl olmasın.
    Bir az keçdikdən sonra bir neçə nəfər əllərində tüfəng içəriyə girərək generalı və kazakları güllələyib öldürdülər. Onların silah və atlarına da sahib oldular.
    İran və Qarabağ atlılarının hücumu
    (1323-cü zilhiccə ayı)
    İran təbəələrindən ibarət top və tüfənglə silahlanmış dəstə Ağdama gəldi. Ağdamda olan qalalılardan 100 nəfəri Şuşaya gələrək xəbər verdilər ki, iranlı qardaşları onlara sursat gətirmiş və qış günündə müsəlmanlara kömək etmək üçün zəhmət çəkib Ağdama gəlmişlər.
    Ağdamda iranlı qardaşları əyanlar və camaat böyük ehtiramla rahat mənzillərdə yerləşdirdilər. Bir neçə gün yaxşı istirahətdən sonra iranlı qardaşlar bildirdilər ki, biz buraya aş-plov yeməyə gəlməmişik. Bizim məqsədimiz müsəlman qardaşlarımızı erməni quldurlarından müdafiə etməkdir. Bu minvalla 15 gün keçdikdən sonra İrandan gələn atlılarla birlikdə Qarabağ igidləri Aranzəmin və Pircamal kəndlərinə hücum etdilər. Onlar güllələri qənaətlə işlədərək çox ermənini xəncər və qılıncla öldürürdülər. Bu minval ilə hər iki kənddən 213 nəfər erməni öldürdülər. Ermənilərin çoxu meşələrə və dağlara qaçaraq ağacların arasında, qayalıqlarda gizləndilər. Hücum başa çatdıqdan sonra iranlılar öz ölkələrinə qayıtdılar.
    Hacı Abbasın əhvalatı
    Hacı Abbas belə deyir ki, dava sakitləşdikdən sonra ermənilərin əksəriyyəti ayrı-ayrı vilayətlərə getməyə başladılar. Bir gün mən yolla gedərkən Muğdusi oğlu Minas adlı bir sövdəgər qarşıma çıxdı. O, külfəti ilə birlikdə arabada Tiflisə gedirdi. Məni görcək dedi ki, Hacı, Allah sizi saxlasın, görürsən sizin müsəlmanlar məni nə günə saldılar? Din haqqı, mənim o qədər dövlətimdən çiynimə saldığım bircə bu şal qalıb. Bu mənim həm paltarım, həm də yorğan-döşəyimdir.
    Minasın oğlu atasına dedi ki, zərər yoxdur, bu günün sabahı var. Əlbəttə, biz də əvəzini çıxarıq. Sonra mən Minasın oğluna dedim: - Ey oğlan, yadında varmı ki, davadan irəli mən sizin evin qabağından gedirdim. Gördüm ki, sən evin balkonunda durubsan. Bu zaman sizin balkonun altından bir qoca müsəlman keçirdi. Sən onu görən kimi daş ilə vurdun. Kişi səbəbini soruşanda sən o kişiyə acıqlanıb dedin ki, mən qəsdən səni vurdum. O kişi də sənə dedi ki, mənə etdiyin bu zülmə görə Allah-təala sizin evinizi xarabaya döndərib, sizi də zəlil etsin. İndi həmin kişinin bəd duasıdır ki, sizi tutdu. Eviniz-malınız tamam yanıb, özünüz də belə zəlil günə qalmısınız. Allah-təala adildir, haqqı nahaqqa verməz. Bir də ki, davanı və mərdüməzarlığı ermənilər saldı, müsəlmanların sizə heç bir iddiası yoxdur.
    Sisyan kəndinin əhvalatı
    Ermənilər böyük və qüvvətli dəstə yaradaraq müsəlmanların yaşadığı Sisyan kəndinə hücum etdilər. Kənd sakinlərinin silahları və patronları az olduğuna görə döyüş onlar üçün ağır keçdi. Erməni quldurları kənd əhalisindən 20 nəfərini öldürdü, xeyli insan isə yaralandı. Müsəlmanlar az olsa da, bu şəhidlərin əvəzini çıxdılar. Bir neçə saat atışmadan sonra ermənilər geri qayıtdılar. Həmin günün səhərisi Sisyan əhalisindən bir neçə nəfər Qalaya gələrək imkanları daxilində tüfəng və patronlar alıb kəndə gətirdilər. Bununla yanaşı, onlar Sisyan kəndinin ətrafında yerləşən müsəlman kəndlərinə, o cümlədən kürd tayfasına müraciət edib kömək istədilər. Sisyana ətraf kəndlərdən kömək gəldikdən sonra ermənilər yaşayan Darabas kəndinə hücum etdilər. Onlar kəndi hər tərəfdən mühasirəyə alaraq içinə doldular. Kənd əhalisindən olan kişiləri qətlə yetirdilər. Müsəlmanlar kənddə olan övrət-uşaqlarla işləri olmayıb onları döyüş meydanından kənara çıxarırdılar. Müsəlman igidləri Darabas kəndində öz əməliyyatlarını başa çatdırdıqdan sonra geri qayıtdılar. Səhəri gün isə Lori kəndinin üstünə yeridilər. Bu kənddə də ermənilərə qüvvətli zərbələr endirərək böyük qənimətlərlə Sisyana qayıtdılar.
