İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:49 AM
    Ön söz
    وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْه ِفَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ
    - "Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.” (-Ali İmran surəsi 144-cü ayə.)
    وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا
    "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.”(- Həşr surəsi ayə-7. )
    وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى
    "O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.”(- Nəcm surəsi ayə-3 və 4. )
    İslam Peyğəmbəri Muhəmməd (s) vəfat etdiyi zaman öz ümmətinin arasında iki böyük və çiyin sındıran, ağır yük, əmanət qoymuşdur. Onlardan birincisi – Quran (Allahın muqəddəs kiabı) və ikincisi isə - Əhli beyt (ə) (Peyğəmbərimizin övladları- dır.) Öz ümmətinə əmr etmişdir ki, onlardan itaət etsinlər və heç vaxt onlardan ayrılmasınlar.(- Muraciət edin: *Musnədi Əhməd ibn Hənbəl c-3/s-9,14,16,17,26 və c-5/s-182. **Səhihi Muhəmməd ibn Termizi "Fəzilətlər” mövzusu.  )
    İslam Peyğəmbəri öz həyatı zamanı, Qurani Kərimin həqiqətini onun düyünlü və ağır olan mətləblərini ümmətinə çatdırmaq üçün öz öhdəsinə götürmüşdür. Buna görə də Qurani Kərimin aöır və düyünlü mətləbləri hədis şəklində açıqlanmışdır. Bütün İslam elmlərini - əqidələr, məaarif və əhkam – öz ümmətinə və ardıcıllarına müxtəlif yollarla başa salmışdır. Həzrət Muhəmməd (s) hədis söyləmək barədə belə buyuru: "Allah mənim sözlərimi eşidən, başa düşən və başqalarına çatdıran bəndəni sevindirsin. Nə çoxdur o kəslər ki elmi özlərindən savadlılara və başa düşənlərə nəql edirlər”.(- Həmin mənbə c-1/s-14 və 125 "Elmin fəzilətləri” mövzusu, "Peyğəmbərdən hədislərin çatdırılması + Əllamə Muhəmməd Baqir Məclisi- "Biharul Ənvar” c-1/s-109-112. )
    İndisə İslam ümmətinin Peyğəmbər (s)-in vəfatından sonra Quran və əhli-beyt (ə)-lə necə rəftar etdiklərinə, Peyğəmbər (s)-in buyurduğu hədislər qarşısında etdikləri cinayətlərə diqqət yetirək.
    Onlar Peyğəmbər ailəsini cəmiyyət arasından uzaqlaşdıraraq ev dustağı etmişlər. Onlarla etdikləri bu rəftarı açıqlamağa insan dili acizdir.(- Daha yaxşı olar ki, o dövrün ağır vəziyyətini iki böyük və şəxsiyyətli səhabələrdən sayılan "Salmani Farsi” və "Əbuzər Qəffari”-nin dilindən eşidək. * Salmani Farsi deyir:-"Ləyaqətsiz əməlinizin nəticəsində (xilafəti qəsb etmək) heyrətə düşdünüz və hidayət mənbəyindən uzaqlaşdınız.” – İbn Əbil Hədid- "Nəhcul bəlağənin şərhi”, Qahirə çapı, Muhəmməd Əbul Fəzl İbrahimin yazısı c-2/s-46 və c-6/ s-17 Yenə də belə buyurmuşdur:- "Xilafəti qəsb etməklə pis iş gördünüz. Əgər bunlar Əli (ə)-la biət etsəydilər, yerin və göyün nemətləri içində həmişə qərq olardılar. Abuzər deyir:-"Əgər Allah üstün tutduğu şəxsi üstün tutub,kənara qoyduğu şəxsi kənara qoysaydınız və Peyğəmbər (s)-in ailəsinin vilayətə daha layiqli olmasını etiraf etsəydiniz həmişə Allahın nemətləri içində qərq olardınız. Lakin indi ..... belə etdiniz, öz əməllərinizin nəticəsini dadın. وسيعلم الذين ظلموااي منقلب ينقلبون )
    Elə ki, İslam həqiqi və düzgün qoruyucularını müxtəlif hiylələrlə cəmiyyətdən uzaqlaşdırmaqla xilafəti ələ keçirdilər, Quranla onun mənalarını açıqlayan hədislər arasında ayrılıq salmaq və Allahın kitabını öz istəkləri üzərində təfsir etməklə mənalarını dəyişmək imkanını əldə etdilər.
    "Peyğəmbər sünnəsi” adlanan İslam rəhbərinin buyurduğu bu hədislər, xəlifələrin irəli sürdükləri siyasətlərinin yolu üzərində olan birinci maneə idi. Daha doğrusu "sünnə”, muxalif qüvvələrin apardığı siyasi muharibənin qalibi sayılırdı. Buna görə də, hakimiyyəti ələ keçirənlər birinci çıxış yolu bu ağır siyasi muharibədə güclü olan muxaliflərini tərki silah etməkdə gördülər.
    Əvvəlcə Əbu Bəkr bu silahı özününkiləşdirdi. Bu yolla Peyğəmbər (s)-dən buyurulan 500 hədisi yığıb topladı. Lakin, bir müddətdən sonra bu hədislərdən faydalanmayacağını başa düşdü. Çünki, bu hədisləri özününkiləşdirməsi mümkün deyildir. Nəticədə bütün toplanılmış hədisləri oda ataraq yandırdı.(ھəmsəddin Zəhəbi -"Təzkiratul hifaz” kitabı c-1/s-5. )
    Şübhəsiz ki, o vaxt heç bir kəsi hədis yazmaqdan və söyləməkdən çəkindirmək mümkün deyildi. O cümlədən ancaq Əbu Bəkrin yığdığı hədislərdən istifadə etməyi də heç kəsə məcbur etmək mümkün deyildi. Buna görə də çarənin Peyğəmbər (s)-in hədislərinin nəql olunması və yazılmasının mütləq şəkildə qadağan edilməsində gördü. Ta camaatın əli bu güclü silaha çatmasın. Buna görə də xəlifə, Peyğəmbər (s)-in hədislərini nəql etməyi müsəlmanlara qadağan etdi və əmr etdi:- "Peyğəmbərdən hədis nəql etməyin və Qurana məşğul olun.”(həmin mənbə c-1, səh-7,8,13 )
    Bəli, təkcə Qurana! Çünki, Qurani Kərimi Peyğəmbər (s)-in hədisləri olmadan istənilən şəkildə məna etmək olar.
