İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:46 AM
    «ÜÇÜNCÜ VƏ DÖRDÜNCÜ FƏRMAN»

         Mədaini yenə də deyir:
         - «Bir müddət də keçdi. Əbu Süfyan oğlu Müaviyənin xidmətində olanların və ona itaət edənlərin, səhabələr və iki xəlifə barədə uydurduqları saxta hədislərini yazdıqdan sonra, Müaviyə bu məzmunda üçüncü və dördüncü fərmanı çıxartdı:
          - «Diqqətli olun ki, hər bir kəs Əli (ə)-ın və onun övladlarının dostu adı ilə ittiham olunsa və bu ittihama kiçik bir sübut tapılsa, onun adını hədiyyə dəftərindən silin və payını beytul maldan kəsin!»
          Bu fərmannin ardınca yeni bir fərmanı bu məzmunda göndərdi:
          «Hər bir kəs, Əli (ə)-ın övladlarının dostu adı ilə ittiham olunsa ona təzyiq göstərin və evini altüst edin ki başqaları üçün ibrət dərsi olsun».
         Mədaini deyir:
         - «İraq əhli, məxsusən Kufəlilər bu hadisədən və müsibətdən böyük bir müsibət görmədilər. Çünki, Əli (ə)-ın şiələri bu fərmanın təsiri və hakimlərin əziyyəti nəticəsində çox dəhşətli qorxu şəraitində yaşayırdılar. Beləki, bəzən iki nəfər dost Əli (ə)-ın şiələrindən bir-birilərinin evlərinə gedərdilər. Ev sahibi qulamının və xidmətçisinin qorxusundan onlara and verib əhd peyman bağlamazdan əvvəl qonağına bir söz açıqlaya bilmirdi. O da, başqalarına deməmək şərti ilə olurdu. 
          Beləliklə, Əli (ə) və onun övladları barədə uydurma hədislər tapıldı. Hədis söyləyənlər, qazilər və hakimlər həmin uydurma hədislərdən itaət edirdilər. Riyakar, camaatın ən pisi, əqidəsi zəif olan, zahirdə imanlı və ibadət əhli olan, hakimliyə yaxınlaşmaq, dünya malına və sərvətinə nail olmaq istəyənlər uydurma hədislər düzəldirdilər. Zaman keçdikcə bu yalan və böhtanlarla dolu olan uydurma xəbərlər mutədəyyin və təqvalı şəxslərın əlinə keçdi. Lakin, bir qurup insanlar əqidələrinin yaxşı olması və sadəlikdən həmin uydurmaları qəbul etmiş və başqalarına da söyləmişlər. Əgər o hədislərin batil və uydurma olduğuna diqqət etsəydilər onu söyləməkdən çəkinərdilər». (Nəhcul bəlağənin şərhi – İbn Əbil Hədid c-11, s-44-46)
         
    «ƏMƏVİ XƏLİFƏLƏRİ ZAMANINDA HƏDİSİN VƏZİYYƏTİ»

          Mədaini Müaviyənin dövründə hədislərin vəziyyətini nəql etdikdən sonra, 21 il Əbdul Məlik ibn Mərvanın səltənəti və xilafəti dövründə hədislərin aqibətini, şiələrin əzab - əziyyət çəkmələrini Müaviyənin zamanında heç də az olmadığını geniş şəkildə bəyan etmişdir. O cümlədən Mərvan və onun qan içən və şiələrə zülm edən, vilayət başçısı təyin etdiyi Həccac ibn Yusifin etdikləri günahların və cinayətlərin bir qismini qeyd edərək belə deyir:
          «Həccacın məclisinə bir kişi daxil oldu və dedi:
          - Əmir! Mənim atam və anam mənə haqsızlıq ediblər. Çünki, mənim adımı «Əli» qoyublar. Mən də hələ ki fəqirəm və əmirin hədiyyəsinə möhtacam .
          Həccac onunla xoş davrandı və dedi:
          - Sənin bu gözəl sözlərinə görə filan şəhərə başçılıq etməyi sənə həvalə edərək o şəhəri sənə bağışladım». (Nəhcul bəlağənin şərhi – İbn Əbil Hədid c-11, s-44-46)
         
