İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1859
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:42 AM
    DÖRDÜNCÜ HİSSƏ
    «SƏHİHEYNİN RAVİLƏRİ VƏ SƏNƏDLƏRİ»
    ƏBU HUREYRƏ
    ƏBU MUSA ƏŞƏRİ
    ƏMR İBN ASS
    ƏBDULLAH İBN ZÜBEYR
    İMRAN İBN HƏTTAN

       
    4. «SƏHİHEYN KİTABLARININ RAVİLƏRİ VƏ SƏNƏDLƏRİ»

         «Səhiheyn kitablarının sənədlərinin zəifliyi»
          Səhiheynin hədislərinin zəifliyinə birinci dəlilimiz, bu iki kitabın etibarsızlığının səbəbi, Bəzi hədislərin sənədlərinin və ravilərinin zəif olmasıdır. 
          Hədislərin sənədi kitabın mövzusu ilə kamil şəkildə əlaqəli olduğu üçün, hədis və rical elminin mühüm bəhslərindən sayılır. Bu da, kitabın doğru və yalnış olmasını müəyyənləşdirmək üçün əsas meyar və ölçüdür.
          Bunu da qeyd etmək lazımdır ki, bu mövzu mufəssəl və geniş şəkildə araşdırılmalıdır. Lakin, mətləblərin həcmini nəzərə almaqla bu kitabın bir neçə səhifəsini xülasə şəkildə bu mövzu üçün ayırırıq. Bir neçə mövzunu araşdırdıqdan sonra bu nəticəyə gəlmişik ki, bu kitabların sənədlərinin zəifliyini göstərən ikinci dəlili oxucuların xidmətinə təqdim edək.
         
    «RİCAL ELMİ VƏ DİRAYƏTUL HƏDİS»

         RİCAL ELMİ (Rical elmi - Hədisçilərin və ravilərin doğrusunu yalandan, etibarlısını etibarsızdan ayıran elmə deyilir.)
         DİRAYƏTUL HƏDİS (Dirayə - Hədislər haqqında təhqiqat aparıb doğru hədisləri səhv hədislərdən ayıran elmə deyilir. (Mütərcim))
          Hər bir rəvayətin səhih və etibarli olmasını bilməkdən ötrü o hədisin ravisinin dini, imanı və əqidəsi araşdırılmalıdır. Çünki ravinin, nəql etdiyi rəvayətlər hər cür yalan və təhriflərdən uzaq olmalıdır. Bu, elə bir mühüm məsələdir ki, bütün dövrlərdə bəşəriyyətin nəzər-diqqətini özünə cəlb etmişdir. Dünyanın heç bir nöqtəsində bir şəxsin doğruluğu sübuta çatmayınca onun sözlərini və ya yazılarını qəbul etmirlər. Xüsusilə də o zamanın mürəkkəb siyasi vəziyyətində vilayətin hakimiyyti ilə mübarizə apardıqda və bu kimi hallarda adətən həqiqətin təhrif olunma ehtimalı daha çox gözə dəyir.
          Əgər bir şəxs, bu barədə sadəlövcəsinə davranaraq hər hədisi və ravini dəlilsiz və sənədsiz qəbul edərsə, faydasız fikirlərə və quru kəlimələrə etimad göstərərək zərər etmişdir. 
          Quraini-Kərim müsəlmanlara imanı olmayan hər hansı bir ravinin sözlərinə inanmağı qadağan etmiş və bu mövzuda sadəlövlüyün pis və zərərli aqibətindən çəkindirmişdir. Bu kimi nəql olunmuş məsələlərin araşdırılmasını və onların üzərində təhqiq aparılmasını lazım bilmişdir.
    بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَى مَا فَعَلْتُمْ نَادِمِينَ تُصِيبُوا قَوْمًا يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِن جَاءَكُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَيَّنُوا أَن

          («Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!»
          Hucurat surəsi ayə-6)
          Fitri anlayış və İslami olan bu əmr, hədis elminin yaranmasi ilə, iki başqa elmin (rical və dirayətul hədis) də vucuda gəlməsinə səbəb oldu. Onlardan birincisi (rical elmi) ravilərin həyatını, ikincisi (dirayətul hədis) isə ravilərin və hədislərin mətnlərində olan vəziyyəti araşdırmağı öz öhdəsinə götürmüşlər. 
          Bu iki elm sahəsində şiə və sünni məzhəblərindən böyük və şəxsiyyətli alimlər meydana çıxdı; Rical və dirayətu hədis üzrə qiymətli kitablar yazıldı.
          Dirayətul hədis alimlərinin, ravilər barədə bir sıra ciddi şərtləri vardır. Bu da, onu göstərir ki, ravinin imanlı və etibarlı olması nə qədər də mühümdür. Buna görə də, ravi ədalətli, imanlı, doğruluğundan əlavə həm də güclü yaddaşa malik olmalıdır. 
         