    Əbu Bəkr vəfat etdərək öz vəsiyyətnaməsində xilafəti Ömərə verdi.(- Əli ibn Əbu Talib (ə)- "Nəhcul bəlağə” "ھiq؛iqyyə xütbəsi”مضي الاول لسبيله فادلي بهاالي فلان بعده حتي )Təbiidir ki, bir çox müsəlmanlar xəlifənin əmrindən çıxmadılar. Onlar Peyğəmbər (s)-in hədislərini daha yazmadılar.
    Ömər də, öz hökuməti dövründə Əbu Bəkrin bu siyasətini daha da şiddətlə davam etdi. Bir dəfə hökuməti dövründə Peyğəmbərin (s) hədislərinin yazılıb nəql olunması məsələsinin azad şəkildə davam edilməsi barədə camaatla məsləhətləşdi. Bu işin müsəlmanlar üçün gərəkli olduğunu elan etdi. Bir ay fikirləşdikdən sonra xüsusi zirəkliyi ilə bu əməlin çıxış yolunu tapdı və camaat arasında elan etdi:-"Mən Peyğəmbər (s)-in sünnələrini yazmaq istəyirdim. Lakin, keçmiş ümmətləri yada saldım. Onlar bəzi kitabları yazmaqla İlahi kitablarından uzaqlaşdılar. Buna görə də mən heç vaxt Allahın kitabını (Quranı) başqa bir şeylə bir yerdə qarışdırmaram.”(- Katibul Vaqidi- Muhəmməd ibn Səd "Əttəbəqatul Kubra” c-3,s-206; İbn Abdul Birr "Cameu bəyanil elmi və fəzlih”c-1,səh-64-65. )
    Ömər, eləki Peyğəmbər (s)-in köməkçilərini məmuriyyətə göndərərdi onlara hədis söyləməyə və camaatı Qurandan uzaqlaşdırmamağa əmr edərdi. Əgər onun əmrinə tabe olmayan hər kəsdən xəbər tutardısa həmin az onu Mədinəyə gətizdirib öz nəzəri altında saxlayardı.(- Bu məsələni "Hədisin tarixi” kitabında geni؛ gətirmi؛ik ) Həmçinin, camaat içində topladığı hədisləri də yandırdı.
    Ömərin xilafəti dövrü də belə keçdi. Osman xüsusi hazırlanmış şəkildə xilafətə sahib çıxdı.(- Nəhcul Bəlağə "ھiq؛iqiyyə xütbəsi”- فسيرهافي حوزة خشناء "Abdullah ibn Səba” kitabında bu hadisəni geni؛ ؛əkildə gətirmi؛ik. C-1,səh-142-151, ikinci çapa müraciət edin. ) Osmanın zamanında, xilafət və hökumət hədis nəqlinin əleyhinə daha da amansız oldu. Əgər Ömər öz zamanında Peyğəmbər (s)-in səhabələrini əziyyət edib onları Mədinəyə gətirməklə öz nəzəri altında saxlayırdısa və onlaın yazdılar hədisləri yandırırdısa, Osman bu əməlin qarşısını almaq üçün Peyğəmbər (s)-in böyük və tanınmış səhabələrinə işgəncə verərək onları sürgün edərdi. Belə ki, "Əbuzər”-i Mədinədən Şam şəhərinə, oradan isə Mədinəyə və Mədinədən isə "Rəbəzə”-yə isti kimsəsiz səhraya sürgün etdi. Bununla da Peyğəmbər (s)-in əziz köməkçisi isti səhrada, qürbət yerdə öz canını tapşırdı. Həmçinin Peyğəmbər (s)-in başqa səhabəsi sayılan "Əmmar Yasir”-i elə döydürmüşdür ki, vurulan zərbələrin ağrısından bihuş olaraq yerə yıxılırdı.(- Əhməd ibn Yəhya Bilazəri-"İnsabul ə؛raf”c-5,səh-49. )
    İyirmi beş il üç xəlifənin hökuməti zamanı Peyğəmbər (s)-in köməkçiləri, tabeinlər və başqaları bu acınacaqlı və çətin həyatı yaşayaraq keçinirdilər. Axırda taqətsiz qalmış bu ümmət qiyam edərək Osmanın xilafətini devirdilər və onu öldürdülər. Sonra Əli (ə)-a tərəf üz çevirdilər. Onu çox təkidlə xilafətə gətirdilər.(- Seyyid Murtəza Əsgəri-"Ummul mِminin Ayi؛ənin hədisləri” səh-115. )Əli (ə) hakimiyyətə elə vaxtı yetişmişdir ki, artıq 30 ildən çox idi ki müsəlmanlar get-gedə keçmiş xəlifələrin zamanında olan siyasi gedişə adət etmişlər. Əli (ə) öz zamanının vəziyyətini belə açıqlayır(- Burada Əli (ə)-ın acı və ağır ürək ağrılarını bəyan etdiyi cümlələri sizə yenə sِyləyirik. Əlbəttə lüğəvi tərcümə ilə yox bəlkə o həzrətin buyurduqlarını nəql edərək məna etmi؛ik. Geni؛ ؛əkildə * Muhəmməd ibn Yəqub Kuleyni_”Rovzətul Kafi” c-8,səh-61-63. ):
    - "Məndən üncə olan xəlifələr yetərincə Peyğəmbər (s) ilə müxalif olan əməlləri yerinə yetirdilər. O həzrət (s)-in əmrini pozaraq sünnəsini dəyişdirdilər. Elə ki mən camaatı bu işlərdən çəkindirməklə Peyğəmbər (s)-in zamanında olduğu kimi yerinə yetirməyə çağırsam qoşumların mənim ətrafımdan dağılacaq məni tənha və kimsəsiz qoyacaqlar. Ən azı və çoxu öz tərəfdarlarımla, Peyğəmbər sünnəsi və İlahi kitab yolu ilə mənim vilayətimi qəbul edənlərlə birgə qalacam.”
