İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:36 AM
    «ƏHLİ SÜNNƏ ALİMLƏRİ DƏ ALLAHI YUXUDA GÖRÜRLƏR»

          Hafiz ibn Ərəbi Maliki (vəfatı 543 h.q tarixində) Sunəni Termiziyə yazdığı öz şərhində, Sunəni Termizidən nəql etdiyimiz hədisin şərhində belə deyir:
          Şeyx, alimlərin və zahidlərin rəhbəri, ustad Əbu İshaq İsfiraini də Allahı yuxuda görmüş və ona demişdir: İlahi otuz ya qırx ildir səndən bağışlanmağımı diləyirəm, lakin hələ də mənim duamı qəbul etməmisən. Allah onun cavabında buyurdu: Ey Əba İshaq! Sən bizdən böyük bir hacəti, bizim dostluğumuzu və məhəbbətimizi istədin! (Arizətul əhvəzi, Misr çapı c-12, s-117)
          Şərani (Təbəqate Şərani, Misr çapı 1316, c-1, s-44), İbn Covzi (Mənaqebu Əhməd ibn Hənbəl, Beyrut çapı-s-434) və Şəblənci (Nurul Əbsar, Beyrut çapı s-225) Əhməd ibn Hənbəldən nəql edirlər ki, o deyirdi: - Mən Allahı yuxuda gördüm. Dedim: - İlahi, bəndələrinin sənə yaxın olmasına ən gözəl vasitə nədir? Buyurdu: - Mənim sözlərimdir ey Əhməd! Dedim: - Düşünərək ya düşünməyərək? Buyurdu: - Düşünərək və düşünməyərək!
         Ruhul məani təfsirinin sahibi Alusi Bağdadi (vəfatı-1270 h.q tarixində) deyir:
         - Allaha şükür edirəm ki, həyatımda üç dəfə Allahı yuxuda görmüşəm. Axırıncı dəfə 1246-cı ildə görmüşdüm. Onu ətrafı nurla bürünmüş və şərqə tərəf diqqət etdiyi halda gördüm. Mənə neçə cümlə nəsə byurdu. Yuxudan oyandıqdan sonra mən o cümlələri unutdum. (Ruhul məanı c-9, s-46)
         
    «BU YUXUNUN YOZUMU»

          Darəmi öz «sünən» adlı kitabında nəql edir ki, Peyğəmbər (s) Allahı yuxuda görmüşdür. Sonra bu yuxunu yozmağa başlayır və tanınmış yuxu yozan İbn Sirindən belə nəql edir; - Hər kim Allahı yuxuda görsə behiştə daxil olar. (Darəminin mətni c-2, s-126)
         
    «ALLAHI YUXUDA GÖRMƏK ÜÇÜN QILINAN NAMAZ»

          Əhli sünnə alimləri və hədisçiləri İbn Abbasdan nəql etmişlər ki, - Hər kim cümə günü zöhr və əsr namazları arasında iki rükət namaz qılaraq onun birinci rükətində «Həmd» surəsindən sonra bir dəfə «Ayətul kursi»-ni və 25 dəfə «Fələq» surəsini, ikinci rükətində isə «Həmd» surəsindən sonra «İxlas» surəsini və 25 dəfə «Nass» surəsini, salamdan sonra isə 50 dəfə 
         
    لاحول ولاقوة الا بالله العلي العظيم

         deyərsə yuxuda Allahı görməmiş dünyadan getməz.
         Syuti də «Əlləaliəl məsnuə» (C – 2, s-119) kitabında gətirmişdir. İbn Couzi də «Əlmozuat» adlı öz kitabında bu hədisi Əbu Talib Məkki və Əbu Hamid Qəzalidən nəql edir və bildirir ki bu hədis düzəlmə və qondarma hədisdir. Çünki, onun sənəd silsiləsində olanlar məchul və tanınmayan şəxslərdir. 
         Təəccüblü burasıdır ki, İbn Couzi bu hədisin inkarında onun «Royətullah fil mənami» mətninə irad etməmişdir. Onun fikrincə hədisin mətni düzdür. Yalnız sənədlərində iradın olmasını bildirərərək belə demişdir: 
         
