İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:48 AM
    HƏDİSLƏR BARƏDƏ
    - Hədis nədir?

         Hədis, lüğətdə «yeni bir şey, tam bir kəlam və danışıq» deməkdir. ولاقومك حديثوا عهد بالاسلام (حديث نبوي). ان لم يؤمنوا بهذاالحديث اسفا ً Kəhf surəsi ayə-6) Hədis alimləri arasında isə, hədis, yəni məsumun sözləri, əməlləri və təqriri (Təqrir-bir əməl qarşısında razılıq əlaməti olaraq susmaq deməkdir.) mənasınadır. Başqa məzhəblərin nəzərində hədis yalnız və yalnız Peyqəmbər (s)-in sözləri, əməlləri və təqriri mənasınadır. Şiə məzhəbində isə bu tərif, Peyğəmbər (s) və onun pak əhli beytinə də şamil olunur. 
         Sünni alimlərindən olan İbn Həcər deyir: – İslam dininin ilk illərində Qurani-Kərimə «qədim» söylənildiyinə görə, Peyqəmbər (s)-a bağlı olan kəlamlara «hədis» deyilirdi. Bu xüsusi məna, bugünə qədər müsəlmanlar arasında işlənməkdədir. (Fəthul barinin müqəddiməsi c-1)
         Hədisin mətni məsumun (Peyğəmbər (s) və onun itrətinin) sözlərindən, əməllərindən və onun təqririndən ibarətdir. 
         Peyğəmbər (s) zamanından başlayaraq hədis yazanların Peyğəmbər (s)-dən eşitdikləri və gördükləri hədisləri sinədən-sinəyə, nəsildən-nəsilə zəncirvari surətdə bir-birinə ötürərək ta bizim əsrimizə kimi gətirib çıxarmaları hədisin sənədi adlanır. (Hədis elmində bu zəncirvari ardıcıllığa «Rical» deyilir.)
         
    Sünnə nədir?

          Sünnə, lüğətdə camaatın itaət etdikləri yola və təriqətə deyilir. Istilahda isə, Peyğəmbər (s)-in hökümləri və buyurduqları kəlamlara deyilir. Müsəlmanlar arasında ibadət və başqa məsələlərdə Peyğəmbər (s)-in gətirdiyi qanun kimi qəbul edilmişdir. (Hədis elmində bu zəncirvari ardıcıllığa «Rical» deyilir.) Hədislə sünnə arasında olan oxşarlığa əsasən, hədisə də sünnə deyilmişdir.
         
    «QURAN BAXIMINDAN HƏDİSİN ƏHƏMİYYƏTİ»

         İslam qanunlarının və hökmlərinin əsasını Quran və sünnə təşkil edir. (İmamiyyə məzhəbində əhli beytin hədisi, icma, ağıl və s. hökmün sənədi) Hədis və Quran arasında müsəlmanların hədisə olan ehtiyacı daha çoxdur. Qurani-Kərimdə əhkam və qanunlara dəlalət edən beş yüzə yaxın ayə var. Hədis və sünnənin köməyi olmadan bu ayələrin tam və dərin mənasını başa düşmək qeyri mümkündür. Çünki; 
         a) İslam dininin əhkam və qanunları çoxdur. Bu ayələr öz-özlüyündə hökümləri tamm və dolğun şəkildə bizə çatdırmır; 
         b) Bu ayələrin izahı hədis və sünnə vasitəsi ilə mümkündür.
         Buna görə də, şiəliyindən və sünnilüyündən aslı olmayaraq bütün İslam alimləri bu məsələdə həmfikirdirlər ki, sənədi səhih və məsumdan nəql olunan hədis bütün müsəlmanlara höccətdir. (Höccət – tam, dolğun, düzgün və aydın şəkildə gətirilmiş dəlil.) Məsələn: Müsəlmanların Qurani-Kərimin ayələrinə əməl etməsinin vacib olması kimi.
         Qurani-Kərim özü də, ayələrinin əsnasında müsəlmanlara peyğəmbər (s)-in buyurduğu hədislərə ciddi yanaşmağı tövsiyə etmişdir.
         Quranda bu barədə belə buyurulur : 
         
    وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

         «Peyğəmbərin (s) gətirdiyi və buyurduğuna əməl edin və çəkindirdiyi şeylərdən isə çəkinin». (Həşr surəsi ayə 7)
         Quran, müsəlmanlara peyğəmbər (s)-ə itaət etməyi, Allaha itaət etməklə bir sirada qərar vermiş və onun vacib olduğunu bildirmişdir:
         
    وَأَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ

         «Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir)». (Maidə surəsi 92)
         Həmçinin Peyğəmbər (s)-ə olunan itaəti elə Allaha olunan itaət sayır : 
         
    مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ

         «Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur». (Maidə surəsi 92)
         O cümlədən Peyğəmbər (s)-in əmrləri və verdiyi hökümlərin qarşısında müsəlmanların özbaşına qərar çıxarıb hökm vermək hüququnu onlardan alır:
         
    فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْفِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا

         «(Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyin hökümlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar». (Nisa surəsi ayə 65) və onun əmrlərinə tabe və təslim olmağı imanın nişanələrindən biri saymış, müxalifət və üsyan etməyi isə zəlalət və bədbəxtlik olduğunu bildirmişdir:
         
    وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُه أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ُفَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا

         «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!» (Əhzab surəsi ayə 36)
         Zikr olunan ayələr Peyğəmbər (s)-ə itaətin müsəlmanlara vacibliyini bildirən ayələrdir. Quran müxtəlif ibarətlərlə bu məsələyə təkid edərək Peyğəmbər (s)-ə itaətin tam şəkildə olmasını çatdırır. Çünki, Peyğəmbər (s)-in sözlərinə və onun göstərişlərinə əməl etmək , onun sünnəsinə rəayət etmək deməkdir.
         
    «SÜNNƏNİN ƏHƏMİYYƏTİ BARƏDƏ PEYĞƏMBƏR (s)-in NƏZƏRİ»

         Hədis və rəvayətlərin əhəmiyyəti barədə Peyğəmbər (s)-dan və əhli-beyt (ə)-dan çoxlu hədislər qeyd olunmuşdur. Bu rəvayətlər, müxtəlif cəhətlərə əsasən sünnənin əhəmiyyətli olmasını, onu əzbərləməyə, yazmağa və başqalarına çatdırmağa çox təkid etmişdir. (Bu barədə aşağıdakı kitablara müraciət edə bilərsiniz: Usule Kafi c-1; Rəvayətul kutub vəl hədis və fəzlul kitabə; Vəsailuş-Şiə c-18;)
         Həzrət Peyğəmbər (s) «Vida» həccinin xütbəsində belə buyurdu: - «Camaat! Mən sizin səadət və xoşbəxtliyinizi təmin edən bütün halal işləri sizə tanıtdım və sizin bədbəxtliyinizə səbəb olan haram şeylərdən çəkindirdim və bu hökümlərdə dəyişikliklər olmayacaqdir:
    مَعَاشرالناس وَكُلٌ حَلال دَلَلتکم عَلَيه آوْ حَرَام نَهَيْتُكُمْ عَنْه فَاِنّي لمْ أرْجعْ عَنْ ذَلكوَلَمْ أبْدلٍ

          (Ehticace Təbərsi c-1,s-81)
         Rəsuli Əkrəm (s) müxtəlif yerlərdə bir qrup şəxslərə hədis əzbərləməyə tövsiyə etmiş və dua edərək həvəsləndirmişdir: 
         
    نَصَرَالله عَبدا سَمِعَ مَقَالَتِی فَوَعاها

         «Allah bizim söylədiyimizi, eşidərək onu hifz edən bəndəni öz lütfü və rəhmətində saxlasın». (Sünən ibn Macə müqəddiməsi və 2-ci cildi; Kitabul mənasikue sunəni Termizi, kitabul elm.)
         bəzən həmin kəlmələrlə hədis söyləyənlə üçün dua etmişdir :
         
    نَصَرَالله عَبدا سَمِعَ مَقَالَتِی فَبَلَغَهَا

          «Allah bizim hədislərimizi, eşidərək onu başqaları üçün söyləyən bəndəni öz lütfü və rəhmətində saxlasın». (Sünən ibn Macə müqəddiməsi və 2-ci cildi; Kitabul mənasikue sunəni Termizi, kitabul elm.)
         
    «فَليَبلُغَ الشٌَاهِدالغَائب»
    – «Hazırda yanımda olub eşidənlər, burada olmayanlara çatdırsınlar». Bu cümlə, Peyğəmbər (s)-in sözlərində çox işlənmişdir. O cümlədən həzrət (s) axırıncı xütbələrində və söhbətlərində bu cümləni buyurmuşdur. 
         Bu cümlələr, hədisin və sünnənin nəqədər də əhəmiyyətli və mühüm olmasını aydınlaşdırır. Peyğəmbər (s)-in halal və haramın, dini əhkamların ümmətinə çatdırmaqla başqa müsəlmanlara da çatdırılmasının hər kəsin vəzifəsi olduğunu bildirmişdir. Hədisləri eşidərək başqalarına söyləyənləri «özünün ardıcılları» (Mən la yəhzuruhul fəqih kitabı «Ənnəvadir» babı; Səhihi Buxari c-1, Liyəbluğəl elmul şəhid babı) kimi tanıtdırmışdır.
         
