İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1859
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:34 AM

    "ALLAHIN ÜZÜ VARDIR "

    Səhihi Buxari və Səhihi Müslümdə olan müxtəlif rəvayət və hədislər əsasında, insanın surəti kimi Allah üçün də surət təsəvvür olunmuşdur.
    İndi isə onlardan bir neçə nümunəyə diqqət edin:
    1. - Əbu Hureyrə Peyğəmbər (s)-dan nəql edir: Allah təala Adəm (ə)-ı altmiş metr uzunluğunda və öz surətində xəlq etdi. Sonra ona əmr etdi: - Get! Oturmuş bir dəstə mələklərə salam ver və salamının cavabında sənə deyilənə qulaq as! Onların cavabı sənin və övladlarının salamı olacaqdır. Adəm (ə) mələklərin yanına gəldi və dedi:- Əssəlamu ələykum. Mələklər dedilər: - Əssəlamu ələykum və rəhmətullah.
    Onlar axırıncı cümləni (və rəhmətullah) əlavə etdilər. Bəs hər kəs cənnətə daxil olsa Adəm (ə)-ın surətində olacaqdır. İnsanlar Adəm (ə)-dan sonra bu günümüzə kimi günbə-gün kiçilərək indiki vəziyyətə düşdülər.[Həmin mənbə)]
    2. – Əbu Hureyrə nəql edir:- Peyğəmbər (s) buyurdu:- Sizlərdən hər biri qardaşı ilə dalaşdığı zaman, dava edənin üzünə şillə vurmaq və zərər yetirməkdən çəkinsin. Çünki Allah təala insanı öz surətində yaratmışdır.[- "Kitabut-tovhid” – kitabının ؛ərhi Qahirə çapı - 1376, s -211. ]
    3. – Müslüm öz səhihində Əbu Hureyrədən nəql edir:- Peyğəmbər (s) buyurdu:- İnsan, Rəhman Allahın surətində xəlq olunmuşdur.[Əl-mənar” kitabı c - 9, s -180. ]
    4. – Buxari "Ədəbul mufrəd” kitabında Əbu Hureyrədən nəql edir:- Heç vaxt bir kəsə Allah sənin və sənə oxşayan şəxsin üzünü pis etsin deməyin. Çünki Allah insanı öz surətində yaratmışdır. [Kitabut-tovhid s-213. ]

    Hədislərdən istifadə olunan mətləblər:
    1.- Allahın cism olması və onun üçün surətin sübut olunması;
    2.- Allahın surəti ilə insanın surətinin oxşarlığı və bu oxşarlığa xatir insanın üzünə sillənın vurulmaması;

    Araşdırma:
    Mərhum fəqih Əllamə Şərafuddin söylədiyi kimi: Bu hədis, israiliyyat[- فيقول الله اوليس قدزعمت ان لاتسألني غيره؟ ويلك يا ابن آدم مااغدرك! فيقول يا رب لاتجعلني اشقي خلقك، فلا يزال يدعو حتي يضحك الله، فاذا ضحك منه، اذن له بالدخول فيها!! Səhfə -73.-74 ]-dan olub Tövratın mətnlərindən götürülmüşdür. Sefr Təkvininin birinci ishahının[فلما اصبح غداً الي رسول الله (ص) فقال (ص): ضحك الله الليلة او عجب من فعالكما!!  ] iyirmi yeddinci hissəsində belə yazılmışdır:-"Allah insanı öz surətində xəlq etmişdir. Allah insanı öz surətində xəlq etmişdir. İnsanı kişi və qadın yaratdı.”[Səhihi Buxari c-5, Kitabu mənaqebul ənsar, bab- Vəyusirunə əla ənfusihum. ]
    Müəllif: Tövratı diqqətlə mütaliə etdikdə görürük ki; Bu məzmun və insanın surətinin Allah surətinə oxşaması Tövratda dəfələrlə qeyd olunmuşdur. Buna görə də Sefre təkvininin beşinci fəslinin birinci hissəsində belə yazılmışdır: - "Allah Adəm (ə)-ı yaradan gün onu Allah surətində yaratdı.”
    Pules Tövratda gəlmiş bu cümlələri və ibarətləri belə təfsir edir:- İnsanın Allahla oxşarlığı onun müqəddəsliyində, ədalətində və mənəviyyatındadır. Surətdən məqsəd insanın qiyafəsi yox onun həqiqi simasıdı. [عن ابي هريرة: ان رسول الله (ص) قال: يضحك الله الي رجلين، يقتل احدهما الاخخر، فكلاهما يدخل الجنة فقالوا: كيف يا رسول الله؟! قال: يقاتل هذا في سبيل الله عزوجل فيستشهد، ثم يتوب الله علي القاتل،فيسلم فيقاتل في سبيل الله. Səhihi Müslüm c-6, bab- Bəyanur-rəculəyn yəqtulu əhəduhuma əlaxəru yədxulanil cənnəh.]
    Biz deyirik ki:- Əgər Tövratda olan oxşarlıqdan məqsəd Pulosun söylədiyi məna olsa, bu cümlə cism və oxşarlıq iradını bir miqdar islah edə bilər. Lakin təəssüflər olsun ki, bu mətləbi başqa dildən götürən və onu Tövratdan səhiheynə nəql edənlər, bu azmış kimi bütün təfsir və şərh yollarını bağlamışlar. Bu kimi yalnış dastanları elə ibarətlərlə don geyindirərək nəql etmişlər ki, onları başqa mənaya yozmaq mümkün deyildir. Buna görə də ikinci hədisin mətnində belə deyilir: "Dalaşan zaman qarşı tərəfə şillə vurmaqdan çəkinin! Çünki Allah insanı öz surətində yaratmışdır.” Bu cümlə, surətin qiyafə və məxsus üzv yox, onun mənəvi sima mənasına təfsir etmə ehtimalını aradan aparır.
    Adəmin eni neçə metr olmuşdur?!

