İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:44 AM
    İKİNCİ HİSSƏ
    «SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM SÜNNİ MƏZHƏBİNİN NƏZƏRİNDƏ»

         
    2. «SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM SÜNNİ MƏZHƏBİNİN NƏZƏRİNDƏ»
         Sihahi sittə (altı səhih kitab)

         Sünni məzhəbinin alimləri bütün hədis və məsanid (Məsanid-yəni sənəd kimi müraciət olunan kitablar) kitablarından altı kitab seçərək, bu kitabları düzgün və səhih saydıqları üçün birinci dərəcəli kitablar bilirlər. Beləki, bu kitabları «sihah» yəni həqiqətlə uyğun olan hədislər adlandırırlar. Bu kitablar, bu məzhəbin əhkam, əqaid, təfsir və İslamın ilk illərinin tarixi barədə olan məsələlərin əsasını və bünövrəsini təşkil edir.
          Bundan öncə işarə olunduğu kimi, bu altı kitabların «səhih» adlandırılması və onların başqa hədis və məsanid kitabları ilə fərqi bundadır ki, bu kitablarda olan hədislər və bütövlükdə bu kitabların məzmunu, onların müəllifləri tərəfindən və başqa əhli sünnə alimləri tərəfindən doğru və həqiqətə uyğun sayılır.
          Onların nəzərincə bu altı kitabların hər birində Peyğəmbərimiz (s) haqda yazılan hər hansı bir hədis həqiqətən onun mübarək dodaqlarından zikr olunmuş və ya əməli surətdə onu təsdiqləmiş və bəyənmişdir. Lakin, başqa hədis kitablarında belə xüsusiyyətlər yoxdur. Onların hədislərində olan mətləblərin və məsələlərin Peyğəmbər (s)-a səhvən və ya yalan olaraq nisbət verilməsi də mümkündür. Hansı ki, o həzrət (s) tərəfindən bu hədislər buyurulmamışdır.
          Məsələ burasındadır ki, Fəzl ibn Ruzbəhan deyir: – «Əgər bir kəs and içə ki, altı kitabda olan hədislərin hamısı səhih və Peyğəmbər (s)-in sözləridir, andı düzgündür və ona kəffarə düşmür». (Ehqaqul həqqi əla sahibil həvzi vəlləva hədisinin zilində)
          Başqa yerdə isə belə buyurur: – «Bizim məzhəbimizin bütün rəhbərlərinin hamısının nəzəri budur ki, altı kitabda olan bütün hədislərin hamısı düzgün və həqiqətə uyğundur». (Həmin mənbə c-2, s-235)
         Başqa bir cəhətdən, «sihah» kitablarının bəziləri (sunəni Termizi) barədə deyilmişdir ki:
         
    مَنْ كَانَ فِي بَيْتِهِ هَذالْكِتَاب كَانَ فِي بَيْتِهِ نَبِي يَتَكَلَّم

         «Bu kitab, hansı evdə olsa, eləbil onun evində Peyğəmbər (s) söz demişdir».
         Sunəni Əbi Davud barədə bəzi mənbələr belə buyurur: 
         
    كِتَابُ الله اَصْلُ الاِيمَان وَسُنَنِ اَبِي دَاوُدعهدالاِسْلام

         «Qurani-Kərim imanın kökü, sunəni Əbu Davud isə İslamın proqramıdır».
          Lakin bu altı kitab arasında səhihi Buxarı və səhihi Müslüm sihahdan və dörd başqa kitablardan daha çox əhəmiyyət kəsb etmişdir. Bu iki kitab əhəmiyyət və dərəcə cəhətindən birinci sayılmış və başqa dörd sihahlar isə əhəmiyyət cəhətindən ikinci dərəcədə yer tutmuşdur.
         