    "Nə fikirləşirsiniz? Əgər əmr etsəm ki;
    1. İbrahim (ə)-ın məqamını Peyğəmbər (s)-in buyurduğu yerə qaytarın;
    2. Fədək bağlarını Fatimə (s)-in övladlarına tapşırıram;
    3. Peyğəmbər (s)-in bağlanmış əhdi-peyman necə idisə eləcə yerinə yetirsəm;
    4. Peyğəmbər (s) tərəfindən məsləhət üzündən səlahiyyəti olan şəxslərə verilmiş torpaqları özlərinə qaytarsam;
    5. Xəlifələrin zülmcəsinə çıxardıqları hökümlərə ədalətlə yenidən baxsam;
    6. Zəkatı onun əsil yerlərindən düzgün ölçüdə alsam;
    7. Dəstəmazı, quslu və namazı əvvəlinci şəkildə yerinə yetirilməsinə əmr etsəm;
    8. Öz ərlərindən boşandırılaraq ədalətsizcəsinə başqalarına verilən qadınları öz ərlərinə qaytarsam;
    9. Təbəqə söhbəti ilə bölünən beytul malı Peyğəmbər (s)-in zamanında olduğu kimi bərabər bölsəm və təkcı varlılara qismət olmasına icazə verməsəm;(- Ömər, İslam cəmiyyəti arasında beytul malı bِlü؛dürməklə təbəqə sِhbəti yaratmı؛dır. Buna gِrə də müsəlmanlar adlarını siyahiya yazdırmı؛lar. Hər il bir qrup ؛əxslərə 5000 dirhəm, bir qrupuna 4000 dirhəm, ba؛qa bir qrupa 3000 dirhəm və ba؛qa bir qrupa 2000 dirhəm, o cümlədən təbəqə sِhbəti ilə 1000-500-dən 200 dirhəmə kimi huquq verirdi. Bu səbəbdən İslamda bir tərəfdən ؛ərafətli və qüdrətli təbəqələr, ba؛qa tərəfdən isə kasıb və fəqir təbəqələr meydana gəlmi؛di.)
    10. Torpaq maliyyəsini ləğv etsəm;(Ömər ibn Xəttab İraqda torpaq maliyyəsini Sasani İran maliyyəsinin qanunları kimi, Misrdə isə Rum imperiyasının maliyyə qanunlarının əsası kimi düzəltmi؛dir. )
    11. Müsəlmanları evlənməkdə bərabər etsəm;(- Ömər, əcəmilərlə ərəb qızlarının evlənməsini qadağan etmi؛dir. )
    12. Xumsu Allah buyurduğu kimi alsam;(- Xəlifələr Peyğəmbər (s)-dən sonara "Zəvil-qurba”- nın haqqını xumsdan ləğv etdilər.)
    13. Peyğəmbər məscidini əvvəlki vəziyyətinə qaytarsam: -O qapılar ki, Peyğəmbər (s) –dən sonra məscidə açılmışdı bağlatsam və o qapılar ki Peyğəmbər (s)-dən sonra məscidə bağlatdırılmış qapını açdırsam;
    14. Dəridən tikilmiş papış ya çarıqların üzərinə məsh çəkməyi qadağan etsəm;(- "Xəff”heyvan dərisindən hazırlanmı؛ papı؛ ya çarığa deyilir. Əhli sünnə ِz əsllərindən itaət edərək dəstəmazda ayağı yumağı vacib, lakin dəri çarıqda olarsa ona məsh etməyi caiz bilirlər. )
    15. Şərab içənə layiq olduğu cəzanı versəm;
    16. Qadınların və Həcc mutəsini Peyğəmbər (s)-in zamanında olduğu kimi cayiz saysam;(Xəlifə Ömər, iki mutəni haram etdi. )
    17. Meyyit namazının təkbirini beş dəfə etsəm;(Həcc mutəsi- Hacilar ِmrə həccini yerinə yetirdikdən sonar ehram halından çıxıb sonar ikinci dəfə həcc üçün ehram bağlayırlar. Bu İslamın əmri idi. Lakin ضmər əmr etdi ki HƏcc əməllərinin axırına kimi Ömrə ehramında qalsınlar. )
    18. Camaatdan "Bismillah”-ı namazda uca səslə oxumalarını istəsəm;(Qadınların mutəsi- Həmin müvəqqəti nigahdır ki, Quranın ayələrinə və əhli sünnənin rəvayətlərinə əsasən İslam qanunlarından biri sayılır. )
    19. Təlaqı Peyğəmbər (s)-in buyurduğu və göstərdiyi kimi yerinə yetirsəm;(- Əbu Hureyrənin rəvayətinə əsasən əhli-sünnə məzhəbi meyyit namazının təkbirini dِrd dəfə deyirlər. Müraciət edin:- İbn Ru؛d Əndəlusi-"Bidayətul muctəhid” c-1, səh-240. )
    20. Başqa ümmətlərin muharibə əsirləri ilə Allah və Peyğəmbəri (s) buyurduğu kimi rəftar etsəm;(- Əhli-sünnə məzhəbinin bir qrupu namaz vaxtı Həmd və Surədə "Bismillah”-ı oxumurlar. Zahirən bu məsələdə onlar Müaviyyədən itaət edirlər. Müraciət edin:- "Əl-Kə؛؛af " təfsir kitabı, həmd və surənin təfsirində c-1,səh-24-25. )
    Xülasə söyləsəm, əgər camaatı İlahi əmrlərə və Qurani Kərimin göstərişlərinə rəayət etməyə çağırsam, belə halda onlar mənim ətrafımdan dağılacaqlar.”
    "And olsun Allaha ! Elə ki, müsəlmanlara Ramazan ayında əmr etdim ki, vacibi namazlardan savayı başqa namazları camaatla birgə qılmasınlar və dedim ki;- Müstəhəb namazları camaatla qılmaq bidətdir(- Əhli sünnə qadının üç təlaqını bir məclisdə caiz sayırlar. Adil ؛ahid olmadan bu i؛i gِrmürlər. Müraciət edin:-"Bidayətul muctəhid” c-1,səh-80-84 ), qoşunumun bir qismi səs-küy salaraq dedilər: واسنة عمراه !! "Ey müsəlmanlar Əli istəyir Ömərin sünnəsini dəyişsin. Bizi Ramazan ayında müstəhəb namazlar qılmaqdan saxlasın. İş o yerə çatdı kı, qorxdum qiyam etsinlər.”
