İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:37 AM
    «ƏHLİ SÜNNƏ ALİMLƏRİNİN NƏZƏRİNDƏ ALLAHIN GÖRÜNMƏSİ»
         ƏHLİ SÜNNƏ ALİMLƏRİ NƏ DEYİRLƏR?!

         Əhli sünnə alimlərinin və onların dörd məzhəb rəhbərlərinin, bəlkə onların bütün alimlərinin və hədisçilərinin Allahı görmək barədə olan nəzərləri, hədislərin söylədiyi nəzərlərdir. Onlar Allahı nəinki görünməsinə bəlkə də bu məsələni öz əqidələrinin əsli kimi qəbul etmiş və bu məsələni inkar edənləri isə İslamdan xaric olmuşlardan və kafirlərdən hesab edirlər. 
          İmam Əhməd ibn Hənbəl sünnə məzhəbinin imamlarından biridir. O, Allahın barəsində bu əqidədə olmuş və müxalifləri İslam dinindən xaric olmuş bilir. (Əlmənar c-9, s-145)
          Malik və Şafei də hər ikisi əhli sünnənin dörd rəhbərlərindən biri sayılırlar. Onlar da Allah-Taalanın qiyamət günü görünməsində həmin əqidədədirlər:
          Əşhəb deyir: - İmam Malikə dedim: – Ya Əba Əbdillah! (onun kunyəsidir)
         
    وجوه يومئذناضرةالي ربهاناظرة

         ayəsinin mənası budur ki camaat bu iki gözlə Allaha tamaşa edəcəklər? Dedi: - Bəli! həmin iki gözlə. Dedim: - bir çoxu deyirlər ki: 
         
    الي ربهاناظرة

          – cümləsinin mənası budur ki, Allahın savab və əzabını gözləyərlər. Mənim cavabımda dedi: - onlar yalan deyirlər. Bəlkə camaat Allahın özünə tamaşa edəcəklər. (Təzyinul məmalik fi mənaqibi Malik; təlif- Suyuti Muhəmməd Əbu Zohrənin nəqli ilə Malikin öz kitabında s-88.)
          Mozni ibn Horəmdən nəql edir ki: - İmam Şafeidən eşitdim ki; 
         
    كلا انهم عن ربهم يومئذلمحجوبون

          ayəsinin təfsirində belə dedi: - Bu ayə buna dəlildir ki, Allahın övliyaları onu axirətdə görəcəklər. Həmçinin Rəbi nəql edir ki; Günlərin bir günü İmam Şafeinin yanında idim. Ona Səiddən bir məktub gəldi. 
         O məktubda يومئذلمحجوبون كلا انهم عن ربهم ayəsi barədə sual soruşulmuşdur. Şafei məkubun cavabında belə yazdı: - Allah qəzəb üzünü camaatdan gizlədəcək buna dəlildir ki, başqa camaat Allahın sevindiyi anda onun üzünü görəcəklər. Rəbi deyir: - Şafeidən sual etdim. Sən özün bu məsələyə etiqad bəsləyirsən? Cavabımda dedi: - And olsun Allaha əgər Muhəmməd ibn İdris (Şafei) – ın qiyamət günündə Allahı görməyinə yəqini olmasa bu dünyada ona pərəstiş etməz. (Təbəqatuş-Şafeiyyə c-2, s-81)
          İsfiraini (vəfatı-429 h.q tarixində) deyir ki: - Rəy və hədis səhabələrindən fiqh imamları Malikin, Şafeinin, Əbu Hənifənin, Əhməd ibn Hənbəlin, Sovərinin, İbn Əbi Leylanın səhabələri hamısı Allahın gözlə görünməsini sübut etmişlər.
          Yenə də əlavə edir ki, - Əhli sünnənin hamısı Allahın axirət günündə özünü mö`minlərə göstərməsini qəbul edirlər və biz bu barədə ayrılıqda geniş şəkildə bəhslər cəm etmişik. (Əlfərqu beynəl fərq Təbəe Qahirə s-313 və 335)
          Əhməd Muhəmməd Şakir Əhməd ibn Hənbəlin musnədinə yazdığı öz şərhində deyir:
          Allahın görünməsi barəsində olan hədislər təvatir (Hədis terminalogiyasından biri olub, o hədis toplusuna deyilir ki, onun yalan və doğru olmaması mümkün deyildir.) həddinə və sübut mərhələsinə çatmışdır!!
          Əgər bir kəs Allahın görünməsini inkar etsə, məzhəbin zəruri məsələlərindən birini inkar etmişdir. Allahın görünməsini təkcə cəhmiyyə ,(İslam məzhəblərindən biri) mötəzilə, imamiyyə və xəvariclər inkar etmişlər. (Musnəde Əhməd ibn Hənbəlin şərhi c-14 s-137 hədisin şərhi 7703)
          Fazil Nəvəvi deyir: - Əhli sünnə məzhəbinin hamısının etiqadı budur ki, - Allah- Taalanı görmək əqlən mümkündür və mahal bir şey deyildir. Bu məsələni də qəbul edirlər ki, qiyamət günündə möminlər Allahla görüşməyə nail olacaqlar. Təkcə bir çox bidət əhli məsələn: mötəzilə məzhəbinin nümayəndələri, xəvariclər və murciə məzhəbinin nümayəndələri güman edirlər ki, Allahı görmək mümkün olmayan bir işdir. Sonra deyir: - Bu qrupun nəzərləri xəta və cahillik üzündən olan qorxulu məsələlərdəndir. Sonra yenə deyir:
          - Lakin Allahın görünməsi, əvvəlcə söylədiyimiz kimi bu aləmdə də mümkün bir işdir. (Səhihi Müslümin şərhi c-3, s-5)
          Allah-Taalanın görünməsi barədə olan dəlilləri zikr etdikdən sonra belə nəticə alır:
          - Səhih və düzü budur ki, - Peyğəmbər (s) merac gecəsi öz gözləri ilə Allahı görmüşdür: راي ربه بعيني راسه Sonra Ayişənin sözlərinə rəd cavabı yazmışdır. Çünki, Ayişədən nəql olunmüşdür ki; - «Peyğəmbər (s) merac gecəsi Allahı görməmişdir». 
          Diyar Bəkri deyrir: - Peyğəmbər (s)-in xüsusiyyətlərindən biri bu idi ki, Allah-Taalanı iki dəfə öz gözləri ilə görmüşdür.
         
