İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:36 AM
    1. «ALLAHIN MƏKANA EHTİYACI VARMI?!»
         Allahın məkanı!

          Səhihi Müslüm və Səhihi Buxarinin tohid məsələsində olan ikinci zəif nöqtə budur ki, bu iki kitabda, Allahın məkana ehtiyaclı olan kimi tanıtdırılmış və onun üçün müxtəlif məkanlar müəyyən edilmişdir.
          Necə ki, Allahı görmək bəhsində işarə etdik, hər bir mövcudu görmək üçün ona müəyyən bir məkan lazımdır. Allahı görmək barədə hədislərə diqqət etdikdə səhiheyn Allahın məkana malik olmasını çatdırır.
          Lakin məkan mövzusu sihahda (altı kitabda) ayrıca bəhs kimi qələmə alınmış və əhli süünə tərəfindən məkanı sübut etmək üçün bir çox kitablar yazılmışdır. 
          Səhiheynin (Buxari və Müslüm) nəzərincə Allahın məkanı namaz vaxtı namaz qılanın qarşısında və onun qibləsinə tərəfdir. 
          Sunənin (yəni Sunəni Davud, Sunəni Nəsai, Sunəni Termizi və s..) nəzərincə isə Allahın məkanı ərşin üstündə, ərş vucuda gəlməzdən öncə isə Allahın buludlar arasında olduğunu bildirirlər.
          İndi də bu mövzuda bir neçə hədisin tərcüməsi və mətni ilə tanış olaq.
         
    Allah, namaz qılanın qarşısında!

          1. - Əbdullah ibn Ömər deyir: - Allahın Rəsulu (s) məscidin qibləsi tərəfində ağız suyu gördü və oranı təmizlədi. Sonra üzünü camaata tutaraq buyurdu: Sizlərdən hər biriniz namaz qılan zaman, öz qarşınıza ağzınızın suyunu atmamalısınız. Çünki namaz qılınan vaxt Allah sizin qarşınızda dayanır.
         
    عن عبدالله بن عمر: ان رسول الله (ص) راي بصاقاً في جدار القبلة فحكه بيده، ثم اقبل علي الناس، فقال: اذا كان احدكم يصلي فلا يبصق قبل وجهه، فان الله قبل وجهه اذا صلي

          2. - Əbdullahdan nəql olunmuşdur ki: - Peyğəmbər (s) namaz qılarkən məscidin qibləsində ağız suyu gördü. Əli ilə onu təmizlədi. Onun üzündən qəzəblənməsi və naraht olması bilinirdi. Sonra belə buyurdu: - Sizlərdən hər biriniz namaz qılarkən Allah onun qarşısında durur. Namaz qılarkən öz qarşınıza ağzınızın suyunu atmayın. 
         
    - عن عبدالله ره قال: بينا النبي (ص) يصلي رأي في قبلة المسجد نخامة فحكها بيده، ثم قال: ان احدكم اذا كان في الصلوة فان الله حيال وجهه، فلا يتخمن حيال وجهه في الصلوة

         (Səhihi Buxari c-1, - Kitabus-səlat – bab: - həl yəltəfet liəmri ...; və c-8 Kitabul ədəb bab:- Ma yəcuzu minəl ğəzəbi vəşşiddəti li əmrillah!)
          3. - Əbu Hureyrə deyir: - Peyğəmbər (s), məscidin qibləsində ağız suyu gördü.Üzünü camaata tərəf çevirib buyurdu: - Nəyə görə sizlərdən biri Allahla üz-üzə durarkən öz qarşısına ağzının və sinəsinin suyunu atır?! Sizin qarşınızda duraraq üzünüzə ağzının və sinəsinin suyunu atan bir kəsin bu əməlini sevirsinizmi?! Əgər sizlərdən hər kəs ağzının ya sinəsinin suyunu atmaq istəsə, sol ayağının kənarına atsın. Mümkün olmasa əvvəlki kimi etsin. 
         
