İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:38 AM
    BEŞİNCİ HİSSƏ
    «SƏHİHEYNİN HƏDİSLƏRİNİN MƏTN CƏHƏTİNDƏN ZƏİFLİYİ»
    «HƏDİSİN DEYİLİŞİ İLƏ YAZILIŞI ARASINDA OLAN FASİLƏ»

         Səhiheyn hədislərinin zəifliyi barədə olan bizim birinci və ikinci dəlilimiz, bu iki kitabın müəlliflərinin təəssübkeşliyi və sənədlərinin zəif olmasıdır. Bu barədə geniş şəkildə söhbət olundu. İndi isə əziz oxucularımızln diqqətini üçüncü dəlilə cəlb etmək istəyirik.
          Kitabın ilk səhifələrində hədis barəsində muxtəsər işarə olundu. Hədis söyləməyin və yazılışının qadağan olunması və həmçinin Peyğəmbər (s)-in vəfat tarixindən ta Ömər ibn Əbdul Əzizin xilafət dövrünə kimi saxta və qondarma hədislərin barəsində araşdırma aparıldı. İndi isə Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih bilən bir çox şəxslər, bu sualla üz-üzə dururlar:
          Hədis yazılışının bir əsr boyu qadağan olunması, uzun müddət şifahi olaraq hədis söyləməyin qarşısı alinmışdır. Başqa tərəfdən isə bu dövrlərdə yalan hədis söyləyənlər çox olmuşdur. Əllərində olan bütün imkanlardan istifadə etmələrinə baxmayaraq, qondarma hədislərin tərəfdarları bu yolda kifayət qədər bəhrə əldə edə bilməmişlər. Bəli, bu uzun əsrlər boyu hədis elmi ciddi mənfi təsirlərə məruz qalmışdır.
          Hədislərin mətnlərində hansı dəyişikliklər əmələ gəlmişdir?! İslam qanununda ən mühüm sənəd olan Peyğəmbər (s) sünnəinin hansı həqiqətləri aradan getmiş və onun yerinə hansı səhv məsələlər oyulmuşdur?!
          Uzun müddət öz ata-babalarından hədis ünvanında məsələ nəql edənlər, hədislərin İslam hökümlərinin budaqları və kökü olduğuna etiqad bəsləyərək nəql edirdilər. Lakin o hədislərin əsas kökündən, düzgün olub olmamasından heç bir xəbərləri yox idi. 
          Səhiheyn və bu iki kitabın bütün hədislərini səhih sayanlar, öz qarşılarına çıxan bu suala tutarlı və qane edici bir cavab verə bilməmişlər. 
          Əhli sünnə yazıçılarının bəziləri öz yaddaşlarını kitabların və yazıların yerinə istifadə etmişlər. (Əbu Kəmal Əbdul Ğəni Əbdul Xaliq Səhihi Buxarinin muqəddiməsi, Məkkə çapı-1376.) Lakin, qeyd etmək lazımdır ki, yaddaşlar nə qədər güclü olsa belə yazıların və sənədin yerini tuta bilməz.
          Başqa bir tərəfdən, əgər hədislər az vasitə ilə kitablarda yazılmış olsaydı, qeyd olunan məsələdən qaçmaq üçün yaddaşa etimad etmək olardı. Lakin, səhiheyn kitablarını araşdırdıqda aydın olur ki, bəzən hədislər neçə vasitə ilə Peyğəmbər (s)-ə çatır. Bu da hədisin deyilişi ilə yazılışı arasında olan böyük məsafənin olması deməkdir. Bu özü də təbii bir məsələdir. Hər bir hədisin mənasını söyləyərkən istər – istəməz o hədisin sözlərində azaltma və artırma ehtimal olunur. Əgər bu məfhumi nəql bir neçə nəfərin vasitəsi ilə nəql olunarsa onda bu nəqlin vəziyyəti aydın olur. Bu da bizim səhiheynin hədislərinin zəifliyinə üçüncü dəlilimiz idi. İndi isə diqqətinizi dördüncü dəlilə cəlb edirik!
         