    ورؤيته للباري مرتين

          (Tarixul-xəmis c-1, s-113-114)
          Bədruddin Eyni Allahı görmək barədə olan hədislərin şərhində belə deyir:
          Bu hədisin məzmunu Allahı görməyin mümkün olmadığına qail olanların nəzərini rəd edir. Sonra əlavə edərək bildirir ki, - Onların sözləri ən böyük nadanlıq və xətadan doğur. Çünki, Quran və sünnədən ələ gələn dəlillər Allahın görünməsini sübut edir. Bu dəlildən əlavə, İslam ümməti qədimdən ta bu günə qədər bu mənada nəzərləri birdir ki; Allah-Taala qiyamət günündə özünü möminlərə göstərəcəkdir.
          Sonra əlavə edir: - Lakin, Allahın bu aləmdə də görünməsi, bu da mümkün bir işdir. Amma keçmiş və indiki kəlam alimlərinin çoxu, buna qail olublar ki, Allahın dünyada görünməsi mümkün deyildir. Sonra deyir: - Əşəri buna qail idi ki, bu dünyada da Allahı görmək mümkündür!!! 
          Qəstəlani deyir: - Bəli, şübhəsiz ki, Allahı açıq aşkar görəcəyik!! (İrşadus-sari c-2, s-109)
          İbn Həcər Bətaldan nəql edir ki, - Əhli sünnə, hədis və ümmətinin hamısı Allahı axirətdə görülməsinin caiz olduğuna qaildirlər. (Fəthul bari c-18, s-195)
          Şeyx Muhəmməd Əbduh deyir: - Allahı görmək barədə düzgün və sərih hədislər o qədər çoxdur ki, bir kəsə şək, şübhə və mucadilə üçün bir yer qalmır. (Əlmənar c-9, s-144)
         
    «ALLAHI GÖRMƏK MƏSƏLƏSİ İLƏ BAĞLI BEŞ SUAL»

