İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Erməni Müsəlman davası (1905)

    Erməni Müsəlman davası (1905)
    2012-04-10, 6:02 AM
    Ermənilərin paxıllığı və hiyləsi
    Yuxarıda göstərildiyi kimi, kazakların Qarabağda ermənilərin başına gətirdiyi müsibətlər və müsəlmanlara qarşı hörmətlə yanaşmaları erməniləri çox narahat edirdi. Odur ki, ermənilər paxıllıqdan rahat ola bilmir, onların başına gətirilmiş müsibətlərə müsəlmanların da düçar olması və kazaklar yanında hörmətlərini itirməsi üçün tədbirlər tökürdülər. Neçə-neçə erməni qımdatları yığışıb bu fikir ətrafında baş partladırdılar. Xankəndində ermənilər iki rus kişisinə və övrətlərinə üç yüz manat pul verərək onlardan xahiş etdilər ki, müsəlmanların da dövlət yanında müqəssir olmaları üçün bir tədbir görsünlər, kazaklar onların da mal-dövlətini qarət etsin və qadınlarının ismətinə toxunsunlar.
    Ruslar bu təklifi qəbul edərək ermənilərin məqsədini həyata keçirmək üçün övrətləri ilə arabaya minib Ağdama yola düşdülər. Onlar iki bağın arasından keçən yola çatanda birdən dad-fəryad çəkdilər:
    - Ay gəlin, müsəlmanlar bizi soydular, əynimizdə, əlimizdə hər nə var idi, aldılar! Bizi lüt etdilər!
    Bu qərarla Ağdam hakiminin yanına gəldilər. O, rus idi. Hakim gördü ki, bu dörd nəfəri elə soyublar ki, əyinlərində alt paltardan başqa bir şey qalmayıb. Hamısı soyuqdan tir-tir əsirlər. Hakim qəzəblənərək əhvalatı dərhal generala yazmaq və müsəlmanları tənbeh etmək istədi. Bu zaman müsəlman olan yasavul osetin hakimin yanına daxil olaraq rusların gəldiyi arabada axtarış aparmaq üçün icazə istədi. Osetin hakimdən razılıq əldə etdikdən sonra gəlib arabanın içindəki otu o tərəf-bu tərəfə çəkib yoxlayanda gördü ki, ruslar və onların övrətlərinin bütün paltarları və çəkmələri otun altındadır. Əhvalatdan xəbərdar olan hakim qeyzlənərək həmin rusların və arabaçının döyülməsi haqqında əmr verdi. Övrətlərə isə dedi ki, bu saat doğrusunu deyin görüm bu nə işdir, yoxsa sizi həbsxanaya göndərəcəyəm. Matuşkalar dedilər ki, bizi nə döyün, nə də həbsxanaya göndərin, əhvalat belədir: qımdatlar bizə üç yüz manat pul verərək bu hiyləyə təhrik etdilər ki, biz müsəlmanları belə bir əməllə günahlandıraq və bunun nəticəsində ruslar onları cəzalandırsınlar. Biz də bunu edə bilmədik. Hiyləmizin üstü açıldı.
    Müsəlmanlar onlara qarşı yönəldilmiş bu hiylənin üstünü açdığına görə xeyli pul yığıb həmin osetinə verdilər və böyük təşəkkürlərini bildirdilər. Beləliklə, ermənilərin növbəti hiyləsi faş olub, rüsvay oldular. Ona görə də atalar deyib ki, başqasına quyu qazanın özü düşər. Yaxud, hər nə əkərsən, onu da biçərsən.
    Qaçaq Əsgər xanın əhvalatı
    1324-cü ilin rəbiüs-sani ayında (may 1906) dövlətin icazəsi ilə köçəri tərəkəmə müsəlman tayfaları çox rahatlıqla öz mal-qoyunları ilə birlikdə gəlib Qalanın ətrafındakı boş yerlərdə dayandılar. Bir gecə-gündüz istirahət etdikdən və lazımi ərzaqları aldıqdan sonra Qalada erməni məhəlləsindən yuxarıdakı qapıdan çıxıb, hər kəs öz yaylaqlarına getdilər. Beləliklə, tərəkəmə tayfaları bir-birinin ardınca əmin-amanlıqla gəlib-gedirdilər. Ermənilərdən də bunlara toxunmağa heç kəs cürət etmirdi. Tərəkəmə tayfalarının gəlib-getdiyi bir neçə gün ərzində çoxlu şənliklər və alış-veriş oldu.
    Bir gün müsəlmanlar doqquz kəl arabası dolu ərzağı Qalaya gətirib sahibinə verdikdən sonra geri qayıdarkən Ballıca kəndi yaxınlığında yolla gedərkən 30-40 nəfər qulduru qəflətən arabaların üzərinə hücum edərək arabaçıları əsir aldılar, arabalardan isə kəlləri açıb qabaqlarına qatıb apardılar. Silah gəzdirmək qadağan olunduğuna görə, müsəlmanların heç birində müdafiə olunmaq üçün tüfəng və tapança yox idi. Qalaya xəbər çatdıqdan sonra iş bilənlər teleqram vuraraq əhvalatı böyüklərə xəbər verdilər.
    Ermənilər tutduqları doqquz nəfər müsəlmanı əzab-əziyyətlə öldürmək istəyəndə camaat mane oldu. Sonra həmin quldurlar tutduqları doqquz nəfəri meşəyə gətirərək zülm və əzabla öldürdülər.