          Eyni Səhihi Buxarinin şərhində yazır: Bu hədisdə Adəm (ə)-ın uzunluğu (altmış metr) təyin olunmuşdur. Lakin Adəm (ə)-ın eninin nə qədər olmasına işarə edilməmişdir. Amma başqa hədislərdə Adəm (ə)-ın eninin yeddi metr olması bildirilir. (Umdətul qari c-22, s-229)
          Biz deyirik: Eyninin sözünə əsasən, bu hədislərin nəticəsi və məzmunun (Adəmin qiyafəsi Allaha oxşayır. Onun uzunluğu altmış zira və eni yeddi ziradır) özü də düzəlmə və saxta olmasına bir dəlildir. Çünki:
          1. - İnsanın altmış metr olması onun baş sümüyünün iki ziradan çox olması deməkdir. Lakin qazıntılar nəticəsində tapılan keçmiş insanların baş sümükləri və daşlaşmış qalıqları bu günki insanların baş sümükləri ilə o qədər də fərqlənmir. İki metr olan baş sümüklərindən heç bir əsər əlamət də gözə dəymir. Həmçinin altmış metr olan insanlardan kiçik bir əlamət olsa əldə edilməmişdir.
          2. - İnsanın altmış metr olması onun bədəninə uyğun olaraq, bədən üzvlərinin eninin yeddi metr yox, 18,7 metr malik olması deməkdir. Çünki, adətən insanın eni onun uzunluğunun yeddidə iki hissəsi qədərdir. Əbu Hureyrənin hədisinə əsasən (Adəm (ə)-ın eni yeddi metrdir) gərək Adəm (ə)-ın uzunluğu altmış metr yox, iyirmi dörd metr yarım olsun.
          Buna görə də, ya bu iki hədisdən birində Adəm (ə)-ın uzunluğu və eni barədə səhvə yol verilmiş, ya da Həzrət Adəm (ə) belə qiyafədə (altmış metr uzunu və yeddi metr eni) pis simalı insan olmuşdur. Lakin Qur`ani Məcid ikinci ehtimalı rədd edir və belə buyurur: 
         
    لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ

         «Biz insanı ən gözəl biçimdə yaratdıq!» (Tin surəsi ayə 4)

    «ALLAHIN GÖZÜ VARDIR»

         Allah kor deyil.
          1. - Abdullah deyir: Bir gün Peyğəmbər (s) camaat arasında Məsih Dəccal barədə söhbət edirdi. Söhbət əsnasında buyurdu: - Allah kor deyil!! Lakin Məsih Dəccalın sağ gözü kor və öz çuxurundan üzüm dənəsi kimi çölə çıxmışdır. 
         