    «SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM KİTABLARININ XÜSUSİYYƏTLƏRİ»

          Hədislrin mövzuların sayı:
          Səhihi Buxari adlanan kitab, doqquz cilddən ibarətdir və yüz kitabdan çoxdur. Onun mövzuları 3450-ə qədərdir. Hədislərinin sayı təkrarla birlikdə 7275 və təkrar olmuş hədisləri nəzərə almasaq 4000-ə qədər hesablanmışdır. (Əttəqribun nəvəvi)
          Şərhləri:
          Əlimizə çatan say, bunu bildirir ki indiyə qədər 59-a kimi (tamamlanmış və natamam) səhihi Buxari kitabına şərhlər yazılmışdır. Onlardan 11 şərhi çap olunmuş, bu günə qədər 28 nəfər ona ünvan* yazmışlar. 15 nəfər isə öz zövqlərinə uyğun onu xülasələşdirmiş, 16 nəfər isə ona müqəddimə yazmışdır.
         Səhihi Müslüm isə, səkkiz cilddə 15 kitaba şamil olub, 1205 mövzudan ibarətdir. Hədislərinin sayı təkrarla birlikdə 7275 və təkrarsız 4000-ə qədər hesablanmışdır. (Nəvəvi Ət-Təqrib-də fəqət hədislərin sayını təkrar olmamaqla ad aparmışdır.)
         
    «SƏHİHEYN KİTABLARI BARƏDƏ YAZIÇILIQ MƏHARƏTİ»

          Sünnilər «Səhiheyn» və bu iki kitabların bütün hədislərinin doğruluğu və həmçinin onların müəllifləri (Buxari və Müslüm) barədə çoxlu təriflər söyləmiş və yazmaqda məharət göstərmişlər. Bəzən, bu yolda ifrata varmışlar. Əlbəttə, bu baxımdan Buxari Müslümə nisbətən çox tərif olunmuşdur.
          Əhli sünnə alimləri bəzən Peyğəmbər (s)-in salamını Buxariyə çatdırmış, bəzən onun kitabı barədə yuxular görmüş və bəzən də bu iki kitaba və onların müəllifləri haqqında kəramətlər söyləmişlər. Beləki, bu iki kitabı tərifləməkdə o yerə gəlib çıxmışlar ki, guya bu iki kitab doğru və Peyğəmbər (s) tərəfindən imza olunmuşdur. Lakin, belə kəramətlər və təriflər nəinki bu iki kitabın mətni ilə hətta, öz müəlliflərinin nöqteyi nəzərindən düzgün deyildir. Bu mövzu barədə geniş şəkildə bəhs edəcəyik.
          Hər şeydən öncə əziz oxucunun belə təriflərdən bir neçəsinə diqqət yetirməsini istəyir, sonra isə bu iki kitab barədə təhqiqə başlayacağıq.
          Katibe Çələbi deyir: - «Hədis elmi barədə saysız hesabsız kiablar yazılmışdır. Lakin, bizim alimlərimizin Qurani-Kərimdən sonra ən səhih kitabın «Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarının olması barədə nəzərləri uzlaşır». (Kəşfuz-zunun bab-Elmul hədis)
          Muhəmməd ibn Yusif Şafei deyir: – «Birinci hədis kitabı «Səhihi Buxari» və ondan sonra isə «Səhihi Müslüm» kitabıdır. Bu iki kitab, Qurani-Kərimdən sonra ən səhih sayılan kitablardır». (Hədyus-sari c-2.)