    Qaladan bir neçə nəfər erməni və müsəlman tutulmuş doqquz nəfəri azad etmək üçün həmin kəndə getdilər. Yerli ermənilər bəhanə ilə guya gedib bir qədər axtardıqdan sonra gəlib qalalılara bildirdilər ki, onlar öldürülüblər. Bu əhvalat hamıya böyük təsir etdi. Xüsusən çöllərdə dolanan qaçaqlar bu əhvalatdan çox qəzəbləndilər. Qaçaq dəstələrindən birinin başçısı Əsgər xan öz yoldaşlarına bildirir ki, bu günahsız adamların qanına əvəz almasam, namərdəm. Müsəlmanlar dövlətin nəzərində müqəssir olmasın deyə belə əməllərə yol vermirdik. İndi ki onlar müqəssirdirlər, bunun əvəzini çıxmalıyıq.
    Əsgər xanın dəstəsi atlanaraq Yevlax yoluna gəldilər. Uzaqdan gördülər ki, bir neçə dilican arabası gedir. Onlar dilican arabalarına yaxınlaşaraq dayanmasını əmr etdilər. Qorxudan o dəqiqə arabaları dayandırdılar. Arabaları mühasirəyə alıb yoxlayarkən gördülər ki, orada bir qız, üç gənc gəlin, bir qoca övrət, 10 nəfər erməni, bir rus və bir neçə müsəlman vardır.
    Müsəlmanlara toxunmayıb, rusdan sual etdilər:
    - Bəlkə sən də ermənisən?
    Müsəlmanlar şəhadət verdilər ki, bu, polyak tayfasındandır. Müsəlmanlarla Qalada müştərək davacat dükanı açır. İndi həmin dükan üçün davacat aparır. Əsgər xan polyakdan üzrxahlıq edib, o biri arabalarda əyləşmiş erməniləri və övrətləri əşyaları ilə birlikdə arabadan düşürüb öz mənzillərinə gətirdilər. Ermənilər və övrətlər qorxudan əsirdilər.
    Qaçaq Əsgər xan üzünü ermənilərə tutaraq dedi:
    - Ermənilərin namərdliklə tutub başına-gözünə vura-vura olmazın işgəncə və zülm ilə apardığı doqquz nəfər müsəlman da sizin kimi canlı, ev və külfət sahibi idi. Məgər sizin içinizdə Allahdan qorxan və insaflı bir adam yoxdurmu ki, bundan sonra belə əzazilliyə, rəzilliyə, cinayətə, nahaq qanların tökülməsinə bais olmamağı və xalqın rahatlığını əlindən almamağı sizin quldur, binamus və namərd qımdatlara nəsihət etsin? İndi siz əyləşin, yeyib-için və rahatlanın. Əgər ermənilərin apardıqları 9 nəfər müsəlman salamatdırsa, siz də sağ və salamat öz əşyalarınızla çıxıb evlərinizə gedəcəksiniz. Yox əgər onlar öldürülmüş olsalar, siz onların dalınca gedəcəksiniz.
    Nəhayət, bir neçə gündən sonra məlum oldu ki, ermənilər apardığı 9 nəfər öldürülüb. Qaçaqlar da 10 nəfər ermənini öldürüb dəfn etdilər. Övrətləri isə saxladılar.
    Qarğabazar əhvalatı
    Mirzə Hüseyn Cavad oğlu qarğabazarlı mənimlə (M. M. Nəvvabla) üzbəüz oturub bu əhvalatı özü nəql etdi. O, mənə danışdı ki, ermənilərin müsəlman kəndlərində törətdikləri vəhşilikləri eşidərkən biz hövsələdən çıxdıq və Qarğabazar, Qoçuəhmədli, Pirəhmədli, Qaragüllü və başqa kəndlərdən cavanları və igid döyüşçüləri toplayıb ermənilərin bu vəhşiliklərinin qarşısını almaq qərarına gəldik. Biz silahlanıb erməni kəndlərinin üstünə gedərkən xəbər gətirdilər ki, ermənilər ətraf kəndləri boşaldıb hamısı mövqe baxımından möhkəm və yaxşı mühafizəsi olan Xırmancıq kəndinə toplaşıblar. Bütün ətraf kəndlərin kişiləri və övrət-uşaqları da Xırmancıqda cəmləşmişdilər. Ətrafdan gələn ermənilər özləri ilə mal-dövlətlərini də bu kəndə gətirmişdilər.
    Erməni kəndlərinin üzərinə getməyə hazırlaşan müsəlman dəstəsi Xırmancıq kəndinə gələrək onu iki tərəfdən mühasirəyə aldılar. Vəziyyəti belə görən ermənilərin bir qismi o biri tərəfdən qaçmağa başladılar. Bir qismi isə məxfi yerlərdə gizləndilər. Müsəlman dəstəsi gözə görünən ermənilərlə atışa-atışa kəndə daxil oldular. Bir neçə erməni öldürdükdən sonra kənddə olan mal-dövlətdən qənimət kimi götürüb özləri ilə geri qayıdanda meşələrdə gizlənmiş ermənilərlə atışmaları oldu və müsəlmanların tamahkarlığı ucundan bir neçə nəfər şəhid oldu. Müsəlmanlar şəhidlərin meyidlərini özləri ilə götürüb geri qayıtdılar.