          İbn Həcər Məkkidən (İbn Həcər Məkki 973-cü hicri tarixində dünyadan getmişdir. O, əhli sünnə alimlərindən biri və çoxlu kitab sahibi idi. O cümlədən onun yazdığı kitablar şiənin rəddi barədə «Səvaiqu Muhrəqə» və «Əlfəta vəl hadisə» və s... misal vurmaq olar. Əlfətavəl hədisə kitabını 1390-cı hq tarixində Misrdə yeni çapa verilmiş və beş sual - cavab 147-149-216-218-ci səhifədə geniş şəkildə izah olunmuşdur.) Allahı görmək məsələsi barədə beş sual qeyd olunmuşdur. O, bu suallara cavab vermişdir. Əziz oxucuları bu beş sual və cavaba diqqət etmələrini xahiş edirik.
          1. Sual: - Əgər bir kəs bu dünyada ayıq halda həmin gözləri ilə Allahı gördüyünü iddia etsə və ya buna etiqadı olsa onun iddiası düzdürmü? Bir halda ki, bir çox qrupların əqidəsi Allahı bu dünyada da görünməsinin mümkün olduğuna etiqad bəsləmişlər.
          Cavab: - Bu məsələ iki cəhətdən bəhs olunmalıdır. Onlardan biri budur ki, əhli sünnənin Allahı bu dünyada da görünməsinin mümkün olmasına etiqad bəsləmişlər. İkinci bəhs görünüşün necə baş verməsindədir. Əhli sünnənin əksəriyyətinin əqidəsi bu barədə belədir ki, Allahın bu dünyada görünməsi nəinki başqa şəxslər üçün bəlkə, fəqət Peyğəmbər (s) üçün mümkün olmuşdur. O da təkcə merac gecəsində baş vermişdir.
          2. Sual: - Görəsən keçmiş məzhəblərə itaət etmiş möminlər də İslam məzhəbinin itaətçiləri kimi Allahı qiyamət günündə görəcəklərmi?
          Cavab: - İbn Əbi Həmzə Malikinin dediyinə əsasən keçmiş məzhəblərə itaət edənlər üçün iki ehtimal vardır. Lakin ən çox ehtimal olunan odur ki, onlar da müsəlmanlar kimi Allahı görəcəklər və hətta deyə bilərik ki; mələklər, cinlər və qadınlar da Allahı görməyə nail olacaqlar. Çünki, rəvayətdə gəlmişdir ki, Allahın bütün xaliqiyyəti (məxluqları) onu görəcəklər. Xaliqiyyət ləfzi də umumiyyətə işarədir. Saydıqlarımızın hamısına da dəlalət edir.
          3. Sual: - Nəyə görə Allahı dünyada yox, lakin axirətdə görmək mümkün olacaq?
          Cavab: - İmam Malikinin bəyanına əsasən onun illəti axirət əhlinin xilafına olaraq dünya əhlinə hökumət edən zəif bir qüvvəyə görədir. Axirət əhli həmişəlikdir və çox qüvvəyə malikdirlər. Amma Peyğəmbər (s)-in merac gecəsində Allahı görməsinə müvəffəq olmasının necəliyinə gəldikdə isə, o da adi bir bəşər kimidir? Sualına cavabda gərək deyək ki, bu, Allahın təkcə öz Peyğəmbərinə inayət etdiyi məxsus, fovqəladə kəramət və lütf idi.
          4. Sual: - Behiştdə qadınlar da kişilər kimi Allahı görəcəklər?
          Cavab: - Xeyr! Çünki, bu məsələyə xas bir dəlil yoxdur. Lakin, alimlərin bəziləri deyirlər ki, - Onlar da kişilər kimi behiştdə, Allahı görəcəklər. Rəvayətlərin məfhumu ümumiyyətə dəlalət etdiyinə görə qadınlara da şamil olur. Bəzən qadınların fəqət bayram günlərində nəinki kişilərlə bir yerdə bəlkə, xüsusi şəkildə Allahı görəcəklərini də söyləyirlər. Bu nəzəriyyə dəlil cəhətindən çox qüvvəyə malikdir. Lakin, Cəlaluddin Syuti «Siddiqat» - (Quranda onların barəsində yaxşı yad olunan qadınlar )-ı istisna etmiş və belə demişdir: - Bu qadınlar, behiştdə nəinki xüsusi bəlkə kişilərlə bir yerdə də Allahı görəcəklər. Bu, Allahın belə qadınlara bağışladığı xüsusi lütfü və kəramətidir.
          5. Sual: - Qadınlar da kişilər kimi durduqları yerdə və behiştə girməzdən qabaq Allahı görəcəklər? 
          Cavab: - Bəli, bəlkə əhli sünnənin bir çox alimlərinin əqidəsinə görə munafiq və kafirlər də durduqları yerdə Allahı görməyə müvəffəq olacaqlar. Lakin, az bir müddətdən sonra görə bilməyəcəklər. Amma behiştdə, Allahı görmək Peyğəmbərlərə, mursəlinə, siddiqinə, İslam ümmətindən və hər ümmətdən olan mö`minlərə məxsus olmasında əhli sünnənin nəzərləri eynidir. Ancaq bu ümmətin qadınlarının görməsində isə ixtilaf vardır. 
         
    «BU BATİL ƏQİDƏNİN MƏNŞƏİ NƏDİR?»