    عن نافع قال عبد الله: ذكر النبي (ص) يوماً، بين ظهري الناس، المسح الدجال فقال: ان الل ليس باعور، الا ان المسيح الدجال، اعور العين اليمني، كان عينه عنبة طافية

          2. - Abdullah yenə deyir: - Peyğəmbər (s)-in huzurunda Dəccal barədə söhbət olundu. Peyğəmbər (s) buyurdu: - Sizə bir şey aydın olsun ki, Allahın gözləri kor deyildir!! Sonra Peyğəmbər (s) sağ əli ilə işarə edərək buyurdu: - Lakin Dəccalın sağ gözü kor və öz çuxurundan üzüm dənəsi kimi çölə çıxmışdır. 
         
    عن عبد الله قال: ذكر الدجال عنه النبي (ص) . فقال: لايخفي عليكم ان الله ليس باعور، واشار بيده الي يمينه ، و قال: ان المسيح الدجال اعورالعين اليمني، كان عينه عنبة طافية

         (Səhihi Buxari c-9, bab- Ma yəzkuru tiz-zati vən-nuut.)
         Bu hədislərdən istifadə olunan mətləblər:
          Bu iki hədislər, Səhiheynin nəzərində Allahın gözünün olmasını bəyan edir. Çünki bu hədislər bizə Dəccalı kor, Allahı isə görən kimi tanıtdırır. Korluqla görmək arasında olan müqayisə, o sifəti bir mövcud üçün isbat və başqası üçün onu isbat etdikdən sonra inkar edir (diqqət edin.)
          Başqa ibarətlə desək, bu hədislərdə Allah və Dəccal arasında olan müqayisə, Dəccalın kor və Allahın isə görməsini çatdırır. 
         
    «ALLAHIN ƏLİ VARDIR»

          1. – Əbu Hureyrə deyir: - Peyğəmbər (s) buyurdu: - Allahın sağ əli doludur. Onun ehsan və nəfəqə verməsindən azalmır və gecə-gündüz ehsanı bəndələrinə tərəf axır. Görmürsünüz ki, yeri və göyü yaratdığı gündən bəndələrinə ehsan edir? Bu daimi ehsan, onun əlində olandan az deyildir. Onun nemətlərində heç bir nöqsan və naqislik olmamışdır. Allahın ərşi suyun üzərində qərar tutmuşdur.
          Onun o biri əlində, feyz və ehsan, ya da qəbz etmək və almaqdır. Bir çoxlarına məqam və sərvət verir. Başqalarının məqam və sərvətini onların əlindən alır. 
         
    ابو هريرة عن النبي (ص) قال:- إن يمين الله ملاي لايغيضهانفقته سحاء الليل والنهار، أرأيتم ماأنفق، منذخلق السماوات والارض فإنهلم ينص مافييمينه، وعرشه علي الماء، وبيدهالأخري،الفيض اوالقبض.يرفع ويقبض

         (Səhihi Buxari c-9, «Kitabut-tovhid» bab- «Və kanə ərşuhu ələl ma»; Səhihi Buxari c-6, Hud surəsinin təfsiri.)
          2. – Əbu Hureyrə deyir: - Peyğəmbər (s) buyurdu: - Alahın sağ əli doludur. Gecə və gündüz ondan heç bir şey azalmır. Nemətləri başdan ayağa kimidir. Başqa əlində tərəzi tutmuşdur. Bir kəsin payını çox və digərinin payını isə az edir. Sonra buyurdu:- Görmürsənmi yeri və göyü yaratdığı gündən infaq və ehsan edir? Və əlində olan şey azalmır? 
         
    عن أبي هريرة قال:- يمين الله ملاي لايغيضهاشئ‌؛ ساءالليل والنهار، وبيده الأخري الميزان، يرفع القسط ويخفض. قال:- أرأيت ماأنفق، منذخلق السماوات والأرض، فإنه لم ينقص مما في يديه شيئا

         (Sunən ibn Macə c-1, bab: - «Cəhmiyyənin inkar etdiyi şeylər»)
          3. – Peyğəmbər (s)-dan eşitdım ki, mənbərdə belə buyurdu: - Cabbar olan Allah yerləri və göyləri əli ilə tutub. «Bu vaxt Peyğəmbər (s) əlini yumdu, açdı və yenə də yumdu». Sonra Allah deyir: - Mənəm Cabbar olan Allah, hardadır zor deyən və cabbar şəxslər? Hardadır təkəbbür edənlər? Dedi: - Bu vaxt Peyğəmbər (s), mənbər başında sağa və sola tərəf meyl etdi. Bir vaxt gördüm ki, mənbərin aşağısı tərpənir. Öz-özümə dedim ki- Peyğəmbər (s) mənbərin başından yıxılmaz? 
         