    «YARIMÇIQ YAZILMIŞ HƏDİSLƏR»

         (senzura olunmuş hədislər)
          Səhihi Buxarinin hədislərinin zəif olmasına və etibarsızlığına olan dördüncü dəlilimiz, onun hədislərinin bir qisminin Buxari tərəfindən senzura (Bütöv bir hədisin bir hissəsini yazıb qalan hissəsini isə kəsib atılmasına deyilir.) olunmasıdır. 
          Bu qəbahətli iş, Buxaridə mənəvi hökümranlıq edən həmin təəssübküşliyin təsiridir. Buna görə də şerlərdə məzmunu Əli (ə)-ın fəzilətinə işarə olan hədislər və ya xəlifələrdən birinin cahilliyinə və səhvlərinə dəlil olan hədisləri kəsib atdığının şahidi oluruq. Bu əməllə hədisin əvvəlinin ya onun axırının və bəzən də ortasından bir cümlənin ixtisar olması, o fəzilətlərin və nöqsanların üzərinə pərdə asmışdır. Hədis elmi nəzərində hədislərdə dəyişiklik etmək və ya onların həqiqətini gizlətmək əmanətin qorunmasında xəyanətə mürtəkib olmaq deməkdir. 
          Bu əməl, buna dəlildir ki, Buxari öz camesinin (səhihinin) yazılmasında bir muhəddis, təfsirçi və tarixçi kimi həqiqəti təmiz çatdırmaqla öz vəzifəsinə layiqincə əməl etməmişdir. Halbuki, öz vəzifəsinə əməl etməməklə yanaşı həm də öz səliqəsi və zövqünə uyğun gəlməyən hədisləri ixtisar etmişdir.
          Belə həqiqətləri gizlətmək və ya onları örtbastır etmək bir muhəddis üçün ən böyük xəyanətə mürtəkib olmaq deməkdir. Çünki, həqiqəti gizlətmək və onu dəyişmək özü ilə bir çox fikirləri azdıracaqdır. 
          Bundan əlavə, Buxarinin öz zövqi ilə hədislərin başına açdığı oyunlar, bizə bunu çatdırır ki, həqiqi səhih hədislərin ən mühüm hissələri o günlərdə Buxarinin əlində olmuşdur. Lakin, onun səliqəsi və zövqi ilə uyğun olmadığına görə, onları öz kitabında yazmamışdır. Bununla da, hədislərin mühüm hissələri tədricən aradan getmişdir. Öz kitabında hansısa bir hədisi yazmaq istəyən bir şəxs, hədis yazmaqda belə bir muamiləyə girərsə, onun zövqi ilə uyğun olmayan hədislərlə rəftarının necə olacağı məlumdur.
          İndi isə sizə belə hədislərdən bir neçəsini nümunə olaraq gətiririk:
         
    1. «CƏNABƏT HÖKMÜ»

          Bir nəffər, Ömər ibn Xəttabdan sual etdi: Əgər cənabətli olsam, su tapa bilməsəm namaz qılmaqdan ötrü nə etməliyəm? Ömər cavında dedi: Namaz qılma! Əmmar da həmin məclisdə idi. Peyğəmbərin təyəmmüm etmək əmrini hər ikisi eşitmişdilər. Öməri danlayaraq onun verdiyi hökmə etiraz etdi.
          Şəkk yoxdur ki, belə hökm və cənabətli olan şəxsə namazı tərk etmək əmri Quranın və Peyğəmbər (s)-in göstərişlərinin əksinədir. Həmçinin xəlifənin təyəmmüm hökmündən xəbərdar olmaması və ya onun İslami qanunlarından xəbərsiz olmasını (beləki, bu məsələ ümumi bir məsələdir) çatdırır. Buxari, xəlifənin abrını qorumaqdan ötrü bu hədisdə dəyişiklik etmiş və Ömərin لاتصل cavabını yəni «namaz qilma» cümləsini hədisdən silmişdir.
          İndi də əziz oxucumuzdan istəyirik ki, Buxarinin hədisinin mətni ilə Müslümün, Nəsainin və İbn Macənin nəql etdikləri hədisin mətnlərini yanaşı qoysunlar həqiqət onlar üçün aydın olsun.
         
    ... عن شعبة قال حدثني الحكم عن ذر عن سعيد بن عبدالرحمان بن ابزي عن ابيه ان رجلا اتي عمر، فقال اني اجنبت فلم اجد ماءاً فقال: لا تصل! فقال عمار: اما تذكر يااميرالمؤمنين؟! اذأنا وأنت في سرية فأجننا فلم نجد ماءاً فأما أنت فلم تصل، و اما أنا فتمعكت في التراب و صليت، فقال النبي (ص): انما يكفيك أن تضرب بيديك الارض ، ثم تنفخ، ثم تمسح بهما وجهك و كيفيك، فقال عمر: إتق الله يا عمار قال: إن شئت لم أحدث به

         (Səhihi Müslüm c-1, Təyəmmüm babı; Sünəni Nəsai c-1, Təyəmmüm babı; Sünəni İbn Macə c-1, 91-ci bab.) 
         