         Əvvəlki səhifələrdə işarə olunduğu kimi əhli sünnə alimlərinin sözlərindən belə ələ gəlir ki, onların bu əqidələrinin sübutunda dəlilləri, səhiheyndə və başqa etimad olunan kitablarında nəql olunmuş hədislərdən ibarətdir. Elə buna görə də bu hədislər onları Qurani-Kərimin ayələrində tədəbbur və təfəkkür etmələrindən saxlamışdır. Bəzən bu hədislərin əsərinin təsiri ayələrin bir hissəsini təvil etmiş (Dəyişmiş və başqa mənaya yozmuş) və hədisin məzmunu ilə uyğun mənada istifadə olunmuşdur.
          İbn Həcər Allahın görünməsini söyləyən hədislər barədə belə deyir: - Daru Qutni Allahın görünməsi barədə olan hədislərin nəql olunan yolunu təqribən iyirmiyə qədər toplamışdır.
          Sonra deyir: - Lakin, İbn Qəyyum bu barədə, çox çalışmış və «havil ərvah» kitabında 30-dan artıq toplamış və hamısının təriqinin də düzgün və səhih olduğunu bildirmişdir.
          Sonra İbn Həcər, Daru Qutnidən nəql edir ki: - İbn Muin demişdir ki: - mənim yanımda Allahı görmək barədə yeddi səhih hədis vardır. (Fəthul bari c-17, s- 309)
          Şeyx Muhəmməd Əbduh deyir ki, - Görməyi inkar edən ayələr, onu sübut edən ayələrindən aşkar olduğu çox deyilmişdir. Məsələn:
          لن تراني ayəsi və لاتدركه الابصار ayəsi kimi. Bu iki ayə sərahətlə Allahın görünməsini inkar edir. Lakin bunu sübut edən ayələr isə ibarətdir 
         
    وجوه يومئذناضرةالي ربهاناظرة

         «Qiyamət günü bir çoxlarının üzləri sevincdən gülər və Allahlarına baxarlar» ayəsində نظر - lüğəti intizar mənasında, Quranda, danışıqda və ərəb kəlmələrində çox istifadə olunmuşdur. Məsələn: ماينظرون الاصيحةواحدة ayəsi və هل ينظرون الاتاويله ayəsi kimi. Bu ayələrin hamısında نظر lüğəti intizar mənasındadır. Mucahid kimi keçmiş təfsirçilər də ناظرة – ni bəhs olunan ayələrdə intizar mənasında tutmuşdur. (Əlmənar c-9, s-134)
          Əbduh yuxarıdaki mətləblərə diqqət edərək eləki hədislərlə üz-üzə gəldikdə bu hədislərə göz yuma bilmir. Xülasə söyləsək Quran ayələrini sadə tutmuşdur. Başqa ibarətlə söyləsək, Allahı görməyi mümkün olduğunu bildirən hədislərin əsəri, Qur`an ayələrində təvilə yol vermiş və sərahətlə belə deyir: - Səhih hədisdə Allahı görməyin sübutuna sərih hədislər o qədər çoxdur ki, heç kəsə şək və şübhə yeri qalmır. (Əlmənar c-9, s-144)
          Beləliklə, aydın oldu ki, Allahın görünməsinə olan əqidənin mənşəyi, əhli sünnə kitablarında belə hədislərin olmasıdır. Xüsusilə sihahda nəql olunan cism və oxşatmaq mənşəyi də zikr olmuşdur. Belə hədislər Allahı tanımaqda Quranın nəzəri ilə uyğun gəlməyən yolu ötüb keçilməsinə səbəb olmuşdur.
          Bəli, əgər bir vaxt bir binanın əyriliyi, onun memarının vasitəsi ilə düzəlmiş olarsa bu inhirafın və əyriliyin əsəri o binada ta əbədi qalacadır.