    «HƏDİS YAZMAQDA İLK ADDIM»

          Peyğəmbər (s)-dan sonra hədisin necə yazılması barədə bəhs edildi. Əyyaşlıq və xoşgüzaranlıqla məşğul olan Əməvi xəlifələri dövründə hədisin mövzusu, başqa ibarətlə söyləsək mənəviyyat tədricən yaddaşlardan silinirdi. «Din»-dən yalnız onun quru adı və rəsmi olaraq Qurandan başqa bir şey qalmamışdı. Alimlər və hədisçilər də ictimai mühütün təsiri altına düşərək xulafayi raşidinin (Əbu Bəkr, Ömər ibn Xəttab, Osman ibn Əffan və Əli ibn Əbu Talib (ə).) əməllərini özlərinə hədəf və meyar bilirdilər. Bir başa hədis yazmağı zehnlərdən çıxarmış və onu batil bir iş bilirdilər. O cümlədən Ömər ibn Əbdul Əzizin xilafətinə qədər (hicri-qəməri tarixi ilə 99-101-ci illər) hədis yazmağın önünə qırmızı bir xətt çəkmişlər. 
          Ömər ibn Əbdul Əziz öz qısa xilafəti zamanı müsbət və faydalı addımlar atmağa başladı. Bu addımlardan biri də özündən əvvəlki xəlifələrin hədis yazılışını qadağan etmək siyasətinin üzərindən xətt çəkməklə ləğv etməsi və hədis yazılışının başlanmasına bir təkan idi.
          Buxari nəql edir ki, Ömər ibn Əbdul Əziz, onun tərəfindən Mədinədə qaziliyə və hakimliyə təyin olunmuş Əbu Bəkr ibn Həzm-ə rəsmi şəkildə hədis yazılmasını əmr etdi. Bununla da həmin məktubda, köhnəlmiş və aradan getmiş hədislər üçün öz nigaranlığını bildirdi. (Səhihi Buxari c-1. «Kəyfə yəqbizul elm» babı)
         
    «ÖMƏR İBN ƏBDUL ƏZİZİN XİLAFƏTİ DÖVRÜNDƏ HƏDİSİN ƏMƏLİ SURƏTDƏ YAZILMASI»