    عن ابي هريرة: ان رسول الله (ص) يصلي رأي نخامة في قبلةالمسجد فأقبل علي الناس، فقال: ما بال احدكم يقوم مستقبل ربه فيتنخع امامه ، ايحب احدكم ان يستقبل فيتنخع في وجهه؟! فاذا تنخع احدكم، فليتنخع عن يساره تحت قدمه، فان لم يجد فليفعل هكذا . ووصف القاسم، فتفل في ثوبه، ثم مسح بعضه علي بعض

          (Səhihi Müslüm c-2, bab Ənnəhyu ənil busaqi fil məscidi fis-səlati və ğeyrih- Sunən İbn Macə Kitabus-səlat bab-61.)
          Hədis ravisi Qasim dedi: Peyğəmbər (s) öz paltarının ətəyini açdı və ağzının suyunu ora atdı. Sonra ətəyini bir birinə sürtdü. Ravinin özü də əyani surətdə bu işi gördü.
          Bu hədisi Müslüm iki yolla Əbu Hureyrədən nəql edir.
         
    Allah göydədirmi?

          Altı sihah sahiblərindən üçü və sunən və məsanid müəlliflərinin bir çoxu Müaviyət ibn Həkəm Səkəmidən Peyğəmbər (s) tərəfindən onun kənizinin imanının yoxlanması barədə belə nəql etmişdir:
          Peyğəmbər (s)-a ərz etdim: - Bu kənizi azad edimmi?! Buyurdu onu mənim yanıma gətir. Eləki kənizi Peyğəmbər (s)-in yanına gətirdim, ondan soruşdu: - Allah hardadır? Dedi: - Göydə! Sonra sual etdi: - Mən kiməm? Cavab verdi: - Sən Allahın elçisisən.
         Bu yerdə Peyğəmbər (s) buyurdu: - Bu kənizi azad et. Çünki onun imani var. 
         
    فقال لها أين الله قالت في السماء ، قال: من انا؟ قالت انت رسول الله (ص). قال اعتقها فانهن مؤمنة.

          (Səhihi Müslüm c-2, Kitabus-salat, bab-Təhrimul kəlami tis-səlat; Sunəni Davud c-1, Kitabus-səlati bab-Təşmitul atisus-səlat; Sunəni Nəsai c-2, Kitabul iman bab-Filmərqəbətil muminə; Sunəni Nəsai c-3, Kitabus-səhvi bab-Əlkəlamu fis-səlat;Muvəttəi Malik c-2? Kitabur-riqaq, bab- la yəhvəzu minəl itiqi fir-riqab. Musnədi Əhməd c-2, s-291, və c-5, s-447,448,449.)
         
    Allah ərşdədirmi?

          1. - Əhnəf ibn Qeys Abbas ibn Əbdul Muttəlibdən nəql edir ki:- Bəthada (çay) Peyğəmbər (s) və bir neçə nəfərlə oturmuşdum. Kiçik bulud parçası görsəndi. Peyğəmbər (s) o buluda baxdı və buyurdu: Sizdə bunun adı nədir?
          Ərz etdilər: «Səhab». Buyurdu: - «Mozn»da deyirsiniz? Ərz etdilər: - Mozn, da deyirik. Buyurdu: - «Ənan» da deyirsiniz? Dedilər: - Ənan da deyirik.
          Sonra Peyğəmbər (s) buyurdu: - Yerlə göyün arasındaki fasilənin nə qədər olduğunu bilirsinizmi? 
          Cavab verdilər: - Bilmirik, buyurdu: - Yerdən göyə qədər olan məsafə, yetmiş bir ya yetmiş iki, ya da yetmiş üç ildir. İkinci göyün də məsafəsi o qədərdir. Yeddi göyə qədər saydı. Sonra Peyğəmbər (s) buyurdu: - Yeddinci göyün üstündə dərinliyi iki göyün arasında olan məsafə qədərində bir dəniz vardır. O dənizin üzərində səkkiz vəhşi bir qoç dayanmışlar. Onların dırnaqlarından dizlərinə qədər oalan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir. Ərş, o qoçların üstündədir. Ərşin aşağısı ilə yuxarı hissəsi arasında olan məsafə iki göyün arasında olan məsafə miqdarı qədərdir. Sonra buyurdu:- Allah da o ərşin üstündədir!! 
         