    «İMAN, HƏDİSİN QƏBUL OLUNMASININ ƏSAS ŞƏRTİDİR»

          Necə ki, yuxarıda bu məsələyə işarə olundu, hər hansı bir hədisi və xəbəri qəbul etməyin bir neçə mühüm şərti vardır. O şərtlərin birincisi, bu hədis və xəbəri söyləyən adamın yəni ravinin imanlı olmasıdır. Dinləyici ya oxucu ravinin doğruçu, düz danışan və imanlı olmasnı yəqin etməlidir.
          Mötəbər sənədlərə əsasən, «səhiheyn» kitablarında olan hədislərin ravilərinin bir qismi sabit fikrə və imana malik olmamışlar. Tarixi dəlillərə müraciət edərkən onların doğru yoldan sanmaları və etibarsız olmaları üzə çıxır və inkar edilməzdir. 
          «Səhiheyn» ravilərinin böyük bir qismi, o adamlardır ki, qondarma hədis yazma, hədis saxtalaşdırma, Həzrət Əli (ə)-la düşmənlikdən başqa yalançı da olmuşlar.
         
    «BU XÜSUSİYYƏTLƏR İMANLA DÜZ GƏLMİR»

          Əgər yuxarıda sayılmış sifətlərdən biri, hər hansı bir kəsdə olsa, onun hədisi etibardan düşəcək və sözlərinin heç bir qiyməti olmayacaqdır. Belə sifətlər isə imanlı və mömin şəxslərdə cəm ola bilməz. Bizim nəzərimizcə, imanla yalan hədis düzəltmək heç vaxt bir yerdə ola bilməz. Yəni, imanlı olan şəxs heç vaxt yalan hədis düzəltməz, rəvayət uydurmaz və yalan danışmaz. Belə sifətlərə malik olan şəxslərin etimadsızlığı gün kimi aydın olan bir məsələdir. Buna görə də o kəslərin etimadsızlığını sübut etməkdən ötrü dəlil gətirməkdən vaz keçirik. Amma, onların Həzrət Əli (ə)-la düşmənçiliyinii imanla düz gəlməməsinə aid bir neçə hədisi gətirmək istəyirik. Sonra «səhiheyn» kitablarının raviləri haqqında təhqiqat aparacağıq.
          İndi isə belə hədislərdən bir neçə nümunə:
         1. Peyğəmbər (s) buyurdu: «Ənsarla dostluq iman əlaməti, onlara kin bəsləyib düşmən olmaq isə nifaq əlamətidir». 
         
    حُبُّ الاَنْصارِعَلامَةُالايمان وَبُغْضُ الاَنْصَارِعَلامَةُالنِّفَاقِ

         2. Yenə buyurur ki: «Bir müsəlmana söyüş söyüb ona lənət oxumaq fasiqlik əlaməti və günah, bir müsəlmanla müharibə etmək isə küfr və dinsizlik əlamətidir». 
         
    قَالَ (ص) – سبابُ الْمُسْلِمَ فُسُوقٌ وَقِتَالُهُ كُفْرٌ

         3. Əli (ə) buyurur: «And olsun o Allaha ki toxum dənəsini parçalayıb bəşər övladlarını yaratdı. Bu, Allah Peyğəmbərinin (s) mənimlə bağladığı əhd peymandır ki, «Məni mömindən başqa bir kəs sevməz və münafiqdən başqa bir kəs mənimlə düşmənlik etməz».
    قَالَ عَلِي (ع): - والذي خلق الحبةوبرءَالنسمةانه لعهدالنّبي الامّي(ص) اِليَّ ان لايحبُّنِي الاالمُؤمِنِ وَلايُبْغِضُنِي الامُنَافِق

         
    «SƏHİHEYN KİTABLARININ RAVİLƏRİNDƏN BİR DƏSTƏSİNİN İMANININ MİQDARI VƏ BU İMANIN TƏNQİDİ»