    حدثنا آدم قال حدثنا شعبه حدثنا الحكم عن ذر عن سعيدبن عبدالرحمان بن ابزي عن ابيه قال: جاء رجل الي عمر بن الخطاب فقال: إني أجنبت فلم أصب الماء......: فقال عمار بن ياسر لعمربن الخطاب اما تذكر أنا وأنت؟! فاما أنت فلم تصل، واما أنا فتمعكت فصليت، فذكرت للنبي (ص)، فقال النبي (ص) انما يكفيك هكذا فرب النبي (ص) بكفيه الارض، ونفخ فيهما، ثم مسح بهماوجهه وكفيه.

         (Səhihi Buxari c-1, Kitabut-təyəmmüm babul Mutəyəmmumu həl yənfəxu fihima.)
          Əziz oxucu, gördüyünüz kimi bu iki hədis sənəd və mətn baxımından eynidir. Onlar arasında Səhihi Müslümdə gözə dəyən لا تصل «namaz qılma» cümləsindən başqa heç bir fərq yoxdur. Lakin, Səhihi Buxaridən bu cümlə silinmişdir.
         
    2. «DƏLİ QADININ DAŞQALAQ OLUNMASI»

          Mötəbər kitablarda və Səhihi Buxarinin şərhlərində, muxtəlif mətnlərdə bir hədis nəql olunmuşdur. Onun məzmunu belədir: 
          Zinaya murtəkib olmuş dəli bir qadını Ömərin yanına gətirdilər. Xəlifə, o qadının daşqalaq olunmasını əmr etdi. Əmirəl möminin (ə) bu məsələdən xəbər tutdu və bu hökmün icra olmasına mane oldu. Ömər hökmün icra olunmamasının illətini soruşduqda Həzrət (ə) cavabında buyurdu: - Məgər neçə nəfərdən hökmün götürülməsini bilmirsənmi? Dəlidən onun dəliliyi aradan gedincə, uşaqdan yetginliyə çatınca və həmçinin yuxuda olan şəxsdən oyanınca. (İrşadus-sari c-10, s-9, Sunən İbn Davud c-2, s-402, Sunəni İbn Macə c-2, s-227)
          Məsələnin daha aydın olması üçün Sunəni Davuddan hədisin mətninə diqqət edin. Hədisi belə nəql edir:
         
    .... عن ابن عباس قال اتي عمر بمجنونة قدزنت فاستشار فيها اناساً فأمر بها: ان ترجم فمربها علي ابن ابي ‌‌‍طالب رض فقال ماشان هذه؟ قالوا: مجنونة بني فلانة زنت، فأمر بها عمران ترجم قال: فقال: ارجعوا بها، ثم اتاه فقال يا اميرالمؤمنين اما علمت ان القلم قدرفع عن ثلاثة، عن المجنون حتي يبرء، وعن النائم حتي يستيقظ، وعن الصبي حتي يعقل؟! قال: بلي قال: فما بال هذه ترجم قال: فارسلها قال: فارسلها قال فجعل يكبر.

          Bu hədis az bir fərqlə Əhməd ibn Hənbəlin musnədində, birinci cild səhfə yüz əlli dörddə qeyd olunmuşdur. İbn Əbdul Birr də «İstiab» kitabında bu hədisi gətirmiş və onun aşağısında bu cümləni də nəql edir:
         
    فكان عمر يقول لولا علي لهلك عمر
    «Əgər Əli olmasaydı Ömər həlak olardı». (İstiab c-3, s-39 vərəqin aşağı hissəsində çap olunmuşdur)
          Lakin təəssüf ki, Buxari bu hədisi öz kitabında iki yerdə nəql etmiş, hər iki yerdə nəql edərkən Ömərin qəflətinə və ya cəhalətinə pərdə çəkmək üçün və yaxud Əli (ə)-ın Ömərin və başqa səhabələrin əleyhinə qəzavət etməsi kimi həqiqəti tapdalamaq üçün, o hədisin əvvəlini sənədi ilə bir yerdə kənara atmışdır. Çünki, Əli (ə)-ın qəzavətləri Peyğəmbər (s)-in əmri və göstərişləri əsasında idi. Buxari isə həmin hədisi qısa şəkildə çıxardaraq belə nəql etmişdir:
         
    .... قال علي لعمر اما علمت ان القلم رفع عن المجنون حتي يفيق وعن الصبي حتي يدرك و عن النائم حتي يستيقظ؟.