    سمعت رسول الله (ص) وهوعلي المنبر، يقول: يأخذالجبارسماواته،وأرضه، بيده "وقبض بيده فجعل يقبضهاويبسطها" ثم يقول: يمينه وعن يساره، حتي نظرت إلي المنبريتحرك من اسفل شئ منه، حتي أني أقول:- أساقط هورسول الله (ص)؟!

         (Sunən ibn Macə c-1, bab:-فيماأنكرت الجهيمة)

    «ALLAHIN BARMAĞI VAR»

         Allahın barmağı!
          1. - Əbdullah deyir: - Yəhudi alimlərindən biri Peyğəmbər (s)-in xidmətinə yetişdi. Ərz etdi: - Ya Muhəmməd! Biz tövratda oxuyuruq ki; - Qüdrətli və qadir olan Allah qiyamət günündə, göylərdən, yerlərdən, ağaclardan, sulardan və torpaqlardan, xülasə bütün başqa mövcudatlardan hər birini öz barmağı ilə götürər sonra isə deyər: - Bütün mövcudatların həqiqi maliki və sultanı mənəm. Əbdullah deyir: - Eləki yəhudinin kəlamı bura çatdı, Peyğəmbər (s) da, onun sözlərini təsdiq etmək üçün təbəssüm etdi!! Gülərkən o həzrətin mübarək dişləri görsəndi. Sonra bu ayəni Allahın qüdrətinə işarə edərək yəhudinin sözlərinə şahid gətirdi:
         
    وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّماوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَي عَمَّا يُشْرِكُونَ

         «(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir (yerin də, göyün də hökmü ancaq Allahın əlindədir, bütün kainat Allahın qüdrətinə tabedir). (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır!» (Zumər surəsi ayə - 67)
         
    عن عبدالله قال جاء حبرمن الأحبارإلي رسول الله(ص) فقال:- يامحمد!إنانجد:أن الله يجعل السماوات علي أصبع والأرضين علي أصبع والشجر علي أصبع، فيقول، إناالملك فضحك النبي (ص)حتي بدت نواجذه، تصديقالقوله الحبر. ثم قرءرسول الله (ص) : وَمَا قَدَرُوا اللَّهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّماوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ

         (Səhihi Buxari c-6, «Zumər surəsinin təfsiri»; c-9, bab: - «Ma cəa fi qovlillah innə rəhmətullah...»; bab: - «Kəlamur-rəbb»; Səhihi Muslim c-8, «Kitabu sifətul qiyaməti vəl cənnəti vənnar».)
          Allah üçün barmağın isbatı səhiheyn və digər sünən hədislərində çoxlu nəql olunmuşdur. İndi isə Sunəni ibn Macədən və Termizidən bir hədisi də nəql edirik. 
          2. – Kəlabi deyir: - Peyğəmbər (s)-dan eşitdim, belə buyurdu: - Heç bir qəlb Allahın barmaqlarından olan iki barmaq arasından başqa bir yerdə deyildir. Əgər istəsə onu sabit saxlayar və ya istəsə onu tərpədər. 
         
    الكلابي قال:- سمعت رسول الله (ص) يقول:- ما من قلب، إلابين أصبعين من اصابع الحمان. ان شاء إقامه، وان شاءاذاغه

         (Sunəni Termizi c-4, bab: - «Ma caə fi ənnə qəlbəl mumini bəynə cəhmiyə»)
          Allah-Taala barədə istifadə olunan, barmağa aid olan başqa hədislərdən belə ələ gəlir ki;
          1. - Allah-Taala da, başqa mövcudlar kimi, ələ və barmağa malikdir.
          2. - Allah-Taala da başqa mövcudatlar və mümkünat kimi məhduddur, buna görə də tərəfə, sağ və sol ələ malikdir.
         
    «ALLAHIN BELİ»

          Əbu Hureyrə deyir: - Peyğəmbər (s) buyurdu: - Allah mövcudatı yaratdıqdan sonra rəhm və qohumluq əlaqəsi qalxaraq Allahın belini tutdu!! Allah buyurdu: - Sakit ol! Ərz etdi: - Bura qohumluqdan əlaqəsini kəsən və sənin dərgahına pənah gətirənlərin yeridir. Allah cavabında buyurdu: - Razı deyilsən sənin ehsan edənlərinə ehsan və səndən qohumluq əlaqəsini kəsənləri isə öz rəhmətimdən ümüdsüz edim? Ərz etdi: - Bəli Pərvərdigara! Razıyam. 
          Allah buyurdu: - Sənə ehsan edənlərlə və qohumluq əlaqəsini kəsənlərlə bucür rəftar edəcəyəm.... 
         