    عن ابن عباس بن عبدالمطلب قال: كنت في البطحاء في عصابة فيهم رسول الله (ص)فمرت به سحابة فنظر اليها، فقال: ماتسمون هذه؟! قالوا: السحاب قال: والمزن؟! قالوا: والمزن. قال: والعنان؟! قالوا: والعنان. قال ابوداود لم اتقن العنان جيداً قال (ص) هل تدرون ما بين السماء والارض؟ قالوا: لا ندري قال: بعدما بينهما اماواحدة، اواثنتان او ثلالث و سسبعون سنة، ثم السماء فوقها كذلك، حتي عدد سبع سموات ثم فوق السابعة بحر ، بين اسفله واعلاه مثل ما بين سماء الي سماء، ثم فوق ذلك ثمانية أوعال، بين اظلافهم وركبهم مثل ما بين سماء الي سماء ثم علي ظهورهم العرش، بين اسفله واعلاه مثل مابين سماء الي سماء، ثم الله تبارك وتعالي، فوق ذلك!!!

          (Sunəni Əbi Davud c-4, bab-Fil cəhmiyə; sunəni ibn Macə c-1, bab- fima inkərətil cəhmiyə;)
          2. - Cubeyr ibn Muhəmməd atasından, o da atası Cübeyr ibn Mutimdən nəql etmişdir ki; - Çöl ərəblərindən biri Peyğəmbər (s)-in yanına gəldi və ərz etdi: - Ya Rəsuləllah! Quraqlığın olması və yağışın yağmaması nəticəsində bizim bədənimiz əziyyətə düşdü. Əhli-əyalımız xəstələndi, sərvətlərimiz əlimizdən çıxdı, mal-qaralarımız isə aradan getdi. Allahdan bizim üçün yağış istə! O ərəb sonra sözlərinə əlavə etdi: - Biz səni Allah yanında və Allahı sənə şəfaətçi tuturuq.
          Peyğəmbər (s) buyurdu: - Vay olsun sənə! Nə danışdığını bilirsənmi?
          Bu vaxt Peyğəmbər (s) Allaha həmd və səna oxudu. O qədər təsbih dedi ki səhabələrin üzündə yorğunluq göründü. Sonra buyurdu:- Vay olsun sənə! Allahı heç vaxt bəndələrindən birinə şəfaətçı qərar vermirlər. Allah bəndəsi qarşısında şəfaət etməkdən üstündür. Vay olsun sənə! Bilirsən Allah kimdir?
          Peyğəmbər (s), barmaqları ilə künbəzə oxşayan bir şey düzəltdi, sonra isə buyurdu: - Allahın ərşi göylərin üstündə mənim əllərim kimidir. Ərş, Allaha görə onun ağırlığının təsirindən dəvənin belindəki yük kimi səs salır!! Əbu Davud deyir: - İbn Bəşar bu hədisi belə nəql etmişdir: - Allah ərşin üstündə və ərş də göyün üstündə yerləşir. Ərş Allahın altında dəvənin yükü kimi səs salır.
          Müəllif: Əbu Davud, (sünən sahibi) bu hədisi neçə sənədlə nəql etmiş və onu səhih saymışdır. 
         - İbn Məsuddan nəql olunmuşdur ki: - Birinci göy ilə sonraki göy arasında 500 il məsafə vardır. Göylərin hər birinin başqa göy arasındakı məsafə beş yüz ildir. Yeddinci göylə kürsi arasında da 500 il və kürsi ilə dəniz suyu arasında olan məsafə də 500 ildir. Allahın ərşi, suyun üzərində yerləşir. Allah isə ərşin üstündədir. Sizin əməlləriniz onun üçün gizli və örtülü deyildir. 
         
    عن ابن مسعود، قال: بين السماءالدنيا والتي تليها خمسمأة عام وبين كل سماءوسماء خمسمأة عام و بين السماء السابعة والكرسي خمسمأة عام، و بين الكرسي والماء خمسمأة عام، والعرش فوق الماء، والله فوق العرش، لا يخفي عليه شيء من اعمالكم.

         1. Muhəmməd ibn Əbdul Vəhhabın (vəfatı 1206) yazdığı Kitabut-tovhid, Qahirə 1376 ,s-212.)

    Allah buludlar arasında!!

          Əbu Rəzin deyir: - Peyğəmbər (s)-dan soruşdum ki; - Allah bütün mövcudları yaratmazdan öncə harda idi?
          Buyurdu: - Altında və üstündə hava olmayan buludlar arasında idi. Yer üzündə heç bir mövcud yox idi. Allahın ərşi suyun üzərində idi!? 
         