          Əhli sünnə alimlərinin bir çoxu Ömər ibn Əbdul Əzizin məktubunu nəql etmış və onu hədisin yazılma tarixi kimi tanıtdırmışlar. Hicrətin birinci yüz illiyinin axır illərində və yaxud hicrətin ikinci yüz illiyinin əvvəllərini hədis yazılışının çiçəklənən illəri kimi adlandırmışlar. (İbn Həcər «Fəthul Barı» c-1, s-204; Əsqəlani «İrşadus-sari» c-1, s-7; Cəlaluddin Suyuti «Tədribul ravı» s-40;)
          Mərhum Əllamə Seyyid Həsən Sədr (vəfatı-1354-cü hicri-qəməri tarixi) bu nəzəri tarixi dəlillərlə rədd edərək belə deyir: - «Hədis yazmağa başlayan ilk şəxs Malik olmuşdur. O, «Muvəttə» kitabını Mənsur Dəvaniqinin (hicri-qəməri tarixi ilə 136-158-ci illər) əmri ilə, onun xilafəti zamanı yazmağa başlamışdir».
          Mərhum Əllamə Sədr öz nəzəriyyəsini isbat edərək belə deyir:
         1. - Ömər ibn Əbdul Əzizin xilafəti iki il beş ay çox çəkdi; 
         2. - Bu əmrin, onun xilafətinin əvvəllərində ya axırlarında icra olunması barədə olan tarix məlum deyildir; 
         3. - Heç bir tarixdə Əbu Bəkr ibn Həzm kimi xəlifənin əmrlərinə etiraz edən bir şəxs görünməyib. O cümlədən İbn Həzmin adına olan bir kitab və ya əsər hələ tapılmayıb. İbn Həzmə hədisin yazılmasnı istinad verənlər və bu nəzəriyyənin tərəfdarları ehtimal və şübhələrə çox əsaslanmışlar;
         4. - Əgər bu əmr, İbn Həzmin zamanında yerinə yetirilsəydi və hədisin o zamanda yazılışı isbat olsaydı, nəyə görə onda bəzi tanınmış tarixçilər tərəfindən hədisin yazılışı hicrətin ikinci yüz illiyinin axırlarına təsadüf etdiyini nəql edirlər?. O cümlədən Hafiz Zəhəbi ki, onun işində ustalığı və doğruçuluğu hamıya çox məlumdur, açıq aşkar belə deyir: - «Sunən» və bu kimi kitablar, ilk dəfə Əməvilərin xilafətindən və Əbbasilərin hakimiyyətə gəlişindən sonra yazılmağa başladı.
          Heç bir tarixçilər Syutinin və İbn Həcərin nəzərini qəbul etmirlər». (Təsisuş-şiə s-278-279) 
          Biz də mərhum Sədrin nəzəriyyəsinin təsdiqində deyirik ki: - İbn Həcərin özü birinci müəllif barədə müxtəlif nəzəriyyələr vermişdir. Bir yerdə belə deyir: – «Hədis yazmağa başlayan ilk şəxs, Rəbi ibn Səbih idi. (Hədyus-sari c-1, s-4 (İbn Həcər Əskəlaninin «Fəthul bari» kitabına olan müqəddiməsi)) Başqa bir yerdə isə; Əvvəlinci müəllif Şəhab Zohəridir ki, birinci əsrin sonunda Ömər ibn Əbdul Əzizin əmri ilə bu işi gördü». (Fəthul Bari c-1,s-218) Başqa bir yerdə isə belə deyir: - «Birinci müəllif və hədis yazan, İbn Həzmdir». (Fəthul Bari c-1,s-204)
          Fərid Vəcdi də hədisin birinci müəllifini, Maliki olduğunu bildirmişdir: – «Hədis barədə əvvəlinci müəllif Malikdir. O, «Muvəttə» kitabını təlif etdi və bəziləri dedilər ki, İbn Cəriğ (vəfatı-150-ci hicri-qəməri tarixi) ilk hədis müəllifidir». (Dayiratul məarif)