          (Səhihi Buxari c-8, Kitabu Əlmuharibin bab- «La yərcimul məcnunu vəl məcnunə» Səhihi Buxari c-7, Kitabu Əttəlaq bab-Əttəlaqu fil əğlaqi ...)
         
    2. «ŞƏRABXORUN CƏZASI»

          Səhihi Müslümdə və başqa sihahlarda qeyd olunmuş hədislərin məzmununa əsasən Peyğəmbər (s)-in zamanında şərab içməyin cəzası şallaq vurmaq və ədəbləndirmək idi. O həzrət (s) qırx şallaq vururdu. (Bu məsələ barədə əhli sünnə kitablarında bəs qədər bəhs olunub araşdırılmışdır. Burada məqsədimiz, şiə məzhəbinin bu məsələdə olan nəzərini gətirmək deyildir.)
          Əbu Bəkr də öz xilafəti dövründə Peyğəmbər (s)-in həmin yolu ilə getmiş və qırx şəllaq vururdu.
          Lakin, Əbu Bəkrin xilafətindən sonra Ömər bu hökmdə başqalarının sözünə baxdı və Əbdur-Rəhman ibn Ovfun məsləhəti ilə şərab içənə 40 şallaq əvəzinə 80 şallaq vurdu. 
          Bu məsəlinin izahına ehtiyac yoxdur. Xilafət məqamında olan və Peyğəmbər (s)-in məqamını qəsb etmış bir kəsin, uzun müddət icra olunmuş bir hökmün icrasında başqaları ilə məsləhətləşməsini və Peyğəmbər (s) və əvvəlki xəlifənin əməlini tərk etməsini dərk etmək çox da çətin deyildir. Özünü müsəlmanların xəlifəsi sayan, lakin əmələ gələndə səhabələrdən birinin hökmünə və əmrinə ehtiyac duyan bir şəxs üçün belə bir sual qarşıya çıxacaq ki; görəsən bu hökmü bilmirdimi? Tacirliyimi onu bu hökmü öyrənməkdən saxlamışdır? Yaxud Peyğəmbərinmi (s) əleyhinə əməl etmək istəyirdi? 
          Necə olursa-olsun bu iş Buxarinin zövqünün əleyhinə olan bir işdir. Xilafət məqamını qorumaq üçün, hədisin əvvəl hissəsini yəni Peyğəmbər (s)-in şallaq vurmasını və Əbu Bəkrin o Həzrətdən (s) itaət etməsini nəql etmiş, lakin hədisin axır hissəsini, yəni Ömərin səhabələrdən məsləhətləşməsini isə hədisdən ixtisar etmişdir.
          İndi də mətn və hədisin muqayisəsini əziz oxuculara təqdim edirik:
         
    ....عن انس ابن مالك ان النبي (ص) اتي برجل قد شرب الخمر، فجلده بجريدتين نحو اربعين، قال:
          و فعله ابو بكر، فلما كان عمر، استشار الناس فقال عبدالرحمان ابن عوف: اخف الحدود ثمانين فامر به عمر.

          (Səhihi Müslüm c-5, Kitabul hudud-bab həddul-Xəmr;)
         
    ... عن انس ابن مالك ان النبي (ص) ضرب في الخخمر بالجريد والنعال و جلد ابوبكر اربعين

          (Səhihi Buxari c-8, Kitabul hudud bab- Ma caə fi zərbin Şaribəl xəmr;)
         
    ...عن انس قال جلد النبي (ص) في الخمر بالجريد والنعال وجلد ابو بكر اربعين

          (Səhihi Buxari c-8, Kitabul hudud bab- Əz-zərbu bilcərid vən-nəal;) 
         
    4. «SUDAN SORUŞMAQ ƏHVALATI»

          Buxari «Etisam kitabında» bir hədis nəql etmişdir ki, hədisin mətni belədir:
         
    ...عن ثابت عن انس قال : كنا عند عمر فقال : نهينا عن التكلف

         (Səhihi Buxari c-9 kitabul etisam bab - ma yəkrihu min kəsrətis-sual və ....) 
          Sabit Ənəs ibn Malikdən nəql etmişdir ki, - Biz Ömərin yanında idik. O, dedi: - Bizi əziyətə düşməkdən çəkindirmişlər.
          Bu hədisin Buxari tərəfindən bucür nəql olunması onun kəsilərək bir miqdarının atılmasını bildirir. Çünki, hər bi kəs onun mətninə azacıq diqqət yetirsə bu cümlələrin düz olmamasını anlayacaqdır. Bir sözlə silinmiş cümlələrin hədisin mətnində olmaması əsassız deyildir. Bu da onu bildirir ki, hədis üzərində dəyişiklik etməklə düzəlişlər aparılmışdır!!
          Şükürlər olsun ki, başqa muhəddis və alimlər bu hədisi bütöv nəql etmişlər. Bununla da Buxarinin hədislərə nisbət xəyanətinin üzərindən pərdəni götürmüşlər. 
          İbn Həcər Səhihi Buxarinin şərhində hədisin mətnini belə nəql edir:
         