    1906-cı il iyul ayında Şuşa şəhərində baş vermiş erməni-müsəlman davas
    ı
    O vaxt ki, böyük dava (1905-ci il) sakit olmuşdu, erməni tayfası müsəlmanların, müsəlmanlar isə ermənilərin bazarına gedir, alış-veriş edirdilər. Hərçənd ki, yollar açıq idi, amma ermənilər yenə düz durmurdular: tək-tək əlsiz-ayaqsız kasıbkar adamları oğurluq ilə tutub öldürürdülər. Müsəlmanlar da onların əvəzini çıxırdılar.
    Ermənilər müttəsil (arası kəsilmədən), min cür hiylə ilə hər yerdən hərbi sursat gətirərək, dava üçün tədarük edirdilər. Onlar əlavə maşınlar, nasoslar, tüfənglər, toplar, barıt, bombalar və başqa silahlar cəm edib, daha çox müharibəyə hazırlaşırdılar. Bununla bərabər, onlar gələcək vuruşmaların üsul və yollarını müzakirə etdikdən sonra belə bir qənaətə gəldilər ki, müsəlmanlara sarsıdıcı zərbə endirmək üçün pul qüvvəsinə hiylə işlədilərək rus ordusunun və silahının ermənilərə kömək göstərməsi təmin edilməlidir. Bu hiyləni həyata keçirmək üçün yeganə yol rus generalını pul ilə ələ almaq idi.
    Birinci (1905-ci il) erməni-müsəlman davasında sülh və əmin-amanlıq yaratmaq üçün Şuşaya göndərilmiş Qalaşakov (Kalaşakov) adlı bir rus generalı var imiş. Həmin il o, zahirən ermənilərlə yaxınlıq göstərməmişdi. Amma indi, ermənilərin məşvərətindən sonra duma qlavası erməni Kiki Kələntərov onu yaxşı öyrənmiş, onunla söhbət edib, ermənilərə qarşı rəğbətini bildikdən sonra generalın Şuşa şəhərində üsul-idarənin rəhbəri təyin olunması üçün onun razılığını almışdı.
    Kiki Kələntərov müsəlmanların nümayəndələrini çağıraraq deyir:
    - Şuşada bu iki millət arasında ədalətli sülh yaratmaq üçün bir rəhbər təyin etməliyik. Mən çox düşündükdən sonra belə qənaətə gəldim ki, bu vəzifəyə general Qalaşakovdan başqa bir kəsi təyin etmək olmaz. Hərçənd ki, o, əvvəllər bizim erməni tayfasilə yaxşı dolanmadı, kəndlərimizi taladı, kazaklar kənd əhlinin övrətlərinə xəyanət etdilər. Amma əlac yoxdur, onu rəhbər təyin edək.
    Biçarə müsəlmanlar əvvəllər Qalaşakovdan zahirən yaxşı münasibət gördüklərindən razı oldular. Hər iki tayfanın razılığına əsasən general həmin vəzifəyə təsdiq edilərək, Qalaya göndərildi. Qalaşakov Şuşaya gələn kimi erməni məhəlləsində Kələntərovun qabaqcadan hazırladığı iqamətgahda yerləşdirildi. Onun əmrilə elə ilk günlər müsəlman məhəllələrində olan rus ordusunun topları erməni küçələrinə keçirildi, kazaklar və əsgərlər isə erməni məhəlləsi səmtində olan Köçərli məscidinin ətrafında qurulmuş çadırlarda yerləşdirildi.
    Hər gecə Kiki Kələntərovun başçılığı ilə erməni tayfasının hesabına general Qalaşakovun mənzilində kef məclisləri qurulurdu. Kələntərovun seçdiyi və generalın qulluğuna təyin etdiyi 2-3 nəfər xoşsurət erməni övrətləri gecə-gündüz ona xidmət edirdilər. Kələntərov gecə məclisləri əsnasında Qalaşakova və onun kazaklarına neçə min manat rüşvət verərək, öz məqsədini izhar etdi. Qarşıdakı erməni-müsəlman davasında rusların onlara kömək etməsini və bu köməyin yerinə yetirilmə yolları ilə əlaqədar tədbir tökməsini generaldan xahiş etdi. Qalaşakovun tədbirilə Kələntərov və qımdatlar ətraf kəndlərə, eləcə də Gəncəyə, İrəvana və başqa şəhərlərə kağız yazıb göndərdilər. Həmin kağızda hər kənddən orta hesabla 30-100 nəfər silahlı dəstələrin Şuşaya göndərilməsi tələb olunurdu. Tezliklə Qalada yeddi min silahlı erməni hazır oldu. Onların arasında Osmanlı tabeliyində olan ərazidən gələn erməni dəstələri də var idi. Beş ədəd rusların, 6 ədəd isə ermənilərin topları var idi. General və ermənilər qərara aldılar ki, davanı iyulun 12-də başlasınlar.
    Rusların istəyi bu idi ki, bu iki millət dava edib, bir-birinə məşğul olsunlar, tainki dövlət farağat olsun, çünki millətin zəif və kasıb olmağı dövlətin silahıdır.
    Neçə gün bundan (yəni, iyulun 12-dən) qabaq səkkiz müctəhid şəriətmədardan fətva gəlmişdi ki, müdafiə və vuruş zamanı başqa millətə əşya, xüsusilə vuruş sursatı və müdafiə üçün lazım olan malları satmaq olmaz. Ona görə cəmi müsəlman tayfası Qalada və başqa yerlərdə ermənilərə ərzaq, taxıl və sair malların satışını dayandırdı. Buna görə ermənilər çox çətinliyə düşmüşdülər. Əhvalatı həddindən artıq şişirdərək, Qalaşakova xəbər verdilər və müsəlmanları təqsirləndirdilər. General çox xatircəmliklə ermənilərə söz verdi ki, bu neçə min ermənilərlə mənim qoşunum müsəlmanları bir sutkada, yəni 24 saatda tar-mar edib, ölənini öldürəcək, ölməyənini dağlara, daşlara parakəndə edəcəkdir.