          Katib Çələbi deyir: - «İslamda ilk təlif olan kitab ibn Cəriğin kitabıdır». Sonra deyir: - «Malikin «Muvəttə» kitabının birinci yazıldığı söylənilmişdir. O cümlədən deyilmişdir ki; hədis kitabı yazmağa başlayan ilk şəxs, Rəbi` ibn Səbih idi». (Kəşfuz-zunun c-1 «Elmul hədis» babı)
          Hafiz Zəhəbi hicri-qəməri tarixi ilə 143-cü ilin hadisələrindən belə nəql edir: – «Bu ildə alimlər Məkkə və Mədinə şəhərlərində hədis yazmağa başladılar». (Derasətun fil Kafi vəl Buxari –dən nəql olunub s-21)
          Doktor Əhməd Əmin, Ömər ibn Əbdul Əzizin əmri barəsində olan bəhslərdən sonra belə deyir: – «Bizə məlum olan budur ki, Əbu Bəkr ibn Həzmin adına olan təlif və birinci təlif adlı bir şey bizim əlimizə çatmayıb. O cümlədən keçmişdəki hədisçilərdən heç biri bu kitab barədə heç bir söz deməmişlər. Əgər belə bir kitab olsaydı, hədis yazanlar üçün ən mühüm sənədlərdən biri kimi sayılardı. Belə olduğu halda da, hökmən onlar öz yazılarında belə bir kitaba istinad edər, ondan dəlil kimi istifadə edərdilər».
          İş burasındadır ki, bəzi qərb alimləri, belə xəbərin olmasına şəkk etmışlər. Lakin Əbdul Əzizin əmri və əsl xəbər barədə şəkk və tərdid yoxdur. Ancaq bu əmrin yerinə yetirilməsi məsələsi şübhəli bir məsələdir. Bəlkə də, bu əmrdən sonra dərhal Ömər ibn Əbdul Əzizin vəfatı səbəb oldu ki, Əbu Bəkr ibn Həzm bu əmri yerinə yetirə bilməsin. (Zuhal İslam c-2, s-106-107)
          Əziz oxucu! Gördüyünüz kimi alimlər hədisin yazılması barədə və sünnilər arasında birinci müəllifin kimliyi barədə nəzər ayrılığına malikdirlər. Hədisin Ömər ibn Əbdul Əzizin xilafəti dövründə yazılması barədə heç bir dəlil sübut olunmamışdır. Bu haqqda yazılan mövzu budur ki, Buxarinin nəql etdiyinə əsasən bildiririk ki, Ömər ibn Əbdul Əziz hədis yazılması barədə əmr etmışdir. Lakin bu əmrin tarixi nöqteyi nəzərdən yerinə yetirilməsi isbat olunmamışdır. Bəlkə tarixdə gələn hadisələr və bu hadisələrin adi axarına nəzər salarkən bu məsələnin əksi sübut edilir. 
          Uzun bir müddət, yəni bir əsr və yarım qadağadan sonra hədis yazılışı və deyilişi azadlığa çıxdı və çiçəklənməyə başladı. Dərs hövzələrində hədis yazmaq yavaş-yavaş adi hala çevrildi. Bu iş sonralar xəlifələrin təzyiqi və əmrləri ilə genişləndi. Çünki, müsəlmanlar bir əsr haram bildikləri işin ardınca getmək istəmirdilər. Buna görə də, Muəmmər, o da Zohəridən nəql edir ki:
         «Biz hədis yazmağı günah və səhv bir iş bilirdik. Xəlifələr və hakimlər bizə hədis yazmağı məcbur etdilər». (Təbəqat c-22 s-135. Came bəyanul elm c-1, s-92)