    عن ابي رزين قال: قلت يا رسول الله؟ اين كان ربنا قبل ان يخلق خلق؟! قال: كان في غماء، ما تحته هواء، و ما فوقه هواء، و ما ثم خلق، عرشه علي الماء

          (Sunəni ibn Macə c-1, bab fima inkərətil cəhmiyə; Sunəni Termizi c-4, Hud surəsinin təfsiri.)

          Bu hədislərdən istifadə olundu ki;
          1. - Allah məkana malikdir və mövcudları yaratmazdan əvvəl buludlar arasında imiş
          2. - Allah mövcudları yaratdıqdan sonra ərşı, özü üçün məskən seçmiş və onun üzərində otururmuş. Ərşın də Allahın ağırlığından minilmiş dəvənin cihazı kimi səsi çıxırmış.
          3. - Bir gün buludlar arasında olan Allah, sonralar ərşın üzərinə çıxmış və bəndələrinin namaz qılan vaxtlarında öz məkanını dəyişərək ərşın üstündən yerə enir və namaz qılanla qiblə arasında dayanır. 
          4. - Allahın cism olduğunu bildirən yuxarıda söylənilən hədislərdən əlavə, göylər, ərş və kursi barəsində mətləblər söylənildi. Dırnaqları ilə dizləri arasında beş yüz illik məsafə olan vəhşi qoçların üstündə ərşın yerləşməsi və onun da suyun üzərində olması və s.. kimi 
         Əziz oxucunun nəzərincə belə məsələlərin dəyəri əsl hədislərin dəyəri qədərdir.

    «ƏHLİ SÜNNƏ ALİMLƏRİNİN MƏKAN BARƏSİNDƏ ƏQİDƏLƏRİ»