    Bu davanın necə hazırlandığını erməni tayfasının mötəbərləri tam aydınlığı ilə öyrənib (vuruş başa çatdıqdan və barışıq əldə edildikdən sonra M. M. Nəvvaba) özləri danışmışlar. Qalaşakov söz verib ki, onun tədbirilə erməni silahlıları və rus əsgərləri müsəlmanların evlərini, dükan və bazarlarını tamamilə yandırıb, özlərinin qırılanını qıracaqlar, qalanını isə büsbütün Böyük məsciddən aşağı məhəllələrə qovacaqlar. General rus kilsəsindən başlayaraq, Böyük məscidə kimi Rastabazarı, meydanı, Şeytanbazarı və bütün evləri darmadağın edib yandırmağı öz üzərinə götürür. Bundan sonra vuruşun davam etdirilməsini və yaxud müsəlmanlarla barışmalarını ermənilərin öz öhdəsinə buraxmışdır. Kiki Kələntərov Qalaşakovun bu planını qəbul edir və generala 10 000 manat rüşvət verərək belə ittifaqa gəlirlər ki, generala verilən puldan əlavə padşahlıq rus topunun hər atəşinə 15 manat, çar ordusu əsgərlərinin tüfəngdən atdıqları hər bir gülləyə isə bir manat pul verilsin.
    General Kələntərovla əvvəlcədən tökdükləri tədbirə əsasən, rus əsgərləri erməni keşikçilərindən birini öldürərək müsəlmanlar yaşayan səmtə atır və sonra da səs salırlar ki, müsəlmanlar erməni keşikçisini öldürərək başını kəsmiş və tüfəngini də aparmışlar. Qabaqcadan hazırlanmış hiyləyə əsasən, həmin vaxt rus əsgərlərindən iki nəfər də gedib, müsəlman məhəllələri tərəfdən ermənilər səmtə güllələr atırlar. Ermənilərin avamları çığırışıb generalın yanına gedirlər və deyirlər ki, müsəlmanlar bir keşikçi öldürüb, erməni məhəlləsinə neçə güllə atıblar. Generalın hiyləsi də bu idi ki, xalqı müsəlmanlara qarşı qaldırsın. Sonra Qalaşakovun əmrilə erməni tüfəngdarları səngərlərə bölüşdürüldü. Ruslar da dəstə-dəstə gəlib, müsəlmanların səngərlərini mühasirə etdilər. Ruslar və ermənilər müsəlman səngərlərini gülləbaran etməyə başladılar.
    Pəs, cəmadiüs-sani ayının üçüncü günü – çərşənbə günü – yəni qərarlaşdırdıqları kimi, iyulun 12-də qımdatlar generalın məsləhətilə günorta vaxtı davanı başladılar. Əvvələn qımdatların biri, müəzzin axırıncı "la ilahə illəllah” sözünü deyən məqamda Böyük məscidin minarəsinə bir güllə atdı. Güllə müəzzinə toxunmayıb, minarənin sütununa dəydi. Bunu görən müsəlmanlar halətdən çıxıb, şaraq-şaraqla dükan-bazarı bağladılar. Yarım saat ərzində tamam silahlandılar və üz qoydular səngərlərə və girəvəli yerlərə. Bu halətdə divan işçiləri və generalın əli altında olan çinovniklər hiylə ilə müsəlmanların içinə gəlib, uca səslə onları sakit elədilər ki, bu dava sizinkilərlə deyil, kazaklar ermənilərlə dava edir. General daha bir hiylə işlədərək qabaqcadan lazımi təlimat verib, bir rus zabitini öz dəstəsilə müsəlman məhəlləsində yerləşdirmişdi. Müsəlmanlarla dostluq etdiyinə görə, həmin zabitə inanıb ehtiram edirdilər. Elə ki, ermənilərlə ruslar başladılar müsəlmanları gülləbaran etməyə, müsəlmanların içində olan zabit öz rusları ilə şeypur çalıb səs saldılar ki, dava eyləyən kazaklarla erməni tayfasıdır, bunun müsəlmanlara dəxli yoxdur. Müsəlmanlar onun sözlərinə inansalar da, yaraq-əsbabları əllərində küçələrə gəlib, vuruşmağa hazır dururdular, amma atan yox idi. Xof arasında qalmışdılar. Gecə düşən kimi od-alov işığı aləmi götürdü.