          Səhiheyn kitablarından nəql olunan hədislərin məzmununa, iman və əqidə barədə söylənilən mətləblərə diqqət etməklə, zikr olunan hədislərin ravilərinin doğru danışan və düzgünlüyünün çox əhəmiyyətli olması məlum oldu.
          Əziz oxucu, siz səhiheyn kitablarının ricallarından bir qrupunun və bu iki kitabın hədis ravilərinin barəsində təhqiq edərək höküm verə bilərsiniz. O cümlədən onların hədislərinin bir qisminin səhih ya yanlışlığına da diqqət edə bilərsiniz. Çünki, mülahizə olunduğu kimi, Peyğəmbər (s)-in ənsara və Əli (ə)-a məhəbbət göstərmək, onları sevmək i`man və onlarla ədavət və düşmənçiliyin nifaq əlaməti olduğunu bildirmişdir. Bu hədislər hər bir müsəlmanla müharibə etməyi küfr və imandan xaric olmaq kimi sayır. 
          Təhqiqatçıların və rical alimlərinin nəzərinə əsasən, bu iki kitabın hədis ravilərinin bir çoxu möhkəm imana və əqidəyə malik olmamışlar. Tarixçilərin nəzərinə əsasən bu ravilər arasında bir qrup yalan danışan və etimad olunmayan ravilər çox olmuşlar. O cümlədən onlar arasında Əli (ə)-la ədavət və düşmənlik edənlər də az deyildir.
          Necəki, İbn Həcər Səhihi Buxari kitabının hədislərinin mətnlərində və sənədlərində olan düyünləri açmaqla və bəzən də təəssübkeşliyi kənara qoymaqla bəzi həqiqətləri işıqlandırmışdır. O ravilərin adlarını zikr etməklə bildirmişdir ki, keçmiş alimlər bu raviləri etimad olunmaz və zəif saymışlar. İbn Həcər neçə nəfərin adlarını sayaraq belə deyir: – «Bunlar nasibilərdən (Nasibi - Əli (ə) və onun övladları ilə düşmənlik edən, onlara söyüş və lənət göndərən şəxslərdir. (Mütərcim).) və Əli (ə)-ın qatı düşmənləridirlər». (Hudəssara c-2)
          Şeyx Mötəzilə Əbu Cəfər Əskafi bu barədə deyir: – «Müaviyə, səhabə və tabeindən bir qrup şəxsləri Əli(ə)-ın barəsində ona (Əliyə) tənə vurmağa və uydurma hədis nəql etməyə vadar etdi. Bu iş üçün çoxlu pul xərclədi. Beləki, hər bir sust və i`manı zəif olan bir kəsi asanlıqla bu işə cəlb edirdi». Sonra belə deyir: – «Belə şəxslərdən Əbu Hureyrə, Əmr ibn Ass, Muğeyrət ibni Şöbə və Zubeyrin oğlu Urvə idi. Onlar Əli (ə) barədə çoxlu yalanlar qoşmuşlar. Bu yolla Müaviyənin rəğbətini özlərinə cəlb edərək onu öz istədiyi ilə təmin edirdilər». (İbn Əbil Hədid «Nəhcul Bəlağənin şərhi» c-4, s-43)
          Hörmətli oxuyucu! Əskafinin saydığı Müaviyənin hədis uyduran şəxslərdən tanıtdırdığı bu bir neçə nəfər, o şəxslərdirlər ki, səhiheyn kitablarında onların vasitəsilə çoxlu hədislər nəql olunmuşdur.
          Ötən bəhslərdə alimlərdən bir neçə nəfərin bu iki kitabın raviləri barədə olan iradlarını nəql etmişdik. İbn Həcərin, Əbu Zərənin, Nəvəvinin və Əhməd Əmininin sözlərini əziz oxucuların xidmətinə çatdırmışdıq. («Səhihi Buxari və Səhihi Müslüm» elm və təhqiq baxımından». muraciət edin.)
          Burada nümunə və şahid olaraq səhiheynin ricalından bir neçə nəfərin başqa alimlər tərəfindən də zəifliyini və onlar barədə olan sözlərini, ravilərin tərcümeyi halını, yaşayış tarixini, məzhəbini və s. açıqlayırıq. Həmin tərcümeyi hal, bu ravilərin bir çoxunu tanımaqda gözəl meyar və ülgü ola bilər.