    ...ان رجلا سأل عمر بن خطاب عن قوله و فاكهة واباً ماالاب؟! فقال عمر نهينا عن التعمق والتكلف:

          Bir kişi Ömər ibn Xəttabdan وَفَاكِهَةً وَأَبًّا ً (Əbəsə surəsi ayə-31) «(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik» ayəsində olan «Əbb» kəlməsinin mənasını soruşdu ki, «Əbb» nədir? Ömər onun cavabında dedi: Bizi belə məsələləri fikirləşərək əziyətə düşməkdən çəkindirmişlər. 
          İbn Həcər deyir: - Bu hədisin mətni Sabit tərəfindən iki yolla nəql olunmuşdur. Sonra isə belə deyir: Bu hədis başqa məzmunlarda da nəql olunmuşdur. Lakin bizim Ənəsdən nəql etdiyimiz Buxarinin qısaltdığı hədisi yaxşı tamamlaya bilər. (Fəthul bari c-17, s-31)
          Əziz oxucu! İbn Həcərin sözlərindən, Səhihi Buxaridə və Fəthul bari kitabında nəql olunmuş hədisin mətnlərinin bir biri ilə muqayisəsindən belə məlum olur ki;
          Bu hədis də onlarla başqa hədislər kimi Buxarinin səliqə və zövqü ilə uyğun gəlməmiş və xəlifəyə olan xüsusi əlaqəsi ilə bir yerə siğmamışdır. Buna görə də Buxari ən gözəl çıxış yolu hədislərin əvvəllərini və ən mühüm cümlələrini kəsib atmaqla öz əqidəsinə bu yolla xidmət etmişdir. Ona görə də əvvəli və ya axırı kəsilərək atılmamış belə bir hədisi oxuyan hər hansı bir şəxsin istər istəməz zehnində bir sual onu düşümdürəcəkdir. O da budur ki, əgər Qurani-Kərimin lüğətlərindən bir kəlmə və ya bir lüğətin mənası əziyyətə və zəhmətə səbəb olursa, dini mövzuların heç biri barədə gərək daha söruşulmasın və bundan sonra heç bir kəsin fikirləşməyə və sual etməyə haqqı yoxdur. Bəs elm və təlim barədə olan bu qədər fəzilətlər harada və nə vaxt dərdimizə dəyəcəkdir? Belə bir böyük mənsəbə sahib olan şəxs, necə ola bilər ki, Müqəddəs Qurani-Kərimin lüğətlərinin mənasını yaxşı bilməsin?! (Nə yaxşı ki, ayənin aşağısında onu izahı gəlmişdir.)
          Kiçik bir sualın qarşısında onun cavabı نهينا olan bir şəxs, böyük İslam ümmətinin rəhbərliyini necə öhdəsinə götürmüşdür?!
          Bəlkə də belə sualların özü Buxarini vadar etmişdir ki, hədislərin başına oyun açmaqla onu qisa və naqis nəql etsin.
          Bu hədisi, mətndə ixtilaf olmaqla tanınmış təfsirçilərdən Syuti, İbn Kəsir, Zəməxşəri, Xazen, Bəğəvi və Hakim mustədrəkdə «Əbəsə» surəsinin təfsirində nəql etmişlər. Həmçinin Səhihi Buxarini şərh edənlərdən İbn Həcər (Fəthul bari c-17, s-31), Eyni (Umdətul qari c-10,s-35) və Qəstəlani, (İrşadus-sari c-10, s-311) lüğət bilənlərdən İbn Əsir nihayədə («Əbb» lüğətinin mənasında) gətirmişlər. Biz, Allahın köməyi ilə kitabın ikinci cildinin xilafət bəhsində bu dörd hədis barədə geniş bəhs edəcəyik.
         