    هذا حديث مجهول وفيه مجاهيل لايعرفون

         
    «ALLAH-TAALANI GÖRMƏK ŞİƏ İMAMLARININ NƏZƏRİNDƏ»

         Şiə məzhəbinin rəhbərləri nə söyləyirlər?
          Şiə məzhəbinin rəhbərləri, yəni Peyğəmbər (s)-in xanedanı Allahı gözlə görməyi qeyri-mümkün olduğunu bildirirlər. Şiə məzhəbinin nümayəndələri də, öz rəhbərlərinin təlim və tərbiyəsinə əsasən Allah-Taalanı bu dünyada və axirət günündə görmək məsələsində onun qeyri-mümkün olduğuna etiqad bəsləmiş və Allahı bu kimi şeylərdən (məsələn: başqa cisimlər kimi günəş, ay və şuanın əksı kimi dərk etməyin mümkün olması kimi məsələlərdən) münəzzəh və üstün bilirlər. 
          Xülasə, bu, Peyğəmbər (s)-in əhli beytinin sözləri və nəzəriyyələridir. Gərək təkcə onların sözlərinə etiqad olunsun və qiyamət günündə Allah-Taalanın yanında bu kimi şəxslərin və ismət xanedanının nəzərində başqa heş bir üzürlü səbəb qəbul olunmayacaqdır. Çünki, Allah onları Quranda hər növ çirkinlik və pislikdən pak və hər cür azğınlıq və bihudə söz danışmaqdan münəzzəh və təmiz tanıtdırmışdır:
         
    إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

          Ey əhli-beyt! Allah sizdən çirkinlikləri (günahları) yox etmək və sizi bütün pisliklərdən təmizləmək (pak) etmək istəyir! (Əhzab surəsi ayə - 33)
          Peyğəmbər (s) da onları Qurani məcidə yaxın və onunla bərabər, həmçinin hər ikisini «səqil» (ağır və çiyin sındıran əmanət) qərar vermişdir.
         
    إِنّي تَار‌ِكٌ فِيكُمُ الثَّقَلَيـْنِ كِتَابَ اللََّهِ وعِتْرَتِي

         «Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram. Onlardan biri Allahın müqəddəs kitabı Quran, digəri isə mənim əhli beytimdir!»
          Şiə məzhəbinin nəzəri budur ki, Allah-Taalanın görünməsinin mümkün olmamasını əqli və nəqli dəlillər sübut edir. Bu barədə Quran ayələrindən əlavə dini rəhbərlərimizdən nəql olunmuş rəvayətlər həmin əqli və nəqli mətləbləri izah edir və sadə dillə ümumi zehnlərə və fikirlərə onun dərkini aydınlaşdırır.
          İndi isə əqli və nəqli dəlillərdən, ibarət olan olan bir neçə nümunəni burada qeyd edirik:  
         
    «ƏQLİ VƏ FƏLSƏFİ DƏLİLLƏR»

