İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Böyük qeybət dövründə alimlərin məqami

    Böyük qeybət dövründə alimlərin məqami
    2011-09-10, 5:50 AM
    Səkizinci fəsil:
    Alimlərin məqam və fəzilətləri
    Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:
    فَإنّ العالمَ اَعظَمُ اَجراً مِنَ الصائم القائِمِ المُجَاهِدِ فِی سَبِيلِ اللهِ
    «Həqiqətən alimin əcr və savabı Allah yolunda cihad edərək gecələri namazla keçirən, gündüzləri isə oruc tutan şəxsin savabından daha böyükdür.(«Biharul-ənvar», 2-ci cild, səh.43)
    İbrətli nöqtələr:
    1. İlahi alimlər insanları, Allahın buyurduğu namaz, oruc, cihad və ilahi hökmlərə doğru hidayət edən şəxslərdir.
    2. Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    اِذا کانَ يَومَ القِيَامَةِ وُزِّنَ مِدَادُ العُلَماء بدَماءِ الشُهداء فَيُّرَجِّحُ مِدادُ العُلَماءِ عَلَی دِماءِ الشُهَدَاء
    «Qiyamət günü olduqda alimlərin qələmləri şəhidlərin qanı ilə müqayisə olunar və alimlərin qələmləri şəhidlərin qanından ağır gələr.» (Yenə orada, 2-ci cild, səh.16.)
    Çünki şəhid yetirən və mömin insan tərbiyə edən alimlər həqiqi mücahidlər, zahidlər və abidlərdir, ilahi nur onların bərəkətinə cəmiyyətdə olmuş və olacaqdır.
    Doqquzuncu fəsil: İlahi alimlərin məqamı
    Peyğəmbər-Əkrəm buyurur:
    يَا عَلُّی! نَومُ العالمِ اَفضَلُ مِن اَلف رَکعة يُصليها العَابَدُ يَا عَلُّی! لا فَقرَ اَشَدُّ مِن الجهَل و لا عَبادَةَ مِثلُ التَّفَکّر
    «Ya Əli! Alimin yuxusu abidin qıldığı min rəkətdən fəzilətlidir. Ya Əli! Cəhalətdən şiddətli fəqirlik, təfəkkür kimi olan bir ibadət də yoxdur.»(«Biharul-ənvar», 2-ci cild, səh.66)
    İbrətli nöqtələr:
    1. Alimin hətta yuxusunun belə dəyəri vardır, çünki onun vücudunun genişliyi yuxu aləmində də hər bir şəxs üçün ilahi əzabların və bəlaların dəf edilməsinə, həmçinin asudəliyinə səbəb olur.
    2. Mədəni fəqirlik, dini cəhətdən müstəzəf olmaq bütün bədbəxtçiliklərdən pisdir.
    3. İnsanlar üçün bir çarə qılmaq fikrində olan nicatverici təfəkkür Allaha ibdət etməkdən yüksəkdir. (Allaha ən yüksək ibadətdir) cümlənin bu cür deyilməsi bəlkə daha doğru olar.
    Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    عُلَماءُ اُمَّتی کأنبياءِ بَنِی اِسرائيل
    «Mənim ümmətimin alimləri Bəni-İsrail Peyğəmbərləri kimidir.» (Yenə orada, 67-ci hədis )
    4. Bu təşbihdə alimlərin yüksək məqamı böyük bir mətləbi bəyan edir. Məsələn, Həzrət Musa (əleyhissalam) Bəni-İsrail Peyğəmbərlərindəndir və Allah dərgahında müqərrəb şəxsdir, böyük ehtirama malikdir. Onun risalət və nübüvvət barəsində olan məqamı bu kiçik kitaba sığmaz.
    5. İlahi Peyğəmbərlər Allah hökmlərini bəyan edən təbliğatçılar idi və ümmətin vəzifəsi budur ki, heç bir qeyd-şərt olmadan onlara tabe olsunlar. Alimlərin, xüsusilə böyük qeybət dövründə olan məqamları bundan ibarətdir.
    6. Fəqih ilahi hökumətin təşkil olunub Allah qanunlarının icra etmək, tağut ilə mübarizə aparıb batil hökumətləri devirmək kimi böyük məsuliyyət daşıyır, çünki ilahi Peyğəmbərlər bu məqamda olmuşlar.
    7. Alimlərin, ilahi Peyğəmbərlər kimi Allah tərəfindən insanların canlarına və mal-dövlətlərinə vilayət haqları vardır. Buna görə də insanlar can və malını fəda etməklə onlara tabe olmalıdır.