          Zəhəbi deyir: - «Səhihi Buxari» kitabı İslam aləmində ən böyük, bəlkə Qurandan sonra ən yaxşı kitabdır. (İrşadus-sari c-1, s-28)
          Çələbi «Səhihi Müslüm» kitabı barədə deyir: – «Səhihi Müslüm, doğru və düzgünlüyünə görə kitablar arasında ikinci kitabdır. Qurandan sonra ən səhih sayılan iki kitabdan biridir. Qurandan sonra bu iki kitabdan başqa səhih kitab yoxdur». (Kəşfuz -zunun bab-elmul hədis)
          Əbu Əli Nişapuri deyir: – «Mavi səma altında «Səhihi Müsllüm» kitabından başqa bir səhih kitab yoxdur». (Vəfiyatul əyan c-4, s-208 və Təzkiratul hifaz c-2, s-589)
          Fazil Nəvəvi «Əttəqrib» (Əttəqrib qədim kitablardan biridir ki, usul elmində hədis yazılmışdır. Suyuti ona şərh yazmış və adını Tədribur-ravi qoymuşdur. Bu elmdə seçillmiş kitablardan sayılır.) kitabında deyir: – «Səhihi Buxari və Səhihi Müslüm kitabları Qurani-Kərimdən sonra ən səhih kitablardır. Baxmayaraq ki, bəziləri Səhihi Müslümü birinci sayırlar lakin, Səhihi Buxari kitabı Səhihi Müslüm kitabına nisbətən ən səhih və çox faydalıdır».
          Yenə də Nəvəvi «Səhihi Müslüm» kitabına şərhində belə deyir: – «Qurani-Kərimdən sonra ən səhih kitab «səhiheyn» (Səhihi Buxari və Səhihi Müslüm) kitablarıdır. İslam ümməti də bu iki kitabı qəbul etməklə onun düzgün və səhihliyini təsdiq etmişlər. Bu məsələ barədə bütün alimlərin nəzərləri və fikləri eynidir». (Səhihi Müslümün şərhi c-1, s-15)
          Qəstəlani deyir: – «Bütün İslam ümmətinin bu iki kitabın səhihliyi barədə nəzərləri eynidir və hər ikisinin səhih olduğunu qəbul etmişlər. Lakin, onlardan hansı biri digərindən üstündür? Bu barədə müxtəlif nəzərlər var. Bəziləri «Səhihi Buxari»-yə və bəziləri isə «Səhihi Müslüm» kitabına üstünlük verirlər». (İrşadus-sari c-1, s-19)
          İbn Həcər Məkki deyir: – «Səhihi Buxari və Səhihi Müslüm kitabları din alimlərinin nəzərində Qurandan sonra ən səhih kitabdır». (Səvaiqu nuhərrəqə s-5, «Təthirul cinan» – Səvaiqin haşiyəsində çap olunmuşdur s-14.)
          İmamul Hərəmeyn demişdir: – «Əgər bir şəxs and içsə ki, səhiheynin hədislərinin hamısı həqiqətlə uyğun və Peyğəmbər (s)-in söylədikləridir, onun andı düzdür və kəffarəsi də yoxdur. Çünki, İslam ümmətinin hamısının nəzəri bu iki kitabın səhih olması barədə eynidir». (Şərhi Nəvəvinin müqəddiməsi s-19.)
         