    "Aman bu ümmətin əlindən, mənimlə muxalifət etmələrindən, yolunu azmış başçılardan itaət etməklərindən, onları uçuruma aparan başçılardan itaət etməklərindən, acılar çəkdim.”
    İmam (ə) öz işini elə tənzimləmişdi ki, Peyğəmbər (s)-in getdiyi yolu, izləyərək xəlifələrin əksinə davranmışdı. Xüsusən hədis məsələlərində xəlifələrin buraxdığı böyük səhvləri və qoyduqları mənfi təsirləri məhv etmək üçün davamlı mübarizəyə başlamışdır.(- İkinci xəlifə əmr etdi:- Ərəb əsirlərini azad etsinlər. Lakin fars əsirlərini hətta İslam mərkəzi olan Mədinəyə buraxmırdı. Həmçinin onun Peyğəmbər (s) sünnəsi ilə etdiyi muxalifətlərdən bir də bu idi ki, ərəb olmayan qadınların kِrpələri əgər ərəb torpaqlarından ba؛qa yerlərdə dünyaya gəlsəydilər, onların ِvladlarına irs vermirdi. Müraciət edin:-"Əlməvəttə” kitabı Ənəs ibn Malikin təlifi c-1, səh-80.  )
    Qureyş tayfası öz şəxsi ambisiyalarının ziddinə olan Əli (ə)-ın bu işlərini görüb onunla muxalifət etməyə başladılar. Buna görə də "Cəməl” və "Suffeyn” döyüşlərində çoxlu qanlar axıdıldı. Şəxsi mənafelərinin təhlükədə olduğunu gördükdə Əli (ə)-la öz düşmənliklərini göstərdilər. Bu düşmənlik o qədər uzun sürdü ki, dörd il yarımdan sonra Həzrət Əli (ə)-ı mehrabda ibadət edərkən şəhid etdilər.
    Çox keçmədi Allahın və Peyğəmbər (s)-in düşməni olan Muaviyə hiyləkəri ilə xilafəti ələ keçirdi. Onun Muğeyrə ibn Şöbə ilə söhbətində öz mənfur siyasətini ona belə açıqladı. Muğeyrə demişdi: "Ey Əmirəl möminin! Indi ki öz arzu və istəklərinə çatdın, bu yaşının çoxluğunda ədalət və muruvvətə rəayət etməkdə sənə mane olan nədir? Ləyaqətli işlər görməklə özündən sonra ad-san qoya bilmərsənmi? And olsun Allaha ! Bu gün daha Bəni Haşim sənin qorxundan başqa heç nələrin qalmayıb. Buna görə də yaxşı olardı onlarla mehriban davranaraq öz qohumluq əlaqəni daha da gücləndirəsən.” Muaviyə belə cavab verdi:-"Heyhat, heyhat- uzaqdır uzaq!Əbu BƏkr hakimiyyətə gəldi ədalətlə iş gördü. Bütün çətinlikləri öhdəsinə götürdü. Lakin, hələ də vəfatından neçə gün keçmədi ki, bəzi vaxtlar adı çəkilirdi və ondan heç bir şey qalmadı. Bu vaxt Ömər hakimiyyətə gəldi. Çoxlu zəhmətlər çəkərək on il xilafəti dövründə əziyyətlər gördü. And olsun Allaha ölən kimi adı da öldü. Sonra, hamımızdan üstün olan qardaşımız Osman, xilafətə gəldi. Bir çox işlər gördü. Onunla başqalarının etdiyi əməllər də ötüb keçdi. And olsun Allaha ölümündən sonra adı da öldü. Onun yaxşı əməlləri, rəftarı da unuduldu. Lakin, Haşimi olan o kişinin adını(- Bidət: İslamda olmayan, sonradan dinə daxil olunmu؛ yalnı؛ ؛eylərə deyilir. )hər gün beş dəfə azan vaxtı dünyanın ucqar yerlərində uca səslə səsləndirirlər.(- Peyğəmbərin rəvayətlərini cümə günlərində İslam məscidlərində yenidən sِylənilməsinin maneəsiz olduğunu bildirdi. İmkan daxilində xəlifələrin gətirdiyi yalnı؛ və ِldürücü bidətləri məhv etdi. Müraciıt edin:-"Min tarixul hədis” kitabı. ) "Şəhadət verirəm ki həqiqətən Muhəmməd Allahın elçisidir.”
    Nə qədər ki bu ad yaşayır, kimin adı yaşayar ey anası ölmüş! Yox and olsun Allaha ! Nə qədər ki bu adı yer üzündən silməmişəm dincəlməyəcəyəm!(- Muaviyyə dü؛mənlikdən Peyğəmbər (s)-in adını dilinə gətiməmi؛dir.. )
    Bu səbəbdən bütün gücünü Peyğəmbər (s)-in adının və ailəsinin məhv olması üçün sərf edirdi. Öz hədəfinə çatmaq üçün cürbə-cür hədis uyduran dəsgahları işə saldı. İş o yerə gəlib çıxdı ki, Əbu Hureyrə 5300-dən çox hədis, Abdullah ibn Ömər 2000-dən çox və Ummul möminin Ayişə, Ənəs ibn Malik hər biri 2300-dən çox yalan və qondarma hədislər Peyğəmbər (s)-ə nisbət verdilər.(- Azanda deyilən "Ə؛hədu ənnə Muhəmmədən rəsuləllah” kəlməsinə i؛arə edir. )
    Adı çəkilən şəxslər və onların başqa həmkarları, hakim təbəqənin razılığını əldə etmək üçün səhabələrin adından uydurulmuş və qondarma hədisləri nəql etməkdə bir –biriləri arasında rəqabət aparırdılar. Heç kəs Allahdan başqa bu dövrlərdə Peyğəmbər (s)-ə nisbət verilən hədislərin aqibətindən xəbərdar deyildir. Bu işin təsiri nəticəsində bütün şeylər İslam qanunlarını qarışdırdı. Nəticədə həqiqi və düzgün İslamı dəyişib, hakimiyyətdə olanların cinayətlərinə haqq qazandıran İslama çevirdilər.