    «QURAN VƏ SÜNNƏNİN FƏRQİ»

         Quran və sünnə hər ikisi vəhy və ilham mənbəyi, bir nurun şuası olduqları üçün onlar arasında fərq və üstünlük yoxdur. Lakin, Quranın sünnə ilə fərqini belə xülasə etmək olar:
         a) Quran təhəddi (Təhəddi: - Öz düşmənlərini mübarizəyə çağırmaq. Nümunə üçün Quran kafirlərə Bəqərə surəsinin 23-cü ayəsində belə buyurur: «Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gətirin və əgər («bu, bəşər kəlamıdır» sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alimlərinizi bu işdə köməyə) çağırın!») və möcüzə məqamında nazil olmuşdur. Lakin sünnənin belə bir xüsusiyyəti yoxdur.
         b) Quranın müqəddəs kəlimələri həm məna və məfhum baxımından həm də kəlimə və sözlər baxımından bir başa Allaha məxsusdur. Lakın, sünnədə olan hədislərin mə`na və məfhumu Allahın, kəlam və sözləri isə peyğəmbər (s)-indir.
         c) Quranın hər bir ayəsinin Allah tərəfindən nazil olmasına heç bir şübhə yoxdur. Ancaq, Peyğəmbər (s) – dan söylənilən bə`zi hədislər isə qəti deyil, bəlkə şübhəlidir. 
         d) Quran, əhkam və qanunları tam şəkildə bəyan etmişdir. Amma sünnədə isə hökümlərin xırdalıqları da açıqlanmışdır. Başqa sözlə söyləsək, Quran özü qanunları bütövlükdə qeyd etmış, amma onların izahını isə Peyğəmbər (s)-ə həvalə etmişdir.
         Quran yuxarıdakı məsələni belə açıqlamışdır: 
         
    وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ

         «Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!» (Nəhl surəsi ayə 44)
         Başqa tərəfdən müsəlmanlara buyurmuşdur ki, Quran ayələri ilə Peyğəmbər (s)-in kəlamları arasında heç bir fərq qoymasınlar. Bu məsələnin də vacib olduğunu qeyd edir: 
         
    وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

         «Peyğəmbər sizə nə verirsə, onu qəbul edin; nəyi qadağan edirsə, ondan əl çəkin». (Həşr surəsi ayə 7) 
          Çünki, Peyğəmbər (s) özündən heç bir söz demir və buyurduğu hər bir şey Allahın əmri ilədir :
         
    وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

          «O, keyfi istəyəni (boş yerə) danışmır. Söylədikləri, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir». (Nəcm surəsi ayə 3-4)
          Sünnədə, Qurani-Kərimin ayələri açıqlanır və izah olunur. Mütləq ayələri qeydlərlə, ümumi ayələr isə hədislər vasitəsi ilə izah olunur. Hədislərin və sünnənin xülasəsi Quranın açıq şəkildə buyurduqlarını müəyyənləşdirir. Məsələn: Quranda namazın vacib olma hökmü nazil olmuşdur. Lakin, onun rukunları, rükətlərinin sayı açıqlanmayıbdır. Peyğəmbər (s) namaz qılmağı ilə bunların hamısını camaata öyrətmişdir. (Səhihi Buxari c-1, Kitabus-salat babul əzan lilmusafir iza kanu cəmaətən صَلُّواكَمَارَأيْتُمُونِي أصَلِّي) Başqa bir misal; Həccin hökmü, Qurani Kərimdə ümumi surətdə gəlmişdir. Lakin, bu ayələrin bir neçəsindən başqa qalan ayələrdə incəliklər qeyd olunmamışdır. Peyğəmbər (s) aşağıdakı kəlamı ilə mühüm əməlləri camaata öyrətmişdir və belə buyurmuşdur:
         
    خُذُواعَنِّي مَناسِكَكُمْ

         «Həccin əməllərini məndən öyrənin» (Səhihi Muslim - Kitabul həcc)
         Həmçinin irsin hökümlərinin bir hissəsi yəni, onun başlıca qanunları Quranda gəlmişdir. Lakin, təfərruatı isə, məsələn «qatilin irsdən məhrum olması» (Sunəni Termizi – Kitabul Fəraizdə «لا يَرِثُ الْقَاتِل») sünnədə bəyan olunmuşdur.
         Beləliklə zəkat, cihad və yüzlərlə başqa hökümlərin hamısı sünnənin vasitəsi ilə bizlərə çatmışdır.
         
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 940 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024