    5-6. «OSMAN VƏ SOMƏRƏT İBN CUNDƏBİN ƏHVALATI»

          Buxari bəzən hədislərdə gələn aşkar adları, şəxs əvəzlikləri, kinayə və ya «filankəs» kəlməsi ilə dəyişməklə onların həqiqi məzmununu gizlətmişdir. 
          1. Usamədən bir hədis nəql olunmuşdur. O, bu hədisdə Osmanın gördüyü işlərə irad etmişdir. Hədisin tərcüməsi belədir:
          Usaməyə dedilər: Yaxşı olar ki, gedib Osmanla söhbət edəsən və onu bu işlərindən çəkindirəsən. Usamə cavabında dedi: - Siz elə düşünürsünüz ki mənim söhbətim gərək sizin qulağınıza çatmalıdır? Hansı ki mən xəlifə ilə ona irad etmədən bu barədə söhbət etmişəm. Usamə dedi: - Mən Peyğəmbər (s)-dan eşitdiyim məsələdən sonra mənə əmir və hakim olan hər kəsə yaxşı adam deyə bilmərəm. Çünki, Peyğəmbər (s) buyurmuşdur ki, qiyamət günündə bir nəfəri gətirib cəhənnəm oduna atarlar. Onun bağırsaqları od-alov içində qarnından çölə çıxar. Şiddətli ağrıların çoxluğundan dəyirman uzun qulağı kimi öz başına fırlanar. Cəhənnəm əhli onun ətrafına toplaşaraq deyərlər: - Niyə belə edirsən? Məgər yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirən sən deyildinmi? O isə deyər: - Bəli! Mən yaxşılıqlara dəvət edirdim lakin özüm yaxşı işlər görmürdüm. Pis işlərdən çəkindirirdim amma özüm pis işlər görürdüm.
    عن شقيق عن اسامة بن زيد قال قيل له الا تدخل علي عثمان فتكلمه فقال اترون اني اكلمه الااسمعكم والله قد كلمته فيما بيني وبينه دون ان افتح امراً لا احب ان اگون اول من فتحه ولا اقول لا حديكون علي اميراً انه خيرالناس بعدما سمعت رسول الله (ص) يقول يؤتي بارجل يوم القيامة فيلقي في النار فتندلق اقتاب بطنه فيدوربها كمايدورالحماربالحي فيجتمع اليه اهل النار فيقولون يا فلان! مالك الم تكن تأمر بالمعروف وتنهي عن المنكر فيقول بلي قد كنت آمربالمعروف ولاآتيه وانهي عن المنكر وآتيه.

         (Səhihi Muslim c-8, Kitabu Əz-zohdu vər-rəqaiq, bab - Uqubəti mən yəmuru bil-məruf;)
          Əziz oxucu! Aşağıda mətnini yazaraq Səhihi Müslümdən nəql etdiyimiz bu hədis Usamə ibn Zeydin Osmana olan açıq iradını bildirir. Usamə, İslamın mubariz şəxsiyyətlərindən biridir ki, Peyğəmbər (s) vəfatı zamanı İslam bayrağını və qoşun başçılığını ona həvalə etmiş və böyük səhabələrə başçı təyin etmişdir. Üsamə həmin o şəxsdir ki, Peyğəmbər (s) son anlarında belə onun qoşunundan üz döndərəni lənətləmişdir. Belə bir böyük şəxsiyyətin Peyğəmbər (s)-dan eşitdiyi hədisə əsaslanaraq Osmanı dəyirman uzun qulaqlarından biri və cəhənnəmdə bağırsaqları çölə çıxmış, dəhşətli əzaba tutulmuş bir şəxs kimi tanıtdırmışdır.
          Bu hədisi «Müslüm» iki yolla nəql etmişdir. Hər ikisində də Osman kəlməsi gözə dəyir. Buxari də həmin hədisi iki müxtəlif yolla nəql etmişdir. Lakin, hədisə başqa don geyindirmək və onun rəngini dəyişmək üçün Peyğəmbər (s) və Usamənin belə bir açıq iradı, Osmanın üzərindən götürmüş və hər iki yerdə çox məharətlə davranmışdır. Bir yerdə Osman əvəzinə mətndə şəxs əvəzliyi gətirmiş və ...قيل لاسامة الا تكلم هذا... yazmışdır. Başqa yerdə isə Osman kəliməsini «filankəs» kəliməsi ilə əvəz etməklə ...قيل لاسامة لواتيت فلاناً فكلمته.. nəql etmişdir. (Səhihi Buxari c-4, bab-sifətun-nar; Səhihi Buxari c-9, Kitabul fetən bab- Əlfetnətu əlləti təmucu iəmovcul fəhr;)
          2. Yenə də Müslüm səhihdə və Əhməd ibn Hənbəl musnəddə Ömər tərəfindən Bəsrəyə hakim təyin olunmuş Somərənin şərab satdığını nəql edirlər. Bu hadisənin mətnində Somərənin adı iki dəfə gəlmişdir. Səhihi Müslümdən və Musnədi Əhməddən bu hədisin mətnini və tərcüməsini burada qeyd edirik:
          Tavus, İbn Abbasdan nəql edir: - Ömərə Somərənin şərab satdığını xəbər verdilər. Ömər dedi: - Allah Somərəni öldürsün. Məgər o Peyğəmbər (s)-in yəhudilər barədə buyurduğu «Allah yəhudiləri öldürsün. Çünki Allah, heyvanların piyini onlara haram etmişdir. Lakin onlar Allahın əmrinin əksinə yağları bazara çıxardaraq satırdılar» kəlamını eşitməyibmi?!
    ... عمروبن دينار قال اخبرني طاوس انه سمع ابن عباس يقول بلغ عمران سمرة باع خمراً فقال قاتل الله سمرة الم يعلم ان رسول الله (ص) قال قاتل الله اليهود حرمت عليهم الشحوم فحملوها فباعوها