    «ALLAHI YUXUDA GÖRMƏK OLARMI? 2

          Əziz oxucu! 
          Səhiheynin ardıcıllarının Allahı görmələri barədə olan əqidəlrini mulahizə etdiniz. Yaxşı olar ki, əhli sünnə alimlərinin Allahı yuxuda görmək əqidəsini də burada qeyd edək.
          Onlar bu məsələni sübut etməkdən ötrü bir sıra hədislər nəql etmişlər ki, Peyğəmbər (s) bu nemətə nail olmuş və Allahı yuxuda görmüşdür.
          Bu nəzəriyyəni daha da möhkəmlətmək üçün məsələni genişləndirərək, Peyğəmbər (s)-in məqamını kiçiltmiş və Bəzi alimlərin də yuxuda Allahla görüşməyə və Allahla öz aralarında dərdləşməyə nail olduğunu da bildirmişlər.
          Bu yuxunu ən məşhur yuxu yozanlar, maraqlı və şirin yuxu yozma ilə nəql etmişlər.
          Belə əqidənin sahibləri, Allahı yuxuda görməyə əlaqəsi olanlara yol göstərmiş və bu nemətə nail olmaq üçün onlara iki rükətli məxsus bir namaz da öyrətmişlər.
          Nəhayət məşhur tarixçi Suheyli və «Rovzul ənəf» kitabının sahibi (vəfatı-581 h.q tarixində) bu barədə «Məsələtu royətullah fil mənami vən-nəbiy» (İbn Hişamin sirəsi, Taha Əbdur-raufun qələmi ilə; Misr çapı 1391) adlı kitab yazmışdır ki, Allahı yuxuda görmək mövzusunu geniş açıqlamış və bu barədə olan müxtəlif suallara cavab vermişdir. 
          Biz yuxarıda qeyd olunan mətləbləri təfsilatı ilə oxucuların ixtiyarında qoymaqla qəzavət etməyi onların öz öhdələrinə buraxırıq.
         
    «PEYĞƏMBƏR (S) ALLAHI YUXUDA GÖRÜR»

          Bu barədə Termizi öz sunənində bir neçə hədis nəql etmişdir. Onların hamısının məzmunu Peyğəmbər (s)-in yuxuda Allahi gözəl qiyafədə görərək onunla söhbət etdiyini bildirir. İndi isə o hədislərdən birinin mətni və xülasə tərcüməsi ilə tanış olun:
          Məaz ibn Cəbəl deyir: - Peyğəmbər (s) bir gün sübh namazına gecikdi. Günəşin çıxmasına az qalmış tələsik halda məscidə daxil oldu. Namazı qıldı və sonra buyurdu: - Cərgələrinizi pozmayın. Bu vaxt gecikməyinin səbəbini belə izah etdi: - Mən dünən ayıldım. Bir az namaz qıldıqdan sonra yuxuladım. Yuxuda Allahı gözəl bir qiyafədə gördüm. Allah buyurdu: - Ya Muhəmməd! Dedim: - Ləbbəyk ey mənim Rəbbim! Buyurdu: - Muqərrəb mələklər hansı məsələdə bir-biri ilə mübahisə edirlər. Dedim: - Bilmirəm. Bu sualı üç dəfə təkrar etdi və mənfi cavab eşitdi. Bir də gördüm ki əlini mənim kürəyimə qoydu. Mən onun barmaqlarının sərinliyini sinəmdə hiss etdim. Bu vaxt mənə belə buyurdu: Ya Muhəmməd.... 
         
    ... عن معاذ ابن جبل قال:احتبس عنا رسول الله(ص) ذات غداةمن صلاةالصبح حتي كدنا نترا اي عين الشمس فخرج سريعاًفترب باصلاة فصلي رسول اللهو تجوز في صلاته فلما سلم دعا بصوته فقال لنا علي مصافكم كما انتم ثم انقتل الينا فقال اما اني سأحدثكم ما حبسني عنكم الغداةاني قمت من اليل فتوضات فصليت ماقدر لي فنعست في صلاتي فاستشقلت فاذا انا بربي تبارك وتعالي في احسن صورة فقال يا محمد! قلت ربي لبيك قال فيم يختصم الملأالاعلي قلت لاادري رب قالها ثلاثاً قال فرأيته وضع كفه بين كتفي قدوجدت برد انامله بين ثدييي...

          (Sunəni Termizi c-5, Sad surəsinin təfsiri)
         
    «BUXARİNİN BU HƏDİSİ TƏSDİQ ETMƏSİ»

          Termizi yuxarıdaki hədisi nəql etdikdən sonra deyir: - Bu hədis «həsən» (Həsən – şiə məzhəbinin nəzərinə əsasən, o hədisə deyilir ki, onun sənədi məsuma qədər neçə sənədlə muttəsildir və hədisin raviləri də imami məzhəbdirlər. Lakin onların ədaləti barədə rical kitablarında bir söz deyilməmişdir. Əhli sünnə nəzərində isə həsən, o hədislərə deyilir ki, onun raviləri adil, lakin hədisi əzbərləməkdə çox zəifdirlər.) və «səhih»-dir. Mən onun səhihliyi barədə Muhəmməd ibn İsmaildən soruşdum. O da bu hədisi təsdiq etdi və cavabında dedi: - Bu hədis səhihdir.
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 739 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024