         1. ƏBU HUREYRƏ:
         Səhiheyn kitablarında Əbu Hureyrənin vasitəsilə bir çox hədislər nəql olunmuşdur. Bu hədislərin sayı 5374 ədəddir. Buxari, öz səhih adlı kitabında Əbu Hureyrədən 446 hədis nəql etmışdir. (Hədyus-sari c-2)
         O, elə şəxslərdəndir ki, çox hədis nəql etməkdə tanınmış, bəlkə birinci yerdədir. Onun hədislərinin çoxluğunu belə müqayisə ilə bilmək olar ki, əhli sünnənin «Məsanid» və başqa kitablarında dörd xəlifədən nəql olunmuş bütün hədislərin hamısının sayı 1411 hədisdir ki, Əbu Hureyrədən nəql olunmuş hədislərə nisbətən 27% azdır.
          O, Yəmən əhlindəndir. Xeybər qalasının fəthindən sonra (hicrətin 7-ci ilində) Mədinəyə hicrət etmiş və İslam dinini qəbul etmişdir. Peyğəmbər (s)-la onun arasında həm söhbəti, özünün dediyinə görə üç ildən artıq olmamışdır. (Səhihi Buxari c-2, bab Əlamətun-nubuvvəti fil İslam; Əbu Hureyrənin tərcüməsi «Təbəqat vəl isabə»-də)
          Əbu Hureyrə, Müaviyənin əmrlərinə çox əməl edən, hədis uyduran qrupun üzvlərindən biri idi. O cümlədən Əli (ə)-a və onun xanedanına nisbət çoxlu nalayiq sözlər demiş, Müaviyə və başqa üç xəlifələrin barəsində isə olmayan fəzilətləri uydurmuşdur. (Nəhcuul bəlağənin şərhi; İbn Əbil Hədid c-4,s-43)
          Əbu Hureyrə o kəsdir ki, öz zamanında da çoxlu yalan hədislər deməkdə yalançı olması ilə günahlandırılmış və bu ittihamlar qarşısında özünə bəraət qazandırmışdır. (Səhihi Buxari; Kitabul buyun və kitabul muzariə; Musnədi Əhməd ibn Hənbəl bab Məsanidi Əbu Hureyrə.)

         ƏBU HUREYRƏNİN KİSƏSİ 
          Elə ki Əbu Hureyrə yalançılığının aşkar olmasını görürdü, öz yalanına etiraf etməklə, qarşı tərəfi çıxılmaz vəziyyətdə qoyurdu. Beləliklə özünü çıxılmaz vəziyyətdən xilas edirdi.
         Buxari öz «səhih» adlı kitabında Əbu Hureyrədən bir hədis nəql edir ki, onun axırı çox təəccüblü bir cümlə ilə diqqəti özünə cəlb edir:
         
    فَقَالُوا......يَاأَبَاهُريره سَمِعْتَ هَذَامِنْ رَسُولِ الله(ص)؟ قَال:لا,هَذَامِنْ كِيس أَبِي هُرَيْرة

         Hədisin məzmunu belədir:
         Əbu Hureyrə Peyğəmbər (s)-dan bir hədis nəql etmişdir. Elə ki, onun axırı dinləyicilər üçün çox təəccüb edici və qəbul olunmaz oldu, cürət və cəsarət taparaq sual soruşdular: – Əba Hureyrə! Bu cümləni də Peyğəmbər (s)-dan eşitmisən?
          Əbu Hureyrə burada məcbur olurdu mətləbi ifşa etsin və onun söykənə biləcəyi həqiqəti belə izah edib deyirdi: – Xeyr, bu Əbu Hureyrənin kisəsindəndir. (Buxari c-7, Kitabun-nəfəqat bab-1)
         Əbu Hureyrənin tərcümeyi halında onun məzhəbi şəxsiyyəti, ictimai şəxsiyyəti və Müaviyənin təşkil etdiyi hədis uyduran heyətin üzvü olması barədə, çoxlu qiymətli kitablar təlif olunmuşdur. (Mərhum Seyyid Şərafuddin yazdığı – «Əbu Hureyrə kimi» kitabı, Mərhum Əbu Royə Misri-nin yazdığı «Şeyxul muzirə» və s. kimi kitablar.)
          Əbu Hureyrədən nəql olan hədislər başqa səhabələrdən o cümlədən İbn Abbas, Əli (ə), Əbu Zər, Miqdad, Səlman Farsi, hətta Əbu Bəkr, Ömər, Səd ibn Vəqqas və Ayişənin nəql etdiyi hədislərdən çox gözə dəyir. Hansı ki, onun söylədiyi hədislərin əksəriyyətini heç kəs eşitməmiş və nəql etməmişlər. Səhihi Buxari kitabında nəql olunan hədislərin çoxu isə Əbu Hureyrədən nəql olunmuş rəvayətlərdir. Ummul möminin Ayişə onu bu işlərinə görə ittiham edərək «yalançı» olmasını bildirmişdir. İkinci xəlifə Ömər özü, Əbu Hüreyrəni bu işlərinə görə cəzalandırmışdır. 
          «Təvilul muxtəlifil hədis» – ibn Quteybə Deynəvəri s-38-39, təzə çap s-41.
         