    Biçarə müsəlmanlar bu hiyləyə inanıb, axşamadək səngərlərdə və küçələrdə müntəzir durdular. Elə ki, gecə oldu, bu vədə gördülər ki, Köçərli məhəlləsi tərəfdən od-alov qalxdı. Xəbər gətirdilər ki, general Qalaşakovun əmrilə ruslar ermənilərlə birləşib, Köçərli məhəlləsinin məscidinə və evlərə od vurublar. Bu işıq onun işığıdır. Generalın hiyləsi müəyyən olduqdan sonra xalq karıxıb qalmışdı. Bilmirdilər səngərlərə gedib düşmənə cavab versinlər, yaxud bazar-dükanda olan şeyləri bir yerə daşısınlar. Xülasə, o gecə bütün tüfəngdarlar dükandakı malları evlərə daşımaqla məşğul oldular. Ona görə ermənilər və ruslar bir neçə boş evlərə od vurub yandırdılar. İkinci gecədən müsəlmanlar davanı başladılar. Köçərli məscidinin ətrafında hiylə ilə çadır qurub mənzil etmiş ruslar məscidə tərəf gedən iki müsəlmanı – Hacı Abdullanı və Kərbəlayı Əlini güllələyib yıxdılar. Onlara tərəf gedən daha bir müsəlmanı da vurub yerə sərdilər. Ondan sonra gəlib məscidə od vurub yandırmağa başladılar. Məscid od alıb yandıqdan sonra, ermənilər və ruslar Abbas Mirzənin oğlu şahzadə Bəhmən Mirzənin imarətinə gəldilər. Şahzadə Bəhmən Mirzə neçə il bundan irəli İran dövlətində böyük cinayət etdiyinə görə, oradan köç-külfətilə qaçıb, rus dövlətinə pənah gətirmişdi. Rus padşahı hər il ona 36 min manat məvacib verirdi. O, ailəsi və xidmətçiləri ilə ikimərtəbəli təmtəraqlı bir evdə yaşayırdı. Şahzadə mərhum olandan sonra onun varisləri və xidmətçiləri yenə orada qalırdılar. Amma bu davadan irəli onun oğlanları və ailələri evi bisahib qoyub, hər biri bir yerə getmişdilər. Ermənilər bu imarəti də gəlib yandırdılar. Daha sonra Rzaqulu Mirzə bəy Cürminin və oğlanlarının, eləcə də Şuşanın bir neçə böyük əyanlarının sahibsiz evlərinə, bir sıra hamamlarla birlikdə od vurdular.
    Bunlar boş evləri yandırarkən bu tərəfdə generalın kazakları hər bir səngərə dəstə-dəstə bölünmüş erməni silahlıları və xidməti qurtarmış erməni soldatlarilə başladılar müsəlmanları topa tutmağa və nizam qaydasilə tüfəng atmağa. Bir gecə-gündüzdə dövlətin (rus ordusunun) topundan 120 kərə müsəlmanlar səmtə atəş açdılar. Ondan savayı, ermənilərin özlərinin 6 ədəd topları var idi. Dövlətin toplarının sayı isə beş ədəd idi. Bu 11 ədəd topu səngərlərə qoyub, arası kəsilmədən peydərpey atırdılar.
    Dövlət toplarından müsəlmanların üstünə açılan atəşlər zamanı yerə düşən mərmiləri müsəlmanlar götürür, bir yerə cəm edib saxlayırdılar ki, lazım olan yerlərə göstərərək generalın dövlətə və millətə xəyanət etdiyini sübut etsinlər. Çünki o topların gülləsində dövlət nişanı və nömrəsi var idi.
    Generalın özü isə gah bu, gah da o biri səngərdəki topçulara baş çəkərək onların atəşlərinə düzəlişlər verirdi. Bu halətdə ermənilər generalın yanına gəlib, iki müsəlman səngərindən şikayət etdilər ki, bizlərə bu iki səngərdən çox zərər dəyir. Belə ki, onların əlindən bir insan həyətdə və evlərdə hərəkət edə bilmir. Bu səngərlərdən biri Gövhər ağanın, o birisi isə Hacı Rüstəmin evlərində yerləşirdi. Ağa general dedi ki, buyuraram ki, hər iki səngəri tar-mar edərlər. Sonra generalın göstərişilə kazaklar, ermənilər və rus əsgərləri Hacı Rüstəmin evində olan səngərə doğru hərəkət etdilər. Evin ermənilərə tərəf olan səmti xarabalıq idi. Qırğın başlamazdan bir gün əvvəl generalın tədbirilə gəlib, xarabalıq tərəfdən evin divarının dibindən külünglə yarım arşın qədərincə deşik açmışdılar. Müsəlmanlar həmin deşiyi görüb, bir-birinə xəbər vermişlər ki, ermənilər Hacının evinin divarını dəliblər. Ancaq bunu bilə-bilə səhlənkarlıq edib, nə o deşiyi bağladılar, nə də onun ağzına bir tüfəngdar qoymadılar ki, görsünlər nə olacaq.
    Ermənilər ruslarla birlikdə, gizlincə o xarabalıqlarla, həmin deşik olan divarın yanına gəldilər. Generalın təliminə əsasən o deşikdən evin içinə bir balaca yeşik atıb, geri qaçdılar. O yeşiyin içində bir partlayıcı maddə var idi ki, onun adına dinamit deyirdilər. Evin içinə atdıqları həmin dinamit partlayıb, ikimərtəbəli imarəti havaya sovuraraq tar-mar etdi. Ondan sonra evə od vurub yandırdılar. Yaxşı ki, bir adama xəsarət yetişmədi. O evdə olan müsəlmanlar qabaqcadan çıxıb, müqabildə olan Hacı Həsənin evinin səngərinə doluşmuşdular.
    Xülasə, general sair yerlərdən gəlmiş 7 min erməni silahlılarını, 850 nəfər kazak və rusları tamamilə bölüşdürərək müsəlman səngərlərinin müqabilinə göndərdi. Silahlılarla yanaşı, arasıkəsilmədən atan dövlət (rus ordusu) və erməni toplarının cümləsinin məqsədi məscidlərə rəxnə salmaq və minarələri darmadağın etmək idi. Allaha şükür, bu qədər toplar ki, neçə yüz dəfə atdılar bir insana və heyvana zərəri yetişmədi. Hərçənd ki, top güllələri məscidin ətrafında olan evlərin bir parasının taxtapuşuna, pəncərəsinə və bir para yerlərinə dəyib şikəst elədi.