    عن ابي هريرة: عن النبي (ص) قال: خلق الله، فلما فرغ منه، قامت الرحم، فاخذت بحقوالرحمن فقال: مه! قالت: هذا مقام العائذبك من القطيعة. قال: الا ترضين ان اصل من وصلك ، واقطع من قطعك؟ قالت: بلي يا رب قال فذالك

         (Buxari c-6, Əlləzinə kəfəru surəsinin təfsiri.)
         
    «SƏHİHEYNİN ALLAHI, BALDIRINI GÖSTƏRİR»

          Əvvəlki bəhslərdə işarə olunduğu kimi, səhiheyndə nəql olunmuş hədislərdə Allahın əli, qolu, barmaqları, ayaqları hətta baldırının da olduğu nəql olunmuşdur. İndi isə diqqətinizi bu barədə olan bir hədisə yönəldirik:
          Əbu Səid deyir: - Peyğəmbər (s)-dan eşitdim ki, belə buyurdu: - Qiyamət günündə Allah-Taala baldırını göstərər!! Bütün imanlı kişi və qadınlar Allahın qarşısında səcdəyə düşərlər. Yer üzündə riya və sumə (Özünü başqası üçün eşıtdirmək) üzündən səcdə edənlər qalarlar.... 
         
    عن ابي سعيد قال:- سمعت النبي (ص) يقول:- يكشف ربناعن ساقه، فيسجدله كل مؤمن ومؤمنة، ويبقي من كان يسجدفي الدنيارياءوسمعة....

         (Səhihi Buxari c-6, «Qələm surəsinin təfsiri»)
         
    «BU HƏDİSİN AXTARIŞI»

          Bu hədisdən belə istifadə olunur ki, Allahı tanımağın əlamətlərindən biri də qiyamət günündə onun baldırının görünməsidir. Nəqəqdər ki Allahın baldırı görsənməyibdir, möminlər Allahın vucudunda və onu tanımaqda şəkkə və şübhəyə düşəcəklər. 
         
    يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ

         «İş çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar». (Nun surəsi ayə-42)
          Bu ayənin baldırla əlaqəsi olduğu üçün Buxari zikr olunan ayəni təfsir olunmasına görə yuxarıdakı hədisi gətirmişdir. Çox gözəl olardı ki, təfsirçilərin bu ayənin mənası barədə olan sözlərinə diqqət edək;
          Təbərsi يَوْمَ يُكْشَفُ عَن سَاقٍ ayəsinin mənasında deyir: - Yəni, o günki iş şiddətli və qorxulu bir mərhələyə çatar. Baldırın görünməsi məsələnin ciddi olduğuna, kinayə və qiyamət gününün qorxulu olmasına işarədir.
          Bu məsələ, muharibə hadisələrində, qorxu və təhlükə zamanı «paltarları yuxarı vursunlar ta döyüş vaxtı fəaliyyətdə və təhlükə zamanı qaçdıqda mane olmasın» kimi məsəllərdən biridir. 
          يُكْشَفُ عَن سَاقٍ – bu kəlmə hər möhkəm işdə, qorxulu bir şeylə üz-üzə gəldikdə kinayə şəklində işlədilir. Təbərsi deyir: - Həmin üstü örtülü məna ibn Abbasdan, Həsəndən, Mucahiddən, Qətadədən və Səid ibn Cubeyrdən nəql olunmuşdur. Təbərsi əlavə edərək bildirir ki; - Əkrəmədən nəql olunmuşdur ki, bu ayənin mənasını İbn Abbasadan soruşdular. İbn Abbas belə cavab verdi: - Əgər Qurandan bir məsələ sizin üçün aydın olmadı və bir lüğətin mənasını, onun hədəf və məqsədini bilmədinizsə, onu ərəbin şerlərində tapın. Sonra İbn Abbas dedi: - Məgər şairlərin sözlərini eşitməmisiniz ki deyirlər:
          وقامت الحرب بنا علي ساق – bizim muharəbəmiz «saqə-yə» çəkildi. Bu cümlə də o yerdə deyilir ki, Qəm və qüssə, muharibənin sıxımtısı axıra çatmışdır. Həmin üstü örtülü məna, İmam Baqir (ə) və İmam Sadiq (ə)-dan nəql olunmuşdur. (Məcməul bəyan c-10 s-339)
         