    Onuncu fəsil: Ümmətin fəqihləri alimlər və hədisə arif olanlardır
    Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in və İmamların (əleyhissalam) sözlərini başa düşmək, dərk etmək və onlar barəsində mərifət kəsb etmək insanı yüksək məqamlara çatdırır. Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
    مَن حَفِظَ مِن اُمَّتی اَربَعينَ حَديثاً ممّا يحتَاجُونَ اَلَيهِ اَمرَ دِينِهِم بَعَثَه اللّهُ يومَ القيامةِ فقيهاً عالماً
    «Mənim ümmətimdən hər kəs (ümmətin) dini ehtiyacları olduğu şeylərdən qırx hədis əzbərləsə Allah onu qiyamət günündə bir fəqih kimi dirildəcəkdir.» («Biharul-ənvar» 2-ci cild, səh.18 )
    Başqa bir hədisdə isə buyurulur: وَلَم يُعَذِّبهُ «və Allah ona əzab verməz.» (Yenə orada, səh.18. )
    Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən belə nəql olunur:
    کُنتُ لَهُ شَفيِعاً يَومَ القيامَه
    «Qiyamət günündə mən onlara (alimlərə) şəfaətçi olaram və qiyamət günündə onlara şəfaət edərəm.»(Yenə orada, səh.154. )
    Buna görə də o həzrət sözlərinin və rəvayətlərinin keşiyində duran şəxslər ilə əlaqədar Allah hüzurunda şəfaətçi və vasitəçi olacaqdır.
    İbrətli nöqtələr:
    1. İslami göstərişlərə əməl etməkdə hədislərin hifz olunması mədəni ehtiyaclara uyğun olmalıdır.
    2. Fəqihlərin məqamı özünün yüksəkliyi ilə belə bu hafizlərə də şamil olur.
    3. Başqa hədislərdə qeyd olunur ki, «Onlar şəhidlər, Peyğəmbərlər, salehlər və doğruçularla birlikdə məşhur olacaqlar.»
    4. Alimlər həzrət Peyğəmbərin şəfaətinə şamil olacaq və onların bütün çətinlikləri o həzrətin vasitəsilə həll olunacaqdır.
    5. Onlar ilahi əzabdan amandadırlar.
    6. Əgər bir şəxs islam məsələləri ilə əlaqədar qırx hədis öyrənsə, sanki ilahi elmlərin sərçeşməsini tapmışdır ki, ona da fəqih və alim deyilir.
    7. Yüzlərlə ayə və hədis əzbərləyən, onları ilahi hökm qalibində camaata bəyan edən şəxslərin Allah hüzurunda məqamı necə də böyükdür!
    On birinci fəsil: Elmin və alimlərin əməlinin rolu
    İmam Baqir (əleyhissalam)-dan belə nəql olunur:
    عالِمٌ يَنتَفِعُ بِعِلمِهِ اَفضَلُ مِن عِبادَةِ سَبعينَ اَلفَ عابِد
    «Öz elmindən faydalanan alim yetmiş min abidin ibadətindən üstündür.» («Biharul-ənvar», 2-ci cild, səh.18.)
    İmam Sadiq (əleyhissalam) buyurur ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurub:
    فَضلُ العَالِمِ عَلَی العَابِدِ کَفَضلِ القَمَرِ عَلَی سائِر النُجُومِ لَيلَةَ البَدر
    «Alimin abidə olan üstünlüyü bədrli ay gecəsində ayın sair ulduzlara olan üstünlüyü kimidir.» (Yenə orada, 1-ci cild, səh.164 )
    Deməli, alimin nuru abidlə müqayisədə çox fərqlidir.
    İmam Sadiq (əleyhissalam) buyurur ki, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur:
    فَضلُ العِلمِ اَحَبُّ اِلَی اللّه مِن فَضلِ العِبادَه
    «Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən artıqdır.» («Biharul-ənvar» 2-ci cild, səh.118)
    İmam Baqir (əleyhissalam) buyurur:
    يَأتِی صاحِبُ العِلم قدَّامَ العَابِد بِرَبوَةِ مسيرَةٍ خَمسَماَئَهِ عَامٍ
    «Elm sahibi (dünya və axirətdə, bərzəx və qiyamətdə) ibadət edəndən beş yüz illik məsafə qədər qabaqdadır.»(«Biharul-ənvar», 2-ci cild, səh.18)
    İncə nöqtələr:
    1. Elmin, təfəkkürün, eləcə də həqiqətlərin əldə olunmasının dəyəri bu hədislərdən aydın olur.
    2. Abidlərin nuru alimlərin nurunda itib-batır.
    3. İmamların və ilahi Peyğəmbərlərin sevdikləri şey elm, idrak və düşüncədir. Bunların sevimlisi olmaq üçün elm arxasınca getmək lazımdır ki, həyat şirin və hədəfli olsun, boş-boş və əbəs şeylərdən çəkinilsin.
    4. Təfəkkür meydanında kamala, təkamülə çatıb hamını ötmək o qədər vacibdir ki, abidlər bu karvana çata bilmirlər. çünki bunların arasındakı fasilə çoxdur.
    5. Karvanın arxasında olan şəxslər həmişə qabaqdakıların vasitəsi ilə yolu tapır və onların nurundan bəhrələnir, onları öz yollarında bələdçi hesab edirlər. Buna görə də abidlər həmişə alimlərdən bəhrələnirlər.