         (Bu dəlillərin fəlsəfi və əqli olduğuna görə əziz oxucularımıza diqqətli olmalarını istəyirik. (mutərcim))
         1. - Filosoflar deyirlər: - Gözlə bir şeyi görmək və bir şeyin şuasının görünməsi o vaxt mümkündür ki, bir cəhətdə və müəyyən bir yerdə görünsün. Əgər bu məsafə müəyyən həddən az və ya çox olsa, görünən o şeyi görmək mümkün olmayacaqdır.
          Hər bir mövcudun görünməsinin şərtləri vardır. Onlardan biri də budur ki, görünən şey görən şəxsin qarşısında olsun. 
          Məsələ burasındadır ki, bu cəhətlər Allah-Taala barəsində keçərli deyildir və bizə onun mümkün olmamasını anladır. Çünki, bu cəhətlərdən heç birinin həqiqəti Allah-Taala barəsində düzgün deyildir. Allah, heç yerdə və ya heç bir məkanda kimsəyə görünməmişdir. Allah və yaratdığı varlıqlar arasında məsafə yoxdur. Çünki, məsafənin lazım olması, Allah-Taalanın cism və məkana malik olması deməkdir. Allah isə heç bir cism və məkana ehtiyacı yoxdur. Necə deyərlər la məkandır.
         2. - Allahı görmək və onunla görüşmək, əgər onun vücuduna əlaqə tapırsa, onun vücudunu gözlə görməyin lazımlığı, vücudunun məhdud bir məkanda və müəyyən bir nöqtədə olmasına və həmçinin başqa bir nöqtələrdə və məkanlarda vucudunun olmamasına gətirib çıxardır. Çünki, insanın baxışı Allahın vucudunun nəinki hamısını, bəlkə təkcə bir qismini görür. Bunun da mənası o deməkdir ki, Allahın vücudu ayrı-ayrı hissələrə malikdir və onlardan da təşkil olunmuşdur. Müəyyən bir nöqtəni tutmuşdur. Bunların hamısı Allah-Taala barəsində mümkün olmayan bir şeydir. Çünki, - Allah-Taala məhdud deyildir və bir nöqtədə də qərar tutmamışdır. Nə ayrı-ayrı hissələrə malik olmuş və nə də tərkib tapmış, nə də bir məkanda yerləşərək başqa bir məkanı boşaltmışdır.
          Bundan əlavə, görünən və görüməsi mümkün olan hər bir şeyin rənglərdən birinə malik olması lazım bilinir ki, görünməsi mümkün olsun. Hər bir rəng növünün Allah-Taalanın vucuduna nisbət verilməsi özü də mümkün olmayan bir işdir. (Əlavə məlumat əldə etmək üşün Əllamə və Quşçinin şərhinə, həmçinin başqa Kəlami və Fəlsəfi kitablara muraciət edə bilərsiniz!)
         
    «QURANİ-KƏRİMDƏN DƏLİLLƏR»

          Qurani-Kərimdə, Allah-Taalanın görünməsini inkar edən çoxlu ayələr vardır. Bu ayələr bu məsələnin mümkün olmadığını bəyan etmışdir. Misal olaraq kitabımızın bu səhifəsində bu barədə iki ayəni gətiririk:
          1. Quranın Ənam surəsində belə buyurur:
         
    لاَّ تُدْرِكُهُ الأَبْصَارُ وَهُوَ يُدْرِكُ الأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ

         «Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlilikdən uzaqdır), (hər şeydən) xəbərdardır!» (Ənam surəsi, ayə - 103)
          Mərhum Təbərsi deyir: - «İdrak» maddəsi «bəsər» kəlməsi ilə zikr olanda 
         
    لاَّ تُدْرِكُهُ الأَبْصَارُ

         - görməyin və görüşməyin göz vasitəsi ilə olması mənasınadır.
          Məsələ burdadır ki, əgər bir kəs desə ki
         
    أَََََدْرَكْتُهُ بِبَصَرِي وَمَارَأيْتُه

         cavabında deyərlər ki: - bu kəlam ziddiyyətlidir. Çünki, gözlə dərk etmək, həmin görmək deməkdir. Buna görə də «onu gözümlə dərk etdim lakin görmədim» deyilsə bu doğru deyildir. (Məcməul bəyan Syudan çapı s-344)
         2. Bəqərə surəsində isə belə buyurur:
         
    وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُواْ إِلَى بَارِئِكُمْ فَاقْتُلُواْ أَنفُسَكُمْ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ عِندَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ * وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نُّؤْمِنَ لَكَ حَتَّى نَرَى اللَّهَ جَهْرَةً فَأَخَذَتْكُمُ الصَّاعِقَةُ وَأَنتُمْ تَنظُرُونَ