    فاِنَّ أَبا هريرةصحب رسول الله (ص) نحواُ مِنْ ثلاث سنين,وأكثرالروايةعنه وعمّربعده نحواُمِنْ خَمْسينَ سنة,وكانت وَفاتُهُ,سنة تسع وخمسين,وفيهاتوفيت امًّ سلم,زوج النّبيّ(ص),وتوفيت عائشة رضي الله عنها,قبلهابسنة.فلمّاأتي من الرّوايةعنه,مالمْ يأتِ بِمثله من صحبه منجلة أصحابه والسابقين الاوّلين اليه,أتّهموه وانكرواعليه,وقالواكيْفَ سمِعْتَ هذَاوحْدك؟ ومن سمعه معك؟ وكان عائشة رضي الله عنها,أشَدّهمْ إِنكاراًعلَيْه,لتطاول الايام بهاوبه. وكان عمرُأيضاً,شديداًعلي من أكثرالرواية,أوأتي بخبرفي الحكم,لاشاهدله عليه....)

         2. ƏBU MUSA ƏŞƏRİ:
          Səhiheyn kitablarının ravilərindən biri də Əbu Musa Əşəridir. Adətən əhli sünnə məzhəbinin rical və tərcümə olunmuş kitablarında, Əbu Musa barədə fəzilətlər nəql olunmuşdur. (Təzkiratul hufaz c-1, s-21-22 və səhihi Muslim c-7, bab «Səhabənin fəzilətləri») Buxari də öz səhihində ondan 57 hədis nəql etmişdir. (Hədyus-sari c-2) Lakin O, Əli (ə)-ın qatı düşmənlərindən və İslam aləmində çox acınacaqlı hadisələr törədənlərdən biri olmuşdur. Beləki, Əli (ə) namazında onu gördüyü işlərinə görə qarğış etmişdir. (İbn Əbil Hədid «Nəhcul bəlağənin şərhi» c-4, s-79)
          Əli (ə) elə ki Kufənin yaxınlığına çatdı, Əmmar Yasiri və Muhəmməd ibn Əbu Bəkri Kufə əhlinin yanına göndərdi. Əbu Musa o günlərdə Kufənin hökumdarı idi. O hələ Osmanın zamanından bu vəzifəni qoruyub saxlamışdi.
          Əli (ə) göndərdiyi iki nəfər səfirinin vasitəsi ilə, Kufə əhlindən kömək istədi. Kufənin başçılarından bir qrupu Əbu Musanın yanına tələsdilər və onun Əli (ə)-a kömək üçün Kufədən xaric olmaları barədə, Əbu Musanın nəzərini öyrənmək istədilər. Əbu Musa onların cavabında dedi: – Əgər axirət yolunu istəyirsinizsə budur ki, siz öz evinizin işinə yetişin və Kufədən kənara çıxmayın. Əgər Kufədən çıxmaqla atəşli və əzablı yolu istəsəniz, bu işin məsuliyyəti sizi özünə tərəf dəvət edən o kəsin (Əli (ə)-ın) boynunadır.
          Əbu Musanın söylədiyi həmin bir cümlə, Kufədə olan o günki məqam və vəzifəli, nüfuzlu şəxslərin bir çoxunun və Kufə qəbilələrinin şeyxlərinin Əli (ə)-a kömək göstərməmələrinə səbəb oldu. 
          Bu hissəni İbn Quteybə nəql edir. Sonra, Əbu Musanın Əmmara və Muhəmməd ibn Əbu Bəkrə söylədiklərini və mənbər başında Kufə camaatına olan onun söhbətlərini nəql etmişdir. Bu da onun sözlərində və xütbələrində iki üzlülüyünü, etiqadsızlığını və onun azğınlığını, Əli (ə)-a qarşı düşmənçiliyini çox gözəl şəkildə açıqlayır. – Əbu Musa Əşəri haqla batilin arasında fərqi ayıra bilmirdi . O , həmin kəslərdən idi ki:
         