    Hakimiyyətdə olanlar da ancaq belə bir İslamı rəsmi tanıyırdılar. Birinci iki xəlifənin beyninin məhsulu olan və onlara sərf edən İslam ki, Muaviyyənin dövründə daha çox dəyişdirildi, bu günümüzə kimi bir sıra ölkələrdə həqiqi və rəsmi İslam adı ilə qalmaqdadır. İş o yerə çatıb ki, Peyğəmbər (s)-in gətirdiyi həqiqi və əsil İslamı, o yalnış İslama öyrəşmiş insanlara təqdim eməkdə çoxlu çətinliklər törədir və onlar üçün inanılmaz görünür.
    Muaviyyənin zamanında yayılmış və Peyğəmbər (s)-in adına yalandan qondarılmış hədislər ilə İslama üz tutub onunla tanış olanlar, məhz bu İslamı həqiqi İslam kimi tanıyırlar. Misal üçün; Onlar İslamda olan tohidə Əbu Hureyrənin saxtalaşdırdığı qondarma hədislər gözü ilə baxırlar.
    "Bir qrup şəxslər Peyğəmbər (s)-ə dedilər:- Ey Allahın rəslu! Biz qiyamət günündə öz Allahımızı görəcəyikmi? Buyurdu:_On dörd gecəlik ayı görməyinizə narahatsınızmı? Dedilər:- Xeyr, ey Allahın rəsulu! Buyurdu:- Bulud olmayan havada günəşi müşahidə etdikdə əziyyət çəkirsinizmi? Dedilər:- Xeyr, ey Allahın rəsulu! Buyurdu:- Siz Allahınızı belə şəkildə görəcəksiniz! Qiyamət günündə Allah camaatı bir yerə toplayacaq. Sonra onları çağırıb belə buyuracaq:-Hər kəs pərəstiş etdiyinə tərəf getsin.
    Günəşə pərəstiş edənlər günəşə tərəf, aya pərəstiş edənlər isə aya tərəf gedərlər. Axırda zülmə pərəstiş edənlər öz məbudlarına tərəf gedərlər. Təkcə arasında munafiq olan bu ümmət qalar. Bu vaxt Allah təbarək və təala keçmişdə onu tanıdıqları sifətdə onlara yaxınlaşaq və deyər:- Mən, sizin Pərvərdigarınızam! Deyərlər:- Bİz səndən öz Allahımıza pənah aparırıq. Biz Allahımız gəlincəyə qədər burada qalacağıq. O gələndə biz onu tanıyacağıq.
    Sonra, Allah onu tanıdıqları surətdə onlara tərəf yaxınlaşaq və deyər:- Mən sizin Pərvərdigarınızam! Deyərlər:- Bəli, sən bizim Pərvərdigarımızsan. Sonra onun arxasınca yola düşərlər...”(- Məsudi- "Murəvvicuz-zəhəb” kitabı c-3, səh-454. Darul Əndalosi çapı, 212-ci hicri ilinin hadisələri. Tərcümədə muxtəsər qeyd olunmu؛dur. )
    Gördüyünüz kimi bu hədis Allahı tanımağın və İslamda məad bəhsinin əsasını dəyişmişdir. Həmçinin başqa hədislərdə də İslam Peyğəmbərinin asimani simasını başqa cür tanıtdırmışlar. O cümlədən, rəvayət etmişlər ki, Allahın rəsulu öz Allahından belə bir şey istəyibmiş:- İlahi, qəzəb üzündən möminlərə etdiyim qarğışı dəyişib onların paklığına və onlar üçün bərəkətə çevir.”(- Əllamə Seyyid Murtəza Əsgəri _” Ummul Mِminin Ayi؛ənin hədisləri” kitabı s-289-dan sonar. Tehran çapı 1380-cı ؛əmsi ili.)
    Həmçinin nəql eidirlər ki, Peyğəmbər (s) camaata buyurdu:-"Xurmanın tozlanmağa ehtiyacı yoxdur” və yaxud "Xurmanı tozlandırmayın, yaxşı olacaq.! Camaat da Peyğəmbər (s)-in əmrinə itaət edirdilər. Xurmanı tozlandırmadılar. Nəticədə həmin il ağaclar bar vermədi. Peyğəmbər (s) eləki öz sözlərini yadına saldı, "Mən belə düşünürdüm, məni qinamayın!” və ya "Siz öz dünyəvi işlərinizdə məndən daha çox təcrübəlisiniz.” buyururdu!(- Muhəmməd ibn İsmail Buxari-"Səhih” kitabında c-1, "Fəzlus-sucud” mِvzusu; c-9, Kitabut-tovhid kitabı c-8, السراط جسرجهنم )
    O cümlədən rəvayət edirlər ki, "Bir gun Peyğəmbər (s) Məkkə şəhərində "Nəcm” surəsini oxudu. Elə ki,
    وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَى أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّى
    "Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza, digər üçüncü (büt) olan Mənat da Allahın qızlarıdırlar ?!” (**Müslüm ibn Həccac Ni؛apuri "Səhih” kitabında c-1, "Mərifətu təriqətur-rovyə” )
    ayəsini oxuyarkən Şeytan Peyğəmbər (s)-in mübarək dilinə bu cümləni gətirdi:
    تلك الغرانيق العلي منهاالفاعة ترتجي
    " Ağ quşlara bənzəyən bütlərdən şəfaət almaq ümüdü gözlənilir "
    Elə ki, bu cümlə Peyğəmbər (s)-in dilindən çıxdı müşrüklər sevindilər. Onlar deyirdilər ki, Peyğəmbər(s) də bizim bütləri təriflədi. Bu vaxt hamı bir yerdə - müsəlmanlar və müşrüklər – səcdə etdilər! Cəbrail (ə) nazil oldu və Peyğəmbər (s)-i bu böyük səhvindən agah etdi. Peyğəmbər (s)-ə belə buyurdu:- "Bu cümlələri Şeytan sənin dilinə gətirdi.”