    «ALTI SƏHİH KİTABIN MEYDANA GƏLMƏ TARİXİ»

          Hicri-qəməri tarixi ilə ikinci əsrin ikinci yarısında hədisçilər keçmiş səhvlərini başa düşərək hədis yazmağa başladılar. Bununla hədis elmi birdən birə inkişaf etməyə başladı. Hədis elminin inkişafdan qalma səbəbi isə guya ictimai vəziyyətin qorxulu olması idi. Qısa bir müddət ərzində təqribən bir əsr hicri-qəməri tarixi ilə 150 –ci ildən 250-ci ilə kimi «sihah», «məsanid» və «mustəxrəc» və s. kimi kitablar meydana gəldi. (Kəşşəfuz-zununun sahibi təkcə məsanid barədə 40-dan çox musnədin adlarını zikr etmişdir. Onlar arasında musnəde Əhməd ibn Həmbəl 30000 hədisə malik olmaqla birincə yerdə dururdu.)
          Bu zamanda muəlliflərin hədəfi və səyi hədis toplamaq idi. Hələ hədis səhihə, həsənə, zəifə və məmul-a ayrılmamışdır. (Hədis elminin istilahlarındandır) Kitabların məzmunu və onun sənədləri müxtəlif hədislərlərdən ibarət olan, səhihdən və qeyri səhihdən təşkil olunurdu. Hicrətin 256-cı ilində Buxariyə və başqa sihah sahiblərinə bu hədislərin məzmunu və sənədləri gəlib çatdı.
          İbn Həcər deyir: – «Buxari eləki bu kitabları və məsanid kitabını gördü, bir müddət onları araşdırdıqdan sonra bu nəticəyə gəldi ki, doğru və yalnış hədislər bir birilərinə qarışmışlar və bir birilərinin kənarında yerləşmilər. Onların doğrusunu yalnışından seçmək hər kəsə müyəssər olmadığı üçün, doğru hədisləri minlərlə qarışıq hədislərin arasından çıxararaq bir kitabda cəm etdi ki heç kimə şəkk və tərdid yeri qalmasın». (Hədyus-sari c-1 s-4)
          Buxaridən sonra onun şagirdi Müslüm ibn Həccac Quşeyri Nişapuri (hicri-qəməri tarixi ilə 261-ci il) öz «Səhih» adlı kitabını «Əl-Cameus-Səhih» adı ilə təlif etdi. Onun ardınca Müslüm Muhəmməd ibn Yəzid ibn Macə Qəzvini (hicri-qəməri tarixi ilə 273-cü il) öz «Sünən» adlı kitabını yazaraq tamamladı.
          Əbu Davud Səcistani Suleyman ibn Davud (hicri-qəməri tarixi ilə 275-ci il) və onun ardınca Termizi Muhəmməd ibn İsa ibn Surə (hicri-qəməri tarixi ilə 279-cu il) öz «Came» adlı kitabını Camei Termizi adı ilə tanıtdı. Termizidən sonra Əhməd ibn Şueyb Nəsai (hicri-qəməri tarixi ilə 303-cü il) öz məruf «Sunəni Nəsai» adlı kitabını (Hədyus-sari c-1 s-4) təlif etdi.
          Bu altı kitab, sünni məzhəbinin birinci «Came»-kitablarını təşkil edir. Bu kitablar onların əqaiddə, firuiddində, təfsirdə və İslam tarixi kimi mövzularda etimad etdikləri kitablar sayılır. Bu altı kitab, «Sihahi sittə» yəni altı səhih kitab adı ilə tanınmış və bəzən səhihi Buxari və səhihi Müslümdən «Səhiheyn» yəni iki səhih kitab, başqa dörd kitablar isə «Sunən» adı ilə tanındı. (Bəzən Muvəttəi Maliki sunən və sihahın siralarında sayırlar.)
          Bu kitablardan sonra yüzlərlə musnəd, mustədrək, mustəxrəc və s. adlı kitablar yazıldı. Lakin bunların heç biri sihah kitablarının səviyyəsinə çatmamışdır.
         
    «SİHAH VƏ MƏSANİD KİTABLARI ARASINDA OLAN FƏRQLƏR»

          Hədisçilərin istilahı dilində, «səhih» o hədisə deyilir ki, onun sənədi adil və təqvalı şəxslər vasitəsilə, Peyğəmbər (s)-ə ya da məsum imam (ə) – lardan birinə çatsın. (Bu tərif barədə hər iki məzhəbin (şiə və sünni) kitablarında dərc edilmişdir.)
          Bu altı kitab, öz məzmunu və bütün hədisləri, sənəd və ravi, həmçinin mətn cəhətindən səhih sayıldığına görə onu «sihah» yəni «səhihlər» adlandırmışlar. Mümkündür bir hədis səhih sahiblərinin birinin nəzərində düzgün, lakin başqalarının nəzərində isə düzgün sayılmasın. Amma, sihah müəlliflərinin nəzərində, bu kitablarda yazılanlar və nəql olunanlar hamısı düzgün və mötəbər şəxslər tərəfindən nəql olunmuşdur. Lakin məsanid və başqa kitabların məzmunları belə deyildir. Onların müəllifləri bu hədislərin hamısının səhih və düzgün olmasına inanmırlar. Bu hədisləri yazanların əsas və ümdə hədəfləri doğru və yalnışlığına baxmayaraq onları toplamaq olmuşdur. Hətta Əhməd ibn Həmbəl öz musnəd adlı kitabında 4000-ə yaxın hədis qeyd etmışdir ki onların hamısının doğru və düzgün sayır.
         