    واستيقنتهاأنفسهم ظلماً جَحَدُوابِهَا

         «Bilə-bilə (Əli (ə)-ın vilayətini və üstünlüyünü) inkar edərək özlərinə zülm edirdilər».
          Onun Əli (ə)-a kömək göstərməməsi barədə Kufə məscidində etdiyi xütbəsi, nifaq toxumlarının bir çox Kufə qəbilələrinin tanınmış başçıları arasında səpilməsinə səbəb oldu və onun acı bəhrələri «Süffeyn» və başqa müharibələrdə öz nəticəsini göstərdi.
          Əbu Musa o kəsdir ki, «həkəmeyn» hadisəsində hökm oxunan zaman, Əbdullah ibn Öməri xilafət üçün Əli (ə)-dan ləyaqətli və üstün bilirdi. Hökm oxuyaraq Əli (ə)-ı xilafətdən azad etdi. (Əl-imaməti vəs-siyasəh c-1)

         3. ƏMR İBN ASS:
          Səhiheyn kitablarının ravilərindən və bu iki kitabın hədisçilərindən biri də, Əmr ibn Ass ibn Vaildir. Onun Əli (ə)-la muxalifət etməyi və düşmənçiliyi, tarixdən azacıq belə olsun anlayışı olanlar üçün gizli və qaranlıq deyildir. 
          Əmr Ass, yaşayışının tarixi səhifələri, Müaviyənin qondarma hədis düzəldən heyətləri arasında olması, «Süffeyn» döyüşündə Müaviyənin qoşunu sırasında iştirak etməsi, bu ədavət və kinəyə çox gözəl və möhkəm dəlildir. Əmr Ass, nəinki təkcə «Süffeyn» döyüşündə iştirak etmiş, bəlkə bu qanlı döyüş və hadisə «Süffeyn» döyüşündən sonra, onun hiylə, məkr planları ilə hazırlanırdı. Həkəmiyyət məsələsi onun xaincəsinə hazırladığı planların nəticəsi idi. Həmçinin, Quran vərəqələrinin nizələr üzərinə vurulması ilə bu məsələni əməli surətdə İslam aləmində, müsəlmanlar arasında hələ də düzəlməyən ayrı seçkiliyə, təriqətlərin yaranmasına və ən nəhayət Əli (ə)-ın şəhadəti ilə nəticələndi. 
          O cümlədən, necə ki onun adını çəkdiyi, atası Ass ibn Vail zahirdə onun atası adlandırılmış və Peyğəmbər (s)-in qatı və açıq düşmənlərindən bir idi. Kovsər surəsi Ass ibn Vailin Peyğəmbərə (s) söylədiyi tikanlı və təhqiramiz məsxərələrin nəticəsində nazil olmuşdur. Allah onun özünü «əbtər» yəni «sonsuz» adlandırmışdır. Əmrin özü, Əli (ə)-la ədavət və düşmənliyindən əl çəkməmiş, imkan daxilində fürsət əldə etməklə səpdiyi nifaq və düşmənçilik toxumlarından faydalanırdı.
          Biz, burada İmam Əli (ə)-ın onun barəsində buyurduqları kəlamlardan bir neçə cümlə zikr edirik. O cümlədən Əmr Asın yalançılığı, onun Əli (ə)-ın mübarək şəxsiyyəti barədə iftira və böhtanlarını da qeyd edirik. Bu cümlələr bir lövhədir ki, məzhəbi şəxsiyyət və imanda məqamı və rütbəsi olan bir şəxsin, Asın oğlu Əmr barədə olan Əli (ə)-ın buyurduqlarıdır. Bu kəlamları əziz oxucuların qarşısında xatırladır və səhiheyn kitablarında Əmr Asın səhih adlanan hədislərinin sayını açıqlayırıq. 
          Əli (ə) buyurur: – Zinakar qadının oğluna təəccüb edirəm ki, yalan yolla Şam əhlinə deyir ki: - Mən (Əli) çox zarafat edən və qulaq oynadan bir kişiyəm. Bu iş də mənim ən çox sevdiyim bir işdir. O, yalan və düzgün olmayan söz demişdir. Bu sözü ilə günaha mürtəkib olmuşdur. Agah olun! Günahların ən pisi yalandır və Əmr ağzına aldığı hər bir sözü yalanla birdir. O, bir kəsə əgər vədə verərsə ona xilaf edər, sual və soruşmaqda çox sözü olan, cavab verməkdə isə çox paxıl və bağladığı əhd-peymanında xəyanət edəndir. Qohumlarından uzaq gəzəndir. Elə ki, döyüş meydanında hazır olur, qılınclar nəqədər ki işə düşməyib fəsad qaynatmaq, alov yandırmaq üçün çoxlu qanun və qaydaları dilində oynadır. Lakin, eləki qılınclar qınından çıxdı və döyüş başladı ən böyük hiyləsi budur ki övrətini camaata göstərir. Bilin! And olsun Allaha ölümü yad etmək məni zarafat etməkdən və oyun oynamaqdan saxlayır. Axirəti unutmaq, Əmr Ası haqq sözü deməkdən saxlayır.
    عجباًلابن النابغة؟ يزعم لاهل الشام ان في دعابة،واني امرؤتلعابة، اعافس وامارس. لقد قال باطلا، ونطق آثماً: اماوشرالقول الكذب انه ليقول انه ليقول فيكذب ويعدفيخلف، ويسأل فيلحف، ويسأل فيخل، ويخون العهد، ويقطع الال، فاذاكان عندالحرب فأي زاجر وآمرهو؟ مالم تأخذالسيوف مأخذهافاذاكان ذلك اكبرمكيدته ان يمنح القوم سبتة، اماوالله اني ليمنعي من اللعب ذكرالموت وانه ليمنعه من قول الحق نسيان الاخرة، وانه لم يبابع معاوية حتي شرط له ان يؤتيه اتية ويرضخ له علي ترك الدين رضيخة
    .
         (Nəhcul Bəlağə -83 və Şeyx Tusinin «Əmalisi» s-82)
          O Müaviyədən hədiyyə almaq və Müaviyənin ona dinindən əl çəksin deyə böyük məbləğdə rüşvət (Misir hökumətinin) verməsi şərti ilə biyət (Hakimiyyəti tanımaq. (bir növ səs verməkdir) Mütərcim.) etmışdir.
          Bu, Əli (ə)-ın Əmr Asın əxlaqı və əqidəsi barədə olan buyurduqları idi. Əmr As, həmin şəxslərdən idi ki, Əli (ə) sübh və məğrib namazlarında ona qarğış edib və lənət oxuyurdu. (Təbəri c-6, s-40, «İstiab»- Əbil Əvəri Sələminin tərcümeye halı- İbn Əbil Hədid c-5,s-79; Əbdullah ibn zubeyrin tərcümeye halı- «İstiab»)