         «O vaxtı da xatırlayın ki, Musa öz qövmünə: «Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü (buzovu tanrı bilən adamlarınızı) öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!» - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır. (Və yadınıza salın ki) siz: «Ya Musa, Allahı aşkar surətdə görməyincə, heç vaxt sənə inanmayacağıq», - dediyiniz zaman gözünüz görə- görə sizi ildırım vurmuşdu». (Bəqərə surəsi ayə - 54-55)
          Bu iki ayə bir birinə birləşir və bir biri ilə bağlıdır. Allah-Taalanın görünməsinin qeyri-mümkün olmasına dəlalət edir. Çünki, birinci ayədə özləri üçün buzova sitayiş etməyi din qərar verən şəxslərin əzaba düçar olduğunu bildirmişdir. Nəticədə isə onların tövbəsinin ən çətin cəzalarla, özlərini öldürməyi şərt bağlamışdır. İkinci ayədə isə əzab, Allah-Taalanı görmək istəyənlər üçün zikr olunmuşdur. Onların da cəzaları ildırımın nazil olması və asimani bəlaya düçar olmalarına işarədir. 
          Bu mübarək ayə təmamilə aşkar şəkildə bizləri bu həqiqətə çatdırır ki, küfr, mürtəd olmaq və əzaba düçar olmağın səbəbi təkcə buzova pərəstiş etmək deyil, bəlkə Allah tə`alanı görmək istəmək özü də günah və asimani əzabın nazil olmasına səbəbdir. Məsələn: Buzov pərəstlik ən böyük günahdır.
          Diqqəti cəlb edən budur ki, Quranda Allahı görmək mövzusunda mümkün olmayan Bəni İsrailin istəklərinə işarələr olunmuşdur. İşlənmiş ibarətlər və cümlələr bu işin ən böyük günah olduğunu və boyun əyməməyi çox aydınlaşdırır. Bir yerdə deyir:
         
    يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَن تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِّنَ السَّمَاء فَقَدْ سَأَلُواْ مُوسَى أَكْبَرَ مِن ذَلِكَ فَقَالُواْ أَرِنَا اللّهِ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ

         «(Ya Rəsulum!) Kitab əhli (yəhudilər) sənin onlara göydən (birdəfəlik) bir kitab endirməyini istəyirlər. Halbuki onlar (vaxtilə) Musadan bundan daha böyüyünü istəmiş və: «Bizə Allahı aşkar göstər!» - demişdilər. Və öz ədalətsizlikləri üzündən onları ildırım vurmuşdu». (Nisa surəsi ayə - 153)
          Başqa bir yerdə isə deyirlər:
         
    وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا لَوْلَا أُنزِلَ عَلَيْنَا الْمَلَائِكَةُ أَوْ نَرَى رَبَّنَا لَقَدِ اسْتَكْبَرُوا فِي أَنفُسِهِمْ وَعَتَوْ عُتُوًّا كَبِيرًا

         «Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarında qorxmayanlar): «Bizə (Muhəmmədin həqiqi peyğəmbər olduğunu təsdiq edən) mələklər endirilməli, yaxud biz (onun doğru danışıb-danışmadığını bilmək üçün) Rəbbimizi görməli idi!» - dedilər. Həqiqətən, onlar özləri barəsində təkəbbürə qapıldılar və (Allahı bilavasitə görmək, onunla danışmaq istəməyə cürət etməklə) azğınlaşıb həddi çox aşdılar!» (Furqan surəsi ayə-21)
         Əgər Allah-Taalanın görünməsi mümkün olsaydı onların istəkləri zülm, həddindən çıxmaq və əmrə itaətsizlik sayılmazdır.
          Məxsusən görməyə etiqad edən şəxslər deyirlər ki: - Allah-Taalanın bəndələrinə əta etdiyi ən gözəl və ləzzət edən nemətlərdən biri onun ən böyük inayəti və bəndələrinə diqqətinin olması və qiyamət günündə, behiştdə bəndələrinə camalını göstərməsidir.
          Görünməyin inkarı barədə Quranda ayələr çoxdur. Lakin, nümunə ünvanında bu iki söylənilən ayələrə kifayətlənirik.
         