    Vağadü davası
    (1323-cü zilhiccə ayı)
    Yuxarıda zikr olunan əhvalatdan bir neçə gün sonra erməni tayfası yenə də toplaşaraq müsəlman kəndlərinə hücum etmək üçün bir dəstə yaradır. Yaxşı silahlanmış bu erməni dəstəsi Stepan Stepanyans adlı bir qımdatın rəhbərliyi altında atlanaraq Vağadü müsəlman kəndinə hücum etdilər. Vağadü kəndi Sisyan mahalında yerləşirdi. Orada yaşayanların hamısı müsəlman idi. Erməni dəstəsi kəndi mühasirəyə alır. Qabaqcadan hazırlıq görərək silah və patron tədarük etmiş və gizli yerlərdə səngərlər düzəltmiş Vağadü kəndinin əhalisi tez bir zamanda silahlanaraq səngərlərə, damların, daşların dibində müdafiə üçün hazırlanmış mövqelərə girərək erməniləri hər tərəfdən atəşə tutmağa başladılar. Birinci atışmada müsəlman igidləri əlli nəfərdən çox ermənini vurub yıxdılar. İkinci atışmada isə ölən ermənilərin sayı yetmişdən çox idi. Üçüncü dəfə onlar "Ya Allah!”, "Ya Əli, səndən mədəd!” deyib daha şiddətli atəş açmağa başladılar və yüz nəfərəcən erməni öldürdülər. Ermənilərə rəhbərlik edən Stepan Stepanyans adlı qımdat karıxıb bilmirdi ki, nə etsin. Bu zaman müsəlmanların atəşindən üç güllə ona dəyib yerə sərdi. Ermənilər öz başçılarının yerə yıxılıb çabaladığını görən kimi qaçmağa başladılar. Müsəlmanların təqib etdiyi ermənilərin bir hissəsi Stepanyans vurulan yerə gəldilər. Gördülər ki, hələ ölməyib. O, əlindəki tüfəngi götürüb daşa çırpdı ki, müsəlmanlara qismət olmasın. Tüfəngin qundağı sınsa da, özü salamat qaldı. Sonra da əli titrəyə-titrəyə qoynundan bir dəstə əskinas çıxarıb dişi ilə parça-parça etdikdən sonra yıxılıb öldü. İrəli gəlib gördülər ki, həmin əskinaslar yüz manatlıq pullar imiş. Təxmin etdilər ki, onun üstündə bir neçə min manat pul var imiş. Belində də onaçılan qəribə bir tapança var idi. Deyilənə görə, onun qoltuğundan bir kağız çıxıb. O kağızda bu sözlər yazılıbmış: "Qafqaz ermənilərinin qubernatoru Stepanyans.”
    Xülasə, ermənilər öz yaralılarını da götürüb getdilər. Bu vuruşmada ermənilər tərəfdən 400 nəfərin öldürüldüyü təxmin edildi.