          Kəlam və qeyri kəlam kitablarının bir qismindən əldə olunan məlumatlara görə əhli sünnə alimləri və həmçinin dörd məzhəb rəhbərləri (Əhməd ibn Hənbəl, İmam Malik, Əbu Hənifə və Şafei) ( Ad aparılan bu şəxslərın hər biri, dörd məzhəblərdən birinin binasını təşkil vermiş və bu günlərdə də dünya əhli sünnə məzhəbi onlardan itaət edirlər.) başda olmaqla nəql olunmuş hədislərin məzmununa əsasən Allahın ərşdə olmasına etiqad bəsləmişlər. İndiki əhli sünnə alimləri də, keçmiş böyük alimlərinin yolunu gedərək bu əqidədə qalmışlar. 
          Əhməd ibn Hənbəl Allah barədə onun məkana malik olmasına və ərşin üstündə olduğuna etiqad edən şəxslərdən biridir. Allahın məkan sahibi olmamasını sübut edən, onun bütün məkanlara əhatəsinin olduğunu çatdıran və Quranın əqli və nəqli dəlillərindən biri sayılan
          اينما كنتم وهو معكم – «Harda olsanız Allah sizinlədir» ayəsi və bu kimi başqa ayələri isə başqa cür təfsir etmişdir. Əhməd ibn Hənbəlin nəzəri ilə uyğun gəlməyən bu ayənin təfsirində Allahın bu ayədən məqsədinin nə olduğunu belə izah edir ki: - Bu ayədən məqsəd budur ki: - Siz harda olsanız Allah sizin əməllərinizdən xəbərdardır və sizin əməlləriniz onun üçün gizli deyildir. (Əlmənar c-9, s-131)
          Əbu Hənifə də Allahın məkana sahib olmasına və onun ərşin üstündə olmasına etiqad etmişdir.
          Zəhəbi «Əluluv» adlı kitabında Nuh Camedən nəql edir ki; - Əbu Hənifənin ilk tanınan və məşhur olan dövrlərində Termizdən bir qadın Kufəyə varid oldu. O, Cəhmilərlə həm əqidə idi. Əqidə məsələləri barədə camaatla bəhs edirdi. Ona bu şəhərdə əqli elmlərdə hamıdan üstün olan Əbu Hənifə adlı bir nəfərin olduğunu və onunla söhbət etməsini söylədilər. Nuh deyir: - Mən Əbu Hənifənin məclisində idim . Həmin qadın məclisə gəldi və Əbu Hənifəyə dedi: - Öz əqidəndən uzaqlaşdığın halda camaata əhkam məsələlərini öyrədən sənsən? De görüm pərəstiş etdiyin Allah hardadır?
          Əbu Hənifə o qadının cavabında sakit durdu və yeddi gün heç nə demədi. Yeddi gündən sonra camaat arasında göründü. «Allah yerdə deyil göydədir» adlı bir kitab da yazmışdır. Bir kişi ona dedi: - Əbu Hənifə! Məgər bu cümləni Quranda oxumamısan وهو معكم اينما كنتم – «Harda olsanız Allah sizinlədir» Əbu Hənifə cavabında dedi: - Bu cümlə, səndən uzaqda olan bir kəsin yazıdığı «mən səninləyəm» cümləsi kimidir. Bir halda ki, sən ona görünmürsən. 
          Zəhəbi bu hadisənin nəqlindən sonra əlavə edərək bildirir ki, Beyhəqi demişdir: - Əbu Hənifə Allahın yer üzündə olmamamsı barədə həqiqətə yetişmiş və düz söz demişdir. Ayənin təfsirində sözünün həqiqətini çatdırmaqla Allahın göydə olmasını söyləyən ayə və rəvayətlərin aid olmasından (yəni bəyanda qeydin olmaması) itaət etmişdir. («Əluluvvu lil əliyyil ğəffar» kitabından s-101, 103 və 120-də nəql olunmuşdur. Bu kitab Allahın ərşın üstündə olmasını isbat etmişdir və İmam Şəmsuddin Zəhəbi (vəfatı-748 h.q) tərəfindən yazılmış və 1388-ci ildə ikinci dəfə Qahirədə və Mədinə şəhərində Sələfiyyə kitab nəşrinin vasitəsilə çap olunmuşdur.)
          Malik əhli sünnə məzhəbinin üçüncü rəhbəridir. O da öz növbəsində Allahın ərşdə olmasına etiqad etmişdir. Bu barədə Abdullah öz atası Əhməd ibn Hənbəldən nəql edir ki: - Malik ibn Ənəsin əqidəsi budur ki Allah göydədir və onun elmi bütün yerləri əhatə etmişdir. Heç bir şey ondan gizli deyildir. («Əluluvvu lil əliyyil ğəffar» kitabından s-101, 103 və 120-də nəql olunmuşdur.)
          İmam Şafei də bu əqidədə idi. Bu barədə Şeyxul İslam Əbul Həsən Həkari və Hafiz Əbu Muhəmməd Muqəddəsi Əbi Surdan və Əbi Şueybdən nəql etmişlər ki: - İmam Şafei deyirdi: - Mənim əqidəm və görüşdüyüm bütün alimlərin Süfyan, İmam Malik və s. hamısının əqidəsi budur ki, Allahdan başqa haqq olan məbud yoxdur. Muhəmməd (s) onun göndərdiyi peyğəmbəridir. Allah göydə ərşin üstündədir və bəndələrinə istədiyi kimi yaxınlaşır, istədiyi kimi də göydən yerə enir.
          İmam Şafeinin vəsiyyətində geniş dərc olunmuş cümlələrdən biri də budur ki, tohid və Allahın yeganəliyinə şəhadətindən sonra deyir ki: - Mənim əqidəm budur ki Qur`an məxluq deyildir və Allah qiyamət günündə aşkar görünəcəkdir. Camaat onun yanında sözlərini eşidəcəkdir. Allahın yeri ərşin üstündədir. (Həmin mənbə)
          İbn Həcər Fəthul Baridə, İbn Teymiyyədən nəql edir ki: - Allah bütün mövcudların və ərşın üstündədir!!
          Əvzaidən nəql edir ki: - Biz əhli sünnə tabeçi və itaətçiləri, Allahın ərşin üstündə olması barədə nəzərlərimiz eynidir. Çünki sünnədə və hədislərdə yazılmışlara imanımız vardır.
          İbn Həcər Əbu Ömər Təlmənkidən yenə nəql edir ki: - Əhli sünnə müsəlmanları bu məsələdə həməqidədirlər ki: - Allah öz zatı və vucudu ilə ərşin üzərindədir!! 
          Başqa bir yerdə bu məsələni belə ibarətlə açıqlamışdır ki: - Əhli sünnənin əqidəsi budur ki: - Allah məcazən yox, həqiqətən ərşin üzərindədir! Həmçinin Quranda buyurulan وهو معكم اينما كنتم bu kimi ayələr Allhın elminin özü ilə yox camaatla olması və onları əhatə etməsi mənasındadır. 
          Hafiz Zəhəbi də Allahın məkana malik olmasına etiqad etmiş və öz əqidəsini sübut etmək üşün kitab da yazmışdır. O, deyir: - Əhli sünnə və hədis itaətçiləri, bu məsələdə həmfikr və həm əqidədədirlər ki: Həqiqətən Allah zatən ərşin üzərindədir. Allahın ərşdə olmasını inkar edən eşitdiyim birinci söz, Cəd ibn Derhəmin sözü idi. («Kitabut-tovhid» – kitabının şərhi Qahirə çapı - 1376, s -211)
          Muhəmməd Əşrəfin Sunəni Əbi Davuda yazdığı öz şərhində, İbn Abbasdan nəql olunmuş hədisin axırında, ثم الله فوق ذلك cümləsinin aşağısında deyir: - Bu hədis bunu bildirir ki, Allah ərşin üstündədir. Bu məsələnin həqiqətlə uyğun olmasına Quran və hədislər özü şəhadət verir. Keçmiş məzhəb – səhabələrdən və tabeindən - və biz elm əhlinin də əqidəsi budur ki: - Allah ərşin üstündədir. Heç bir izah və təfsir etmədən sonra belə deyir: - Allahın ərşin üstündə olması məlum məsələdir. Lakin onun necəliyi bizə mə`lum deyildir. Amma Cəhmiyə, ərşi və Allahın onun üstündə olmasını inkar etmış və Allahın vucudunun bütün məkanlarda olmasını bildirmişdir. Öz əqidəsinin sübutu üçün batil dəlillər, yersiz və xoşa gəlməz sözlər gətirmişdir. Muhəmməd Əşrəf sonra belə deyir: - Əgər bizim alimlərimizin dəlillərini bilmək və Cəhmiyənin sözlərinə rəd cavabları ilə tanış olmaq istəsəniz «Əl-Əsmau vəs-sefat», «Əfalul ibad», «Kitabul uluv» və İbn Qəyyumun «Cyuşul İslam» kitablarına müraciət edə bilərsiniz. («Əl-mənar» kitabı c - 9, s -180)