         4. ƏBDULLAH İBN ZUBEYR:
          Əhli sunnə məzhəbi arasında hədis ravisi kimi tanınmış və səhiheyn kitablarının hədisçilərindən biri də Zubeyr oğlu Əbdullahdır. Buxari öz səhih adlı kitabında ondan on hədis nəql etmişdir. Əbdullah ibn Zubeyr Əli (ə)-ın qatı düşmənlərindən, xəvaric, nasibilərdən və muxalifətlərindən biri idi. Cəməl döyüşündə atası Zubeyrin və Təlhənin olmasıyla qoşunun pişnamazı və imamətliyi ona həvalə olunmuşdur. (İbn Əbil Hədid «Nəhcul bəlağənin şərhi» c-2, s-168)
          Bəzi ravilərin yazdıqlarının məzmununa əsasən o, atası Zubeyri Əli (ə)-la düşmən olmasına məcbur etmişdir. Çünki, Əli (ə) buyurmuşdur ki: – «Zubeyr, oğlu böyüyənə kimi biz əhli beytlə idi». (İstiab c-3 s-906; İbn Əbil Hədid c-2, s-167) Yenə də nəql olunmuşdur ki, Əli (ə) Cəməl döyüşündə elə ki, Zubeyrlə üzləşdi buyurdu: – «Sənin ləyaqətsiz oğlun böyüyüb bizim aramızda təfriqə salana qədər, biz səni Əbdul Muttəlibin övladlarından və yaxşı kəslərdən sayırdıq». (Tarixi Təbəri c-3, s-488. Vəl imamətu vəs-siyasət c-1, s-55-56; İbn Əbil Hədid c-4,s-61-62; İstiab-Əbdullah ibn Zubeyrin şərhi halı.)
          Cəməl döyüşündə eləki Ayişənin qoşunu «Bemaul həvəb» adlı bir məkana yetişdi, o yerin itləri hürməklə səs-küy salmağa başladılar. Ayişə Muhəmməd ibn Təlhədən sual edərək bu məkanın adını soruşdu. Təlhə dedi: «Maul həvəb». Ayişə dedi: – Mən özümə belə məsləhət görürəm ki buradan qayıdam. Muhəmməd dedi: – Niyə? Ayişə cavab verdi:- Çünki, Allahın rəsulundan (s) eşitdim ki, öz arvadlarına nəhy edərkən belə buyurdu:- Guya görürəm ki, sizlərdən birinə «həvəb» itləri hürəcək. Sonra buyurdu: – «Ya Humeyra! Özünü gözlə ki o sən olmayasan».
          Muhəmməd ibn Təlhə dedi: – Allah sənə rəhm etsin bu sözləri boşla və üstündən keç. Cəmiyyət və qoşun arasında təfriqəyə bais olma. Sonra Əbdullah ibn Zubeyr yaxınlaşdı və and içdi ki, tanıtdıranlar düzgün tanıtdırmayıblar və səhv deyiblər. Sonra Ayişənin inamının artması üçün 50 nəfəri yalandan şəhadət verərək sözünü təsdiq etməklərinə vadar etdi. (Tarixi Təbəri c-3, s-458; Vəl imamət vəs-siyasət c-1, s-55-56.; İbn Əbil Hədid c-4, s-61-62.)
          Vaqidinin, İbnul Kəlbinin və başqa tarixçilərin nəqlinə əsasən, İbn Zubeyrin Əli (ə)-la düşmənliyi və ədavəti o yerə qədər idi ki, ələ keçən hər bir fürsət vaxtı o həzrət (ə)-a hörmətsizlik edirdi. Bir müddət də xilafət iddiası etdi. 40 cümə namaz xütbəsindən, Peyğəmbər (s)-in adını sildi. Onun bu əməli camaata ağır gəldi və axırda etiraza səbəb oldu.
          İbn Zubeyr öz əməlini belə açıqlayır:-Mənim Peyğəmbər (s)-in adını zikr olunmamasında məqsədim budur ki, Peyğəmbər (s)-in ləyaqətsiz və geridə qalmış qohumları vardır. Peyğəmbər (s)-in adını zikr etsəm onlar sevinəcəklər. Mən isə Allah elçisinin adını dilimə gətirməməkdə və onları əzməkdə məcburam. (Həmin mənbədə) 
         5. İMRAN İBN HƏTTAN
          İmran ibn Həttan xəvariclərin rəislərindən, fəqihlərindən və onların xətiblərindəndir. Əhli sünnənin hədis ravilərindən və ricalından biri kimi tanınmışdır. Buxari öz səhih adlı kitabında ondan hədislər nəql etmişdir.
          İmranın Əli (ə)-la düşmənliyi o qədər həddini aşmışdır ki, öz məşhur şerlərində İbn Mülcəmi tərifləmiş və Əli (ə) – mı öldürdüyü üçün behiştə daxil olacağını bildirmişdir. Onun nəzərincə, İbn Mülcəmin bu böyük cinayəti, Allah qarşısında bütün dünya əhlinin əməllərindən fəzilətli olmasına və çəkisinin bütün camaatın əməllərindən ağır gəlməsinə səbəb olmuşdur. O, öz şerində deyir:
         
