İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Böyük qeybət dövründə alimlərin məqami

    Böyük qeybət dövründə alimlərin məqami
    2011-09-10, 5:52 AM
    Ön söz
    Həmd-səna və tərif o Allaha məxsusdur ki, bizə minnət qoyaraq özünün ən böyük vəlisi İmam Zaman (əleyhissalam)-ın ümumi naiblik məqamını öhdələrinə alan fəqihlərin vilayəti sayəsində qərar vermişdir. Xüsusilə müasir dövrdə İran İslam respublikasının banisi Həzrət İmam Xomeyni şiə mərcəiyyətinin məqamını, dini rəhbərlik və fəqahətin əzəmətini dünyaya sübut etmiş, insanların xeyrinə olan bir ictimai quruluşu isbat edən bu niyabəti öhdəsinə almışdır. Bu böyük tarixi hadisə, yəni seyyid Cəmaləddin Əsədabadinin hərəkatının, Mirza Şirazinin tənbəki hərəkatının, Şeyx Fəzlullah Nurinin məşrutə hərəkatının və Mərhum Müdərris və Ayətullah Kaşaninin hərəkatlarının ardınca baş verən islami inqilab alimlərin xalq kütlələri arasındakı böyük nüfuzunu və islamın əməli olaraq həyata keçməsini bütün dünyaya göstərmişlər. Buna görə də islam düşmənləri bu dini qüdrəti həm daxildən, həm də xaricdən nişan almış və dini alimlərin və rəhbərlərin əleyhinə zəhərli təbliğatlarla hücumlara başlamışlar. Onların əsas məqsədi bu yüksək mədəni mövqeyi məhv etməkdən ibarətdir.
    Bu hadisələr nəticəsində biz, alimlərin əzəmətini və onların Böyük Qeybət dövründəki ümumi niyabətini qısa və faydalı şəkildə yazmağı nəzərə aldıq ki, cəmiyyətin tanınması istiqamətində müəyyən xidmətlər edərək, bu kimi həmlələrin qarşısını alaq, elm və əməl baxımından bu böyük və əzəmətli ilahi nemətin qədrini bilək. Allah-taala buyurur:
    لَئِن شَكَرْتُمْ لأَزِيدَنَّكُمْ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِي لَشَدِيدٌ
    «Əgər (ilahi) nemətlərin şükrünü yerinə yetirsəniz hökmən onu artıracağıq, əgər onlara qarşı nankorluq etsəniz həqiqətən Mənim əzabım şiddətlidir.» («İbrahim» surəsi, ayə: 7)
    Allah-taalanın elmi mərcə və fəqahət məqamını insandan almasından da böyük əzab ola bilərmi?! Biz ömrümüz boyu bəzi şəxslərin tərəqqi edib sonradan süquta uğramasının səbəbini araşdırdıqda onların bu böyük nemətlər qarşısında nankorluq etdiyini görmüş oluruq. Deməli, ilahi alimlərin məsuliyyəti, mənsəb və məqamları olduqca aydındır, onlar Peyğəmbərlərin varisləri, ilahi hökmlərin icra və bəyan ediciləridirlər. Onlar aləmlərin Rəbbi olan Allahın hüzurunda Peyğəmbərə məxsus olan bir növ məqama malikdirlər. Camaat da bu ilahi elm xadimlərinə bəsirət gözü ilə baxaraq onları islam hökmlərinin bəyan və icrasında Peyğəmbərlərin və imamların canişini hesab etməli, onlarla oturub durmalı, onların söhbətlərini, moizə və xitabələrini möhtərəm saymalı, alimlərin elmindən bəhrələnməli və nəticədə öz dünya və axirət səadətlərinə nail olmalıdırlar. Onlar ilahi aləmlərə qarşı azacıq belə hörmətsizliyi rəva görməməlidirlər, çünki bu iş Peyğəmbərlərin və məsum İmamların göstərişindən boyun qaçırmaq, onların əmrlərinə etinasız yanaşmaqdan əlavə, kəbirə günahlardan sayılır. Əgər bir cavanın, yaxud yeniyetmənin, yaxud uşağın yanında din aliminə hörmətsizlik edilsə, onun din və Qurandan ayrılıb uzaqlaşması, küfrə, fəsada və zülm toruna düşməsi mümkündür. Buna görə də tarix boyu onun özünün və nəsillərinin düz yoldan çıxmasının günahı bu bədbinliyin səbəbkarı olan şəxsin öhdəsinədir. Ümidvaram ki, mütəal Allah bizi öz razılığına və Ona itaət etmək istiqamətində rəbbani alimlərin sayəsində qərar versin.