    Amma bu qədər kazak, rus və erməni top və tüfənglərinin müqabilində, onların yarısı qədər olmasına baxmayaraq, müsəlman tayfası mərdlikdə dava edir, səngərlərdə və gizli yerlərdə möhkəm dayanıb, dəstə-dəstə erməniləri və onların səngərlərini gülləyə tutub atışırdılar. Hər dəm nəreyi "Ya Əli!” və uca səslə salavat çəkib, neçə yüz yerdən gurultu ilə gülləni yağmur tək tökürdülər. Əlavə bir topları var idi. Üçüncü gecə həmin topu təkərə mindirərək səngərləri dolandırıb, hər səngərdən bir-iki dəfə erməni səmtə atdılar. Divanxana qabağından atanda Qız kilsəsin yanında bir darvazanı dağıtdı. Mamayı səngərindən yuxarı meydana tərəf atanda 18 nəfər erməni yaralandı və öldü. Topun içinə nal parçaları və xırda dəmirlər doldurmuşdular. Bu topu bürüncdən qalalı (şuşalı) bir usta tökmüşdü. Bundan başqa, bir gurultusu var idi ki, atılan vaxt dağ, daş hərəkətə gəlib guruldayırdı. Amma dövlətin və ermənilərin topu belə deyildi. Hər səngərdən qalxan bu topun gurultusu erməniləri daha çox vəhşətə salır və həyəcana gətirirdi.
    O zaman ermənilər İran tərəfdən qoşun gəldiyini və bu topun da onların olduğunu güman eylədilər. Amma bu tərəfdən təsadüfən o gecə və onun sabahısı dalbadal neçə yüz igid və təcrübəli döyüşkən cavanlar sursatla Qalaya daxil oldular. Qala əhli onları artıq dərəcədə ehtiramla qəbul edib, yaxşı mənzillərdə yerləşdirdilər. Amma çox olduqlarına görə, əksərinə məscidi-cameədə yer verdilər. Camaat səhər, günorta və axşam onlara ləzzətli yeməklər verib, rahatlıqlarını təmin etdilər. O gün və o gecə yatıb rahat oldular. Bu igidlərin iki sərkərdələri var idi. Biri Sultan bəy Paşa bəy oğlu, o biri də İbrahim bəy Əli Məhəmməd bəy oğlu.
    Həmin şəxslər yeyib, içib rahat olduqdan sonra yekdil və yekməqal şəhər əhlinə dedilər ki, bunu bilin, siz şəhər əhli bədənin başı hesabındasınız, biz kəndistan əhli isə ayaq və sair üzvlər mənziləsindəyik. Başa hardan zərbə gəlsə lazımdır ki, həmin zərbə əl və ayaqla başdan rədd və müdafiə olunsun. Nə qədər ki, baş salamatdır, bədən də salamat olacaq. Əgər əl, ayaq və qeyri üzvlər olmasa da, baş salamat qalarsa, bədən də salamat qalar. Amma Allah eləməsin, başa zərbə yetişsə, bədən tamam ölər və qeyri üzvlər dəxi bir iş görə bilməz. Bizlər dura-dura siz şəhər əhli belə zəhmətə düşməyiniz bizim üçün nadanlıq və insafsızlıqdır. Lazımdır ki, biz sizin öndə vuruşan dəstəniz olub, istənilən canfəşanlıq əmələ gətirək.
    Xülasə, elə ki gecə araya gələn kimi Sultan bəy və İbrahim bəy öz igid cavanlarını dəstə-dəstə səngərlərə bölərək vuruşa başladılar. Sonra onlar salavat çəkib "Ya Əli!” deyə-deyə erməni səngərlərinə hücuma geçdilər və tezliklə onları tutdular. Müsəlman cavanları bu əməliyyatı böyük atışmalar və erməni səngərlərindən yağdırılan güllələr altında aparırdılar.
    Bir tərəfdən də müsəlmanların cavanları və uşaqları pud-pud neft və bağlama-bağlama köhnə əski və cındalar götürüb, üz qoydular Vəzirovların səngərinə. Oradan isə doldular ermənilərin evlərinə. On beş evə od vurdular, lakin cında və əskilər üç gecə-gündüz yağışın altında qalıb islandığına görə həmin evlərdən yalnız üçü yandı. Bir qismi isə yarımçıq yanmışdı. Bundan başqa Ağadədəli səmtində müsəlmanlar daha iki evi yandıraraq tamam məhv etdilər. Müsəlmanlar bir o qədər ev yandıra bilmədilər, çünki irəlidəki davada erməni tayfasının yarı evlərini, bazarlarını, divanxanalarını və digər imarətlərini tamamilə yandırıb, yerlə-yeksan etmişdilər.