    «AYƏNİN MƏNASI BARƏDƏ, SAHİBE MƏNARIN NƏZƏRİ»

          Şeyx Muhəmməd Əbduh ayənin təfsirində yuxarıda, məcməul bəyan və qədim təfsirçilər tərəfindən söylənilən həmin kinayəli mənanı şərh və təfsili ilə məruf təfsirçi Beyzavidən nəql edir. Sonra deyir: - Bəziləri deyirlər: - Saq burada Allah-Taalanın zatıdır!! Bu mətləb üçün Həzrət Əli (ə)-dan bir cümlə nəql edir ki, buyurmuşdur: لابد من قتالهم ولوتلفت ساقي - «Özüm aradan getsəm də, gərək onlarla vuruşaq»
          Əbduh sonra deyir: Bu mənaya görə, əgər desək ki, Saqın (baldırın) görünməsi və Allah-Taalanın görmək, pərdəni aradan götürmək mənasınadır, heç bir irad və şübhə olmayacaqdır. Onda hədisin mənası 
          يوم يكشف ربناعن ساقه belə olacaqdır: - «Allah qiyamət günündə pərdəni götürəcək və öz ünü camaata göstərəcəkdir». (Əlmənar c-9, s-140)
          Əziz oxucu! Təəssübün həqiqəti və Buxarinin səhihinin hədislərindən yersiz müdafiənin mənası, xurafi mətləblərin islahı məhz budur. Əbduhun, təfsirçilərin sözlərinin nəqlindən sonra Buxari yenə də həqiqətə göz yummuş və düz yoldan azmasına səbəb olmuşdur.

    «ALLAHIN AYAĞI VARDIR»

          1. - Ənəs Peyğəmbər (s)-dan nəql edir: - Qiyamət günündə cəhənnəm əhlini oda atarlar. Cəhənnəm yenə də artırılmasını istəyər və deyər: - هل من مزيد؟ - Yenə qaldımı? Allah, ayağını cəhənnəmə qoyar!! Bu vaxt cəhənnəm deyər: - Bəsdir, bəsdir! 
         
    عن أنس رضي الله عنه: عن النبي (ص) قال:- يلقي في النار، وتقول هل من مزيد؟ حتي يضع الله قدمه، فتقول: قط، قط

          2. - Əbu Hureyrə deyir: Cəhənnəmə deyilər: - Doldunmu və doydunmu? Cəhənnəm cavabında deyər: Yenə də varmıdır? هل من مزيد؟ Allah, öz ayağını cəhənnəmə qoyar. Cəhənnəm deyər: - Bəsdir, bəsdir! 
          Bu mətləblər Səhihi Buxaridə, bir neçə hədis sıra ilə müxtəlif sənəd və mətnlərlə nəql olunmuşdur. Müslüm isə bu hədislərin ibarətlərinin bəzisində «recl», bəzisində isə «qədəm» yəni ayaq ifadələri ilə təbir olunmuş beş hədisi nəql etmişdir.
         
    «ŞÜBHƏ VƏ ONUN CAVABI»