    «HƏLƏ BU AZMIŞ KİMİ....»

          Əhli sünnə alimlərinin Bəziləri bu iki kitabın bütün hədislərinin səhihliyi və onun haqqında və tərif etməkdə bura qədər söylədiklərimizə qənaətlənməmiş və bu mövzuda həddini aşmışlar. Bununla da, bu iki kitabın tərifində ifrata varmış və onun içindəki hədislərin hamısının səhih olmasına və Peyğəmbər (s) tərəfindən imzalanmasını söyləmişlər. Bəzən də «Səhihi Buxari» kitabı üçün yuxu görmüş və onu Peyğəmbər (s)-in öz kitabı kimi tanıtdırmışlar. 
          «Muxtəsəri Xəlil» kitabını şərh edən, Şeyx Muhəmməd ibn Əbdur-Rəhmandan nəql olunmuşdur ki, deyir: – «Mən ustadım Şeyx Əbdur Muta Tunesi ilə birlikdə Həzrət Peyğəmbər (s)-in mübarək hərəminin ziyarətinə getdik. Ustadımın həmışəki adətinin əksinə olaraq bu dəfə ustadım, hərəmin içində bir neçə addım yeridikdən sonra bir an dayandı. Bu minvalla mübarək qəbirə yaxınlaşdı. Qəbirlə üz-üzə durub bir neçə cümlə söylədi. Mən onun məzmununu başa düşmədim. Mubarək qəbiri ziyarət etdikdən sonra bu məsələni (dayanmaq və söhbət etmək) ondan soruşdum. Cavabımda belə dedi: – Mən mübarək hərəmə daxil olub Həzrət Peyğəmbər (s)-i ziyarət etmək istəyərkən, o Həzrətin (s) özündən icazə istədim. Həzrət (s) icazə verdi və mən də daxil oldum. Həzrət (s)-ə yaxınlaşdım və ərz etdim: – Ya Rəsuləllalh! Buxarinin sizdən nəql etdiyi bütün hədislər səhihdirmi? Buyurdu: – Bəli səhihdir! Ərz etdim: – Onun hədislərinin hamısını sizdən nəql edimmi? Buyurdu: – Bəli, mənim dilimdən nəql et!!»
          Bəzi kitablarda bu dastanı belə nəql edirlər ki: – «Şeyx, Peyğəmbər (s)-i ziyarət etdikdən sonra sual etdi: – «Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarının hər ikisi doğru və düzgündürmü? Onların hər ikisindən hədis nəql etsinmi? Peyğəmbər (s) da onun cavabında hər ikisinin səhih olduğunu bildirmiş və onlardan hədis nəql etməyi icazə vermişdir». (Hənəfiyyə məzhəbinin muftisi Şeyx Əhməd Nəxəlinin risaləsi, «Əlqovlus-sərah» və İsteqsaul əfhamda nəqlə əsasən.)
          Əbu Zeyd Mərvəzidən nəql olunmuşdur ki: - «Mən məqam və rükn (Hər ikisi peyğəmbər məscidində yer adıdır) arasında yatmışdım. Peyğəmbər (s)-ı yuxuda gördüm. Mənə belə buyurdu: – Ey Əba Zeyd! Nə vaxta kimi Şafeinin kitabını oxuyacaqsan?Amma mənim kitabımı heç oxumursan. Ərz etdim: – Ya Rəsuləllah (s)! Sizin kitabınız hansıdır? Buyurdu: - Muhəmməd ibn İsmailin camesi» (Hədyus-sari c-2, İrşadus-sari-nın muqəddiməsində s-48) (yəni Səhihi Buxari).
          Fərid Vəcdi deyir: – «Bəziləri «Səhihi Buxari» kitabı barədə çox ifrata varmışlar. Hətta bəzi şəxslərə pulla muzd verirlər ki, (Quran kimi) bu kitabın hədislərini asimani xeyr və bərəkətin cəlb olunması üçün oxusunlar». (Dairatul məarif c-3, s-482)
          Qasimi «Qəvaidut-təhdis» kitabında deyir: – «Səhihi Buxari kitabı Quranla bərabərdir. Əgər bu kitab taun xəstəliyi zamanında hər hansı bir evdə oxunarsa, o evin əhli bu xəstəlikdən amanda qalacaqlar. Hər kəs bu kitabı hansı bir niyyətlə axıracan oxuyub qurtararsa, öz arzu və istəyinə çatar. Bir hadisə və baş verəcək bir iş qarşıya çıxarsa, belə hadisədən o nicat tapar. Əgər gəmi sərnişinləri ilə birlikdə dənizdə səfər edərsə, o gəmini qərq olmaq təhlükəsi gözləmir». (Qəvaidut-təhdis s-250. Hənəfiyyə məzhəbinin muftisi Şeyx Əhməd Nəxəlinin risaləsi, «Əlqovlus-sərah» və İsteqsaul əfhamda nəqlə əsasən. Hər ikisi peyğəmbər məscidində yer adıdır.
         Hədyus-sari c-2, İrşadus-sari-nın muqəddiməsində s-48)
         
    «YUXULAR GÖRÜRLƏR VƏ KƏRAMƏTLƏR SÖYLƏYİRLƏR»