    Bəzi rəvayətlərin bir hissəsində belə zikr olunnuşdur ki, Cəbrayil (ə) Peyğəmbər (s)-ə dedi:-Ayələri təkrar edin. Peyğəmbər (s) ayələri bir-birinin ardınca oxudu. O cümlədən تلك الغرانيق العلي منهاالفاعة ترتجي cümləsini də qiraət etdi. Cəbrayil (ə) dedi:-Xeyr, bu cümləni mən gətirməmişəm. Onu Şeytan sənin dilinə gətirmişdir.(- Müslüm ibn Həccac Ni؛apuri "səhih” kitabında c-4, "Peyğəmbərin lənətlədiyi və qarğı؛ etdiyi ؛əxslər” mِvzusu. Bu mِvzuda Ayi؛ədən və Əbu Hureyrədən və ba؛qa səhabələrdən neçə dənə hədis yazılmı؛dır. Müslümün səhihinin axırında Peyğəmbər (s)-in Muaviyyə barədə - "Allah Muaviyyənin qarnını doydurmasın” buyurduğunu sِyləmi؛dir. Buna gِrə də əhli-sünnənin nəzərincə bütün Bəni Uməyyəlilərə və ba؛qalarına Peyğəmbər (s)-in lənət və qarğı؛ı, onların paklanmasına və bərəkətlərinin çoxalmasına səbəb olacaqdır.” )
    Bu rəvayətlər, əhli-sünnə məzhəbinin mötəbər və məşhur olan "Təbəri, İbn Kəsir, Syuti və Seyyid Qutbud-din” kimi alimlərinin təfsir kitablarında yazılmışdır. Onlar Peyğəmbərin dilindən o qədər yalan hədislər demişlər ki, Peyğəmbər (s)-in o ilahi və gözəl xüsusiyyətləri pərdə arxasında qalmışdır.(- Həmin mənbə. Vucubu imtisali ma qaləhu ؛ərən dunə ma zəkərəhu (s) min məayi؛in-nasi əla səbilir-rəyi” Ba؛qa bir kitablarda həmin hədisi Ayi؛ədən, Ənəs ibn Malikdən və ba؛qa səhabələrdən nəql etmi؛lər. Əhli-sünnə bu kimi hədislərdən belə nəticəyə gəlmi؛lər ki, dunya i؛lərində Peyğəmbər (s)-in əmrləri ilə muxalifət etmək olar. Əlbəttə i؛in nəticəsi onun hansı bir əmrə və ya dunya i؛inə aid olmasına bağlılığı var. Gərək onu əvvəlcə tanıyaq. Məsələn- Xilafət məsələsi kimi. )
    Bütün bunlara baxmayaraq, Qureyş tayfasının böyüklərinə və onların ətrafındakılara yalan fəzilətlər uydurmuşlar. Onlara muxalif və zidd olanları isə töhmət və iftira yağışına tutmuşlar. Bu iş, o yerə çatdı ki, "Əbuzər Qəffari”, "Malik Əştər”, "Əmmar Yasir” və s.. kimi şəxsiyyətli səhabələri dindən xəbərsiz və aldanılmış kimi qələmə verirdilər.(- Nəcm surəsi ayə -19-20. )
    Buna da kifayətlənməyib, "Allahın sifətləri, məhşər və qiyamətin necəliyi, behişt və cəhənnəmin savabı və cəzası, əvvəlki peyğəmbərlərin macarası, İslam əqidələrinin, əhkamının və yaranışın başlanması” barədə bir çox rəvayətlər nəql etmişlər ki, əhli kitabın xurafi fikirlərindən və özlərinin uydurduqları böhtan, yalan və cahillikdən başqa bir şey deyildir.
    Bu kimi hədislərin sayı çoxaldıqca onun nəqli və yayılması da genişlənirdi. Bununla da bütün həqiqətləri dəyişdirib biyabırçı vziyyətə saldı. Onun da nəticəsi bu oldu ki, hakim təbəqənin icad etdiyi yalnış İslam, Əməvi və Abası xəlifələrindən ta Osmanlı ımperatorluğunun zamanına kimi davam etdi.
    Bütün dövrlərdə olduğu kimi İslam tarixində də hədis uyduran və yalan hədis düzəldən muzdurların qarşısında bir qrup şəxsiyyətli, pak insanlar da vardır. Onlar, öz canları bahasına Peyğəmbər (s)-in həqiqi sünnəsini yəni o həzrətin bəyanlarını müsəlmanlar arasında yayaraq həqiqəti çatdırırdılar. Peyğəmbərin səhabələrindən biri olan "Əbuzər” bu gözəl və haq sevər insanların qarşısında gedirdi. Bir gün "Mina” dağında "Cəməreye vusta”-ya yaxın oturmuşdu. Camaat onu dövrəyə alıb din barədə ondan suallar soruşurdular. Birdən Əməvi hökumətinin muzdurlarından biri camaatın çoxluğunu görüb yaxınlaşdı. Əbuzərin başının ütsündə durdu və ona dedi:- Məyər sənə camaatın suallarına cavab verməyi qadağan etməyiblərmi? Əbuzər dedi:_Sənə əmr ediblər ki mənə nəzarət edəsən? Sonra boynunun arxasına işarə edərək dedi:- Əgər qılıncı bura qoysan mənim başımı kəsincə güman etsəm ki Peyğəmbər (s)-dən eşitdiyim bir məsələni deyə bilərəm, canım çıxıncaya qədər şübhəsiz onu söyləyərəm.(- Həcc surəsinin 52-ci ayəsinin təfsirində "(Ya Rəsulum!) Biz səndən əvvəl də (؛əriət sahibi olan) elə bir rəsul, (؛əriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) gِndərmədik ki, o, (hər hansı bir ؛eyi) arzu etdikdə ھeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman ھeytan onu ça؛dırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah ھeytanın vəsvəsini batil (yox) edər.”; "Əd-durrul Mənsur” kitabı Syuti-c-4,səh-366-368. Bu məzmunda on dِrd rəvayət səhabələrdən nəql olunmu؛dur. )
    "Rəşid Hicri”-də belə şəxslərdən biri idi. İbn Ziyad Kufənin hakimi olan zaman onun əl-ayağını kəsdirib evinə göndərdi. Camaat da onun görüşünə gələrək ağlayırdılar. O isə ağlayalara belə deyirdi:-Ağlamağı yığışdırın. Yazmaq üçün bir şey gətirin. Mövlam Əli (ə)-dan eşitdiklərimdən sizlərə söyləyim. Camaat da qəbul etdilər. Elə ki, bu xəbər İbn Ziyada çatdı, əmr etdi onun dilini də kəssinlər.(- İslam cəmiyyətində bu kimi rəvayətlərin yaranması bir cəmiyyəti məhvə və süquta çəkməkdən ِtrü bəs edir. Daha Əməvi və Əbbasi xəlifələrinin cinayətlərini və dinə zidd olan hərəkətlərini xatırlatmağa yer qalmır. Onlar İslam Peyğəmbərini bu rəvayətlərdə olduğu kimi tanıtdırırlar. Peyğəmbər, onların hədislərində gələn nِqsanlı sifətlərdən pak və üstündür. )
    "Meysəm Təmmar” da bu yolun yolçusu idi. İbn Ziyad onun əl-ayağını kəsdirib dar ağacından asdırdığı zaman, mənbər üstünə çıxmış kimi uca səslə fəryad edərək deyirdi:- Eşidin ey camaat! Hər kəs Əli (ə)-dan nəql olunan hədisləri eşitmək istəyirsə yaxın gəlsin.