    Ermənilərin avadanlıqları yuxarı Xəlifəli qapısı tərəfdə cəm olmuşdu. Müsəlmanların əli ora yetmirdi. Aralıqda olan məsafə isə tamam xarabalıq idi. Həmin gecə İbrahim bəy öz dəstəsilə "Ya Əli!” nərəsi çəkib, ermənilərin səngərlərinə və evlərinə gülləni yağmur tək yağdıra-yağdıra onların arasından çoxlu adamlar öldürərək irəliləyirdilər. İbrahim bəyin dəstəsi irəlilədikcə erməniləri daha da yuxarılara qovurdular. Bir zaman yandırılmağa ləyaqəti olan bir erməni evinə çatan İbrahim bəy qışqıraraq söylədi ki, neft və əski gətirin, bu evi yandıracağam. İbrahim bəy istəyirdi ki, evə od vursun, birdən erməni tərəfdən bir havayı güllə gəlib o biçarəyə dəydi. İbrahim bəy "Ya Allah!” çağırıb, yerə yıxıldı və oradaca da canını tapşırdı. Elə ki, İbrahim bəy həlak oldu, ona mənsub olan dəstənin damağı yandı. Kədərli və məyus oradan o məzlumun cənazəsini götürüb, Böyük məscidin həyətinə gətirdilər. O biri dəstələr də bəyin ölüm xəbərini eşidərkən çox məyus oldular. Elə ki, sabah oldu, bəyi qüsl və kəfən edib, məscidin günbatan tərəfindəki bağçada, Şahmar bəyin yanında dəfn etdilər (Allah onları bağışlasın).
    Elə ki, gecə aralığa gəldi, atışma yenidən başladı. Hər iki millət gülləni bir-birinin üstünə yağış kimi tökürdülər. Topların gurultusundan, tüfənglərin səsindən və igidlərin nərəsindən evlər və qayalar lərzəyə gəlirdi. Bir müsəlman deyirdi ki, dava vaxtı mən ermənilərin içində yerləşən xəstəxanada yatırdım. Orada xəstəlikdən müalicə olunurdum. Ermənilərin səngərlərindən biri mən yatan otağın pəncərəsinin qabağında yerləşirdi. Pəncərədən müşahidə edib görürdüm ki, general tez-tez həmin səngərə gəlib rus əsgərlərinə və topçularına göstərişlər verirdi. O, durbinlə baxıb topçuların atəşini təshih edir, filan məscidə, filan minarəyə atın deyirdi. Onun göstərişi ilə atılan top güllələrindən biri Seyidli məhəlləsindəki məscidin dəmir taxtapuşundan keçib, onun tavanını şikəst eylədi. Daha bir top gülləsi isə Böyük məscidin minarəsinə dəyib, dörd kərpic saldı.
    Qərəz, bu Qalaşakov deyilən general dünya malından ötəri Allahın hökmünə müxalif gedərək öz padşahının qanununa etinasızlıq göstərib, millətə və bir olan Allaha inananlara bu növ xəyanətkarlıq etməyi rəva bilmişdir. Təəccüblüdür, dövlət neyçün bu növ tamah və heyvani-nəfslə iş görən adamları millətə hakim göndərir ki, o da belə qələtlərə yol verir? Əgər bu şəxs və buna bənzər başqası az müddət ərzində bir məmləkətdə belə ədalətsizliklə hökmranlıq etsə, görərsən ki, orada tamam hərc-mərclik baş alıb gedir, məmləkət darmadağın olur. İndiyədək Qafqaz elinə onun (Qalaşakov) kimi qəddar insan gəlməyib.
    Müsəlmanlar əvvəlki davada ermənilərin Xoca Söhrab kilsəsini tutmuşdular. Üç gün gecə-gündüz onu əllərində saxlayıb, içində sakin oldular. Amma bir kəs ədəbsizlik edib kilsənin bir daşına, yaxud ağacına əl vurmadı. Haranısa xarab etməyi özlərinə rəva bilmədilər. Lakin bu amansız erməni tayfası Qalaşakovun xahişinə binaən, ruslar ilə birlikdə Köçərli məscidini yandırırb, içində hər nə vardısa qarət edib, dağıtmışdılar.
    Bu günün sabahı var. Əlbəttə, Allah-təala Öz evinin fikrini çəkəcək, baislərin cəzasını verəcəkdir. Səbr etmək lazımdır.
    Əvvəlki davada müsəlmanlar erməni məhəllərinin yarısına od vurub yandırmışdılar. Nə qədər erməni bu yanğında həlak olmuş və nə qədəri güllə ilə öldürülmüşdü. Qaçanı qaçmışdı, qalanları isə acizanə bir şəkildə ağlaya-ağlaya, keşişlər boyunlarında kəndir, əllərində yeddi aman bayrağı, baş keşiş isə əlində böyük xaç onların önündə məscidə gəlib barışmağı xahiş etdilər. Bu davada müsəlmanlara kəndlərdən çoxlu kömək gəlməsinə və onların qələbə çalmasına baxmayaraq, əgər həqiqəti görən bəsirət nəzərilə dürüst mülahizə etsək, görərik ki, bu davada fəth və qələbə Allahın köməyilə əvvəlkindən çox artıqdır.
    Amma bu davada Qalaşakovun tədbirilə müsəlmanlara qarşı ətraf kəndlərdən, İrəvandan, Gəncədən və başqa yerlərdən yeddi min erməni silahlıları, 850 nəfər rus kazakları, 400 nəfər erməni rusları, neçə min Qalada (Şuşada) olan erməni, dörd nəfər məktəbdə oxuyan ünas qızları, eləcə də top və topxana səfərbər edilmişdi. Silahlıların cəmi miqdarı 12 min nəfər idi.