          Tohid barəsində hədislərin bir qismi ilə tanış oldunuz. Bu hədislər əhli sunnənin ən mühüm kitablarından nəql olunmuşdur. Hədislərin mətni onun qondarma olmasına şəhadət verir. Çünki, məkana malik olan Allah, bəzən ərşın uzərində, bəzən buludlar arasında və bəzən də namaz qilanın qarşısında qərar tutur. Məxsus gecələrdə göydən yerə enən Allah, cism, görünə bilən, gülməyi bacaran və s.. kimi şeylərə malik olan Allah və ən nəhayət insanın əzaları kimi əzalara malik olan Allah heç vaxt qəbul olunmaz bir həqiqətdir. 
          Buna görə də nəqli dəlillərdən əlavə, əql və fəlsəfə də başdan ayağa kimi özünə möhtac, məhdud, yaradılmış bir mövcudun nişanələrinə malik olan Allahı inkar edərək belə bir mövcudu, dünyanın xaliqi və yaradanı kimi qəbul etmir.
          Lakin, hələ əhli sünnənin əqidələrindən, onların alimlərinin və mühəndislərinin üsulundan hələ dəqiq məlumatı olmayan bir çoxları, mümkündür bizə belə bir şübhə etsinlər ki; - Hər bir kəlam və cümlə, hər ayə və hədis təvil və təfsir oluna bilər. Söylənilən hədislərin də bu kimi ümumi qanuna daxil olmasının nə zərəri vardır? Mümkündür bu hədislər də həmin qanun çərçivəsində təfsir olunsun. Nəyə görə burada adət və üsuldan istifadə etmirsiniz? Nəyə görə bu hədisləri qəbul olunulası mənalarda təfsir etmirsiniz?
          Bu şübhələrin cavabında deyirik ki; Təəssüflər olsun ki, hədislər barədə müxtəlif səbəblər və cəhətlər, bizi hər növ təfsir və mənanı yozmaqdan saxlamış və qarşısını almışdır. 
          Çünki;
          1. Təfsir və mənanı yozmağın lazım olan yerləri o yerdə mümkündür ki; səhiheyndə və əhli sünnənin etimad etdikləri başqa kitablarda Allahın görünməsi, cism olması və s.. barədə nəql olunmuş çoxlu hədislərdən əlavə gərək başqa bu hədislərin mənaları ilə müxalif olan hədislər də olmuş olsun ki, Allahın görünməsini, cism olmasını inkar etsin. Lakin, təəssüflər olsun ki, bu kitablarda və hədislər içində belə hədislər hətta misal ünvanında belə gözə dəymir. Axtarış zamanı biz bu kitablardan belə hədisləri tapa bilmədik.
          2. Bu hədislərin bir hissəsi, bir cürə yazanların hədəfində sərih və aydın şəkildədir ki, onların ləhni o qədər ciddidir ki, öz – özünə hər növ təvil və məna yozumunu aradan qaldırar. Beləki, onun zahiri mənasını tutmaqdan başqa bir yol qalmır. Biz Allahın görünməsi barədə söylənilən «Siz Allahı ay parçası kimi görəcəksiniz» hədisinin mətninin mənasını başqa cür yaza bilərikmi?
          «Mübahisə vaxtı bir-birinizə şillə vurmayın. Çünki, Allah insanı özünün surətində yaratmışdır» hədisinin mənasını başqa cür yoza bilərikmi?
          Həmçinin, «Ərş bütün mövcudların üstündə və Allah da ərşin üstündə yerləşmişdir» və «Allah movcudatları yaratmazdan əvvəl buludlar arasında yerləşmişdir» bu kimi söylənilən hədislərdən Allahın cism, məhdud olmasından başqa bir məna düşünə bilərikmi? Görəsən bu kitabda tohid barədə nəql olunmuş hədisləri qəbul olunmuş bir mənada yaza bilərikmi?
          3. Üçüncü cəhəti budur ki; Bu hədislər və onların məzmunu, bu günlərdə bizim əlimizə çatmış olan təzə məsələlər deyildir. Ta onları düzgün başa düşək, ya onları başqa mənalara yozaq və təvil edək. Bəlkə, bu məsələlər Peyğəmbər (s)-in vəfatından və İlahi elm qapılarının bağlanmasından sonra tədricən vücuda gəlmiş məsələlərdir. Buxarinin dövründən (vəfatı-256 h.q tarixi) ta Nəsainin dövrünə (vəfatı-79 h.q tarixi) kimi bu məsələlər altı sihaha köçürülmüşdür. Araşdırdığımız məsələlər də həmin məsələlərdəndir. Biz bu mövzuların Əimmə (s)-ların və əziz rəhbərlərimizin huzurunda onlardan sual olunduğunu görürük. Bu hədislərin mətni ya məzmunu İmam Baqir (ə), İmam Sadiq (ə) və Həzrət Rza (ə)-dan sual olunmuşdur. Həzrət Əimmə (ə)-lar bu sualların cavabında heç vaxt belə hədisləri nə təvil etmiş və nə də mənalarını başqa yerə yozmuşlar. Bəlkə, bir başa bu hədisləri rədd etmişlər. Sual edənlər də belə hədislərdə təvil və məna yozumununa ehtimal verirdilərsə sual üçün gəlməz və onların barəsində izah istəməzdilər. Bu hədislərin bir hissəsini bəhsin axırında diqqətinizə çatdıracağıq.
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 592 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2020