    يا ضربة من تقي! ما ارادبها الاليبلغ منذي العرش رضوانا
         أني لا ذكره حينا فأحسبه أوفي البرية عند الرحمان ميزانا

         (Təqvalı şəxs tərəfindən vurulan bu zərbə nə gözəl zərbədir. Çünki onu Allaha yaxınlaşmaq üçün vurmuşdur.) 
          Əziz oxucu!
          Bu, səhiheyn ravilərinin bir çoxunun həqiqi məzhəbi çöhrəsi idi. Belə şəxslər tərəfindən bu iki kitabda müxtəlif hədislər nəql olunmuşdur. Əziz oxuculardan xahişimiz budur ki, istəyirik ki, bir dəfə də yenidən Səhiheyn (Tərcümeye halları zikr olunan şəxslərin hamısı İmran ibn Həttan istisna olmaqla hamısı Buxari və Müslümin ricalından sayılırlar. Lakin, İmran təkcə Buxarının ricalındandır. Yeddinci babda Kitabul libas bab – Nəqzus-suvər və bab-Lobsulhərir və s. yerlərdə ondan hədislər nəql olunmuşdur.) kitablarının ravilərinə, onların tərcümeyi halına diqqət etməklə, özünüz bu iki kitabın bütün hədislərinin səhihliyi barədə höküm verəsiniz.
          Əvvəlki səhfələri oxumaqla həqiqətlərin üzərindən təəssübkeşlik pərdəsini götürün və Əbul Həsən Muqəddisi kimi sünni alimlərinin Bəzilərinin yazılarını tapın. O yerdəki deyir: 
          Səhiheyn kitablarının hədislərini nəql edənlərin cərgəsində duran hər bir kəs, daha hər növ eyib, naqislik və hər cürə irad və şübhələrdən munəzzəhdir ...هذاجازالقنطرة 
         (İrşadus-sari c-1, s-21)
          Gördüyünüz kimi bu iqtibas nə qədər də yalnış və qərəzli deyilmişdir.
     
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 629 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2020