    Ehsan Zahiri
    Zil-həccə 1421, Qurban bayramı

    Birinci fəsil:
    Quranda alimlərin məqamı
    Alimlərin dərəcələri
    Qurani-kərimdə buyurulur:
    يَرْفَع اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ
    «Allah, sizlərdən iman gətirənlərin dərəcəsini yüksəldər və elm (şüur, agahlıq və mərifət) verilən şəxsləri müəyyən dərəcələrə nail etdirər.» («Mücadilə» surəsi, ayə: 11)
    فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا
    «Allah, öz malları və canları ilə cihad edənlərə, cihada getməyənlərdən üstünlük bağışlayar.» («Nisa» surəsi, ayə: 95)
    وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا
    «Hər kəs bir nəfəri diriltsə (onu azğınlıq və cəhalət ölümündən xilas etsə) sanki bütün insanları diriltmiş olur.» («Maidə» surəsi, ayə: 32)
    İlahi alimlər də insanların ölmüş bədənlərinə ruh üfürürlər.
    İncə nöqtələr:
    Qurani-kərimdə şəhidlər, mücahidlər və möminlər barəsində «əcrən» və «dərəcətən» kəlmələri tək halda işlənir, lakin alimlərlə əlaqədər cəm formasında «dərəcat» kəlməsi işlədilir. Şübhəsiz, o ilahi alimlər nəzərdə tutulur ki, bir insanı hidayət etdikləri təqdirdə sanki bütün insanları diriltmiş olurlar. Onların məqamları hamının məqamından yüksəkdədir.
    Alimlərdən soruşmaq
    Mütəal Allah insanlara əmr edərək buyurur:
    فَاسْئَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
    «Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.» («Nəhl» surəsi, ayə:43 və «Ənbiya» surəsi, ayə:7)
    Allah hökmlərindən və ilahi elmlərdən agah olan məsum İmamlar kimi şəxsiyyətlər «zikr əhli»nin kamil nümunələridir. Sonrakı mərhələlərdə isə onlar tərəfindən təyin olunan, kiçik qeybət dövründə xüsusi naiblər, böyük qeybət dövründə isə ümumi naiblərdən ibarət olan naiblər, vəkillər və əmirlər gəlir, yəni imamlardan sonra bütün şəraitlərə malik olan fəqihlər öz dövrünün zikr əhlinin nümunələridir, onların verdikləri fətva şəri baxımdan höccət və dəlil sayılır. Əks halda Allahın bu işə əmr etməsi mənasız olardı. Soruşmaq lazım olduğu halda itaət etmək də hamı üçün ilahi bir vəzifədir.
    İncə nöqtələr:
    1. Əgər insan alimlərin elmi məqamından bəhrələnmək istəsə cavab verən şəxsə etimad etməli və ona itaət etməyi özünə vacib bilməli, onların verdiyi cavabı şəri bir dəlil hesab etməlidir. Çünki Allah yalnız kəlamın özü höccət olduğu təqdirdə soruşmağı əmr edər.
    2. Müəyyən şəxslər məsum İmamlardan sual soruşurdular, İmam öz səhabələrinə xitab edərək buyururdu: «Siz onun cavabını verin.» Yaxud Bəsrədən bir şəxs gəlib sual edirdi, İmam buyururdu: «Bizim nümayəndəmiz oradadır. O nə deyirsə haqdır.»
    İmam (əleyhissalam) öz şagirdlərinə buyurardı: «Fətva verin və ilahi hökmləri bəyan edin.» Bu da göstərir ki, ilahi alimlər İmamın həm hazır olduğu, həm də qeybdə olduğu dövrdə zikr əhlinin nümunələridir. Deməli, haqqı bəyan edən İmamın sözü və əməli bu barədə hamı üçün höccəti tamam etmişdir, belə ki, alimlərdən elm kəsb etmək və onlara itaət etmək lazımdır.
    Fitrət yolunda elm
    فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا
    «Üzünü (öz qüdrət, hünər və istedadını) Allahın dininə və islama yönəlt, bu, Allahın yaratdığı xilqətdir ki, camaatı o əsasda yaratmışdır.» («Rum» surəsi, ayə:30)
    Fitrət yolu olan dini tanımaqda müəllim görməyə və təhsil almağa ehtiyac duyulur. İnsan bir yolu tanımayınca onu getməyə qadir ola bilməz. Dini düşünüb dərk etmək və mərifət kəsb etmək üçün zikr əhlindən ibarət olan mütəxəssislərdən istifadə etmək lazımdır. İlahi fitrətdən ibarət olan yaradılış yolunda qərar tutmağın iki yolu vardır: Biri bundan ibarətdir ki, mütəxəssis insanın özü müctehid və fəqih olsun, digəri isə bundan ibarətdir ki, bunlara təqlid edərək elm əxz etsin. Deməli, alimlərin və fəqihlərin sözləri şəri və əqli baxımdan höccət, dəlil və bürhandır. İnsan onlara itaət etməyincə Allahın razılığından ibarət olan hədəfə çatmayacaqdır.
    Təfəkkür və alimlər
    وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ
    «Biz o misalları camaat üçün gətiririk, yalnız alimlər və mütəfəkkirlər o misallarda fikirləşirlər.» («Ənkəbut» surəsi, ayə:43)
    Buna görə də məhz onlar zərif, incə, lətif və ibrətamiz nöqtələri dərk edərək bəhrələnirlər.