         (Səhihi Müslüm c-5 Kitabul buyu bab-təhrimun beyul xəmri vəl meytə; Musnədi Əhməd ibn Hənbəl bab- Məsanidu Ömər ibn Xəttab c-1, s-25)
          Bu hədisi Buxari də Somərənin yerinə «Filankəs» ibarətini gətirməklə nəql etmişdir:
         
    باع خمراً فقال قاتل الله فلاناً الم يعلم.... ... بلغ عمر ان فلاناً

         (Səhihi Buxari c-3, Kitabul buyubab- لايذاب شحرالميتةولايباع)
          Səhihi Buxarini şərh edənlərin çoxu hətta Səhihi Müslümü şərh edən, Nəvəvinin özü də həmin hədisin şərhində Buxarinin bu hədisə xəyanət etdiyini bildirmişlər. Bu nəzər də onlar tərəfindən örtülü və gizli qalmamışdır.
         
    «SƏHİHİ BUXARİDƏ HƏDİSLƏRİN MƏFHUMU»

          Səhihi Buxarinin hədislərinin etimadsızlığına beşinci dəlilimiz, bu hədislərin bir qisminin mənalarının nəql olunması və Buxarinin hədis nəql edənlərdən eşitdiyi kəlimələrin yazılmamasıdır.
          Xətib Bağdadi, bu barədə Buxarinin özündən nəql edir ki: - Mən Bəsrədə eşitdiyim hədislərin bir çoxunu Şamda və Şamda eşitdiyim bir çox hədisləri də Bəsrədə yazmışam. Ondan soruşdular: - Ya Əba Əbdillah! Bu hədislər bütövmü yazılmışdır?! Buxari cavabında sakit qalaraq heç nə demədi. (Tarixi Bağdad c-2, s-11)
          İbn Həcər deyir: - Səhihi Buxaridə baş vermiş nadir və təəccüblü işlərdən biri də bu kitabda bir hədis bir sənədlə nəql olunmuşdur. Həmin hədis həmin sənədlə, lakin başqa mətn və kəlimələrlə nəql olunmuşdur. Belə ki, «Sehrun nəbiy (s)» hədisində bu məsələ çox aydın görünür. (Fəthul bari c-10, s-186)
          Müəllif: Əgər geniş araşdırılsa görərik ki, Səhihi Buxarinin hədisləri arasında hədislərin mənalarının nəqli çoxdur.
          Əziz oxucu! 16 il müddətdə yazılmış, öz müəllifi tərəfdən belə kitab barədə etiraf olunmuş, həmçinin hədislərdən birini şəhərlərin birində eşidərək bir müddətdən sonra başqa bir şəhərdə yazılması və s. kimi belə vəziyyətdə olan bir kitab hansı etimadı doğrulda bilər?!
          Yəqin ki bu neçə müddət ərzində hədislərin kəlimələri unudulmuş və öz yerini başqa kəlimələrə əvəz etmişdir. Bir sözlə söyləsək bu hədisin mənası nəql olunmuşdur. Belə olduqda, hədis öz həqiqətini itirəcək və əvvəlki hədisin mətnində olan nöqtələrin aradan getməsi ehtimalı çoxalacaqdır. Buna görə də biz, Səhihi Buxarinin mövzularının mənasının nəql olunmasını onun hədislərinin zəif olmasının səbəblərindən biri kimi hesaba alırıq. 
         