    «BU KİTABI YAZMAQDA MƏQSƏDİMİZ»

         Biz, hədisin meydana gəlməsi və onun xüsusiyyətlərini xülasə şəkildə açıqladıq. Peyğəmbər (s)-in vəfatından sonra hədislərin Ömər ibn Əbdul Əzizin xilafətinə kimi necə nəql olunub yazılması barədə möhkəm dəlillərə əsaslanaraq, əziz oxucunun nəzərinə qısa şəkildə çatdırdıq. Bəhs olunan mövzularda iki əsas və mühüm nöqtə diqqəti cəlb edir: 
          1. Allah peyğəmbərinin (s) vəfatından bir əsr keçdikdən sonra sünni məzhəbində hədis yazılışının başlanması. 
          Hədis qadağası dövründən yüz illik bir müddət keçdiyinə görə, əllərdə heç bir yazılı əsər və ya sənəd qalmamışdı. Ona görə də bu dövrdə hədis yazmaq istəyənlər, müəlliflər və yazıçılar hədis əzbərləyənlərin yaddaşına və sinədən – sinəyə gəlib o zamana kimi çatmış hədislərə əsaslanmışlar.
          2. Hədis söyləməyin qadağan olunması və Ömər ibn Əbdul Əzizin xilafəti dövrünə qədər uzun müddətin davam etməsi, saxta və uydurma hədis söyləyənlərin çoxalmasına səbəb oldu. Peyğəmbər (s)-dən nəql olunmuş hədislər arasında çoxlu uydurma hədislər vardı. 
          Bu iki nöqtəni nəzərə alaraq sünni məzhəbi sihahi sittəyə, xüsusən «səhiheyn»-ə (Səhihi Buxari və Səhihi Müslümə) çox əhəmiyyət verir və bu kitabları Qurani-Kərimdən sonra yer üzündə ən düzgün və səhih kitab kimi hesab edirlər. Bəlkə də, bu hədisləri Qurani-Kərimin ayələri kimi müqəddəs sayçışlar və bəzən də bir hədisə görə Quranın ayəsinin zahiri mənasını dəyişərək hədisə uyğunlaşdırmaq üçün məna etmişlər. 
          Bu iki kitab, əhli sünnə məzhəbinin əqidələrini və əsaslarını təşkil edir. Bu iki kitabın yazılarını hədislərinə diqqət edib araşdıraraq belə qərara gəldik ki, onun içindəki həqiqətləri hamıya bildirək və görəcəimiz bu işlə hədislərin həqiqi mahiyyəti aşkar olunsun.
          Bəlkə, bu yolla əsrlərdən bəri təəssübkeşlik və korkoranə təqlidlərin ücbatından qaranlıq və zülmətdə qalmış həqiqətlərin çoxu zahir və aşkar olsun.
         
    وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَى مَا أَنْهَاكُمْ عَنْهُ إِنْ أُرِيدُ إِلاَّ الإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلاَّ بِاللّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

         «Mən sizə qadağan etdiyim şeyin əksinə gedərək ona özüm əməl etmək istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (bu işdə) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm!» (Hud surəsi ayə-88)
          Bizim bu kitablarda apardığımız təhqiqat neçə mövzudan ibarətdir: 
         1. Buxari vəMüslümün tərcümeyi halı;
         2. Səhihi Buxari və Səhihi Müslüm sünni məzhəbinin nəzərində;
         3. Elm və təhqiq baxımından Səhihi Buxari və Səhihi Müslüm kitablarına bir baxış;
         4. Səhiheyn (Səhihi Buxari və Səhihi Müslümün) kitablarının sənədləri;
         5. Səhiheyn kitablarının mətni;
         6. Tohid, səhiheyn kitabları baxımından;
         7. Nubuvvət səhiheyn kitabları baxımından;
         8. Xilafət səhiheyn kitabları baxımında;
         9. Səhiheyn kitablarında müxtəlif bəhslər və hədislər;
         Bunlar, nəzərdə tutulmuş mövzulardır ki, Allahın köməyi ilə tədricən əziz oxucularımıza təqdim olunacaq. (Qeyd etmək istəyirik ki kitabın birinci cildində ancaq beş mövzu barədə söhbət olunacaq. Qalan mövzular isə Allahın köməyi ilə kitabımızın ikinci cildində xidmətinizə təqdim olunacaq.)
         
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 757 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024