          Deyirlər ki: – «Buxari uşaq ikən gözləri kor olmuş və anası Həzrət İbrahim (ə)-ı yuxuda görmşdü. İbrahim peyğəmbər övladının sağalmasını anasına müjdə verərək belə demişdir: – «Sənin duanın təsirindən Allah oğlunun gözlərinə şəfa verdi». Həmin gecə Buxarinin gözləri yenidən görməyə başladı». (Hədyus-sari c-2; İrşadus-sari s-48. müqəddimədə)
          Fərbəri və Peyğəmbər (s) – Fərbəridən nəql olunur ki, belə deyir: – «Bir gecə Peyğəmbər (s)-i yuxuda gördüm. Peyğəmbər (s) sual etdi: - Hara gedirsən? Dedim:- Muhəmməd ibn İsmail Buxarinin yanına! Buyurdu: - Mənim salamımı ona çatdır». (Təhzibul əsma vəl luğati Zəhəbi c-1, s-68; və Tarixi Bağdad c-2, s-10)
          Buxaridən nəql olunur ki: – «Mən hər hansı bir hədisi kitaba yazmaq istəyərkən, əvvəl qüsl edib, iki rükət namaz qılır, sonra hədisi kitabda qeyd edirdim». (Fəthul bari və irşadus-sari, müqəddimə)
          Fərbəri Buxaridən nəql edir ki, deyirdi: – «Mən, hər hansı nir hədisi kitabda yazmaq istəyərkən əvvəlcə istixarə edərdim və bu hədisin düzgünlüyü mənə isbat olurdu. Sonra tez onu yazmağa başlayardım». (Həmin sənəd)
          Buxaridən nəql olunur ki, o belə demişdir: – «Mən, öz səhih hədislərimi 1600 hədis içindən seçərək onları Allahla öz aramda höccət sayırdım». («Kəşfuz-zunun» -müqəddimsi; Fəthul bari və irşadus-sari;)
          Fazil Nəvəvi Müslümdən nəql edir ki: – «Mən, öz səhihimi (musnədimi) 300.000 hədis içindən toplayıb seçmişəm. Əgər hədis əhli 200- il də hədis yazsalar, yenə də mənim hədis kitablarıma müraciət edəcəklər». 
         
    «ŞERLƏR VƏ QƏSİDƏLƏR»

          «Səhihi Buxari» kitabı barədə çoxlu qəsidələr deyilmiş və şerlər söylənilmişdir ki, onlardan biri də İbn Amir Corcaninin «səhihi Buxari» kitabı barədə vəsf etdiyi qəsidəsidir. O, qəsidəsində belə deyir:
         
    صحيح البخاري لوانصفوه؟ لماخط الابماء الذهب
         هوالفرق بين الهدي والعمي هوالسددون العناوالعطب
         اسانيد مثل نجوم السماء امام متون كمثل الشهب
         به قام ميزان دين النبي (ص) ودان له العرب بعد العجم

          «Əgər insafa qalsa gərək «Səhihi Buxari» kitabı qızıl suyu ilə yazılsın. Çünki, bu kitab azğınlıqla hidayət arasında fərqi açıqlayan bir kitabdır. Ağır sellərin və mənəvi uçurumun qarşısında möhkəm səd və qala kimidir. Bu kitabın sənədləri parlayan ulduzlar kimidir ki, mətnlərin hər birində, göydə süzən parlaq ulduzlar kimi düzülmüşlər. Bu kitabla Allah elçisnin dininin tərəzisi qurulmuş və möhkəmlənmişdir. Ərəb və əcəm, qarşısında baş əydiyi və təzim etdiyi kitab, bu kitabdır». (Kəşfuz-zunun ba-Elmul hədis, Fəthul Barinin və İrşadus-sarinın müqəddiməsi.)
          İmam Əbul Fətuh İcli də «Səhihi Müslüm» kitabı barədə yazdığı şerində belə söyləyir:
         
    صحيح القشيري ذارتبة تفوق الثر يا اذاما اعتلت 
         فالفاظه مثل نور الرياض سقيها السواري اذا ماسرت
         و اماالمعاني فكالشمس تحت السحاب الخريفي عنهانجلت
         فلله دولة هذا الامام والله همته ان علت
         عليه من الله رضوانه فقدتم مسعاته وانتهت

          «Səhihi Müslüm elə bir dərəcəyə və məqama malikdir ki, «sürəyya» (Çılçıraq kimi parlayan bir neçə ulduzun adı) ulduzlarından üstündür. Bu kitabın sözləri ağacların çiçəklərinə bənzəyir. Hərəkət edən buludlar və rəhmət yağışları onu sulayıblar. Amma mənalarına gəldikdə isə, payız günəşı kimi buludlar altından görünərək işıq saçırlar. Bu İmamın (Müslümün), dövlətini daimi etmək Allahın əlindədir. Onun uca himmətini daha da ucaltmaq Allahın öhdəsinədir. Onun yeri, cənnəti-Rizvan və Allahın behişti olsun. Çünki o, çalışaraq axırıncı məqama və kəmala yetişmişdir». (Bu şer Səhihi Müslümin axırında gəlmişdir.)
         