    «HƏDİSLƏRDƏN DƏLİLLƏR»

          1. – Zələb Yəmani Əmirəl möminin Əli ibn Əbi Talib (ə)-dan sual etdi: - Allah tə`alanı görmüsənmi?! Cavabında Əli (ə) buyurdu: - Görəsən mən görmədiyim Allaha ibadətmi edirəm?
          Zələb sual etdi: - Necə görürsən? Əmirəl möminin (ə) buyurdu:- Allah-Taalanı başda olan gözlə görmək mümkün deyil. Lakin, onu imanın həqiqətindən bəhrələnən qəlbin nuru ilə dərk etmək olar...
    من كلام له(ع) وقدسأله ذعلب اليماني فقال: هل رأيت ربك يا اميرالمؤمنين؟ فقال(ع):- أفاعبدمالاأري؟قال:- وكيف تراه؟ قال: لاتدركه العيون بمشاهدةالعيان،ولاكن تدركه القلوب بحقائق الايمان....

          2. – İmam Sadiq (ə)-dan sual etdilər: - Qiyamət günündə Allah-Taalanı görmək olarmı? İmam (ə) cavabında buyurdu: - Allah-Taala belə şeylərdən münəzzəh və üstündür ta görünsün. Çünki, göz təkcə rəng və keyfiyyətə malik olan şeyləri – cism – görə bilər. Lakin Allah, nə rəng və nə də keyfiyyət və necəliyə malikdir. Bəlkə, onları vücuda gətirəndir. 
         
    وسئل الصادق (ع): هل يري الله في المعاد؟ قال (ع):- سبحانه تبارك وتعالي عن ذلك علواًَ كبيراً،ان الابصارلاتدرك الاماله لون وكيفيةوالله خالق الالوان والكيفية ...

          3. İmam Sadiq (ə) buyurur: - Yəhudi alimlərindən biri Əmirəl möminin Əli (ə)-ın xidmətinə gəldi və ərz etdi: - Ya Əli! Pərəstiş etdiyin Allahı görmüsən? Əmirəl möminin Əli (ə) buyurdu: - Vay olsun sənə! Mən görünməyən Allaha pərəstiş etmirəm. Yəhudi sual etdi: - Allahı necə görmüsən? Əli (ə) buyurdu: - Allahı bu gözlərlə gözrmək mümkün deyil. Bəlkə, ürəklərdə olan imanın həqiqəti ilə onu dər edirlər. 
         
    ....عن ابي عبدالله (ع)قال:-جاءحبرإلي أميرالمؤمنين(ع)فقال:- ياأميرالمؤمنين هل رأيت ربك حين عبدته؟ فقال(ع):- ويلك! ماركنت أعبدربالمأراه قال:- وكيف رأيته ؟ قال(ع):- ويلك ! لاتدركه اعيون في مشاهدةالأبصارولكن رأته القلوب بحقايق الإيمان...

          4. Fəzl ibn Səhl Zulriyasəteyn İmam Rza (ə)-a ərz etdi: - Camaatın ixtilaf etdiyi şey barədə, yəni Allahın görünməsi barədə mənə xəbər ver! Bu işin həqiqətini mənim üşün açıqla! Həzrət (ə) da cavabında buyurdu: - Hər kəs Allahı, onun tərif etdiyindən başqa tərif edərsə, ən böyük böhtanı onun təkliyi barədə demışdır. Sonra bu ayəni oxudu:
         
    لاَّ تُدْرِكُهُ الأَبْصَارُ

         «Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər». 
         
    عن الاشعث بن حاتم قال:- قال:-ذوالرياستين قلت لأبي الحسن الرضا(ع):-جعلت فداك أخبرني عماأختلف فيه الناس منالرؤية! فقال(ع):- يا ابالعباس!منوصف الله بخلاف ماوصف به نفسه فقدأعظم الفريةعلي الله ، قال الله: لاتدركه الاصاروهويدرک الابصاروهواللطيف الخبير

          (Usuli Kafi İbtalur-royə; Biharul ənvar c-4, bab «Nəfyur-royət»)
         Əhli beyt (ə)- dan hədis kitablarında görməyi inkar edən onlarla hədis nəql olunmuşdur. Bu bir neçə hədis də, kitabımızın bu qismətində şahid ünvanında zikr olunmuşdur.
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 614 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024