    Camaat onun başına toplaşdılar. Meysəm, söhbətə başladı. Bu xəbər İbn Ziyada çatan kimi onun dilinin kəsilməsini əmr etdi. Meysəm, dili kəsiləndən sonra, bir saatdan artıq tab gətirə bilmədi. Dar ağacında qanına qəltan canını tapşırdı.(-Seyyid Murtəza Əsgəri- "Əbdullah ibn Səba” 1-ci bِlümdə; "Mən؛əul qissə” 7-9, çap-2, Misr. )
    Əsrlər boyu xilafət məqamının nüfuzu çoxalırdı. Allah və Peyğəmbər (s)-in qoyduğu halal və haram haqqında olan qanunları dəyişdirib, özləri qanun təyin edirdilər ki nə olar və nə olmaz. Onların çıxardıqları yanlış və zalimanə qanunlar Allahın adilanə qanunlarının yerinə qoyuldu. Əlbəttə bu hal, Osmanın xilafətinin axırlarına qədər çox çəkmədi. Camaatın narazı qalması və inqilabı az-çox olsa bu işin üzərindən xətt çəkdi. Bir müddət keçdikdən sonra növbə Muaviyyəyə çatdı. O, öz təbliğatçı heyətinin köməyi ilə - qondarma hədis düzəldənlərlə - keçmiş işləri davam etdi.(- Bax:- *Darəmi-"Sünən” kitabında c-1,səh-132.**Muhəmməd ibn Səd- "təbəqatul Kubra” c-2, səh-354; Bu hədis o hədislərdəndir ki, cinayətkarların əli ilə bəzi hədis kitablarında hissə-hissə gətirmi؛lər. )
    Lakin, İmam Huseyn (ə)-ın şəhadəti ilə bu plan həmişəlik olaraq pozuldu. Daha xilafət əvvəlki vəziyyətində qala bilmədi. Buna görə də yeniliklər və rəsmi İslamı həqiqi İslamdan ayırmış olan bidətlər bundan sonra daha çoxalmadı. Xəlifələr daha təzə bidətləri din adı ilə cəmiyyətə məcburən qəbul etdirə bilmədilər.(- Muhəmməd ibnil Həsən TUsi- "İxyiyaru mərifətir-rical”, Ricali Kə؛ı adı ilə mərufdur. Əllamə Məclisi "Biharul ənvar” c-9, səh-632. )
    İmam Huseyn (ə)-ın şəhadətinin başqa bir faydası da bu idi ki, İslamın həqiqətini tanıyanların və Peyğəmbər (s)-in hədislərini söyləyənlərin həbs edilməsi, əziyyət və işgəncə olunmasının, qətlə yetirilməsinin azalmasıdır. Çünki, sonraki hökumət başmıları onları keçmişdəkilərə nisbətən işgəncə verib öldürə bilmədilər. Axırda onlar çox çalışaraq bir-birinin ardınca minlərcə xilafət muzdurları tərəfindən uydurulmuş hədislərin içindən düzgün və səhih hədisləri seçərək müsəlmanlara çatdırırdılar.
    Ömər ibn Əbdul Əzizin hakimiyyətə gəlməsi, hədis nəqlinə qoyulmuş 100 illik qadağanı aradan apardı. Bu zamandan başlayaraq (2-ci əsrin əvvəlləri) rəsmi İslam itaətçilərinə hökumət tərəfindən Peyğəmbər (s)-in hədislərini yazmaq tapşırıldı. Nəticədə, Peyğəmbər və səhabələrin həyatı barədə və hədislər barədə onlarla kitablar toplanıb yazıldı. Bu kitablar içində olan minlərlə hədis təkcə İslam məktəbinin həqiqi şagirdləri tərəfindən Peyğəmbər (s)-dən nəql olunmuşdur. Lakin, həmin hədislər özü də bir neçə nəfər satılmış üzdən iraq alimləri narahat edirdi. Həqiqi hədislərlə mübarizə aparmaq üçün onlar iki yolu seçdilər:
    1) Hədis və Rical elmində belə bir qanun çıxardılar ki,hər hədisin ravisi şiə və həzrət Əli (ə)-ın tərəfdarlarından olsa o hədis etibarsız və zəif sayılar.(- Tusi_”həmin kitab” səh-76-87 )
    2) Hədislərdən elə bir məcmuə tərtib etdilər ki, imkan daxilində doğru hədislər və xəlifələrin mənafeyinə toxunan hədislər orada olmasın.
    Bu yolla yazılmış hədis kitabları "Səhih” adlandırıldı. Bu kitabların sayı altıya çatdı. Onların arasında "Səhihi Buxari” başqalarına nisbətən çox etibarlı sayılırdı. Çünki, Buxari hamıdan çox yuxarıdakı iki qaydaya çox diqqət edirdi. Hətta, xəvaricdən – İmran ibn Həttan kimi – hədis nəql etmişdi. Lakin, İmam Sadiq (ə)-dan bir dənə də olsun hədis rəvayət etməmişdir. O, xəlifələrin pis əməllərini bəyan edən hədisləri yarımçıq və parça-parça nəql etmiş, bu səbəbə görə də rəsmiyyətdə tanınmış olan İslam yolunu gedənlər onun kitabını Qurandan sonra ən düzgün kitab kimi saymışlar.