    On ikinci fəsil: Alimlərin imamət məqamı və onlara itaət etmək
    İmam Sadiq (əleyhissalam) buyurub:
    فَأمَّا مَن کَانَ مِن الفُقِهَاءِ صائِناً لِنَفسِهِ حَافِظاً لِدِينِه مُخَالِفاً لِهَواه مُطيعاً لِاَمرِ مُولاَه فَلِلعَوامِ اَن يُقَلّدُوهُ وَ ذَلِکَ لاَ يَکُونَ إلاّ بَعضَ فُقَهاءِ الشِيعَةِ لاَ کُلَهُم
    «Fəqihlərdən hər hansı biri öz nəfsini ehtiraslardan və nəfsani istəklərdən saxlasa, dinini mühafizə etsə, həvayi-nəfsinə müxalif olsa, mövlasının əmrinə müti olsa avam camaat gərək onlara təqlid etsinlər. Bu xüsusiyyətlər də hamıda deyil, şiə fəqihlərindən bəzilərində olur.» («Vəsailuş-şiə», 18-ci cild, səh.95)
    Buna əsasən islam dinində özləri müctehid olmayan şəxslər fəqihlərə təqlid etməlidirlər. Əlbəttə, qeyd olunan dörd şərtə malik olan fəqihlər nəzərdə tutulur.
    İncə nöqtələr:
    1. Fəqih öz nəfsini bütün günahlardan və rəzil sifətlərdən qorumalı, vacibatı yerinə yetirib haram işləri tərk etməyə çalışmalıdır ki, sözləri təsirli olsun.
    2. Din alimləri nəfsani istəklərlə müxalifət etməli, əql, iman və Allahın razılığını hər bir şeydən irəli keçirməlidirlər.
    3. İslamın ruhu və təslimçilikdən ibarət olan Allaha qeydsiz-şərtsiz itaət etmək ruhiyyəsi bu ilahi şəxsiyyətlərdə hakim olmalıdır.
    4. Allah dininin siyasi, iqtisadi, mədəni və etiqadi sahələrdə mühafizətçisi olub Peyğəmbərlərin vəzifələrini həm adi, həm də çətin şəraitlərdə qorumalıdırlar və islamın məsləhətini fikir və əməldə ilahi vacibatların ən mühümü bilməlidirlər. Peyğəmbərlərin vəzifələrinin qoruqçuları həm adi, həm də çətin şəraitlərdə siyasi, iqtisadi, mədəni və etiqadi sahələrdə Allah dinini qorumalı və islamın məsləhətini fikir və əməldə ilahi vacibatların ən mühümü bilməlidirlər.
    5. Təqribən bir səhifədən uzun olan bu rəvayət təqlid edilməyə səlahiyyəti olan və olmayan şəxsləri bəyan edir. Camaatın günahkar, cahil, fasiq öz həvayi-nəfsinə tabe olan bir şəxsə təqlid etməyə haqqı yoxdur, əgər təqlid edərlərsə Allah-taalanın Quranda məzəmmət etdiyi bu şəxslər olacaqlar:
    فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـذَا مِنْ عِندِ اللّهِ لِيَشْتَرُواْ بِهِ ثَمَناً قَلِيلاً فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُمْ مِّمَّا يَكْسِبُونَ
    «Vay olsun o kəslərə ki, öz əlləri ilə kitab yazıb sonra «bu Allah tərəfindəndir» – deyirlər ki, onun vasitəsilə bir qədər gəlir əldə etsinlər. Vay olsun onlara əllərinin yazdıqlarından və vay olsun onlara qazandıqlarından.» («Bəqərə» surəsi, ayə:79)
    6. İlahi hökmləri təhrif edənlər Allaha böhtan və yalan nisbəti verir, buna görə də bərzəx aləmində və cəhənnəmdə ilahi əzaba düçar olacaqlar.
    7. Məsum İmamın (əleyhissalam) qeybdə olduğu böyük qeybət dövründə müctəhid olmayan müsəlman bir şəxsin vəzifəsi camiuş-şərait fəqihlərə təqlid etməkdir. Eləcə də ictimai həyatın hər bir yönündə təqlid etmək hamının qəbul etdiyi bir məsələdir. Məsələn, tibb sahəsində həkimin dediklərinə, texnikada mühəndislərin və texniklərin dediklərinə təqlid edirlər. Din barəsində də müctəhid olmayan şəxs dində mütəxəssis olanlara müraciət etməlidir.
    8. İslam dininə əməl etmək yolları – ictihad, təqlid və ehtiyata əməl etməkdir.
    9. Bu fəqihlərin tanınması din məsələlərində təqlid etmək istəyən bütün şəxslərin vəzifəsidir.
    Category: Böyük qeybət dövründə alimlərin məqami | Added by: Islam_Kitabxanasi
    Views: 765 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024