    «SƏHİHİ BUXARİNİN BAŞQALARI TƏRƏFİNDƏN TAMAMLANMASI»

          Qəstəlanı deyir: - Bizim əlimizdə olan Səhihi Buxarinin nüsxələri, bablarla (Bab: - yəni başlıq; mövzu) ünvanlanmış lakin bu bablarda heç bir hədis nəql olunmamışdır. Bundan əlavə Bəzi bablarda hədis nəql olunmuşdur ki, babların ünvanı bu hədislə uyğun deyildir. Münəzzəm olmayan bu hədislər və mətləblər, bir çoxlarının iradına səbəb olmuşdur. Hafiz Əbuzər Hurəvi bu iradları həll etmək üçün belə cavab vermişdir: 
          Buna görə də Əbuzər Hurəvi Hafiz Əbu İshaqdan o da Əbul Vəlid Bacidən nəql etmişdir ki: - Mən Fərbərinin (Buxarinin kitab saxlayanı) yanında olan Səhihi Buxarinin əsl nüsxəsini üzündən köçürərkən o nüsxədə tamamlanmamış və yazılmamış bir çox hədislər gördüm. Biz onların Bəzilərini bir-birilərinə artırmaqla qaydaya saldıq. Bu yolla Səhihi Buxari kamilləşdi və kitab şəklinə düşdü. (İrşadus-sari c-1, s-23)
          Burada belə bir sual özünü biruzə verir ki; Başqaları tərəfindən nəzmə salınmış və tamamlanmış bu kitabın vəziyyəti nəzmə düşməzdən və tamamlanmazdan qabaq necə idi? Görəsən onu nəzmə salan kim idi? Görəsən bu şəxs özü də Buxari kimi bu kitabın hədislərində öz bildiyini etmişdir?
          Öz səliqəsi ilə hədisləri kitabdan silmiş və başqa hədisləri azaldıb çoxaltmaqla istədiyi hissəsini kəsib atmışdır?! Nə bilmək olar?! Bu məsələlər bizim üçün çox gizlidir. Lakin təkcə bunu deyə bilərik ki, belə olan şəraitdə başqa şəxslər tərəfindən tamamlanmış olan bu kitab hərçənd onun əsli, iradlı olmasa belə, yenə öz dəyərini itirir və onun məzmununa nisbət bizim əqidə və etimadımızı zəiflədir. Biz də ürəyimizdə bu kitaba nisbət şəkk edəcəyik.
          Bu da Səhihi Buxarinin hədislərinin zəifliyinə olan altıncı dəlilimiz.
         NƏTİCƏ:
          Əziz oxucu! 
          İndiyə kimi sizə çatdırdığımız mətləblərin xülasəsi budur ki: Səhih adı ilə tanınan bu iki kitabın vəziyyəti müəyyən bir həddə aydınlaşdı. Bu kitabların hədis raviləri və ricalları öz iç üzlərini bizə göstərdilər. Bundan əlavə bu iki kitabın müəlliflərinin təəssübkeşliyi məlum oldu. Səhihi Buxaridə yarımçıq yazılmış və silinmiş, mənaları nəql olunmuş hədislər barədə dəlillər açıqlandı. Bir sözlə bu iki kitabın sənəd və müəllif baxımından vəziyyəti aydın oldu. Belə acınacaqlı vəziyyətdə olan bir kitabı necə səhih adlandırmaq olar?! Peyğəmbər (s) tərəfindən necə təsdiq oluna bilər?! Bu hədislərin hamısının nəql olunmasına necə icazə verə bilər?!
          Görəsən Peyğəmbər (s) belə təəssübkeş əməli, hədislərin bir hissəsinin silinməsi və mənalarının nəql olunması ilə razıdırmı?! Bununla belə yenə də bu kitabın Peyğəmbər (s) tərəfindən öz kitabı kimi tanıtdırması və onu oxumağa rəğbətləndirməsinə inanmaq olarmı?! Bu sualların cavabını, ruhu və fikri azad olan əziz təhqiqatçı oxucunun öz öhdəsinə həvalə edirik.
          Bunlar, əziz oxucunun ixtiyarında qoyduğumuz «Səhiheyn» hədislərinın zəifliyini çatdıran möhkəm dəlillərdir. 
          Yeddinci dəlilimizi tohid babında, səkkizincini Nubuvvət və doqquzuncu dəlilimizi isə müxtəlif bablarda oxuyacaqsınız.

    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 879 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024