    «BU ƏQİDƏNİN MƏNŞƏİ NƏDİR?»

          Allahın görünməsi bəhsində işarə olunduğu kimi, belə əqidənin mənşəi əhli sünnə kitablarında Əbu Hureyrə və onun kimi ravilərin nəql etdikləri bir çox hədislərin yazılması idi. Allahın məkana malik olması əqidəsinin mənşəi də səhiheyn və sunən kitablarında olan belə hədislərin yazılmasından irəli gəlmişdir.
          Bu əqidədə olan əhli sünnə alimlərindən bəziləri öz sözlərində bu həqiqətə etiraf etmişlər:
          İbn Həcər «Fəthul bari» adlı kitabında məkan barədə əqidəni Əvzaidən nəql etdikdən sonra onun «Bütün əhli sünnə məzhəbinin nümayəndələri Allahın müəyyən bir məkanda olmasına əqidələri vardır» sözlərini izah edir. Bu cümləni də Əvzaidən nəql edir ki: - Bu məsələ, nəql olunmuş hədislərin məzmunudur. Biz sünnədə nəql olmuş bütün hədislərə iman gətirmişik və bizim əqidəmiz kamildir.
          Əhli sünnənin kəlam alimlərindən biri olan Əllamə Şeyx Əbdur-rəhman, 1347- ci hicri tarixində çap olunmuş «Tohid» adlı öz kitabında alimlərin sözlərini və onların əqidələrinin nəqlindən və izahından sonra, Allahın müəyyən bir məkana malik olması mövzusunda hədis nəql edir. Sonra belə deyir: - Səhiheyn və səhiheyndən başqa kitablarda bu məsələnin və hədisin məzmunu təsdiq edən çoxlu hədislər vardır. (Kitabut-tovhid s-213)
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 798 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024