    Bu əsasla, tarix kitabları arasında Təbərinin tarixi bütün tarixi kitablardan ən mötəbərlisi sayılır. Baxmayaraq ki, o da Buxarinin getdiyi yolla getmişdir. O cümlədən rəsmi İslamın hökumət başçılarına və səhabələrə olan hər növ hörmətsizliyi açıqlayan hədisləri nəql etməmişdir. Həmçinin, bu kimi hədislər qarşısında olan zalim hökumət başçılarının mənafeyinə olan, onların əməllərini başqa cür yozan və məna edən uydurma və qondarma hədisləri öz kitabında zikr etmişdir. Buna görə də, Təbəri dinsiz və İslam düşmənlərinin uydurduqları yüzlərlə düzəlmə hədisləri zikr etmişdir. Nəticədə Peyğəmbər (s) əsrinin və ilk xəlifələrin tarixi hadisələri təhrif olunaraq yazılmışdır.(- Ayi؛ə,Əbu Hureyrə,Ənəs ibn Malik və Əbdullah ibn ضmər, Abdullah ibn Əmr Ass, Muğeyrət ibn ھِbə, Əmr Ass, Sumərət ibn Condəb kimi ؛əxslər. Məlumat üçün muraciət edin: )Xəlifələrin və səhabələrin mənafelərini müdafiə etdiyi üçün elə bir şöhrətə və məqama yetişmişdir ki, onu "İmamul muərrixin”, "Tarix yazanların başçısı” adı ilə çağırırdılar. Təbəridən sonra İbn Əsir, İbn Kəsir və İbn Xəldun kimi tarixçilər ancaq səhabələrin həyatını onun tarix kitabından sitat gətirmişlər.(* Seyyid Murtəza Əsgəri –"Ummul mğminin Ayi؛ənin hədisləri” və "Min tarixul hədis” kitabları )
    Rəsmi İslamın davamçıları dördüncü əsrdən sonra dövlətə bağlı olan alimlərin ardınca yuxarıdakı altı kitabı nəşr etmışlər. Tarix yazanlar arasında da ancaq Təbəri və ardıcılları mötəbər sayılmışlar. Alimlərin topladığı yüzlərlə hədis, təfsir və tarix kitabı kənara qoyuldu. Bu minvalla Peyğəmbər (s)-in gətirdiyi həqiqi İslam haqqında olunan bəhs və təhqiqat qapılarını öz üzərinə bağladılar.
    Neçə nəsil sonra, yəni dördüncü əsrdən ta bu günə qədər onlardan sonra gələnlər də onların yolunu davam etdirmişlər. Bu günlərdə əhli-beyt məktəbinin davamçılarıından başqa, qalan bütün məzhəblərin nümayəndələri İslamı elə xəlifələrin muzdurlarının tanıtdırdığı, dövlətə sərfəli olan İslam kimi qəbul edirlər. Buna görə də, hazırki zamanəmizdə həqiqi İslamı tanımağa aparan yolda saxta hədislər ən böyük maneədir. Bu saxta hədislər maarif, əhkam və hətta Peyğəmbər (s)-in həyatı və tarixinə də sirayət etmişdir. Buna görə də, çox mühümdür ki, İslam dünyasının alimləri bu haqda təhqiqat və axtarış apararaq həqiqi İslamı ki ancaq Peyğəmbər (s)-in ailəsində tapmaq olar, saxta İslamdam ayırsınlar. Bu böyük işə hər yerdə, o cümlədən İraqda, Misirdə, Suriyada, Livanda və həmçinin İranda böuyük ehtiyac vardır.
    Mən, bu məsələni yuxarıda adı gedən ölkələrin alimləri ilə meydana qoyub muzakirə etmişəm. Arzu edirəm ki, Peyğəmbər (s)-in həqiqi dininin qoruyucuları olan bizim elmi hövzələrimiz bu məsələyə daha çox diqqət etsinlər. Bu barədə Qum elmiyyə hövzəsidən birinci əlimə çatan iş: Ayətullah Məhəmməd Sadiq Nəcminin əsəri olan "Buxari və Müslümün səhihlərinə bir baxış” kitabıdır. Bu kitab neçə səbəbə görə məni sevindurdi. Onun müəllifinə təşəkkür edirəm. Çünki;
    1.- Kitabın möhtərəm müəllifi hədis kitabları haqqında lazımı qədər təhqiqlər aparmışdır.
    2.- Hədis kitablarının arasından əhli sünnə arasında səhih sayılan Buxarinin və Müslümün səhihlərini bəhs mövzusuna çevirmişdir.
    3.- Kitabı diqqətlə oxuduqdan sonra gördüm ki, müəllif kitabın bəhsləri haqqında olan ədəb-ərkana tamamilə rəayət etmişdir.
    4.- Bu kitabda olan bütün mətləblərini bu mövzu ilə maraqlanan fars silli xalqların başa düşdüyü səviyyədə, sadə və aydın dillə yazmışdır.
    5.- Müəllifin Qum elmiyyə hövzəsinin alimlərindən olmağına və sünni məzhəb qardaşlardan uzaq yaşamasına baxmayaraq bu məsələyə doğru və düzgün diqqət yetirmişdir.
    Ümüdvarıq ki, alimlər bu kitabın qədrini bilsinlər və onu diqqətlə oxusunlar. Ta bəzi məsələlər onlar üçün aydınlaşsın.
    ********
    Mütəal Allahın dərgahından istəyirəm ki, Qum elmiyyə hövzəsini İmam Zamanın zühuruna kimi qoruyub saxlasın. Üzümüzə gələn hər əsrdə İslam dünyasına bəhs və təhqiq əhli olan alimlər bəxş eləsin.
    Ayətullah Seyyid Murtəza Əsgəri
    11/ 02/ 92-ci hicri ili.
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 1172 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024