    İncə nöqtələr:
    1. Quranın gətirdiyi misallar hiss olunan və sadə bir tərzdə olub mühüm mətləbləri bəyan edir, çox çətin və əqli məsələləri aydınlaşdırır ki, insanlar həqiqətləri dərk edə bilsinlər.
    2. Qurani-kərim etiqadi, əxlaqi, iqtisadi və sair kimi məsələləri ən yaxşı başa salmaq yolu olan misal gətirməklə nəql edir və tarixi nümunələr, misallar və mətləbləri bəyan etmək yolu ilə mühüm elmi məsələləri bəyan edir. Bunların hamısında ilahi alimlər və mütəfəkkirlər Allahın sonsuz elm dəryasının üzgüçüləri kimi Qurandan bəhrələnir, bu dəryaların ənginliklərində olan qiymətli sədəf və gövhərləri çıxarıb cəmiyyətə təqdim edirlər ki, insanı, həyatın bütün yönlərində fitrət və kamal yoluna hidayət etsinlər.
    Alimlər və Allahdan qorxmaq
    إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاء
    «Allah bəndələrindən yalnız alimlər Onun dərgahında qorxurlar.» («Fatir» surəsi, ayə:28)
    Öz mərifət, bəsirət və irfanları ilə Allaha aşiq olan ilahi alimlər Allahın əzəmət və cəlalı müqabilində lərzəyə düşərək qorxur və aşağıdakı ayənin buyurduğu şəxslərdən olurlar:
    إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ
    «(Həqiqi) möminlər o kəslərdir ki, hər vaxt Allahı yad etdikdə onların qəlbləri qorxur, onlara ilahi ayələr tilavət olunarkən imanları artır və yalnız öz rəblərinə təvəkkül edirlər.»(«Ənfal» surəsi, ayə:2)
    İncə nöqtələr:
    1. Xəşyət – Allahın heybət, cəlal və əzəməti ilə əlaqədar mərifət və məhəbbət üzündən yaranan bir qorxudur. Amma xovf isə ilahi əzabdan və günahların qorxusundan yaranan bir halətdir.
    2. Həqiqəti tanıyanlar Allahın hüzurunda xüzu-xüşu, xovf və xəşyətə malik olurlar.
    3. Mərifətin səviyyəsi nə qədər yüksələrsə Allahın ədalət və heybətindən yaranan qorxu da bir o qədər çoxalar.
    4. Bəndəçilik olmadan əldə edilən elmin faydası yoxdur və insanda xovf ilə ümid məqamını yaratmır.
    Fəqih olmaq üçün hicrət etmək
    «Nəfr» ayəsi alimlərin hidayət edib yol göstərməsinin xüsusi məqamına dəlalət edir. Bu hədəf o zaman həyata keçir ki, camaat onlara verilən göstərişlər müqabilində öz vəzifələrinə əməl etsinlər. Əks halda, ümmətin arasından köç etməyin mənası olmazdı:
    فَلَوْلاَ نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِي الدِّينِ وَلِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ
    «Nə üçün onlardan bir qrupu dində agahlıq tapmaq üçün köç etmirlər ki, öz qövmlərinə doğru qayıtdıqda onları qorxutsunlar, bəlkə onlar da qorxalar.»(«Tövbə» surəsi, ayə:122)
    İbrətli nöqtələr:
    1. Allahın dinini öyrənib sonra öyrətmək üçün hicrət edilməlidir və alimlər öz qövmlərini və insanları Allahdan qorxutmalıdır
    2. İnsanlar günahlardan uzaq olmaqla, vacib əməlləri yerinə yetirməklə Allahın bəyəndiyi təqvanı əldə etməlidirlər.
    3. Yuxarıdakı ayədəki mədəni və elmi səfərbərlik ilahi bir vəzifə sayılır və ondan üz çevirməyin cəzası vardır. Buna görə də müharibə üçün hazırlığa, qabiliyyətə malik olanlar müharibədə, ilahi elmləri kəsb etmək üçün bacarıq və hazırlığı olanlar isə məhz bu istiqamətdə səfərbər olunmalıdırlar.
    4. Əgər fəqihlərə itaət etmək insanların vəzifəsi olmasaydı bu ayədəki elmi səfərbərlik və qayıtdıqdan sonra insanları hidayət etmək mənasız olardı.
    5. Camaatın vəzifəsi bundan ibarətdir ki, böyük qeybət dövründə alimlərin əmr və fərmanlarına tam diqqət yetirsinlər, öz həyatlarında onların göstərişlərini əməli olaraq həyata keçirsinlər ki, əbədi xoşbəxtliyə nail olsunlar. Çünki onlar Allah hökmlərini Qurandan və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnətindən əldə edirlər
    Category: Böyük qeybət dövründə alimlərin məqami | Added by: Islam_Kitabxanasi
    Views: 718 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024