    1323-cü ilin zilhiccə ayının 5-ci günündə ermənilər Əsgəran yolunu bağladıqlarına görə Ağdamdan generalın başçılığı ilə iki dəfə top-tüfənglə silahlanmış qoşunun müşayiəti ilə arabalarla Qalaya azuqə və sursat gətirdilər. General Qalada olarkən Xəlifəli kəndindən gələn müsəlmanlar generala şikayət etdilər ki, ermənilər kəndi atəşə tuturlar. General onların səbirli olmasını məsləhət gördü və ermənilərin cəzalandırılacağını söylədi. Göstəriş verdi ki, bundan sonra kimdə tüfəng, yaxud tapança tutularsa, həmin adam ya üç ay həbs olunacaq, ya da üç min manat cərimə verəcək. Bu məqsədlə general bir dəstə kazakla şəhəri dolanırdılar. Bundan sonra general on iki at qoşulmuş bir divar dağıdan top və xeyli kazakla gəlib hündür bir dağ başında dayandılar. Həmin yerdən ermənilərin bir neçə kəndi aydın görünürdü. General əmr etdi ki, Şuşakəndə, Kərkicahana, Qaybalıya və Daşkəndə topdan atəş açsınlar. Kazaklar həmin topdan bu kəndlərə yetmiş dəfə atəş açdılar. Mərmilər düşən yerlərdə hər şeyi darmadağın edərək toz-torpağı asimana qaldırırdı. Ermənilər divanxanaya 30-40 nəfərlik nümayəndə göndərib barışıq izhar etdilər. Bundan sonra dükanlar alış-veriş etməyə başladılar. Erməni tayfası müsəlmanlara əziyyət vermək üçün Əsgəran yolunu bağlasalar da, həqiqətdə bu zülmü müsəlmanlara yox, özlərinə edirdilər. Ona görə ki, müsəlmanların evlərində qabaqcadan tədarük etdikləri malları və ərzaqları çox idi. Lakin ermənilər və müsəlmanlar dəyirmanları yandırdıqlarından Qalada un get-gedə azalırdı. Qalada olan qəriblər, miskinlər və kasıblar üçün vəziyyət daha da gərginləşdi. Çünki demək olar ki, bütün çörək dükanları bağlanmışdı. Amma evlərdə və bazarlarda buğda və darı hələ çox var idi. Odur ki, camaat əlacsız qalıb evlərdə əl dəyirmanları, yəni kirkirələri işə salmağa məcbur oldular. Buğdanı əl dəyirmanı ilə çəkib un edirdilər. Bazar və dükanlarda isə bişmiş noxud və lobya satırdılar. Amma əl dəyirmanı az olduğuna görə xalq bir qədər undan korluq çəkirdi. Bir gün təsadüfən qədim evin həyətindən otuz cüt əl dəyirmanı çıxdı. Bu əl dəyirmanı həyətdə torpağa basdırılmışdı. Bunların tapılması xalqın işini yüngülləşdirdi. Belə ki, hər kəs istədiyi vaxt əl dəyirmanını aparıb istifadə edə bilərdi. Amma bu erməni tayfasının bazarında azuqə və yemək tapılmırdı. Əgər müsəlman bazarında və dükanlarında qəndin bir girvənkəsi 6-7 şahı idisə, erməni dükanlarında dörd abbası idi. Müsəlmanlarda buğdanın bir pudu yeddi abbası idisə, ermənilərdə 14 abbası idi. Digər ərzaq malları və əşyalar da müsəlman dükanlarına nisbətən erməni bazarında olduqca baha idi. Odur ki, onlar müsəlmanlardan daha çox korluq çəkirdilər.
    Zilhiccə ayının 7-də müsəlmanlarla ermənilər arasında barışıq elan olundu. Bu barışıq ermənilər üçün böyük savab iş kimi qiymətləndirildi. Onlar dəstə-dəstə müsəlman bazarlarına dolaraq dəsmal-dəsmal, çuval-çuval, qoltuq-qoltuq hər cür ərzaq malları, yeməli şeylər, quru meyvələr və bişmiş çörək alıb sevinə-sevinə evlərinə aparırdılar. Sən demə, onlarda heç nə yox imiş. Bir həftədə müsəlman bazar və dükanlarında neçə min manatlıq ərzaq və quru meyvə alveri oldu.
    Əsgəran yolu bağlananda hörmətli şəxslərin müsəlman tayfasından olan şəhər kasıblarına etdikləri köməklərin miqdarı və onların adları (1323-cü il)
    Bakı Cənab Zeynalabdin Tağızadə Un 750 pud
    Bakı Hacı Zeynalabdin Tağızadə Qənd, çay 105 pud
    Bakı Hacı Zeynalabdin Tağızadə Şam 2 yeşik
    Bakı Hacı Zeynalabdin Tağızadə Neft 600 pud
    Ağa Murtuza Muxtarzadə 600 manat
    Məşədi Xəlil Hacı Həsən oğlu 500 manat
    Qarabağ Cəfər bəy Vəzirzadə Buğda 100 pud
    Məşhəd Qarabağlılar 2300 manat
    Aşqabad Camaat 2500 manat
    Gəncə Camaat 700 manat
    Bakı Fəhlələr
    Bakı Uşaqlar
    Qafqaz Qarabağlılar
    Qazan Camaat
    Şamaxı Camaat 318 manat
    Ordubad Camaat 73 manat
    Ərdəbil Hacılar 335 manat
    Şərur uyezdi Camaat 43 manat
    Aşqabad Camaat 2600 manat
    İrəvan Camaat 68 manat
    Rəşt Camaat 9 manat
    Category: Erməni Müsəlman davası (1905) | Added by: Islam_Kitabxanasi
    Views: 633 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024