    «İFRAT DƏRƏCƏSİNƏ ÇATMIŞ MÜDAFİƏ»

         Sünni təriqəti bu iki səhihin (Buxari və Müslüm) tərifi barədə ifrat həddinə çatmışlar. Bu iki kitabın məqam və rütbəsini qorumaqla ifrata varmış və heç bir təhqiqatçının, alimin belə bu kitabların barəsində mübahisə etməsinə və təhqiqat aparmasına icazə verilməmişdir. Bu iki kitabı Qurani-Kərim kimi vəhyə bənzədilərək eyibsiz və səhvsiz olduğunu bildirirlər. Bu kitabların hədisləri barədə hər hansı bir təhqiqatın aparılması Qurani-Kərimə hörmətsizlik və bağışlanmaz səhv kimi qələmə vermişlər.
          Necəki hicri-şəmsi tarixi ilə 1386-cı ilin rəbius-sani ayında Küveytin İctimai İslah Edici Cəmiyyəti tərəfindən Səhihi Buxarini müdafiə etmək məqsədi ilə müxaliflərə cavab olaraq bir braşura nəşr olundu. Onun cildinin arxasında belə bir cümlə nəzər diqqətini özünə cəlb edirdi: 
         
    كُلُُّ مَافِي الْبُخَارِي صَحِيحٌ

         «Səhihi Buxarinin bütün hədisləri səhih və düzgündür».
          Bu cüzvənin nəşr olunması, Əbdul Varis Kəbir adlı yazıçının:
          لَيْسَ كُلُُّ مَافِي صَحِيحِ البُخَارِي صَحِيحاً – «Səhihi Buxaridə olan hədislər düzgün deyildir» ünvanı altında yazdığı məqalə Əlvəyul İslami qəzetində (Küveyt çapı) dərc olunduğu üçün ona rədd cavabı idi. 
          Biz, bu məqalənin mətnini görməmişik. Buna gərə də onun haqqında fikir yürüdə bilmərik. Lakin, bu braşuraya etiraz əlaməti olaraq cavab yazılmış braşura bizim əlimizdədir. 
          Bu braşuranın əvvəlində Suriyanın elmi mərkəzlərindən və İnstitutlarından olan 32 nəfər müəllim Küveyt əmirinə etiraz olaraq, dərc olunmuş bu məqaləni yazanın qələminin sındırılmasını, həmçinin Küveyt əmiri tərəfindən bu nəşriyyatın qarşısının təkidlə alınmasını xahiş etmişlər.
          Sonra səkkiz nəfər alim və başqa müəllimlər, Səhihi Buxarini və Səhihi Müslümü müdafiə edən ərəbin böyükləri məqalə yazaraq onu nəşr etdirmişlər. Bu nəşrdə alimlərdən adı çəkilmiş və cavab olaraq Buxarinin bu kitabını müdafiə etməklə öz etirazlarını yazıb bildirmişlər.
          Əziz oxucu! Bəlkə də bu haqda daha çox danışmaq olardı. Lakin burada onların bir neçəsinə toxunmaq istəyirik. Bunların bir miqdarını nəql etməklə sizə, əhli sünnə arasında bu kitabların necə əhəmiyyət kəsb etdiyini və keçmişdə olduğu kimi indi də öz əhəmiyyətini qoruyub saxlamasını bildirmək istəyirik.
          Belə ki, əgər bir nəfər istəsə ki elmi bir mövzu yazsın və həqiqəti aşkar etsin, bu iki kitabın bütün hədislərinə nəzər edərək araşdırsa görəcəkdir ki, bu iki kitabda olan hədislərə «səhih» adı vermək düzgün deyildir. Belə həqiqətlərdən biri kiminsə zehninə yol taparsa, mövzunun nə qədər də aşkar və aydın olduğunu dərk edər. 
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 1035 | Downloads: 0 | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024