    Dava başlayanda ermənilərə qarşı vuruşan ancaq Qalada yaşayan müsəlman igidləri və cavanları idi. Onlara heç yerdən kömək gəlməmişdi. Üç gecə-gündüz sərasər müsəlmanlar bu qədər erməni silahlıları və rus ordusu ilə bir atışma apardılar ki, heç yapon müharibəsində də belə dava olmamışdı. Səngərlərdən dalbadal on minə qədər tüfəng və toplar atılır, neçə-neçə yerlərdə evlərə qoyulmuş bomba və dinamitlər partlayırdı. Beləliklə, müsəlmanlar 3 gün Səddi-İsgəndər kimi bu qədər qoşunun qarşısında mərdliklə dayanaraq nərə çəkə-çəkə onları gülləbaran edirdilər. Üç gündən sonra müsəlmanlara kömək gəldi. Bu növ ilə dava beş gün gecə-gündüz davam etdikdən sonra sakit oldu.
    Bu beş günlük şiddətli davada müsəlmanlar tərəfdən ölənlərin sayı 18 nəfər idi. Onlardan beş nəfəri adlı, tanınmış cavanlardan, qalanları isə küçə ilə gedərkən, yaxud evinin yanında oturub özünü günə verdiyi yerdə qəflətən ermənilər tərəfindən vurulub öldürülmüş əlsiz-ayaqsız qocalardan və dilənçilərdən ibarət idi. 21nəfər isə yaralanmışdı.
    Amma ermənilər tərəfdən ölənlərin sayı 500-700-ə qədər, yaralananların sayı isə 287 nəfər olmuşdu. Ölənlərin 35 nəfəri Gəncədən, 100 nəfəri İrəvandan, 41 nəfəri tanınmış qımdatlardan, bəylərdən və məşhur adamlardan, iki nəfəri isə məktəbdə oxuyan ünas qızlarından ibarət idi. Ölənlərin qalanı isə Qaladan və ətraf kəndlərdən gəlmiş adi erməni silahlıları idi. On bir nəfərin isə əl və ayaqlarını kəsdilər. 31 nəfər isə rus qoşunundan olan kazak və ruslardan öldürüldü.
    Dava və vuruşmaların qızğın vaxtı ölənləri ermənilər Qalada bulvarın üstündə paltarlı-paltarlı ikisini-üçünü bir qəbrə qoyub dəfn edirdilər. Bəzən isə nəinki qəbir, adi bir çala qazıb, oraya basdırırdılar. Kazaklar və ruslar isə rus qəbiristanlığında dəfn edildilər. Müsəlmanların şəhid olanları isə məscidlərin həyətində dəfn edilirdi.
    Dava qurtarandan 5-6 gün keçdikdən sonra ağa general müsəlmanların yanına barışığa getmək qərarına gəldi. O, kilsə paltarı geymiş erməni və rus kilsələrinin baş keşişlərini, onlarla bərabər, əllərində ağ və qırmızı bayraq bir qədər rus soldatları və kazaklarını özü ilə götürüb, musiqi çala-çala gəlib müsəlman meydanında durdular. General və keşişlər məscidə gəlib, bu iki millət arasında sülh yaratmaq üçün camaatla danışdıqdan sonra, cənab qazi və onunla bərabər neçə nəfər müsəlman səngərlərinə getdilər. Səngərlərə baş çəkə-çəkə erməni meydanına gəldilər. Orada da bir neçə kəlmə danışıb dağılışdılar.
    Qalaşakov erməni və müsəlmanlar arasında işlətdiyi bu hiyləyə və ermənilərə verdiyi vədini əmələ gətirə bilmədiyinə görə, barışıq danışıqları uzanır, ondan dövlət böyüklərinə edilən şikayətlər çoxalırdı. Qalaşakov özü də çox ehtiyat eyləyərək düşünürdü: "Bu xəyanət ki, məndən zühura gəldi, qəflətən məni öldürə bilərlər”. Ona görə ehtiyatla dolanırdı.
    Müsəlmanlar Qalaşakovun dövlətə və millətə etdiyi bu növ xəyanəti və zülmü haqqında teleqraf və kağızla cəmi böyüklərə və divanxanalara məlumat verdilər. Dövlətdən bir imdad, generalın cinayəti ilə bağlı heç bir tədbir görülmədi. Hərçənd ki, Qalanın hakimliyindən çıxardılar. Rəcəb ayının 19-cu günü general Qalaşakov Qaladan çox vahimə ilə çıxıb getdi və onun yerinə Bauyer adlı başqa bir rus generalı təyin edildi. Qalaşakov Tiflis şəhərinə gedib orada yerləşdirildi. Həmin il şəvval ayının 1-i (noyabr) günbatana neçə saat qalmış bir nəfər hamamdan çıxıb, faytona yavuq gəlir və generala iki güllə atır. General huşunu itirib yıxılır. Bu səsə xalq yığışanda qatil qaçır. Hərçənd ki, istədilər onu tutsunlar, ələ düşmədi. Generalı isə götürüb mənzilinə gətirdilər. Qatili isə məlum etmək mümkün olmadı.
    Həkimlər gəlib mülahizə edərək dedilər ki, generala iki güllə dəyib. Biri boğazından dəyərək başının içində qalmış, ikinci güllə isə ağzından keçib, dil və dişini parçalayaraq boyunun dalından çıxmışdır. Boynunun dalından çıxan gülləni həkimlər məqqaşla xırda-xırda tamam çıxardılar. Neçə gündən sonra bir məqama yetişdi ki, general yemək yeyə bilmədi. Həkimlər çox səy etdilər, ancaq aqibət faydasız oldu.
    Category: Erməni Müsəlman davası (1905) | Added by: Islam_Kitabxanasi
    Views: 633 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024